Qazintilari



Yüklə 2.85 Kb.
PDF просмотр
səhifə4/22
tarix28.04.2017
ölçüsü2.85 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   22

Kilit-Kotam filiz sahəsinin metallogenik xüsusiyyətləri (V.N.Nağıyevə görə) 
 
 
Genetik olaraq əsasi tərkibli 
maqma ilə əlaqədar olan ilkin  
hidrotermal  yataqlar  (üst eosen)
Genetik olaraq əsasi tərkibli maqma ilə əlaqədar olan ilkin  
hidrotermal  yataqlar (oliqosen-miosen) 
Filizçö
km
ə 
müh
iti 
Silisli-oksigenli 
 
W(Sn, Mo) Qalay-molib-
den-volfram  yataqları 
 
sulfidli 
Си-Co (Ni) mis-kobalt yataqları
Pb, Zn gec 
mərhələnin 
qurğuşun-sink 
filizləşməsi 
Мо (Си) 
molibden-mis 
porfir yataqları 
Си (Мо) mis-porfir 
yataqları 
Yataqlar 
Kilit-Kotam yatağı 
Kilit kvars-
volfram yatağı 
Qızılçınqıl yatağı  Gənzəçay sahəsinin 
bir sıra təzahürləri 
Metasomatitlər 
Skarnlar, epidozitlər, mərmərlər, 
xloritlər, silisli süxurlar 
Silisləşmə, kvarslaşma, kalişpatlaşma, qreyzenləşmə, 
aplitləşmə, buynuzdaşları 
Əsas minerallar 
Pirit, xalkopirit, kobaltin
kobaltpirit 
Kvars-şeelit, vol-
framit, kassiterit, 
povellit, qalenit, 
sfalerit 
molibdenit, 
xalkopirit, pirit 
xalkopirit, pirit, 
molibdenit 
Maqmanın tərkibi  
Əsasi differensasiya 
Orta diferensasiya 
Maqmatik formasiyalar 
Qabbro-monsonit-diorit 
Qranodiorit-porfir 
Yataqların genetik tipləri   Kontakt-metasomatik,  məxsusi hidrotermal,  plutonogen-hidrotermal yataqlar 
Geotektonik mövqe 
Paleogen dövründə İran mikroplitəsinin kənar hissəsində tektono-maqmatik aktivləşmə   
 
35 

 
36
Lakin, istənilən halda Qızılçınqıl yatağı  dərinlikdə kembriyə-
qədərki fundamentə daha yaxındır. 
2  №-li buruq quyusunun 591-630 m intervalında basdırılmış 
qranodiorit intruzivi aşkar edilmişdir.  İntruziv süxurlar iridənəli olub, 
hipidiomorfdənəli struktura malikdir.  
Qızılçınqıl yatağı en istiqamətinə yaxın  şimal-qərb istiqamətli  
Kotam antiklinalının tağ hissəsinə  və diorit-porfirit və qranodiorit-porfir 
tərkibli daykalar seriyasının inkişaf etdiyi uzununa Kilit qırılma zonasına 
aid edilir. Yataqdan keçən şimal-qərb istiqamətli qırılmalar seriyası uzun 
məsafədə izlənilir. Bu qırılmalar plutonun təmasına tərəf 20 m-dən 200 
m-dək amplituda ilə qalxaraq şimal-şərq istiqamətdə pilləşəkilli bloklar 
əmələ  gətirir. Qırılma boyu əzilmə, brekçiyalaşma və metasomatizm 
hadisəsi müşahidə olunur. Qırılma zonalarının qalınlığı 2 m-dən 30 m-
dək dəyişir. Zonaların yatımı şimal-şərqə 70-80
0
 bucaq altındadır. 
Yataqdakı süxurlar ştokverk sistemi əmələ gətirən müxtəlif istiqa-
mətli intensiv çatlılığa məruz qalmışdır.  
Filiz cisminin morfologiyası. Qızılçınqıl yatağında filiz cisminin 
aşağıdakı morfoloji müxtəliflikləri məlumdur: 1) ştokverk, 2) damar və 
3) skarnlarda lay ineksiyası. 
Damar cisimləri və lay ineksiyası volfram, bəzən molibdenlə 
birlikdə qalay filizləşməsi daşıyır. Onlar sahənin  şərqində yerləşir və 
Kilit kvars-volfram filiz yatağı adlanır. Volfram filizləşməsi  ştokverk 
tipli filizlərdə də qeyd olunur (Volfram və qalay bölməsinə bax). 
Ştokverk damarcıq-möhtəvi molibden-mis porfir filizləri sahənin 
mərkəzində və qərb  hissəsində formalaşmış və həmçinin  şərq sahəni  də 
əhatə edir. Ştokverk tipli filizlər molibden-mis-porfir filizlərindən daha 
çox volfram-molibden mis-porfir filizlərinə uyğun gəlir. Bunu  Qızıl-
çınqıl  ştokverk yatağının üst horizontunda kvars-volfram damarları ilə 
birlikdə molibdenin də olması təsdiq edir. 
Beləliklə, Qızılçınqıl yatağında filizləşmə  ştokverk səciyyəsi 
daşıyır.
 
Filizləşmənin yerləşməsində litoloji mühit daha vacib rol 
oynayır. Belə ki, çox möhkəm buynuzdaşları terrigen material qarışıqlı 
terrigen-karbonatlı süxurların hesabına  əmələ  gəlmişdir. Damarcıqlar 
çox incə olub, müvafiq olaraq misin və molibdenin miqdarı yüksək 
deyildir. Skarnlarda və silisləşmiş tuffitlərdə isə misin və molibdenin 
miqdarı yüksəlir.  
Ekran rolunu oynayan mərmər laycıqları və mərmərləşmiş əhəng-
daşları müşahidə olunur. Qranodiorit-porfir daykalar həm filiznəzarət-

 
37
edici, həm də müəyyən sahələrdə filizekranlaşdırıcı struktur rolunu oynayır. 
Molibden-mis filizləşməsinin ən yüksək konsentrasiyası qranodiorit intruzi-
vinin zalbandında metamorfizləşmiş, skarnlaşmış, terrigen-karbonatlı su-
xurlarda (2 №-li buruq quyusu, interval 433-550 m) qeyd olunur. 
Yuxarıda göstərildiyi kimi yer səthində  ştokverk tipli molibden-
mis filizləşməsi 350х320 m sahədə molibdenin orta çəki miqdarı 0,023% 
olmaqla mərkəzi sahədə sərhədləndirilmişdir. Misin miqdarı aşağıdır və 
kondisiyaya uyğun deyildir. 2, 3, 5, 6, 7 №-li buruq quyuları ilə 
dərinlikdə molibden-mis damarcıq-möhtəvi filizləşməsi olan 2 əlavə 
ştokverk yatağı  kəsilmişdir. Beləliklə, 800 m horizontdan 100 m 
horizonta qədər 3 ştokverk yatağı qeyd olunur. Ştokverk filizləşməsinin 
şaquli təsiri 700 m-ə çatır.  Ştokverk yatağının alt sərhədi Araz çayının 
səviyyəsindən 500 m aşağı dərinlikdə yerləşir. Ən böyük yataq 100-450 
m horizontda yerləşir və qalınlığı 350 m-ə yaxındır (bax şəkil 3).  
Ştokverk filizinin əsas komponentləri molibden və mis, yanaşı 
komponentlər isə  volfram, qızıl, gümüş, bəzən qalay  hesab olunur.  
Filizdə  əsas element qarışığı renium hesab olunur. Molibdenin 
misə olan nisbəti təqribən 1:5, 1:10, bəzən 1:15-ə uyğun gəlir.  
Aşağıda 2, 3, 5, 6 və 7 №-li buruq quyularında kəsilmiş damarcıq-
möhtəvi filizləşməsinin  ən səciyyəvi intervalları verilir. 2 №-li buruq 
quyusunun 433,0-550,4 m intervalında  əsas  ştokverk yatağı  kəsilmişdir 
ki, burada molibdenin orta çəki miqdarı  ayrı-ayrı intervallarda 0,036%-
dən 0,20%-dək dəyişir və orta hesabla 0,043%; mis 0,05%-dən 0,30%-
dək dəyişir və orta hesabla 0,20% təşkil edir. 3 №-li buruq quyusunun 
320,6-365,4 m və 419,0-434,0 m intervallarında müvafiq olaraq 
molibdenin orta çəki miqdarı 0,011 və  0,017%, misin miqdarı 0,17 və 
0,11% təşkil edir. 6 №-li buruq quyusu üzrə 0-81,0 m, 158,0-186,7 m, 
202,0, 237,0, 246-285 m və 296,0-324,0 m intervallarda komponentlərin  
orta çəki miqdarları: molibden 0,011; 0,014; 0,015 və 0,011%; mis 0,06; 
0,25; 0,30; 0,25 və 0,07% təşkil edir. Göründüyü kimi, misin miqdarı bir 
qədər aşağı, molibdenin miqdarı isə  əksinə, yüksək olub, əgər belə 
demək mümkünsə, kondisiyaya uyğundur.  
Volfram  əsasən, skarnlaşmış laylarda qeyd olunur, burada onun 
miqdarı 0,02%-dən 0,15%-dək dəyişir. Ştokverk filizləri volframa nəzə-
rən zəif öyrənilmişdir.  
Ştokverk filizləri izdən 0,8 q/t-a qədər qızıl saxlayır. 18 sınağın 
nəticələrinə görə gümüşün miqdarı 32,9 m cəmlənmiş qalınlığa  7 q/t-
dan 18 q/t-a qədər,   2 №-li buruq quyusu üzrə isə 4,7 q/t  təşkil edir.  

 
38
Sınaqlar üzrə kobaltın miqdarı 0,001%-dən 0,04%-dək qeyd olu-
nur. Qızılçınqıl yatağında skarnlarda qalayın mineralı (kassiterit)  müəy-
yən edilmişdir (C.A.Azadəliyev, 1991).
                                                                 
  
 
Şəkil 3.  Kilit kvars-volfram və Qızılçınqıl molibden-mis-porfir yataqlarının 
şaquli proyeksiyası.  Tərtib etdi: V.N.Nağıyev
1 - buynuzdaşları, skarnlar; 2 – qabbro-monsonit-diorit formasiyası; 3 – 
qranodiorit formasiyası; 4 - кvars-volfram damarları; 5 – molibden-misporfir 
ştokverk filizləri; 6 – buruq quyuları; 7 – Araz çayının səviyyəsi.  
 
Qızılçınqıl yatağı aşağıda qeyd olunan filiz tipləri ilə səciyyələnir: kvars-
volfram damarı, damarcıq-möhtəvi  ştokverk tipli molibdenit-xalkopirit-
pirit. Ştokverk filizlərində misin və molibdenin sulfidləri pirit, pirrotin və 
nadir hallarda arsenopiritlə assosasiyada rast gəlinir.  İlkin piritin yuva, 
möhtəvi və damarcıqları buynuzdaşlarında hərtərəfli yayılmışdır.  

 
39
Filiz mineralları: pirit, xalkopirit, molibdenit, volframit (qübnerit- 
MnWO
4
), bəzən sfalerit, kassiterit, şeelit, qalenit, tennantit, tetraedrit və 
digərlərindən, qeyri-filiz mineralları  kvars və karbonatdan ibarətdir. 
Dərin horizontlarda flüoritə rast gəlinir. Oksidləşmə zonasında  limonit, 
hetit, kovellin, xalkozin, bornit, malaxit, azurit, serussit, smitsonit və s.  
rast gəlinir. Mineral yığımları dənəli və emulsiyalı struktur əmələ gətirir.  
Qızılçınqıl yatağında mineraləmələgəlmə prosesi aşağıdakı ardıcıl-
lıqla getmişdir: 1) birinci generasiyada kvars qübneritlə (MnWO
4
) və 
digərləri ilə; 2) ikinci generasiyada kvars molibdenitlə, pirit və 
xalkopiritlə; 3) pirit və xalkopiritlə assosiasiyada; 4) gec kvars qalenitlə, 
sfaleritlə, tutqun filizlərlə; 5) filizsiz kvars-karbonat minerallaşması. 
Qeyd olunanlar ilkin əmələ gəlmələrinə görə aşağıdakılara uyğundur: 1) 
oksigenli mühitdə, sonradan isə sulfidli mühitdə lokallaşan yüksək 
temperaturlu kvars-volframit, bəzən qalay və molibdenit filizləri; 2) 
başlanğıcda piritlə birlikdə orta temperaturlu  molibden-mis-porfir filiz-
ləri; 3) sonda əvvəlki filizlər də daxil olmaqla orta və aşağı temperaturlu 
polimetal minerallar. 
Proqnozlaşdırma. Qızılçınqıl yatağı Azərbaycanda yeganə molib-
den-porfir yatağı sayılır ki, orada molibden əsas komponent hesab 
olunur. Ştokverk yatağı zəif öyrənilməsinə baxmayaraq, onun tərkibində 
olan volframın, bəzən isə qalayın miqdarına görə  perspektivli sayılır. 
Bütövlükdə, yataq lazımınca qiymətləndirilməmişdir. Materialların ana-
lizi onun yüksək perspektivliyini təsdiqləyir.   
 
1.4. Volfram filizləri  
 
1.4.1. Damar tipli kvars-volfram təzahürləri  
 
1.4.1.1. Kilit damar kvars-volfram təzahürü  
 
Kilit yatağının geologiyasının səciyyəsi “Molibden” bölməsində 
verilmişdir (bax: Qızılçınqıl yatağı). 
Kilit yatağı  tərkibində zvolfram, qalay, molibden, mis, qurğuşun 
və sink mineralları olan 3 volfram-kvars damarı ilə  təmsil olunur. Ara-
larında skarnlaşmış laycıqlar olan güclü piritləşmiş buynuzdaşları filiz-
saxlayan süxurlar hesab olunur. Kvars damarının qalınlığı 0,2-0,7 m-ə, 
genişlənən yerlərdə 1,0 m-ə qədər, uzunluğu isə onlarca metrdən, bəzən 
200 m-ə qədər çatır. Damar meridional istiqamətdə 5-10
0
 bucaq altında 

 
40
şimal-şərqə uzanır və 50-60
0  
bucaq altında qərb istiqamətdə yatır. Əsas 
damardan  şaxələnən en və  şimal-şərq istiqamətli  kvars damarcıqlarına 
(0,05-0,1 m) rast gəlinir. 1 №-li damar üzrə volfram filizləşməsi onun 
qərbə  tərəf yatan zalbandında müşahidə olunur. Volframit filizinin 
qalınlığı damarın haşiyəsində 3, bəzən 6 sm-ə çatır. 1 №-li damar 3 
horizontda qısametrajlı mağaralarla öyrənilmişdir.  
Damarlarda və damarcıqlarda kvarsın yaxşı inkişaf etmiş kristalları 
vardır. Kvars-volframit damarının mineral tərkibi qübnerit, manqanlaş-
mış volframit, xalkopirit, pirit, tetraedrit, bəzən arsenopirit, sfalerit,  
nadir hallarda isə qalenitlə  təmsil olunur. Qübneritə uzun kristal 
aqreqatlar şəklində  rast gəlinir. Bütün qalan minerallar damarda dağınıq 
şəkildə yuvalar və  ləkələr  şəklində qeyd olunur. Götürülən sınaqlarda   
WO
3
-ün miqdarı 0,01%-dən 0,82%-dək, bəzən 1,08%-dək dəyişir. 1 №-
li damar üzrə WO
3
-ün miqdarı 0,32% təşkil edir. Misin miqdarı 0,05-
0,1%, sink 0,06-0,1%, qurğuşun 0,04%, arsen və sürmə faizin yüzdə 
birləri qədər həddində ölçülür. 
C.A.Azadəliyevə (1991) görə, kvars-volframit damarları qreyzen-
əmələgəlmənin  əlaməti kimi hesab olunur. Lakin süxurların litoloji 
tərkibinin əlverişli olmaması səbəbindən ətraf süxurlarda tipik qreyzen-
ləşmə müşahidə olunmur. Buna baxmayaraq burada bəzi yerlərdə 
skarnəmələgəlməni  əvəz edən qreyzenəmələgəlmə tipli turş proses 
müşahidə olunur ki, bunu da çoxsaylı kvars damarları ilə bərabər qalay-
volfram tipli filizləşmənin olması  və yüksək temperaturlu hidrotermal 
məhlulların tədrici təkamülü və s. təsdiq edir.  
Vənəndçayın yuxarı axım hissəsində Alçalıçay dərəsində aplit 
damarında şeelit müəyyənləşdirilmişdir.  
 
1.4.2. Skarnlaşmış əhəngdaşlarında və  ştokverk tipli 
  molibden-mis-porfir filizlərində volframit təzahürləri  
 
1.4.2.1. Qızılçınqıl yatağı  
 
Kilit-Kotam filiz sahəsi hüdudlarında, Ordubad plutonunun ekzo-
təmas zonasında, Alt Turon yaşlı buynuzdaşlarının inkişaf tapdığı 
zolaqda skarnlaşmış  əhəngdaşı laycıqları geniş inkişaf tapmışdır. Onlar  
0,02%-dən 0,15%-dək volfram (WO

) saxlayır.  
A.K.Şilenko (1942) burada qalınlığı 1 m-dən 4 m-dək dəyişən 26  
skarnlaşmış volfram saxlayan laycıqlar müəyyən etmişdir. C.A.Azadəli-

 
41
yev və digərləri (1991) tərəfindən skarnlarda qalay - volfram saxlayan 
laycıqların mineral tərkibi öyrənilmiş  və  nəticədə    şeelit, kassiterit, 
həmçinin  skarn və sulfid mineralları təyin edilmişdir.   
Şeelit. Qızılçınqıl yatağında təyin edilmişdir. Rəngi boz çalarlı ağ, 
bəzən sarımtıl və qəhvəyidir. Şeelitin böyük hissəsi kalsirt mühitində üzə 
çıxır və buynuzdaşlı süxurların arasındakı əhəngdaşlarının hesabına əmə-
lə gəlmiş skarn laycıqlarının yatan böyründə toplanır. Kvars damarların-
da  şeelit qübneritlə  əvəz olunur. Şeelit skarnlarda və buynuzdaşlarında 
izometrik və idiomorf kpistalliklər  (0,05-3 mm) və qeyri-düzgün dənələr 
əmələ gətirir. Şeelit çöküntüləri skarnlarda və buynuzdaşlarında  kvars-
laşma  və aktinolit, epidot, kvars, kalsit və xlorit ayrılmaları ilə müsayiət 
olunur.  
Qübnerit kvarsda inkişaf edərək əsasən çatları və kiçik boşluqları 
doldurur.  
Kassiteritə nadir hallarda kvars damarlarında və metasomatik 
dəyişmiş buynuzdaşlarında kvarsla, şeelitlə, piritlə  və xalkopiritlə asso-
siasiyada rast gəlinir. Hematit təbəqələrinin arasında onun mikro möh-
təvilərinə təsadüf olunur. 
 Qızılçınqıl yatağında molibdenit, xalkopirit və pirit geniş inkişaf 
tapmışdır. Burada həmçinin hematit, ilmenit, kubanit, vallerit, sfalerit, 
qalenit, tutqun filizlər , anhidrit və digər minerallara rast gəlinir.  
Skarnlarda və digər metasomatitlərdə, kvars damarlarında və 
damarcıqlarında mineral əmələgəlmənin ardıcıllığı  aşağıdakı qaydada 
baş verir: 
 1) Piroksen, qranat, epidot, maqnetit, hematit, ilmenit, aktinolit, 
kvars, kalsit, xlorit; 2) qübnerit, şeelit, kassiterit: 3) molibdenit, anhidrit
pirit, pirrotin, markazit, ziqenit, xalkopirit, kubanit, vallerit; 4) sfalerit, 
qalenit, tutqun filizlər; 5) xalkozin, kovellin, azurit, malaxit.   
 
 
 
 
 
 
 
 
 
 

 
42
1..5. Qurğuşun və sink filizləri 
1.5.1. Paleozoy çöküntülərində qurğuşun-sink yataqları  
 
1.5.1.1. Gümüşlü qurğuşun və sink yatağı  
 
Gümüşlü yatağı  tərkibinə görə qurğuşun və sinkdən ibarət olub, 
Araz metallogenik zonasının Şərur filiz zonasına  aid edilir. Əmələgəlmə 
vaxtına görə yataq: 1) Hersin metallogenik dövrünə (R.N.Abdullayevə 
görə Alt Karbon, 1981), 2) Hidrotermal-damar-metasomatik genetik tipə 
və 3) Polimetal formasiyasına aid edilir. 
Gümüşlü qurğuşun-sink yatağı  Şərqi Arpaçay çayının aşağı axım 
hövzəsinin sol yamacında,  Şərur stansiyasından 18 km şimal-şərqdə, 
Naxçıvan şəhərindən 55  km şimal-qərbdə yerləşir. Yataq 1908-1916-cı 
illər ərzində “Alagöz” Səhmdar  Cəmiyyəti tərəfindən,  1954-cü ildən isə 
Naxçıvan Filiz İdarəsinin Gümüşlü mədəni tərəfindən istismar edil-
mişdir.  
Yataq rayonunun geoloji quruluşunda Orta Devondan başlayaraq 
Perm də daxil olmaqla Paleozoy kompleksinin süxurları  iştirak edir. 
Yataq ərazisində Orta Devonun Eyfel, Jivet və Frank mərtəbələrinin və 
Üst Devonun alt hissəsinin çöküntüləri inkişaf tapmışdır (V.P.Feliks, 
V.N.Nağıyev və başqaları, 1980). Filizsaxlayan süxurlar Orta Devonun 
Jivet mərtəbəsinin  əsasən massiv, monoton, СаСОз-ə  nəzərən təmiz 
əhəngdaşları  və gil şistləri hesab olunur. Əhəngdaşları filizə qarışaraq 
hidrotermal metasomatoza aid edilir, gil şistləri isə ekran rolunu oynayır 
və ancaq pirit möhtəviləri saxlayır. Sonda qeyd etmək lazımdır ki, 
qurğuşun-sink filizləşməsi Jivet mərtəbəsinin Sədərək qatına aiddir.   
Yataq rayonunda maqmatik süxurlar diabaz və qabbro-diabazların 
sill və daykaları ilə  təmsil olunaraq R.N.Abdullayev (1981) tərəfindən 
hersin tsiklinin qabbro-diabaz formasiyasına aid edilmiş  və yaşına görə 
Devon-Alt Karbona uyğun gəlir.  
Gümüşlü qurğuşun-sink yatağı  şimal-qərb istiqamətli Gümüşlü 
antiklinalının nüvəsində və cənub-qərb qanadında öyrənilmişdir.  
Antiklinalın  şimal-şərq qanadı  əsas üstəgəlmə ilə  kəsilmiş  və 
nəticədə Devonun müxtəlif horizontları Karbonun əhəngdaşları ilə təmas 
təşkil etmişdir. Gümüşlü antiklinalı  tağ şəkilli, bəzən izometrik qırışıqlar 
və daha aşağı quruluşlu  fleksura əyriləri ilə mürəkkəbləşmişdir. Yataq 
müxtəlif istiqamətli qırılmalarla bir sıra tektonik bloklara ayrılmışdır. 
Filizləşməyə  nəzərən qırılmalar geniş inkişaf tapmışdır. Onlar filizə 

 
43
qədər və filizdən sonra əmələ  gəlmişdir. Filizə  qədər qırılmalar  şərqə  
doğru dik (75-80
0
) yatımlı  qırılıb-düşmə,  qırılıb-qalxma və  qırışıqlığın 
ümumi istiqamətinə uyğun gələn meridionala yaxın (330-350
0
) istiqa-
mətli sürüşmüş  əks fayla təmsil olunurlar. Bu qırılmalar süxurların 
intensiv xırdalanması və tamamilə əzilməsi ilə müşayiət olunur. Filizləş-
məyə qədər qırılmalar yatağı dörd  və daha çox bloklara ayıraraq şimal-
şərq və en istiqamətli qırılıb-düşmə ilə təmsil olunur. 
Filizətrafı  dəyişmələr filiz cisminin və  xırdalanma (əzilmə) zona-
sının  ətrafında dolomitləşmə, kalsitləşmə  və kvarslaşma  şəklində qeyd 
olunur. Dəyişmiş süxurların qalınlığı   0,5-3,0 m arasında dəyişir. 
Gümüşlü yatağının ərazisində qurğuşun-sink filizləşməsi damarlar 
və metasomatik jelvaklar şəklində inkişaf edərək,  bütövlükdə, stratiform 
yataqlar  əmələ  gətirir. Filizləşmə filizə  qədər meridional istiqamətli 
brekçiyalaşmış zonalarda  və həmçinin layarası filizçökmə üçün əlverişli 
şəraiti olan  əhəngdaşı layları arasında lokallaşmışdır. Damar tip  paralel 
kvars-karbonat, bəzən baritli  damar və ya damaraoxşar cisimlər şəklində 
geniş yayılaraq, qalenit və sfaleritin möhtəviləri və yuvaları ilə birlikdə 
filiz zonalarını əmələ gətirir. Yataqda uzunluğu 400 m, qalınlığı 0,4-0,6 
m-dən 56 m-ə  qədər olan 24 dik yatan (65-80
0
) filiz cismi aşkar 
edilmişdir. Altı zona ən perspektivli sayılır. Sənaye  əhəmiyyətli filiz-
ləşmə saxlayan damar-zonaların orta uzunluğu 40-80 m  təşkil edir. Filiz 
zonalarında bəzən  0,1-0,4 m ölçülü yuvaşəkilli massiv filizlər inkişaf 
etmişdir. Filiz zonasının mərkəzində damarlar, linzaşəkilli cisimlər,  
yuvalar, onların  ətrafında isə damarcıqlar və möhtəvilər daha  geniş 
yayılmışdır.    
Stratiform tipli metasomatik filizli qatlar bir-birindən gil şistləri ilə 
ayrılan iki əhəngdaşı horizontu ilə  məhdudlaşır. Stratiform tipli
 
laylar 
ekran rolunu oynayan gil şistlərinin altında tağşəkilli lokal antiklinalın 
oxu boyunca 125-500 m məsafədə və həmin antiklinalın qanadları üzrə 
qırılmadan 25-50 m kənarda  əhəngdaşı horizontunun asılı yanında filiz 
daxil edən  meridional istiqamətli qırılmalar boyunca uzanır. Stratiform 
tipli ayrılmaların qalınlığı 1 m-dən 9-12 m-dək çatır.    
Stratiform tipli laylar 4 №-li sahədə daha geniş yayılmışdır. 
Yatağın mineraloji tərkibi qalenit və sfaleritlə  təmsil olunur. Qalenit 
kəskin  şəkildə sfaleriti üstələyir.  İkinci dərəcəli minerallar pirit, 
xalkopirit və  tutqun filizlərdən ibarətdir.  
Nadir mineralların siyahısında bulanjerit, burnotit və argentit yer 
tutur. Damar minerallarından kalsit, barit, bəzən dolomit, kvars və 

 
44
ankerit daha çox yayılmışdır. Törəmə minerallar smitsonit, serussit, 
limonit, kovellin, xalkozin,  anqlezit və malaxitlə səciyyələnir. 
 
Şəkil .4. Gümüşlü qurğuşun-sink yatağından (IV sahə) keçən geoloji kəsiliş. 
1 – allüvial çöküntülər;
 
2, 3 – Üst Devonun frank mərtəbəsi; 2 - (Дз'"
2
) – gil 
şistlərinin,  mergel, əhəngdaşı    və qumdaşlarının laylaşması; 3 - (Д
3
'~
2
) - gil 
şistləri; 4, 5, 6-Orta Devonun Jivet mərtəbəsi; 4 - (Д
2
3
") – şistaltı əhəngdaşları; 
5-(Д
2
2
"
3
) - əhəngdaşı  laylı gil şistləri; 6 - (Дг
12
) - – şistaltı  əhəngdaşları; 7 – 
şistüstü filiz cismi; 8-qurğuşunun kondisiya miqdarlı filiz cismi;  9-buruq 
quyuları. 
 
Filizin tekstur tipləri aşağıdakı kimidir: massiv, yuvaşəkilli, brek-
çiyagörünüşlü, damarcıq və möhtəvi. Filizin strukturunda sementləşmiş
şistləşmiş, emulsiya və digərləri üstünlük təşkil edir.  
Filizin formalaşması    3  mərhələdə getmişdir: 1) sulfidli, qalenit, 
sfalerit, xalkopirit, tutqun filizlər, pirit, argentit, burnonit, bulanjerit, qey-
ri-filiz minerallarından–barit, ankerit, kalsit və kvarsla assosiasiyada; 2) 
kvars, pirit, kalsit daxil olmaqla qalenit-barit; 3) kalsit və baritlə asso-
siasiyada qalenit-karbonat. Oksidləşmə zonası zəif inkişaf etmişdir. 
Yataq  ərazisində kimyəvi tərkibinə görə qurğuşunlu, qurğuşun-
sinkli və sinkli sənaye tipləri ayrılır və birinci tip üstünlük təşkil edir.  

 
45
Q.X.Əfəndiyev, A.S.Heydərov və digərlərinin (1966) məlumat-
larına görə, Gümüşlü yatağının qurğuşun-sink filizləri sfaleritin tərki-
bində indium və kadmiumun mövcudluğu ilə  səciyyələnir. Həm poli-
minerallar, həm də konsentratlar aşağı miqdarda tallium və tellurun ol-
ması,  bismutun və selenin olmaması ilə səciyyələnirlər. 
Genezisinə görə Gümüşlü yatağı hidrotermal-metasomatik tipə 
aiddir. Filizin əmələgəlmə yaşı həmişə mübahisəli olmuşdur. R.N.Abdul-
layev (1981) filizin əmələ gəlmə vaxtinı Alt Karbon hesab edir.  
 
1.5.1.2.Danzik və Dəvəölən təzahürü 
 
Danzik polimetal təzahürü Danzik antiklinalı ilə  təmsil olunan 
Gümüşlü filiz sahəsinin şimal blokuna aid edilir. Danzik antiklinalı da-
xilində diabaz və qabbro-diabaz tərkibli  dayka və sillşəkilli cisimlər 
qeyd olunan Devon yaşlı karbonatlı-terrigen  çöküntülərlə mürəkkəb-
ləşmişdir. Antiklinalın şimal-şərq qanadı üstəgəlmə ilə mürəkkəbləşərək 
burada Devon Alt Karbonla təmas təşkil edir. Danzik antiklinalının 
uzanması  şimal,  şimal-qərb istiqamətlidir. Üstəgəlmə bu istiqamətdə 
uzanaraq  dik yatımla şimal-şərqə yatır. 
Danzik təzahürünün polimetal filizləri qırılma zonasına, daykaların 
təmasına, Jivetin əhəngdaşı horizontuna aid olub, qalenitlə, sfaleritlə 
təmsil olunur və gil şistləri ekran rolunu oynayır. Filiz təzahürü 2 
sahədə: Qaraağac və Pəyədərədə öyrənilmişdir. 
Qaraağac sahəsində  filiz cisminin əsas forması  şimal-qərb, bəzən 
şimal-şərq istiqamətdə uzanan qırılma pozulmalarına aid edilən qalenitli, 
bəzən sfaleritli kvars-kalsit-barit tərkibli damar və damarcıqlar sayılır.  
Sonuncular Danzik lay dəstəsinin  ətraf süxurlarla təmasında, bəzən isə 
diabazların daxilində daykagörünüşlü cisim şəklində yatırlar. Filiz cismi-
nin qalınlığı 0,02-0,70 m arasında dəyişir və 10 m-dək izlənilir. Qalenitli 
filizlər damarcıq, yuva, linzaşəkilli və möhtəvi tekstura malik cisimlər 
əmələ gətirir.  
Pəyədərə sahəsində: 1) əhəngdaşlarında yerləşən layşəkilli filiz 
cismi; 2) xırdalanma (əzilmə) zonasına aid edilən filiz cismi müəyyən 
olunmuşdur.  
Sonuncular 1,4 m qalınlığında 4 m izlənilir. Layşəkilli cisim də-
rinlikdə buruq quyusu vasitəsilə müəyyən olunmuşdur. Filizləşmə  xır-
dalanma və kvarslaşma zonalarında qalenitin möhtəviləri  və yuvaşəkilli 

 
46
yığımları ilə  təmsil olunur. Damarcıqlar  əsasən layarası zonalarda öy-
rənilmişdir.  
Dəvəölən təzahürü Arpaçayın sağ yamacında yerləşir və bilavasitə, 
Gümüşlü yatağının davamı hesab olunur. Böyük olmayan layşəkilli ci-
simlər gil şistləri ilə ekranlaşaraq  Jivet yaşlı əhəngdaşlarına aid edilmiş 
və üstəgəlmə zonası boyunca inkişaf etmişdir. Filizləşmə  dərinlikdə 
buruq quyuları vasitəsilə müəyyən edilmişdir.  
 
1   2   3   4   5   6   7   8   9   ...   22


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə