Qazintilari



Yüklə 2.85 Kb.
PDF просмотр
səhifə6/22
tarix28.04.2017
ölçüsü2.85 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   22

Ceyranqalası sahəsində yüksək modullu boksit qeyd olunur. 187 
№-li xəndəkdə 4,2 m qalınlığa  А1
2
О
3
-ün miqdarı 40%-dən 57,7%-dək,  
SiО
2
 7-20% təşkil edir. Kəsilişin alt hissəsində 8,6 m qalınlığa А1
2
О
3
-ün 
miqdarı 22,9%-dən 30,0%-dək olub, silikat modulu 1,0-ə yaxındır. 234 
№-li xəndəkdə 3,0 m qalınlığa А1
2
О
3
-ün miqdarı 50,0%-dək,  SiО
2
 11,5-
16,0%-dək çatır. Çox ciddi hesablamalara görə boksitin P
1
 kateqoriyası 
üzrə proqnoz ehtiyatları 0,5 mln. ton təşkil edir. Cənubda boksitsaxlayan 
blok qırılıb düşmüş və düşmə bucağı nəzərə alınmaqla 500 m-dən artıq 
dərinlikdə yataraq Miosenin vulkanogen-terrigen qatı ilə örtülür.  

 
60
Ceyranqalası sahəsindən  əlavə, boksitsaxlayan horizontlar Kərki,  
Qabaqdağ  və Bozağıl  ərazilərində, Münx-Balaoğlu tirəsində  və Qabaq-
yalda aşkar olunmuşdur. 
Kərki sahəsində boksitsaxlayan horizontun qalınlığı 5 m-dən 12 
m-dək dəyişir. Çoxsaylı şimal-şərq və şimal-qərb istiqamətli qırılmaların 
inkişafından asılı olaraq süxurlar çox qarışmış və bəzən kəsilişdə tez-tez 
təkrar olunurlar. Boksitsaxlayan qat 5 km-dən artıq  məsafədə şimal-qərb 
istiqamətdə uzanır və digər  əraziyə keçir. Cənubda sahə Devon çökün-
tülərinin çıxışları ilə  sərhədlənir. Yer səthindən alınan nəticələrə görə  
sahədə yüksək  modullu boksit aşkar olunmamışdır. Sahə üzrə SiO
2
-nin 
miqdarı  28-56% olmaqla, А1
2
Оз-ün orta miqdarı 28%-dən 36%-dək 
dəyişir. Silikat modulunun və  А1
2
Оз-ün  miqdarının aşağı olmasına  
baxmayaraq, qırmızırəngli qatda sərbəst alüminium oksidi - diaspor 
aşkar edilmişdir. 
Qabaqdağ və Münx-Balaoğlu sahələri Yaycı-Sədərək antiklina-
lının cənub-qərb qanadında Permin, qismən Alt Karbonun massiv əhəng-
daşları ilə mürəkkəbləşərək Münx-Balaoğlu silsiləsində yerləşir. Bu iki 
sahə Alt Miosen yaşlı bazal konqlomeratlarla  örtülərək bir-birindən 
Devon çöküntüləri ilə ayrılır. Qabaqdağ sahəsində boksitsaxlayan ho-
rizontun uzunluğu 2 km-ə, orta qalınlığı isə 5,0 m-ə yaxındır. Burada 
boksitsaxlayan qat boksitin açıq növləri ilə  təmsil olunur. Şırım 
sınaqlarının nəticələrinə görə SiO
2
-nin miqdarı 26-45% olmaqla, А1
2
Оз-
ün orta miqdarı 28%-dən 32%-dək təşkil edir.  
Münx-Balaoğlu sahəsində Karbon və Permin təması 2,5 km-dən 
çox məsafədə uzanır,  lakin boksitsaxlayan horizont ancaq onun şimal-
qərb hissəsində 1800 m-ə yaxın uzunluqda izlənilir. Qalan hissələrdə  
boksitsaxlayan horizont diabaz, qabbro diabaz tərkibli daykaşəkilli 
layarası ineksiyaya assimilyasiya olunmuşdur. Horizontun orta qalınlığı 
2,5-3,5 m olub, ümumi yatımı 25-40
0
 bucaq altında cənub-qərbədir. 
Tekstur və struktur əlamətlərinə görə burada boksitli qat süxurlarının 
bütün növləri ayrılır. Boksitin mineraloji forması diaspor-şamozitdir. 
А1
2
Оз-ün miqdarı 26-34%, SiO
2
-nin miqdarı isə 20-40%-dir. 
Bozağıl sahəsi struktur vəziyyətinə görə Kərki sahəsinə oxşardır. 
Bütövlükdə qeyd etmək lazımdır ki, boksitsaxlayan süxurların kəsilişin-
də silikat modulu 2,1-dən yuxarı olan boksitlər - allitlər və siallitlər  
iştirak edir. Boksitlər kəsilişdə müəyyən yer tutaraq onun üst hissəsində 
yerləşir. Allitlər və siallitlər  əsasən kəsilişin orta və alt hissələrində 
təşəkkül tapmışdır. Bir sıra sınaqlarda alüminium oksidinin yüksək 

 
61
miqdarı    ilə  bərabər kvarsın da yüksək miqdarı qeyd olunur ki,  bu da 
görünür, terrigen kvarsla əlaqədardır. 
Ç.M.Xəlifəzadə,  V.D.Axundov və  İ.A.Babayevin  (1982-1986) 
məlumatlarına görə boksit  süxurlarının mineraloji tərkibi mikroskopik, 
rentgenodifraktometrik, termik, kimyəvi və digər üsullarla öyrənilmişdir. 
Öyrənilmiş boksitlərdə  əsas süxur əmələgətirən minerallar sərbəst 
alüminium oksidi-diaspor və qismən bemit mineralı,  dəmir mineralların-
dan-hetit, hematit və  şamozit, kaolinit,  titanın minerallarından - rutil, 
anataz və leykoksen sayılır. Rentgenofaza analizinin köməyi ilə  dəmir 
oksidinin və hidrooksidinin mineralları arasında alüminium-hetit, alümi-
nium-hematit modifikasiyaları müəyyən edilmişdir ki,  bu da  boksitdə 
sərbəst alüminiumun bir hissəsinin dəmir oksidi  minerallarının struk-
turunda  izomorf xarakterdə olduğunu təsdiq edir.  
Şərur rayonundakı boksitlərdə aşağıdakı aksessor minerallar: kar-
bonatlar (kalsit, dolomit və siderit), seolit, sirkon, turmalin və kvars 
müəyyən edilmişdir. Hərçənd  bu minerallar bir paragenezdə rast gəlsələr 
də, lakin müxtəlif mənşəli olub,  boksitin litogenezi zamanı  müxtəlif  
mərhələlərdə əmələ gəlmişdir.  
Mikroskop altında boksitlər 0,1-0,005 və 0,25-0,5 mm ölçülü ayrı-
ayrı oolitdən və pizolitdən ibarətdir. Pizolitlər  şamozit-silisiumlu və 
kaolinit-hetitli kütlə ilə sementlənmişdir. Sementin bir hissəsində priz-
matik şəffaf diaspor kristalları qeyd olunur. Bir sıra oolitlərdə o, boksitin 
əsas sement kütləsində yerləşir. Oolitlər başlıca olaraq hetitlə mürəkkəb-
ləşmişdir. Hərdən pizolitin mərkəz hissəsi diaspordan, xarici hissəsi isə 
hetit-hematitdən ibarət olur. Boksitli və  dəmirli mineralların kaolinləş-
məsi geniş inkişaf etmişdir. Diagenez və katagenez mərhələsində boksit-
saxlayan layların böyük bir hissəsində  sərbəst alüminium oksidləri 
kaolinitə çevrilmişdir.   
Beləliklə,  Şərur boksitlərində  əsas süxurəmələgətirən minerallar 
kaolinit, diaspor, hetit və hematit hesab olunur. İkinci dərəcəli minerallar 
şəklində kvars, xalsedon, kalsit, gips, seolit, şamozit və türinqit iştirak 
edir. Aksessor minerallardan terrigen və autogen qarışıq şəklində anataz, 
sirkon, turmalin, rutil, titanit, ilmenit müəyyən olunmuşdur.  
Boksitlərdə  və boksitli süxurlarda alüminium oksidinin miqdarı 
həmişə yüksək olmayıb, silisium və  dəmir oksidləri ilə  zənginləşirlər. 
Silikat modulu daşlı
 
boksitlərdə 2-9-a bərabərdir.  Əsas komponentlərin 
miqdarı  aşağıdakı kimi ifadə olunur: А1
2
Оз - 40-74%, SiO
2
 - 8-18%, 
Fe
2
O
3
 - 1,5-28%, TiO
2
 - 2-6%. Ayrı-ayrı  sınaqlarda  СаО  və MgO-nun 

 
62
yüksək miqdarı qeyd olunur ki, bu da  şamozitin və bəzən xloritin iştirakı 
ilə  əlaqədardır.  СаО ancaq aşınmış boksitlərdə qeyd olunur ki, bu da 
kalsit və gipslə  əlaqədardır. Aşınmış boksitlərdə  qələvilərin -7,0%-ə 
qədər yüksək miqdarı müəyyən olunmuşdur ki, bu da törəmə seolitlərin 
iştirakı ilə şərtləndirilir (Ç.M.Xəlifəzadə və başqaları , 1986). 
Boksitdə vanadiumun, tantalın, niobiumun, qalliumun miqdarı on-
ların çökmə süxurlardakı miqdarından yuxarı deyildir. Sirkonium daşlı
 
boksitlərlə əlaqədar olub, miqdarı 600 q/t-a çatır və qeyd olunan elemen-
tin miqdarı platformalardakı boksitlərin tərkibində olan miqdarına  
uyğun gəlir.   
Şərur filiz rayonundakı boksitlər titanın həddindən artıq qarışıq 
yayılması ilə  səciyyələnir. Ayrı-ayrı  sınaqlarda titanın konsentrasiyası 
klarkdan 12-13 dəfə çox olub, bu süxurlarda olan alüminiumun miqda-
rından 2-3 dəfə yüksəkdir. Ç.M.Xəlifəzadə  və başqalarının (1986) 
materiallarına görə, Araz struktur-metallogenik zonasındakı boksitlərin 
Ural, Timan, Qazaxıstan və Salair boksitləri ilə müqayisəsi göstərir ki, 
bu boksitlər ТiО
2
 ilə daha çox zənginləşmişdir. Bu da həmin elementin 
ilkin ana süxurlardakı konsentrasiyası ilə əlaqədardır.  
Qeyd etmək lazımdır ki, dünyadakı  sənaye  əhəmiyyətli boksit 
yataqları 2-3% ТiО
2
 saxlayır.  ТiО
2
-nin miqdarı 4-7% olan boksit 
yataqları  məlumdur və onlar yüksəktitanlı hesab olunur. Xüsusi ilə 
Hindistanda titanla zəngin çoxlu yataqlar vardır ki, onlarda titan oksi-
dinin miqdarı 8-15% təşkil edir.  Şərur filiz rayonunun boksitlərində 
ТiО
2
-nin 
 
miqdarı 2-6% 
 
olub, 
 
yüksəktitanlı növə aid edilir. ТiО
2
-nin 
 
yüksək konsentrasiyası Ceyranqalası sahəsinin yaşılımtıl-boz rəngli  
daşlı
 
boksitlərində müəyyən edilmişdir. Burada titan oksidinin orta 
miqdarı 3,2-3,5% həddində  dəyişir. Titan oksidinin 6%-ə  qədər mak-
simal konsentrasiyası boksitin minerallarında müşahidə olunmur. 
 
Görünür, titan oksidinin əksər hissəsi izomorf qarışıq  şəklində alümi-
niumun və dəmirin minerallarında yerləşir. Titanın minerallarından rutil, 
anataz və leykoksen müəyyən edilmişdir.  
 
1.6.1.3. Boksit laylarının əmələ gəlmə şəraiti 
 
Boksitin əmələ gəlmə prosesi çoxmərhələli olsa da, filizçökmənin 
özü bütövlükdə bir mərhələdə baş vermişdir. Birinci mərhələdə fun-
damentin metamorfik qatının hesabına laterit əmələgəlmə baş vermişdir. 
Daşınma sahəsi cənub, bəzən isə  şimal hesab olunur. Yenidən çökmə 

 
63
prosesi və alüminiumun lay və linza şəklində  Karbon və Permin hüdud-
larında çökməsi ikinci mərhələyə aid edilir. Üçüncü mərhələ üçün  
diagenez və epigenez proseslərinin və metamorfizmin təsiri ilə boksitin 
əmələ  gəlməsi səciyyəvidir. Orogen mərhələdə boksit qatı intensiv 
deformasiyaya uğramış,  çoxsaylı bloklara ayrılmış, nəticədə qalxmış 
bloklar eroziya nəticəsində yuyulmuş, düşən bloklar isə Neogen çökün-
tüləri ilə örtülmüşdür. Axırıncı proses bu regionda boksitə axtarış  və 
kəşfiyyat işlərinin aparılmasını mürəkkəbləşdirmişdir.  
Yuxarıda qeyd olunanları təsdiq etmək üçün aşağıda qeyd olunan 
cəhətləri aydınlaşdırmaq lazımdır. 
 
Paleozoyun ilkin və son dövrləri üçün Araz zonası Anadolu-İran 
epibaykal subplatformasının  şimal kənarı kimi təsəvvür edilir.
 
Araz 
zonası  şimalda Zəngəzurla, cənubda isə  Cənubi Azərbaycan kristallik 
fundamenti ilə sərhədlənir.  
Laterit aşınma qabığı Anadolu-İran epibaykal subplatformasının 
şimal  hissəsində tektonik aktivliyin stabilləşməsi, Karbon və Permin 
hüdudlarında iqlimin kəskin istiləşməsi nəticəsində  əmələ  gəlmişdir. 
Laterit qabıq Kembriyəqədər kristallik fundamentin massivi hesabına 
əmələ gəlmişdir. 
Orta və Üst Karbonda Araz zonası qalxmış, dəniz sedimentasiyası 
çox da böyük olmayan dərin çökəkliklərdə saxlanılmışdır. Bu dövrdə  
laterit qabığının dağılması  və daşınması prosesi baş vermiş, onun  su 
şəraitində  nəqli və terrigen material şəklində  Orta Karbon yaşlı 
əhəngdaşlarının kələ-kötür  səthində yenidən çökməsi baş vermişdir. 
Boksit çöküntülərinin çökmə yolla əmələ gəlməsini boksit süxurla-
rının laylılığı  və stratiformluluğu, onun çökmə qatın arasında yatması, 
həmçinin filizin paxlaşəkilli teksturası və sair təsdiq edir.  
Beləliklə, boksit yatağı  dənizətrafı azsulu göllərdə laterit aşınma 
qabığı məhsullarının mexaniki yuyulması və yenidən çökməsi  nəticəsin-
də lay şəklində əmələ gəlmişdir. Daha zəngin daşlı boksitlər  mürəkkəb 
fasial quruluşa  malik olub, uzunluğu onlarca metrdən yüzlərlə metrədək 
çatan linzaşəkilli formalara malikdir. 
Bütövlükdə, boksitin əmələ  gəlməsi aşağıdakı prosesləri  əhatə 
edir: lateritəmələgəlmə; yuyulma və yenidən çökmə; çöküntülərin ter-
rigen material şəklində sahilyanı-dəniz və laqun-göl şəraitində çökməsi; 
diagenez, epigenez; orogenez, boksit laylarının eroziya nəticəsində 
dağılması və batmış  boksit laylarının enmiş bloklarda Miosenin terrigen 
çöküntü qatı ilə  örtülməsi. 
 

 
64
1.7. Maqneziumlu karbonat filizləri
 
 
1.7.1. Dolomit yataqları 
 
Trias yaşlı dolomit formasiyasının yataqları Araz struktur-metallo-
genik zonasında geniş inkişaf etmişdir. 
Araz struktur-metallogenik zonasının dolomitləri Üst Triasa aid 
olub, onun quruluşunda  Şərur-Culfa antiklinoriumunun Çalxanqala, 
Qarabağlar, Axura və Hehrəm massivləri iştirak edir.  
Faydalı qat qalınlığı 600 m-dən çox olan təmiz dolomitlərlə təmsil 
olunur və gilli-karbonatlı süxurlar qatını  örtür. Litoloji cəhətcə faydalı 
qazıntı qatı qalınlaylı, massiv, tamamilə eynicinsli dolomitlərlə  təmsil 
olunur. Dolomit yatağının əmələ gəlməsi ensiz rift hövzəsində kalsium, 
maqnezium və karbon qazının gətirilməsi və çökməsi hesabına  baş 
vermişdir.  
Mineral xammal kimi dolomitlər Araz çayının sol sahilində  Culfa 
dərəsində aşkar edilmiş və Nehrəm qrupu (I, II və s.) yataqları ilə təmsil 
olunurlar.  
 
 
1.7.1.1. Nehrəm yatağı  
 
Bir-birindən 2 km məsafədə yerləşən hər iki yataq Nehrəm yaylasında 
aşkar edilmiş, axtarış və kəşfiyyat işləri aparılmışdır. Onlar Naxçıvan MR-
də Araz çayının sol sahilində, Nehrəm kəndindən 8 və 10 km cənub-şərqdə, 
Dərəşam dəmir yol stansiyasından 2-3 km şimalda yerləşir. 
Nehrəm I dolomit yatağında 1953-54-cü illərdə F.A.Axundov 
tərəfindən 1,5 kv.km sahədə odadavamlı xammal kimi kəşfiyyat işləri 
aparılmışdır. Müəllif variantında balansa daxil edilən ehtiyatlar B+C
1
 
kateqoriyaları üzrə  3,8 mln. m
3
 və ya 10,8 mln. ton təşkil etmişdir. Qeyd 
olunan yataq 1963-65-ci illərdə H.H.Hüseynov və E.M.Mütəllibov tərə-
findən yüksək möhkəmlikli yol çınqılı kimi öyrənilmişdir. Kəşfiyyat 
işləri nəticəsində ehtiyatın sərhədləri genişləndirilmişdir. Nəticədə 
Geologiya  İdarəsinin Məhəlli Ehtiyatlar Komissiyası  tərəfindən (pro-
tokol  № 6, 23.12.1966) dolomitin А+С
1
 kateqoriyaları üzrə  ehtiyatları 
42277 min m
3
 həcmində qəbul edilmişdir. Nehrəm I yatağından 1,5-2,0 
km məsafədə yerləşən Hüseynqalası dağında dolomitin С
2
 kateqoriyası 
üzrə 323264 min m
3
 həcmində əlavə ehtiyatları  müəyyən edilmişdir.  

 
65
Nehrəm II yatağı 1966-67-ci illərdə Q.M. Krentsel tərəfindən 
Naxçıvan daşduz yatağından istifadə etməklə susuzlaşdırılmış soda və 
kombinə edilmiş sxem üzrə maqnezium oksidinin alınması  məqsədilə 
öyrənilmişdir. Yatağın  А+В+С
1
 kateqoriyaları üzrə ehtiyatları  143593 
min ton miqdarında Geologiya İdarəsinin ETŞ-da (protokol № 12,  
13.04.1971) təsdiq edilmişdir. 1971-ci ildə aparılan  əlavə yarımsənaye  
tədqiqatları nəticəsində texnoloji sxem işlənib hazırlanmış və  susuzlaş-
dırılmış soda ilə paralel olaraq maqnezium oksidinin alınması məqsədilə 
Naxçıvan soda zavodunun tikintisi nəzərə alınmışdır.
 
1972-1973-cü 
illərdə yataqda T.M.Seyidov tərəfindən 1 km uzunluğu, 500-600 m eni 
olan sahədə ilkin kəşfiyyat işləri aparılmışdır. Dolomitin С
1
  kateqoriyası  
üzrə ehtiyatları 126 mln. ton,  С
2
 kateqoriyası  üzrə ehtiyatları isə 104 
mln. ton hesablanmışdır. Sonradan Nehrəm II yatağında əlavə kəşfiyyat 
işləri aparılmış  və ehtiyatlar artırılaraq  В+С
1
 kateqoriyaları üzrə 143 
mln. ton təşkil etmişdir.  
Nehrəm qrupu yataqları ən iri maqnezial karbonat-dolomit yataq-
ları sayılır və kimyəvi tərkibinə və fiziki-mexaniki xüsusiyyətlərinə görə 
onlar sənayenin tələblərinə cavab verərək yüksək möhkəmlikli yol və 
tikinti çınqılı, susuzlaşdırılmış soda və kombinə edilmiş sxem üzrə 
maqnezium oksidinin alınmasında istifadə edilə bilər. Araz zonası 
dolomitlərinin proqnoz ehtiyatları P
1
 kateqoriyası üzrə onlarca, yüzlərlə 
milyard ton təşkil edir və regionda maqnezium ehtiyatları üzrə çox 
perspektivli sayılır.  
Struktur cəhətdən hər iki Nehrəm yatağı Culfa antiklinalının şimal-
şərq qanadında öyrənilmişdir. Dolomit sahəsinin geoloji quruluşunda 
Orta-Üst Triasın çöküntüləri və Yura yaşlı vulkanogen süxurlar iştirak 
edir. Orta Trias çöküntüləri yatağın qərb hissəsində müşahidə olunur və 
qalınlığı 120 m-dən yuxarı olan gilli-karbonatlı litofasiya ilə  təmsil 
olunur. Nehrəm yatağında faydalı qazıntını  təşkil edən Üst Triasın 
dolomitləri Orta Triasın çöküntüləri üzərində uyğun yatır  və Alt Yuranın 
vulkanogen qatı ilə tranqressiv örtülür. Ayrı-ayrı sahələrdə dolomitlər 
fasilələrlə Paleogen və Neogenin vulkanogen qatı ilə örtülür. Alt Yuranın 
vulkanogen qatı andezitlə, andezit-bazaltla, diabazla, həmçinin onların 
tufları, tuffitləri və qumdaşları ilə təmsil olunur.  
Dolomit qatının aşağı hissəsində  qırılma boyu dik yatımlı (70°), 
qalınlığı 15 m-ə  qədər olan  müxtəlif formalı peridotit ineksiyası qeyd 
olunur.  

 
66
Dolomitlər bütövlükdə, massiv və xarici görünüşünə görə    qalın-
laylı olub, quruluşuna və rənginə görə eynicinslidir. Üst Triasın dolomit-
ləri aşağıdan yuxarıya üç dəstəyə ayrılır:1) qızılgülü-boz rəngli dolo-
mitlərlə növbələşən  tünd-boz və boz rəngli dolomitlər,  qalınlığı 740 m; 
2) tünd-boz rəngli, qalınlaylı, kavernalı (boşluqlu) dolomitlər, qalınlığı 
80 m; 3) boz rəngli nadir dolomit laycıqlı  qızılgülü-boz rəngli, dənəli 
dolomitlər, qalınlığı 80 m. Tektonik pozulma boyu dolomitlər çatlı  və 
brekçiya görünüşlüdür.  
Mikroskop altında dolomitlərin arasında  incədənəli, xırdadənəli, 
incə-xırdadənəli, ortadənəli, qeyribərabərdənəli və brekçiyagörünüşlü 
növləri ayrılır. Onların hamısı bir-biri ilə  sıx  əlaqədə olan romboedrik 
formalı dolomit dənələri ilə mürəkkəbləşmişdir. Onların ölçüləri çox 
müxtəlifdir. Ayrı-ayrı dolomit dənələri cüzi dərəcədə (1,5%) gil hissəcik-
ləri ilə çirklənmişdir. Bəzən dolomit dənələri arasında  silisli materiala 
rast gəlinir. Xırda çatlar kvars və dəmir hidrooksidi ilə dolmuşdur.  
Morfoloji cəhətdən dolomitlər iri layşəkilli yatım, daha doğrusu 
qat  əmələ  gətirərək, monoklinal formada 25
0
-dən 75°-dək, adətən  30-
35° bucaq altında şimal-şərq istiqamətdə  yatırlar.  
Dolomitlərdə MgO-nin miqdarı 17,0%-dən 23,31%-dək, yataq 
üzrə orta göstərici-20,5%;  СаО 26%-dən  33,74%-dək, orta göstərici - 
30,8%, SiO
2
  0,01%-dən 3%-dək, orta göstərici -2,11%; Fe
2
O
3
 0,09%-
dən  1,0%-dək, orta göstərici - 0,47%; А1
2
О
3
 0,1%-dən 0,3%-dək, orta 
göstərici - 0,17%; SO
3
  izdən 0,2%-dək, orta göstərici -0,06% təşkil edir. 
Spektral analiz vasitəsi ilə dolomitdə az miqdarda  rubidium, 
litium, titan, beril, qallium, ittrium, stronsium və vanadium müəyyən 
edilmişdir. Qeyd etmək lazımdır ki, dolomitlərin iri ehtiyatlara malik 
yataqlarında  MgO-nin miqdarının orta hesabla 20,5% olması metallurji 
maqnezium istehsalı cəhətdən böyük maraq kəsb edir.  
Yarımsənaye tədqiqatları ilə müəyyən olunmuşdur ki, Nehrəm 
yatağının maqnezial karbonatları kimyəvi tərkibinə görə susuzlaşdırılmış 
soda və metallurji maqnezium oksidi istehsalı üçün yararlıdır. Öz 
növbəsində maqnezium oksidi maqnezial xromit kərpiclərin, poladəritmə 
sobaları üçün xrom-maqnezial odadavamlı kərpiclərin və digər material-
ların istehsalı üçün istifadə oluna bilər. 6,2 m diametrli şaxta sobalarında  
dolomitin (40-120 mm fraksiyalı) bişirilməsi zamanı bişmə dərəcəsi 95% 
təşkil edir. Dolomit əhəngi orta sönən növə aid edilir.  
Yuxarıda qeyd olunduğu kimi, Nehrəm yatağının dolomitləri me-
tallotermik üsulla metallik maqneziumun alınması üçün tədqiq edilmiş 

 
67
və  nəticədə  təmizliyi 99,98% olan maqneziumun çıxımı 91-92% təşkil 
etmişdir. Göründüyü kimi, Nehrəm yatağının dolomitləri geniş istifadə 
sahələrinə  malik olub, ehtiyatları böyük istehsal gücünü təmin etməyə  
qadirdir.  
Araz zonasının dolomitləri  əvvəlki tədqiqatçılar tərəfindən daha 
bəsit  şəkildə  təhlil edilmişdir. Onlar tərəfindən sonradan diagenezə 
məruz qalan ilkin-çökmə hemogen dolomitlər ayrılmışdır. Təbii ki, biz 
də bu cür yanaşmanın  tərəfdarıyıq. Lakin sual yaranır: 1) nə üçün məhz  
dolomitlər  əmələ  gəlmişdir, həm də çox qalın laylı    və uzun məsafədə 
izlənilən; 2) bu qədər nəhəng (çox böyük) həcmdə  maqnezium və  həm-
çinin kalsium haradan daxil olmuşdur; 3) nə üçün hövzədə terrigen 
materiallar birdən yoxa çıxmış  və hövzə çox dərin olmuşdur və s. 
Ş.Ə.Əzizbəyova (1961) görə Üst Permdə təmiz dolomit növlərinin əmələ 
gəlməsi sahilə şirin suların daxil olmaması ilə əlaqələndirilir. Bu terrigen 
materialın olmaması ilə izah edilir. Lakin o, hövzənin dərinləşmə 
səbəbini və çöküntü materialının mənbəyinin səbəbini  izah etməmişdir. 
Araz zonasının inkişaf tarixi onun çoxsulu hövzədə karbonatlı, silisli 
karbonatlı və maqneziumlu-karbonatlı fasiyanın inkişafı və az qalınlıqlı 
terrigen fasiyanın iştirakı  ilə səciyyələnir.  
V.N.Nağıyevin ehtimalına görə, məlum Vedi-Naxçıvan tikiş zona-
sı Devon dövründə enmiş  və gec paleozoyda (Perm, Trias) inkişaf 
etmişdir. Bu dövrdə Araz zonasında uzunluğu bir neçə yüz kilometrə 
çatan  ensiz rift strukturu  formalaşmağa başlamışdır. Riftin ən böyük 
dərinliyi Araz çayının məcrasına uyğun gəlir. Bunu Perm və xüsusi ilə 
Trias çöküntülərinin qalınlığı  təsdiq edir. Riftdə  dərinlik qırılması üst 
mantiyanın üst layına qədər çatmış, onunla Triasda hövzəyə maqnezial-
karbonatlı termal sular daxil olmuşdur. Yurada spilit-diabazlar, Təbaşir 
dövründə isə ultrabazitlər  formalaşmışdır. Qabbroidlər və peridotitlər 
Araz çayında  və Çalxanqala sahəsində məlumdur. 
Yuxarıda qeyd olunanları  nəzərə alaraq dolomitin əmələ  gəlmə 
şəraiti bizim tərəfimizdən aşağıdakı kimi  təhlil edilir:  
1. Araz zonası Trias, Yura və  Təbaşir dövründə rift rejiminin 
inkişafına uyğun gəlir; 
2. Maqnezium, kalsium və karbon qazının mənbəyi mantiya, daha 
doğrusu, ultrabazit maqmanın səviyyəsindən daxil olan maqneziumlu-
karbonatlı-termal sular  hesab olunur; 

 
68
3. Dolomitin əmələ gəlməsi su şəraitində çöküntülərin daxil olma-
sı, çökməsi  və diagenezi nəticəsində dar riftdə, lakin çox uzun hövzədə 
baş vermişdir. 
Yuxarıda qeyd olunan cəhətləri
 
 nəzərə alaraq müəlliflər tərəfindən 
Araz zonasının dolomitləri riftogen çökmə genetik tipə aid edilir.   
 
1.8. Kobalt filizləri 
 
1.8.1. Kotam yatağı 
 
Kotam skarn-mis-kobalt filiz yatağı Araz çayı hövzəsində, çayın 
sol yamacında,  Ordubad filiz rayonunda, Kilit və Kotam kəndlərinin 
yaxınlığında, Kilit və Kotam sahələri olmaqla iki sahədə izlənilir. Kotam 
sahəsi bir qədər dəqiq öyrənilmişdir. Burada V.İ.Leontyev  (1949) 
tərəfindən geoloji-kəşfiyyat işləri aparılmışdır. Kilit sahəsi 1964-cü ildə 
M.A.Ağasıyev tərəfindən aşkar edilmişdir. Bu sahədə geoloji işlər 
fasilələrlə davam etdirilmiş və bu gün də davam etdirilir.  
Yataq Ordubad plutonunun ekzotəmasında skarnlaşmış və buynuz-
daşı əmələ gəlmiş zonada formalaşmışdır. Yataq ərazisində rast gəlinən 
çöküntülər Alt Turon yaşlı qumlu-argillit qatı, Alt və Üst konyakın 
mergelli-argillit qatı, Üst Konyakın  əhəngdaşları, Alt Santonun tufogen 
qatı  və plutona tərəf şimal-şərq istiqamətdə 15-30° bucaq altında yatan 
şimal-qərb istiqamətli qırışıqlıqda əzilmiş Kampan yaşlı  mergelli-argillit 
qatı ilə təmsil olunmuşdur.    
Ə.H.Babayev (1975), M.Ə.Qaşqay, M.A.Ağasıyev (1976), Ş.Ə.Əziz-
bəyov (1961), S.Ə.Bəktaşi, T.H.Hacıyev və başqalarının məlumatlarına 
görə,  plutonun cənub-qərb təmas zonasında eni 200 m-dən 1000 m-dək 
olan zolaqda ətraf süxurlar güclü metamorfikləşmiş və nəticədə müxtəlif 
kontakt metasomatitlər - qranat-epidotlu skarnlar, epidozitlər, buynuz-
daşları və mərmərlər əmələ gəlmişdir. Stratiforma yaxın kobaltlı və misli 
sulfid zonaları yuxarıda qeyd olunduğu kimi ekzotəması haşiyələndirən 
Üst Təbaşir yaşlı müxtəlif süxurlara və plutonu əhatə edən və ondan 
şaxələnən  kiçik diorit, kvarslı diorit və digər maqmatik süxur massiv-
lərinə aid edilir.  
Stratiform tipli Kotam mis-kobalt zonası 10-20° bucaq altında 
yatır və 0,05-0,8 m, nadir hallarda 1,5-2,0 m ölçülü yuva və linzaşəkilli 
cisimlər, qalınlığı 1-10 sm olan damarcıqlar və sulfid möhtəviləri, əsasən 
dağ kütləsinin 7-18%-i həcmində pirit və xalkopirit saxlayan güclü 

 
69
parçalanmış, bəzən brekçiyalaşmış, kvarslı epidot-qranat skarnlarla 
təmsil olunur.  
Stratiform tipli Kotam sulfid filiz zonası Kotam çayının hər iki 
yamacında uzanma istiqamətində 960 m, düşmə istiqamətində isə müasir 
eroziya kəsilişində 300 m izlənilmişdir. Gözlənilən yatım dərinliyi 500-
700 m olmaqla  zonanın qalınlığı 10 m-dən 80 m-dək dəyişərək, orta 
hesabla 35 m təşkil edir. Yer səthindən alınan  məlumatlar  əsasında 
Ə.H.Babayev tərəfindən onun hüdudlarında orta qalınlığı 18,3 m, misin 
orta miqdarı 0,35%, kobaltın miqdarı  0,056% olan daha zəngin hissələr 
ayrılmışdır.  
Kotam zonası Kampanın skarnlaşmış çöküntülərinin altında yatır, 
qalanları isə onların arasında aralıq mövqe tutur. Eroziya kəsilişinin  ən 
aşağı hissəsində, zonada misin miqdarı 0,4-0,5%-ə, kobalt  isə 0,12%-ə 
çatır. Bunu nəzərə alaraq,  M.A.Ağasıyev böyük ehtimalla Üst Təbaşir 
çöküntülərinin və Alpaqədər buynuzdaşlarının transqressiv sərhədlərinin 
səviyyəsindən aşağıda mis-kobalt filizinin sənaye əhəmiyyətli konsentra-
siyasının toplandığını qeyd edir.  
Kilit sahəsində yer səthində müvafiq olaraq 320, 100 və 20 m 
izlənilən üç zona (№№ 1, 2, 3) aşkar edilmişdir. Onların intruziyanın 
sərhədindən uzaqlığı müvafiq olaraq 300, 400 və 250 m təşkil edir. 
Eroziya kəsilişinin daha dərin hissələrində, daha doğrusu, intruziyanın 
sərhədindən  200-300 m məsafədə misin miqdarı 0,4- 0,5%-ə, kobalt  isə 
0,12%-ə çatır. Qeyd olunan zonaların orta qalınlıqları 5,7; 8,6 və 3,0 m 
olmaqla,  misin orta miqdarı müvafiq olaraq 0,22; 0,05 и 0,43%, kobalt 
isə 0,085; 0,04 və 0,115% təşkil edir. 3 №-li zonada buynuzdaşlarının 
altında misin və kobaltın miqdarı yüksəkdir.  
Bütövlükdə, yataq üzrə qeyd olunan təmas zonası  ərazisində qa-
lınlığı 20 m-dən 100 m-dək  olan zəngin filiz cismi toplanmışdır. Filiz 
yığımları bütün zona üzrə linzagörünüşlü, ləkəli-möhtəvi cisimlər və 
damarcıq-möhtəvi  ştokverk zonalar əmələ  gətirərək qeyri-bərabər pay-
lanmış yuvalar, damarcıqlar  və möhtəvilərlə təmsil olunur.  
Ə.İ.Mahmudovun (1982) məlumatlarına görə, hipogen filizin teks-
turu möhtəvi, massiv, brekçiyagörünüşlü; strukturu isə  dənəli por-
firgörünüşlü növlərlə  təmsil olunur. Yenidən kristallaşma və  əvəzetmə 
halları geniş yayılmışdır. Yataqda skarn, maqnetit-hematit, kvars-pirit və 
çoxsulfid mərhələləri ayrılır. 
 

 
70
Skarn mərhələsində skarn minerallarının: diopsid, ortit, andradit, 
epidot, kalsit I, qrosulyar və digər mineralların formalaşması baş vermiş-
dir. 
Maqnetit-hematit minerallaşma mərhələsi kvars I, pirit və xalko-
pirit I-in müşayiəti ilə epidotlu, kalsit II, maqnetitli, hematitli, muşke-
tovitli,  piroksen-qranat skarnlarının əmələ gəlməsi ilə ifadə edilir.Kvars-
pirit mərhələsi kvars I, pirit II və xalkopirit II ilə təmsil olunur.  
Çoxsulfid mərhələsində kalsit III, kvars II, qalenit, molibdenit, 
markazit və digər  mineralların ayrılması baş verir.  
Kotam yatağının filizləri kompleks olub, kobaltla bərabər mis, 
bəzən isə nikel saxlayır.  
Kotam yatağında skarn-mis-kobalt filizləşməsinin lokallaşması 
kontakt-metasomatik tipə aid edilir.  
 
1   2   3   4   5   6   7   8   9   ...   22


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə