Qaz t əchizatı haqqında azərbaycan respublikasinin qanunu


Qaz  təchizatı sektorunda fəaliyyət



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə10/17
tarix21.04.2023
ölçüsü0,92 Mb.
#101341
1   ...   6   7   8   9   10   11   12   13   ...   17
Qaz təchizatı haqqında qanunun yeni layihəsi

Qaz 
təchizatı sektorunda fəaliyyət 
Maddə 11. Qazın nəqli  
11.1. Qaz
ın nəqli tənzimləyici tərəfindən verilmiş icazə əsasında fəaliyyət 
göst
ərən qaz nəqli sistemi operatoru tərəfindən həyata keçirilir.
11.2. Qaz n
əqli sistemi operatoru bu Qanunla nəzərdə tutulan hallar istisna 
olmaqla qaz t
əchizatı sektoruna aid digər fəaliyyət növləri ilə məşğul ola bilməz.
11.3. Qaz n
əqli sistemi operatorunun vəzifələri aşağıdakılardır: 
11.3.1. 
qazın nəqli şəbəkəsinin istifadəçiləri arasında ayrı-seçkiliyə yol vermədən 
onlara qazın nəqli xidmətlərini təqdim etmək, o cümlədən qazın nəqli şəbəkəsinə 
b
ərabər əsaslarla çıxış hüququnu təmin etmək məqsədilə onlarla müqavilə bağlamaq 
v
ə bağlanmış müqavilələr əsasında qazın nəqlini həyata keçirmək; 
11.3.2. 
qazın nəqlinə dair tələbin qarşılanması üçün qazın nəqli şəbəkəsinin 
uzunmüdd
ətli fəaliyyətini təmin etmək; 
11.3.3. 
qazın nəqli şəbəkəsinin və müvafiq hallarda digər sistemlərlə 
birl
əşmələrin səmərəli, təhlükəsiz və etibarlı şəkildə inkişafı, işlək vəziyyətdə 
saxlanması və istismarını təmin etmək; 
11.3.4. qaz t
əchizatı sisteminin təhlükəsiz və səmərəli fəaliyyətini təmin etmək 
m
əqsədilə digər sistem operatorları ilə əlaqələr qurmaq; 
11.3.5. t
ənzimləyici tərəfindən müəyyən olunan məlumatları digər sistem 
operatorlarına və qazın nəqli şəbəkəsinin istifadəçilərinə təqdim etmək; 
11.3.6. Qaz 
Şəbəkəsi Məcəlləsinə uyğun olaraq tənzimləmə-nəzarət məqsədləri 
üçün uçot v
ə hesabat (tənzimləyici hesabat) sistemini təşkil etmək və fəaliyyətinin 
n
əticələri və maliyyə vəziyyətləri barədə məlumatları əks edən hesabatları 
t
ənzimləyiciyə təqdim etmək; 
11.3.7. kommunal xidm
ətlərin vahid informasiya sisteminə və ya tənzimləyici 
t
ərəfindən yaradılmış informasiya sistemlərinə məlumatları tam, düzgün və ya vaxtında 
daxil etm
ək; 


10 
11.3.8. qanunvericilikl
ə və ya normativ xarakterli aktlarla müəyyən edilmiş 
hallarda qaz n
əqli sistemi operatorunun idarə və ya operatorluq etdiyi elektron 
informasiya ehtiyatına və ya sistemlərinə tənzimləyici üçün çıxış imkanları yaratmaq 
v
ə ya buna maneçilik törətməmək; 
11.3.9. n
əql etdiyi qazın keyfiyyətinin texniki normativ hüquqi aktlara və 
t
ənzimləyicinin normativ xarakterli aktlarına uyğunluğunu təmin etmək. 
11.4. Qaz n
əqli sistemi operatoru aşağıdakı hüquqlara malikdir: 
11.4.1. 
topdansatış qaz bazarında şəffaf şəkildə, ayrı-seçkiliyə yol verilmədən və 
topdansatış bazarı qaydalarına uyğun olaraq qazın nəqli şəbəkəsində qazın itkilərinin 
kompensasiyası üçün qazı almaq, həmçinin balanslaşdırma məqsədilə qazı almaq və 
satmaq; 
11.4.2. 
qaz bazarının işinin, habelə qaz təchizatı sektorunu tənzimləyən normativ 
hüquqi 
aktların (o cümlədən texniki normativ hüquqi aktların) və normativ xarakterli 
aktların təkmilləşdirilməsi ilə bağlı normayaratma orqanına və tənzimləyiciyə təkliflər 
verm
ək;
11.4.3. dig
ər qaz təchizatı subyektləri ilə qaz təchizatı sektoru ilə bağlı yaranan 
mübahis
ələrin həlli üçün tənzimləyiciyə və ya məhkəməyə müraciət etmək; 
11.4.4. 
istehlakçıların qazın nəqli şəbəkəsinə qoşulmuş tikinti obyektlərinə bu 
Qanunun 17-ci madd
əsində nəzərdə tutulan hallarda qazın verilməsini dayandırmaq. 
11.5. Qaz
ın nəqli şəbəkəsinin fəaliyyətinin təşkili qaydası Qaz Şəbəkəsi 
M
əcəlləsi ilə müəyyən olunur.
Maddə 12. Qazın saxlanması 
 
12.1. Qaz
ın saxlanması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan 
(qurum) t
ərəfindən verilmiş icazə əsasında fəaliyyət göstərən qazın saxlanması sistemi 
operatoru t
ərəfindən həyata keçirilir.
12.2. Qaz
ın saxlanması sistemi operatoru bu Qanunla nəzərdə tutulan hallar 
istisna olmaqla qaz t
əchizatı sektoruna aid digər fəaliyyət növləri ilə məşğul ola bilməz.
12.3. 
Qazın saxlanması sistemi operatorunun vəzifələri aşağıdakılardır:
12.3.1. 
qazın saxlanması sisteminin səmərəli, təhlükəsiz və etibarlı şəkildə 
inkişafı, işlək vəziyyətdə saxlanmasını və istismarını təmin etmək; 
12.3.2. qaz
ın saxlanması sisteminin istifadəçiləri arasında ayrı-seçkiliyə yol 
verm
ədən qazsaxlama xidmətləri və ya saxladığı qazı satış üçün təqdim etmək, o 
cüml
ədən yeraltı anbarlara bərabər əsaslarla çıxış hüququnu təmin etmək üçün onlarla 
müqavil
ələr bağlamaq və bağlanmış müqavilələr əsasında qazın saxlanmasını həyata 
keçirm
ək; 
12.3.3. qaz t
əchizatı sisteminin təhlükəsiz və səmərəli fəaliyyətini təmin etmək 
m
əqsədilə digər sistem operatorları ilə əlaqələr qurmaq;
12.3.4. t
ənzimləyici tərəfindən müəyyən olunan məlumatları digər sistem 
operatorlarına və qazın saxlanması sisteminin istifadəçilərinə təqdim etmək; 
12.3.5. Qaz 
Şəbəkəsi Məcəlləsinə uyğun olaraq tənzimləmə-nəzarət məqsədləri 
üçün uçot v
ə hesabat (tənzimləyici hesabat) sistemini təşkil etmək və fəaliyyətin 
n
əticələri və maliyyə vəziyyətləri barədə məlumatları əks edən hesabatları 
t
ənzimləyiciyə təqdim etmək; 
12.3.6. kommunal xidm
ətlərin vahid informasiya sisteminə və ya tənzimləyici 
t
ərəfindən yaradılmış informasiya sistemlərinə məlumatları tam, düzgün və ya vaxtında 
daxil etm
ək; 
12.3.7. qanunvericilikl
ə və ya normativ xarakterli aktlarla müəyyən edilmiş 
hallarda qazın saxlanması sistemi operatorunun idarə və ya operatorluq etdiyi elektron 
informasiya ehtiyatına və ya sistemlərinə tənzimləyici üçün çıxış imkanları yaratmaq 
v
ə ya buna maneçilik törətməmək; 


11 
12.3.8. 
saxladığı qazın keyfiyyətinin texniki normativ hüquqi aktlara və 
t
ənzimləyicinin normativ xarakterli aktlarına uyğunluğunu təmin etmək.
12.4. 
Qazın saxlanması sistemi operatoru aşağıdakı hüquqlara malikdir: 
12.4.1. icaz
ə əsasında yeraltı qaz anbarlarını istismar etmək; 
12.4.2. 
qaz bazarının işinin, habelə qaz təchizatı sektorunu tənzimləyən normativ 
hüquqi aktların (o cümlədən texniki normativ hüquqi aktların) və normativ xarakterli 
aktların təkmilləşdirilməsi ilə bağlı normayaratma orqanına və tənzimləyiciyə təkliflər 
verm
ək;
12.4.3. 
qazın saxlanması fəaliyyəti ilə əlaqədar digər qaz təchizatı subyektləri ilə 
arasında yaranan mübahisələrin həlli üçün tənzimləyiciyə və ya məhkəməyə müraciət 
etm
ək;
12.4.4. bu Qanunun 17-ci madd
əsinə uyğun olaraq qazın saxlanması 
sistemind
ən qaz alan istehlakçılara qazın verilməsini dayandırmaq. 
12.5. Qaz
ın saxlanması sisteminin təşkili qaydası Qaz Şəbəkəsi Məcəlləsi, 
topdansatış bazarı qaydaları və tənzimləyicinin normativ xarakterli aktları ilə müəyyən 
olunur.
Maddə 13. Qazın paylanması  
13.1. Qaz
ın paylanması tənzimləyici tərəfindən verilmiş icazə əsasında fəaliyyət 
göst
ərən qazpaylayıcı sistem operatorları tərəfindən həyata keçirilir.
13.2. 
Qaz şəbəkələrinin xüsusiyyətlərindən asılı olaraq, ölkə ərazisində istənilən 
mülkiyy
ət formasında birdən artıq qazpaylayıcı sistem operatoru yaradıla bilər. Qazın 
paylanmasına icazədə və ya onun əlavəsində icazədə nəzərdə tutulan hərəkətin 
h
əyata keçirildiyi ərazi qeyd edilməlidir.
13.3. Qazp
aylayıcı sistem operatoru bu Qanunla nəzərdə tutulan hallar istisna 
olmaqla qaz t
əchizatı sektoruna aid digər fəaliyyət növləri ilə məşğul ola bilməz.
13.4. Qazp
aylayıcı sistem operatorunun vəzifələri aşağıdakılardır: 
13.4.1. 
qazpaylayıcı şəbəkənin və digər qaz təchizatı sistemləri ilə birləşmələrin 
s
əmərəli, təhlükəsiz və etibarlı şəkildə inkişafı, işlək vəziyyətdə saxlanılmasını və 
istismarını təmin etmək; 
13.4.2. qaza t
ələbatın ödənilməsi üçün qazpaylayıcı şəbəkənin uzunmüddətli 
istismar qabiliyy
ətini təmin etmək; 
13.4.3. 
qazpaylayıcı şəbəkənin istifadəçiləri arasında ayrı-seçkiliyə yol vermədən 
onlar
a qazın paylanması xidmətlərini təqdim etmək, o cümlədən, qazpaylayıcı 
şəbəkəyə bərabər əsaslarla çıxış hüququnu təmin etmək və istehlakçılarla 
qazpaylayıcı şəbəkəyə qoşulma müqaviləsi bağlamaq; 
13.4.4. qaz t
əchizatı sisteminin təhlükəsiz və səmərəli fəaliyyətini təmin etmək 
m
əqsədilə, digər sistem operatorları ilə əlaqələr qurmaq; 
13.4.5. t
ənzimləyici tərəfindən müəyyən olunan məlumatları digər sistem 
operatorlarına və qazpaylayıcı şəbəkənin istifadəçilərinə təqdim etmək; 
13.4.6. 
qazpaylayıcı şəbəkənin olduğu halda, həmin ərazidəki istehlakçıların bu 
Qanunla mü
əyyən edilmiş qaydada müraciətlərinə uyğun olaraq, onların tikinti 
obyektl
ərinin Qaz Şəbəkəsi Məcəlləsində müəyyən edilmiş şərtlərə uyğun olaraq, 
qazpayla
yıcı şəbəkəyə qoşulmasını təmin etmək; 
13.4.7. 
Qaz Şəbəkəsi Məcəlləsinə uyğun olaraq tənzimləmə-nəzarət məqsədləri 
üçün uçot v
ə hesabat (tənzimləyici hesabat) sistemini təşkil etmək və fəaliyyətinin 
n
əticələri və maliyyə vəziyyətləri barədə məlumatları əks edən hesabatları 
t
ənzimləyiciyə təqdim etmək; 
13.4.8. kommunal xidm
ətlərin vahid informasiya sisteminə və ya tənzimləyici 
t
ərəfindən yaradılmış informasiya sistemlərinə məlumatları tam, düzgün və ya vaxtında 
daxil etm
ək; 


12 
13.4.9. qanunvericilikl
ə və ya normativ xarakterli aktlarla müəyyən edilmiş 
hallarda qazpaylayıcı sistem operatorunun idarə və ya operatorluq etdiyi elektron 
informasiya ehtiyatına və ya sistemlərinə tənzimləyici üçün çıxış imkanları yaratmaq 
v
ə ya buna maneçilik törətməmək; 
13.4.10. t
əchiz etdiyi qazın keyfiyyətinin, təzyiqinin qaz təchizatı sahəsini 
t
ənzimləyən normativ hüquqi aktlara, o cümlədən texniki normativ hüquqi aktlara və 
t
ənzimləyicinin normativ xarakterli aktlarına uyğunluğunu təmin etmək; 
13.4.11. 
Qaz Şəbəkəsi Məcəlləsi ilə müəyyən edilmiş qaydada istehlakçıların qaz 
qurğularına və boru kəmərlərinə müayinəni və texniki xidməti həyata keçirmək; 
13.4.12. 
qazın satıcı və ya istehlakçı ilə bağlanılmış müqavilədə nəzərdə 
tutulmuş təzyiqdə, həcmdə və ya keyfiyyətdə verilməməsi nəticəsində onlara vurulmuş 
z
ərərin əvəzini ödəmək. 
13.5. 
Qazpaylayıcı sistem operatoru aşağıdakı hüquqlara malikdir:
13.5.1. qa
zpaylayıcı şəbəkəyə qoşulan tikinti obyektlərində və sahibkarlıq 
subyektl
ərinə məxsus obyektlərdə olan qaz qurğularını yoxlamaq və onların uçotunu 
aparmaq;
13.5.2. 
istehlakçılara bu Qanunun 17-ci maddəsinə uyğun olaraq qaz verilişini 
dayandırmaq; 
13.5.3. 
qazın paylanması fəaliyyəti ilə əlaqədar digər qaz təchizatı subyektləri ilə 
arasında yaranan mübahisələrə baxılması üçün tənzimləyiciyə və ya məhkəməyə 
müraci
ət etmək; 
13.5.4. 
qazpaylayıcı şəbəkədə qaz itkilərinin kompensasiyası üçün topdansatış 
qaz 
bazarında qaz almaq; 
13.5.5. 
istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə sayğacdan kənar 
şəbəkəyə qanunsuz qoşulma nəticəsində vurulmuş zərərin ödənilməsini istehlakçıdan 
tələb etmək.
13.6. Qazpayla
yıcı sistemin fəaliyyətinin təşkili qaydası Qaz Şəbəkəsi Məcəlləsi, 
topdansatış bazarı qaydaları və tənzimləyicinin normativ xarakterli aktları ilə müəyyən 
olunur. 
Maddə 14. Qazın satışı
 
14.1. Qaz
ın satışı tənzimləyici tərəfindən verilmiş icazə əsasında fəaliyyət 
göst
ərən qaz satıcıları tərəfindən həyata keçirilir.
14.2. Qaz 
satıcıları qazı qaz bazarlarında və ya ikitərəfli müqavilələr əsasında 
satın almaq və istehlakçılara topdan və ya pərakəndə satmaq, habelə qazın idxal və 
ixracını həyata keçirmək hüququna malikdir.
14.3. 
Qaz satıcıları bu Qanunla nəzərdə tutulan hallar istisna olmaqla qaz 
t
əchizatı sektoruna aid digər fəaliyyət növləri ilə məşğul ola bilməz.
14.4. S
ərbəst istehlakçılara qazın satışı şərtləri qaz satıcısı ilə istehlakçı arasında 
bağlanmış ikitərəfli müqavilələr və ya mərkəzləşdirilmiş qaz bazarında bağlanan birtipli 
alqı-satqı müqavilələri əsasında müəyyən edilir. Həmin müqavilələrdə sərbəst 
istehlakçılara qazın satışı qiyməti, qazın satışına dair texniki şərtlər və digər satış 
şərtləri müəyyən olunur.
14.5. S
ərbəst olmayan istehlakçılara qazın satışı yalnız həmin istehlakçının 
yerl
əşdiyi yer üzrə fəaliyyət səlahiyyəti olan səlahiyyətli satıcı tərəfindən həyata 
keçirilir. S
ərbəst olmayan istehlakçılara qazın satışı birtipli müqavilələr və tənzimləyici 
t
ərəfindən müəyyən edilən qiymət (tarif) əsasında həyata keçirilir. Müqaviləyə dair 
t
ələblər bu Qanunun 25.3-cü maddəsində müəyyən edilir. 
14.6. Qaz 
satıcıları bu Qanunda və topdansatış bazarı qaydalarında, habelə 
t
ənzimləyicinin icrası məcburi olan göstərişlərində müəyyən olunmuş qaydada və 
t
ələblər nəzərə alınmaqla öz təchizat öhdəliklərinin balansını təmin etməlidirlər.


13 
14.7. Qaz 
satıcılarının vəzifələri aşağıdakılardır: 
14.7.1. t
əqdim etdiyi qazın təchizatının və satışının şərtlərini rəsmi internet 
s
əhifəsində dərc etmək;
14.7.2. f
əaliyyət ərazisini internet səhifəsində göstərmək; 
14.7.3. 
istehlakçılara istehlak etdikləri qazın dəyəri barədə hər ay elektron poçt
(olduğu halda) və ya digər kommunikasiya vasitələri ilə yazılı bildiriş təqdim etmək; 
14.7.4. 
istehlakçılara onların hüquq və vəzifələrini izah etmək; 
14.7.5. s
ərbəst istehlakçılara qaz satıcısını seçmək hüququnu izah etmək və belə 
istehlakçının müraciəti əsasında mülki qanunvericiliyə uyğun olaraq onunla bağlanmış 
alqı-satqı müqaviləsinə xitam vermək; 
14.7.6. t
ənzimləyicinin təsdiq etdiyi normativ xarakterli aktlarda müəyyən edilmiş 
hesabatlar
ı və məlumatları tənzimləyiciyə təqdim etmək; 
14.7.7. qaz
ın sayğacla müəyyənləşdirilən dəyəri barədə elektron poçt (olduğu 
halda) v
ə ya digər kommunikasiya vasitələri ilə yazılı bildiriş istehlakçıya təqdim 
edildikd
ən (göndərildikdən) sonra 1 (bir) ay müddətində tam ödənilmədiyi və qaz 
satıcısı ilə müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə 
istehlakçıya 3 (üç) gün əvvəl elektron poçt (olduğu halda) və ya digər kommunikasiya 
vasit
ələri ilə yazılı xəbərdarlıq göndərmək; 
14.7.8. 
istehlakçı ilə bağlanmış müqavilə şərtlərinə uyğun olaraq qazın tələb 
olunan h
əcmdə verilməməsi və ya aşağı keyfiyyətdə verilməsi nəticəsində istehlakçıya 
vurulmuş zərərin əvəzini ödəmək; 
14.7.9. kommunal xidm
ətlərin vahid informasiya sisteminə və ya tənzimləyici 
t
ərəfindən yaradılmış informasiya sistemlərinə məlumatları tam, düzgün və vaxtında 
daxil etm
ək; 
14.7.10. qanunvericilikl
ə və ya normativ xarakterli aktlarla müəyyən edilmiş 
hallarda qaz s
atıcısının idarə və ya operatorluq etdiyi elektron informasiya ehtiyatına 
v
ə ya sistemlərinə tənzimləyici üçün çıxış imkanları yaratmaq və ya buna maneçilik 
tör
ətməmək; 
14.7.11. 
qaz satıcısının təşəbbüsü ilə istehlakçı (sərbəst olmayan istehlakçılar 
istisna olmaqla) il
ə bağlanılmış müqavilə şərtlərinin dəyişdirilməsi nəzərdə tutulan 
tarixd
ən 1 (bir) ay əvvəl istehlakçıya bildiriş təqdim etmək (göndərmək).
14.8. Qaz 
satıcıları aşağıdakı hüquqlara malikdir: 
14.8.1. 
sistem operatorları tərəfindən müvafiq xidmətlərin göstərilməsini tələb 
etm
ək; 
14.8.2. t
əqdim edilmiş yazılı bildirişə əsasən istehlakçıdan istehlak etdiyi qazın 
d
əyərinin ödənilməsini tələb etmək; 
14.8.3. i
stehlakçı tərəfindən istehlak olunan qazın dəyəri bu qanunun 17.1.2-ci 
maddəsində göstərilən müddətdə ödənilmədiyi təqdirdə, qazpaylayıcı sistem 
operatorundan qazın verilişinin dayandırılmasını tələb etmək
14.9. Qaz
ın pərakəndə satışı və səlahiyyətli satıcıların fəaliyyəti pərakəndə satış 
bazarı qaydaları ilə tənzimlənir.
14.10. S
ərbəst olmayan istehlakçılara qaz satışının həyata keçirilməsi üçün 
t
ənzimləyici tərəfindən bir və ya bir neçə qaz satıcısı səlahiyyətli satıcı qismində təyin 
olunur.
Maddə 15. Qaz istehlakçıları
 
15.1. 
İstehlakçılara qazın satışı bu Qanun, digər normativ hüquqi aktlar və 
topdansatış və ya pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir.
15.2. S
ərbəst istehlakçı bu Qanuna, qaz təchizatı sektorunu tənzimləyən digər 
normativ hüquqi aktlara v
ə tənzimləyicinin normativ xarakterli aktlarına uyğun olaraq 


14 
qaz
ı ölkə ərazisində fəaliyyət göstərən istənilən qaz satıcısından almaq hüququna 
malikdir. 
15.3. S
ərbəst olmayan istehlakçılar qazı səlahiyyətli satıcıdan alırlar.
15.4. 
İstehlakçıların vəzifələri aşağıdakılardır:
15.4.1. texniki t
əhlükəsizlik qaydalarının tələblərinə və müvafiq icra hakimiyyəti 
orqanının müəyyən etdiyi orqanın (qurumun) yazılı göstərişlərinə əməl etmək; 
15.4.2. 
qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun 
istismar etm
ək; 
15.4.3. istehlak edil
ən qazın dəyərini alqı-satqı müqaviləsinin şərtlərinə uyğun 
olaraq qaz 
satıcısına ödəmək; 
15.4.4. müvafiq 
sistem 
operatorunun 
v
ə qaz satıcısının səlahiyyətli 
nümay
əndələrinin tikinti obyektlərinin daxilində quraşdırılmış qaz sayğacının 
göst
əricisinin oxunması üçün sayğac quraşdırılmış yerə maneəsiz daxil olmalarını 
t
əmin etmək, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın 
(qurumun) 
əməkdaşlarını qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı istismarı, 
habel
ə təhlükəsizlik tələblərinə əməl olunmasına nəzarət edilməsi üçün onların 
quraşdırıldığı yerə buraxmaq (sahibkarlıq subyektlərinə münasibətdə “Sahibkarlıq 
sah
əsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının 
müdafi
əsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq); 
15.4.5. müvafiq olaraq 
topdansatış bazarı qaydalarına və ya pərakəndə satış 
bazarı qaydalarına riayət etmək: 
15.4.6. 
sayğaca müdaxilə, habelə sayğacdan kənar şəbəkəyə qanunsuz 
qoşulma nəticəsində satıcıya və ya müvafiq sistem operatoruna vurulmuş zərəri 
öd
əmək; 
15.4.7. 
qazpaylayıcı sistem operatorlarının səlahiyyətli nümayəndələrinin qaz 
qurğularına və boru kəmərlərinə müayinəni və texniki xidməti həyata keçirmək üçün 
mülkiyy
ətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmalarına maneə 
tör
ətməmək. 
15.5. 
İstehlakçıların hüquqları aşağıdakılardır: 
15.5.1. onlara m
əxsus tikinti obyektlərinin Qaz Şəbəkəsi Məcəlləsinə və qoşulma 
müqavil
əsinə uyğun olaraq qazın nəqli şəbəkəsinə və ya qazpaylayıcı şəbəkəyə 
qoşulmasını tələb etmək; 
15.5.2. 
qaz satıcısı ilə müqavilə bağlanılmazdan əvvəl müqavilə şərtlərini, tariflər 
(qiym
ətlər) barədə məlumata sərbəst çıxış əldə etmək və məlumat verilməsini tələb 
etm
ək; 
15.5.3. müvafiq texniki reqlamentl
ər ilə müəyyən edilən keyfiyyət göstəricilərinə 
(qazın tərkibi, sıxlığı, rütubətliliyi, istilik yaratmaq qabiliyyəti və digər) uyğun etibarlı və 
bu Qanunun 17-ci madd
əsində göstərilən hallar istisna olmaqla fasiləsiz olaraq qaz ilə 
t
əmin edilmə;
15.5.4. 
qaz satıcısından istehlak edilən qazın dəyəri barədə bu Qanunun 14.7.3-
cü madd
əsi ilə müəyyən edilən müddətdə və qaydada bildiriş almaq və verilməsini 
t
ələb etmək;
15.5.5. bu Qanunla mü
əyyən edilmiş hallarda qaz satıcısını sərbəst seçmək; 
15.5.6. 
qaz satıcısının təşəbbüsü ilə qüvvədə olan müqavilə şərtlərinin 
d
əyişdirilməsi nəzərdə tutulan tarixdən 1 (bir) ay əvvəl bildirilş almaq (sərbəst olmayan 
istehlakçılar istisna olmaqla); 
15.5.7. qaz s
atıcısı ilə alqı-satqı müqavilələrinin bağlanılması və icrası ilə 
əlaqədar yaranan mübahisələrin həlli üçün tənzimləyiciyə yaxud məhkəməyə müraciət 
etm
ək. 
15.6. Müvafiq sistem operatorunun v
ə ya satıcının səlahiyyətli nümayəndələrinin 
sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin 
yerin
ə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan 


15 
yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 
Az
ərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 
15.7. 
Satıcının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz 
sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə 
sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (qazpaylayıcı sistem 
operatorunun
razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən 
etdikd
ə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların 
maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri 
n
əzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.

Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin