Qazintilari



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə1/22
tarix28.04.2017
ölçüsü2,85 Kb.
#15841
  1   2   3   4   5   6   7   8   9   ...   22

Ekologiya və Təbii Sərvətlər Nazirliyi  
Milli Geoloji Kəşfiyyat Xidməti  
 
 
 
V.N.NAĞIYEV, İ.Ə.MƏMMƏDOV 
 
 
 
 
 
 
 
NAXÇIVAN 
MUXTAR 
RESPUBLİKASININ  
FAYDALI 
QAZINTILARI 
 
 
 
 
 
 
 
 
 
Bakı – “Elm” – 2010 
 

 
2
Kitab Naxçıvan Muxtar Respublikasının  
yaradılmasının 85-ci ildönümünə  həsr 
olunur 
 
 
 
 
 
Baş redaktor:         professor H.S.BAĞIROV 
 
Redaktor:     
 
             Y.Ə.Kərimov 
 
 
 
 
 
 
Vasif Nağı oğlu Nağıyev, 
İlman Əsdan oğlu Məmmədov. 
Naxçıvan Muxtar Respublikasının faydalı qazıntıları. 
Bakı: “Elm”, 2010. – 240 səh. 
 
          İSBN 978-9952-453-34-8 
 
Kitabda Naxçıvan Muxtar Respublikasının metal, qeyri-metal, 
bəzək  daşları və tikinti materialları yataqları haqqında  məlumat verilir. 
Kitab faydalı qazıntı yataqlarının öyrənilməsi, axtarışı, kəşfiyyatı 
və istismarı ilə  məşğul olan geoloq-mütəxəssislər üçün nəzərdə tutul-
muşdur.  
 
 
1804000000
655(07) 2010

 
 
 
 
 “Elm” nəşriyyatı, 2010
 
 

 
3
M Ü N D Ə R İ C A T 
 
 
GİRİŞ ........................................................................................................ 6 
Bölmə 1. METAL  FAYDALI QAZINTILAR ........................................ 9 
1.1.Dəmir və manqan filizləri ...................................................... 9 
1.2. Mis filizləri ......................................................................... 11 
1.2.1.Sərbəst mis yataqları ......................................................... 11 
1.2.2. Mis-molibden-porfir yataqları ......................................... 14 
1.3. Molibden filizləri ................................................................ 20 
1.3.1. Damar tipli molibden yataqları ........................................ 20 
1.3.2. Molibden-porfir yataqları  ............................................... 31 
1.4. Volfram filizləri .................................................................. 39 
1.4.1. Damar tipli kvars-volfram təzahürləri  ............................ 39 
1.4.2. Skarnlaşmış əhəngdaşlarında və ştokverk tipli  
          molibden-mis-porfir filizlərində volframit  
           təzahürləri ....................................................................... 40   
1.5. Qurğuşun və sink filizləri ................................................... 42 
1.5.1. Paleozoy çöküntülərində qurğuşun-sink yataqları ........... 42 
1.5.2.Kolçedan-polimetal yataqları ............................................ 46 
1.5.3. Səpdərə filiz sahəsi .......................................................... 52 
1.5.4.Ortakənd-Başkənd təzahürlər qrupu  ................................ 54 
1.6. Alüminium filizləri ............................................................. 54  
 
1.6.1. Boksit yataqları ................................................................ 54 
1.7. Maqneziumlu karbonat  filizləri ......................................... 64 
1.7.1. Dolomit yataqları ............................................................. 64 
1.8. Kobalt filizləri. .................................................................... 68 
1.8.1. Kotam yatağı .................................................................... 68 
1.9. Civə-sürmə-mərgümüş filizləri ........................................... 70
 
 
1.9.1. Darıdağ filiz sahəsi. ......................................................... 70 
1.9.2. Əylis filiz sahəsi .............................................................. 76 
1.9.3. Əlincəçay təzahürlər qrupu. ............................................. 77 
1.9.4. Salvartı təzahürü. ............................................................. 78 
1.10. Qızıl filizi yataqları. .......................................................... 78 
1.10.1.Ordubad filiz rayonu. ...................................................... 78 
1.10.2. Əlincəçay (Başkənd) təzahürlər qrupu  .......................... 81 
1.11. Uran filizləri. .....................................................................  82 
1.11.1.Vulkanogen-çökmə mis-uran filizləri. ............................ 82 

 
4
Bölmə 2. QEYRİ-FİLİZ FAYDALI QAZINTILAR. ............................. 89 
2.1.Dağ kimyəvi xammal yataqları ............................................  89 
2.1.1. Daşduz. ............................................................................ 89 
2.1.2. Dolomit. ........................................................................... 98 
2.1.3. Kükürd ........................................................................... 102 
2.1.4. Şüşə sənayesi üçün mineral xammallar ......................... 106 
2.1.4.1. Paleozoy yaşlı kvarsitlər. ............................................ 108 
2.1.4.2. Pliosen yaşlı opalsaxlayan törəmə kvarsitlər .............. 112 
2.1.4.3.Şüşə sənayesi üçün digər xammallar  .......................... 116  
2.1.5. İncə keramika istehsalı üçün xammallar. ....................... 119 
2.1.5.1. Çətinəriyən gillər ........................................................ 119 
2.1.5.2. Çini daşı ...................................................................... 120 
2.2. Aqrokimyəvi xammal yataqları ........................................ 124 
2.2.1. Fosforit ........................................................................... 124 
2.2.2. Seolit .............................................................................. 132 
2.3. Yanar faydalı qazıntılar .................................................... 135 
2.3.1. Torf ................................................................................ 135 
2.3.1.1. Biçənək (Batabat) torf yatağı ...................................... 136 
2.4. Mineral piqmentlər (təbii mineral boya xammalı) ............  138 
2.4.1. Gülüstan  oxra yatağı ..................................................... 139 
 
Bölmə 3. BƏZƏK  DAŞLARI ............................................................. 142 
 
Bölmə 4. TİKİNTİ MATERİALLARI ................................................. 149 
4.1. Üzlük daşları ..................................................................... 149 
4.1.1. Travertin ........................................................................ 150 
4.1.2. Paleozoy yaşlı mərmərləşmiş əhəngdaşları .................. .157 
4.1.3. Maqmatik mənşəli üzlük daşları .................................... 162 
4.1.4. Vulkanogen-çökmə mənşəli üzlük daşları  .................... 167 
4.2. Divar (mişar) daşı ............................................................. 169 
4.2.1. Travertin ........................................................................ 169 
4.2.2. Tuf və tufqumdaşları ..................................................... 170 
4.3. Gil ..................................................................................... 174 
4.3.1. Tikinti keramikası istehsalı üçün gillər ..........................  175 
4.3.2. Aqloporit istehsalı üçün gillər ....................................... 184 
4.3.3. Bənd tikintisi üçün gillər ............................................... 188 
4.4. Palıqorskit gili. ................................................................. 190 
4.5. Sement sənayesi üçün xammalla ...................................... 194 

 
5
4.6. Büzücü materiallar istehsalı üçün mineral  
       xammallar ......................................................................... 202  
4.6.1. Gips və gəc .................................................................... 202 
4.7.  Əhəng .............................................................................. 212 
4.8. Qum-çınqıl qarışığı və tikinti qumu ................................. 214  
4.9. Tikinti daşı ........................................................................ 228 
 
ƏDƏBİYYAT SİYAHISI .................................................................... 231 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
6
G İ R İ Ş 
 
Naxçıvan Muxtar Respublikası 1924-cü ildə Türkiyə ilə Rusiya 
arasında bağlanmış Qars müqaviləsinə  əsasən, Azərbaycan SSR-nin 
tərkibində yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Azərbaycanın 
ən mühüm strateji regionlarından biri olub, Türkiyə,  İran və digər 
dövlətlərlə  həmsərhəddir. Bu regionda lap qədim zamanlardan bu günə 
qədər azərbaycan türkləri  yaşamış və bundan sonra da yaşayacaqlar. 
Naxçıvan Muxtar Respublikasının təbiəti füsunkar və cazibədar 
gözəlliyi, əsrarəngiz dağ landşaftları və Araz çökəkliyi  ilə səciyyələnir 
və çoxsaylı müxtəlif faydalı qazıntı yataqları ilə  zəngindir. Naxçıvan 
çökəkliyindəki Nehrəm və digər daşduz yataqları unikal ehtiyatlara 
malikdir. Həmçinin unikal yataqlar sırasına Nehrəm qrupu dolomitlərin,  
Badamlı, Sirab və digər mineral su yataqlarının balans və proqnoz 
ehtiyatları  da aiddir. 
Naxçıvan Muxtar Respublikasının  ərazisində çoxsaylı mis, molib-
den, kobalt, volfram, manqan, alüminium, maqnezium, qurğuşun, sink, 
sürmə, mərgümüş  və digər metal faydalı qazınti yataqları mövcuddur. 
Metal faydalı qazıntıların müəyyən edilmiş  və proqnozlaşdırılan eh-
tiyatları mühüm əhəmiyyət kəsb edir.  
Uzun illər ərzində Gümüşlü və Parağaçay yataqlarından qurğuşun-
sink və molibden filizləri çıxarılmışdır. 
Naxçıvan Muxtar Respublikasının mineral-xammal resurslarının 
ümumi balansında qeyri-filiz faydalı qazıntılar  və tikinti materialları  
mühüm yer tutur. Bunların arasında Duzdağ və Nehrəm daşduz yataqları, 
Nehrəm qrupu dolomit yataqları, Buzqov, Şahtaxtı, Qarabağlar travertin 
yataqları və digərləri böyük əhəmiyyət kəsb edir.  
Tədqiqatlar göstərir ki, Duzdağ daşduz yatağı çox qədim zaman-
lardan, təqribən 5000 ildən  yuxarıdır ki,  istismar olunur.  
1970-ci illərin  əvvəllərində Azərbaycan Kommunist Partiyası 
Mərkəzi Komitəsinin birinci katibi H.Ə.Əliyevin təşəbbüsü  ilə Nehrəm 
dolomit və Nehrəm daşduz yataqlarını birgə istismara cəlb  etməklə 
maqnezium, xörək duzu, xlor, susuzlaşdırılmış soda və digər məhsulların  
alınması  məqsədilə mühüm bir layihə hazırlanmışdır. Bu yataqların 
bazasında illik məhsuldarlığı 3-6 mln. ton filiz olan iki mədənin, 3 
zavodun və Daşkəsənə  bənzər iri bir şəhərin tikintisi nəzərdə tutul-
muşdur. 

 
7
Bu kompleksin tikintisi Sovet İttifaqı Kommunist Partiyasının 
XXIV qurultayının direktivlərinə salınmışdır. Lakin o dövrdə  nəzərdə 
tutulan işlərin  həyata keçirilməsi bəzi qüvvələrin təsiri altında mümkün 
olmamışdır. 
 Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra  ümum-
milli liderimiz Heydər  Əliyev respublikanın, o cümlədən Naxçıvan 
Muxtar Respublikasının iqtisadiyyatının inkişafında yeni dövrün baş-
lanğıcını qoymuşdur. Hazırda bu işləri onun davamçısı, respublikanın 
Prezidenti İlham Əliyev müvəffəqiyyətlə  davam etdirir.  
2001-ci ildən - Ekologiya və Təbii Sərvətlər Nazirliyi yarandıqdan 
sonra Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında da 
geoloji-kəşfiyyat işlərinin həcmi genişləndirildi. 
Ölkənin xalq təsərrüfatının artan tələbatını təmin etmək məqsədilə  
Ekologiya və  Təbii Sərvətlər Nazirliyi və Milli Geoloji Kəşfiyyat 
Xidməti tərəfindən yaxın illər üzrə geoloji-kəşfiyyat işlərinin aparılması 
üçün yeni Proqram hazırlanmışdır.  
Naxçıvan Muxtar Respublikasının mineral ehtiyatları kifayət qədər  
perspektivlidir.  
Regional geologiya, maqmatizm və metallogeniya sahəsində Ş.Ə.Əziz-
bəyov, R.N.Abdullayev, T.H.Hacıyev, A.D.İsmayılzadə, V.M.Babazadə, 
M.İ.Rüstəmov, H.B.Mustafayev, S.Ə.Bəktaşi, V.İ.Əliyev, A.Məmmədov, 
Muratov qrupu (Uspenskaya N.S. və başqaları, MGKİ), V.N.Nağıyev, 
Ç.M.Xəlifəzadə, C.A.Azadəliyev,  Ə.İ.Mahmudov, V.Q.Ramazanov və 
başqaları tərəfindən çoxsaylı elmi-tədqiqat  işləri aparılmışdır.  
Geoloji planalma sahəsində    Ə.H.Babayev, Q.Q.Əliquliyev, 
F.A.Mustafayev,  Ə.N.Musayev, H.İ.Əliyev, Q.İ.Allahverdiyev və 
başqaları  tərəfindən muxtar respublika ərazisinin müxtəlif miqyaslı 
xəritələri tərtib olunmuşdur.  
Filiz faydalı qazıntı yataqlarının axtarışı  və  kəşfiyyatı  işləri 
M.Ə.Mustafabəyli, N.Y.Quxman, Q.A.Tvalçrelidze, Ə.H.Babayev, 
V.N.Nağıyev,  İ.R.Mövsümov,  Ş.Q.Hacıyev, M.A.Ağasıyev,  Ə.F.Kə-
rimov, M.B.Zeynalov, M.M.Səmədov, Y.Ə.Kərimov, M.Ə.Seyidov, 
R.V.Həsənov,  Ə.V.Vəliyev, Z.İ.Mirzəyev, A.C.Cəfərov, R.N.Zeynalov  
və başqaları  tərəfindən  yerinə yetirilmişdir.  
 Qeyri-filiz,  tikinti materialları  və bəzək  daşları yataqlarının axtarışı 
və  kəşfiyyatı T.M.Seyidov, İ.Ə.Məmmədov, B.P.Jüze, F.A.Axundov, 
M.S.İsmayılov, Q.M.Krentsel, O.İ.İsmayılov, S.A.Rüstəmov, F.T.Rzayev, 

 
8
S.Q.Rzayev, R.M.Ağayev, Ə.M.Həmidov və başqaları tərəfindən aparılmış 
və  nəticədə çoxsaylı yataqlar aşkar edilmişdir.  
Faydalı qazıntı yataqlarının istismarı sahəsində H.S.Məmmədov, 
Y.A.Ramazanov, R.S.Kərimov,  Ə.N.Quliyev, R.T.Hüseynov və 
başqalarının böyük əməyi olmuşdur.   
İlk dəfə olaraq bu  kitabda Naxçıvan MR ərazisində aşkar olunmuş 
bütün metal, qeyri-metal, tikinti materialları    və  bəzək daşları yataqları 
haqqında qısa və dolğun  məlumat verilir.  
 “Naxçıvan Muxtar Respublikasının faydalı qazıntıları” kitabı 
Azərbaycan Respublikasının  əməkdar mühəndisi V.N.Nağıyev və 
İ.Ə.Məmmədov tərəfindən hazırlanmışdır. 
Kitabın müəllifləri ekspedisiyanın baş geoloqu və partiya rəisi  
timsalında uzun illər Naxçıvan MR ərazisində geoloji-kəşfiyyat və 
proqnoz-metallogeniya  işləri aparmışlar.  
Müəlliflər bu kitabın hazırlanması prosesində göstərdiyi  şəxsi 
köməyə,  qiymətli məsləhətlərinə və kitabın redaktəsinə görə Ekologiya 
və  Təbii Sərvətlər naziri, çox hörmətli H.S.Bağırova səmimi minnət-
darlıq və  təşəkkürlərini  bildirirlər. Müəlliflər həmçinin Milli Geoloji 
Kəşfiyyat Xidmətinin rəhbərliyinə   dərin minnətdarlıqlarını bildirirlər.  
Bu kitabın  tərtibatında Y.S.Məstəliyeva böyük  əmək sərf etmiş və 
texniki işləri yerinə yetirmişdir.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
9
BÖLMƏ 1.  METAL FAYDALI QAZINTILAR 
 
1.1. Dəmir və manqan filizləri 
 
1.1.1. Başyurd dəmir təzahürü 
 
Təzahür Gilançayın yuxarı axım hissəsində, Ordubad rayonunun 
Urumus kəndindən 3 km cənub-qərbdə yerləşir. Başyurd skarn-maqnetit 
təzahürü kontakt-metasomatik tipə aiddir. Onlar genetik olaraq Mehri-
Ordubad intruzivinin qabbro-qranodiorit-qranit fazası ilə (Üst Eosen-
Oliqosen)  əlaqədardır. Filizsaxlayan süxurlar Alt Eosenin biotitli-
hornblend, buynuzdaşılaşmış qranodiorit və andezit tərkibli vulkanitlə-
rindən  təşkil olunmuşdur. 
Skarn-maqnetitli filiz cismi təmas zonaya aid edilərək 3-6 m 
qalınlığında  şimal-qərb istiqamətində 120 m-ə qədər uzanan linzalar və 
zolaqlar əmələ gətirir. Maqnetitli cisimlər epidot-qranat skarn laycıqları 
ilə növbələşir.  
 
1.1.2. Ələhi manqan yatağı 
 
Ələhi yatağı 1968-1970-ci illərdə M.Q.Məmmədov və A.D.Məm-
mədov tərəfindən öyrənilmişdir. Yataq Gilançayın yuxarı axım hissə-
sində Ələhi kəndi ərazisində yerləşir. 
Yatağın geoloji quruluşunda Orta Eosenin alt hissəsinin vul-
kanogen-çökmə qatı  iştirak edir. Filizləşmə lay şəkilli olub, linza-
görünüşlü stratiform cisimlər əmələ gətirir. 
Filizlər dəmirli-manqanlıdır. 3,5 km məsafədə hər birinin uzunluğu 
50-350 m, orta qalınlığı 2,0 m, maksimal qalınlığı isə 8,0 m  olan bir sıra 
filizli intervallar aşkar edilmişdir. Manqanın miqdarı 0,1%-dən 46,85%-
dək dəyişərək orta miqdarı 17,8% təşkil edir. Dəmirin miqdarı manqana 
nisbətən bir qədər aşağıdır. Zəngin manqanlı filiz layları qara rəngli, 
möhkəm, ağır, incə-orta dənəli, massiv filizlərdən ibarətdir.  
Ələhi dəmir-manqan filiz yatağı 3 laydan ibarətdir: alt, orta və üst. 
Bundan əlavə uzanma istiqamətində də bir sıra sahələr ayrılır: mərkəzi, 
birinci, ikinci, üçüncü və s. Əsas sahənin üst layı  ən zəngin lay hesab 
olunur.  
 Filizin mineral tərkibində,  əsasən braunit və qausmanit, oksid-
ləşmə zonasında isə psilomelan və pirolüzit mineralları rast gəlinir.  

 
10
Filiz minerallarından hematit və maqnetiti, qeyri-filiz mineral-
larından isə kvars, barit və digərlərini göstərmək olar.    
Ələhi yatağının dəmir-manqan filizləri  əmələ  gəlməsinə görə 
genetik olaraq eksqolyasion-çökmə tipinə aid edilir. Manqan filiz 
mərhələsi bu regionda geniş inkişaf tapmış Orta Eosenin  kolçedan 
(Ağdərə, Nəsirvaz, Səpdərə  və s.) mərhələsi ilə başa çatır. 
 
1.1.3. Kvanus kolçedan-polimetal-manqan təzahürü 
 
Kvanus kolçedan-polimetal-manqan təzahürü Ağdərə yatağının 
cənub-şərqində müəyyən edilmişdir. Burada manqan filizləşməsi poli-
metal filizlərində yaxma şəklində, əsasən filiz damarlarının yan tərəfində 
toplanmışdır. Polimetal filizlər kvars-kalsit damarlarında baritin iştirakı 
ilə ləkəli və yuvaşəkilli yığımlar
 
əmələ gətirir.  Filizləşmə Orta Eosenin 
andezit-bazalt tərkibli vulkanogen qatına aiddir. 
Manqan filizləri qara, his rəngli minerallarla təmsil olunaraq, əsa-
sən  psilomelandan  ibarət olub,  kvarslaşmış süxurların boşluqlarını və 
ayrı-ayrı sahələrini doldurur.  
 
1.1.4. Biçənək manqan təzahürü 
 
Biçənək manqan təzahürü  Şahbuz rayonunun Gömür kəndindən 
6,0 km şimal-şərqdə yerləşir. Bu təzahür  Alt Pliosenin andezitlərinə və 
andezit aqlomeratlarına aid edilir. Manqan filizləri 1,5 kv.km-ə yaxın  
sahədə andezitlərdə incə damarlar (5 sm-ə  qədər) və damarcıq-möhtəvi 
ştokverk əmələ gətirirlər. 
 
Filizdə manqan hidrooksidinin miqdarı 22%-ə çatır. Filizlər 
psilomelan-manqanit və manqanit-pirolüzit minerallarından ibarətdir. 
Həm ilkin, həm də oksidləşmiş filizlərə rast gəlinir.  
Biçənək təzahürünün manqan filizləri zolaqlı brekçiyavarı, 
qabıqşəkilli, massiv (bütöv), sızıntı-qabıq və digər teksturalar əmələ 
gətirir. Bu filizlər üçün simmetrik-zonal, zonal-kollomorf, konsentrik–
zonal strukturlar səciyyəvidir. Filizin mineral tərkibi aşağıdakı kimidir: 
ilkin-psilomelan, manqanit, törəmə - pirolüzit və limonit. Qeyri-filiz 
mineralları kvars və opalla təmsil olunur.   
 
 
 

 
11
1.2. Mis filizləri 
 
1.2.1. Sərbəst mis yataqları 
 
1.2.1.1. Xalxal sərbəst mis yatağı 
 
Xalxal sərbəst mis yatağı vulkanogen-eksploziv genetik tipə aid 
edilir. Vulkanogen-eksploziv genetik tip termin kimi filizəmələgəlmə 
prosesini aydınlaşdırır. Bu terminə dair bəzi məqamlar bir sıra digər 
işlərdə: U.Uayt (1972), İ.Z.Samonov və İ.F.Pojarski (1978), Q.İ.Tuqovin 
(1974), V.N.Kotlyar və P.D.Yakovlev (1984)  və digərləri tərəfindən 
işıqlandırılsa da, termin kimi ilk dəfə V.N.Nağıyev (1986) tərəfindən 
təklif edilmişdir. 
U.Uayt (1972) ABŞ-ın Verxnovo gölü rayonunda yerləşən və artıq 
5 mln. tondan yuxarı mis istismar edilmiş  sərbəst mis yatağını 
kembriyəqədərki bazalt örtüklər və subvulkanik cisimlər kimi gözdən 
keçirmişdir.    
 
İ.Z.Samonov və  İ.F.Pojarski (1978) Araz zonasındakı Xalxal 
sərbəst mis yatağını qeyd olunan tipə aid etmişlər.  Ş.S.Bəktaşi və 
E.A.Məmmədov (1980) Naxçıvan törəmə çökəkliyindəki filizli 
aqlomeratların petrokimyəvi səciyyəsini vermiş,  mis filizləşməsinin 
qələvi bazaltoid vulkanizminin mənbəyi ilə  əlaqəsini qeyd etmişlər. 
Q.İ.Tuqovin (1974) öz  tədqiqatlarında təzahürdə eksploziv süxurların 
filizliyinə diqqət yetirmiş,  onların müxtəlif tərkibli maqma ilə əlaqəsinə 
baxmış  və eksploziv qurğuların tiplərini vermişdir. V.N.Kotlyar və 
P.D.Yakovlev (1984) tərəfindən eksploziv filizəmələgəlmə prosesi 
vulkanik yataqların timsalında nəzərdən keçirilmişdir.  
Beləliklə, yuxarıda adları qeyd olunan tədqiqatçılar tərəfindən 
vulkanogen-eksploziv genetik tipə dolayısı yanaşmalar olmuşdur. 
V.N.Nağıyev qeyd olunanları təhlil etmiş və Xalxal yatağında tədqiqatlar 
apararaq 1986-cı ildə Oliqosendə, bilavasitə, Xalxal vulkanının boğa-
zında və kraterin yamaclarında mis yataqlarının  əmələgəlməsini  şərt-
ləndirən vulkanogen-eksploziv genetik tipə dair (Xalxal mis yatağının 
timsalında) özünün  yeni işini dərc etdirmişdir. 
Naxçıvan filizli dərinlik qırılma zonası Araz rift zonasının  şimal  
kənarını  əhatə edir. 
 

 
12
Araz zonasının ilkin aktivlik mərhələsi eksploziv vulkanizmin 
andezit-dasit formasiyasının səth və  səthəyaxın fasiyalarının  əmələ  gəl-
məsi ilə səciyyələnir.   
Oliqosen vulkanizmi Naxçıvan dərinlik qırılması boyu inkişaf 
edərək en istiqamətində 70 km-dən çox məsafədə uzanır və misin bir sıra 
yataq və  təzahürlərinin ( Xalxal, Payız, Misdağ  və s.) inkişafı ilə 
səciyyələnir. 
Xalxal yatağında ləkəli-möhtəvi filizləşmə aqlomerat horizontuna, 
partlayış (püskürmə) borusuna və subvulkanik cisimlərə aid edilmişdir. 
Eksploziyanın mərkəzindən uzaqlaşdıqca, tuf horizontları arasında 
sərbəst mis mötəviləri ilə  təmsil olunmuş  şar görünüşlü tuflarda “filizli 
bombalar”a rast gəlinir. Filizsiz aqlomeratların arasında dörd filiz 
horizontu müəyyən edilmişdir ki, bu da  filizəmələgəlmə prosesinin dörd 
mərhələdə baş verməsini  təsdiqləyir. Eksploziv-filizəmələgəlmə prosesi 
Xalxal sərbəst mic yatağında tam şəkildə öz ifadəsini tapmışdır.  Burada 
püskürmə borusundakı (nekk) misli aqlomeratlardan başlayaraq kraterin 
yamacındakı filizli aqlomerat axımlarından keçməklə az qalınlıqlı (0,2-
0,4 m), maili yatımlı horizontlara doğru uzaqlaşdıqca  bilavasitə tədrici  
keçid müşahidə olunur. Digər hallarda (Sabir, Göydərə, Yaycı və digər 
təzahürlərdə)  püskürmə  mərkəzindən  böyük məsafədə nadir “filizli 
bombalar”la bərabər tuffitlərin və az qalınlıqlı  əhəngdaşlarının arasında 
misli laylar  qeyd olunur. Beləliklə, Araz zonasında Oliqosen vulkanizmi 
ilə eksploziv-vulkanogen (Xalxal, Payız, Misdağ) və vulkanogen-çökmə 
(Sabir, Göydərə, Yaycı və digərləri) genetik tip təzahürlər  əlaqədardır.
 
Xalxal yatağı Naxçıvan  şəhərindən 18 km şimal-qərbdə, Naxçı-
vançayın orta axım hövzəsində, Qızıldağ dağından 1 km cənub-şərqdə 
yerləşir. Yataq 1961-1963-cü illərdə H.S.Məmmədov və M.Q.Məm-
mədov tərəfindən öyrənilmişdir. 1980-1983-cü illərdə V.N.Nağıyev və 
Y.Ə.Kərimov tərəfindən yataqda dəqiq axtarış işləri aparılmışdır. 
Yataq rayonunun geoloji quruluşunda Üst Eosen, Alt və Orta 
Oliqosen və Alt Miosenin vulkanogen və vulkanogen-terrigen çökün-
tüləri iştirak edir.  
Filizləşmə  sərbəst mis şəklində püskürmə  mərkəzindən axan 
aqlomerat axımlarına, püskürmə borularının   və nekklərin Alt və Orta 
Oliqosen yaşlı andezit və andezit-dasit tərkibli boğaz fasiyalarına aid 
edilmişdir.  
Aqlomerat-eksploziv misli axımlar dik yatıma malik olub, kraterin 
yaxınlığında 60-75°, bir qədər uzaqda isə  40-55° bucaq altında cənuba 

 
13
yatırlar. Misli aqlomerat horizontu 5 m-dən 39 m-dək qalınlığa malikdir. 
Filizli layın intensiv qalınlığı kraterin yaxınlığında 32 m, bir qədər 
uzaqda 3 m, böyük uzaqlıqda isə daha az təşkil edir.  
Misli aqlomerat axımlarının orta qalınlığı 14,3 m, misin orta çəki 
miqdarı 1,65% olmaqla, uzanma istiqaməti üzrə 500 m, düşmə istiqaməti 
üzrə 200 m izlənilir. Qeyd etmək lazımdır ki, misin miqdarı yer səthində 
geniş hədd daxilində - 0,6%-dən 6,94%-dək dəyişərək, adətən, 1,1%-dən 
3,2%-dək təşkil edir. Dərinlikdə, sərbəst mis şəklində ilkin filizləşmənin 
inkişaf etdiyi yerlərdə misin miqdarı bir qədər aşağı olub, 0,55%-dən 
2,96%-dək dəyişir.  
İkinci filiz cismi boğaz fasiyaya-lavabrekçiyalara aid edilmişdir. 
Filiz cismi dik,  demək olar ki, şaquli  təmas hissədə və vulkan boğazının 
daxili hissəsində öyrənilmişdir. Filiz cismi 200 m-dən artıq  dərinliyə 
izlənilmiş, lakin dərinlikdə sərhədləndirilməmişdir. Burada 9,6 m qalın-
lığa misin miqdarı 1,14% müəyyən edilmişdir.  
İlkin filizlər  sərbəst misin yuva və möhtəviləri ilə  təmsil olunur. 
Oksidləşmə zonasının mineral tərkibi kuprit, malaxit, azurit, xalkozin və 
sərbəst mislə  təmsil olunur. Qeyri-filiz minerallarından kalsit, xlorit, 
epidot, filizsiz kvars və gips iştirak edir. 1979-cu ildə 1 №-li buruq 
quyusundan götürülmüş sınaqlarda qızılın miqdarı 0,2-2,2 q/t, gümüşün 
miqdarı isə  0,2-4,0 q/t olmuşdur. Sərbəst misin sınağında qızılın miqdarı 
200 q/t-a çatmışdır. 
Xalxal yatağında ilkin filizin mineral tərkibi yalnız sərbəst misdən 
ibarət olub, burada oksid və sulfid minerallarına rast gəlinmir. Bu 
vəziyyət filizəmələgəlmə prosesinin hidrotermal və skarn mərhələlə-
rindən əvvəl baş verməsi faktını  təsdiq edir. Sərbəst mis lavabrekçiya və 
aqlomeratlarla singenetik əlaqədardır. Filizəmələgəlmə prosesi eksploziv 
vulkanizmin son püskürmə prosesi ilə  müşayiət olunmuşdur. Həmçinin 
qeyd etmək lazımdır ki, sərbəst misin təzahür və yataqları Naxçıvan rift 
zonasının kənar hissələrində inkişaf tapmış dərinlik qırılması xətti boyu 
yerləşir və  əmələ  gəlməsinə görə Oliqosendə mantiya diapirizminin 
aktivləşmə mərhələsini əhatə edir. 
Beləliklə, qeyd etmək lazımdır ki, sərbəst misin əmələ gəlmə pro-
sesi dərinliklə əlaqədar olub, böyük dərinlikdə formalaşmış və sonradan 
lavabrekçiyalarla birlikdə yer səthinə  və yer səthinə yaxın dərinliyə 
atılan misli və uranlı əsas maqmanın yerləşməsi ilə əlaqədardır. 

 
14
Müəlliflər bütün bu qeyd olunanları ümumiləşdirərək belə bir 
qənaətə  gəlmişlər ki, misli aqlomeratlar eksploziv-vulkanogen genezisə 
aiddir.  

Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin