Qaydalari ümumi müddəalar



Yüklə 292,48 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix23.03.2023
ölçüsü292,48 Kb.
#89382
növüQaydalar
1   2   3   4   5   6   7
Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili

 
 
2. Əsas anlayışlar 
 
2.1 Təhsil krediti – fənnin məzmununa və həcminə uyğun olaraq, onun 
mənimsənilməsinə ayrılan vaxtın ölçü vahididir. 



2.2 İxtisasın (ixtisaslaşmanın) tədris planı – ali təhsilin müvafiq səviyyəsində ixtisas 
(ixtisaslaşmalar) üzrə təhsil proqramlarına uyğun olaraq tədris olunan fənlərə və 
auditoriyadankənar məşğələlərə ayrılan saatların miqdarını müəyyən edən əsas tənzimləyici 
sənəddir. 
2.3 İxtisasın (ixtisaslaşmanın) tədris qrafiki – ixtisasın (ixtisaslaşmanın) tədris planında 
göstərilmiş fənlərin tədris illəri üzrə bölgüsünü əks etdirən sənəddir. 
2.4 Tələbənin fərdi tədris planı – tələbənin tədris ili ərzində təhsil alacağı fənləri, 
onların müvafiq kreditlərini, fənlər üzrə müəllimlərin siyahısını əks etdirən sənəddir. 
2.5 İxtisaslar (ixtisaslaşmalar) üzrə illik işçi tədris planı – ixtisasın (ixtisaslaşmanın) 
tədris planı və tələbələrin fərdi tədris planlarına uyğun hazırlanmış sənəddir. 
2.6 Müəllimin illik işçi tədris planı – müəllimin tədris etdiyi fənləri, mühazirə və 
məşğələlərə (laboratoriyaya) ayrılan saatların miqdarını, həmin fənlərin semestrlər üzrə 
tədrisini, həmçinin fənn üzə tələbələrin sayını özündə əks etdirən sənəddir. 
2.7 Tələbənin sərbəst işi – tələbənin fərdi şəkildə nəzərdə tutulmuş tapşırıqları sərbəst və 
müəllimin rəhbərliyi ilə auditoriyadankənar həyata keçirdiyi müstəqil işidir. 
2.8 Akademik məsləhətçi (tyutor) – ali təhsil müəssisələrində tədris məsləhətçisidir. 
2.9 Akademik mobillik – tələbənin və professor-müəllim heyətinin ölkədaxili və xarici 
ölkələrin ali təhsil müəssisələrində müvafiq olaraq sərbəst təhsil almaq və akademik fəaliyyət 
göstərmək hüququdur.
2.10 AKTS (Avropa Kredit Transfer Sistemi) – təhsil proqramı ilə müəyyən olunmuş 
kompetensiyalara nail olmaq üçün tələbənin iş yükünü və təhsilalma trayektoriyasını 
müəyyənləşdirən sistemdir. Bu sistem həmçinin tələbələrin mobilliyini təmin edir və təhsil 
proqramlarının dövlətlərarası müqayisəsi və tanınması prosedurlarını asanlaşdırır.

Yüklə 292,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin