Qazintilari



Yüklə 2.85 Kb.
PDF просмотр
səhifə15/22
tarix28.04.2017
ölçüsü2.85 Kb.
1   ...   11   12   13   14   15   16   17   18   ...   22

 
Kəngərli rayonunun Qarabağlar kəndindən 1,0-1,5 km şimal-
şərqdə, Naxçıvan şəhərindən isə 40,0 km şimal-qərbdə yerləşir. 
Yataq 1973-1974-cü illərdə K.İ.Sızranov tərəfindən mişar daşı kimi 
öyrənilmiş, 1982-83-cü illərdə isə O.İ.İsmayılov tərəfindən yataqda 
üzlük daşı kimi kəşfiyyat işləri aparılmışdır. 
Qarabağlar yatağının geoloji quruluşu çox sadədir. Stratiqrafik 
cəhətdən burada ancaq Sarmat və Dördüncü dövr çöküntüləri iştirak edir. 
Tektonik planda yataq monoklinal formada olub, 5-10
0
 bucaq 
altında cənub-qərbə yatır. Dördüncü dövr çöküntüləri aydın müşahidə 
olunan bucaq və azimutal qeyri-uyğunluqla Üst Sarmat çöküntülərini 
örtür. 
Travertinlər Dördüncü dövr çöküntülərinə aid edilir. Onlar maili,  
layşəkilli yatıma malik olub, 5-6
0
 bucaq altında yatırlar. 
Qarabağlar yatağının travertinləri ağ,  açıq-sarı  və  ağımtıl-boz 
rənglərdə, qeyri-bərabər paylanmış deşiklər (xırda boşluqlar)  müşahidə 
olunan xoşagəlimli dalğavari tekstura və strukturalarda rast gəlinir. 
Makroskopik müşahidələrə  və petroqrafik təsvirlərə, blokluluğuna, 

 
156
parçalarının ölçüsünə, çatlılığına və fiziki-mexaniki xüsusiyyətlərinə 
görə travertinlər iki növlə təmsil olunur.
 
 
Birinci növ travertinlər yatağın üst hissəsində müşahidə olunur  və 
altda yatan laylardan öz fiziki-mexaniki xüsysiyyətlərinə görə  kəskin 
fərqlənirlər. Bu hissədə ekzogen proseslərin təsirindən travertinlər aşına-
raq çox çatlı, adətən möhkəm olmayan, aşağı  həcm kütləsinə, (adətən  
1,7-2,0 t/m
3
), aşağı möhkəmliyə (110,7-314,0 kqgüc/sm
2
, əsasən 100,0-
200,0 kqgüc/sm
2
), yüksək məsaməliliyə (19,2%-ə  qədər) və suudma 
qabiliyyətinə (40-50%-ə qədər)   malik olurlar. 
İkinci növ travertinlər birincidən fərqli olaraq aşınmaya məruz 
qalmayaraq bilavasitə aşınmış travertinlərin  altında yatır və faydalı qata 
aiddirlər.    
Makroskopik görünüşünə görə travertinlər möhkəm və  məsaməli 
süxurlar olub, ağ, sarımtıl-ağ və çəhrayımtıl-boz rənglərdə rast gəlinir. 
Petroqrafik analizin nəticələri göstərir ki, dərinlikdən asılı olmaya-
raq travertinlərin mineraloji tərkibi eynicinsli olub, ancaq deşiklərin 
miqdarına və ölçülərinə görə fərqlənirlər. 
Layın qalınlığı 4,2 m-dən (Q-№ 11a) 40,0 m-dək (Q-№ 28) dəyişir. 
Travertinlər iki laydan ibarət olub, Üst Sarmatın tünd-boz rəngli qumlu 
gillərinin üzərində yatırlar. 
Travertinlərin orta kimyəvi tərkibi aşağıdakı kimidir: SiO
2
-0,62%, 
Al
2
O
3
- 0,18%, Fe
2
O
3
-0,72%,  ТiО
2
-0,04%, CaO-53,61%, MgO-0,37%, 
SO
3
-0,12%, Na
2
O- 0,02%, K
2
O- 0,04%, H
2
O- 0,31%, y.z.i.- 43,42%. 
Kimyəvi tərkibinə görə travertin əhəngdaşına yaxın olduğuna görə 
üzlük blokların çıxarılmasından alınan tullantılardan sement, susuzlaşdı-
rılmış soda, karbid, xlor əhəngi, qənd və s. istehsalında istifadə etmək 
olar. 
Fiziki-mexaniki tədqiqatların nəticələri aşağıdakı göstəricilərlə  sə-
ciyyələnir: həcm kütləsi 2,05-2,46 t/m
3
, xüsusi çəkisi 2,12-2,55 q/sm
3

suudma qabiliyyəti 1,3-4,4%, məsaməliliyi 3,2-12,7%, möhkəmlik həd-
di: havada quru halda 208,3-493,5 kqgüc/sm
2
, su ilə doydurulduqdan sonra 
188,2-429,6 kqgüc/sm
2
, dondurulduqdan sonra 164,9-369,1 kqgüc/sm
2
, suya 
davamlılıq  əmsalı 0,74-0,99, şaxtayadavamlılıq  əmsalı 0,78-0,97 olub, 
9479-84 saylı Dövlət standartının tələblərini tamamilə ödəyir. 
Təbii üzlük daşların keyfiyyətinin qiymətləndirilməsi üçün ən vacib 
şərt  dağ kütləsindən çıxarılan kondisiyalı blok çıxımı  və ondan alınan 
üzlük plitənin çıxımıdır. Yataqda keçilən təcrübi karxananın nəticələrinə 
görə blok çıxımı 48,42% təşkil edir. 1 m
3
 blokdan orta üzlük plitə çıxımı 

 
157
17,2 m
2
 təşkil edir. Blokların çıxarılmasından alınan tullantılar və traver-
tinli konqlomerat-brekçiya tikinti çınqılı kimi istifadə oluna bilər.  
Travertinli konqlomerat-brekçiyaların xırdalanması zamanı alınan 
qumların  tədqiqi göstərir ki, onların miqdarı xırdalanmış kütlədə 30%-ə 
qədər çatır və iridənəli qumlara aid edilir (irilik modulu 2,9), lil, gil və 
tozşəkilli hissəciklərin miqdarı 4,2-4,8% olub, 8736-77 saylı (Tikinti 
işləri üçün qum) Dövlət Standartının tələblərindən yüksəkdir. O, təbii 
vəziyyətdə tikinti qumu kimi istifadəyə yararlı deyildir.   
Yatağın hidrogeoloji və dağ-texniki şəraiti əlverişlidir. Yataq səna-
ye istismarına tam hazırdır. 
Yatağın ehtiyatları  А+В+С
1
 kateqoriyaları üzrə 4081,4 min m
3
 
təşkil edir.  
 
4.1.2. Paleozoy yaşlı mərmərləşmiş əhəngdaşları 
 
Mərmər və  mərmərləşmiş  əhəngdaşları tikintidə üzlük daşı kimi 
geniş istifadə olunur. Mərmər tam kristallaşmış metamorfik süxur olub,  
əsasən kalsit və ya dolomit dənələrindən ibarətdir. Bundan başqa meto-
morfizm  şəraitindən və  kənar süxurların tərkibindən asılı olaraq mər-
mərdə digər minerallar da iştirak edir.  
Mərmərlərin arasında xırda, orta və iridənəli, eynicinsli, zolaqlı
 
 və 
flüidal teksturaya malik növləri məlumdur. Qarışıqların tərkibindən asılı 
olaraq rəngləri çox müxtəlif - qırmızı, çəhrayı, qəhvəyi, boz, qara və ağ 
rənglərdə olur.  
Regional-metamorfizm nəticəsində  əmələ  gələn mərmərlər layşə-
killi ayrılmaya malik, dərinliyə  və uzanma istiqaməti üzrə  dəyişməz 
maddi tərkiblə  və morfostruktur əlamətlərlə    səciyyələnirlər. Mərmərl-
ərin yüksək dekorativliyi nəzərə alınaraq onlardan üzlük materialı kimi 
geniş istifadə edilir. 
Mərmərləşmiş  əhəngdaşları Araz zonasında Paleozoy çöküntülə-
rində (Karbon və Devonda)  məlumdur. Burada Vəlidağ, Oğlanqala və 
Xalaç qara mərmər yataqları kəşf olunmuşdur. Qeyd etmək lazımdır ki, 
tünd-boz rəngli  əhəngdaşlarına Naxçıvan MR-in şimal-şərq hissəsində 
Paleozoy kompleksi çöküntülərinin inkişaf tapdığı Orta və Üst Devon , 
Alt Karbon və Alt Permin kəsilişlərində də rast gəlinir. 
 Mərmərləşmiş  əhəngdaşlarının 01.01.2009-cu il tarixə  А+В+С
1
 
kateqoriyaları üzrə ümumi balans ehtiyatları 5726 min m
3
 təşkil edir.  
 

 
158
4.1.2.1. Vəlidağ yatağı 
 
Sədərək qəsəbəsindən 12 km cənub-qərbdə, dəmiryolu ilə Naxçı-
van şəhərindən 75-80 km şimal-qərbdə yerləşir. 
Yataq 1962-ci ildə A.A.Cəfərov tərəfindən soda istehsalı üçün, 
1988-ci ildə Ə.M.Həmidov tərəfindən dekorativ çınqıl və qum istehsalı 
üçün öyrənilmişdir. 1989-1990-cı illərdə isə O.İ.İsmayılov tərəfindən 
üzlük daşı istehsalına yararlı xammal kimi yataqda dəqiq kəşfiyyat işləri 
aparılmışdır. 
Yataq iki sahədən ibarətdir. 
Birinci sahə Dağna dağının qərb yamacında şimal-qərbdən cənub-
şərqə doğru 200 m enində uzanan əhəngdaşı sahəsində, Vəlidağ dəmiryol 
keçidindən 2,5 km şimal-qərbdə yerləşir.  
İkinci sahə isə  Vəlidağ  dəmiryol keçidindən 1,5 km şimalda, 
eyniadlı dağın cənub yamacında, 6-7 km məsafədə dəmiryol boyu 300 m 
enində uzanan əhəngdaşı sahəsində  yerləşir. 
 Vəlidağ yatağının geoloji quruluşunda Orta Devonun Eyfel mərtə-
bəsinin çöküntüləri iştirak edir. Onlar rəngi tünd-bozdan qarayadək dəyi-
şən və qalınlığı 200 m-ə  qədər olan möhkəm mərmərləşmiş  əhəngdaş-
larından və qalınlığı 10 m-dək olan tünd-boz rəngli gil şistlərindən təşkil 
olunmuşdur. Qeyd olunan çöküntülərin üzəri çox az qalınlığa malik 
delüvial gilcələrlə örtülüdür. 
Faydalı qat makroskopik görünüşcə eynicinsli, möhkəm, bəzən çat-
lı əhəngdaşlarından ibarət olub, içərisində incə kalsit damarcıqları müşa-
hidə olunur. Rəngi tünd-boz, bəzən qaradır. 
Kimyəvi tərkibinə görə  əhəngdaşları çox asanlıqla iki horizonta 
ayrılır: 
-alt horizont - 88-92%-ə qədər  CаCО
3
 saxlayan gilli əhəngdaşları, 
qalınlığı 120-140 m; 
- üst horizont - 96-98%-ə  qədər CаCО
3
 saxlayan təmiz  əhəngdaş-
ları, orta qalınlığı 45 m-ə qədər.  
Əhəngdaşları monoklinal yatıma malik olub, laylar 25

bucaq 
altında şimal-şərqə yatırlar.  
1 №-li sahədə əhəngdaşlarının kimyəvi tərkibi: CаCО
3
 orta hesabla 
97%, МgCО
3
-1,54%,  SiО
2
-0,81%, Аl
2
О
3
+Fе
2
О
3
-1,72%. 
2 №-li sahədə əhəngdaşlarının kimyəvi tərkibi: CаCО
3
 orta hesabla 
98%, МgCО
3
-1,04%,  SiО
2
-0,36%, Аl
2
О
3
+Fе
2
О
3
-0,41%. 

 
159
II sahənin  əhəngdaşları kimyəvi analizin nəticələrinə görə soda 
istehsalına yararlıdır. 
Vəlidağ yatağının mərmərləşmiş  əhəngdaşları  aşağıdakı fiziki-me-
xaniki xüsusiyyətlərə malikdir: həm kütləsi 2,52-2,64 t/m
3
, xüsusi çəkisi 
2,67-2,69 q/sm
3
, suudma qabiliyyəti 0,4-1,1%, məsaməliliyi 2,0-2,5%, 
möhkəmlik həddi: havada quru halda 402-445 kqgüc/sm
2
, su hop-
durulmuş halda 321-364 kqgüc/sm
2
, 25 tsikl dondurulduqdan sonra 356-
291 kqgüc/sm
2
, suya davamlılıq  əmsalı 0,80-0,81, şaxtayadavamlılıq 
əmsalı 0,80-dir. Fiziki-mexaniki tədqiqatların nəticələrinə görə  Vəlidağ 
yatağının mərmərləşmiş əhəngdaşları 9479-84 saylı Dövlət Standartının 
tələblərini tamamilə ödəyir və üzlük məmulatların istehsalı üçün istifadə 
edilə bilər.  
Mərmərləşmiş  əhəngdaşlarının xırdalanmasından alınan çınqıl və 
qum yuyulduqdan sonra 22856-77 saylı “Təbii daşlardan dekorativ çınqıl 
və qum” Dövlət Standartının tələblərinə görə dekorativ çınqıl və quma 
uyğun gəlir və divar və döşəmələrdə (hərəkətin intensivliyi 100 nə-
fər/saatdan  şox olmayan yerlərdə) dekorativ mozaik plitələrin istehsalı 
üçün yararlıdır.  
Texnoloji tədqiqatların nəticələri göstərir ki, xırdalanma zamanı 
qum fraksiyasının (0-5 mm) miqdarı 35%,  çınqıl (5-40 mm) isə 65 % 
təşkil edir. Yuyulma zamanı alınan tullantılar (<0,16 mm) 3% təşkil edir. 
Alınan betonun möhkəmliyi  125 kqgüc/sm
2
-dir.  
Yatağın hidrogeoloji, mühəndis-geoloji və dağ-texniki şəraiti əlve-
rişlidir.  
Yatağın geoloji ehtiyatları  А+B+C
1
 kateqoriyaları üzrə 4110,8 
min m
3
, karxana daxili ehtiyatlar isə 3288,8 min m
3
 təşkil edir.   
 
4.1.2.2. Oğlanqala yatağı 
 
Yataq  Şərur dəmiryol stansiyasından 8 km şimal-şərqdə  Şərqi 
Arpaçay çayının sağ sahilində, Oğlanqala  kəndinin yaxınlığında yerləşir. 
Yataq 1953-cü ildə T.M.Səfərəliyev, A.A.Nəcəfov və F.V.Musta-
fabəyli tərəfindən öyrənilmiş, 1968-69-cu illərdə isə yataqda O.C.Həm-
zəyev, M.S.İsmayılov və Q.K.Qədimova tərəfindən isə üzlük daşı kimi 
kəşfiyyat işləri  aparılmışdır. 
Yataq rayonunun geoloji quruluşunda Orta və Üst Devonun, Alt və 
Üst Karbonun, həmçinin Oliqosen-Miosenin duzlu qatının karbonat-
terrigen süxurları iştirak edir. 

 
160
 Yatağın  ərazisi yastı  təpəliklərdən təşkil olunaraq Üst Karbonun 
ktistallaşmış, mərmərləşmiş  əhəngdaşları ilə  təmsil olunur, qalınlığı 50 
m-dir. Əhəngdaşları qalın laylı olub, içərisində əsasən 1-4 sm, bəzən isə 
40 sm-ə qədər qalınlığı olan gil şistləri saxlayır.  
Oğlanqala mərmərləşmiş əhəngdaşı yatağı tektonik cəhətdən Dizə-
Sədərək sinklinalının cənub-qərb qanadında yerləşir. Yataq ərazisində 
laylar maili yatır və düşmə bucağı 8-12
0
 arasında dəyişir. Maili düşən 
layın üst hissəsində qabbro-diabaz tərkibli layarası ineksiya öyrənil-
mişdir. 
 Oğlanqala yatağının mərmərləşmiş  əhəngdaşları  aşağıdakı fiziki-
mexaniki xüsusiyyətlərə malikdir: həcm kütləsi 2,20- 2,78 t/m
3
, xüsusi 
çəkisi 2,82-2,88 q/sm
3
, suudma qabiliyyəti 0,1-1,0%, məsaməliliyi 0,29-
3,6%, möhkəmlik həddi: havada quru halda 410-1402 kqgüc/sm
2
, əsasən 
600-1000 kqgüc/sm
2
. Mərmərləşmiş  əhəngdaşları 25 tsikl donmaya və 
əriməyə davamlıdır. Suya davamlılıq  əmsalı 0,70-0,98, şaxtayadavam-
lılıq əmsalı  0,71-1,0-dir.   
Fiziki-mexaniki tədqiqatların nəticələrinə görə Oğlanqala yatağının 
mərmərləşmiş əhəngdaşları 9479-84 saylı Dövlət Standartının tələblərini 
tamamilə ödəyir və daxili və xarici divarlarda üzlük materialı kimi 
istifadə  edilə bilər.  
Yataqda keçilən təcrübi karxananın nəticələrinə görə standart blok 
çıxımı 40,25% təşkil edir. Mərmər zavodunda blokların kəsilməsi nəticə-
sində müəyyən edilmişdir ki, 1 m
3
 blokdan 20-25 mm qalınlığında orta 
üzlük plitə  çıxımı 11-12 m
2
  təşkil edir. Plitələr çox asanlıqla kəsilir, 
cilalanır  və plitələr şüşə görünüşlü səthə malik olurlar. İstismar zamanı 
alınan tullantılar (but, çınqıl) “mərmər qırıntısı”  şəklində mozaik beto-
nun istehsalında istifadə oluna bilər.  
Karxananın dağ-texniki şəraiti istismar işlərinin kanat mişar vasitə-
silə aparılmasına şərait yaradır.  
Yatagın  А+B+C 
1
 kateqoriyaları üzrə ehtiyatları 2315,5 min m

təşkil edir.  
Qeyd etmək lazımdır ki, yatağın üst hissəsində tarixi abidə - yaşı 
4000 ildən yuxarı olan qədim şəhərin qalıqları aşkar edilmişdir. Hazırda 
bu abidə Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının ar-
xeoloqları və etnoqrafları tərəfindən öyrənilir. Buna görə də bu yatağın 
istismar olunması məqsədəuyğun sayılmır.  
 
 

 
161
4.1.2.3. Xələc  yatağı 
 
Yataq Şərur dəmiryol stansiyasından 8-10 km, Xələc kəndindən isə 
2,0-2,5 km şimal-şərqdə yerləşir. 
Yataq rayonunun geoloji quruluşunda Orta və Üst Devonun, Alt və 
Üst Karbonun çöküntüləri iştirak edir. Faydalı qat monoton təbəqəli, 
incə, xırda və iridənəli, boz, tünd-boz və qara rəngli mərmərləşmiş 
əhəngdaşlarından ibarətdir.   
Petroqrafik tərkibinə görə yataq üzrə  əhəngdaşlarının aşağıdakı 
növləri ayrılır: zəif dəmirləşmiş, yenidən kristallaşmış, üzvi, qeyri-
bərabər dənəli  əhəngdaşları, yenidən kristallaşmış üzvi əhəngdaşları  və 
mərmərləşmiş əhəngdaşları. 
Yataq tektonik cəhətcə  şərq və  şimal-şərqə 20-40
0
 bucaq altında  
düşən  submeridional  istiqamətli monoklinalda öyrənilmişdir.  
Xələc monoklinalı əsasən en istiqamətinə yaxın bir sıra mikroqırıl-
malarla doğranmışdır. Bu qırılmaların arasında iki müxtəlif qırılma  
müşahidə olunur: dəmir hidroksidinin əmələ  gəlməsi, gil kütləsinin 
sürtünməsi və brekçiya ilə müşayiət olunan xüsusi qırılmalar və daha 
cavan çat qopuqları ilə müşayiət  olunan qırılmalar.  
Yatağın cənub hissəsində  əhəngdaşlarının tam kəsilişi aşağıdakı 
kimi səciyyələnir (aşağıdan yuxarıya):  
1. Çox çatlı, çatlar üzrə dəmirləşmiş incədənəli əhəngdaşlarının ağ 
rəngli qumlu əhəngdaşları ilə növbələşməsi, qalınlığı 1,4 m (4 lay). 
2. Boz, tünd-boz rəngli, bərabər təbəqəli, incə  və iri dənəli
möhkəm, çatlı, çatlar üzrə tam dəmirləşmiş  əhəngdaşları, qalınlığı 11,2 
m (13 lay). 
3. Tünd-boz, bəzən qara rəngli, incə  və iri dənəli, möhkəm, çatlı 
əhəngdaşları. Nadir hallarda süd rəngli kalsit (1,5-2,0 sm qalınlığında) 
damarcıqları müşahidə olunur, qalınlığı 33,5 m (40 lay). 
Xələc yatağının  əhəngdaşlarının ümumi qalınlığı 46,1 m-dir (57 
lay). 
Xələc yatağının mərmərləşmiş əhəngdaşlarının orta kimyəvi tərkibi 
aşağıdakı kimidir: SiО
2
-0,13%,  Fе
2
О
3
-0,08%, Аl
2
О
3
-3,4%,  CаО-53,6%, 
МgО-0,65%. CаCО
3
-ün miqdarı 93,95-98,75% arasında dəyişərək orta 
hesabla 96,35% təşkil edir.  
Fiziki-mexaniki tədqiqatların nəticələrinə görə  sıxılma zamanı ha-
vada quru halda möhkəmlik həddi 270-630 kqgüc/sm
2
,  şaxtayada-

 
162
vamlılığına görə  Şax.-25 markadan yuxarı, suya davamlılıq  əmsalı isə 
0,7-dən yuxarıdır. 
Mərmərləşmiş  əhəngdaşlarının möhkəmlik həddi  əyilmə  və  zərbə 
nəticəsində də təyin edilmişdir. Laboratoriya tədqiqatlarına görə əyilmə 
zamanı süxurun möhkəmlik həddi 100-123 kqgüc/sm
2
, zərbə zamanı isə 
0,44-0,89 kqgüc/sm
2
, sürtülmə normadan (0,4 q/sm
2
) yüksək olub, 1,02-
1,39 q/sm
2
 təşkil edir. Əhəngdaşlarının həcm kütləsi 2335-2750 kq/sm
2

xüsusi çəkisi 2,67-2,73 q/sm
3
, məsaməliliyi 0,41-3,15%, suudma qabi-
liyyəti 0,19-1,60% -dir.  
Bakı  Mərmər Məmulatları Zavodunda mərmərləşmiş  əhəngdaşı 
blokunun doğranması nəticəsində müəyyən  edilmişdir ki, 1 m
3
 blokdan 
məhsuldar plitə çıxımı 1,21 m
2
 təşkil edir.  
Mərmərləşmiş  əhəngdaşı bloklarında və nümunələr üzrə aparılan 
texnoloji və laboratoriya tədqiqatları  nəticəsində  məlum olmuşdur ki, 
mərmərləşmiş  əhəngdaşları üzlük daşı kimi 9479-84 saylı Dövlət Stan-
dartının tələblərini ödəmir və ondan yalnız az sayda insanların hərəkət 
etdiyi bina və qurğularda döşəmələrin düzəldilməsində mərmər  qırıntısı 
kimi istifadə edilə bilər. 
 Yatağın hidrogeoloji və dağ-texniki şəraiti çox əlverişlidir. 
Yatağın  А+B+C
1
 kateqoriyaları üzrə ehtiyatları 376 min m
3
, C
2
 
kateqoriyası üzrə isə 1693 min m
3
  təşkil edir. Yataqda istismar işləri 
aparılmış və hazırda yatağın А+B+C
1
 kateqoriyaları üzrə qalıq ehtiyat-
ları 140 min m
3
 təşkil edir. 
 
4.1.3. Maqmatik  mənşəli üzlük daşları 
 
İstənilən iqlim şəraitinə davamlı olan intruziv süxurlar əsasən xarici 
divarların üzlənməsində istifadə edilir. Bu məqsədlə əsasən qranitdən və 
tikinti təcrübəsinə görə həmçinin qranodiorit, sienit, qranosienit və digər 
süxurlardan daha geniş istifadə edilir.  
Effuziv süxurlardan üzlük daşı kimi bazalt, andezit və vulkan 
tuflarından istifadə edilir. 
Məlumdur ki, bərk, yüksəkmöhkəmlikli və  şaxtayadavamlı süxur-
lardan binaların xarıcdən üzlənməsində, pilləkən və meydanların düzəl-
dilməsində, məhəccərlərin hazırlanmasında və insanların intensiv hərəkət 
etdiyi yerlərdə döşəmə üçün plitələrin hazırlanmasında istifadə edilir. 
Hazırda respublikada bu növ xammallar çatışmadığına görə daxili tələbat 
xarici ölkələrdən gətirilməklə ödənilir. 

 
163
Yuxarıda qeyd olunanları  nəzərə alaraq Qaradaş teşenit yatağında 
kəşfiyyat işləri aparılmış və sənaye istismarına hazırlanmışdır. 
Teşenit – özündə analsimsaxlayan, tam kristallik, hipabissal, 
melanokrat qələvi süxurdur. Əsasən piroksen və amfiboldan, həmçinin 
müəyyən miqdarda plagioklaz və analsimdən ibarətdir.  
Teşenit yüksək fiziki-mexaniki göstəricilərə malik olub, dioritə yaxındır. 
Pilləkən və digər fasonlu məmulatların hazırlanmasında istifadə edilir. 
 
4.1.3.1. Qaradaş  teşenit  yatağı 
 
Babək rayonu ərazisində, Babək qəsəbəsindən 10 km şimal-şərqdə
Naxçıvan Üzlük Plitələr Zavodundan isə 16 km şimal-şərqdə yerləşir. 
Qaradaş teşenit yatağı 1982-ci ildə T.M.Seyidov və İ.Ə.Məmmədov 
tərəfindən aşkar edilmiş  və 1983-86-сı illərdə T.M.Seyidov, İ.Ə.Məm-
mədov və Ş.M.Səlimov tərəfindən yataqda kəşfiyyat işləri  aparılmışdır. 
Yatağın geoloji quruluşunda Alt Miosen yaşlı çöküntülər iştirak 
edir. Onlar incə laylı, silisli, incədənəli  əhəngdaşlarından, çəhrayımtıl-
boz argillitlərdən və gec Miosen yaşlı teşenitdən (faydalı qat) və Üst 
Dördüncü dövr yaşlı çöküntülərdən ibarətdir. 
Əhəngdaşları yatağın  şimal-şərq və  şimal-qərb hissələrində yer 
səthinə  çıxır. Mikroskop altında alevro-incədənəli struktura təyin edil-
mişdir.  
Argillitlər yatağın qərb və  şimal-qərb hissəsində yer səthinə  çıxır. 
Mikroskop altında alevro-pelit struktura müşahidə olunur. Süxur incə-
dispers silis kütləli gil hissəciklərindən ibarətdir. 
Yatağın qərb cinahında Üst Dördüncü dövrün alüvial-prolüvial 
çöküntüləri izlənilir. Onlar gilcədən, qumcadan və pis çeşidlənmiş çınqıl 
materiallarından ibarətdir.   
Teşenitlər möhkəm və bərk süxur olub, analsimli diabazların qələvi 
növünə aid edilir.  
Yataq Qızılca antiklinalının cənub-qərb qanadında və Küznüt sinklinal 
qırışıqlığının  şimal-şərq qanadında yerləşir. Yataq layşəkilli olub, mono-
klinal yatımla 5-8
0
 bucaq altında əsasən cənub-şərqə düşür. İntruziya şimal-
şərq istiqamətdə uzanır. Faydalı qat xırda, orta və iri dənəli teşenitdən ibarət 
olub,  qalınlığı 13,5 m-dən  29,3 m-dək dəyişir. 
Mikroskop altında diabaz struktura təyin edilir. Süxur plagioklaz-
dan, çöl şpatından, piroksendən, barkevikitdən, maqnetit, apatit, sfen və 
analsimdən ibarətdir. 

 
164
Fiziki-mexaniki tədqiqatların nəticələrinə  görə teşenitlər aşağıdakı  
göstəricilərlə  səciyyələnir: həcm kütləsi 2,67-2,73 t/m
3
, xüsusi çəkisi 
2,72-2,74 q/sm
3
, suudma qabiliyyəti 0,09-0,14%, məsaməliliyi 0,3-
10,44%, möhkəmlik həddi: havada quru halda 844,0-1291,0 kqgüc/sm
2

su ilə doydurulduqdan sonra 833,8-1159,6 kqgüc/sm
2
, dondurulduqdan 
sonra 762,1-1081,5 kqgüc/sm
2
, suyadavamlılıq əmsalı 0,90-0,98 və şax-
tayadavamlılıq əmsalı 0,92-0,96, sürtünməyə qarşı davamlılığı 0,38-0,42 
q/sm
2    
təşkil edir. 
Fiziki-mexaniki tədqiqatların nəticələrinə görə teşenitlər   9479-84 
saylı “Üzlük məmulatlar istehsalı üçün təbii daşlardan bloklar” Dövlət 
Standartının tələblərinə tam cavab verir və tikinti və qurğuların xarici və 
daxili divarlarının üzlənməsi üçün istifadə edilə bilər.  
Qaradaş yatağının teşenitləri duza qarşı davamlı olub, 10 tsikl təd-
qiqatdan sonra itki 5%-dən çox olmamışdır. Bu onu göstərir ki, teşenitlər 
duza qarşı davamlı olub, vulkanogen süxur qrupları içərisində üzün-
ömürlü daşlar kateqoriyasına aid edilir.  
Blokların çıxarılması zamanı alınan tullantıların yüksəkmöhkəm-
likli çınqıl və qum kimi istifadə mümkünlüyünü müəyyən etmək üçün 
xüsusi tədqiqat işləri  aparılmışdır. 
Tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, teşenitdən xırdalan-
mış çınqıl qranulometrik tərkibinə görə 8267-82 saylı “Tikinti işləri üçün 
təbii daşlardan çınqıl” Dövlət Standartının tələblərinə uyğun olub, 
silindirdə sıxılma zamanı xırdalanma markası “1400”, fırlanan barabanda 
sürtülməsi “S-I” markasına, kopyorda zərbəyə qarşı müqaviməti “Z-75” 
markasına,  şaxtayadavamlılığına görə  “Şax.-50” markasına uyğundur. 
Çökdürmə yolu ilə  təyin edilmiş tozvari və gilli hissəciklərin miqdarı 
1%-ə qədərdir. Çınqıllardan  yüksəkmöhkəmlikli çınqıl kimi betonda və 
mozaik döşəmələrin hazırlanmasında istifadə edilə bilər. Teşenitin 
xırdalanması zamanı alınan qum 22656-77 saylı “Təbii daşlardan deko-
rativ çınqıl və qum” Dövlət Standartının tələblərinə görə  iri dənəli quma 
aid olub  dekorativ qum kimi istifadə oluna bilər.  
Yataqda rast gəlinən çatların ölçülməsi (İ.Ə.Məmmədov, 1985) nəti-
cəsində  aşağıdakı çat sistemləri müəyyən edilmişdir: eninə (I sistem), 
uzununa (II sistem), üfqi və ya maili düşən (III sistem) və diaqonal (IV 
sistem).  
Qaradaş  teşenit yatağında   çatların öyrənilməsi göstərir ki, yataqda 
həm uzanma, həm də düşmə istiqamətində aydın seçilən  I və II sistem 
çatlar üstünlük təşkil edir. I və II sistem çatların maksimumları arasında 

 
165
bucaq məsafəsi 84
0
  təşkil edir. Bucaqların yatımı müxtəlif tərəflərə  
istiqamətlənmişdir. I sistem çatlar cənub-şərqə, II sistem çatlar isə şimala 
yatırlar.  
Qaradaş yatağının teşenitləri yüksək blokluluğu ilə seçilir. 
Yataq üzrə orta blok çıxımı 39,37% təşkil edir. Karxanadan çıxa-
rılan ayrı-ayrı blokların həcmi 0,15-8,28 m

,  əsasən 1,0-4,14 m
3
  təşkil 
edir. 1 m
3
 teşenit blokundan orta hesabla 17,08 m

kondisiyalı plitə alınır. 
Süxurların  blokluluğu genetik cəhətdən  onların çatlılığından asılı olub, 
çatlar  dağ süxurlarının  əmələgəlmə  və inkişafı prosesində  əmələ  gələn 
təbii blokların forma və ölçüsünü təyin edir. 
Radiasiya təhlükəsizliyi normaları üzrə teşenitlər I sinif tikinti ma-
terialları sırasına aid olub, bina və qurğuların daxildən  və xaricdən üzlə-
nilməsində heç bir məhdudiyyət qoyulmadan istifadə edilə bilər.  
Yatağın hidrogeoloji və mühəndis-geoloji şəraiti əlverişlidir. Yata-
ğın istismarının dağ-texniki şəraiti əlverişli olub, faydalı qazıntının kəşf 
olunmuş bütün qalınlığı üzrə açıq karxana üsulu ilə istismarına  şərait 
yaradır. 
Yatağın B+C
1
 kateqoriyaları üzrə ehtiyatları 2159038 m
3
 təşkil edir. 
 
4.1.3.2.  Kilit monsonit yatağı 
 
Ordubad rayonu ərazisində Kilitçayın sağ yamacında, Kilit kəndin-
dən 1,5-2,0 km şimal-şərqdə, Salamməlik dəmiryol stansiyasından isə 10 
km şimal-şərqdə yerləşir. Yataq Xarxat dağının şərq yamacında, mütləq 
hündürlüyü 1300-1350 m arasında dəyişən ərazidədir.   
Ordubad rayonu ərazisində intruziv süxurların geniş sahədə yayıl-
masına baxmayaraq, 1952–ci ilə qədər bu süxurların üzlük materialı kimi 
öyrənilməsi ilə heç kim məşğul olmamışdır.  
1952-ci ildə Q.İ.Kərimov tərəfindən Ordubad rayonu ərazisində 
üzlük daşı materiallarına axtarış işləri aparılmışdır. Bu işlərin nəticəsində 
məlum olmuşdur ki, Ordubad rayonu ərazisində yayılmış  intruziv və 
metamorfik süxurlardan üzlük materialı kimi istifadə oluna bilər. 
1970-1971-ci illərdə T.M.Seyidov və M.S.İsmayılov tərəfindən 
Mehri-Ordubad çoxfazalı qranitoid batolitinin ərazisində, Kilitçay və 
Ordubadçay çaylarıarası sahədə axtarış işləri aparılmışdır. Axtarış işləri 
nəticəsində monsonitlərin üzlük daşı istehsalına  yararlılığı müəyyənləş-
dirilmişdir.  

 
166
Monsonitlərin yüksək dekorativliyə malik olduğunu nəzərə alaraq 
1973-1976-cı illərdə T.M.Seyidov, O.İ.İsmayılov və Ş.S.Bəktaşi tərəfin-
dən Kilit monsonit yatağında geoloji-kəşfiyyat işləri aparılmışdır.  
Yatağın geoloji quruluşunda Mehri-Ordubad mürəkkəb plutonunun 
adamellit intruziv süxurları  iştirak edir (S.Ə.Bəktaşi, T.H.Hacıyev). Ada-
mellit intruzivinin süxurları kvarslı monsodioritdən, kvarslı  və kvarssız 
monsonitdən, kvarslı diorit-sienitdən, kvarslı sienit-dioritdən, kvarslı  və 
kvarssız diorit-porfiritdən, qranodiorit-porfirdən və adamellitdən ibarətdir. 
Faydalı qat Mehri-Ordubad plutonunun adamellit intruzivinin ikin-
ci fazasının kvarslı monsonitlərindən təşkil olunmuşdur. Monsonitlər iri 
kütləli massiv cisim əmələ  gətirərək, 300-340 m enində zolaq şəklində 
20-22 km məsafədə şimal-qərb istiqamətində uzanır. 
Yataq eni 300-350 m olmaqla şimaldan cənuba 700 m məsafədə 
öyrənilmişdir.  
Ş.Ə.Əzizbəyova və R.İ.Abdullayevə görə  rayonun tektonikası alp 
qırışıqlığının orogen fazası ilə  əlaqədar olub, nəhəng Kunqur –Alagöz 
intruziyasının nisbətən qalxmış hissəsi yarılaraq nəticədə Kunqur –
Alagöz dağ sistemi əmələ gəlmişdir.   
Fiziki-mexaniki tədqiqatların nəticələrinə görə, monsonitlər aşağı-
dakı göstəricilərlə səciyyələnir: həcm kütləsi 2,72-2,83 t/m
3
, xüsusi çəki-
si 2,72-2,83 q/sm
3
, suudma qabiliyyəti 0%, məsaməliliyi 0%, möhkəmlik 
həddi: havada quru halda 1075,3-1783,9 kqgüc/sm
2
, su ilə doydurul-
duqdan sonra 1021,6-1316,4 kqgüc/sm
2
, dondurulduqdan sonra 988,4-
1260,4 kqgüc/sm
2    
təşkil edir. 
Yataq üzrə orta blok çıxımı 22,0%, o cümlədən I tip -8,2%,  II tip -
4,9%, standarta uyğun olmayan bloklar -8,9% təşkil edir. But, çınqıl və 
kroşka 78% təşkil edir. 1 kub metr monsonit  blokundan orta hesabla 3,0 
m
2   
kondisiyalı plitə alınmışdır.  
Fiziki-mexaniki tədqiqatlarının nəticələrinə görə monsonitlər 9479-
84 saylı “Üzlük məmulatlar istehsalı üçün təbii daşlardan bloklar” 
Dövlət Standartının tələblərinə tam cavab verir və tikinti və qurğuların 
xarici və daxili divarlarının üzlənilməsində  istifadə edilə bilər.  
Tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, xırdalanmış mon-
sonitlər qranulometrik tərkibinə görə 8267-82 saylı “Tikinti işləri üçün 
təbii daşlardan çınqıl” Dövlət Standartının tələblərinə uyğun olub, silin-
dirdə  sıxılma zamanı  xırdalanma markası “1400”, fırlanan barabanda 
sürtülməsi “S-I” markasına uyğun olub, yüksəkmöhkəmlikli çınqıl kimi 
betonda və mozaik döşəmədə çınqıl kimi istifadə edilə bilər. 

 
167
Yatağın dağ-texniki və hidrogeoloji şəraiti əlverişlidir.  
Yatağın А+C
1
 kateqoriyaları üzrə ehtiyatları 1260 min m
3
 təşkil edir. 
1   ...   11   12   13   14   15   16   17   18   ...   22


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə