Qaydalari ümumi müddəalar


 Tələbənin fərdi tədris planının tərtibi



Yüklə 292,48 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix23.03.2023
ölçüsü292,48 Kb.
#89382
növüQaydalar
1   2   3   4   5   6   7
Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili

 
3.3 Tələbənin fərdi tədris planının tərtibi 
3.3.1 Ali təhsil müəssisəsinə yeni qəbul olunan tələbələrə birinci tədris ili üçün fakültə 
tərəfindən fərdi tədris planı hazırlanır. Tələbə sentyabrın 10-na qədər həmin fərdi tədris planını 
almalıdır. Növbəti tədris ilində isə tələbələr bu Qaydaların 3.2.8 bəndinin tələblərini gözləməklə 
öz fərdi tədris planını hazırlayır və iyul ayının 5-dən 15-nə qədər fakültəyə təqdim edir. Fərdi 
tədris planında tələbə sentyabrın 10-na qədər düzəlişlər edə bilər. Fərdi tədris planları təhsil 
müəssisəsi tərəfindən tədris ilinin başlanğıcına qədər təsdiq olunur, onların bir nüsxəsi tələbədə, 
bir nüsxəsi isə ali təhsil müəssisəsinin müəyyən etdiyi qurumda saxlanılır.
3.3.2 Tələbənin fərdi tədris planında sonradan dəyişiklik aparılmasına icazə verilmir. 
Yalnız payız semestrindən akademik borcu qalanlar qış tətilinin ilk həftəsində növbəti semestr 
üçün fərdi tədris planlarında ali təhsil müəssisəsi tərəfindən müəyyən olunmuş qaydada müvafiq 
düzəlişlər edə bilərlər. 
3.3.3 Dövlət ali təhsil müəssisələrində hər bir fənn üzrə yaradılan qrupda tələbələrin sayı 
bakalavriat və magistratura səviyyələrində mövcud normativlərlə tənzimlənir. Özəl ali təhsil 
müəssisələrində isə maliyyə imkanlarını nəzərə alaraq onların özləri tərəfindən müəyyən edilir. 
Fənn üzrə müəyyən olunmuş sayda tələbə yığılmayıbsa, həmin fənn ixtisasın (ixtisaslaşmanın) 
illik işçi tədris planına daxil edilmir və bu barədə tələbələrə məlumat verilir. Həmin fənnə 
yazılmış tələbələr öz fərdi planlarında müvafiq qaydada dəyişikliklər aparırlar.
3.3.4 Növbəti tədris ili üçün tələbə təyin olunmuş vaxtda öz fərdi tədris planını təqdim 
etməyibsə, onun təhsili ali təhsil müəssisəsi üzrə həmin il üçün ixtisasın tədris qrafikinə uyğun 
təşkil edilir.



3.4. Yay semestrinin təşkili 
3.4.1 Yay semestri aşağıdakı məqsədlərlə təşkil olunur: 
- akademik borcların ləğv edilməsi; 
- fənlərin prerekvizitliyi gözlənilməklə humanitar fənlər bölümünə daxil olan və ali təhsil 
müəssisəsi tərəfindən müəyyən edilmiş seçmə fənlərin kreditlərinin qazanılması; 
- müvəffəqiyyət qazanılan fəndən qiymətin yüksəldilməsi; 
- ali təhsil müəssisəsinin təklif etdiyi ayrı-ayrı fənlər üzrə digər ali təhsil müəssisəsi 
tələbələrinə müvafiq kreditlər qazanmasına şəraitin yaradılması. 
3.4.2 Yay semestri yaz semestri başa çatdıqdan sonra təşkil olunur və onun başlanma 
müddəti ali təhsil müəssisəsi tərəfindən müəyyən edilir. 
Yay semestrinin (nəzəri təlim və imtahanlar) müddəti 6 (altı) həftədir. İmtahan müddəti 1 
(bir) həftədən artıq olmamaqla yay semestrinin sonuncu həftəsində təşkil olunur. 
3.4.3 Yay semestrində tələbənin götürdüyü fənlərin krediti 9-u aşmamalıdır.
3.4.4 Yay semestri və imtahanlar növbəti semestrin başlanmasına 2 həftə qalana qədər 
başa çatdırılır. 
3.4.5 Yay semestrində üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbələr üçün növbəti 
semestrin başlanğıcına qədər bir dəfə imtahan təşkil olunur. 
3.4.6 Tələbə yay semestrində iştirakından asılı olmayaraq payız semestri üçün öz fərdi 
tədris planını iyulun 5-dən 15-dək fakültəyə təqdim etməlidir və o, bu Qaydaların 3.3.1 
bəndində göstərilən müddətdə öz fərdi tədris planında müvafiq dəyişikliklər apara bilər.
3.4.7 Müvəffəqiyyət qazandığı fəndən qiymətini yüksəltmək məqsədilə tələbəyə yenidən 
imtahan verməyə icazə verilmir. Lakin o, qiymətini yüksəltmək üçün yay semestrində həmin 
fənni yenidən götürüb dinləməklə imtahan verə bilər. Tələbə öz məqsədinə nail olmadığı halda 
onun əvvəl topladığı bal qüvvədə qalır. 
3.4.8 Bu Qaydaların 4.3 bəndinin tələblərinə uyğun olaraq imtahana buraxılmayan tələbə 
üzrlü səbəbdən semestrdə fənn(lər) üzrə müəyyən olunmuş dərslərin 50%-dən çoxunda iştirak 
etdiyi halda o, həmin fənn(lər)i yay semestrində təkrar götürmək hüququna malikdir. 
3.4.9 Ali təhsil müəssisələrində yay semestri könüllülük prinsipi əsasında ödənişli 
əsaslarla həyata keçirilir. 
3.4.10 Yay semestrində tələbənin fənn üzrə bir kreditinin ödənişi bu Qaydaların 4.5 
bəndinin tələblərinə uyğun olaraq müəyyən olunur.
3.4.11 Yay semestrində fənn üzrə qrupda tələbələrin sayını ali təhsil müəssisəsi əldə 
etdiyi maliyyə imkanını nəzərə alaraq müəyyənləşdirir. 
3.4.12 Yay semestrinə müəllimlər könüllü surətdə cəlb olunurlar. Bu zaman müəllimin 
fəaliyyətinin ödəniş məbləği saathesabı qaydada həyata keçirilir. Bundan əlavə müəllimlərə 
fənn üzrə qrupdan əldə olunan vəsaitin hesabına əlavə ödəniş verilir. Həmin ödənişin məbləği 
ali təhsil müəssisəsi tərəfindən müəyyənləşdirilir. 
3.4.13 Yay semestrində əldə olunan vəsaitdən bu Qaydaların 3.4.12 bəndində 
göstərilənlər istisna olmaqla rektorun əmri ilə buraya cəlb olunan digər əməkdaşların əmək 
haqları ödənilir. Həmin ödənişin məbləği ali təhsil müəssisəsi tərəfindən müəyyənləşdirilir. 
3.4.14 Özəl ali təhsil müəssisələri yay semestri təşkilatçıları və müəlliminin ödəniş 
məbləğini öz maliyyə imkanlarına görə sərbəst müəyyən edirlər. 

Yüklə 292,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin