1.10.2. Əlincəçay (Başkənd) təzahürlər qrupu
Əlincəçay (Başkənd) təzahürlər qrupu Başkənd kəndi ərazisində,
Əlincəçay çayının hövzəsində yerləşir. Qızılfiliz filizləşməsi qranodiorit-
porfir tərkibli dayka qurşağına aid edilir. Dayka qurşağı davamlı şəkildə
izlənilir və böyük enə (200-300 m) malikdir.
Filizləşmə qızıl-azsulfidli-kvars tiplidir. Qızıl orta və iri dənəlidir
(0,5-1,5 mm). Təzahürdə qızılın resursları kəşfiyyat işləri aparılan Baş-
kənd səpinti yatağının bazası hesabına proqnozlaşdırılır. Burada həm
səpinti, həm də köklü qızıl proqnozlaşdırılır. Əlincəçay (Başkənd) təza-
hürü ümumi axtarış mərhələsindədir.
82
1.11. Uran filizləri
1.11.1. Vulkanogen-çökmə mis-uran filizləri
Misli-uranlı horizontlar Üst Oliqosen-Alt Miosen yaşlı
əlvan rəngli
və terrigen-karbonatlı qatları arasında yatır. Misli-uranlı filizlər cənub-
şərqdən şimal-qərbə doğru 15-20 m enində, 60-70 km uzunluğunda ensiz
zolaq şəklində zəncirvari uzanırlar.
Misli-uranlı təzahürlər Yaycı, Gülüstan, Qızılca, Qırxlardağ, Şah-
qaraj, Sirab, Xalxal, Payız və digər kəndlərin ərazilarində müəyyən
olunmuş və geoloji ədəbiyyatlarda Əshabikəhf təzahürlər qrupu adı
altında məlumdur.
Məlum təzahürlərin ərazisində misli qumdaşlarında üç misli stra-
tiqrafik səviyyədə müxtəlif qalınlıqlı (1-3 m-dən 10-15 m-dək) 2-4 və
daha çox misli horizontlar müəyyənləşdirilmişdir. Misli stratiqrafik
səviyyənin özünün qalınlığı 15-30 m-dən 100-250 m-dək çatır.
Üst Oliqosen-Alt Miosen çöküntüləri onlarda iştirak edən süxur-
ların litoloji tərkibinə görə iki qata ayrılır: qırmızı rəngli vulkanogen-
çökmə və əlvan rəngli tufogen-karbonatlı.
Qırmızı rəngli qat qırmızımtıl-boz rəngli tufqumdaşlarından tufa-
levrolitlərdən, tufqravelitlərdən, qumdaşlarından, alevrolitlərdən, silisli
əhəngdaşı və mergel laycıqlı gillərdən ibarətdir. Qatın maksimal qalınlığı
Nehrəm kəndi rayonunda qeyd olunur. Əlvan rəngli terrigen-karbonatlı
qat qırmızı rəngli qatın üzərində uyğun yatır və qırmızımtıl-boz, sarımtıl-
boz və yaşılımtıl-boz alevrolitlərdən, qumdaşlarından, gildən və silisli
əhəngdaşlarından təşkil olunmuşdur. Qatın yuxarı hissəsində andezitlərin
lavabrekçiyaları qeyd edilir. Qatın maksimal qalınlığı Qaraqala ərazisin-
də (500 m), Çaşırdağ dağında, Əshabikəhf və Qahab (350-400 m) kənd-
lərində qeyd olunur.
1.11.1.1. Əshabikəhf təzahürlər qrupu
Naxçıvan çökəkliyindəki bütün məlum misli qumdaşları təzahür-
ləri Əshabikəhf mis filizləşməsi qrupu adı altında birləşirlər.
Gözdən keçirilmiş misli qumdaşı təzahürlərinin geoloji mövqeyi
onlarda aşkar olunan müxtəlif misli, əlvan rəngli qatın səviyyələri ilə
təyin edilir. Bu məhsuldar stratiqrafik səviyyə Alt-Orta Oliqosenin, həm-
çinin Üst Oliqosen-Alt Miosen yaşlı qırmızı rəngli qatın alt, boz rəngli
83
qatın isə orta hissələrində, həmçinin Üst Oliqosen-Alt Miosen yaşlı əlvan
rəngli qatın üst hissəsində müəyyən edilmişdir. Mis filiz cismi məhsul-
dar çöküntülərdə mərtəbələrlə yerləşir. Onların uzunluğu yüzlərlə metr-
dən bir neçə kilometrə, qalınlığı isə bir neçə metrdən onlarca metrədək
dəyişir. Filiz cisminin forması dəyişkən olub, layşəkilli və linzagö-
rünüşlü laylar minerallaşmanın lentşəkilli cisimləri ilə əvəz olunur.
Aşağıda bir sıra əsas mis təzahürləri üzrə filizləşmənin səciyyəsi verilir.
1.11.1.2. Şərqi Sirab təzahürü
O, Sirab kəndinin ətraflarında, Sirab çayının sahillərində, Sirab
sinklinalının cənub-şərq qanadında yerləşir və məhsuldar çöküntülər 35-
50° bucaq altında cənub-qərbə yatırlar. Alt qırmızı rəngli misli qat
müxtəlif istiqamətli dik yatımlı qırılıb-düşmə ilə mürəkkəbləşmiş və
həmçinin Alt Pliosenin andezit-dasit tərkibli subvulkanik cisimləri ilə
yarılmışdır. Mis minerallaşması nöqteyi-nəzərincə Şərqi Sirab təzahü-
ründə birləşən Sirab və Gündağ sahələri böyük maraq kəsb edir.
Sağ sahildəki təzahürlərin daxilində müxtəlif uzunluqlu iki, sol
sahildə isə bir misli horizont ayrılır. Filiz cisminin forması gipslə mine-
rallaşmış horizontlarda laylı-linzaşəkilli, pazlaşan hissələrdə isə şaxəli-
dir.
Sirab çayının sağ sahilində alt və üst filizli horizontlar bitki qalıqlı
güclü ağarmış tufqravelitlərlə təmsil olunur və uzanma istiqamətində
tufqumdaşları ilə əvəz olunur. Aşkar olunan misli horizontların uzunluğu
uzanma istiqaməti üzrə 250-300 m, düşmə istiqaməti üzrə 100-150 m, alt
horizontun qalınlığı 0,5-10,0 m (orta hesabla 3,2 m), üst horizontun
qalınlığı 0,5-3,0 m (orta hesabla 1,0 m) arasında dəyişir. Misin miqdarı
0,2%-dən 2-3%-dək dəyişir və alt horizontda orta hesabla 0,6%, üst
horizontda isə 1,4% təşkil edir.
Sirab çayının sol sahilində misli horizont ağarmış tufqravelitlərlə
təmsil olunur. Filizli layın orta qalınlığı 4,0 m olmaqla o, uzanma
istiqamətində 650 m izlənilir və misin orta miqdarı 0,5% təşkil edir. Mis
filizləri güclü oksidləşmişdir və malaxit, azurit və kupritlə təmsil olunur.
Onlarda qurğuşun və sink 0,1%, molibden 0,1-0,3%, kobalt 0,1-0,2%,
vanadium 0,1%-ş qədər iştirak edir. Qızıl 0,1 q/t, gümüş 13,5 q/t,
germanium 0,002-0,003% qeyd edilir. Misli horizontlar üçün yüksək
radioaktivlik səciyyəvidir.
84
1.11.1.3. Qızılca təzahürü
O, eyniadlı kəndin şərqində, Əlincəçayın sol sahilində en istiqamə-
tinə yaxın istiqamətli kiçik antiklinal strukturun şimal qanadında yerləşir.
Filizləşmə qırmızı rəngli qatın alt hissəsinin aşağısında formalaş-
mış və bir-birinə yaxın açıq rəngli tufqumdaşı və tufkonqlomeratlarla
təmsil olunaraq əsasən kömürlü-oduncaq materialın toplandığı yerlərdə
misin, qurğuşunun, nikelin, kobaltın və molibdenin nisbətən yüksək
konsentrasiyası toplanmışdır. Burada üç misli horizont məlumdur.
Alt horizont antiklinalın tağ hissəsini əhatə edir və orta qalınlığı
1,5 m olmaqla 1,5-2,0 km məsafədə izlənilir və misin orta miqdarı
0,38% təşkil edir. Misli laylar litoloji cəhətdən manqan-dəmir konsentra-
siyalı qara rəngli tufqumdaşları ilə təmsil olunur. Orta horizont antikli-
nalın şimal qanadında tufqumdaşlarının arasında orta qalınlığı 1,7 m və
misin orta miqdarı 0,42% olmaqla 2 km-ə yaxın məsafədə izlənilir. Üst
horizont həmçinin tufqumdaşı qatında öyrənilmiş, orta qalınlığı 1,0 m
olmaqla 1,5-2,0 km məsafədə izlənilir və misin orta miqdarı 0,5% təşkil
edir.
Filizli horizontlarda mis filizləri güclü oksidləşmiş və mineraloji
tərkibcə malaxitlə, azuritlə və bəzən xalkopiritlə təmsil olunur. Filizdə
mislə birlikdə qurğuşunun 0,05-1,0%, kobaltın 0,005-0,01%, nikelin
0,01-0,1% və molibdenin 0,003-0,006% yüksək konsentrasiyasına rast
gəlinir.
1.11.1.4. Şaxkarat təzahürü
O, Darıdağ dağının yamacında yerləşir və alt qırmızı rəngli qatın
aşağı hissəsinə aid edilir. Filizli horizont tufbrekçiya, tufqravelit və
tufqumdaşları ilə mürəkkəbləşmişdir. Laylar şərqə və qərbə tərəf 20-30
0
bucaq altında yatırlar. Filiz horizontunun filizli hissəsinin qalınlığı 10 m-
ə qədər çatır, misin ən böyük konsentrasiyası kömürləşmiş oduncaq
materialların toplandığı yerlərində müəyyən olunmuşdur.
Filiz təzahürünün hüdudlarında uzunluğu 3,0-4,5 km-ə çatan
şimal-şərq-cənub-qərb istiqamətli üç filizli horizont məlumdur:
- üst horizont, Dördüncü dövr çöküntülərinin arasında yer səthinə
çıxan minerallaşmış tufqravelit layları (1,0-3,0 m) ilə mürəkkəbləş-
mişdir;
85
- orta horizont, birincidən hipsometrik olaraq 14-18 m aşağıda
yerləşir, açıq rəngli tufkonqlomeratlarla (0,6-2,5 m) təmsil olunur;
- alt horizont, hipsometrik olaraq ikincidən 10-15 m aşağıda
yerləşir, açıq rəngli tufqumdaşları (1,3-2,3 m) ilə təmsil olunur.
Bütün misli laylar müxtəlif istiqamətli gips damarcıqları və toz
şəkilli yarozitlə zənginləşmişdir. Təsvir olunan laylar qazılmış dörd
buruq quyusunun nəticələrinə görə 150-300 m dərinliyə qədər izlənilir.
Filizləşmə malaxitlə, bəzən isə xalkopirit möhtəviləri ilə təmsil
olunur. Misin miqdarı 0,2-0,5%, qurğuşun 0,2-0,3%, nikel 0,02-0,1%,
molibden 0,005-0,03%, vanadium 0,005-0,02%-dir.
Qeyd olunan misli laylar uranlıdır. Bu sahədə radioaktivlik çox
yüksəkdir.
1.11.1.5. Qırxlardağ təzahürü
O, Qırxlardağ dağının cənub-qərb yamacında yerləşir və Sirab
sinklinalının şimal-qərb qanadına aid edilir. Mis filizləşməsi Alt-Orta
Oliqosenin boz rəngli qatı (500 m) ilə əlaqədar olub, andezit tərkibli
yaşılımtıl-boz rəngli nadir tuf lava və lavabrekçiya laycıqları saxlayan
tufqumdaşlarının, tufqravelitlərin, tufkonqlomeratların növbələşməsi ilə
təmsil olunmuşdur.
Filizsaxlayan qatın tsiklik quruluşu misli filiz cisimlərinin çoxmər-
təbəli yerləşməsini şərtləndirir (təmin edir).
Mis-uran filizləşməsi dörd məhsuldar misli horizontda yerləşir.
Filiz cismi layşəkilli formada qərbə və şimal-qərbə maili (15-20°) yatır
və dörd layla təmsil olunur, onlardan ikisi tufqravellitlərə, qalan ikisi isə
tufkonqlomeratlara aid edilmişdir (aşağıdan yuxarıya):
- linzaşəkilli lay formasında 800 m məsafədə izlənilir, tufqravellit-
lərin arasında misin orta miqdarı 1,0%, layın orta qalınlığı 1,2 m və
uzunluğu 110 m-dən 350 m-dək olan mislə zənginləşmiş dörd sahə
ayrılır;
- uzanma istiqamətində 800 m izlənilən lay, tufqravelitlərdə olan
dörd misli linzada misin orta miqdarı 0,8%, orta qalınlığı 1,8 m-dir;
- 2300 m uzunluğunda izlənilən lay, tufkonqlomerat layına aid
olan dörd linzada misin orta miqdarı 1,1%, orta qalınlığı 1,5 m-dir;
- tufkonqlomeratlara aid edilən lay, 1,0 m qalınlığında, misin orta
miqdarı 0,9% olmaqla 80-100 m izlənilmişdir.
86
Filizləşmə əsasən möhtəvi, bəzən damarcıq-möhtəvi tiplidir. Əsas
filiz mineralları sərbəst mis, kuprit, xalkozin sayılır, bəzən tenardit və
xalkopiritə rast gəlinir. Arabir malaxit və azuritin axımları müşahidə
olunur. Misdən əlavə bu təzahürdə qurğuşun 1,0%-ə qədər, sink 1,0%-ə
qədər, qızıl 1 q/t-a qədər, gümüş isə 15q/t müəyyən edilmişdir. Qazılmış
buruq quyuları mövcud filiz laylarının 300-500 m dərinlikdə 1-2 m
dəyişməz qalınlıqda olduğunu təsdiq etmişdir. Yuxarıda qeyd olunan
misli laylardan əlavə, axtarış mərhələsində qazılmlş buruq quyuları
vasitəsilə yer səthinə çıxmayan 2 linza aşkar olunmuşdur.
1.11.1.6. Qahab, Əshabikəhf və Çaşırdağ təzahürləri
Göstərilən təzahürlər qrupu (Qahab, Əshabikəhf, Mahmud kənd-
lərinin ətrafında) Üst Oliqosen-Alt Miosen kompleksləri arasında üst
missaxlayan stratiqrafik səviyyənin tərkibində yerləşir. Mis mineral-
laşması xalkozinin, kupritin və misin sulu karbonatlarının (malaxit,
azurit) möhtəviləri ilə təmsil olunur. Filizləşmə az qalınlıqlı əhəngdaşı və
əhəngli qumdaşı laylarında öyrənilmişdir. Laylar maili yatımla 10-15°
bucaq altında şimal-şərqə monoklinal yatırlar. Filizləşmə müxtəlif
litoloji tərkibli süxurlarla bu və ya digər formada kəskin sərhəd əmələ
gətirmir. Misin maksimum miqdarı ancaq qırıntılı qumdaşlarında müəy-
yən olunmuşdur. Qumlu filiz cismində kəsiliş üzrə misin konsentrasiyası
yuxarıdan dərinliyə doğru tədricən azalır.
Kənddən 1,2-2,0 km cənub-şərqdə yerləşən Qahab təzahüründə
mislə minerallaşmış iki əsas lay aşkar olunmuş və qalınlığı 0,4-0,5 m
olmaqla 800 m izlənilmişdir. Filizdə misin miqdarı ətraf süxurların
litoloji tərkibindən asılı olaraq qumdaşlarında 0,3-2,75%, silisli əhəng-
daşlarında isə 0,1-0,96% təşkil edir.
Əshabikəhf dağından 1,2 km cənub-qərbdə yerləşən Əshabikəhf
təzahüründə qumlu-əhəngli layın arasında uzunluğu 800 m, orta qalınlığı
0,9 m və misin orta miqdarı 1,0% olan bir əsas filizli lay məlumdur.
Çaşırdağ təzahüründəki qatda iki əsas misli lay ayrılır: biri
qumdaşlarında, digəri isə əhəngdaşlarında, orta qalınlığı 1,4 m, misin
orta miqdarı 1,19% olmaqla yer səthində 650 m izlənilirlər.
Misli qumdaşlarının mineral tərkibi. Filiz mineralları süxurun
həcminin 5-6%-ə qədərini tutur və açıq-yaşıl, sarımtıl-yaşıl, bəzən mavi
rənglərdə yuva, yaxma, nazik qabıq və damarcıqlar şəklində müşahidə
olunur. Filizli maddələr tez-tez qırıntı süxurların skletində sement rolunu
87
oynayır. Əsas mis mineralları kuprit (2-20%), malaxit (5-15%), sərbəst
mis (3-7%), xalkozin (0,5-6,0%), tenorit (0,5-5,0%), xalkopirit (1-2%)
sayılır. Bunlardan əlavə maqnetit (3-5%), pirit (1-2%), limonit (2-3%),
molibden saxlayan ilzemannit, kolloid sulfat və uran minerallarına rast
gəlinir. Qeyri-filiz minerallarından kvars, kalsit, xlorit, muskovit və
digərlərinə rast gəlinir. Kuprit müxtəlif çalarlı qırmızı rənglərdə sərbəst
mis, tenorit və malaxitlə sıx assosiasiyada olur. Əsasən sıx dənəli
aqreqatlar, bəzən təcrid olunmuş kub formalı idiomorf kristallar və
massiv dənəli ikiləşmələr, bəzən iynəşəkilli uzanmış kristallar əmələ
gətirir. Kupritin limonitlə və hidrohetitlə dispers qarışığına rast gəlinir və
HNO
3
-ün təsiri ilə tez qaralır. Kuprit oksidləşərək nəticədə xalkozin
əmələ gətirir.
Malaxitə yaxma, nazik qabıq, yuva, damarcıq və qeyri-düzgün
formalar şəklində rast gəlinir. Adətən o, sərbəst mis və kuprit ayrılma-
larının kənar hissələrində inkişaf edir. Tez-tez malaxit susuz karbonatlara
hopur və digər qeyri-filiz minerallarını yaşıl rəngin müxtəlif çalarları ilə
boyayır; HCI təsirindən tez dağılır.
Sərbəst mis malaxit və kupritlə sıx assosiasiyada olur. Qeyri-filiz
kütləsinin boşluqlarında sərbəst mis kristalları, onların ikiləşmələri, kup-
ritdə dendritşəkilli yığımları və möhtəvilərinə rast gəlinir. Bəzən kupritin
mineral aqreqatlarının arasında sərbəst misin incə damarcıqları izlənilir.
O, həmçinin kuprit dənələrinin sərhədi boyu inkişaf edir və qarışıq
strukturlar əmələ gətirir. Sərbəst mis ayrılmalarının ölçüsü 0,01-0,25
mm-dir. Misli qumdaşlarında o, xalkozinin oksidləşmə məhsullarından
sayılır Cu
2
S + SO
2
— CuSO
4
+ Сu.
Xalkozin tez-tez xalkopirit üzrə inkişaf edir və onun ətraflarında
massiv və fasiləli dar haşiyələr əmələ gətirir. Bəzən damarcıqlar və
qeyri-düzgün formalı yuvalar şəklində müşahidə olunur. Xalkopiritin
dənələri 0,1 mm-dən kiçik olub,tez-tez xalkozinlə əvəz olunur.
Həmçinin, xalkozinin qeyri-filiz kütlədə bitki detritlərinə oxşar
tək-tək lövhəşəkilli ayrılmalarına rast gəlinir. Rənginə görə iki növü-
bonit qarışıqlı qızılgül rəngli və rəngsiz. Qızılgül rəngli xalkozin əsasən
rəngsiz xalkozinin kənarlarında inkişaf edir və dənələrinin ölçüsü 0,1
mm-dən 0,3 mm-dək çatır. Xalkozin iki modifikasiyada – heksaqonal və
rombik müşahidə olunur.
Tenorit kupritlə sıx assosiasiyada rast gəlinir və adətən onunla
qarışır. Tez-tez tenorit kuprit üzrə psevdomorfozlar, bəzən isə incə
dispers qarışıqlar əmələ gətirir. Təbəqəli idiomorf və ya prizmatik kris-
88
tallar, bəzən radial şüalı ayrılmalar və ya xırdadənəli aqreqatlar əmələ
gətirir. Polisintetik ikiləşmələr səciyyəvi olub, tamamilə kupritlə əvəz
olunan epizodik amorf tenarditə rast gəlinir. Əks olunam işıqda sarımtıl-
qəhvəyi çalarlı olub, rəngsizdir.
Xalkopirit az miqdarda inkişaf edərək tuffitin sementində möhtə-
vilər şəklində inkişaf edir, hərdən və ya tamamilə xalkozinlə əvəz olunur
və ya onu haşiyələndirir; həmçinin ksenomorf ayrılmalar şəklində süxur-
əmələgətirən mineralların arasında rast gəlinir, arabir isə 0,01mm-dən
0,3-0,5 mm-dək ölçüdə dəyişən incə damarcıqlar əmələ gətirir.
Misli qumdaşlarının geokimyəvi səciyyəsi. Müxtəlif misli stra-
tiqrafik səviyyələrdə yanaşı filiz elementləri ilə misin yayılma
miqda-
rının müqayisəsi göstərir ki, elementlərin (qurğuşun, sink, kobalt, nikel,
molibden, vanadium) ən yüksək konsentrasiyası misli filizlərin alt misli
stratiqrafik səviyyələrində müşahidə olunur. Misin miqdarının yüksəl-
məsi ilə nikel, kobalt və molibdenin yayılma əyrilərinin qurğuşun, sink
və vanadiumun əyrilərinə nisbətən kəskin yüksələn görüntüsü əldə edilir.
Orta və üst misli stratiqrafik səviyyələrdə filiz elementlərinin yayılma
əyriləri əsas səciyyə daşıyır.
Bütün filizli horizontlarda misli qumdaşı təzahürləri üçün nikel və
kobalt olduqca səciyyəvi olub, onların miqdarı klarkdan yüksəkdir.
Vanadium misli qumdaşlarının alt və orta misli stratiqrafik səviyyələri
üçün səciyyəvi olub, orada vanadiumun miqdarı çökmə süxurlardakı
klarkından yüksəkdir. Sirkonium və xrom öyrənilən bütün sınaqlarda
iştirak edir, sirkoniumun miqdarı həmişə klarkdan aşağı, xrom isə klarka
yaxın və ya ondan yüksəkdir. Berillium sınaqların hamısında iştirak
etmir və bir hissəsi klark miqdarındadır. Qallium daim qeyd olunur və
böyük hissəsi klark miqdarındadır. Gümüş nadir hallarda müəyyən edilsə
də onun miqdarı klarkdan yüksəkdir.
Beləliklə, misli qumdaşları Naxçıvan çökəkliyinin bütün filizli
horizontlarında kobalt, nikel və berilliumun yüksək miqdarı ilə səciy-
yələnir. Misli qumdaşlarında vanadiumun, molibdenin, qurğuşunun, sin-
kin, nikelin və kobaltın yüksək miqdarı onlarda misin yüksək konsen-
trasiyası ilə yaxşı korrelyasiya əmələ gətirir.
89
BÖLMƏ 2. QEYRİ-FİLİZ FAYDALI QAZINTILAR
2.1. Dağ-kimyəvi xammal yataqları
2.1.1. Daşduz
Natriumun xlorlu, sulfatlı və karbonatlı duzlarının alınmasında və
ən vacib mənbə kimi onlardan sənaye məhsullarının istehsalında təbii
mineral duzlardan, həmçinin yüksək minerallaşmaya malik təbii və süni
duzlu məhlullardan istifadə edilir.
Xörək duzunun (natrium xlorun) alınmasında əsasən, daşduzdan
(67,9%), göllərdə çökən duzlardan (31,8%) və az miqdarda təbii duzlu
məhlullardan istifadə edilir. Təyinatı və istifadəsi üzrə duzlar yeyinti
(ümumi istehsalın 50%-i), texniki (40%) və yem (10%) duzlarına bölü-
nür. Texniki duzlardan əsasən susuzlaşdırılmış və kaustik soda, xlor və
turşu, ammonium və kalsium xlorun istehsalında istifadə edilir.
Daşduz həmçinin lak-boya, meşə-kimya, toxuculuq, sellüloz-kağız,
dəri, metallurgiya, neft, kimya və dərman sənayesində istifadə edilir.
Daşduzun keyfiyyət göstəriciləri 153-57 saylı Dövlət Standartının
tələbləri ilə tənzimlənir.
Bu günə qədər xörək duzunun keyfiyyətini tənzimləyən yeni döv-
lət standartları hazırlanmamışdır. Buna görə də hər bir yatağın şəraiti və
istifadə sahəsi nəzərə alınmaqla ehtiyatların təsdiqi üçün xüsusi kondisi-
yalar hazırlanır.
Məsələn, II növ xörək duzunda natrium xlorun miqdarı 97%-dən, I
növ xörək duzunda 97,7%-dən, ali növdə 98,4%-dən və ekstra növündə
isə 99,7%-dən az olmamalıdır. Texniki xörək duzunda natrium xlorun
minimal miqdarı 97,5-98,4%, yem üçün nəzərdə tutulan duzlarda isə 90-
95% nəzərdə tutulur. Zənginləşdirməyə məruz qalmayan daş və çökmə
göl duzları təbii vəziyyətdə bu tələbatlara cavab verməlidir. Kalsium,
maqnezium, kalium, sulfat birləşmələri və həll olmayan qalıqda olan
dəmir oksidi zərərli qarışıq hesab olunur.
Azərbaycan Respublikasinda daşduz yataqları yalnız Naxçıvan
Muxtar Respublikasının Babək rayonu ərazisində aşkar edilmişdir.
Mineral duz yataqlarının əmələ gəlməsində iki əsas iri geotektonik
strukturun: dağqabağı çökəkliyin və daxili geosinklinal hövzənin olması
vacibdir. Naxçıvanın duz hövzələri ikinci tipə aiddir.
90
Morfoloji quruluşuna görə daşduz yataqları layşəkilli, linzaşəkilli,
duz kupolları, bəzən isə çatları dolduran damar və damarcıqlar şəklində
rast gəlinir.
Təmiz daşduzun 97-100%-i yeyinti sənayesində istifadə edilir.
Aşağıda ayrı-ayrı duz yataqları haqqında qısa məlumat verilir.
2.1.1.1. Duzdağ (Naxçıvan) daşduz yatağı
Yataq iki sahəyə ayrılır: cənub sahə - Naxçıvan sahəsi (uzunluğu
2,2 km, eni 1,6 km, sahəsi 3,5 kv.km) və ondan 4,5 km şimal-qərbdə
yerləşən Sust sahəsi (uzunluğu 1,3 km, eni 0,9 km, sahəsi 1,2 kv.km).
Naxçıvan sahəsi. Naxşıvan şəhərindən 12 km şimal-qərbdə
yerləşir.
Yatağın geoloji quruluşunda Miosen və Dördüncü dövr çöküntüləri
iştirak edir.
Naxçıvan MR-də Miosen çöküntülərinin tam kompleksi inkişaf
etmişdir və 6 lay dəstəsinə ayrılır. Həmin lay dəstələrinin aşağıdan yuxa-
rıya təsviri belədir:
I lay dəstəsi - ritmik gil layları ilə növbələşən boz, çatlı əhəng-
daşları, qalınlığı 5-10 m olub, Payız kəndi yaxınlığında layın qalınlığı
0,8 m-ə qədər azalır.
II lay dəstəsi - qumdaşı, qravelit və konqlomerat laylı, boz, sarım-
tıl-boz və göyümtül-boz rəngli qumlu gillər, qalınlığı 175-180 m.
III lay dəstəsi - gobud qırıntılı süxur layları ilə boz, qırmızımtıl-boz
rəngli gil, alevrit və qumdaşlarının növbələşməsi. Muldanın mərkəzi
hissəsində, Böyükdüz strukturunda qazılmış buruq quyularının nəticələ-
rinə görə lay dəstəsinin maksimal qalınlığı 500 m-ə çatır. Şimala doğru
lay dəstəsinin qalınlığı 70-80 m-ə qədər azalır.
IV lay dəstəsi - müxtəlif dənəli qum və qumdaşı laylari, həmçinin
əhəngdaşı, mergel, alevrit və vulkan küllərinin qırmızımtıl-boz, qəhvəyi-
boz, yaşılımtıl-boz rəngli gillərlə növbələşməsi. Lay dəstəsi qalınlığı 1,5-
3,0 m olan gips və gipsli qumdaşları ilə qurtarır. Lay dəstəsinin ümumi
qalınlığı 175 m-dir.
V lay dəstəsi - nadir qumdaşları və gips layları saxlayan yaşılımtıl-
boz, boz rəngli gil qatı, qalınlığı 0,1-0,3 m. Qumlar gilli, əhəngli olmaqla
içərisində 3 daşduz layı saxlayır. Lay dəstəsinin dabanında qalınlığı
0,35-2,9 m olan gips layları izlənilir. Lay dəstəsinin ümumi qalınlığı 17
m-ə bərabərdir.
91
Lay dəstəsinin əsasını 3 daşduz layı təşkil edir. Üst hissədə yerləşən
I layın qalınlığı 4,4-10,34 m, orta (istismar olunan) hissədə yerləşən II
layın qalınlığı 6,3-10,75 m və alt hissədə yerləşən III layın qalınlığı isə
0,6-1,4 m-ə çatır. Duz layları arasındakı gilin maksimal qalınlığı I və II
laylar arasında 9,4 m təşkil edir. II və III laylar arasındakı gilin qalınlığı
isə 1,5 m-ə çatır. Duz layları arasında qalınlığı 0,3 m-dən artıq olmayan
gil möhtəviləri və laycıqları müşahidə olunur.
VI lay dəstəsi - qalınlığı 0,5 m-ə qədər olan nadir qumdaşları və
gips layları saxlayan yaşıl, yaşılımtıl-boz, yaşılımtıl-sarı və göyümtül-
boz rəngli gil qatı. Lay dəstəsinin ümumi qalınlığı 94 m-ə bərabərdir.
Müasir çöküntülər qərbdə Duzdağ platosu daxil olmaqla bütöv-
lükdə Böyükdüz düzənliyini örtür.
Yataq tektonik cəhətcə Böyükdüz antiklinal qırışıqlığının cənub-
şərq qanadında yerləşir. Antiklinalın oxu yatağın şimal-qərbindən keçir.
Qeyd etmək lazımdır ki, yataqda həm duz, həm də ətraf süxurlar üçün
maili yatım xarakterik olub, laylar 12-15
0
bucaq altında yatırlar.
Aşağıda I və II duz layları üzrə kimyəvi analizin orta nəticələri
verilir.
Cədvəl 4
Dostları ilə paylaş: |