Sınaqların götürüldüyü yer
CaО MgO SiO
2
+H
2
O Fe
2
O
3
H
2
O
Yer səthindən
(şırım sınaqları üzrə)
30,69 20,49 2,18 0,70 0,20
Dərinlikdən
(kern sınaqları üzrə)
29,22 20,20 4,93 0,84 0,38
Yataq üzrə orta
göstərici:
29,86 20,21 3,76 0,78 0,30
Yarımsənaye tədqiqatları nəticəsində müəyyən edilmişdir ki, dolomit
kimyəvi tərkibinə görə susuzlaşdırılmış soda və metallurji maqnezium
oksidi istehsalı üçün yararlıdır. Maqnezium oksididindən maqnezium-
xromit tərkibli kərpiclərin, elektrik poladəritmə sobaları üçün xrom-
maqnezium tərkibli odadavamlı kərpiclərin istehsalında istifadə edilir.
Dolomitlərin üzlük materiallar istehsalına yararlılığını qiymətlən-
dirilmək üçün götürülmüş sınaqlar tədqiq olunmuş və nəticədə müəyyən
edilmişdir ki, dolomitlər aşağıdakı fiziki-mexaniki xüsusiyyətlərə malik-
dir: həcm kütləsi 2,59-2,71 t/m
3
, xüsusi çəkisi 2,64-2,87 q/sm
3
, suudma
qabiliyyəti 0,09-1,3%, məsaməliliyi 0,31-5,0%, möhkəmlik həddi: quru
halda 623,0-1600,0 kqgüc/sm
2
, suhopdurulmuş halda 565,0-1300,0
kqgüc/sm
2
, dondurulduqdan donra 511,0-1200,0 kqgüc/sm
2
, suya da-
vamlılıq əmsalı 0,90-0,93, şaxtaya davamlılıq əmsalı 0,89-0,92.
Diametri 6,2 m olan domna sobalarında 40-120 mm ölçülü fraksi-
yaların yandırılması zamanı yandırılma dərəcəsi 95
0
, 1 sutkada əhəng
çıxımı 9 t, əhəngdə MgO-nin aktivliyi 83,7% təşkil etmişdir.
Qeyd olunan nəticələrə əsasən dolomitlər həm kimyəvi tərkibinə,
həm də fiziki-mexaniki xüsusiyyətlərinə görə 9479-84 saylı “Üzlük
məmulatlar istehsalı üçün təbii daşlardan bloklar” Dövlət Standartının
tələblərini tam ödəyir və onlardan (əsasən çəhrayı növlərindən) binaların
daxili və xarici divarlarında üzlük materialı kimi, həmçinin yol və tikinti
işlərində möhkəmliyi “1200” marka olan çınqıl və maqnezial əhəng
istehsalında istifadə etmək olar.
102
1980-ci ilin sonlarında dolomitlərdən Naxçıvan, Bakı və digər
şəhərlərdə fəaliyyət göstərən şüşə zavodlarında istifadə edilməsi məsə-
ləsi qaldırıldı. Bu məqsədlə Nehrəm dolomit yatağının əvvəllər susuz-
laşdırılmış soda istehsalı üçün öyrənilmiş C
1
kateqoriyalı ehtiyatları
daxilində kəşfiyyat işləri aparıldı (bu barədə məlumatlar “Şüşə sənayesi
üçün mineral xammallar” bölməsində verilir).
Tədqiqatlar göstərir ki, Nehrəm yatağının dolomitləri dəniz şəraitin-
də çökmə yolla əmələ gəlmişdir. Bu proses dəniz suyunda pH-ın yüksək
miqdarı (8,0) və duzluluğun (>200%) artması ilə müşayiət olunmuş və
diagenez prosesi nəticəsində əhəngli çöküntülər dolomitləşərək dənizin
dibinə çökmüşdür (R.Qarrels, V.Krumbeyn, V.İ.Smirnov).
Nehrəm yatağının dolomitləri təmiz tərkibə malik olmaları (terrigen
qarışıqlar rast gəlinmir) və həmçinin tərkibindəki maqneziumun miqda-
rına görə çox unikal sayılır. Müsbət xüsusiyyətlərindən biri də uzanma
istiqamətində kilometrlərlə məsafədə dolomitlərin struktur-mineraloji və
keyfiyyət göstəricilərinin dəyişməməsidir.
Yatağın istismarının dağ-texniki şəraiti əlverişlidir. Örtük süxurla-
rın olmaması yatağın açıq üsulla istismarına inkan verir.
Yatağın qrunt sularından tamamilə azad olması, dəmir yoluna
yaxınlığı və dolomitin geniş istifadə sahələrinin mövcudluğu Nehrəm
yatağının müsbət cəhətləri olub, ehtiyatları yüksək məhsuldarlığa malik
istehsal sahələrini təmin etməyə qadirdir.
2.1.3. Kükürd
Kükürd yer qabığında ən geniş yayılmış elementlərdən biri olub,
müxtəlif tədqiqatçıların məlumatlarına görə onun yer qabığındakı klarkı
0,03-0,05% təşkil edir. Kükürdün səciyyəvi xüsusiyyətlərindən biri onun
müxtəlif valentli-kəskin bərpa olunan formalardan (metal sulfidləri)
oksidləşmiş (sulfatlar) formalara qədər birləşmələr əmələ gətirməsidir.
Bu formalar təbiətdə nisbətən geniş yayılmışdır. Elementar (sərbəst)
kükürd yuxarıda qeyd olunan formalara nisbətən çox az miqdarda rast
gəlməsinə baxmayaraq böyük təcrübi əhəmiyyət kəsb edir.
Kimyəvi element kimi kükürd çox aktiv olub, həm oksidləşdirici,
həm də bərpaedici funksiya daşıyır. Sərbəst kükürdə mineral kimi açiq-
sarı, qəhvəyi, bəzən isə boz rənglərdə rast gəlinir.
Kükürd əsasən sulfat turşusunun (“kimya sənayesinin çörəyi”)
alınmasında istifadə edilir. Sulfat turşusu isə mineral gübrələrin, suni
103
liflərin, bir sıra turşuların, plastmasın alınmasında və həmçinin hidro-
metallurgiyanın müxtəlif sahələrində geniş istifadə edilir. Kükürd və
onun birləşmələri sellüloz-kağız, rezin sənayesindən əlavə kimyəvi-dər-
man sənayesində müalicəvi preparatların hazırlanmasında da geniş
istifadə olunur. Həmçinin kükürddən partlayıcı maddələrin, kibrit və bir
sıra sintetik materialların istehsalında, nişasta, şəkər, şərab və şərbətlərin
ağardılmasında istifadə olunur.
Kənd təssərrüfatında kükürd meyvə bağlarının və üzümlüklərin
dərmanlanmasında və heyvanların müalicəsində istifadə olunur. Kükürd
birləşmələri neft-kimya sənayesində, yüksək təzyiqə davamlı aparatlar
üçün sürtkü maddələrinin hazırlanmasında, antidetanatorların alınmasın-
da, kosmetik vəsaitlərin və
ağardıcı tərkiblərin hazırlanmasında, lak-
boya sənayesində, pirotexnikada, kükürdlü asfaltların, betonların və
kükürdlü örtüklərin hazırlanmasında və digər sahələrdə istifadə olunur.
Azərbaycan Respublikasında sərbəst kükürd təzahürləri bir sıra
məntəqələrdə məlumdur. V.İ.Meller Azərbaycanın qərb hissəsində
Üçüncü və Dördüncü dövr çöküntülərinin yayıldığı sahələrdə, əsasən
gips toplanan ərazilərdə kükürd çıxışlarının siyahısını tərtib etmişdir.
S.A.Kovalevski Azərbaycanın şərq hissəsində palçıq vulkanlarının
təsvirini verərkən, Keçəldağ, Lökbatan və s. vulkanlarda kükürd
təzahürləri qeyd etmişdir. Keçəldağ vulkanının yamacında 200 qr
ağırlığında xırda kristal kükürd tapılmışdır.
Azərbaycanda olan bütün kükürd təzahürləri içərisində Naxçıvan-
çay hövzəsindəki, Gömür kəndinin yaxınlığındakı kükürdsaxlayan sü-
xurlar daha çox maraq kəsb edir.
2.1.3.1. Gömür kükürd yatağı
Yataq Naxçıvan şəhərindən 50 km şimalda, Şahbuz rayonunun
Gömür kəndindən isə 2 km cənub, cənub-qərbdə yerləşir.
Yataq və onun geoloji quruluşu bir şox tədqiqatçılar-A.A.Stoyanov,
V.E.Livental, V.Q. Yudovski, A.A.Florenski, K.N. Paffenholts və E.K.
Ustiyev tərəfindən öyrənilmişdir.
Müxtəlif vaxtlarda Q.V.Vaşadze və İ.N.Sitkovski tərəfindən yataq-
da kəşfiyyat işləri aparılmış, M.Ə.Qaşqay tərəfindən öyrənilmişdir.
Rayonun geoloji quruluşunda qalınlığı 800 m-dən çox olan Eosen
yaşlı vulkanogen-çökmə süxurlar iştirak edir və bir-biri ilə əlaqəsi olan
iki fasiya ilə təmsil olunur. Gömür kəndindən cənub-qərbdə Eosen yaşlı
104
süxurlar bəzən konqlomeratlarla, əhəngli qumdaşları və qumlu əhəng-
daşları ilə laylaşan tufogen qumdaşları ilə təmsil olunur.
Qeyd olunan süxurlar istiqaməti Gömürçayın vadisinə uyğun gələn
en istiqamətli antiklinalın cənub qanadında yatır.
Yataq ərazisində və Gömürçay vadisində bu süxurlar qədim çayın
terras çöküntüləri, dellüvial, həmçinin uçqun və töküntü süxurları və
daşqın nəticəsində gətirilən süxurlarla örtülmüşdür. Dellüvial süxurların
ümumi qalınlığı 20-30 m-ə çatır.
Mineral bulaqların və kükürdsaxlayan süxurların bir xətt üzərində
yerləşməsi Gömürçay vadisində daha zəif tektonik sahələrin yerləşdiyini
təsdiq edir. Elə bunun nəticəsidir ki, həmin sahədə karbonatlı-hidrokar-
bonatlı-xlorlu-sulfatlı mineral sular geniş yayılmışdır.
Kükürdlü və vulkanogen süxurların intensiv opallaşması, silisləş-
məsi və həmçinin kaolinləşməsi müşahidə olunur. Yataqda A.A.Flo-
renski və E.K. Ustiyev tərəfindən opallaşmış süxurlardan götürülmüş
sınağın kimyəvi tərkibi aşağıdakı kimi olmuşdur: SiO
2
-84,54%, TiO
2
-
4,0%, Al
2
O
3
-3,32%, q.z.i.-7,12%. Qeyd etmək lazımdır ki, süxurlar
təkrar dəyişməyə məruz qaldığından, titan oksidinin miqdarı yüksəkdir.
Pustaçayın yuxarı axım hissəsindən götürülmüş sınağın kimyəvi
tərkibində sərbəst kükürd (S)-0,02-9,98%, əsasən 0,18-1,25%, SO
3
-
7,16-12,17%, SiO
2
-53,28-58,43%, Fe
2
O
3
-5,22-6,65% təşkil edir.
Gömür yatağı rayonunda kükürdün 5 mineragenetik tipi möv-
cuddur:
1.Tünd rəngli effuziv süxur qaymalarında təsadüf olunan kükürd.
2.Məsaməli opalsaxlayan süxurlarda rast gəlinən kükürd.
3.Brekçiya görünüşlü süxurlarda rast gəlinən səpinti kükürd.
4.Gömürçayın mənbəyində boz gillərdə rast gəlinən kükürd .
5.Gömürçayın mənbəyində (Cimcimli yurd) andezit boşluqlarında
rast gəlinən kükürd.
Birinci tip. Qeyri-adi görünüşlü, sarımtıl-yaşıl çalarlı, boz rəngli
andezit tərkibli effuziv süxurlarla sıx qarışmış, dənəvər kütləli kükürdə
aid olub, 75%-ə qədər kükürd saxlayır. Bu tip qaymalara ancaq Gömür-
çayın orta axım hissəsində rast gəlinir. Bu süxurların yayıldığı sahə
təqribən 4 kv.km təşkil edir. Brekçiyavarı süxurlarda qaymaların miqdarı
300 m
3
süxurda 20 kq təşkil edir. Bu qaymalar ilk dəfə istismar işləri ilə
məşğul olan sahibkarlar tərəfindən toplanılmış və istismar edilmişdir.
105
İkinci tip. Məsaməli opalsaxlayan süxurlarda rast gəlinən kükürd
“Şan-Qirem” tərəfindən Çor Talada istismar işləri aparılarkən müşahidə
olunmuş və istismar edilmişdir.
Üçüncü tip. Brekçiya görünüşlü süxurlarda səpinti kükürdə Gö-
mürçayın sağ sahilindəki açılışlarda, narzan mineral bulağından üst
tərəfdə, Gömür kəndinə gedən yolun ətraflarında müşahidə olunur.
Kükürd bəzən ölçüsü bir neçə santimetrə çatan kiçik konsentrik sahə-
lərdə gözlə görünür. Kükürdün orta miqdarı 0,5% təşkil edir.
Dördüncü tip. Gömürçayın mənbəyində aparılan tədqiqatlar nəticə-
sində uzunluğu 36 m, eni 8 m, qalınlığı isə 5 m olan ensiz linza şəklli boz
rəngli gipsli gillər aşkar edilmişdir. Kükürd gipsin müşayiəti ilə olub, cüzi
ehtiyata malikdir. Burada kükürdün miqdarı 1%-ə qədər təşkil edir.
Beşinci tip. Gömürçayın mənbəyində və Cimcimli yurd sahəsində
Oliqosen yaşlı boz rəngli dəyişmiş andezitlərdə boşluqları tamamilə
dolduran, pirit, seolit və kvars kristalları ilə paragenetik əlaqə təşkil edən
kükürdlər bu tipə aiddir. Bəlli olduğu kimi kükürd və pirit paragenetik
minerallar olub, biri o birindən əlahiddə əmələ gəlmir.
Yuxarıda qeyd olunanları ümumiləşdirərək aşağıdakı nəticəyə gəl-
mək olar:
1. Gömürçay dərəsində örtük süxur qatında qayma və qırıntıların
kükürdləşməsi qeyri-bərabərdir. Örtük süxurların üst qatında toplanan
kükürdlü qaymalar axım və eroziya sularının təsiri nəticəsində yer səthi-
nə çıxdığından uzun illər ərzində kustar üsulla istismar edilmişdir.
Böyük və irihəcmli kükürdləşmiş qaymaların tapılma ehtimalı əv-
vəllərdə olduğu kimi təsadüfi xarakter daşıyır. Kükürdün qayma-səpinti
tipli yataqlarını ciddi müəssisələr üçün xammal bazası kimi qəbul etmək
məqsədəuyğun sayılmır.
2. Köklü yataqlar Pustaçayın yuxarı hövzəsində geniş yayılmış zəif
kaolinləşmiş, kvarslaşmış və piritləşmiş andezitlərdə öyrənilmişdir. Bü-
tün kəsiliş boyu eynicinsli filizləşmə aşkar edilməmişdir. Nisbətən inten-
siv kükürdləşən sahələr rast gəlinir.
Köklü yataqlarda filiz tamamilə Gömürçay dərəsində rast gəlinən
filizli qaymalarla birlikdə aşkar edilmişdir. Köklü yataqlardan fərqli
olaraq qaymalarda daha zəngin (kükürdün miqdarı təqribən 40%-ə
qədər) sahələr aşkar edilmişdir. Hazırkı öyrənilmə dərəcəsinə görə köklü
yataqlar ciddi öyrənilmə və kəşfiyyat işlərinin aparılmasını tələb edir.
3. Kükürdləşmiş gillər köklü yataqlardan şimalda aşkar edilmiş və
piritin ayrılması hesabına əmələ gəlmişdir. Burada kükürd əmələgəlmə-
106
nin sulfat mərhələsi əyani ifadə olunur. Böyük nəzəri əhəmiyyət daşıma-
sına baxmayaraq təcrübi əhəmiyyəti yoxdur.
Kükürdün yatımı və geoloji şəraiti Gömür yatağının perspektivli
olmadığını göstərir. Ayrı-ayrı kükürdlü qayma və sahələrin tapılması
lokal əhəmiyyət daşıyır. Gömür kəndinin yaxınlığında aşkar edilmiş
kükürdlü süxur çıxışları köklü yataqlara aid edilsə də, istismar zamanı
onların iri qaymalara aid olduğu müəyyən edilmişdir.
Aşağı sahənin kaolinli-gipsli-kükürdlü süxurları yerli əhəmiyyət
kəsb edir və onlardan kənd təsərrüfatında ziyanvericilərə qarşı mübarizə-
də istifadə etmək olar. Kükürdün proqnoz ehtiyatları 1,5 min ton miqda-
rında qiymətləndirilir.
2.1.4. Şüşə sənayesi üçün mineral-xammallar
Şüşə sənayesində həm təbii mineral-xammallardan, həm də kimyəvi
yolla alınan məhsullardan istifadə edilir. Şüşənin kütləvi növlərinin isteh-
salında şixtada əsas komponenti mineral-xammallar təşkil edir. Əsas kom-
ponent kimi kvars qumu şəklində SiО
2
-dən istifadə edilir. Şüşə istehsalında
şixtanın 50-85%-ni kvars qumları təşkil edir. Xüsusi şüşələrdə (xrustal) bu
miqdar 99,5-99,8%-ə çatır. SiО
2
-nin bir hissəsi şixtaya digər komponentlər
- məsələn, peqmatit və çöl şpatları tərəfindən daxil olur.
Bütün növ şüşələrin istehsalında şixtaya soda, natrium sulfat, nat-
rium silikat, bəzən qələvi süxurların - çöl şpatı və nefelinin tərkibində
10-17% Nа
2
О, təbaşir, əhəngdaşı, mərmər, dolomit şəklində 5-10%
CаО, dolomit şəklində 4-5% МgО daxil olur. Şixtaya 2%-ə qədər, bəzən
isə 4-6%-ə qədər Аl
2
О
3
daxil etmək üçün çöl şpatı, peqmatit, qranit,
bəzən kaolin, odadavamlı gil və s. istifadə edilir.
1 ton pəncərə şüşəsi istehsal etmək üçün 760-920 kq kvars qumu,
230-260 kq əhəngdaşı və dolomit, 175-182 kq sulfat, 54-108 kq peqmatit
tələb olunur. Şüşəbişirmədə əsasən məhdud miqdarda rəngləyici oksidlər
və yüksək miqdarda kvars saxlayan qumlardan istifadə edilir.
Təmiz kvars qumlarından metallurgiya sənayesində qəlib tökmə
işlərində, abraziv material kimi, çini-saxsı istehsalında təhsisedici əlavə
kimi, silikat tikinti materiallarının (silikat kərpic, armaturlu və armatursuz
möhkəm və boşluqlu silikat beton) istehsalında geniş istifadə edilir.
Bundan əlavə tərkibində SiO
2
-nin miqdarı 70%-dən az olmayan (əsasən
80-95%) kvars qumlarından portlandsement istehsalında silikat modulun
yüksəldilməsi, alüminat modulun aşağı salınması məqsədilə təhsisedici
107
əlavə kimi istifadə edilir. Tərkibində SiO
2
-nin miqdarı 97%-dən az ol-
mayan kvars qumlarından qaynaq
işlərində, SiO
2
-nin miqdarı 75%-dən
az, gil hissəciklərinin miqdarı 3%-dən çox olmayan, dənələrinin ölçüsü
0,1-2,0 mm olan təmiz kvars qumlarından qış aylarında lokomotivlərdə
relslə təkər arasında sürtünmənin artırılması məqsədilə istifadə edilir.
Tökmə sənayesində təkcə kvars qumlarından deyil, həm də kvars-
çöl şpatlı və həmçinin kvarslı-gilli qumlardan istifadə edilir.
Kvars qumlarının şüşə və tökmə-qəlibləmə növlərinə bölünməsi
şərtidir. Bir sıra qum yataqları həm şüşə istehsalında, həm də qəlibləmə
işlərində istifadə edilir.
Keramika sənayesində təmiz kvars qumlarından az istifadə olunur.
Qumlar təbii vəziyyətdə DÜST-ün tələblərinə cavab vermədiyinə
görə qumların zənginləşdirilməsi tələb olunur. Qumların zənginləşdiril-
məsi qumların tərkibini sabitləşdirir və eynicinsli şüşə kütləsinin alınma-
sına şərait yaradır.
Şüşə sənayesində dolomitdən də geniş istifadə olunur. Şüşə sənaye-
sinə yararlı dolomitlərin keyfiyyət göstəriciləri 23672-79 saylı DÜST-ün
tələblərinə uyğun olaraq qiymətləndirilir.
Cədvəl 9
Şüşə sənayesi üşün 23672-79 saylı DÜST-ün tələbatı
Göstəricilər
Markalar üzrə nорма, %-lə
XД-19-0,05 XД-19-0,10 XД-18-0,25 XД-18-0,40
1
2 3 4 5
CаО,çox olmamalı
32 32 34
34
МgО, az olmamalı
19 19 18
18
Fе
2
О
3
-ə hesablanmış
dəmir oksidləri, çox
olmamalı
0,05 0,10 0,25
0,40
SiО
2
, çox olmamalı
1,5 2,0 2,5
5,0
Аl
2
О
3
, çox olmamalı
1,0 1,5 2,0
2,5
Nəmlik, çox olmamalı 7
7
7
7
Qeyd: Markaların adlarındakı hərflər X-xırdalanmış, Д-доломит sözlərini
ifadə edir; rəqəmlər isə müvafiq olaraq maqnezium və dəmir oksidlərinin
miqdarını göstərir. (%-lə).
108
Hazırda respublikanın şüşə sənayesi hələlik yerli xammallara nisbə-
tən daha yüksək keyfiyyətə və rentabelliyə malik olan Dağıstan və
Ukraynadan gətirilən kvars qumlarının hesabına işləyir.
Azərbaycanda kvars qumlarına əsasən Abşeron yarımadasında, Qo-
bustan və Quba rayonlarında rast gəlinir.
Kvars qumları haqqında çoxsaylı işlər arasından Т.М.Seyidovun,
Х.А.Rəşidovun, Q.R.Rəhimovun, Х.А.Хəlilovun, İ.A.Şirvanzadənin,
İ.Ə.Məmmədovun, Ə.B.Kərimovun və digərlərinin fəaliyyətini ayrıca
qeyd etmək olar.
Şüşə qablara tələbatın yüksək olduğu və kvars qumlarının olmadığı
rayonlarda, məsələn, mineral sularla zəngin olan Naxçıvan MR-də başqa
növ xammalların axtarışı lazım gəlir. Bir sıra xarici ölkələrdə dar boğazlı
şüşə qabların istehsalında törəmə kvarsitlərdən geniş surətdə istifadə
olunur. Bu süxurlar Naxçıvan regionunda da geniş yayılmışdır.
İlk dəfə 1963-64-cü illərdə törəmə kvarsitlərin geniş yayıldığı
Arpaçayın sağ və sol sahillərində axtarış işləri aparılmışdır. Aparılan
tədqiqatlar nəticəsində bəlli olmuşdur ki, törəmə kvarsitlərdə
Fе
2
О
3
-ün
miqdarı yüksək, SiО
2
-nin miqdarı isə aşağı oldugundan törəmə kvar-
sitlər təbii vəziyyətdə şüşə istehsalına yararlı deyildir.
1971-72-ci illərdə şüşə xammalı məsələsi yenidən gündəmə gətirilərkən
Gümüşlü yatağından texnoloji sınaq götürülmüş və törəmə kvarsitlərin
xırdalanması, ağ və yarımağ şüşə qablara yararlılığı öyrənilmişdir.
Aparılan tədqiqatlar nəticəsində törəmə kvarsitlərin xırdalandıqdan
və zənginləşdirildikdən sonra rəngli şüşə istehsalında istifadəsi təklif
edilmişdir.
2.1.4.1. Paleozoy yaşlı kvarsitlər
2.1.4.1.1. Gümüşlü kvarsit yatağı
Yataq Şərur rayonunun Gümüşlü qəsəbəsindən 1,5 km cənubda,
Aşağı Yaycı kəndindən isə 1 km şimal-şərqdə yerləşir.
Qeyd olunan ərazidə 1963-64-cü illərdə F.M.Dadaşov və T.M.Seyidov
tərəfindən axtarış işləri, 1973-75-ci illərdə isə T.M.Seyidov, Q.Q.Rəhimov
və digərləri tərəfindən Yaycıdərəsi çayının sağ sahilində ilkin kəşfiyyat işləri
aparılmışdır.
Yataq Şərqi Arpaçayın sol sahilində yerləşərək Aşağı Yaycı kən-
dindən 2 km cənub-şərqdən başlayır və geniş lay şəklində ŞQ 325-335
0
109
istiqamətdə 2,5 km məsafədə izlənilr. Daha sonra şimal-qərb istiqamətdə
Devon çöküntüləri qədim terras və müasir allüvial çöküntülərlə örtülür
və Şərqi Arpaçayın əks sahilində yer səthinə çıxaraq şimal-qərb istiqa-
mətdə 10-12 km izlənilir.
Gümüşlü kvarsit yatağı Orta və Üst Devon çöküntülərdən ibarət
olub, tektonik cəhətdən Şərur antiklinoriumunun Yaycı-Sədərək antik-
linalında yerləşir. Kvarsit layları əsasən Üst Devonun frank mərtəbəsinin
çöküntüləri arasında yerləşir. Gümüşlü yatağı məhz həmin ərazidə aşkar
edilmiş və öyrənilmişdir.
Aparılan axtarış işləri nəticəsində frank mərtəbəsinin kəsilişində 2
məhsuldar horizont ayrılmışdır.
Kvarsit layları yatım şəraitinə, tərkibinə və quruluşuna görə demək
olar ki, eynicinsli keyfiyyət göstəricilərinə malikdir. Hər iki məhsuldar
horizont uzanma istiqamətində böyük məsafədə izlənilən iri layşəkilli,
dik yatan kütlə əmələ gətirir. Ayrı-ayrı kvarsit laylarının qalınlığı bir
neçə santimetrdən 8-10 m-dək dəyişir. Kvarsit layları qalınlığı bir neçə
santimetrdən 3-4 m-dək çatan qara, boz və bozumtul rəngli gil şistləri ilə
lay və laycıqlara bölünürlər. Kvarsit layları və gil şistləri qalınlığına görə
sabit deyildir.
Makroskopik görünüşünə görə kvarsitlər çox möhkəm, massiv və
qəndəbənzər olub, xırdadənəlidir. Onlar açıq-boz, boz, çəhrayımtıl-boz,
çəhrayı və ağ rənglərdə diqqəti cəlb edir. Onların səthi boz rəngli dəmir
oksidi ilə örtülü olub, hematit möhtəvilərinin hesabına tez-tez ləkəli
görünüş əmələ gətirir.
Kvarsitlər mikroskop altında bir-biri ilə möhkəm bitişmiş izo-
metrik, bəzən isə qeyri-düzgün girintili-çıxıntılı formada yerləşmiş kvars
dənələrindən ibarətdir. Pulcuq yığımlarına və miqdarı 1%-dən çox
olmayan ayrı-ayrı nadir mika təbəqələrinə rast gəlinir. Bəzən kvars
dənələrinin arasında xlorit, hornblend, ayrı-ayrı andaluzit dənələri,
aksessor minerallardan turmalin, sirkon, rutil, monosit və apatitə rast
gəlinir. Kvars dənələrinin arasında miqdarı 2-3%-dən çox olmayan
dəmirləşmiş karbonat möhtəvilərinə təsadüf olunur. Kvars dənələrinin
ətrafında zəif dəmirləşmə müşahidə olunur.
Hazırda şüşə xammallarının keyfiyyət göstəricilərini tənzimləyən
Dövlət və sahə Standartları olmadığından Dövlət Şüşə Elmi-Tədqiqat
İnstitutunda (Moskva şəhəri) kvars qumu, döyülmüş qumdaşı və şüşə
istehsalı üçün kvarsitə dövlət standartının layihəsi hazırlanmışdır. Həmin
standartın tələblərinə görə SiО
2
-nin miqdarı 95%-dən az, Fе
2
О
3
-ün
110
miqdarı
Б-2 markalı şüşələr üçün 0,03%-dən çox, Д və Е markalı
şüşələrdə 0,25%-dən çox, Аl
2
О
3
-ün miqdarı Б-2 və Д markalı şüşələrdə
2%-dən çox, Е markalı şüşələrdə isə 4%-dən çox olmamalıdır.
Qranulometrik tərkibinə görə xammal xırdalandıqdan sonra yaxşı
çeşidlənmiş olmalıdır, çünki şüşə əriyən zaman müxtəlif dənəli qumlar
eyni vaxtda ərimədiyindən, ərimiş şüşə kütləsində əriməmiş iri dənələr
qalır və nəticədə zay şüşə alınır.
Yüksək keyfiyyətli xammallarda xırdalanmadan sonra 0,1-0,6 mm
ölçülü dənələrin miqdarı 90%-dən az, 0,1 mm-dən kiçik dənələrin
miqdarı isə 5-8%-dən çox olmamalıdır. 0,8 mm-dən iri dənələrin olması
məqsədəuyğun sayılmır.
Yataqda kəsiliş üzrə kvarsitin miqdarı 45-55%, ümumi qalınlığı isə
80-90 m təşkil edir.
Şüşə xammalı üçün öyrənilən kvarsitdə əsas komponentlərin miq-
darı geniş hədd daxilində dəyişir: SiО
2
-nin miqdarı xəndəklər üzrə
68,69-98,04%, əksər sınaqlar üzrə 95%-dən aşağı, Fе
2
О
3
-0,60-5,29%,
əksər sınaqlar üzrə 1%-dən yüxarıdır.
SiО
2
-nin miqdarı buruq quyuları üzrə 64,60-96,5%, Fе
2
О
3
-ün
miqdarı isə 1,05 - 6,82% olub, tələbatda nəzərdə tutulan normadan
yüksəkdir.
Yatağın cənub-şərq cinahında (Yaycıdərəsi çayının sol sahilində)
SiО
2
-nin miqdarı 36,4-96,2% (160 sınaqdan yalnız 3-də 95% və daha
yuxarı) təşkil edir. Qeyd olunanlardan göründüyü kimi bu yatağın
kvarsitləri təbii vəziyyətdə nə rəngsiz, nə də rəngli şüçə istehsalı üçün
yararlı deyildir.
Kvarsitin xırdalanma texnologiyası texnoloji sınaq üzrə öyrənilmiş-
dir. Bəlli olmuşdur ki, kvarsitlər termiki işlənməyə çox çətin məruz qalır.
Bu, onu göstərir ki, Gümüşlü yatağının kvarsitləri hidrotermal-metoso-
matik tipə aid olub, “törəmə kvarsit”dir.
Kvarsitlər dəyirmanda üyüdülən zaman xırdalanmaya çox yaxşı
məruz qalır.
1965-ci ildə Qafqaz Mineral-Xammal İnstitutunda (Tbilisi şəhəri)
kvarsitlərin zənginləşdirilməsi üzrə ilkin tədqiqatlar aparılmışdır. Lakin
məlum olmuşdur ki, sınaqlar yüksək tərkibə malik kvarsitlərdən götürül-
düyündən, yatağı tam səciyyələndirmir (Fе
2
О
3
-0,45% və 0,48%, SiО
2
-
96,2 və 95,7%). Buna görə də 1975-ci ildə yatağın şimal-qərb hissə-
sindən kvarsitin müxtəlif növlərindən iki texnoloji sınaq götürülmüşdür.
111
Birinci sınaqda SiО
2
miqdarı 87%, ikinci sınaqda 92,4%, Fе
2
О
3
müvafiq
olaraq 2,4 və 0,8%, Аl
2
О
3
isə 4,6 və 2,4% olmuşdur.
Kvarsitlər 0,8 mm-ə qədər ələkdə ələndikdən sonra diyircəkli və
çənəli xırdalayıcıda xırdalanmışdır. Bu zaman xırda material (<0,1 мм)
gözlənildiyindən (>50%) az olub, 30% təşkil etmişdir. Kvarsitlərin zən-
ginləşdirilməsinin nəticələri göstərir ki, onların mürəkkəb kombinasiyalı
sxem üzrə zənginləşdirilməsi məqsədəuyğun deyildir.
Xırdalanmış və yuyulmuş kvarsitlərin maqnit separasiyası sxemi
üzrə zənginləşdirilməsi göstərmişdir ki, 1 №-li sınaqda Fе
2
О
3
-ün
miqdarı 1%-ə qədər, 2 №-li sınaqda isə 0,39%-ə qədər aşağı düşür.
Lakin bu tərkibdə olan kvarsitlər də ağ və yarımağ şüşə qabların
istehsalı üçün yaramadığından son nəticədə kvarsit maqnit separasiya-
sından keçirilmiş və yaş təsnifat sxemi üzrə zənginləşdirmənin nəticələri
göstərmişdir ki, 1 №-li sınaqda Fе
2
О
3
-ün miqdarı 1,3%-ə qədər, 2 №-li
sınaqda isə 0,30%-ə qədər aşağı düşür. Lakin bu nəticələr də kvarsit-
lərdən ağ və yarımağ şüşə qabların istehsalında istifadə etməyə imkan
vermir.
Flotasiya üsulu ilə zənginləşdirildikdən və turşu ilə işləndikdən
sonra da kvarsit konsentrantlarının keyfiyyətində ciddi yaxşılaşma müşa-
hidə edilməmişdir. Bu üsul çox mürəkkəb və bahalı olduğından, ondan
hələlik zavod şəraitində istifadə edilmir.
Ən yaxşı halda Fе
2
О
3
-ün miqdarı 1%-dən artıq olmayan və 2 №-li
sınağa uyğun gələn kvarsitlərdən yaşıl rəngli şüşə qabların istehsalında
istifadə etmək olar.
Yatağın sənaye əhəmiyyətini aşağı salan amillərdən biri də kvarsit
layları arasında rast gəlinən gil şistləridir. Yatağın kompleks istifadəsini
nəzərə alaraq gil şistlərinin keramzit istehsalına yararlılığı öyrənilmişdir.
Tədqiqatların nəticəsi göstərmişdir ki, 1100-1300
0
С temperaturda gil
şistləri təbii vəziyyətdə şişmir. 1300
0
С temperaturda 5% qumbrin əlavə
etdikdə gil şistləri intensiv şişməyə başlamış və alınmış keramzitin həcm
kütləsi 0,40 - 0,70 q/sm
3
olmuşdur.
Gələcəkdə müasir texnologiyaların tətbiqi nəticəsində yataq istis-
mara cəlb edilərsə, yatağın istismarının rentabelli olması üçün gil şistlə-
rindən keramzit istehsalında istifadə olunması tövsiyə olunur.
Kvarsitin C
1
kateqoriyası üzrə ehtiyatları 2,09 mln. ton təşkil edir.
Yatağın istismarının dağ-texniki şəraiti əlverişlidir.
Dostları ilə paylaş: |