Qazintilari


I və II duz layları üzrə kimyəvi analizin orta nəticələri



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə9/22
tarix28.04.2017
ölçüsü2,85 Kb.
#15841
1   ...   5   6   7   8   9   10   11   12   ...   22

 
I və II duz layları üzrə kimyəvi analizin orta nəticələri 
 
Layla-
rın 
№-si 
Komponentlərin miqdarı, %-lə 
NaCl 
CaCl

MgCl


2


CаSО

MgSО

Həll 
olma- 
yan 
qalıq 

2 3
4
5  6
7

Ы 
95,5 0,04 0,001  0,31  0,50  2,0  1,6 
ЫЫ 
93,6 0,08  0,06  0,30  0,22  2,2  3,6 
 
I və II duz layları üzrə kimyəvi analizin   təhlili aşağıdakı  nəticəyə 
gəlməyə imkan verir: 
- I layda natrium xlorun miqdarı II laya nisbətən yüksək olub, 153-
57 saylı Dövlət Standartının tələbatına görə II növə uyğun gəlır; 
- maqnezium xlorun miqdarı  hər iki lay üzrə çox aşağı  həddə 
0,001-0,006% olub, istifadə sahəsindən asılı olmayaraq xörək duzu üçün 
nəzərdə tutulan kondisiyanın tələblərinə tam cavab verir; 

 
92
- kalsium xlorun miqdarı yemləmə üçün nəzərdə tutulan duzlar 
istisna olmaqla, hər iki lay üzrə kondisiyada nəzərdə tutulan həddən 
aşağıdır; 
- duzda həll olmayan qalığın orta miqdarı 3,23% təşkil edir. Qeyd 
etmək lazımdır ki,  kondisiyada həll olmayan qalığa məhdudiyyət 
nəzərdə tutulmadığından xörək duzu üçün maksimal miqdar 3,5% qəbul 
edilmişdir. Bu isə 153-57 saylı Dövlət Standartında nəzərdə tutulan 
həddən 1,5% aşağıdır. 
Keyfiyyət baxımından I layın duzu II laya nisbətən yüksək oldu-
ğundan hal-hazırda I lay istismar olunur. Bu lay üzrə natrium xlorun 
miqdarı 94,43-97,02% arasında dəyişir. I layın qalınlığı  şimal-şərq isti-
qamətdə artdığından bu layın əhəmiyyəti daha da artır. 
Yatağın hidrogeoloji və dağ-texniki şəraiti əlverişlidir.  
Yatağın A+B+C
1
 kateqoriyaları üzrə balans ehtiyatları 86 274 min 
ton, proqnoz resursları isə 1,3 mld. ton təşkil edir. 
Yatağın lap qədim zamanlardan (5000 ildən yuxarı) istismar  olun-
masına baxmayaraq sənaye  istismarına  1928-ci ildən başlanılmışdır. 
Sust sahəsi. Naxçıvan  şəhərindən 20 km şimal-qərbdə, Sust 
kəndindən isə 3 km şərqdə yerləşir.  
Yatağın geoloji quruluşunda Miosen, Dördüncü və Müasir dövrün 
kompleks süxurları  iştirak edir. Naxçıvan daşduz sahəsi də  həmin 
kompleksdə  yerləşir. 
Yataq ərazisində Miosen çöküntüləri 3 lay dəstəsi ilə təmsil olunur: 
IV, V və VI lay dəstələri. Qeyd olunan lay dəstələrinin litoloji tərkibi 
Naxçıvan sahəsi ilə eynilik təşkil etdiyindən burada yalnız daş duz 
layları saxlayan  V lay dəstəsinin təsviri verilir.  
V lay dəstəsi - boz rəngli gil, qumdaşı, gips və gipsləşmiş süxur 
laycıqları saxlayan yaşılımtıl-boz rəngli gil qatı. Gillər əsasən qumlu və 
əhəngli olub, 2 daşduz layı saxlayır. Üst hissədəki  I layın qalınlığı 2,5-
5,2 m, alt hissədəki II layın qalınlığı isə 3,0-6,2 m təşkil edir. Daşduz 
layları arasında qalınlığı 12-14 m olan gil qatı yatır. Duz laylarının 
içərisində gil və gips möhtəviləri izlənilir. 
Sust sahəsinin daşduzu makroskopik cəhətdən Naxçıvan sahəsinin 
daşduzundan heç nə ilə fərqlənmir. Həll olunmayan qalıqların miqdarın-
dan asılı olaraq duzlar  adətən ağ, ağımtıl-boz rəngdədir. 
Aşağıda Sust sahəsi üzrə duzun kimyəvi tərkibi verilir. 
 
 

 
93
Cədvəl 5 
 
Sust sahəsi üzrə duzun kimyəvi tərkibi 
 
Lay-
ların 
№-si  
Komponentlərin orta miqdarı, %-lə 
NaCl CaCl

MgCl


2


CаSО

MgSО

Həll olmayan 
qalıq 
I 96,44 0,12  0,13 

1,55  0,01 1,87 
II 95,28 0,17  0,11 

2,25  0,002 1,75 
 
Duzun kimyəvi tərkibinə görə aşağıdakı nəticəyə gəlmək olar: 
1. Natrium xlorun miqdarı üst layda Naxçıvan duz sahəsinə  
nisbətən 0,65-1,22% yüksək olub, bu göstərici kondisiyaya daha yaxındır 
və  II növ xörək duzuna uyğun gəlir. 
2. Hər iki layda maqneziumun və kalsiumun xlor və sulfat tərkibli 
duzlarının miqdarı çox cüzi olub, tələbata tam cavab verir.  
 3. Sust sahəsindəki duzun keyfiyyət göstəriciləri Naxçıvan sahəsi-
nə nisbətən yüksək olub, natrium xlorun miqdarının daha yüksək, həll 
olmayan qalıqların miqdarının  isə az olması ilə səciyyələnir. 
Duzun qalınlığı istisna olmaqla, Sust sahəsindəki duzun  keyfiyyət 
göstəriciləri  kondisiyanın tələblərini tamamilə ödəyir. 
Yatağın B+C
1
 kateqoriyaları üzrə balans ehtiyatları 3 422 min ton 
təşkil edir. 
 
2.1.1.2. Nehrəm daşduz yatağı 
 
Babək rayonunun Nehrəm kəndi ətrafında, Naxçıvan şəhərindən 10-
12 km cənub-şərqdə yerləşir. Yataq mütləq hündürlüyü 800-850 m olan 
alçaq təpəli-düzənlik  ərazidə yerləşir. Yataq 1946-cı ildə Naxçıvan su 
təsərrüfatı idarəsi tərəfindən artezian quyusu qazılarkən aşkar edilmişdir. 
Yatağın geoloji quruluşunda Miosen və Dördüncü dövr çöküntüləri 
iştirak edir. 
Bütün buruq quyuları üzrə yatağın kəsilişi eyni olub, aşağıdakı 
kimi səciyyələnir.  
Kəsilişin  əsasını çox möhkəm, zəif  əhəngli, qara rəngli gil qatı 
təşkil edir. Gil qatı özündə qeyri-düzgün formalı açıq-mavi rəngli anhid-
rit möhtəviləri və laycıqları saxlayır. Anhidrit möhtəviləri və laycıq-
larının qalınlığı 20-25 sm-ə, qumdaşılarının qalınlığı isə 3-10 sm-ə çatır. 
Gilin görünən qalınlığı 19,5 m-dir.  

 
94
Gil layının üstündə incə laylılığı ilə  səciyyələnən  yaşılımtıl-boz 
rəngli gillər yatır. Uzanma istiqamətində yaşılımtıl-boz rəngli gillər 
bozumtul-mavi rəngli anhidrit mötəviləri və bir-biri ilə əlaqəsi olmayan 
və 2-3 sm ölçülü tək-tək daşduz kristalları saxlayan eyni rəngli alevritli 
qumdaşılarına keçir.  
Yaşılımtıl-boz rəngli gil laylarının qalınlığı 17 m-ə çatır. 
Kəsilişin növbəti elementini daşduz layları  təşkil edir və onun 
altında  incə laylı   yaşılımtıl-boz rəngli gillər yatır.  
Daşduz laylarının qalınlığı  cənub-şərqdən  şimal-qərbə doğru 46,4 
m-dən 90 m-dək artır. Daşduz layları anhidrit qatı ilə örtülür.  
Struktur cəhətdən Nehrəm yatağı  şimal-qərbə doğru 11
0
 bucaq 
altında yatan monoklinal yatım təşkil edir. Yatım bucağı yataqdan şimal-
şərqdə Miooliqosen yaşlı süxurların sərhədində 13
0
-yə qədər artır. 
Daşduz layı ətraf süxurlarla birlikdə uyğun yatım təşkil edir. Yatım 
istiqamətində lay 3 km, uzanma istiqamətində isə 400-800 m izlənilmiş-
dir. Yatağın ümumi sahəsi 1,54 kv.km-dir. 
Nehrəm yatağının duzu kristallik  olub, ağ, metalı-boz və tünd-boz 
rəngdədir. Bir sıra quyularda (№№ 1 və 9) yasəmən rəngli dəmir mika-
ları saxlayan şəffaf duz laylarına rast gəlinir. Duz qatı massiv kütlə təşkil 
etməyib, qalınlığı 2-10 sm  olan gil və gilli qumdaşı laycıqları ilə ayrı-
ayrı laylara ayrılır.  
Daşduzun mineraloji tərkibi mürəkkəb olmayıb, şlifdə bütün sahəni 
kubşəkilli halit mineralı tutur. Halitin fonunda sistemsiz şəkildə anhid-
ritlə sementləşmiş xırda-xırda  gilli-qumlu materiallara rast gəlinir. Ayrı-
ayrı  anhidrit kristallarının ölçüsü 0,2-0,3 mm-ə çatır. 
Nehrəm yatağında daşduz kimyəvi tərkibinin sabitliyi ilə seçilir. 
Aşağıdakı  cədvəldə buruq quyuları üzrə duzun kimyəvi tərkibi  
verilir. 
Cədvəl 6 
Buruq quyuları üzrə duzun kimyəvi tərkibi 
 
Buruq 
quyusu-
nun  
№-si 
Daş duzun 
qalınlığı, 

Duz tərkibinin miqdarı,  %-lə 
NaCl 
CаSО
4
 
MgCl

CaCl

Həll 
olmayan 
qalıq 
1 2 
3
4
5
6

1 58,28 
92,47 
2,67 
0,13 
0,21 
2,74 
2 75,65 
92,41 
1,97 
0,17 
0,18 
2,79 

 
95
1 2 





3 56,80 
93,27 
2,50 
0,18 
0,17 
2,25 
4 72,55 
90,93 
2,49 
0,19 
0,13 
4,14 
5 41,85 
95,74 
1,64 
0,16 
0,16 
1,40 
6 75,02 
93,26 
2,19 
0,23 
0,21 
2,84 
7 43,75 
92,39 
2,60 
0,05 
0,12 
3,81 
8 53,40 
88,51 
3,38 
0,02 
0,12 
6,46 
9 35,82 
85,86 
4,29 
0,10 
0,10 
8,19 
10 42,16 
86,19 
4,48 
0,16 
0,18 
8,72 
11 35,60 
83,15 
5,26 
0,06 
0,17 
11,97 
12 62,50 
83,94 
6,93 
0,07 
0,58 
8,76 
Yataq  
üzrə orta: 
51,96 90,10 3,35  0,13 0,20  4,89 
 
Daşduzda təmiz maqneziumun minimal miqdarı 0,004%, maksimal 
miqdarı isə 0,06% təşkil edir. Maqneziumun miqdarına görə duz “ekstra” 
və “əla”  növə uyğun olub, standartın tələblərınə tam cavab verir. Duzun 
tərkibində natrium sulfat və kalium xlorid aşkar edilməmişdir. Kalsium 
sulfat və kalsium xlorid  natrium xloridin dəyişməz peyki kimi bu 
yataqda da rast gəlinir. Bu komponentlərin ümumi miqdarı 0,54-0,85% 
olub, standartda nəzərdə tutulan tələbatdan bir qədər yüksəkdir və həmin 
göstərici  2-ci növ duza uyğun gəlir. 
Duzun keyfiyyətini aşağı salan əsas amillərdən biri həll olmayan 
qalığın yüksək miqdarda olmasıdır. Buruq quyuları üzrə  həll olmayan 
qalığın miqdarı 1,40-11,97% arasında dəyişir. Qeyd etmək lazımdır ki, 
natrium xloridin miqdarı ilə  həll olmayan qalığın miqdarı arasında 
birbaşa asılılıq mövcuddur: belə ki, həll olmayan qalıq nə  qədər az 
olarsa, natrium xloridin miqdarı  bir o qədər yüksək olur və ya əksinə. 
Natrium xloridin miqdarına görə Nehrəm yatağı Dövlət Standar-
tının tələblərinə  cavab vermir. Lakin istismar işləri yeraltı yuma üsuli ilə 
aparılarsa, duzun keyfiyyətini kəskin şəkildə yüksəltmək olar. 
Nehrəm yatağının hazırkı öyrənilmə dərəcəsi onun kimya sənayesi 
üçün,  əsasən soda istehsalı üçün maraq kəsb etdiyini söyləməyə  əsas 
verir. Əldə olunmuş geoloji nəticələr Nehrəm yatağının ehtiyat artımının  
çox perspektivli olduğunu göstərir.  
Yatağın B+C
1
 kateqoriyaları üzrə balans ehtiyatları 736 mln. ton, 
C
2
 kateqoriyası üzrə 642 mln. ton, proqnoz resursları isə 1,2-1,5 mld. ton 
təşkil edir. 
 

 
96
2.1.1.3. Şəkərabad-Qoşadizə yatağı 
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 fevral 1992-ci il 
tarixli 76 saylı Qərarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının 
qaz təchizatının yaxşılaşdırılması  məqsədilə yeraltı qaz anbarlarının 
tikintisi planlaşdırılmış və qeyd olunan problemin  kompleks həlli üçün 
Nehrəm duz yatağının istismar olunması  və onun bazasında yeraltı qaz 
anbarlarının tikintisi nəzərdə tutulurdu. 
Yeraltı qaz anbarlarının yaradılması üçün daha əlverişli geoloji 
strukturların aşkar edilməsi məqsədilə Nehrəm duz yatağı rayonunda 
xüsusi tədqiqat işləri aparılmış və nəticədə daha perspektivli və əlverişli 
geoloji şəraiti malik  Şəkərabad-Qoşadizə yatağı  aşkar edilmişdir. 
Şəkərabad-Qoşadizə yatağı  sənaye ehtiyatları  təsdiq edilmiş Neh-
rəm duz yatağından 1,0-1,5 km şimal-qərbdə yerləşir. 
Qeyd etmək lazımdır ki, Şəkərabad-Qoşadizə yatağında  kəşf  
edilmiş duz layları Nehrəm duz yatağında aşkar edilmiş duz laylarının 
davamı olduğundan bir sıra halllarda yatağın geoloji, fiziki-mexaniki
texnoloji və digər parametrləri Nehrəm duz yatağına uyğundur.  
Şəkərabad-Qoşadizə yatağı struktur cəhətdən Qızılvəng antiklinalı-
nın şimal qanadı  ilə Qoşadizə sinklinalının kəsişdiyi zonada yerləşir. 
Şəkərabad-Qoşadizə daşduz yatağı Orta Miosen yaşlı çöküntülərin 
içərisində  yerləşir. Uzanma istiqamətində duz qatının altında qumdaşına 
keçən incə laylı gil qatı yatır. Daşduz bəzi yerlərdə qalınlığı 20 m-ə 
qədər dəyişən gips-anhidrit horizontunun üstünü örtür. Duz qatının 
üstündə gil və alevrolit layları yatır. Kəşfiyyat işləri aparılan  ərazidə 
buruq quyuları üzrə duz və gil laylarının normal qalınlıqları  demək olar 
ki, bir-birindən fərqlənmir və süxurların yatım elementləri orta hesabla 
9
0
 təşkil edir. 
Aralarındakı gil süxurlarının qalınlığı  nəzərə alınmazsa, duzun 
maksimal qalınlığına yatağın qərb hissəsində qazılmış buruq quyularında 
rast gəlinir. Buradakı duz layı bir-birindən 2 gil layı ilə ayrılan 3 qatdan 
ibarətdir.  
Üst duz qatı qərbdən şərqə doğru izlənilir və onun ümumi qalınlığı 
20,5-26,3 m təşkil edir.  
Orta duz qatı qazılmış bütün buruq quyularında izlənilir və onun 
ümumi qalınlığı 11,5 m-dən 15,2 m-ə çatır.  
Üst və orta  duz layları arasında qalınlığı 2,0-5,5 m olan gil layı 
izlənilir.  

 
97
Alt duz qatı yalnız 3 buruq quyusunda kəsilmiş və duzun qalınlığı 
6,5-7,0 m təşkil edir. Alt və orta  duz layları arasındakı gilın qalınlığı 5,0 
m-dir. 
Kəşfiyyat işlərinin əsas məqsədi Karaqan horizontunun duz çökün-
tülərində yeraltı qaz anbarlarının yaradılması mümkünlüyünün təyin 
edilməsindən ibarət olmuşdur. Buruq quyuları vasitəsilə Orta Miosen 
çöküntülərində daş duz laylarının mövcudluğu təsdiq edilmiş, duzun 
maksimal qalınlığı 39,0 m, minimal qalınlığı isə 14,0 m olmuşdur. 
Duzun yayılma sahəsini dəqiqləşdirmək üçün əlavə 5 buruq quyusu 
qazılmışdır. Buruq quyuları vasitəsilə 9 kv.km sahə  əhatə olunmuş, 5 
kv.km sahə yeraltı qaz anbarlarının yaradılması üçün perspektivli hesab 
edilmişdir. 
Aşağıdakı cədvəldə Şəkərabad-Qoşadizə yatağı üzrə daşduzun kim-
yəvi tərkibi verilir. 
 
Cədvəl 7 
 
Daşduzun kimyəvi tərkibi 
 
Buruq 
quyuları- 
nın №-si 
NaCl 
CaCl

KCl 
MgCl

MgSO
4
 

2 3 



51 72,69-75,03 
0,38-1,0 
0,91-0,95   
 
51 88,89-94,78 
0,07-0,24  -  2,11-2,74 
 
52 70,29-91,57 
 
0,0 0,01-5,05 
52 95,65-98,39 
0,08-0,25  -  0,07-1,84 
 
53 84,9-98,83 
0,24-0,58  - 

 
54 99,56-99,88 
0,14-0,50 0,19 

 
54 93,92-97,53 
0,06-0,41  -  1,17-3,91 
 
58 90,93-99,63 
0,11-0,34  -  0,04-0,20 
 
 
Tədqiqatlar göstərir ki, duz laylarının gömüldüyü sahələrdə (51 və 
54 saylı buruq quyularının qazıldığı ərazidə)  duzun keyfiyyəti yaxşılaşır 
və həll olmayan qalıqların miqdarı 1,63-5,34%-dən 0,19-0,89%-ə qədər 
azalır və əksinə NaCI-un miqdarı 70,29%-dən 99,88%-ə qədər yüksəlir. 
Həmin istiqamətdə KCI-un miqdarı  0,19-0,95%-dək, CaCI
2
 0,07-0,58%-
dək, MgCI
2
 isə 1,91-2,31%-dək azalır. 
Tədqiqatlar göstərir  ki, həll olmayan qalıqların miqdarı 20%-dək 
olarsa, yuma üsulu ilə duz çıxarılan zaman məhlulun keyfiyyətinə 

 
98
(natrium xloridin miqdarına) heç bir təsir göstərilmir. Bu zaman ancaq 
məhlula həll olmuş duzlar daxil olur. Tədqiqatlarla müəyyən edilmişdir  
ki, kalsium, maqnezium və kaliumun miqdarına görə duz xlor istehsalı 
üçün nəzərdə tutulan tələbatları ödəyir. 
Yatağın C

kateqoriyası üzrə balans ehtiyatları 474165 min ton 
təşkil edir. 
 
2.1.2. Dolomit 
 
Dolomit - CaMg(CO
3
)
2
  çökmə süxurlar qrupuna daxil olub, əsasən 
eyniadlı mineraldan, kalsit, gips, anhidrit və  dəmir oksidi  qarışığından 
ibarətdir. Dolomitin kimyəvi tərkibində CaO -25,5-32,4%; MgO-14-
21,9%; CO
2
-35,7-47,7%; digər qarışıqlar -17,0% iştirak edir. Dolomitlə 
əhəngdaşı arasında karbonat süxurlarının bir sıra keçid növləri yayılmışdır. 
Dolomit sənayenin müxtəlif sahələrində: metallurgiya sənayesində 
flyus, keramika sənayesində odadavamlı xammal, kənd təssərrüfatında 
gübrə, kimya sənayesində  ağ  rəngli yandırılmış maqneziumun və digər 
məhsulların alınmasında, tikinti materialları sənayesində isə büzücülərin 
( sement, əhəng, termoizolyasiya və bəzək  materialları, döşəmə və üzlük 
plitələr, suvaq və süni mərmər) alınmasında geniş istifadə edilir.  
Dolomit sementinin yapışqanlılıq qabiliyyəti nəzərə alınaraq  onun 
ağac kəpəyi ilə qarışığından fibrolit və ksiolit istehsalında və roman-
sement istehsalında istifadə edilir. Son illər dolomitdən metallurji maq-
nezium (pereklaz) istehsalında da istifadə edilir. 
Dolomitdən həmçinin  şüşə sənayesində, yandırılmış halda saxsı və 
çini qablar istehsalında, incə abraziv material istehsalında, rezin səna-
yesində kauçuka möhkəmlik vermək və vulkanizasiya prosesini sürətlən-
dirmək və digər məqsədlər üçün istifadə edilir. 
Azərbaycanda dolomit yataqları Naxçıvanda, Qobustanda, Abşeron 
yarımadasında və Qusar rayonunda məlumdur. Yüksək keyfiyyətə  və 
unikal ehtiyatlara malik dolomitlər Naxçıvan MR-də  Araz çayının sol 
sahilində,  cənub-şərqdən  şimal-qərbə doğru izlənilən geniş  bır  ərazidə 
yerləşir. 
 
2.1.2.1. Nehrəm yatağı 
 
Yataq Nehrəm kəndindən 10 km cənubda, Dərəşam dəmiryol 
stansiyasından isə 2 km şimalda yerləşir. 

 
99
Yataq 1950-ci ildə T.B. Məlikyeqanov tərəfindən maqnezium 
əhəngi, 1953-54-cü illərdə F.A.Axundov tərəfindən odadavamlı  məmu-
lat, 1963-65-ci illərdə H.H.Hüseynov və E.M.Mütəllibov tərəfindən 
yüksək möhkəmlikli yol çınqılı, 1966-67-ci illərdə F.T.Rzayev və Q.M. 
Krentsel tərəfindən susuzlaşdırılmış soda və kombinə edilmiş sxem üzrə 
maqnezium oksidinin alınması  məqsədilə axtarış,  1972-1973-cü illərdə 
isə T.M.Seyidov tərəfindən ilkin kəşfiyyat işləri aparılmışdır. 1981-83-
cü illərdə yataq T.M.Seyidov və  İ.Ə.Məmmədov tərəfindən  şüşə xam-
malı kimi öyrənilmlşdir.  
Yataq Naxçıvançay-Əlincəçay arası sahədə dik, uçurumlu və doğ-
ranmış qobu və yamaclarla səciyyələnən Dərəşam silsiləsindəki  suayırı-
cının cənub hissəsində öyrənilmişdir. Noxuddağ (1673.9 m) zirvəsi ilə 
təmsil olunan Dərəşam silsiləsi  şimal-qərb və  cənub-şərq istiqamətində 
gömülür. Buradan şimal-şərqə Əlincəçay vadisinə doğru maili istiqamət-
də gömülən Qızılqaya silsiləsi ayrılır. 
Dolomitlər yüksəkliyi 100 m-ə  qədər olan dik və  çətin keçilən 
sıldırım qayalıqlar  əmələ gətirir. 
Yatağın geoloji quruluşunda Üst Triasın boz, çəhrayımtıl-boz, 
bozumtul-sarı və çəhrayı rəngli dolomitləri iştirak edir. Dolomitin ümu-
mi qalınlığı 800 m-ə çatır. Keyfiyyət göstəricilərinə görə onlar həm 
uzanma, həm də düşmə istiqamətində sabit tərkibə malik olmaları ilə  
fərqlənirlər. Faydalı qat 2 layla təmsil olunur. 
1. Boz, çəhrayı və açıq-boz rəngli, xırda kristallik, bəzən pelitomorf 
dolomitlər, qalınlığı 730 m-dir. 
2. Rəngbərəng, solğun-çəhrayı, tünd-boz rəngli, bəzən brekçiya-
vari, xırda kristallik dolomitlər, qalınlığı 420 m-dir. 
Örtük süxurların qalınlığı isə 0,1-1,5 m arasında dəyişir. 
Tektonik cəhətcə Nehrəm yatağı Culfa antiklinoriumunun şimal-
şərq qanadında yerləşir. Bu qanad Nehrəm dolomit yatağı rayonunda çox 
dik yatan 4 üstəgəlmə ilə mürəkkəbləşir. Üstəgəlmələrin uzanma  istiqa-
məti ŞmQ-320-330
0
-yə bərabərdir. Faydalı qat iri layşəkilli yatım təşkil 
edərək 65-78
0
 bucaq altında monoklinal yatımla Orta Trias çöküntüləri 
ilə uyğun yatım təşkil edir. 
Yataq litoloji cəhətcə demək olar ki, qalın laylı, massiv,  tamamilə 
eynicinsli tünd-boz, boz, çəhrayımtıl-boz rəngli dolomitlərlə  təmsil 
olunur və qalınlığı 980 m-ə çatır.  

 
100
Nehrəm yatağının dolomitlərinin müsbət keyfiyyəti onların təmiz 
və eynicinsli olmasıdır. Dolomitin heç bir növündə qumlu-alevritli terri-
gen materiallara rast gəlinmir. 
Mikroskop altında dolomitin əsas strukturu gizli narın dənəli, peli-
tomorf, bəzən isə helioblast və heteroblast kimi təyin edilmişdir. Tekstu-
rası əsasən məsaməli və brekçiya görünüşlüdür. 
Süxurun  əsas kütləsini dolomit dənələrinin aqreqatları  təşkil edir. 
İkinci dərəcəli minerallar kvarsdan, gil hissəciklərindən, bəzən isə siderit 
və kalsitdən ibarətdir. Silisiumun  əsasən 2 növü rast gəlinir:  
1) Adətən dənələrinin ölçüsü 0,02-0,04 mm, bəzən isə daha böyük 
ölçüdə olan və 2-3%-dən 5%-ə qədər çatan kvars dənələri şəklində. 
2) Dolomitlərin arasında ayrı-ayrı yuvalarda rast gəlinən narın 
dənəli silisli kütlə şəklində. 
Dolomitlərin içərisində sonradan dəmir hidrooksidinə çevrilən də-
mir oksidlərinə də təsadüf olunur. Dəmir hidrooksidini 100 m dərinliyə 
qədər müşahidə etmək mümkündür.  
Dolomitlər həm kimyəvi tərkibinə, həm də fiziki-mexaniki xüsusiyyət-
lərinə görə 8267-75 saylı “Tikinti işləri üçün təbii daşlardan çınqıl” Dövlət 
Standartının tələblərinə tam cavab verir və onlardan yüksək möhkəmliyə 
malik yol və tikinti çınqılı kimi istifadə edilə bilər. Dolomit çınqılından “M-
300” markalı beton istehsalında istifadə etmək mümkündür. 
Yüksək möhkəmlikli
 
çınqıl kimi öyrənilən dolomitin ehtiyatları A 
kateqoriyası üzrə 10006,4 min m
3
, C
1
 kateqoriyası üzrə 32270,8 min m
3

C
2
 kateqoriyası üzrə 323263,8  min m
3
 təşkil edir.  
1966-67-ci illərdə susuzlaşdırılmış soda və kombinə edilmiş sxem 
üzrə maqnezium oksidinin alınması  məqsədilə öyrənilən yatağın ehtiyat-
ları isə A+B+C
1
 kateqoriyaları üzrə 143593 min ton miqdarında hesab-
lanmışdır. Ümumittifaq Qeyri-Filiz Geologiyası Elmi-Tədqiqat  İnstitutu 
tərəfindən kondisiya layihəsi hazırlanmasina baxmayaraq soda və kombinə 
edilmiş sxem üzrə maqnezium oksidinin alınması  məqsədilə texnoloji 
tədqiqatlar aparılmadığından hesablanmış ehtiyatlar təsdiq edilməmişdir. 
Əlavə yarımsənaye tədqiqatları aparıldıqdan sonra kombinə edilmiş 
sxem üzrə dolomitdən soda istehsalının texnoloji sxemi işlənib-hazır-
lanmış  və  nəticədə Naxçıvanda soda zavodunun tikintisi Sovet İttifaqı 
Kommunist Partiyasının ХХЫВ qurultayının direktivlərinə salınmışdır. 
Bu məqsədlə 1972-1973-ci illərdə T.M.Seyidov tərəfindən uzunlu-
ğu 1,0 km, eni 500-800 m olan ərazidə  kəşfiyyat işləri aparılmış  və 
ehtiyatlar 100 m dərinliyədək hesablanmışdır. 

 
101
Kimyəvi analizin nəticələri dolomitlərin eyniadlı daşduz yatağı ilə 
birlikdə soda istehsalında istifadə olunmasına imkan verir.  
Aşağıda dolomitin orta kimyəvi tərkibinin nəticələri verilir. 
 
Cədvəl  8 
Dolomitin orta kimyəvi tərkibinin nəticələri 
Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin