Qazintilari


Çini daşlarının əsas kimyəvi göstəriciləri



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə12/22
tarix28.04.2017
ölçüsü2,85 Kb.
#15841
1   ...   8   9   10   11   12   13   14   15   ...   22

Çini daşlarının əsas kimyəvi göstəriciləri 
 
Çini  
daşlarının 
növləri   
Yataqlar 
SiО

Аl
2
О

ТiО


2
О

К
2
О 

2
О 
1 2 






Qələvisiz 
(R
2
О<0,6) 
Qusev 
(Rusiya) 
70,0- 
79,2 
14,33- 
17,41 
0,14- 
0,20 
0,11- 
0,20 
0,09 
0,4 
0,05- 
0,1 

 
124
1 2 

4 5 6  7  8 
Zəif  
qələvili  
(R
2
О=0,6-3) 
Qusev 
(Rusiya) 
 
71,68- 
80,2 
 
12,14- 
18,71 
0,10- 
0,28 
0,16- 
1,0 
0,6- 
3,24 
0,07- 
0,30 
Qələvili 
(R
2
О>3) 
Sergeyevsk 
(Rusiya)  
 
75,2 – 
79,3 
11,67  
14,35 
0,31 0,37  7,09  8,69 
San-Bao-
Pen  
(ÇXR) 
75,08 15,79 0,14  0,57  4,08  2,52 
San-
Bernardino 
(ABŞ) 
- 11,3 
0,1 
0,26 
0,18 
6,46 
Taysyu 
(Yaponiya) 
76,63- 
77,8 
13,52- 
14,35 

0,15- 
0,31 
0,07- 
0,18 
6,74- 
7,56 
Qələvili 
(R
2
О>3) 
Kükü  
(Naxçıvan 
MR) 
72,38 13,9  0,08  1,05  4,60  2,7 
Batabat 
(Naxçıvan 
MR) 
67,8- 
74,0 
12,8- 
13,8 
0,11- 
0,17 
0,8- 
1,6 
4,6- 
5,36 
1,6- 
2,8 
 
Analizlərin nəticələrinin müqayisəsi göstərir ki, Kükü və Batabat 
təzahürlərinin kimyəvi tərkibləri Çin Xalq Respublikasının San-Bao-Pen 
yatağına uyğun gəlir və bu süxurlardan  çini və saxsı qablar istehsalında 
istifadə etmək olar. 
Hər iki təzahürdə daha dəqiq geoloji-kəşfiyyat işlərinin aparılması  
tövsiyə olunur.  
 
2.2. Aqrokimyəvi xammal yataqları 
 
2.2.1. Fosforit 
 
Fosforit çökmə süxurlar qrupuna daxil olub, əsas tərkib hissəsini  
kalsium fosfat təşkil edir və  əsasən ftor-karbonat-apatit  və buna yaxın 
tərkibli minerallarla təmsil olunur. Fosforitə bütün geoloji sistemlərdə - 
dəniz və kontinental çöküntülərdə rast gəlinir. Sənaye əhəmiyyətli yataq-
lar yer qabığında həm platforma, həm də geosinklinal vilayətlərdə inkişaf 
tapır. Fosforitin adətən  amorf, bəzən isə kristallik növünə  təsadüf olu-
nur. 

 
125
Fosforit müxtəlif rənglərdə:  çəhrayımtıl-sarı, yaşılımtıl-boz və açıq 
tondan tünd tona qədər çalarları olan boz rənglərdə rast gəlinir. Fos-
foritin rəngi  əsasən onun tərkibində  iştirak edən qarışıqlardan asılıdır. 
Belə ki, üzvi maddələr fosforitə tünd, dəmir oksidi boz, dəmir hidro-
oksidi isə yaşılımtıl rəng verir.  
Fosforit kənd təsərrüfatında gübrə kimi istifadə olunan superfos-
fatın hazırlanması üçün əsas xammal sayılır. Çox az miqdarda fosforit 
kibrit istehsalında, metallurgiyada (fosfor gübrəsi kimi işlənən çuqun və 
polad şlakı ununun hazırlanmasında), kimya və digər sənaye sahələrində 
istifadə olunur. 
Fosforsaxlayan süxurlar respublikamızda Naxçıvan MR-də  və El-
dar çölündə  məlumdur.  Əhəngdaşı, mergel və  əhəngli qumdaşlarının 
yayıldığı rayonlarda həmin süxurlarda fosforun miqdarını  təyin etmək 
üçün xüsusi tədqiqat işləri aparılmamışdır. Bunun aydınlaşdırılması   
respublika geoloqları qarşısında duran ən vacib məsələlərdən biridir. 
Respublikamızda fosforun sənaye miqyaslı yataqları yoxdur və 
ancaq fosforlu horizontlar və ya təzahürlər mövcuddur.  
Axtarış  işləri nəticəsində Gümüşlü antiklinalının cənub-qərb və 
Danzik antiklinalının cənub qanadlarında və Gümüşlü antiklinalından 
şimalda olan digər strukturlarda Üst Devon yaşlı süxurların fosfor saxla-
dığı aşkar edilmişdir.   
Fosforsaxlayan laylar yuxarıda qeyd olunan strukturlarda Üst De-
vonun Famen və Frank mərtəbələrinin çöküntülərində öyrənilmişdir.   
1965-67-ci illərdə T.M.Seyidov, M.S.İsmayılov və Q.K. Qədimo-
va, 1968-69-cu illərdə M.B.Mirheydərzadə, 1987-90-cı illərdə isə  
H.İ.Əliyev tərəfindən  Şərur rayonu ərazisində fosforitə axtarış  işləri 
aparılmışdır. Axtarış işləri nəticəsində Gümüşlü antiklinalında fosforsax-
layan laylar üç sahədə:  Şərqi Arpaçayın sol sahilində - Ceyranqalası 
təzahürü, sağ sahilində isə Gümüşlü və Eyvazxan təzahürləti aşkar edil-
mişdir. Ümumiyyətlə, hər üç sahə vahid yataq olub, Arpaçay vasitəsilə 
bölünmüşdür. Fosforit həmçinin Danzik antiklinalının cənub qanadında 
rast gəlinir - Danzik təzahürü. Aşkar edilmiş beşinci təzahür isə 
Bağırsaqdərəsidir. Aşağıda ayrı-ayrı təzahürlərin qısa təsviri verilir. 
 
2.2.1.1. Ceyranqalası  təzahürü 
 
Təzahür  Şərqi Arpaçayın sol sahilində, Aşağı Yaycı  kəndindən 
cənub-şərqdə, Ceyranqalası dağından şərq və şimal-şərqdə yerləşir. 

 
126
Təzahürün geoloji quruluşunda Üst Devonun Famen və Frank 
mərtəbələrinin və Alt Karbonun Turney mərtəbəsinin çöküntüləri iştirak 
edir. Həmin çöküntülər gil şistlərinin, üzvi və qumlu əhəngdaşlarının, 
kvarsitlərin, kvarsitli qumdaşlarının, argillit və alevrolitlərin növbələş-
məsindən ibarətdir. Bu süxurlar qabbro-diabaz tərkibli layşəkilli intruziv 
kütlələrlə kəsilir.  
Təzahür Gümüşlü-Qabaqdağ tektonik blokunun cənub-şərq cina-
hında yerləşir və bir sıra şimal-qərb, şimal-şərq və meridional istiqamətli 
braxiantiklinal qırışıqlıq və pozulmalarla mürəkkəbləşmişdir. Fosforit 
Üst Devonun Famen mərtəbəsinin fosforitsaxlayan gil şistləri, əhəngdaşı 
və qumdaşları ilə təmsil olunan 5 horizontunda öyrənilmiş və kəsiliş üzrə 
15 fosforitsaxlayan lay aşkar edilmişdir. 
Birinci horizont uzunluğu 2,0 km olan 3 fosforitsaxlayan layla 
təmsil olunur. Layların qalınlığı 0,6-0,7 m-dən 1,5 m-ə  qədər  olub, 
P
2
O
5
-in miqdarı 0,4-0,76% təşkil edir. 
İkinci horizont uzunluğu 2,5 km olan 3 fosforitsaxlayan layla təm-
sil olunur. Layların qalınlığı 0,6-1,0 m-dən 3,0 m-ə qədər  olub, P
2
O
5
-in 
miqdarı 0,40%-dən 2,02%-dək  təşkil edir. 
Üçüncü horizont uzunluğu 3,0 km olan 3 fosforitsaxlayan layla 
təmsil olunur. Layların qalınlığı 0,2-0,3 m-dən 1,5-2,0 m-ə  qədər olub, 
P
2
O
5
-in miqdarı 0,44-0,99%-dən 2,5%-dək təşkil edir. 
Dördüncü  horizont uzunluğu 2,0  km olan  2 fosforitsaxlayan layla 
təmsil olunur. Layların qalınlığı 0,4-0,5 m-dən 1,4 m-ə qədər olub, P
2
O
5
-
in miqdarı 0,33-0,64% təşkil edir. 
Beşinci horizont uzunluğu 2,0  km olan 2 fosforitsaxlayan layla 
təmsil olunur. Layların qalınlığı 0,3-0,7 m-dən 1,4 m-ə qədər olub, P
2
O
5
-
in miqdarı 0,2-0,4% təşkil edir. 
 
2.2.1.2. Gümüşlü təzahürü 
 
Təzahür Şərqi Arpaçayın sağ sahilində, Gümüşlü qəsəbəsindən şi-
mal-qərbdə yerləşir və Ceyranqalası təzahürünün davamı hesab olunur.  
Təzahürün geoloji quruluşunda Jivet mərtəbəsinin karbonatlı (əhəng-
daşı), Frank mərtəbəsinin terrigen (gil şistləri və argillit) və karbonatlı 
(üzvi əhəngdaşı) süxurları ilə Üst Devonun Famen mərtəbəsinin gilli şist, 
qumlu əhəngdaşı, kvarsit, kvarsitli qumdaşları, argillit və alevrolit süxur-
larının növbələşməsi təşkil  edir. 

 
127
Təzahür Gümüşlü-Qabaqdağ tektonik blokunun mərkəzi hissəsin-
də, tektonik pozulmalarla mürəkkəbləşən geniş monoklinalda yerləşir. 
Başqa sahələrdən fərqli olaraq bu sahədə gil şistləri ilə təmsil olu-
nan jelvak fosforitlər geniş inkişaf tapmışdır.  
Bu sahədə Famen mərtəbəsinin  5 horizontunda 13 fosforitsaxlayan 
lay aşkar edilmişdir. 
Birinci horizont uzunluğu 3,0  km olan 2 fosforitsaxlayan layla 
təmsil olunur. Layların qalınlığı 0,8-1,5 m-dən 4,0 m-ə  qədər  olub, 
P
2
O
5
-in miqdarı 0,51-0,76% təşkil edir. 
İkinci horizont uzunluğu 2,5 km olan 3 fosforitsaxlayan layla təm-
sil olunur. Layların qalınlığı 0,8-1,0 m-dən 1,5 m-ə qədər  olub, P
2
O
5
-in 
miqdarı 1,1-1,5%-dən 2,5%-dək  təşkil edir. 
Üçüncü horizont uzunluğu 4,0 km olan  2 fosforitsaxlayan layla 
təmsil olunur. Layların qalınlığı 0,6 m-dən 1,4 m-ə qədər  olub, P
2
O
5
-in 
miqdarı 0,34-0,67% təşkil edir. 
Dördüncü  horizont uzunluğu 4,0  km olan  3 fosforitsaxlayan layla 
təmsil olunur. Layların qalınlığı 0,7-1,0 m-dən 1,7 m-ə  qədər  olub, 
P
2
O
5
-in miqdarı 0,58-0,68%-dən 1,25%-dək təşkil edir. 
Beşinci horizont uzunluğu 3,5  km olan 3 fosforitsaxlayan layla 
təmsil olunur. Layların qalınlığı 0,8-1,0 m-dən 1,5 m-ə qədər olub, P
2
O
5
-
in miqdarı 0,53-0,56%-dən 1,71%-dək  təşkil edir. 
 
2.2.1.3. Eyvazxan təzahürü 
 
Təzahür Qabaqdağ dağından cənub, cənub-şərqdə yerləşir və Cey-
ranqalası və Gümüşlü təzahürlərinin davamı hesab olunur.  
Təzahürün geoloji quruluşunda Üst Devonun Frank və Famen mər-
təbələrinin, Alt Karbonun Turney mərtəbəsinin və  kiçik bir hissəsində 
isə Alt Permin çöküntüləri iştirak edir. Üst Devonun Frank və Famen 
mərtəbələri gil şistləri, üzvi və qumlu əhəngdaşları, kvarsit, kvarsitli 
qumdaşları, argillit və alevrolit süxurlarının növbələşməsindən ibarətdir. 
Turney mərtəbəsinin süxurları gil şistləri və kvarsit laycıqlı qumlu 
əhəngdaşları ilə təmsil olunur. Bu süxurlar qabbro-diabaz tərkibli layşə-
killi intruziv kütlələrlə kəsilir. Cənub-şərq istiqamətdə Üst Devon çökün-
tülərinin üstündə qeyri-uyğun formada Alt Miosen yaşlı bazal-konqlo-
meratlar yatır. 
Eyvazxan təzahürü Gümüşlü-Qabaqdağ tektonik blokunun şimal-
qərb hissəsində yerləşməklə, mürəkkəb quruluşu ilə  fərqlənir və  şimal-

 
128
qərb, şimal-şərq və  meridional istiqamətli pozulmaların geniş yayılması 
ilə seçilir. Bu sahədə laylar tez-tez təkrar olunduğundan fosforitsaxlayan 
layların miqdarını dəqiq təyin etmək çətindir. 
Birinci fosforitsaxlayan çöküntü layı ensiz zolaq şəklində  şimal-
qərb istiqamətində Dəvəölən dərəsinin sağ yamacında izlənilir və orada 
fosforitsaxlayan laylar Alt Famen yaşlı çöküntülərin içərisində 2 hori-
zontla təmsil olunur.  
Birinci horizont 5 km məsafədə qalınlığı 0,8-1,0 m-dən 1,5 m-ə 
qədər  olan 2 lay şəklində izlənilir. Həmin laylarda P
2
O
5
-in miqdarı 0,25-
0,55%-dən 0,8-1,0%-dək  dəyişir. 
İkinci horizont uzunluğu 4,0 km olan 3 fosforitsaxlayan layla 
təmsil olunur. Layların qalınlığı 0,4-0,6 m-dən 3,0 m-ə  qədər  olub, 
P
2
O
5
-in miqdarı 0,45-0,6%-dən 0,92%-dək  təşkil edir. 
İkinci fosforitsaxlayan çöküntü layı nisbətən geniş zolaq şəklində 
alt və Üst Famen yaşlı çöküntülərin içərisində izlənilir və 3 horizontla 
təmsil olunur. 
Birinci horizont uzunluğu 5,0  km olan 2 fosforitsaxlayan layla 
təmsil olunur. Layların qalınlığı 0,3-0,4 m-dən 1,5 m-ə qədər olub, P
2
O
5
-
in miqdarı 0,22-0,26%-dən 1,29%-dək  dəyişir. 
İkinci horizont 3 fosforitsaxlayan layla 4,0 km məsafədə izlənilir. 
Layların qalınlığı 0,4-0,6 m-dən 1,5 m-ə  qədər  olub, P
2
O
5
-in miqdarı 
0,2-0,28%-dən 0,77%-dək  təşkil edir. 
Üçüncü horizont 3 fosforitsaxlayan layla 1,5 km məsafədə izlənilir. 
Layların qalınlığı 0,4-0,8 m-dən 1,7 m-ə  qədər  olub, P
2
O
5
-in miqdarı 
0,4-0,85% təşkil edir. 
 
2.2.1.4. Bağırsaqdərəsi təzahürü 
 
Təzahür Eyvazxan təzahüründən şimal-qərbdə - Bağırsaqdərəsində 
yerləşir. 
Təzahürün geoloji quruluşunda Üst Devonun Frank və Famen 
mərtəbələrinin, Alt Karbonun Turney mərtəbəsinin və Alt Permin 
çöküntüləri iştirak edir. Frank mərtəbəsinin çöküntüləri gil şistlərinin, 
argillitlərin və kvarsitlərin  (alt hissə) və üzvi əhəngdaşlarının (üst hissə) 
növbələşməsindən ibarətdir. Famen mərtəbəsinin çöküntüləri geniş 
ərazini  əhatə edərək bir-biri ilə növbələşən gil şistləri, kvarsit, kvarsitli 
qumdaşları, üzvi və qumlu əhəngdaşları, argillit və alevrolit süxurları ilə 
təmsil olunur. Turney mərtəbəsinin süxurları gil şistləri və kvarsit 

 
129
laycıqlı qumlu əhəngdaşlarından ibarətdir. Alt perm çöküntüləri qalın-
massivlaylı, gilli-bitumlu əhəngdaşlarından ibarətdir. Frank və Famen  
çöküntüləri çoxsaylı qabbro-diabaz tərkibli layşəkilli intruziv kütlələrlə 
kəsilir.  
Təzahür Sədərək-Bağırsaq tektonik blokunun cənub-şərq cinahında 
yerləşir və özünün mürəkkəb quruluşu ilə  səciyyələnir. Burada şimal-
qərb,  şimal-şərq və en daurəsinə yaxın istiqamətli pozulmalar geniş 
inkişaf tapmışdır və nəticədə sahə bir-birindən təcrid olunmuş bir  neçə 
kiçik  hissəyə ayrılmışdır. 
Təzahürün qərb hissəsində 4 horizontda 9 fosforitsaxlayan lay aş-
kar edilmişdir. Layların qalınlığı 0,3-0,4 m-dən 2,0 m-dək olub, 1,0-2,0 
km məsafədə izlənilir. P
2
O
5
-in miqdarı 0,60-0,88%-dən 2,39%-dək  
təşkil edir. 
Təzahürün  şərq hissəsində 4 horizontda 11 fosforitsaxlayan lay 
aşkar edilmişdir. Layların qalınlığı 0,5-1,0 m-dən 2,0 m-dək olub, 1,5-
3,0 km məsafədə izlənilir. P
2
O
5
-in miqdarı 0,58-0,67%-dən 2,34%-dək  
təşkil edir.  
Təzahürdə fosforitin 3 növü ayrılır: jelvak, layşəkilli və  dənəli. 
Bunların arasında ən geniş yayılanı jelvak fosforitlərdir. 
 
2.2.1.5. Danzik təzahürü 
 
Təzahür Yuxarı Danzik kəndindən 2,5 km cənub-qərbdə yerləşir və 
Şərqi Arpaçayla iki sahəyə ayrılır: cənub və şimal sahələri. 
Təzahürün geoloji quruluşunda Üst Devonun Frank və Famen 
mərtəbələrinin və Alt Karbonun Turney mərtəbəsinin çöküntüləri iştirak 
edir. Təzahür daxilində Frank mərtəbəsinin çöküntüləri tünd-boz rəngli,  
xırdadənəli  əhəngdaşlarından, açıq-boz rəngli, incəlaylı, xırdadənəli 
kvarsitdən, qara və bozumtul-qara rəngli gil şistlərindən ibarətdir. Frank 
mərtəbəsinin süxurları arasında layşəkilli qabbro-diabaz tərkibli daykalar 
müşahidə olunur. Famen mərtəbəsinin çöküntüləri sahədə geniş yayı-
laraq aralarında fosforitsaxlayan laylar müşahidə olunur və  xırdadənəli 
kvarsit, xırdadənəli kristallik əhəngdaşları, qara və bozumtul-qara rəngli 
gil şistlərindən ibarətdir.   
Tektonik cəhətdən Danzik təzahürü Danzik antiklinalının cənub 
qanadında yerləşir. 

 
130
Cənub sahə  Şərqi Arpaçayın sol sahilində yerləşir. 4 fosforitsax-
layan laydan  üçü (№№1, 2 və 3) Famen mərtəbəsinin alt, biri isə (№ 4) 
üst qatında yerləşir. 
Şimal sahə Şərqi Arpaçayın sağ  sahilində, Yuxarı Danzik kəndindən 
2,3-2,5 km cənub-qərbdə yerləşir. Bu sahədə fosforitsaxlayan laylar Fa-
men mərtəbəsinin alt, orta və üst laylarında yerləşir. Alt layda 3 fosforit-
saxlayan lay (№№5, 6 və 7), Famen mərtəbəsinin üst layının üst hissə-
sində Alt Karbonun sərhədində qara və bozumtul-qara rəngli gil şistlərində 
isə bir-birinə paralel 2 fosforitsaxlayan lay (№№8 və 9) qeyd olunur. 
Aşağıda ayrı-ayrı layların parametrləri və  P
2
O
5
-in miqdarı verilir. 
 
Cədvəl  14 
 
Ayrı-ayrı layların parametrləri və  P
2
O
5
-in miqdarı 
 
Layların 
№-si 
Layların 
uzunluğu, km
Layların qalınlığı, m 
P
2
О
5
-in miqdarı, %-lə 
dən dək orta  dən dək orta 
Lay    №1 0,9 0,2 
0,3 
0,27 
12,8 
17,3 
15,4 
- «» -  №2 0,8 0,2 
0,4 
0,3 3,0 
12,6 
6,8 
- «» -  №3 0,5 0,2 
0,5 
0,3 
1,84 
14,5 
7,9 
- «» -  №4 0,75 0,2 
0,7 
0,3 1,13 
12,0 
3,85 
- «» -  №5 0,6 0,1 
0,4 
0,3 3,6 
5,48 
4,56 
- «» -  №6 0,6 0,2 
0,8 
0,3 8,0 
14,15 
10,58 
- «» -  №7 1,8 0,2 
0,6 
0,37 
1,35 
9,2 
4,07 
- «» -  №8 1,0 0,2 
0,3 
0,25 
1,15 
7,8 
4,01 
- «» -  №9 1,0 0,1 
0,5 
0,27 
1,19 
7,37 
4,75 
 
Aşkar edilmiş bütün laylar üzrə  P
2
O
5
-in ümumi ehtiyatı  təqribən 
305602 ton təşkil edir. 
Bəzi layların 4,0-5,0 km izlənilməsinə baxmayaraq, fosforitlərin 
sənaye  əhəmiyyəti kəsb etməməsinin  ən başlıca səbəbi aşkar edilmiş 
layların bir-biri ilə əlaqəsinin olmaması,  uzanma istiqamətində layların 
pazlaşması və P
2
O
5
-in miqdarının aşağı olmasıdır. 
Şərur rayonunda aparılan axtarış işlərinin nəticələri müsbət  olma-
dığından, nəinki ayrı-ayrı sahələrin, eləcə  də bütün ərazinin fosforitə 
perspektivliyinin qiymətləndirilməsi məsələsi tam həllini tapmamışdır. 
Gələcəkdə Paleozoy çöküntülərinin inkişaf etdiyi bütün ərazinin paleo-
coğrafiyası  və paleotektonikası  nəzərə alınmaqla qeyd olunan ərazidə 
daha dəqiq planalma və axtarış işlərinin aparılması tövsiyə olunur. 

 
131
Rentgenodifraktometrik tədqiqatların nəticəsində  məlum olmuşdur 
ki, fosfatlı süxurlar mineraloji  tərkibcə ftorapatitdən təşkil olunmuşdur. 
Litoloji tərkibinə görə fosforitin 3 növünə rast gəlinir: dənəvər-
oolitli, konkresiyalı  və jelvak. Strukturuna və xarici görünüşünə görə 
dənəvər fosforitlər -  müxtəlifdənəli  struktura malik olub, zəif, bəzən 
möhkəm sementləşmiş, boz, bozumtul rəngli və  həmçinin quruyan za-
man açıq-boz rəngli  laylı olmayan massiv tekusturalıdır. Təbii nəmliyi 
10-14%-dir. Yüksək silisli maddələrin hesabına çətin zənginləşirlər. Fos-
foritlər eynicinsli və ya müxtəlif konsentrik formalarda oolit və pizolit-
dən təşkil olunaraq dənələrinin ölçüsü 0,05-0,5 mm, bəzən 1-2 mm-ə 
qədər olub, adətən pis çeşidlənir. 
Dənəvər fosforitlər litogenetik olaraq dənəvər və oolitli dənəvər  
növlərinə ayrılır. Arabir silisli və fosforitləşmiş foraminifer və molyuska 
qalıqlarına, bəzən isə diatomitli yosunlara rast gəlinir.  
Kimyəvi tərkibinə görə Devon yaşlı fosforitlər aşağı növlü olub, 
P
2
O
5
 miqdarı 15-17%-dən yuxarı olmur. Terrigen qarışıqlar kvarsdan, 
kalium çöl şpatından, aksessor minerallar sirkondan, turmalindən və 
rutildən, autogen minerallar isə pirit, kalsit və dolomitdən ibarətdir. 
Mikroskop altında fosforitsaxlayan əhəngdaşının strukturu - üzvi-
qırıntılı, bəzən alevropsammit; teksturu isə laylı olub,  alevrolit və üzvi 
qırıntılı əhəngdaşı laycıqlarının növbələşməsindən ibarətdir. Üzvi qalıq-
lar onurğasızların qabıqlarından və fosforitsaxlayan yosunlardan ibarət-
dir. Fosforit keçən işıqda qəhvəyi-boz, analizator altında izotrop olub, 
yarpaqvari və yaxma şəklində rast gəlinir.  Əksər hallarda yosunların 
boşluqlarını fosfat maddələri doldurur. Filiz minerallarından maqnetit, 
ilmenit, limonit və hematit qeyd olunur. 
Arpaçay hövzəsində fosforitin əmələ  gəlməsi ilə  əlaqədar xüsusi 
tədqiqat işləri aparılmamışdır. Lakin bəllidir ki, bu hövzədə fosforit  də-
niz şəraitində əmələ gəlmişdir. 
V.T.Frolova və V.İ.Pakrışkinə (1980-ci il) görə Arpaçay fosforit 
təzahürləri Nubiysk-Ərəbistan fosforitsaxlayan hövzəyə yaxın yerləşir. 
Bu hövzədəki bütün fosforit yataqları eyni stratiqrafik intervala aid olub, 
Üst Təbaşirin (Kampan-Maastrixt) üst yarısında və Paleogenin (Paleosen, 
Eosen) alt yarısında əmələ  gəlmişdir.  
Nubiysk-Ərəbistan fosforitsaxlayan hövzəsi şimal-şərq istiqamətin-
də Ərəb Əmirliyindən Türkiyənin cənub-şərqinə doğru 1000 km uzunlu-
ğunda, 500 km enində uzanır. Onun daxilində daha kiçik hövzələr: Misir, 
İsrail-İordaniya və  İraq-Suriya ayrılır. Turkiyənin cənub-şərq yataqları 

 
132
da bu hövzədə yerləşir. Bunlar isə, öz növbəsində Arpaçay-Dərələyəz 
fosforitsaxlayan rayonu ilə  həmsərhəddir. Litoloji tipinə görə bu fosfo-
ritlər Turkiyənin cənub-şərqində, Diyarbəkir qalxımında formalaşan ya-
taqlarla eynilik təşkil edir. Qeyd etmək lazımdır ki, Arpaçay hövzəsində-
ki fosforit təzahürləri  Şərur qalxımının Devon çöküntülərində öyrənil-
mışdir, lakin bu çöküntülər Yaxın və Orta Şərq ölkələrində yayılmamış-
dır. Devon yaşlı fosforitlər ancaq Rusiya plitəsində Baltikyanı dövlət-
lərin  ərazisində, Rusiya Federasiyasının Sankt-Peterburq və Novqorod 
vilayətlərində qeyd olunur. Arpaçay fosforitləri litoloji tərkibinə (dənəvər-
oolitli, konkresiyalı  və jelvak) və yatım  şəraitinə görə tipik dəniz və 
sedimentasion-diagenetik mənşəlidir. Famen və Frank dövründə Arpa-
çay-Dərələyəz rayonu bilavasitə Tetis okeanı ilə  əlaqəsi  olan geniş 
Devon hövzəsinin dayaz dəniz hissəsi olmuşdur. O dövrdə bu regionda 
subarid  iqlim tipi mövcud  olmuşdur ki, bu faktı da  ərazidə massiv 
əhəngdaşı  və dolomit süxurlarının  əmələ  gəlməsi təsdiqləyir.  İsti iqlim 
şəraitində  dayaz hövzədə yosunlar, fitoplankton və fitobentoslar intensiv  
inkişaf etmişdir. Onlar fosforla, gilli və ya  üzvi maddələrlə  zənginləş-
mişdir. Ehtimal olunur ki, gilli çöküntülər geniş Devon hövzəsinin dərin 
hissələrindən dayaz hissələrinə doğru axan axımların hesabına P
2
O
5
-lə 
əlavə olaraq zənginləşmişdir. Fosforla zənginləşmiş gilli çöküntülərdə 
P
2
O
5
-in kalsium karbonata təsiri nəticəsində kristallaşmış  mərkəzlər 
əmələ gəlmiş, sonradan hövzədə baş verən aktiv dalğa rejimi şəraitində  
oolitə və pizolitə çevrilmişdir.  
Ancaq diagenez mərhələsində ayrı-ayrı sahələrdə fosfatlı gilli çö-
küntülər əlverişli geokimyəvi mühitdə konkresiyalı və jelvaklı fosforitlər 
əmələ gətirmişdir. Arpaçay hövzəsində Frank-Famen dənizində  paleoaxım-
ların olmaması fosfatlı konkresiya və jelvakların yuyulması  və yenidən 
çökdürülməsi faktiki olaraq dayanmışdır.  
Buna görə də fosforit yataqları müşahidə olunan Nubiysk-Ərəbistan 
fosforitsaxlayan hövzəsindən fərqli olaraq Arpaçay fosforit təzahürlərin-
də fosforit toplanan lay və horizontlara rast gəlinmir. Nəticə etibarı ilə 
Arpaçay fosforit təzahürü kasıbdır və kondisiyaya uyğun deyildir. 
 
2.2.2. Seolit 
 
Seolit müxtəlif təbii şəraitlərdə-maqmatik, hidrotermal, metamorfik 
və çökmə proseslərin nəticəsində əmələ gəlir. Bunlardan yalnız vulkano-
gen-çökmə  və hidrotermal yataqlar sənaye  əhəmiyyəti daşıyır. Yüksək 

 
133
növlü iri seolit yataqları piroklastik materialların dəyişməsi nəticəsində 
əmələ gəlir. R.Xeyin seolitlərin tərkibindəki SiО
2
-nin miqdarı ilə vulka-
nik tuflar arasında birbaşa  əlaqə olduğunu qeyd edir. Riolit və dasit 
tərkibli tuflar üzrə klinoptilolit və mordenit, daha əsasi tərkibli tuflar 
üzrə isə  fillipsit, analsim və desmin  tərkibli seolitlər inkişaf edir.  
Seolitlər müxtəlif maddələrin (neftin krekinqi və sair) sintezində 
katalizator kimi istifadə olunur. Heyvan və quşlarda xəstəliyi aşağı saldı-
ğına və  məhsuldarlığı yüksəltdiyinə görə seolitdən kənd təsərrüfatında 
geniş istifadə olunur. Aparılan tədqiqatlar göstərir ki, donuzların yeminə 
15 q seolit əlavə etdikdə onların gündəlik çəki artımı 9,5%-ə  qədər 
yüksəlir. Qoyunçuluqda hər 1 kq diri çəki nisbətində yem rasionuna  0,5 
q seolit əlavə etdikdə heyvanların çəkisinin artması ilə yanaşı yunun 
keyfiyyəti də yaxşılaşır.  İri buynuzlu heyvanların yem rasionuna 4% 
seolit əlavə etdikdə isə diri çəkidə 4,1-11,5% artım alınır. Seolit torpagın 
tərkibini yaxşılaşdırır, nəmliyi saxlayır, bitkilərin köklərində əmələ gələn  
xəstəliklərin qarşısını alır və mikroelementlər üçün mənbə rolunu oy-
nayır. Ammonium azotun və radioaktiv elementlərin təmizlənməsində 
seolit yüksək effektivlik nümayiş etdirir.  
Ümumdünya səhiyyə təşkilatının məlumatına görə dünyadakı  xəs-
təliklərin 80%-nin mənbəyi çirkli sulardır. Bu məqsədlə  məişət və 
texniki mənşəli suların təmizlənməsində seolitdən geniş istifadə olunur. 
Uzun illərdir ki, respublikamızda Kür çayının süburaxıcısında təmizləyi-
ci filtr kimi seolitdən istifadə edilir.  
Aparılan tədqiqatlar göstərir ki, klinkerdə 15-20% seolitdən istifadə 
etdikdə daha yüksək (400 və 500) markalı portlandsementin alınmasına 
imkan yaranır.  
Son illər bir çox ölkələrdə tara kartonların hazırlanmasında aşqar 
kimi 19-35% seolitdən istifadə olunur. Yaponiyada hətta 40% seolitdən 
istifadə etməklə karton taralar hazırlanır. Təcrübələr göstərir ki, həmin 
taralarda qablaşdırılmış meyvə  və  tərəvəzlərin saxlanılma müddəti 
digərlərindən 3-5 dəfə artıq olur.  
Bir çox xarici ölkələrdə seolitdən yazı, qəzet və çap kağızların 
istehsalında aşqar kimi istifadə olunur.   
Seolitlər turş  tərkibli torpaqların neytrallaşdırılmasında, rezin və 
plastmasa  əlavə kimi və digər sahələrdə də istifadə olunur və ildən-ilə 
onun istifadə sahələri genişlənir.  

 
134
Seolitlər metallurgiyada tullantı qazların təmizlənməsində və kimya 
müəssisələrində faydalı qazıntıların yanaşı çıxarılması  mərhələsində zə-
rərli qarışıqların təmizlənməsində geniş  istifadə olunur.  
Əbəs yerə deyildir ki,  bəzi mütəxəssislər  ХХЫ əsrin  “seolit əsri” 
olacağını iddia edirlər. 
1974-1975-ci illərdə T.M.Seyidov tərəfindən Naxçıvan MR-də 
aparılan axtarış  işləri nəticəsində Orta Eosen yaşlı kompleksin aşağı  
hissəsində, yaşılımtıl-mavi rəngli trasslardan və tufqumdaşlarından ibarət 
piroklastik süxurların arasında  seolitsaxlayan horizont aşkar edilmişdir. Məlum 
olmuşdur ki, Naxçıvan ərazisindəki seolitlər Ordubad sinklinoriumunun Orta 
Eosen yaşlı vulkanogen-çökmə qatı ilə  əlaqədardır. Aşkar edilmiş 
seolitsaxlayan horizont (qlaukonitli) Düylünçay və Qaradərəçay arası 
sahədə, maksimal qalınlığı 30 m olan və qərbə doğru qalınlığı 1 m-dək 
azalan ensiz zolaq şəklində  cənub-şərqdən  şimal-qərbə doğru 17 km 
məsafədə izlənilir. Sonradan Paradaş çökəkliyində onlar Üst Eosen çö-
küntülərinin altına gömülür. Nursu-Tirkeş  çökəkliyində Orta Eosen çö-
küntüləri arasında bu layın davamı Kolanı kəndi yaxınlığında və İşgəsu-
yun yuxarı axım hissəsində yer səthinə çıxır. Daha sonra seolitsaxlayan 
horizont  şimal-qərb istiqamətdə uzanaraq Qızıl Qışlaq kəndi yaxın-
lığında və Küküçayın üst axım hissəsində 30 m qalınlığında 18-20 km 
məsafədə izlənilir. Burada trass görünüşlü tuflar qumdaşı, argillit və 
tufqravellitlərin növbələşməsi ilə  təmsil olunaraq lütet mərtəbəsinin 
çöküntülərinin kəsilişində dayaq horizontu rolunu oynayır.   
Naxçıvan MR-də seolitsaxlayan süxurlar xırdadənəli və çatlı olub, 
ətraf süxurlardan özünün yaşılımtıl – mavi rənginə görə kəskin fərqlənir. 
Seolitsaxlayan horizont yer səthində dağ qazmaları ilə izlənilmiş, dərin-
liyə buruq quyuları vasitəsi ilə öyrənilmişdir.  
Kimyəvi analizin nəticələrinə görə, seolitdə SiО
2
-nin miqdarı   
53,26 - 65,70%,    Fе
2
О
3
 - 1,55-4,01%,  CаО - 3,27-10,9%,  МgО - 0,56-
2,42%,  ТiО
2
 - 0,19-0,63%-dir. 
 Termiki  və rentgenofaza analizlərinin nəticələrinə görə, ayrı-ayrı 
intervallarda seolitin miqdarı 55-75% arasında dəyişməklə, mordenitin 
miqdarı  58-72% təşkil edir. 
Axtarış    işlərinin nəticələrinə  görə  Çənnəb sahəsi (Düylünçay və 
Qaraçay arası sahə) perspektivli olduğundan orada daha dəqiq geoloji-
kəşfiyyat işlərinin aparılması tövsiyə olunmuşdur. 
2005-2007-ci illərdə S.Q.Rzayev tərəfindən Çənnəb sahəsində 3 
kv.km ərazidə  1:10000 miqyaslı axtarış işləri aparılmış və axtarış işləri 

 
135
nəticəsində Göycələr, Qarovulxana və Əqicədərə seolit təzahürləri  aşkar 
edilmişdir. Daha perspektivli Göycələr təzahüründə axtarış-qiymətləndir-
mə işləri yerinə yetirilmişdir.  
Seolit saxlayan tuf və tuffit layı Orta Eosenin Üst və Alt Lütet 
mərtəbəsinin çöküntüləri arasında yerləşir.  
Çənnəb sahəsində seolit saxlayan layın görünən qalınlığı 22,0 m-
dən 186,5 m-ə, həqiqi qalınlığı isə 6 m-dən 30 m-ədək çatır. Göycələr 
seolit təzahüründən götürülmüş  sınaqların nəticələrinə görə seolitsax-
layan süxurlarda mordenitin miqdarı 45-75% arasında dəyişir. Aydağ 
seolit yatağında aparılan bölgüyə uyğun olaraq Göycələr seolit təzahü-
ründə I (mordenitin miqdarı 60%-dən yuxarı) və II (mordenitin miqdarı 
45-60%) növ seolitlər ayrılmışdır. Aparılan tədqiqatlar göstərir ki, seolit-
lər yüksək termostabilliyə (700
0
C) malikdir və  onun  kristallik qəfəsi 
1050
0
C-dən yuxarı temperaturda dağılır. 
Adətən seolitlər təbii vəziyyətdə, zənginləşdirmə aparılmadan  istifadə 
olunur. 50%-dən yuxarı seolit saxlayan yataqlar sənaye əhəmiyyətli sayılır.  
Göycələr seolit təzahürünün C
2
 kateqoriyası üzrə ehtiyatları 15,7 mln. 
ton, P
1
  kateqoriyası üzrə proqnoz resursları isə 19,5 mln. ton təşkil edir.  
 
Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin