1.9. Civə-sürmə-mərgümüş filizləri
1.9.1. Darıdağ filiz sahəsi
Naxçıvan qırışıqlıq vilayətində mərgümüş filizləşməsi civə-sürmə
yataqları ilə birlikdə inkişaf etmişdir: 1) uzununa Naxçıvan yan dərinlik
qırılması boyu Darıdağ və Əylis filiz sahələri ərazisində və 2) eninə
Əlincəçay və Naxçıvançay qırılmaları boyu Başkənd, Ortakənd və Sal-
vartı sahələri daxilində.
Darıdağ strukturu və Naxçıvan yan dərinlik qırılması tektonik
deformasiyanın vahid aktının nəticəsi hesab olunur və yan zonada öz
inkişafının başlanğıcını hələ Mezozoy fundamentinin dərinlik qırılmasın-
dan götürən, qabıqaltı qata qədər çatan və maqmanın hərəkət yoluna və
onun məhsullarını yer qabığının üst horizontlarına çatdırılmasına xidmət
edən riftogenezin aktivləşməsi ilə səciyyələnir. Hər iki qırılma onlarda
Paleogen-Neogendə başlıca olaraq orta və turş tərkibli vulkanik törəmə-
lərin təzahürü ilə səciyyələnirlər. Bu qırılmalara bir sıra filiz təzahürləri,
əsasən mərgümüş və civə-sürmə formasiyaları aid edilir.
Darıdağ filiz sahəsi Naxçıvan yan dərinlik qırılmasının apofizi
hesab olunan Darıdağ antiklinalına aid edilir. Karbon qazı tərkibli termal
su mənbəyi Darıdağ qırılmasına aid olub, karbon qazının ayrılması
hesabına müasir travertinlər əmələ gəlir. Darıdağ srtukturuna Darıdağ
qrupu mərgümüş, sürmə və civə yataq və təzahürləri aiddir.
71
Darıdağ filiz sahəsinin geoloji quruluşunda iştirak edir: 1) Dat-
Paleosenin terrigen çöküntüləri, başlıca olaraq gil fasiyası ilə təmsil
olunan qumdaşı, mergel, bəzən azqalınlıqlı əhəngdağının iştirakı ilə; 2)
bazal qatından başlayaraq Eosen və Oliqosenin vulkanogen çökmə
kompleksi.
Darıdağ antiklinalı uzunma istiqamətində bir qədər asimmetrik
olub, yatımı tağın oxu üzrə 60-80
0
bucaq altında şimal-qərbə tərəfdir.
Qırışıqlığın mərkəzi hissəsi Darıdağ qırılması ilə pozulmuş və əsasən
uzanma istiqamətində və qırılma zolağı boyu daha xırda qırışıqlar və
çoxsaylı subparalel qırılma pozulmaları ilə mürəkkəbləşmişdir.
Darıdağ mərgümüş yatağı və civə-sürmə filizləşməsi qeyd olunan
uzununa qalxıma aid edilir və eyni zamanda filizgətirən kanal rolunu
oynayan Darıdağ uzununa qırılması ilə nəzarət edilir.
Filiz Darıdağ antiklinal qırışıqlığınin kilid hissəsində, Eosen yaşlı
bazal konqlomerat horizontunun altında lokallaşmışdır.
Yatağın mərkəzi hissəsindəki mövcud dərin eroziya kəsilişi (300
m-ə yaxın) faktı ilkin olaraq yatağın bu kəsiminin yuyulub getməsi
fikrini söyləməyə imkan verir.
Mövcud geoloji-struktur şərait Darıdağ qırılma zonasında və
sonuncunun əlverişli yerli səciyyə daşıyan strukturlarla kəsişmə qovşa-
ğında civə-sürmə filizləşməsinin çoxmərhələli və seçkili formalaşma-
sının mümkünlüyünü inkar etmir.
Beləliklə, Darıdağ filiz sahəsi hüdudlarında üç qrup yataq aşkar
edilmişdir: 1) Darıdağ (Culfa mərgümüş yatağı, sürmə saxlayan); 2)
Kəsəndağ civəsaxlayan sürmə yatağı və 3) Darıdağ termal su yatağı, bor,
karbon qazı və bol kalsium saxlayır ki, bunların da hesabına travertin
əmələ gəlir.
Darıdağ (Culfa) sürməsaxlayan mərgümüş yatağının kəşfiyyatı
aparılmış, istismara verilmiş və müharibə illərində konservasiya olun-
muşdur. Bu yatağın səciyyəsi “Mərgümüş” bölməsində verilir. Lakin
qeyd etmək lazımdır ki, Darıdağ yatağı mərgümüş-sürməsaxlayandır. O,
eyniadlı antiklinalın tağ hissəsində öyrənilmiş və dik qırılma ilə mürək-
kəbləşmişdir. Filiz qatı morfoloji cəhətdən stratiform tipli olub, an-
tiklinalın oxu boyu 10-15
0
bucaq altında şimal-qərbə gömülən bazal
konqlomeratların altında Paleosen-Eosen yaşlı süxurların sərhədində
öyrənilmişdir. Sürmə tamamilə tabeli əhəmiyyət daşıyır və mərgümüş
filizlərinin torpaqvari və incədispers tipləri arasında kiçik qarışıqlar
şəklində rast gəlinir. Əksər nümunələr yüzdə birdən onda birədək faiz
72
miqdarında sürmə saxlayır. Dərinlikdə - ehtiyat hesablanan sərhəd daxi-
lində sürmənin miqdarı 0,12-0,16% təşkil edir. Yatağın aşağı horizontları
sürməyə nəzərən böyük maraq kəsb edir. Burada mərgümüşün mineral-
ları yox olur.
Sürmə filizdə antimonitlə təmsil olunaraq, yuvalar, möhtəvilər və
damarcıqlar əmələ gətirir. Antimonit kristallarının ölçüsü mikroskopik
həddən 1-2 sm həddədək dəyişir.
Kəsəndağ civə-sürmə yatağı Darıdağ filiz sahəsinin mərkəzi hissə-
sinə aid edilir. O, öyrənilmiş, Darıdağ yatağının mərkəzi sahəsi kimi
onun E.M.Cəfərov (1950) tərəfindən qismən kəşfiyyatı aparılmışdır. 1977-
1979-cu illərdə V.N.Nağıyev, Ə.F.Kərimov, Y.Ə.Kərimov, Z.İ.Mirzəyev
və Ə.M.Həmidov tərəfindən civə və sür-məyə axtarış işləri aparılmışdır.
Civə-sürmə filizləşməsi terrigen, başlıca olaraq mergel və əhəng-
daşı laycıqlı qumlu-gilli çöküntülərin inkişaf etdiyi Darıdağ braxiantik-
linal qırışıqlığında qırılmanın oxu boyu intensiv xırdalanmış və sürtül-
müş süxur sahələrinə aid edilmişdir. Mergel və əhəngdaşları filizli
məhlulların antimonit, kalsit, araqonit və gips yığımları ilə əvəz olunma-
sında əhəmiyyətli rol oynayır. Sürmə minerallarının, əsasən antimonit,
qismən kinovar şəklində çoxmərhələli formalaşması qeyd edilir. Sürmə-
yə nəzərən civə minerallaşması tabeli
xarakter daşıyıb, nadir möhtəvilər,
bəzən incə damarcıqlar əmələ gətirən kinovarla təmsil olunur.
Z.M.Cəfərova görə karbonatlı-antimonitli filiz cisimləri sütun və
ştokverk səciyyəlidir. Yuvagörünüşlü sürmə filiz cisimləri adətən bir-
birinə yaxın, 20-30 sm məsafədə yerləşərək bir-biri ilə damarcıq-möhtəvi
filizləşmə ilə birləşirlər. Damarcıq tip filizlər yuvagörünüşlü, daha
doğrusu, ləkəli filizlərlə müqayisədə daha az inkişaf etmişdir. Damarcıq
və yuvalar massiv kütləli antimonitin qarışıq-lifli
minerallarından təşkil
olunmuşdur. Hidrotermal-dəyişmiş süxur kütləsində möhtəvi tip filizlər
ayrı-ayrı antimonit kristallarının radial-şüalı aqreqatları ilə təmsil olun-
muşdur. Bütövlükdə yuvagörünüşlü tip üstünlük təşkil etməklə filiz-
ləşmə qeyri-bərabər yayılmışdır.
Kəsəndağ yatağı ərazisində V.N.Nağıyev, Y.Ə.Kərimov və digər-
ləri tərəfindən (1979) dərinlikdə buruq quyuları ilə təsdiqini tapan 4 filiz
cismi ayrılmış və izlənilmişdir. Aşağıda onların parametrləri və kompo-
nentlərin miqdarı verilir.
Birinci filiz cismində 90 m uzunluğa, 1,77 m orta qalınlığa sürmə-
nin miqdarı 0,25%-dən 20,55%-dək, civə isə 0,01%-dən 0,05%-dək
dəyişir.
73
İkinci filiz cismində sürmənin orta qalınlığı 2,96 m, orta çəki
miqdarı 4,83% olmaqla 140 m-dək izlənilmişdir.
Üçüncü filiz cismi ikincidə olduğu kimi sürmə ilə zəngin olub, orta
çəki miqdarı 8,03% təşkil edir. Filiz cisminin qalınlığı 2,7 m, ümumi
uzunluğu 90 m-dir. Civə aşkar edilməmişdir.
Dördüncü filiz cismi civə-sürmə saxlayaraq 50 m uzunluğa, 1,56
m orta qalınlığa orta hesabla 0,8% sürmə, 0,011-0,013% civə saxlayır.
Bəzən civənin miqdarı 0,4%-ə çatır.
Filizin mineral tərkibi antimonitlə, qismən realqar və auripiqment-
lə təmsil olunur. Nadir hallarda valentinit, servantit və stibnitə rast
gılinir. Qeyri-filiz mineralları kalsit, araqonit və gipslə təmsil olunur.
Antimonit ölçüləri 5-8 sm-ə çatan iynəvari kristallik aqreqatlar
şəklində rast gəlinir və şüavari formalar əmələ gətirir. Antimonitin gizli
kristallik aqreqatları ilə təmsi olunan möhtəviləri də inkişaf etmişdir.
Ətraf layların kəskin parçalanmasını və Mezozoy fundamentinin
üstündə yatan gilli fasiyanın qumlu fasiya ilə tez-tez əvəz olunmasını
nəzərə alaraq, başlıca olaraq Darıdağ qırışıqlığının kilid hissələrinin
kəsişmə yerlərində, əsasən filizgətirən kanal boyu civə filizləşməsinin
çoxmərhələli və seçkili lokallaşmasının mövcudluğunu ehtimal etməyə
imkan verir. Bu amil həm bütün Darıdağ zolağı, həm də Naxçıvan yan
dərinlik qırılması boyu aparılan axtarış işlərində istifadə oluna bilər. Bu
zaman Ümumqafqaz qırılmaları ilə bərabər köndələn qırılmaların, xüsusi
ilə də
onların kəsişmə hissələrində lokallaşan civə-sürmə filizləşməsinin
rolu nəzərə alınmalıdır.
1.9.1.1. Darıdağ (Culfa) mərgümüş yatağı
Darıdağ mərgümüş yatağı Naxçıvan MR-də, Culfa şəhərindən 8
km şimalda, Darıdağ silsiləsi boyunca, onun dağılmış cənub-şərq kəsi-
mində yerləşir.
Darıdağ yatağı eyniadlı antiklinalın ox hissəsindən keçən Darıdağ
dərinlik qırılmasına aiddir. Yatağın geoloji quruluşunda və bütövlükdə
filiz sahəsində Dat-Paleosenin karbonatlı-terrigen, Eosen və Oliqosenin
isə vulkanogen-çökmə çöküntüləri iştirak edir.
Yataq iki sahədən ibarətdir: şimal-məxsusi Darıdağ və cənub-
Culfa. Şimaldakı Darıdağ yatağı mərgümüş filiz qatı, cənubdakı isə
mərgümüşlü termal su mənbəyi ilə təmsil olunur. Onların arasındakı
məsafə 1,2-2,0 km-dir. Hər iki yataq vahid tikiş zonasına aid edilir.
74
Öyrənilməsi. Davamı İrana keşən Darıdağ yatağı qədimdən mə-
lumdur. Bir çox yüz illər ərzində realqar və auripiqment – tüklərin
təmizlənməsi üçün istifadə olunan “zırnıx”ın hazırlanması məqsədilə
çıxarılmışdır. Bu barədə XVI əsr mənbələrində məlumat verilmişdir.
Bizim eradan əvvəl III əsrdə Azərbaycanda Darıdağ yatağının filizləri
mis-mərgümüş bronzoların alınması üçün istifadə edilmişdir. Bu ehti-
mallar Naxçıvan MR-in Kültəpə ərazisindən tapılmış arxeoloji əşyalarda
aparılan kimyəvi tədqiqatlar nəticəsində təsdiq edilmişdir. Onlarda mər-
gümüşün miqdarı 1,0%-dən 4,6%-dək dəyişir.
Darıdağ yatağı 1936-cı ildə öyrənilmiş və kəşfiyyatı aparılmışdır.
1936-cı ildən 1947-ci ilədək yataq istismar olunmuşdur. 1947-ci ildə
yataq konservasiya edilmişdir. Yatağın 105 m dərinliyə qədər üç hori-
zontda kəşfiyyatı aparılmışdır. Mərgümüşün ehtiyatları A+B+C
1
və С
2
kateqoriyaları üzrə 24,4 min ton təşkil edir. Ayrı-ayrı bloklar üzrə
mərgümüşün miqdarı 2,97%-dən 5,74%-dək, sürmənin miqdarı isə 0,12-
0,16% təşkil edir.
V.N.Nağıyevə görə Darıdağ yatağı tam sərhədləndirilməmişdir.
Müəlliflərə görə onun proznoz ehtiyatları məlum olandan on dəfələrlə
çoxdur. Darıdağ yatağında mərgümüş və sürmənin proqnozlarına toxu-
naraq aşağıdakıları qeyd etmək olar. Mərgümüş filizləşməsi antiklinalın
tağında ox boyu olduqca böyük məsafədə, məsələn 2-3 km şimal-qərbdə
batır. Paleosenin filizsaxlayan qumlu-gilli çöküntüləri Oliqosen-Miose-
nin vulkanogen-çökmə qatının altında maili şəkildə qərb istiqamətdə
batır. Nəzərə almaq lazımdır ki, filizli Darıdağ qırılması boyu qərb və
şimal-qərbə uzanır və böyük ehtimalla mövcud dərinlikdə, Paleosenin
qumlu-gilli çöküntülərinin tavanında vulkanogen qatın altında gizli filiz
cisminin olmasını proqnozlaşdırmaq olar. Bunu Dağüstü sahəsində ter-
rigen qatda stratiform səciyyə daşıyan filizləşmədə mərgümüşün iştirakı
da təsdiq edir.
Geoloji quruluşu. Yatağın geoloji quruluşunda Paleosen və Eosen
çöküntüləri iştirak edir və növbələşən gil, mergel, qumdaşı və konqlo-
meratların qalın qatlarından (kəsilişin alt hissəsi) və əlvan rəngli mergel
və qumdaşı qatlarının növbələşməsindən (kəsilişin üst hissəsi) təşkil
olunmuşdur. Filiz sahəsində ən qədim törəmələr qırılmadan cənubda,
Darıdağ antiklinalının tağ hissəsi boyu təcrid olunmuş qaya və qayma
şəklində qeyd olunan Üst Senon yaşlı mergellər hesab olunur.
Darıdağ yatağının əsas struktur qırışıqlığı şimal-qərb (335-345°)
istiqamətli eyniadlı braxiantiklinal sayılır. Antiklinalın qanadlarının ya-
75
tım bucaqları ŞmŞ 30-40° və CQ 20-30°-dir. Antiklinalın tağ hissəsi
boyu qalınlığı 35 m və uzunluğu 2,5 km olan xırdalanma (əzilmə) zonası
keçir. O, amplitudası bir neçə metrə çatan dik yatımlı qırılıb-düşmə ilə
təmsil olunur. Həmçinin əsas qırılmadan ayrılan nisbətən xırda eninə və
uzununa çatlar inkişaf etmişdir.
Filiz qatının morfologiyası. Yataqda əsas filiz cismi mergel,
qumdaşı və gil qatları arasında yatır və uzununa qırılmaya aid edilir.
Yataqda uzunluğu 120 m, qalınlığı 30 m-dən 100 m-dək olan qeyri-
düzgün formalı, şaquli yatımlı ştokda 2%-dən yuxarı mərgümüş saxlayan
filiz cismi müəyyən edilmişdir. Aşağıdan genişlənən filiz cisminin iz-
lənilən dərinliyi 100 m-dən çox təşkil edir. Filizləşmənin şaquli təsiri
300 m-ə çatır.
Yataq yer səthinə yaxındır. Hazırda mərgümüşlü su mənbəyi rayo-
nunda müasir eroziya kəsilişi səviyyəsində mineral əmələgəlmə prosesi
davam edir.
Filizin tipləri. Filizin dörd əsas tipi ayrılır. Birinci tip xüsusi
çəkisi 2,5-2,75 q/sm
3
olan gildə yumşaq, asan dağılan kütlə ilə təmsil
olunur.
Mineral tərkibi realqar-antimonit qarışıqlı auripiqmentdir.
İkinci tip filizlər xüsusi çəkisi 3,0 q/sm
3
-dən yuxarı olan möhkəm,
bəzən yaşılımtıl çalarlı qırmızımtıl-sarı rəngli qabarcıqlı kütlə ilə təmsil
olunur. İkinci tip filizlər nisbətən keyfiyyətlidir, lakin az yayılmışdır.
Üçüncü tip filizlər yüksək növlü olub, lakin çox cüzi inkişaf
etmişdir. Adətən şəbəkəli damarcıqlar və böyük olmayan yuva yığımları
əmələ gətirir, başlıca olaraq birinci tip filizlərlə birlikdə rast gəlinir.
Dərinlikdə bu filizlər tədricən çoxalırlar. Filizlər əsasən kvars və karbo-
nat qarışıqlı tozşəkilli auripiqmentdən ibarətdir. Dördüncü tip filizlər
sənaye əhəmiyyəti daşımır və filiz yatağının sərhədindən kənarda, ətraf
süxurlarda inkişaf etmişdir.
Əsas filiz cisminin tərkibində xüsusi çəkisi 2,5-3,75 q/sm
3
olan
məsaməli, asan dağılan yumşaq gil kütləsindən ibarət olan filiz üstünlük
təşkil edir. Xüsusi çəkisi 3,0 q/sm
3
-dən yuxarı və sərtliyi 2-yə yaxın olan
qırmızımtıl-sarı, bəzən yaşılımtıl rəngdə yüksək növlü filiz kütləsinə rast
gəlinir. Darıdağ yatağında mərgümüşlü filizlər əsasən torpaqvari gil
kütləsi ilə təmsil olunur.
Filizin mineral və maddi tərkibi çox sadədir. Əsas filiz mineral-
ları realqar və auripiqment, ikinci dərəcəli mineral isə antimonit sayılır.
Törəmə filiz mineralları – arsenolit, kirazit, melnikovit, pottiuitdən,
76
qeyri-filiz mineralları – kalsit, gips, sərbəst kükürd, araqonit, epsolitdən,
soda və halitdən ibarətdir. Darıdağ yatağı böyük miqdarda qazın, əsasən
mərgümüşlü hidrogen (AsH
3
) qarışıqlı karbon qazının ayrılması ilə
səciyyələnir.
1.9.2. Əylis filiz sahəsi
1.9.2.1. Əylis sürmə təzahürü
Əylis sürmə təzahürü Yuxarı Əylis kəndindən 2,0 km cənub və
cənub –qərbdə yerləşir. Təzahür Q.İ.Allahverdiyev və başqaları (1986)
tərəfindən öyrənilmişdir.
Təzahür struktur cəhətcə Qoruxlar antiklinalı ilə Arısu sinklinalı-
nın qovuşma zonasında öyrənilmişdir. Filizləşməyə eyniadlı antiklinalın
ox hissəsi boyu keçən Qoruxlar qırılması nəzarət edir. Sürməli ərazi 8
kv.km sahəni əhatə edir.
Sürmə filizləşməsi: 1) daykalarla nəzarət olunan qırılma-pozulma-
larına və 2) Alt-Orta Eosen yaşlı Kələki lay dəstəsinin vulkanogen-
çökmə çöküntüləri ilə örtülən Paleosenin əhəngli-qumlu-gilli çöküntülə-
rinə aid edilir. Əylis təzahürü struktur amillərə və yatağın morfologiya-
sına görə Darıdağ (Culfa) mərgümüş və sürmə yatağını xatırladır. Hər iki
halda Paleosenin karbonatlı-terrigen və Alt Eosenin vulkanogen-çökmə
süxurlarının stratiqrafik səviyyəsi, tək-tək hallarda kinovarla birlikdə
sürmə və sürmə-mərgümüş filizləşməsinin formalaşması baxımından
mövcud filiznəzarətedici qırılmalar əlverişli amil rolunu oynayır.
Əylis təzahürü hüdudlarında tərkibində mərgümüş iştirak edən və
sürmə minerallaşması gözlə görünən 4 zona ayrılmışdır. Ən uzun sürmə
saxlayan 1 №-li zona Qoruxlar qırılmasına aid olub, dik bucaq altında
yatan diorit tərkibli subparalel daykalar seriyasında öyrənilmişdir. Bir
qayda olaraq filizləşmə daykanın zalbandında yerləşir. Minerallaşmaya
Paleosenin argillitləri, alevrolitləri və qumdaşları məruz qalmışdır. Ən
güclü minerallaşma zonası Qurudərənin mənbəyində aşkar edilmişdir. 1
№-li zona 8 kəsiliş üzrə sınaqlaşdırılmışdır. Orada zonanın müəyyən
olunmuş qalınlığı 1,25 m-dən 15,5 m-dək olub, orta qalınlığı 7,14 m-dir.
Sürmənin miqdarı 0,03%-dən 25,48%-dək dəyişərək zona üzrə orta
göstərici 2,8% təşkil edir. 1 №-li zona 220 m izlənilmişdir. 2 №-li
zonanın qalınlığı 3,0-3,5 m, sürmənin miqdarı 0,35-1,66%, orta hesabla
1,1% olub, fasilələrlə 500 m izlənilmişdir.
77
1 №-li zonadan 700 m cənub-şərqdə 3 №-li zona yerləşir. O,
qalınlığı 2,5 m-dən 3,0 m-dək (filizsiz intervallarda 18 m-ə qədər),
sürmənin miqdarı 0,017%-dən 12,93%-dək, orta hesabla 6,5% olmaqla
şimal-şərq istiqamətdə 1700 m izlənilir. Dördüncü zona az qalınlıqlıdır.
Sürmə filizləri əsasən damarcıq-möhtəvi, bəzən yuvagörünüşlü-massiv-
dir. Filizin mineral tərkibi 45-50% antimonitlə, 5-10% piritlə, karbonatla
və kvarsla təmsil olunmuşdur. Filizin strukturu hipidiomorfdənəlidir.
Tekstur cəhətcə antimonit qalınlığı 1,5 sm-ə qədər olan damarcıqlar
əmələ gətirən qeyri-müəyyən formalı massiv kütlə şəklində ayrılır.
1 №-li zona üzrə kiçik sahələrdə travertin törəmələri qeyd olunur
ki, bu da termal suların məhdud fəaliyyətini təsdiq edir.
Əylis sürmə təzahürü genetik cəhətcə Darıdağ yatağına oxşar olub,
teletermal tipə aid edilir.
1.9.3. Əlincəçay təzahürlər qrupu
Əlincəçay mərgümüş, qismən sürmə təzahürlər qrupuna məxsusi
Paradaş, Ortakənd və Başkənd aiddir. Qeyd olunan təzahürlər Paradağ
çökəkliyində inkişaf etmiş, Vedi-Naxçıvan uzununa yan və Əlincəçay
eninə dərinlik qırılmalarının kəsişmə qovşağına aid edilir. Qeyd olunan
blok burada orta, bəzən turş-orta tərkibli, qeyri-düzgün formalı çoxsaylı
vulkan köklərinin və aparatların inkişafı ilə səciyyələnir. Ətraf süxurlar
Eosenin vulkanogen-çökmə süxurları hesab olunur.
Paradaş və Qrtakənd arsen filiz təzahürləri şimal-qərb (320°)
istiqamətli qırılma zonasına aid olub, törəmə kvarsitlərə çevrilmiş an-
dezit-dasitlərin arasında yerləşir. Filizləşmə bütövlükdə ştokverk tipli
olub, aşağı miqdarda mərgümüş və sürmə saxlayır. Filiz zonası 100 m
izlənilmişdir. Filizlər mineraloji olaraq: 1) əsasən realqar və auripiq-
mentlə, hərdən antimonitlə, piritlə, bəzən qalenitlə; 2) qeyri-filiz mine-
rallarından kvarsla, kalsitlə, kaolinitlə, xloritlə, serisitlə; 3) törəmə
minerallardan isə melanteritlə, koplanitlə və limonitlə təmsil olunurlar.
Başkənd təzahürü Üst Eosenin çatlı mergellərinə, qumdaşlarına və
argillitlərinə, onların şimal-şərq istiqamətli kaolinləşmiş zonalarına aid-
dir. Filizləşmə damar-möhtəvi və yaxma şəklində olub, realqar və
auripiqmentlə təmsil olunmuşdur.
78
1.9.3. Salvartı təzahürü
Salvartı təzahürü Miopliosendə gec aktivləşmiş Batabat blokunun
turş-orta tərkibli vulkanitlərinə aiddir.
Naxçıvan eninə qırılması boyu Vayxır, Gömür (Narzan) və digər
mineral bulaqlar geniş inkişaf tapmışdır. Təzahür rayonunda vulkanik
aparatların seriyaları, qabıqları (kiçik intruzivləri), boğazları (nekklər),
ekstruzivləri (Gəlinqayası, Ardış, Cindağ və s. dağlar) və onların
piroklastolitləri məlumdur. Şimal-şərq zona boyu liparit-dasit tuflarının
metasomatik dəyişməsi hesabına əmələ gəlmiş opalsaxlayan törəmə
kvarsitlər geniş inkişaf tapmışdır.
Mərgümüş filizləşməsi şimal-qərb (330-340°) istiqamətli kvars-
opal-kaolinitli metasomatitlər zonasına aiddir. Salvartı dağı rayonunda
opallaşma, alunitləşmə, kaolinləşmə və piritləşmə qeyd olunur. Arsen-
saxlayan zonanın qalınlığı 12 m olmaqla 70 m uzunluğunda izlənilmiş-
dir.
Filizin mineral tərkibi realqar, auripiqment, antimonit, pirit, nadir
hallarda sfalerit və torpaqvari kükürdlə təmsil olunur. Törəmə mineral-
lardan valentinit, limonit, melanjerit qeyd edilir. Qeyri-filiz mineralların-
dan kvars, opal, kaolinit rast gəlinir.
Salvartı sürmə-mərgümüş filizləşməsi genetik olaraq qeyd edilən
blokda Miopliosendə tektonomaqmatik prosesin aktivləşməsi ilə əlaqə-
dardır.
1.10. Qızıl filizi yataqları
1.10.1. Ordubad filiz rayonu
1.10.1.1. Ağyurd yatağı
Ağyurd yatağı Vənəndçayın sağ qolu olan Ayıçınqılı çayının orta
axım hissəsində, Pəzməri kəndindən 8 km şimal-şərqdə yerləşir. Ağyurd
yatağının struktur mövqeyi Munundərə təzahürü ilə eynidirr. Fərqli
cəhətlərindən biri burada əlavə olaraq mis-porfir filizləşməsinin inkişaf
etməsidir.
Ağyurd yatağı kvarslı sienit-diorit tərkibli dayka komplekslərinin
inkişaf etdiyi zolağa Ordubad qırılması ilə Misdağ qırılmasının kəsişmə
qovşağına aid edilmiş, kvarslaşmış, kaolinləşmiş və dəmirləşmiş süxur-
79
larla bərabər kvars damar və damarcıqları ilə təmsil olunan 24 qızıl filiz
zonasından və damar-zonadan ibarətdir. Sonuncuların uzunluğu 1 km-ə
qədər, eni adətən 2-8 m, qırılma zonalarında 50 m-ə qədər, kvars-sulfid
damar və damar-zonalarında qalınlığı 0,3 m-dən 3,0 m-ə qədər olub,
adətən 0,7-1,5 m təşkil edir. İri ölçülü zonalar ştokverk tipli mis-
molibden filizləşməsi ilə müşayiət olunur. Şimal-şərq istiqamətli zonalar
və damar-zonalar az qalınlıqlı (5 m-ə qədər) kvarsın müşayiəti ilə güclü
sulfidləşmiş və 0,01-1,1% mis, 0,001-0,203% molibden olmaqla qızıl və
gümüş saxlayır.
Ağyurd yatağı hüdudlarında yaxşı öyrənilmiş və daha perspektivli
zonalar 3 №-li və “paralel” adlandırılan 7 №-li zonalardır.
Munundərə qızıl filiz təzahürü Parağaçay damar-molibden yatağı-
nın şimal-şərq damar-zonasıdır. Molibden damarları şimal-qərb, qızılfiliz
damarları isə şimal-şərq istiqamətlidir. Sonuncular gec mərhələdə əmələ
gəldiyindən şimal-qərb istiqamətli damarları kəsirlər. Qeyd etmək lazım-
dır ki, şimal-qərb istiqamətli molibden damarları da həmçinin qızıl və
gümüş saxlayır, lakin onlar heç də hər yerdə rast gəlinmir və miqdarı çox
aşağıdır (tək-tək sınaqlar istisna olmaqla). Qızılın konsentrasiyasına görə
şimal-şərq zonalar daha çox diqqəti cəlb edir. Bu cür qanunauyğunluq
təkcə Parağaçay yatağı üçün xarakterik olmayıb, Mehri-Ordubad
plutonunun endo və ekzotəmas zolağı boyunca uzanan Ordubad qırılması
zolağında yerləşən bütün damar-molibden və molibden-mis-porfir yataq-
ları üçün də səciyyəvidir. Bu cür yerləşməyə səciyyəvi misal enə yaxın
istiqamətli mis-molibden və şimal-şərq istiqamətli qızıl filizləşməsi
saxlayan Ağyurd yatağını aid etmək olar. Bu qanunauyğunluq çoxsaylı
qızıl filiz yataqlarının aşkar olunması üçün ehtiyat variant sayıla bilər.
1.10.1.2. Munundərə yatağı
Munundərə yatağında bütövlükdə qızıl-sulfid-kvars formasiyasına
aid olan qızıl-mis və bəzən polimetal filizləşməsi saxlayan şimal-şərq
istiqamətli 20 damar və damar-zonalar məlumdur. Filizli damar-zona-
ların uzunluğu 300-1000 m, qalınlığı 0,3-1,0 m (genişlənən sahələrdə 2-3
m), mağaranın məlumatlarına görə filizləşmənin şaquli təsiri 200-250 m-
dir. Ən yaxşı öyrənilmiş damar-zonalar 1, 2, 4 №-li və 2 №-linin apofizi
hesab olunur.
80
1 №-li damarın orta qalınlığı 0,8 m olmaqla (0,4-1,8 м) 700 m
uzunluğa, yatım istiqamətində isə 260 m (3 horizontda öyrənilmişdir)
izlənilmişdir.
2 №-li damarın orta qalınlığı 1,10 m olmaqla (0,8-1,37 м) 250 m
uzunluğa, yatım istiqamətində isə 120 m izlənilmişdir.
2 №-li damarın apofizası 0,5 m qalınlıqda olub, 120 m uzunluğa,
yatım istiqamətində isə 200 m izlənilmişdir.
1.10.1.3. Piyazbaşı yatağı
Pəzməri kəndinin yaxınlığında Vənəndçayın yuxarı axım hissəsin-
də yerləşir. Yataq damar tiplidir. Tərkibinə görə qızıl-kvarslı olub,
sulfidlər demək olar ki, yoxdur və ya onlara nadir hallarda rast gəlinir.
Eosenin vulkanitlərinə aiddir. Filizləşmə morfologiyasına və maddi
tərkibinə görə Eosenin qızıl-sulfid-kvars damarlarından fərqlənir, qeyd
olunduğu kimi Eosenin bütün damarları tərkibinə görə qızıl-kvarslı olub,
çox ehtimal ki, filizləşmə Oliqosenin turş tərkibli subvulkanik fasiyaları
ilə əlaqədardır.
Piyazbaşı yatağında 73 qızıl-kvars damarı öyrənılmişdir. Onlar
əsasən 40-90
0
bucaq altında yatır və ŞmQ 310-350° istiqamətdə uzanır-
lar. Həmçinin şimal-şərq istiqamətli damarlara da rast gəlinir. Damar-
ların qalınlığı 0,3-1,5 m həddində dəyişir. Ən perspektivli damarlar 1 və
1a №-li damarlar sayılır. Əhəmiyyətli dərəcədə maraq kəsb edən
damarlar 4, 5, 8, 22, 29, 36, 36a, 38 və 57-dir.
Axtarış işlərinin nəticəsində müəyyən olunmuşdur ki, uzanma
istiqamətində 60-150 m uzunluğunda filiz sütunları əmələ gətirən qızıl
filiz damarlarının mərkəzi hissəsi daha perspektivli sayılır.
1.10.1.4. Kələki təzahürü
Kələki təzahürü Kələki kəndindən 0,5 km cənubda yerləşir.
Geoloji quruluşunda diorit-porfiritlərlə yarılmış Orta Eosen yaşlı ande-
zitlər və onların aqlomeratları iştirak edir. O, Dırnıs-Kələki-Şələrdərə-
Məzrə-Nəsirvaz qırılmasının cənub-şərq hissəsinə, Orta Eosen yaşlı
vulkanitlərin dəyişməsi hesabına törəmə kvarsitlərə çevrilmiş, eni 0,2-1,0
km olan metasomatitlər zonasına aiddir.
Qızıl təzahürü hüdudlarında 27 zona məlumdur. Ən maraqlı
zonalar 24, 25, 26 və 27 №-li zonalardır. Tərkibinə görə zonalar mis-
81
qızıl filizli olub, qızıl-sulfid-kvars formasiyasına aiddir. Bu zonalar yer
səthində qızıllı olduğuna görə maraq kəsb edir, dərinlikdə isə qızıl cüzi
miqdardadır.
1.10.1.5. Şəkərdərə mis-qızıl filiz təzahürü
Şəkərdərə mis-qızıl filiz (qızıl-sulfid-kvars) təzahürü Kələki kəndi-
nin yaxınlığında yerləşir və Bənəndçayın birinci yamacından başlayaraq
Kələki təzahürünün şimal-qərb davamı hesab olunur. Geoloji situasiya
Kələki təzahüründə olduğu kimidir.
Şəkərdərə təzahüründə törəmə kvarsitlər zolağında xalkopirit, pirit,
qızıl, kvars və digər minerallar müşahidə olunan 7 hidrotermal-dəyişmiş
süxurlar zonası öyrənilmişdir. Ən çox maraq kəsb edən zonalar 1, 2, 3
№-li zonalardır.
1 №-li zonanın qalınlığı 2,0-8,0 m, orta hesabla 4,0 m olmaqla 200
m (ŞmQ 320-340°∟60-80°) izlənilmişdir.
2 №-li zona ŞmQ 330-340°∟70-80° CŞ-ə izlənilir. O, orta
qalınlığı 5 m olmaqla 700 m məsafədə izlənilir. Şimal-qərb cinahda orta
qalınlıq 2,0 m olub 250 m uzunluqda izlənilmişdir. Cənub-şərq cinahdakı
2 №-li zona orta qalınlığı 7,0 m olmaqla, yer səthində 200 m məsafədə
öyrənilmişdir. Dərinlikdə 2 №-li zona 1 №-li ortla açılmış və tam qa-
lınlıq 13 m olmuşdur.
3 №-li zonanın orta qalınlığı 5,0 m, uzunluğu 150 m-dir (ŞmQ
330-340° ∟ 60-70°).
Dostları ilə paylaş: |