112
2.1.4.2. Pliosen yaşlı opalsaxlayan törəmə kvarsitlər
2.1.4.2.1. Salvartı opalsaxlayan süxurlar yatağı
Yataq Zəngəzur silsiləsində Salvartı dağının cənub-qərb yamacın-
da, Gömür kəndindən 7-8 km şərqdə, birbaşa Ermənistanla sərhəd zo-
nada yerləşir.
Yataq 1976-cı ildə T.M.Seyidov tərəfindən aşkar edilmiş, 1977-
79-cu illərdə isə yataqda T.M.Seyidov, İ.Ə.Məmmədov və O.İ.İsmayılov
tərəfindən kəşfiyyat işləri həyata keçirilmişdir.
Yatağın geoloji quruluşunda Miosen və Alt Pliosen yaşlı vulkanit-
lər iştirak edir. Yataq Alt Pliosenin andezitləri, onların brekçiyaları və
tufları, andezit-bazaltların örtük və axımları ilə mürəkkəbləşmişdir.
Salvartı yatağının opalsaxlayan süxurları kiçik intruziyanın ekzo-
təmasından keçən iri tektonik zonaya aid edilmiş
və andezit-bazalt,
andezit-dasit, andezit-porfirit süxurları və tuflarının hidrotermal dəyişmiş
məhsullarıdır.
T.M.Seyidov (1976) tərəfindən Salvartı opalsaxlayan süxurlar yata-
ğının hidrotermal-dəyişmiş süxurlarında aşağıdakı metasomatik zonallıq
aşkar edilmişdir:
1. Dəyişmiş süxurlar zolağının daxili hissəsi kaolin-opal süxurları-
nın müxtəlif fasiyalarının növbələşməsindən ibarət olan opalsaxlayan
süxurlarla təmsil olunaraq, uzunluğu 250-300 m, eni 10-15 m-dən 20-40
m-dək olan zonalar əmələ gətirir. Kaolin-opal süxurlarının rəngi ağdan
sarımtıl-ağa və açıq-bozdan yaşıla qədər dəyişir. Süxurlar tozşəkilli
kaolin hissəcikləri qarışığı saxlayan opaldan ibarətdir.
2. Dəyişmiş süxurlar zolağının şimal-qərb hissəsində layşəkilli,
qırmızımtıl-qəhvəyi rəngli, şüşə parıltılı səthə və balıqqulağına oxşar
sınıqlar əmələ gətirən yaşma görünüşlü tuflara rast gəlinir, uzunluğu 20-
30 m, qalınlığı 3-5 m.
3. Yatağın şimal-şərq hissəsində hidrotermal-metasomatik dəyişmiş
süxurlar sarımtıl-ağ və ağ rəngli, “dil” formalı intensiv kaolinləşmiş
kvars-kaolin qumları qeyd olunur, qalınlığı 50 m.
4. Hidrotermal-metasomatik dəyişmiş süxurların mərkəzi hissəsin-
də 5x10 və 10x50 m ölçülü, “pəncərə” şəkilli bir neçə andezit-porfirit və
bazalt qalıqları müşahidə olunur.
113
5. Hidrotermal dəyişmiş süxurların cənub-şərq hissəsində uzunluğu
300-350m, eni isə 60-120 m təşkil edən boz, açıq-boz, çəhrayımtıl-boz
rəngli törəmə kvarsitlər müşahidə olunur.
Süxurlara teksturasına görə massiv, brekçiya görünüşlü və bəzən
laylı formalarda rast gəlinir. Strukturası əsasən qalıq porfir görünüşlüdür.
Aşağıdakı Salvartı yatağının kimyəvi tərkibi hər lay üzrə ayrıca
verilir.
Cədvəl 10
Salvartı yatağının kimyəvi tərkibi
Komponentlər,
%-lə
Buruq
quyuları
üzrə
Şurflar üzrə
Xəndəklər
üzrə
Lay üzrə
orta
1 2
3
4
5
Üst lay
SiО
2
69,5-93,0 75,68-76,12 80,02-90,75 81,86
Аl
2
О
3
0,5-7,5 8,0-10,07 1,5-8,25 4,76
Fе
2
О
3
0,75-1,35 1,45-1,75 0,4-3,5
1,6
Orta lay
SiО
2
80,4-93,0 9,83-91,11
95,8-96,0
85,99
1 2
3
4
5
Al
2
О
3
5,0-7,24 0,13-3,66 0,3-1,3
5,83
Fе
2
О
3
0,18-3,96 0,37-0,41 0,23-0,87
0,6
Alt lay
SiО
2
71,4-94,3
89,0-96,0
86,55
Al
2
О
3
0,62-10,0
0,45-1,8
4,04
Fе
2
О
3
0,36-2,88
0,28-1,74
1,37
Fе
2
О
3
-ün miqdarına görə üst layın süxurları tünd yaşıl rəngli butul-
ka istehsalına yararlıdır. Orta və alt layın nəticələrinin müqayisəsi
göstərir ki, layların orta nəticələri bir-birindən o qədər də fərqlənmir.
Buradan belə bir nəticəyə gəlmək olar ki, alt layın süxurları da fəaliyyət-
də olan Dövlət Standartının tələblərinə cavab verir və onlardan tünd yaşıl
rəngli butulka istehsalında istifadə etmək olar.
Üst qatdan götürülmüş 5 və 6 saylı sınaqların laboratoriya şəraitin-
də birləşdirilmiş tədqiqatları göstərir ki, 2 m dərinliyə qədər olan opal-
saxlayan süxurlar hətta ağ rəngli və büllur şüşələrin alınmasında istifadə
edilə bilər.
114
Birləşmiş sınaqların laboratoriya tədqiqatları göstərmişdir ki, opal-
saxlayan süxurlar keramika sənayesində kimyəvi cəhətdən dayanıqlı mə-
mulatların (dinas kərpic, kafel, metlax və s.) alınmasında istifadə edilə
bilər.
Opalsaxlayan süxurların şüşə istehsalında istifadə mümkünlüyünü tam
aydınlaşdırmaq üçün Dövlət Elmi-Tədqiqat Şüşə İnstitutunda (Moskva
şəhəri) opalsaxlayan süxurların mineraloji-petroqrafik və kimyəvi tərkibi
öyrənilmiş, miqdari rentgenofaza, termoağırlıq və differensial-termik
analizlər aparılmış, xammalın işlənməsi və şixtanın tərkibi dəqiqləş-
dirilmiş, ilkin və son hesablamalar aparılmış, şüşənin əridilməsi və əri-
dilmiş şüşənin fiziki-mexaniki xüsusiyyətləri öyrənilmişdir.
Tədqiq olunan opalsaxlayan süxurların orta kimyəvi tərkibi aşağı-
dakı kimidir (%-lə): SiО
2
-84,37; Аl
2
О
3
-4,07; Fе
2
О
3
-0,67; CаО-1,04;
МgО-0,51; Nа
2
О-0,75; К
2
О-0,76; ТiО
2
-0,97; SО
3
-0,36; yandırılma
zamanı iitki (y.z.i.)-5,98.
Opalsaxlayan süxurların təqdim olunan orta kimyəvi tərkibi göstə-
rir ki, Fе
2
О
3
-ün miqdarına görə təqdim olunan materiallardan tünd yaşıl
rəngli butulka istehsalında istifadə etmək olar. Opalsaxlayan süxurların
növündən asılı olaraq (opalsaxlayan süxurların silisləşmə dərəcəsindən
asılı olaraq) onların kimyəvi tərkibində SiО
2
miqdarı 85%-dən 94%-ə
qədər dəyişir.
Termoağırlıq və differensial-termiki analizin nəticələri göstərir ki,
opalsaxlayan süxurlarda absorbsiya suyunun kəskin ayrılma effektinin
maksimumu 140
0
С-də baş verir.
Termoqramda hidroslyuda mineralının iştirakı ilə əlaqədar maksi-
mum endotermik effekt 485
0
, 525
0
, 755
0
С-də müşahidə olunur. Kütlədə
ümumi itkinin miqdarı 6% təşkil edir.
Tədqiq olunan xammalın işlənmə prosesi Dövlət Şüşə İnstitutunun
Təcrübə Şüşə Zavodunda fəaliyyət göstərən texnoloji xətdə aparılmışdır.
İlkin işlənmədən keçmiş xammal Təcrübə Şüşə Zavodunun sexində
texnoloji normaların tərkibinə və şixtanın reseptinə uyğun olaraq 2 BT-
15 tipli teleşkada qarışdırıcıya daxil edilmiş, “Dreysmass” qarışdırıcısın-
da isə digər komponentlərlə qarışdırılmışdır.
Aşağıda 100 kq tünd yaşıl rəngli şüşə kütləsi almaq üçün şixtanın
tərkibi verilir. Hesablamalar Dövlət Şüşə İnstitutunun Qusev filialında
şüşə qablar istehsal edən zavodlar üçün hazırlanmış üsula uyğun aparıl-
mışdır. Şixtanın tərkibinin son hesabatı aşağıdakı cədvəldə verilir.
115
Cədvəl 11
100 kq tünd yaşıl rəngli butulka istehsalı üçün şixtanın
kütləsi və kimyəvi tərkibi
Şixtanın
tərkibi
Miq-
darı,
kq
Şüşənin tərkibinə daxil olan oksidlərin miqdarı, %-lə
Si
О
2
А
l
2
О
3
Fе
2
О
3
C
аО
М
gО
N
а
2
О
Cr
2
О
3
S
О
3
opal
84,42 9,54 3,35 0,55 0,86 0,42 1,01 - 0,3
təbaşir
6,11 0,07 0,03 0,002 5,35 0,02 -
- -
dolomit
7,96 0,19 0,05 0,003 2,49 1,56 -
- -
soda
24,8
- - - - - 2,54
- -
şora
3,57
- - - - - 1,5
- -
alüminium
oksidi
2,19
- 2,17
- - - - - -
kalium
xromat
duzu
0,25
- - - - - - 0,1
-
cəmi:
129,3 9,8 5,6 0,56 8,7 4,8 4,8 0,1 0,3
Bişirmənin nəticələri göstərir ki, şüşə normal bişmiş və opal əsaslı
şüşənin bişmə texnologiyasında nəzərə çarpacaq heç bir dəyişiklik
müşahidə olunmamışdır.
Bişirilmiş şüşə kütləsindən üfürülmə üsulu ilə həcmi 0,5 l olan
butulka və BF-2 yarımavtomat cihazında presləmə üsulu ilə meyvə qab-
ları (vaza) hazırlanmışdır. Üfürülmə zamanı temperatur 1250-1260
0
С,
yarımavtomat cihazda isə presləmə zamanı temperatur 1270-1280
0
С ol-
muşdur.
Aparılan tədqiqatlardan aşağıdakı nəticələrə gəlmək olar:
1. İstifadədən əvvəl opalsaxlayan süxurlar ortaq tərkibə gətirilməlidir.
2. Tədqiq olunan xammaldan hazırlanan şixtanın texnologiyası
şüşəbişirmə sənayesi üçün qəbul olunmuş ümumi texnologiyadan heç nə
ilə fərqlənmir.
3. İlkin olaraq ortaq tərkibə gətirilmiş Salvartı yatağının opalsaxlayan
süxurlarından tünd-yaşıl rəngli butulka istehsalında istifadə oluna bilər.
Yatağın hidrogeoloji və mühəndis-geoloji şəraiti çox əlverişli olub,
kəşfiyyat dərinliyinə qədər qrunt sularına rast gəlinməmişdir.
116
Yatağın istismar şəraiti əlverişli olub, faydalı qazıntının kəşf olun-
muş bütün qalınlığı üzrə açıq karxana üsulu ilə istismar olunmasına şə-
rait yaradır.
Yatağın B+C
1
kateqoriyaları üzrə ehtiyatları 1206 min ton, C
2
kateqoriyası üzrə isə 245,9 min ton təşkil edir.
2.1.4.3. Şüşə sənayesi üçün digər xammallar
2.1.4.3.1. Nehrəm dolomit yatağı
1980-ci ilin sonlarında Naxçıvan, Bakı və respublikanın digər şüşə
zavodlarında şüşə xammalı kimi yerli dolomit yataqlarından istifadə
olunması gündəmə gətirildi.
Bu məqsədlə 1981-1983-cü illərdə T.M.Seyidov və İ.Ə.Məmmə-
dov tərəfindən muxtar respublika ərazisindəki dolomitlərin şüşə isteh-
salına yararlılığını qiymətləndirmək üçün Nehrəm yatağında əlavə kəş-
fiyyat işləri aparılmışdır.
Geoloji kəşfiyyat işləri əvvəllər susuzlaşdırılmış soda istehsalı üçün
öyrənilmiş yatağın B kateqoriyalı ehtiyatlarının şərq cinahında yerləşən
C
1
kateqoriyalı ehtiyatların daxilində aparılmışdır.
(Yatağın geoloji quruluşu “Dolomit” bölməsində verilmişdir).
Respublikamızda dolomitin geniş yayılmasına baxmayaraq şüşə
sənayesinin tələblərinə cavab verən, müəyyən qədər təmiz dolomitə
nadir hallarda rast gəlinir. Bu rəngləyici oksidlərə, əsasən də dəmir
oksidinə sənayenin çox ciddi tələbatından irəli gəlir. Şüşə məmulatların
növündən asılı olaraq dolomitdə Fе
2
О
3
-ün miqdarı aşağıdakı kimi təyin
olunmuşdur: elektron sənayesində, əla növlü şüşədə, cihazqayırma və
digərlərində 0,005%, şüşəlifli materiallarda 0,1%, şüşə qablar və müxtə-
lif növ butulkalar üçün 0,25-0,40%.
Qeyd etmək lazımdır ki, DÜST-də nəzərdə tutulan tələbatlar əsa-
sən, pəncərə və texniki şüşələr və həmçinin müxtəlif növ qablar və bu-
tulkaların istehsalında istifadə olunan dolomitə aid edilir.
Şüşə istehsalı üçün öyrənilən sahədən götürülmüş sınaqların nəticə-
lərinə görə xəndəklər üzrə МgО-nun miqdarı 21,0-22,4%; CаО-8,14-
30,3%; Fе
2
О
3
-0,23 - 0,7%; Аl
2
О
3
-,04-1,0%; buruq quyuları üzrə МgО-
9,75-21,72%; CаО-7,5 - 32,2%; Fе
2
О
3
-0,41-0,7%; Аl
2
О
3
-,11-0,67%
olmuşdur.
117
Laboratoriya tədqiqatlarının nəticələri göstərir ki, dəmir oksidin
miqdarı istisna olmaqla əsas komponentlərin miqdarı 23672-79 saylı
DÜST-in “Şüşə sənayesi üçün xırdalanmış dolomit” Dövlət Standartının
tələblərində göstərilən hədd daxilindədir. Dəmir oksidinin miqdarı bir
qədər standartın tələblərindən yüksəkdir.
Qeyd etmək lazımdır ki, tünd-yaşıl rəngli butulka istehsalı üçün
nəzərdə tutulan dolomitlərdə dəmir oksidlərinin Fе
2
О
3
-ə hesablanmış
miqdarı DÜST-ün tələbatlarına uyğın limitləşdirilməməlidir. Hər bir
konkret yataq üçün müvafiq şüşə zavodunun tələbatları nəzərə alınmaqla
texniki şərt hazırlanmalıdır. Nehrəm yatağı üçün də belə bir texniki şərt
hazırlanmışdır. Nehrəm yatağının dolomitlərindən şüşə qablar istehsalın-
da - mineral suların doldurulması üçün tünd-yaşıl rəngli butulkaların
istehsalında istifadə etmək nəzərdə tutulur. Bununla əlaqədar olaraq
Nehrəm dolomit yatağı üçün hazırlanmış və şüşə zavodu tərəfindən
bəyənilmiş texniki şərtdə Fе
2
О
3
-ün miqdarı 0,7% -dən çox olmamaq
şərtilə qəbul edilmişdir.
1980-ci ildə yataqdan götürülmüş 15 ton ağırlığında texnoloji sınaq
əsasında yarımzavod, 1982-ci ildə isə 34 ton ağırlığında texnoloji sınaq
əsasında zavod tədqiqatları aparmaqla dolomitlərin şüşəbişirmədə xam-
mal kimi yararlılığı öyrənilmişdir. Zavod tədqiqatları Bakı Şüşə Məmu-
latları Zavodunda aparılmışdır.
Zavodda aparılan tədqiqatlar zamanı alınan müsbət nəticələr göstər-
mişdir ki, mineral suların doldurulması üçün tərkibində 0,7%-ə qədər
Fe
2
O
3
olan dolomitlərdən tünd-yaşıl rəngli butulka istehsalında istifadə
etmək olar.
Tədqiq olunan xammalın işlənməsi zavodda şüşə qabların istehsalı
üçün nəzərdə tutulan texnoloji sxem üzrə aparılmışdır.
Çənəli xır-
dalayıcı
Qurutma →
+300
0
С
Diyircəkli
dəyirman
→
Ələmə
Bosninsk dolomitlərinin texnoloji işlənməsi ilə müqayisə göstərir
ki, xammalın daha narın xırdalanması üçün istifadə olunan diyircəkli
dəyirmanın istifadə əmsalı 30% aşağı düşür. Bu, Nehrəm dolomitləri-
nin yüksək möhkəmliyi ilə əlaqədardır.
Bişirmənin nəticələri göstərmişdir ki, Nehrəm yatağının dolomit-
lərindən istifadə etdikdə şüşənin bişmə texnologiyasında nəzərə çarpacaq
heç bir dəyişiklik müşahidə olunmamışdır.
118
Aşağıdakı cədvəldə Bakı Şüşə Qablar Zavodunun laboratoriyasında
Bosninsk və Nehrəm yataqlarının dolomitlərindən istifadə etməklə alınan
şüşələrin kimyəvi tərkiblərinin müqayisəsi verilir.
Cədvəl 12
Nehrəm və Bosninsk yataqlarının dolomitlərindən istifadə etməklə alınmış
şüşələrin kimyəvi tərkiblərinin müqayisəsi
Şüşə SiO
2
MgO CaО Fe
2
O
3
Al
2
O
3
SO
3
Na
2
O
Bosninsk dolomitin-
dən istifadə etməklə
71.60 3.90 6.16 0.38 3.22 0.36 14.38
Nehrəm dolomitin-
dən istifadə etməklə
71.70 3.80 6.23 0.43 3.21 0.32 14.31
Cədvəldən göründüyü kimi, Nehrəm yatağının dolomitlərindən
istifadə etməklə alınan şüşənin keyfiyyəti (kimyəvi tərkib üzrə)
Bosninsk yatağının dolomitlərindən istifadə etməklə alınan şüşənin
keyfiyyətindən demək olar ki, fərqlənmir. Hazır məhsul vizual görü-
nüşünə görə Bosninsk yatağının dolomitlərindən istifadə etməklə
alınan məhsuldan ancaq bir qədər tünd rəngi ilə seçilir. Bu isə,
Nehrəm yatağında Fе
2
О
3
-ün yüksək miqdarı ilə əlaqədardır.
Nehrəm yatağının dolomitləri öz fiziki-kimyəvi nəticələrinə
görə 23672-79 saylı “Şüşə sənayesi üçün xırdalanmış dolomit” Döv-
lət standartının XД-18-0,40 markasına və Naxçıvan Şüşə Zavodu
üçün hazırlanmış texniki şərtin tələblərinə uyğun gəlir. Beləliklə,
Nehrəm yatağının dolomitləri şüşə sənayesində tünd-yaşıl rəngli
şüşə qablar və butulkalar istehsalına yararlıdır.
Nehrəm dolomit yatağının şüşə istehsalı üçün öyrənilən ehti-
yatları B kateqoriyası üzrə 1477905 ton, C
1
kateqoriyası üzrə isə
3200431 ton təşkil edir.
119
2.1.5. İncə keramika istehsalı üçün xammallar
2.1.5.1. Çətinəriyən gillər
2.1.5.1.1. Pirigöl yatağı
Yataq Salvartı dağının cənub-qərb yamacında, vulkanın kraterində
yerləşən Pirigöl gölünün ətrafında, Salvartı opalsaxlayan süxurlar yata-
ğından (şüşə xammalı kimi öyrənilən) 1,0-1,5 km şimal-qərbdə yerləşir.
Yataq 1976-cı ildə T.M.Seyidov tərəfindən aşkar edilmiş, 1977-
1979-cu illərdə T.M.Seyidov, O.İ.İsmayılov və İ.Ə.Məmmədov tərəfin-
dən yataqda kəşfiyyat işləri aparılmışdır.
Yatağın geoloji quruluşunda Alt Pliosenin andezit, andezit-porfirit,
andezit-bazalt və xırda-orta qırıntılı vulkan brekçiyaları ilə təmsil olunan
vulkanitlər iştirak edir.
Pirigöl yatağı intensiv dəyişmiş andezit, andezit-bazaltların yuyul-
ması və daşınması nəticəsində vulkanın kraterində əmələ gəlmişdir.
Kaolinləşmiş süxurlara və montmorillonit gillərə çevrilmiş süxurlar mor-
foloji cəhətdən gölün ətrafında linza və layşəkilli yatım əmələ gətirir.
Pirigöl yatağının 12 №-li buruq quyusu üzrə kəsilişi aşağıdakı
kimidir (yuxarıdan aşağıya):
1. Torpaq-bitki qatı və elüvial-delivüal çöküntülər, qalınlığı 7,0 m-ə
qədər.
2. Silisli, incədənəli, ağımtıl-boz və ağ rəngli gil, qalınlığı 22,0 m-ə
qədər (faydalı qat).
3. Tünd-boz rəngli, dəyişmiş andezit-bazalt, 2,0 m.
Ağ rəngli silisli gillər makroskopik görünüşünə görə təmiz olub,
demək olar ki, heç bir zərərli qarışıq saxlamır. Nəm vəziyyətdə xəmirə-
oxşar bozumtul rəngli qarışıq əmələ gətirir və quruyarkən ağ rəngə çalır.
Çox yüngüldür və nəm vəziyyətdə asanlıqla barmaqların arasında
yayılır.
Mikroskop altında pelitomorf struktura müşahidə olunur. Süxur
keçən işıqda şəffaf olmayıb, əks edən işıqda ağ və ya azacıq sarımtıl
rəngə çalan bozumtul gil minerallarının xırda aqreqatlarından ibarətdir.
Kvarsın tək-tək alevrit dənəcikləri və plagioklaz müşahidə olunur.
Termoqramın nəticələrinə görə kaolinitin yüksək miqdarı qeyd
olunur.
120
Kimyəvi analizin nəticələrinə görə SiО
2
-nin miqdarı 52,8-70,90%;
Аl
2
О
3
-10,50-15,60%; Fе
2
О
3
-2,30-6,40%; ТiО
2
-0,35-1,06%; CаО-1,25-
2,56%; МgО-1,11-1,92%; К
2
О-1,15-2,31%; Nа
2
О-1,01-1,80%; SО
3
-
0,04% -1,54% təşkil edir.
Keramiki tədqiqatların nəticəsi göstərir ki, gilin havada qısalması
8-9% olub, istiyədavamlılığı 1520-1540
0
C və daha yüksəkdir. Beləliklə,
tədqiq olunan gillər 9169-75 saylı “Keramika sənayesi üçün gil xam-
malı” Dövlət Standartının tələblərinə uyğun olaraq çətinəriyən gillər
qrupuna aiddr. Rəngləyici oksidlərin (Fе
2
О
3
+ ТiО
2
) miqdarına görə
gillər orta miqdarda rəngləyici oksidlər saxlayan gillər qrupuna, plastik-
liyinə görə yüksək plastikli gillər qrupuna aid olub, orta qısalma və əri-
mə temperaturuna görə çətinəriyəndir.
Gillərdən aşağıdakı növ məmulatların hazırlanması tövsiyə olunur:
1. Çini, yarımçini və saxsı sanitar-texniki məmulatlar.
2. Daxili divarlar üçün keramiki plitələr.
3. Döşəmə üçün qlazurlaşdırılmış və qlazurlaşdırılmamış keramiki
plitələr.
4. Kanalizasiya boruları.
5. Kimyəvi dayanıqlı məmulatlar (kərpic, plitə və s. məmulatlar).
Silisium oksidinin yüksək miqdarını, həcm kütləsinin aşağı olması-
nı, həmçinin absorbsiya xüsusiyyətlərini nəzərə alaraq gillərdən qəndin
təmizlənməsində süzgəc kimi istifadə etmək olar. Gilin tərkibində olan
CаО və МgО qəndin filtrasiyasına zərərli təsir göstərmir. Onlar ancaq
turş məhlulların, məsələn, limon şirəsi və s. filtrasiyasına zərərli təsir
göstərir.
Qeyd etmək lazımdır ki, bu gillər Pliosen və Dördüncü dövrün əv-
vəli üçün xarakterik olub, onların əmələ gəlməsi şirin sularla əlaqədardır.
Yataq şirin sulu gölün - vulkan kraterinin kənarlarında əmələ gəlmişdir.
Gölün yaranması gilin əmələ gəlməsi üçün əlverişli şərait yaratmışdır.
Evlərin ağardılması məqsədilə yataq yerli əhali tərəfindən kiçik
miqyasda istismar olunur.
Yatağın C
2
kateqoriyası üzrə ehtiyatları 700 min ton təşkil edir.
2.1.5.2. Çini daşı
Çini daşına turş tərkibli paleovulkanik süxurların hidrotermal-
metosomatik dəyişmiş məhsulları aid edilir. L.N.Nikulin və T.İ.Tarayevə
121
(1959) görə bu süxurlar əsasən riolit, dasit, bəzən isə andezit və onun
tuflarının dəyişməsi nəticəsində əmələ gəlir.
Çini daşları həm daş kimi möhkəm, həm də zəif sementləşmiş
növlərlə təmsil olunur.
İri çini daşı layları az dərinlikdə vulkanik süxurların hidrotermal-
metasomatik dəyişməsi nəticəsində əmələ gəlir.
Müvafiq keramiki xammal yataqları Çində min ildən artıq müddət-
də, Yaponiyada isə XVII əsrin əvvəllərindən istifadə edilir. Yaponiyada
“toseki” adı ilə tanınan çini daşları geniş yayılaraq məşhur Amakusa,
İdzusi və Taysyu çini daşı yataqları ilə təmsil olunur. Çinin ən məşhur
çini daşı yataqları Nan-Kan, Çi-Mın, San-Bao-Pen, Koreyada isə Depxen
yataqlarıdır.
MDB-yə daxil olan ölkələrdə əvvəllər çini daşı faydalı qazıntı kimi
qəbul edilmirdi. 1962-ci ildə V.İ.Finko və V.İ.Maqidoviç tərəfindən
Uzaq Şərqdə Primoryedə Qusev yatağı kəşf olunduqdan sonra bu istiqa-
mətdə axtarış işləri genişləndirildi. Hazırda həmin yatağın bazası əsasın-
da Artyomovsk çini daşı yatağı fəaliyyət göstərir. Sonralar Qazaxıstanda
perspektivli Qulan-Tübe, Şimali Qafqazda isə Bezenqi yataqları aşkar
edilmişdir.
Xırdadənəli, az miqdarda rəngləyici oksidlər saxlayan, mineraloji
və kimyəvi tərkibinə görə dayanıqlı olan çini daşı yataqlarının ehtiyat-
ları 1 mln. tondan az olmamalıdır.
Naxçıvan MR-də çini daşları ilk dəfə 1976-cı ildə T.M. Seyidov
tərəfindən Zəngəzur silsiləsinin suayırıcısında tektonik pozulma zonasın-
da aparılan axtarış işləri nəticəsində aşkar edilmişdir.
1985-1988-ci illərdə İ.Ə.Məmmədov və Ə.Ə.Əsgərov tərəfindən
Şahbuz rayonu ərazisində aparılan axtarış işləri nəticəsində Kükü, Qanlı
göl, Vəlişəkən-Qarababayurdu, Ortayal, Ağqaya, Qışlaq, Batabat və di-
gər çini daşı təzahürləri aşkar edilmişdir.
Aşağıda daha perspektivli çini daşı təzahürləri haqqında qısa məlu-
mat verilir.
2.1.5.2.1. Kükü təzahürü
Kükü çini daşı təzahürü eyniadlı kənddən 4,0 km şimal-qərbdə,
Dərələyəz silsiləsinin şimal-şərq yamacında yerləşir.
Ərazinin geoloji quruluşunda tuflu qumdaşı və argillitlərlə təmsil
olunan Orta Eosen çöküntüləri iştirak edir.
122
Küküçayın yuxarı axım hissəsində, silsilənin cənub-qərb yamacın-
da şimal-şərq istiqamətli “Kükü” dərinlik qırılması keçir. Bu dərinlik
qırılması boyu Alt Pliosenin süxurları brekçiyalaşmış, dəmirləşmiş və
intensiv kaolinləşmişdir.
Süxurların mikroskop altında öyrənilməsi göstərir ki, kaolinləşmiş
süxurlar andezit və andezit-dasitlərin hesabına əmələ gəlmişdir. Mikros-
kop altında əsas kütləsi pilotaksit və mikrolit olan mikroporfir struktura
müşahidə olunur. Süxurlara intensiv dəmir hidrooksidləri hopmuş və
onlar dendrit görünüşlü və qeyri-müəyyən formalar əmələ gətirmişdir.
Termoqram qeyd olunan süxurların qalluazit, kaolin və kvars mine-
rallarından təşkil olunduğunu təsdiq edir.
Kimyəvi analizin nəticələri göstərir ki, çini daşında SiО
2
-nin miq-
darı 67,0 - 76,5%; Аl
2
О
3
-12,1-14,5%; Fе
2
О
3
-0,80-1,75%; ТiО
2
-0,06-
0,14%; CаО-0,28 - 1,12%; МgО-0,1-1,56%; К
2
О-4,32 - 5,34%; Nа
2
О-
1,68-3,22%; SО
3
-
<
0,04%-dir.
Çini daşları kimyəvi tərkibində FеО+Fе
2
О
3
və ТiО
2
kimi rənglə-
yici oksidlərin az miqdarda saxlaması ən vacib xüsusiyyətlərdən biridir.
Çini istehsalında istifadə olunan yüksək keyfiyyətli çini daşında FеО+
Fе
2
О
3
ümumi miqdarı 0,6%-dən çox olmamalıdır. ТiО
2
-nin miqdarına
görə çini daşları aşağı titanlı (ТiО
2
<
0,3%) keramiki xammallara aid
edilir və buna görə də kaolindən asanlıqla fərqlənir.
Çini daşlarının mineral tərkibi onun kimyəvi tərkibi ilə sıx əlaqə-
dardır. Birinci növbədə buna keramiki kütlənin əsas komponenti sayılan
və ərimə funksiyasını yerinə yetirən qələvilərin miqdarı (К
2
О+Nа
2
О)
aid olub, çöl şpatı və mikanın tərkibindən süxura daxil olur.
Kaolinit tərkibli çini daşlarının keyfiyyətinin qiymətləndirilməsi
üçün Qusev çini daşı yatağı üçün hazırlanmış tələbatlar MDB ölkələri
üçün etalon kimi qəbul olunmuşdur.
Laboratoriyada aparılan tədqiqatların nəticələrinə görə Fе
2
О
3
-ün
miqdarı 0,80%-dən yüksək olub, tələbatda nəzərdə tutulan həddən yük-
səkdir. ТiО
2
-nin miqdarı isə 0,14%-dək olub, tələbatda nəzərdə tutulan
hədd (<0,3%) daxilindədir. Qələvilərin ümumi miqdarına görə Kükü
təzahüründəki süxurlar qələvi tipinə (R
2
О
>
3
,
0%) aid edilir.
Kükü təzahürünün C
2
kateqoriyası üzrə ehtiyatları 12,6 mln. m
3
təşkil edir.
123
2.1.5.2.2. Batabat təzahürü
Zəngəzur silsiləsinin şimal-qərb yamacında, 2541,4 m yüksəkliyin-
dən 500 m qərbdə yerləşir.
Sahənin geoloji quruluşunda Zəngəzur və Dərələyəz silsilələrinin
su ayırıcında Naxçıvançayın mənbəyində yer səthinə çıxan Orta Eosenin
vulkanogen-çökmə qatının üzərində maili (8
0
) yatım təşkil edən Alt
Pliosenin Biçənək effuziv-piroklastik qatı ilə təmsil olunan çöküntülər
iştirak edir. Biçənək effuziv-piroklastik qatı andezit, vulkanik brekçiya
və tuflarla təmsil olunur. Bu süxurların üzərini Orta Dördüncü dövrün
flüvioqlasial çöküntüləri örtür.
Təzahür şimal-qərb istiqamətli “Salvartı-Batabat” dərinlik qırılması
boyunca yerləşir. Dərinlik qırılmasının ətrafında Alt Pliosen yaşlı süxur-
lar intensiv dəyişmiş və güclü surətdə kaolinləşmişdir. Kaolinləşmiş
süxur zonası açıq-boz, ağ və sarımtıl-boz rəngi ilə ətraf süxurlardan kəs-
kin ayrılır. Termoqramın nəticələrinə görə süxur attapulqit və kaolinit
minerallarından təşkil olunmuşdur.
Kimyəvi analizin nəticələri göstərir ki, süxurda SiО
2
-nin miqdarı
67,8 -74,0%; Аl
2
О
3
-12,8 - 13,8%; Fе
2
О
3
-0,8-1,6%; ТiО
2
-0,11-0,17%;
CаО-0,56-1,55%; МgО-0,61 - 1,42%; К
2
О-4,6 - 5,36%; Nа
2
О- 1,6 -
2,8%; SО
3
-<0,04% -dir.
Tədqiqat işlərinin nəticələri göstərir ki, aşkar edilmiş çini daşı təza-
hürləri qələvilərin (К
2
О+ Nа
2
О) ümumi miqdarına görə qələvi (R
2
О>3,0%)
tipinə aiddir. Bütün çini daşı təzahürləri müxtəlifliyinə görə, natriumlu və
kalium-natriumlu tipə aid edilir. Qeyd etmək lazımdır ki, çini daşlarının
natriumlu növü xarici ölkələrdə yüksək keyfiyyətli şüşə xammalı sayılır.
Batabat təzahürünün proqnoz resursları 1,5 mln. m
3
təşkil edir.
Aşağıda çini daşı təzahürləri üzrə əsas kimyəvi göstəricilərin xarici
ölkələrdə kəşf olunmuş digər yataqlarla müqayisəsi verilir.
Cədvəl 13
Dostları ilə paylaş: |