Qaz t əchizatı haqqında azərbaycan respublikasinin qanunu


Maddə 16. Qaz şəbəkələrinə qoşulma



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə11/17
tarix21.04.2023
ölçüsü0,92 Mb.
#101341
1   ...   7   8   9   10   11   12   13   14   ...   17
Qaz təchizatı haqqında qanunun yeni layihəsi

 
Maddə 16. Qaz şəbəkələrinə qoşulma 
 
16.1. 
Qazpaylayıcı sistem operatoru istehlakçının müraciəti əsasında onun qaz 
qurğularını qazpaylayıcı şəbəkəyə qoşmalıdır. 
16.2. 
İstehlakçıların qaz təchizatı üçün texniki şərtlərin verilməsi və qaz 
qurğularının şəbəkəyə qoşulması qaydası Qaz Şəbəkəsi Məcəlləsi ilə müəyyən edilir.
16.3. 
İstehlakçının tikinti obyektlərinin qaz şəbəkələrinə qoşulması şəffaf və ayrı-
seçkiliy
ə yol verilmədən həyata keçirilir. 
16.4. 
İstehlakçının tikinti obyektlərinin bu Qanunun 16.2-ci maddəsində nəzərdə 
tutulmuş qaydalara riayət olunması, qoşulma müqaviləsinin bağlanılması və 
qoşulmağa görə ödəniş edilməsi şərti ilə qaz şəbəkəsinə qoşulmaq hüququ vardır. 
Maddə 17. Qazın verilməsinin dayandırılması 
17.1. 
İstehlakçıya qazın verilməsi aşağıdakı hallarda müvafiq sistem operatoru 
t
ərəfindən dayandırıla bilər:
17.1.1. 
istehlakçının müvafiq ərizəsi əsasında; 
17.1.2. 
istehlakçı tərəfindən istehlak edilmiş qazın sayğacla müəyyənləşdirilən 
h
əcmi və dəyəri sərbəst olmayan istehlakçıya səlahiyyətli satıcı tərəfindən ödəniş 
bildirişi təqdim edildikdən (göndərildikdən) sonra 1 (bir) ay müddətində, sərbəst 
istehlakçı tərəfindən müqavilə ilə nəzərdə tutulmuş müddət ərzində tam məbləğdə 
öd
ənilmədikdə qaz satıcısının müraciəti əsasında; 
17.1.3. 
istehlakçı tərəfindən qaz satıcısı ilə müvafiq müqavilə bağlanılmaqdan 
imtina edildikd
ə; 
17.1.4. t
əmir-profilaktika və qəza işləri görüldükdə, habelə baş verən yanğının və 
ya qaz sızmasının qarşısı alındıqda qaz nəqli sistemi operatorunun və ya qazpaylayıcı 
sistem operatorunun t
əşəbbüsü ilə; 
17.1.5. m
əhkəmənin qərarı ilə; 
17.1.6. dini ekstremizm 
əleyhinə xüsusi əməliyyat aparıldıqda həmin əməliyyatın 
aparılma zonasında dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın 
göst
ərişi əsasında; 
17.1.7. sistem 
operatorunun 
əməkdaşının xidməti vəzifələrinin yerinə 
yetirilm
əsinə maneəçilik törətdikdə
17.1.8. t
əhlükə potensiallı obyektlərdə texniki normativ hüquqi aktların 
t
ələblərinin pozulması hallarında təhlükəsizlik üzrə dövlət nəzarətini həyata keçirən 
orqanın (qurumun) yazılı göstərişi əsasında; 
17.1.9. 
istehlakçının qaz qurğusu texniki reqlamentlərin tələblərinə cavab 
verm
ədikdə. 
17.2. 
İstehlakçıya qazın verilməsinin dayandırılması (17.1.4 və 17.1.6-cı 
b
əndlərdə göstərilən hallar istisna olmaqla) yalnız fərdi qaydada həyata keçirilir. Qazın 
d
əyərini vaxtında ödəməyən istehlakçıya qazın verilməsinin dayandırılması, qazın 


16 
d
əyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə 
n
əticələnməməlidir. 
17.3. 
İstehlakçıya verilən qazın sayğacla müəyyənləşdirilən dəyəri barədə ödəniş 
bildirişi sərbəst olmayan istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra 1 (bir) 
ay müdd
ətində və ya sərbəst istehlakçı tərəfindən müqavilə ilə nəzərdə tutulmuş 
müdd
ət ərzində tam ödənilmədiyi, yaxud da qazın satıcısı ilə müvafiq müqavilə 
bağlanılmadığı hallarda qaz satıcısı qazın verilməsinin dayandırılacağı barədə 
istehlakçıya 3 (üç) gün əvvəl elektron poçt (olduğu halda) və ya digər kommunikasiya 
vasit
ələri ilə yazılı xəbərdarlıq göndərməlidir. 
17.4. Boru k
əmərlərinin qanunsuz olaraq kəsilməsi və ya bu Qanunun 17.3-cü 
madd
əsində nəzərdə tutulan hallarda xəbərdarlıq göndərilmədən qazın verilməsinin 
dayandırılması qadağandır və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi 
il
ə müəyyən edilmiş məsuliyyətə səbəb olur.
17.5. 
Qazın verilməsinin dayandırılması barədə yazılı xəbərdarlığın istehlakçı 
t
ərəfindən rəsmi qaydada alınmasını sübut etmək vəzifəsini qaz satıcısı daşıyır. Həmin 
x
əbərdarlıq istehlakçıya rəsmi qaydada təqdim olunur. 
17.6. Qaz t
əchizatı şəbəkəsinə qanunsuz qoşulma halları aşkar edildikdə
müvafiq sistem operatoru qanunsuz x
ətti dərhal şəbəkədən ayırmaqla, qazın 
verilm
əsini dayandırmalı və istehlakçıdan vurulmuş zərərin ödənilməsini tələb 
etm
əlidir.
17.7. S
ayğaca müdaxilə edilməklə və ya şəbəkəyə qanunsuz qoşulmaqla 
(müvafiq sistem operatorunun razılığı olmadan onun şəbəkəsinə qoşulmaqla) qazın 
talanması nəticəsində vurulmuş zərərin hesablanması topdansatış bazarı qaydaları və 
ya p
ərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. 
IV fəsil 

Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin