Aqloporit-betonun fiziki-mexaniki xüsusiyyətləri
S/№ sement
sərfi
1 m
3
betona
su sərfi
Betonun həcm kütləsi, kq/m
3
Möhkəmlik həddi,
kqgüc/sm
2
Yeni
hazırlanmış
28 gündən
sonra
Sıxılma
zamanı
Əyilmə
zamanı
1. 199 142
1615
1480
95
8
2. 340 279
1762
1517
175
11
3. 456 259
1786
1576
250
12
Cədvəldən göründüyü kimi, sementin sərfi, alınmış betonun həcm
kütləsi və fiziki mexaniki xüsusiyyətləri arasında birbaşa asılılıq vardır.
Beləliklə, Çeşməbasar yatağının gillərinin əsasında aqloporit çınqılı və
qumu və onlardan da öz növbəsində möhkəmlik həddləri 1480-1576
kqgüc/sm
2
olan “100” və “200” markalı yüngül betonun hazırlanmasında
istifadə etmək olar. Qeyd etmək lazımdır ki, adi betonların həcm küt-
lələri 2000-2400 kq/m
3
olub, yüngül betonlara nisbətən 30-40% ağırdır.
Alınmış nəticələr yataqda sənaye istismarına başlamağa imkan verir.
Aqloporit çınqılı və qumunun istehsalı üçün öyrənilmiş ehtiyatlar
А+B+C
1
kateqoriyaları üzrə 3434,5 min m
3
təşkil edir.
1986-1988-ci illərdə M.K.Əliyev və E.A.Nəcəfov tərəfindən yataq-
da gillərin kərpic istehsalına yararlılığını öyrənmək üçün əlavə kəşfiyyat
işləri aparılmışdır.
187
Tədqiqatların nəticələri göstərir ki, gillər az plastikliyə (5,1 - 7,6)
malik olub, aşağı və orta disperslidir. Gillərin aşağı plastikliyə malik
olması onların tərkibində qeyri gil minerallarının yüksək miqdarından
asılı olmayıb, onun möhkəm strukturu ilə əlaqədardır. Gillərin strukturu
pozulduqdan sonra onlar yaxşı qəliblənir, bişirildikdən sonra yüksək
möhkəmliyə malik olur.
Laborator-texnoloji tədqiqatların nəticələrinə görə gilin kimyəvi
tərkibi aşağıdakı kimidir: SiО
2
-43,85-45,93%, Аl
2
О
3
-10,94-12,74%,
Fе
2
О
3
- 4,98-6,11%, CаО-10,41-12,38%, МgО-11,28-11,94%, SО
3
-0,10-
1,10%, Nа
2
О+К
2
О-3,13-4,10%, y.z.i.-14,14-14,72%.
Kimyəvi analizin nəticələrinə görə gillər eynicinsli olub, yüksək
miqdarda suda həll olmuş duz saxlayan gillərə aiddir. CаО və МgО-nin
və müvafiq olaraq yanma zamanı itkilərin yüksək miqdarda olması gildə
dolomitin mövcudluğunu göstərir. Bunu rentgenostruktur analizin nəticə-
ləri də təsdiq edir.
Çeşməbasar yatağının gillərində 1,1%-ə qədər SО
3
-ün iştirakı hazır
məhsullar üçün təhlükə törətmir. Tələbata uyğun olaraq aparılmış yarım-
zavod tədqiqatları göstərir ki, bişirilmiş məmulatlarda duzluluq
və qara
ləkələr əmələ gəlmir.
Qumun miqdarı 1,0-5,2%, suda bərkimə
20,02-22,20% və havada
qısalma 5,6-6,2% təşkil edir.
Yataqdan götürülmüş 20 ton ağırlığında texnoloji sınaq üzrə Bakı
Tikinti Materialları Kombinatında yarımzavod tədqiqatları aparılmışdır.
Cədvəl 19
Laborator və yarımzavod tədqiqatların orta göstəriciləri
Gilin keyfiyyət
göstəriciləri
Miqdarı, %-lə
Adi sınaqlar
üzrə
Laborator-
texnoloji
sinaqlar üzrə
Zavod sınağı
üzrə
1 2
3
4
I. Kimyəvi tərkib:
SiО
2
43,90 43,90 43,21
Аl
2
О
3
11,84 11,84 13,98
Fе
2
О
3
5,55
5,55
7,33
CаО 11,61
11,61
9,58
МgО 7,04
7,04
7,49
SО
3
0,60
0,60
1,44
188
1
2
3
4
Nа
2
О+К
2
О 3,62
3,62
3,71
II.Qranulometrik tərkib :
a) фрак. <0,01 mm
63,88 62,90 78,12
b) фрак. <0,005 mm
29,88 27,26 22,72
v) фрак. <0,001 mm
16,92 15,44 16,04
III.Fiziki-mexaniki
tədqiqatlar:
Suudma
13,50 13,50 17,40
Plastiklik
6,60 6,20 6,10
Qumun miqdarı
3,40 3,20 2,50
Suda bərkimə
21,11 20,8
Qısalma 8,70
7,70
7,50
Sıxılmada möhkəmlik
həddi , MPa
30,50 13,10
Əyilmədə möhkəmlik
həddi , МPa
16,90 4,0
Laboratoriya tədqiqatlarının nəticələrinə görə, Çeşməbasar yata-
ğının gilləri kərpic istehsalına yararlıdır. Kərpic istehsalı məqsədilə
öyrənilən gillərin ehtiyatı 3435 min m
3
təşkil edir.
Yatağın hidrogeoloji, dağ-texniki və mühəndis-geoloji şəraiti
əlverişlidir. Hazırda yataq kərpic istehsalı məqsədi ilə istismar olunur.
4.3.3. Bənd tikintisi üçün gillər
Doldurucu kimi
bənd tikintisində əsasən gildən, gilcədən və qum-
cadan istifadə olunur.
4.3.3.1. Kültəpə yatağı
Babək rayonu ərazisində, Naxçıvan şəhərindən 14-15 km şimal-
şərqdə, Vayxır su anbarından 7-8 km cənubda, Naxçıvançayın sol sahi-
lində yerləşir.
Yataq ilk dəfə 1969-cu ildə T.M.Seyidov tərəfindən rayon ərazi-
sində kərpic və kirəmit istehsalına yararlı gillər üçün aparılan axtarış
işləri nəticəsində aşkar edilmişdir.
1982-1983-cü illərdə Vayxır su anbarı bəndinin tikintisi ilə əlaqə-
dar Azərbaycan Su Təsərrüfatı və Meliorasiya Komitəsi tərəfindən
189
doldurucu xammal kimi Kültəpə yatağında gil və gilcəyə geoloji-kəş-
fiyyat işləri aparılmışdır.
Faydalı qat layşəkilli gil və gilcə çöküntülərindən ibarət olub üfqi
yatım təşkil edir. Relyefdə gilcə-gil süxurları Naxçıvançayın maili
yatımlı terrasını əmələ gətirir. Gilcə-gil qatının müxtəlif intervallarında
(qalınlıq üzrə) bozumtul rəngli qum-çınqıl çöküntülərinə rast gəlinir.
Faydalı qatın daxilində bu cür 3 lay qeyd olunur. Onların qalınlığı 0,2 m-
dən 1,7 m-dək dəyişir. Ayrı-ayrı quyular üzrə bu cür layların ümumi
qalınlığı 0,2 m-dən 2,4 m-dək təşkil edir.
Buruq quyularının nəticələrinə görə yatağın litoloji kəsilişi aşağı-
dakı kimidir (yuxarıdan aşağıya):
1. Bilavasitə yer səthində içərisində çoxsaylı bitki kökləri rast gəli-
nən gilcə və gildən təşkil olunmuş Müasir yaşlı allüvial çöküntülər,
qalınlığı 0,2-1,09 m.
2. Açıq-boz, boz, tünd-boz rəngli, ağır, bəzən yağlı, əsasən torpaq-
bitki qatı ilə təmas hissədə zəif qumlu, möhkəm gilcə və gil. Bu lay
faydalı qatı təşkil edir və sabit tərkibə malikdir. Bir neçə quyuda
müxtəlif intervallarda 0,2-1,7 m qalınlığında qum laycıqları müşahidə
olunur.Gilcənin qalınlığı 4,7-9,0 m-dir.
3. Qumca və gilcə qarışığı olan çaqıl-çınqıl çöküntüləri.
Tektonik cəhətdən yataq Naxçıvan muldasında yerləşir.
Gilcələrin bənd tikinti işlərində doldurucu xammal kimi yarar-
lılığını öyrənmək üçün götürülmüş sınaqlar üzərində fiziki-mexaniki
tədqiqatlar aparılmışdır. Laboratoriya nəticələrinə görə qruntun təbii
nəmliyi 8,9-22,3% (orta göstərici 15,6%), nəm qruntun həcm kütləsi
1,74-2,10 q/sm
3
(orta göstərici 1,92 q/sm
3
), skeleti 1,56-1,81q/sm
3
(orta
göstərici 1,68 q/sm
3
), qruntun plastiklik ədədi 12,9 -23,7, gil hissəciklə-
rinin orta miqdarı 36,4%, lil 46,6%, qum 15% təşkil etmişdir.
Laboratoriya tədqiqatları həm də strukturu pozulmuş gil nümunələ-
rində aparılmışdır. Analizin nəticələrinə görə optimal nəmlik 19,5%
olub, orta plastiklik həddinə yaxındır. Skeletin həcm kütləsi isə 1,65
m/sm
2
olmuşdur.
Kompression tədqiqatlar göstərir ki, gilcələr 2,0 kq/sm
2
, bəzən isə
4,0 kq/sm
2
-a qədər yük altında şişmə moduluna görə şişən gillər qrupuna
aid edilir. Şişmə modulu və ya çökmə orta hesabla 77,1 mm/m təşkil edir.
Qruntun sürüşmə müqavimətinin səciyyəsi sürüşmə aparatında
öyrənilmişdir. Laboratoriya tədqiqatlarının statistik hesablamalarının
nəticələri göstərir ki, sürüşmə bucağı 13
0
-yə, ilişmə müqaviməti 1,3
190
kq/sm
2
-ə bərabərdir. Gildə humusun miqdarı 0,47-1,0% təşkil edir. Bənd
tikintisi işlərində yol verilə bilən hədd 2-3 %-dir.
Laboratoriya nəticələri göstərir ki, gilcə-gil qarışığı “İ-36-66 saylı
Hidrotexniki tikinti işləri üçün mineral tikinti materiallarının sınaqlaş-
dırılması və kəşfiyyatı üzrə təlimat”ın tələblərinə cavab verir və bənd
tikintisi işlərində doldurucu xammal kimi istifadə oluna bilər.
Yatağın hidrogeoloji, mühəndis-geoloji və dağ-texniki şəraiti çox
əlverişlidir.
Yatağın А+B kateqoriyaları üzrə ehtiyatları 1146,8 min m
3
təşkil
edir. Yataq istismar olunmuşdur.
4.4. Palıqorskit gili
Palıqorskit gili sulu alümomaqnezial tərkibli, laylı, lentşəkilli sili-
katlar qrupuna aiddir. Bu mineralın müxtəlif aqreqatları “dağ dərisi”,
“dağ probkası”, “dağ ağacı” və “dağ yunu” adı ilə tanınır.
Palıqorskit gillərində alüminium və maqneziumun nisbəti dəyişkən
olub, bütün növləri Аl
2
О
3
ilə zəngindir. Ümumiyyətlə, Аl:Мg≥1 nisbətində
olan gillər polıqorskit adlanır. Аl
2
О
3
-lə kasıb olan növləri sepiolitin tərkibinə
yaxınlaşır və pilolit adlanır.
Palıqorskit gilləri universal mineral-xammal növlərindən sayılır.
Onlardan buruq quyularının qazılması üçün duzadavamlı qazma məh-
lulları hazırlamaq mümkündür. Bir sıra xarici ölkələrdə palıqorskit gilləri
kənd təsərrüfatında stabilləşdirici əlavə kimi kompleks maye gübrə
istehsalında, zəhərli kimyəvi aşqar kimi, ətraf mühitin qorunması məq-
sədilə sərt antiklejivatel gübrələrin və həmçinin uducu xammal, kata-
lizator və aşqar kimi geniş istifadə olunur.
4.4.1. Qabullu yatağı
Yataq Şərur rayonunun Qabullu kəndindən 100 m şərqdə yerləşir.
Yataq 1978-1979-cu illərdə T.M.Seyidov, İ.Ə.Məmmədov və O.İ.İs-
mayılov tərəfindən aşkar edilmişdir. 1983-1985-ci illərdə Ə.M.Həmidov
tərəfindən yataqda kəşfiyyat işləri aparılmışdır.
Yataq Qabullu kəndindən şimal-şərqdə yerləşən və şimal-qərb
istiqamətdə uzanan Qabullu sinklinalının qanadlarında müşahidə olunan
Alt və Orta Sarmat yaşlı çöküntülərdə öyrənilmişdir. Qırışıqlıq assim-
191
metrik olub, cənub-qərb qanadı 20-30
0
, şimal-şərq qanadı isə 60-70
0
bucaq altında yatır.
Sinklinalın palıqorskitsaxlayan cənub-qərb qanadı qırmızımtıl-boz,
sarımtıl-boz, yaşılımtıl-boz rəngli kəsəkli, yağlı gillərdən təşkil olun-
muşdur. Şimal-şərq qanadda isə boz gillərin, qumdaşlarının, alevrolit və
kobuddənəli qravelitlərin növbələşməsi müşahidə olunur.
Alt və Orta Sarmat çöküntülərinin görünən qalınlığı 200-250 metrdir.
Məhsuldar qat əsasən kəsilişin üst hissəsində laylanma ilə səciyyə-
lənən yaxşı çökdürülmüş, şokoladı-boz, yaşılımtıl-boz rəngli palıqorskit-
saxlayan gillərdən təşkil olunmuşdur. 10 kv.km sahədə bu layların görü-
nən qalınlığı 25-30 m təşkil edir. Onlar antiklinalın hər iki qanadında
ensiz zolaq şəklində (50-200 m, şişən hissələrdə isə 400 m-ə qədər) en
istiqamətində elleps şəklində uzanırlar.
Palıqorskit gilləri iki layla təmsil olunurlar: qırmızımtıl-boz, çəh-
rayımtıl-boz rəngli, pelit, yüksək miqdarda gil hissəcikləri (96-98%)
saxlayan gillər birinci laya, açıq-boz rəngli, plevritli, 82-84% gil fraksi-
yası saxlayan gipsli, əhəngli gillər ikinci laya aid edilir.
Layların yatımı ŞmŞ 15-20
0
, yatım bucağı isə 10-15
0
təşkil edir.
Mikroskop altında qalıq-tuf strukturu müşahidə olunur. Digər növ-
lərin qırıntıları iti künclü və prizmatikdir. Bütün qırıntılar gil mineral-
larının paralel-pulcuqlu aqreqatlarından və bir ölçüdə düzülmüş
pelito-
morf-incədənəli karbonat qarışığından ibarətdir. Qarışıq qırıntılar karbo-
natlı-gil kütləsindən ibarətdir. Qırıntılar kvars dənələrindən, filiz və
adətən çöl şpatı dənələrindən təşkil olunmuşdur. Tünd rəngli minerallar
xlorit və filiz mineralları ilə qarışaraq karbonatlaşmışdır.
Yaşılımtıl-boz, sarımtıl-boz gillərdə qarışıq-laylı minerallarla assosiasiya
təşkil edən və bəzən montmorillonitli palıqorskit gilləri üstünlük təşkil edir.
Elektron mikroskop altında orta və yüksək dispersliyə malik (so-
nuncular üstünlük təşkil edir) gil hissəcikləri yumaq
şəkilli montmoril-
lonitlə assosiasiya təşkil edən iynəvari və ya lifli polıqorskitlə təmsil
olunur.
Palıqorskitsaxlayan gilləri təşkil edən bütün əsas komponentlər vul-
kanik fəaliyyətin məhsullarından təşkil olunmuşdur. Alüminium vulkan
küllərindən, maqnezium isə hidrotermal məhlullardan gilin tərkibinə
daxil olmuşdur. Palıqorskitin hemogen kristallaşması üçün lazım olan
qələvilərdə həmin amillərin təsiri altında əmələ gəlmişdir.
Rentgenostruktur analizin nəticələri göstərir ki, tədqiq olunan gil
nümunələrinin böyük əksəriyyəti qarışıqlaylı, montmorillonit-hidromika
192
tərkibli minerallardan təşkil olunmuşdur. Gilin tərkibində qarışıq şəkildə
hidromika, xlorit və kaolinit mineralları da iştirak edir.
Qranulometrik tərkibin nəticələrinə görə gillər bircinsli olmayıb,
demək olar ki, yüksək miqdarda <0,01mm-lik hissəciklərdən təşkil
olunmuşdur. Buruq quyuları üzrə bu miqdar orta hesabla 56% (52-61%
arası), xəndəklər üzrə isə 50,91% (42,4-60,1%) təşkil edir. >0,05 mm
hissəciklərin miqdarı 19,1%, >0,1 mm 0,72% təşkil edir. Bunlar gillərin
yüksək dispersli olduğunu göstərir. Plastikliyinə görə gillər Ы sinif plastik
gillər qrupuna aid olub, yüksək plastikli gillər (plastiklik ədədi 25-dən
yuxarı) 36,6%, orta plastikli gillər (plastiklik ədədi 15-25) 61,3% və
aşağı plastikli gillər (plastiklik ədədi 7-15) 2,1% təşkil edir.
Ümumittifaq Qeyri-filiz Geoloji-kəşfiyyat Elmi-Tədqiqat İnstitu-
tunda aparılan tədqiqatların nəticələrinə görə özülülük 20-21 saniyə,
qabığın qalınlığı 0,5 mm,
suvermə 7-10 sm təyin edilmişdir. Mübadilə
olunan kationların miqdarına görə qələvi, qələvi-torpaq və qarışıq gillər
ayrılır.
Rentgenostruktur analizin nəticələrinə görə tədqiq olunan gillər
polimer tərkibə malik olub, gil və terrigen komponentlərlə mürəkkəb-
ləşmişdir. Gil montmorillonit, hidromika, palıqorskit, çöl şpatı və digər
mürəkkəb tərkibli qarışıqlardan, ikinci dərəcəli minerallar isə kvars, çöl
şpatı, kalsit və gipsdən ibarətdir.
Elektronnomik
şəkillərə əsasən palıqorskit gillərinin yarımşəffaf,
uzun lifli aqreqatlardan ibarət olduğu müəyyən edilmişdir. Liflərin orta
uzunluğu 1-2 mkm olub, uzunluğu enindən 15-20 dəfə çoxdur. Montmoril-
lonit aydın sərhədlərlə seçilməyən yumaqşəkilli
hissəciklər əmələ gətirir.
Gillərdə mübadilə olunan kationların ümumi miqdarı 100 qram
süxurda 23,63-37,14 mq.ekv. təşkil edir. Mübadilə olunan kompleksdə
əsas komponent olan maqneziumun miqdarı natriumu üstələyir.
Odadavamlılığına görə gillər asan əriyən gillər qrupuna aid olub,
ərimə temperaturu 1350
0
-dən aşağıdır.
Gillər ancaq Т= 1150
0
С-də bişməyə başlayır.
Qabullu yatağının gilləri təbii vəziyyətdə və hətta 5% qumbrin
əlavə etdikdə şişmir.
20
0
temperaturda və 200
0
qızdırıldıqdan sonra gillərin şişmə-
sinin nəticələri aşağıdakı cədvəldə verilir.
193
Cədvəl 20
Gillərin şişməsinin təyini
Gilin növləri
Şişmənin göstəriciləri
20
0
С temperaturda
200
0
С temperaturda
dan dək dan dək
Açıq-qəhvəyi 1,8 3,2
2,0
3,4
Açıq-boz
1,6
3,2
1,8
3,6
Sarımtıl-boz 2,0 4,8
2,2
5,6
Ən yaxşı şişmə sarımtıl-boz gillərdə müşahidə olunur ki, bu da
onlarda montmorillonit və palıqorskitin yüksək miqdarda iştirakı ilə
əlaqədardır.
Yüksək şişmə göstəriciləri təsdiq edir ki, sarımtıl-boz rəngli gillər-
də lazımi miqdarda montmorillonit və palıqorskit iştirak edir və onlardan
təkcə buruq quyuları üçün məhlulların hazırlanmasında deyil, həm də
neft məhsullarının, şərab və bitki yağlarının təmizlənməsində adsorbent
kimi istifadə etmək olar.
Qranulometrik tərkibinə görə gillər əsasən zəif alevrolitli, incə-
dispers olub, >0,25 mm hissəciklərin miqdarı 0,64%; 0,25-0,05 mm-
24,76%; 0,05-0,01 mm-23,5%; 0,01-0,005 mm-15,77%; 0,005-0,001
mm-20,63%; <0,001 mm-14,93% təşkil edir.
Gilin kimyəvi analizinin nəticələri aşağıdakı kimidir: SiО
2
-38-
40,81%, Аl
2
О
3
-10,69-11,26%, Fе
2
О
3
-5,61-6,41%, CаО-9,71-10,70%,
МgО-8,72-9,71%, SО
3
- 0,41-0,66%, Nа
2
О+К
2
О-3,41-3,88%.
Kimyəvi analizin nəticələrinə görə gillərdə SiО
2
-nin miqdarı yük-
sək olmayıb, təsnifata görə turş gillər qrupuna aiddir. Onlar yüksək
miqdarda CаО, МgО və rəngləyici oksidlərin (Fе
2
О
3
) olması ilə seçilir
ki, bu da kalsit və dolomitin iştirak etdiyini göstərir.
Keramiki tədqiqatların nəticələri göstərir ki, palıqorskit gilləri
1000-1050
0
C-də bişirildikdən sonra yüksək qısalma və suudma qabiliy-
yəti ilə səciyyələnir. Laboratoriya nəticələrinə görə gillərdə qısalma
11%-dən 15%-dək, suudma isə 20,1%-dən 22,0%-dək müşahidə olunur.
Qısalmanı azaltmaq üçün gilə qumun əlavə olunması tələb olunur.
600-700
0
С temperaturda bişirmə yolu ilə hazırlanmış dehidratasiya
gilləri, 1 mm irilikdə xırdalandıqdan conra əlavə kimi gilə qarışdırdıqda
bişirilmiş nümunələrin fiziki-mexaniki göstəricilərində əsaslı dəyişiklik-
lər nəzərə çarpmır. Lakin havada qısalma azalır.
194
Əlavə kimi dehidratasiya olunmuş gil qatılan palıqorskit gilləri
kərpic istehsalı üçün təklif oluna bilər.
Hərtərəfli petroqrafik, mineraloji, rentgen, elektron-mikroskopik və
laborator-texnoloji tədqiqatların nəticələrinə görə bu gillərdən tikinti
kərpici, lentvari kirəmit, məsaməli bloklar, drenaj boruları, daxili divar-
ların üzlənməsi üçün keramiki plitələr və kaşı məmulatları hazırlamaq
mümkündür.
Gillərdən keramzit çınqılı istehsalında istifadə etmək tövsiyə olunmur.
S.Dadaşov adına Tikinti Materialları Elmi-Tədqiqat İnstitutunda
aparılan laborator–texnoloji tədqiqatlar nəticəsində gillərin yüngül dol-
durucu-aqloporit istehsalına yararlılığı yoxlanılmış və nəticədə 11991-76
saylı sahə standartının tələblərini ödəyən aqloporit alınmışdır. Aqlopo-
ritdən həcm kütləsi 1545 kq/m
3
olan “200” markalı beton alınmışdır.
“400”, “500” markalı sementdən istifadə etdikdə daha yüksək “300” və
“400” markalı beton almaq mümkündür.
Yatağın B+C
1
kateqoriyaları üzrə ehtiyatları 1439 min m
3
təşkil edir.
4.5. Sement sənayesi üçün xammallar
Sement hidravlik büzücü maddələrin əsas qrupuna daxil olub, süni
tozaoxşar material kimi təqdim olunur və su ilə qarışdırdıqda xəmir kimi
plastik kütlə əmələ gətirir və havada ilkin bərkimədən sonra bərkiməyə
davam edir və suda öz möhkəmliyini uzun müddət saxlayır.
Portlandsementin tərkibinə 82-85%-dən az olmamaqla sement
klinkeri, sementin tutma müddətinin yavaşıdılması üçün 3-7% gips,
15%-ə qədər aktiv mineral əlavələr daxildir.
Sementin alınması üçün qiymətlı təbii mineral-xammal mergeldir.
Mergelin tərkibindəki incədispers kalsit və gil materialları sement klin-
kerinin alınması üçün lazımi nisbətdə olub, bərabər qarışıq (homogen)
əmələ gətirir. Bu cür mergellər hazır xammal qarışığı əmələ gətirərək
“natural mergel” adlanır. İlk sement də bu cür mergellərdən alınmış və
uzun illər sement istehsalında yeganə xammal olaraq qalmışdır. Qeyd
etmək lazımdır ki, natural mergellərin yayılma orealı məhduddur.
Əksər hallarda mergellər kalsit materialı ilə zəngin olub “yüksək”
mergel adlanır və istifadə zamanı gil süxurunun əlavəsi tələb olunur.
Əksinə, mergellər gillə zəngin olduqda “aşağı” mergel adlanır və istifadə
zamanı karbonatlı əlavələr (əhəngdaşı və ya təbaşir) tələb edilir.
195
Bütün növ karbonatlı, gilli və karbonatlı-gilli süxurlar kalsium
oksidinin miqdarından asılı olaraq karbonatlı və gilli komponentlərin
xammal qarışığına və mergel-naturala ayrılır.
Yuxarıda qeyd olunanlara əsasən, əgər karbonatlı süxurlarda CaO-
nin miqdarı 44%-dən yuxarıdırsa, onda qarışığa gil komponentinin əla-
vəsi tələb olunur. Əgər CaO-nin miqdarı 40%-dən azdırsa, sement səna-
yesinin tələblərinə görə onlar karbonatlı deyil və gilli xammal adlanır və
yüksək miqdarlı CaO-nin əlavəsi olmadan sement istehsalında istifadəsi
mümkün deyildir.
CaO-nin miqdarı 44%-dən 40%-ə qədər olan karbonatlı süxurlarda
əlverişli modul göstəriciləri və zərərli qarışıqların miqdarı yol verilən
hədd daxilində olarsa, süxur mergel-natural adlanır. Əlverişli modul
göstəriciləri olmayan süxurlar gillərə aid edilir.
Hidrosementin (1970-ci il) məlumatlarına görə təbii mineral-xam-
mallarla işləyən zavodlarda 1 t klinkerin alınması üçün 1,4 t əhəngdaşı
(nəmliyi 5%), 1,6 t təbaşir (nəmliyi 25%) və 0,35 t gilli süxurlar (nəmliyi
20%), ümumiyyətlə, cəmi 1,8-2,0 t xammal və mergel-naturalla (nəmliyi
20%) işləyən zavodlarda isə 1,8 t xammal qarışığı tələb olunur.
Bundan əlavə, sement zavodları portlandsement istehsalında buraxı-
lan sementin miqdarının 15%-ə qədəri, putsolansementdə isə 40%-ə qədəri
aktiv mineral əlavələrdən və həmçinin 3-7% gipsdən istifadə edilir.
Hazırda Azərbaycanda yalnız bir zavod - illik istehsal gücü 1200-
1400 min ton olan Qaradağ Sement Zavodu fəaliyyət göstərir. Zavodun
xammal bazasını Abşeron yaşlı əhəngdaşları və Ağçaqıl yaşlı gillər təşkil
edir. Hidravlik və digər əlavələr Koroğlu trass yatağından və Yuxarı
Ağcakənd gips yatağından gətirilir. Azərbaycanda Naxçıvan MR-də,
Qazax, Ağdam, Tovuz və Goranboy rayonlarında sement istehsalını
təşkil etmək üçün güclü xammal bazası mövcuddur.
Aşağıda ehtiyatları sahə və Dövlət balanslarında qeydə alınan
yataqların qısa təsviri verilir.
4.5.1. Cəhriçay yatağı
Yataq Babək rayonu ərazisində, Naxçıvan şəhərindən 25-30 km
şimalda Cəhriçayın hər iki sahilində yerləşir.
Yataq 1980-1981-ci illərdə T.M.Seyidov, İ.Ə.Məmmədov və
Ş.M.Səlimov tərəfindən Babək rayonu ərazisində sement xammalına
aparılan axtarış işləri nəticəsində aşkar olunmuş və qiymətləndirilmişdir.
196
1994-1997-ci illərdə Ş.M.Səlimov tərəfindən yataqda kəşfiyyat işləri
aparılmışdır.
Yatağın geoloji quruluşunda Üst Təbaşirin Kampan və Santon
mərtəbələrinin əhəngdaşları, mergel, əhəngli mergel və gilli mergelləri
iştirak edir. Bəzi sahələrdə bu süxurlar Üst Dördüncü dövr yaşlı süxur-
larla örtülmüşdür. Əhəngdaşları çox möhkəm, xırda kristallik, əsasən ağ
rəngdə, bəzi sahələrdə isə çəhrayı çalarlarda olub, mergellərlə sərhəddə
tünd, açıq-boz və tünd-boz rənglərdə rast gəlinir.
Əhəngdaşlarının üstündə Kampan mərtəbəsinin çox möhkəm, xır-
dadənəli əhəngli mergelləri və mergelli əhəngdaşları uyğun yatım təşkil
edir. Mergel qatının içərisində adətən qalınlığı 0,2-0,5 m-dən yuxarı
olmayan təmiz, xırdadənəli, boz rəngli əhəngdaşı laycıqları rast gəlinir.
Mergel və əhəngli mergellər əhəngdaşları ilə aydın seçilən laylılıq
təşkil edir.
Antiklinalın cənub-qərb cinahında yuxarıdan aşağıya litoloji kəsiliş
aşağıdakı kimidir:
1. Boz rəngli mergellərin (0,15-0,5 m) və bozumtul əhəngli gillərin
(0,1-0,2 m) növbələşməsi -50 m.
2. Boz və tünd-boz rəngli mergellərlə laylaşan gilli əhəngdaşlarının
xırdadənəli qumdaşları ilə növbələşməsi-20 m.
3. Boz və tünd-boz rəngli əhəngli gil, mergel və qumlu əhəngdaş-
larının növbələşməsi – 50 m.
4. Boz, tünd-boz və qonur-boz
rəngli əhəngli gil və mergellərin
(qalınlığı 0,5 m) əhəngdaşları ilə növbələşməsi -80 m.
5. Tünd və sarımtıl-boz rəngli mergellərin (0,5-0, 8 m) qumlu və
qırıntılı gil və əhəngdaşı ilə növbələşməsi -75m.
6. Boz rəngli əhəngdaşı və əhəngli gil layciqlı mergel qatı-60 m.
Tektonik cəhətdən burada şimal-qərb istiqamətli III dərəcəli iki
böyük olmayan qırışıqlıq (sinklinal və antiklinal) qeyd edilir.
Antiklinalın cənub-qərb qanadında yatan süxurlar 60-75
0
bucaq
altında cənub və cənub- qərb istiqamətdə, şimal-şərq qanadı isə 20-35
0
bucaq altında şimal və şimal-şərq istiqamətdə yatır.
Qeyd etmək lazımdır ki, yataqda laylar həm uzanma, həm də
düşmə istiqamətində çox dayanıqlıdır.
Cəhriçay mergel yatağı üzrə faydalı qazıntının kimyəvi tərkibi
aşağıdakı kimidir.
197
Cədvəl 21
Dostları ilə paylaş: |