4.1.4. Vulkanogen –çökmə mənşəli üzlük daşları
4.1.4.1. Culfa konqlomerat yatağı
Culfa rayonunun Gülüstan kəndindən 5-6 km şimalda, Əlincəçay
körpüsündən 7-8 km cənub-qərbdə yerləşir.
Yataq ilk dəfə 1978-1979-cu illərdə T.M.Seyidov, İ.Ə.Məmmədov və
O.İ.İsmayılov tərəfindən aşkar edilmiş, 1980-1983-cü illərdə M.M.Məm-
mədov və B.M.Kərimov tərəfindən yataqda kəşfiyyat işləri aparılmışdır.
Yatağın geoloji quruluşunda Orta Eosenin tufogen qatı iştirak edir
və iki qatla təmsil olunur: alt və üst.
Eosenin alt qatı müxtəlif qırıntılı konqlomeratlarla təmsil olunur və
faydalı qata aid edilərək yatağın mərkəzi hissəsində müşahidə edilir və
eyni zamanda dayaq horizontu sayılır.
Qazılmış buruq quyularının nəticələrinə görə, faydalı qatın orta
qalınlığı 32 m olub, şimal-qərb istiqamətində layın qalınlığı artır.
Kəşfiyyat işləri aparılan hissədə faydalı qatın uzunluğu 600 m,
düşmə istiqamətində layın eni 400 m, mərkəzi hissədə görünən qalınlıq
40-50 m-dir.
Tektonik cəhətdən yataq Nehrəm-Cuqa antiklinal qırışıqlığının
şimal-şərq qanadında yerləşir və 10-12
0
bucaq altında şimal-şərqə yatır.
Ərazinin relyefi güclü doğranmış maili təpəliklərdən ibarətdir. Faydalı
qat iri lay şəkilli cisim olub, 100-110
0
cənub-qərb və 40-50
0
şimal-şərq
istiqamətində 10-15
0
bucaq altında yatır.
Qırıntılar tünd-boz, boz, sarımtıl-boz, yaşılımtıl-boz rəngli əhəng-
daşlarından, həmçinin sarımtıl-boz rəngli silisli, yaşmagörünüşlü alevro-
litlərdən ibarətdir.
Qırıntılar tufogen-əhəngli materiallarla sıx sementləşmişdir. Alev-
rolit konqresiyaları qırmızımtıl-gilası rəngli, incətəbəqəli olub, konsen-
trik dairəvi quruluş əmələ gətirir. Qırıntıların ölçüsü 0,5-2,0 sm-dən 5-6
sm-dək çatır.
Alevrolit konqresiyaları yüksək dekorativliyə malik olduğundan
onlardan bəzək və məmulat daşları kimi istifadə etmək olar. Süxurun özü
– konqlomerat bütövlükdə dekorativ üzlük plitə istehsalı üçün yararlıdır.
Konqlomerat qeyri-düzgün sınıqlara, tutqun parıltıya malikdir.
168
Mikroskop altında xırdadənəli, pelitomorf, psefit, psevdoolit, incə-
dənəli psammit və aplit struktura müşahidə olunur. Müəyyən dərəcədə
yenidən kristallaşma qeyd olunur. Süxur çoxlu miqdarda gil hissəcikləri
qarışığı və yüksək miqdarda (35-40%) üzvi qalıqlar saxlayan pelitomorf
materialdan ibarətdir. Üzvi qalıqlar lifli karbonatla mürəkkəbləşmişdir.
Bəzən törəmə kvarsitlər müşahidə olunur. Şlifdə sement kütləsi müşa-
hidə edilir. Bəzi şliflərdə psevdoolit əmələgəlmələr süxurun 70%-dən
çoxunu təşkil edir və onlar dairəvi ellepis şəkilli pelit kalsitdən təşkil
olunmuşdur. Konqlomeratlar əsasən əhəngdaşı, bəzən isə silisli süxurlar
və qumdaşları qırıntılarından ibarətdir.
Konqlomerat qatının əmələ gəlməsi Orta Eosen dövrünə təsadüf
edir. Bu dövrdə dənizin transqressiyası nəticəsində daha qədim süxurlar -
əhəngdaşları, dolomitlər, qumdaşları, mergel, andezit və alevrolit Alt
Yuranın yuyulmuş səthində toplanmışdır. Konqlomerat qırıntıları boz,
sarımtıl-boz, qara, qırmızımtıl-boz rəngli əhəngdaşları, porfirit, mergel,
dolomit və qumdaşlarından ibarətdir. Formaları oval, künclü, yuvarlaq
və yarımyuvarlaq şəkildə olub, sementi əhəngli və qumlu əhənglidir.
Yuvarlaqlaşma forması göstərir ki, dənizin sahil zonası müxtəlif
olduğundan daşınma məsafəsi də fərqli olmuşdur.
Konqlomerat qatında rəngli, yaşmagörünüşlü, konsentrik quruluşlu
metamorfik qırıntıların iştirak etməsi çökmə dövrünün iqlim şəraiti ilə
əlaqədardır. Görünür çökmə şəraiti kolloidal-kimyəvi, daha doğrusu
biokimyəvi xarakterdə olub, bəzi yerlərdə dəmir hidrooksidləri müşahidə
olunur.
Qumlu konkresiyaların kəsilişində süxurların öz laylılığına uyğun
gələn qumdaşı laycıqları müşahidə edilir.
Bu fakt onu göstərir ki, konkresiyaların bir hissəsi süxurlar forma-
laşan zaman əmələ gəlmişdir. Çox ehtimal ki, süxurlar ilk əvvəl kolloidal
- laxtalanmış gel şəklində əmələ gəlmiş, sonrakı mərhələdə kristallaş-
mışdır. Sındırılan zaman əksər hallarda mineral kütlədə konsentrik –
zolaqlı quruluş müşahidə olunur. Beləliklə, konkresiyaların hansısa bir
mərkəz ətrafında əmələ gəldiyi müəyyənləşir.
Konqlomeratların fiziki-mexaniki xüsusiyyətlərinin orta göstərici-
ləri aşağıdakı kimidir: həcm kütləsi 2,68 t/m
3
, xüsusi çəkisi 2,71 q/sm
3
,
suudma qabiliyyəti 1,36%, məsaməliliyi 4,18%, möhkəmlik həddi: hava-
da quru halda 485,5 kqgüc/sm
2
, su ilə doydurulduqdan sonra 433,2
kqgüc/sm
2
, dondurulduqdan sonra 377,5 kqgüc/sm
2
, suyadavamlılıq
əmsalı 0,88 və şaxtayadavamlılıq əmsalı 0,82.
169
Yataqda faydalı qatdan blok çıxımının təyin edilməsi məqsədilə 2
təcrübi karxana keçilmişdir. Karxananın nəticələrinə görə yataqda II-V
qrup kondisiyalı blok çıxımı 42,54% təşkil etmişdir. 1 kub metr blokdan
25 mm qalınlığında 10,43 m
2
kondisiyalı plitə alınmışdır. Beləliklə,
zavod və laboratoriya tədqiqatlarının nəticələrinə görə Culfa yatağının
konqlomeratları sənayenin tələbatlarına tam cavab verir. Konqlomeratlar
yaxşı cilalanır və çox yüksək dekorativliyə malik plitələr alınır. Uzun-
ömürlülüyünə görə süxur daxili divarların üzlənməsi üçün yararlıdır.
Yatağın hidrogeoloji və mühəndis-geoloji şəraiti əlverişlidir. Yata-
ğın istismarının dağ-texniki şəraiti əlverişli olub, faydalı qazıntının kəşf
olunmuş bütün qalınlığı üzrə açıq karxana üsulu ilə istismarına şərait
yaradır.
Yatağın A+B+C
1
kateqoriyaları üzrə ehtiyatları 2,1 mln.m
3
, C
2
kateqoriyası üzrə isə 461,5 min m
3
təşkil edir.
4.2. Divar (mişar) daşı
Divar daşları dağ süxurlarının mexaniki yolla mişarlanması nəticə-
sində alınır və buna görə də çox zaman onlar həm də mişar daşı adlan-
dırılır və elə bu adla da divar daşlarının ehtiyatları dövlət balansında
qeydə alınır.
Azərbaycan Respublikası divar daşı yataqları ilə geniş təmsil olu-
nur. İstismar işləri aparılan yataqlarda kubik əsasən əhəngdaşlarından, az
miqdarda isə tuflardan, tufqumdaşlarından və travertinlərdən kəsilir.
Hazırda Faydalı Qazıntı Ehtiyatlarının Dövlət balansında Naxçıvan
Muxtar Respublikası üzrə 4 divar daşı yatağı: 2 tuf və tufqumdaşı, 1
tufbrekçiya və tufkonqlomerat və 1 travertin yatagı qeydə alınmışdır.
Divar daşlarına tələbat 4001-84 saylı “Dağ süxurlarından divar
daşı. Texniki şərt.” Dövlət Standartının tələblərinə uyğun öyrənilir.
Dövlət standartının tələblərinə uyğun olaraq xarici divarların hörülməsi
üçün istifadə olunan divar daşlarının həcm kütləsi 2100 kq/m
3
-dən çox
olmamalıdır. Bu tələbatı karbonatlı süxurlar, əsasən divar daşı kimi geniş
istifadə olunan balıqqulaqlı əhəngdaşları tam ödəyir.
4.2.1. Travertin
Travertin karbonat tərkibli mineral su mənbələrindən çökən müasir
çöküntülərdir. Divar daşı istehsalı məqsədilə Şərur rayonunda Şahtaxtı
170
travertin yatağı öyrənilmişdir. Burada faydalı qat Dördüncü dövr yaşlı,
məsaməli travertinlərdən təşkil olunmuşdur.
4.2.1.1. Şahtaxtı travertin yatağı
Yataq Şərur rayonunda Şahtaxtı dəmiryol stansiyasından 2,5-3,0
km şimal-qərbdə, Naxçıvan şəhərindən isə 35 km məsafədə yerləşir.
Yataq 1967-ci ildə K.İ.Hacıyev tərəfindən öyrənilmişdir.
Yatağın geoloji quruluşunda Dördüncü dövr yaşlı möhkəm, bəzən
zəif məsaməli travertinlər iştirak edir. Qalınlığı 6,5 m-dən 14,8 m-dək
dəyişərək, orta hesabla 10,8 m təşkil edir. Travertinlər 8-10
0
bucaq altın-
da cənuba yatırlar. Onlar qalınlığı 3,0 m-dək olan müasir dövr çökün-
tüləri ilə örtülüdür.
Fiziki-mexaniki tədqiqatların nəticələrinə görə travertinlər aşağı-
dakı göstəricilərlə səciyyələnir: həcm kütləsi 2,1-2,4 t/m
3
, xüsusi çəkisi
2,72-2,74 q/sm
3
, suudma qabiliyyəti 2,0-5,0%, məsaməliliyi 14,0-24,0%,
möhkəmlik həddi: havada quru halda 80,0-250,0 kqgüc/sm
2
, su ilə doy-
durulduqdan sonra 50,0-150,0 kqgüc/sm
2
, dondurulduqdan sonra 30,0-
100,0 kqgüc/sm
2
. Suyadavamlılıq və şaxtayadavamlılıq əmsalına görə
travertinlər Dövlət standartının tələblərini ödəmir.
CаCО
3
–ün miqdarı 60-96% təşkil edir.
Fiziki-mexaniki tədqiqatların nəticələrini nəzərə alaraq travertinlər
daxili və xarici divarların hörgüsündə istifadə olunarkən üst hissələri
mütləq suvanmalıdır.
Yatağın dağ-texniki şəraiti əlverişlidir.
Yatağın B kateqoriyası üzrə ehtiyatları 1652 min m
3
təşkil edir. Yataq-
da əvvəllər istismar işləri aparılsa da son illər istismar işləri dayandı-
rılmışdır. 01.01.2009-cu ilə yatagın qalıq ehtiyatları 1404 min m
3
təşkil edir.
4.2.2. Tuf və tufqumdaşları
Dövlət balansında divar daşı kimi qeydə alınan tuf və tufqumdaşı
yataqları Alt Təbaşirin Alb mərtəbəsinin və Paleogenin vulkanogen-
çökmə qatına aiddir. Kəşf olunmuş yataqlar içərisində ehtiyatlarına və
perspektivliyinə görə Çalxanqala tuf, Dərəlik qumdaşı və Kırna tufbrek-
çiya və tufkonqlomerat yataqları maraq kəsb edir.
Tuf yataqlarının 01.01.2009-cu il tarixə А+В+С
1
kateqoriyaları
üzrə ümumi balans ehtiyatları 21853 min m
3
təşkil edir.
171
4.2.2.1. Kırna tufbrekçiya və tufkonqlomerat yatağı
Eyniadlı kənddən 0,25 km məsafədə 170
0
cənub-şərqdə, Ərəfsə-
Naxçıvan şosse yolunun yaxınlığında yerləşir.
Yataq 1978-ci ildə T.M.Seyidov, İ.Ə.Məmmədov və O.İ.İsmayılov
tərəfindən aşkar edilmişdir. 1990-91-ci illərdə S.Q.Rzayev tərəfindən
yataqda kəşfiyyat işləri aparılmışdır.
Yatağın geoloji quruluşunda Üst Oliqosen-Alt Miosen yaşlı tufbrek-
çiya və tufkonqlomeratlar iştirak edir. Morfoloji cəhətdən yataq layşəkilli
olub, şimal-şərqə 8-15
0
bucaq altında maili yatır və tektonik proseslərin
təsirinə məruz qalmamışdır. Tufbrekçiya və tufkonqlomeratların qalınlığı
5,0-83,0 m arasında dəyişir.
Yataq tektonik cəhətdən Naxçıvan düzənliyinin şərq hissəsində
yerləşir.
Faydalı qat kimyəvi və petroqrafik tərkibinə və fiziki-mexaniki
xüsusiyyətlərinə görə praktiki cəhətdən eynicinslidir.
Mikroskop altında tufbrekçiya və tufkonqlomeratlar kobud-xırda və
qeyri-bərabər dənəlidir. Süxurun tərkibinin əhəmiyyətli hissəsi oolitli
əmələgəlmələrdən ibarət olub, bütün süxur kütləsinin 75-80%-ni təşkil
edir. Əksər şliflərdə kvarsın yuvarlaqlaşmış və bucaqlı qırıntıları və digər
mineral aqreqatları rast gəlinir.
Tufbrekçiya və tufkonqlomeratların fiziki-mexaniki tədqiqatlarının
nəticələri aşağıdakı kimidir.
Cədvəl 15
Tufbrekçiya və tufkonqlomeratların fiziki-mexaniki tədqiqatlarının
nəticələri
Süxurun adı
Fiziki-mexaniki tədqiqatların nəticələri
H
əcm kütl
əsi, t/m
3
M
əsam
əlilik
, %
Suudma
qa
biliyy
əti,%
Möhkəmlik həddi,
kqgüc/sm
2
Qu
ru
halda
Su
hop
dur
ul
-
mu
ş hal
da
Tufbrekçiya
2,15-2,26 11,2-12,8 3,3-4,4 178-200 128-155
Tufkonqlomerat 2,14-2,28 11,7-13,3 4,0-4,3 175-205 110-135
172
Göründüyü kimi, hər iki növ üzrə göstəricilər arasındakı fərq cüzi
olub, bir-birinə yaxındır. Faydalı qatın həcm kütləsi 2,14-2,28 t/m
3
, suudma
qabiliyyəti 3,3-4,4%, məsaməliliyi 11,2-13,3%, möhkəmlik həddi: havada
quru halda 175,0-205,0 kqgüc/sm
2
arasında, su hopdurulmuş halda isə 110-
155 kqgüc/sm
2
arasında dəyişir. Tufbrekçiya və tufkonqlomeratların suya-
davamlılıq əmsalı 0,73-0,75 arasında dəyişərək orta göstərici 0,74-ə
(DÜCT-ə görə 0,6-dan az olmamalıdır) bərabərdir. Şaxtayadavamlılıq
göstəricisinə görə Kırna yatağının daşları “Şax.-25” markasına aid edilir.
4001-84 saylı Dövlət Standartının tələblərinə uyğun olaraq tufbrek-
çiya və tufkonqlomeratlar “150” markalı mişar daşına uygun gəlir. Mişar
daşı istehsalı üçün nəzərdə tutulan faydalı qazıntılarda ən vacib göstərici
dağ kütləsində olan təbii çatlar sayılır. Təcrübi karxananın və buruq
quyularının nəticələrinə görə bütün yataq üzrə faydalı qazıntı massiv
kütlə halında olub, çatlı deyildir.
Kırna yatağında təbii daş çıxımının öyrənilməsi üçün təcrübi kar-
xana keçilmişdir. Əl ilə daşın çıxarılmasının nəticələrinə görə təcrübi
karxana üzrə daş çıxımı 48% təşkil edir.
Radiasiya-gigiyenik tədqiqatların nəticələrinə görə Kırna yatağı
üzrə təbii radionuklidlərin ümumi aktivliyi 4,62 Pkm/q və ya 0,1909
Bk/q olub, bu göstərici I sinif tikinti materialları üçün nəzərdə tutulan
həddən aşağıdır. Buna görə də bu daşlardan istənilən tikinti işlərində heç
bir məhdudiyyət qoyulmadan istifadə oluna bilər.
Yatağın dağ-texniki şəraiti əlverişlidir.
Yatağın balans ehtiyatları А+B+C
1
kateqoriyaları üzrə 14,07
mln. m
3
təşkil edir.
4.2.2.2. Dərəlik tufqumdaşı yatağı
Yataq Culfa dəmiryol stansiyasından 15 km şimal-qərbdə, Ordubad
– Naxçıvan yolunun sağ tərəfində yerləşir.
Yataqda 1956-57-ci illərdə T.M.Seyidov tərəfindən kəşfiyyat,
1960-cı ildə isə əlavə kəşfiyyat işləri aparılmışdır.
Yatağın geoloji quruluşunda içərisində tufbrekçiya və tufkonqlo-
merat laycıqları saxlayan Oliqosen yaşlı tufqumdaşları iştirak edir.
Faydalı qatın qalınlığı buruq quyuları üzrə 25,6-28,5 m təşkil edir. Örtük
süxurlar qalınlığı 1,5 m-ə qədər olan torpaq-bitki qatından ibarətdir.
Tektonik cəhətcə yataq Yaycı-Ərəzin sinklinalının qərb qanadında
yerləşir. Laylar CŞ 110-115
0
azimutla 5-6
0
bucaq altında yatırlar.
173
Fiziki-mexaniki tədqiqatların nəticələrinə görə tufqumdaşları aşağı-
dakı göstəricilərlə səciyyələnir: həcm kütləsi 1,34-2,97 t/m
3
orta göstərici
1,94 t/m
3
, xüsusi çəkisi 2,62-2,69 q/sm
3
, suudma qabiliyyəti 0,2-9,6%,
məsaməliliyi 7,0 - 17,0%, möhkəmlik həddi: havada quru halda 144,0-
677,0 kqgüc/sm
2
, su ilə doydurulduqdan sonra 115,0-560,0 kqgüc/sm
2
,
dondurulduqdan sonra 84,0-660,0 kqgüc/sm
2
.
Tufqumdaşları həcm kütləsi istisna olmaqla bütün göstəricilərinə
görə 4001-84 saylı DÜCT-ün tələblərini ödəyir. Şaxtayadavamlılıq əm-
salına görə 16% sınağın nəticələri yararsız sayılmışdır.
Tufqumdaşları divar daşı kimi yararlıdır.
Yatağın istismarının dağ-texniki şəraiti əlverişlidir.
Tufqumdaşlarının А+В kateqoriyaları üzrə ehtiyatları 5452 min m
3
təşkil edir.
4.2.2.3. Çalxanqala tuf yatağı
Yataq Babək rayonunun Çalxanqala kəndindən 6-7 km şərqdə
yerləşir.
Yataq 1966-1968-ci illərdə T.M.Seyidov və M.S.İsmayılov tərəfin-
dən divar daşı kimi, 1981-83-cü illərdə isə B.M.Ağayev, R.M.Ağayev və
M.K.Əliyev tərəfindən üzlük daşı kimi öyrənilmişdir.
Yatağın geoloji quruluşunda Alt Təbaşirin Alb mərtəbəsinin vulka-
nogen qatının süxurları iştirak edir. Onlar çəhrayımtıi-boz, çəhrayı
rəngli, xırda dənəli tuflardan, tufqumdaşlarından, xırda qırıntılı tufbrek-
çiyalardan və kvars porfiritlərdən təşkil olunmuşdur.
Petroqrafik tədqiqatlar nəticəsində tufların aşağıdakı növləri ayrıl-
mışdır: tuflavalar, kvarslı tuflavalar, kristalloklastik psammitli tuflar və
kvars porfiritlər. Süxurda vitrokristalloklastik struktura müşahidə edilir.
Süxur qırıntıları andezit-bazaltdan, vitrobazaltdan, şlakdan ibarət olub,
mötəvilərin 5%-ə qədərini vulkan şüşəsi qırıntıları təşkil edir. Ayrı-ayrı
mötəvilərin ölçüsü 3-5 mm-ə çatır. Mineral qırıntılar kəskin zonallıq
yaradan təbəqəli və prizmatik plagioklazdan ibarətdir. Onun nisbətən iri
dənələri karbonatlaşmışdır.
Yataq xüsusiləşmiş monoklinal kimi təmsil olunan Yaycı-Çalxan-
qala sinklinalının cənub-qərb qanadında öyrənilmişdir. Monoklinalın
cənub-qərb hissəsi şimal-qərbə və şimal-şərqə yatan müxtəlif rəngli
tuflarla mürəkkəbləşmişdir. Layların yatımı bütün yataq üzrə dayanıqlı
olub, yatım bucaqları 17-45
0
arasında dəyişir.
174
Yatağın sahəsi 1,0 kv.km-ə yaxındır. Tufun qalınlığı 20-23 m-dir.
Fiziki-mexaniki tədqiqatların nəticələri aşağıdakı göstəricilərlə
səciyyələnir: həcm kütləsi 1,8-2,0 t/m
3
, suudma qabiliyyəti 2,54-2,7%,
möhkəmlik həddi: havada quru halda 229,0-460,0 kqgüc/sm
2
, suyada-
vamlılıq əmsalı 0,7-0,93, şaxtayadavamlılıq əmsalı 0,7-1,0, tufun mişar-
lanma rejimi 40-60 m/saat, əmtəə daşının çıxımı 40-50% təşkil edir.
Tuflar “200” və “400” markalı daşlara uygun gəlir. Analizin nəticələri
göstərir ki, Çalxanqala yatağının tuf və kvars-porfiritləri xırdalandıqdan
sonra “200” və “400” markalı çınqıl kimi adi beton istehsalına yararlıdır.
Yatağın istismarının dağ-texniki, mühəndis-geoloji və hidrogeoloji
şəraiti əlverişlidir.
Tufqumdaşlarının А+В+С
1
kateqoriyaları üzrə ehtiyatları 274,8
min m
3
təşkil edir. Yataq 1970-1978-ci illərdə Naxçıvan Tikinti Mate-
rialları Kombinatı tərəfindən kubik istehsalı üçün istismar edilmişdir.
Əmtəə daşının çıxımı az olduğuna görə istismar işləri dayandırılmışdır.
01.01.2009-cu il tarixə yatağın qalıq ehtiyatları 227 min m
3
təşkil edir.
Ehtiyat artımı yatağın qərb və şərq istiqamətlərində mümkündür.
4.3. Gil
Gil süxurları sənayenin müxtəlif sahələrində geniş istifadə edilir.
Gildən tikinti məmulatlarının, qaba və incə keramika, odadavamlı mə-
mulatlar və sement istehsalında, qəlib tökmə, kağız və rezin sənayesində,
keramzit və aqloporit istehsalında, yağların və neft məhsullarının təmiz-
lənməsində, mineral boyaların istehsalında və s. sahələrdə geniş istifadə
olunur. Gil süxurlarından həmçinin buruq quyularının qazılmasında
qazma məhlulu kimi istifadə edilir.
Gil süxurlarının keyfiyyəti onun istifadə sahələrinə uyğun olaraq
qiymətləndirilir: keramiki məmulatların istehsalında – gilin keramiki xü-
susiyyəti və kimyəvi tərkibi, keramzit istehsalında onun şişmə qabiliy-
yəti, digər hallarda isə mineraloji və kimyəvi tərkibi, özüllüyü və s.
nəzərə alınır.
Tədqiq olunan yataqların gilləri yaşına görə Pliosen və Müasir
dövrə aiddir. Respublika ərazisində kontinental mənşəli gillər daha geniş
yayılmışdır.
Müxtəlif keyfiyyətli gilcələrlə təmsil olunan kontinental çöküntülər
arasında allüvial, allüvial-delüvial, delüvial və allüvial-delüvial çökün-
tülər geniş yayılmışdır. Gillər qumca, bəzən isə qum və çınqılın üzərində
175
yatır və ya onlarla laylılıq əmələ gətirir. Gillərin qalınlığı 5 m-dən 50 m-
dək, bəzən isə daha çox olur. Kəşfiyyat işləri ararılan yataqlarda gillərin
öyrənilən qalınlığı 5-10 m-dən artıq olmur.
Tikinti keramikalarının istehsalında əsasən orta və mötədil (müla-
yim), bəzən yarımquru qaydada az plastikliyə və yapışqanlılıq qabiliy-
yətinə malik, asanəriyən gillərdən və gilcələrdən (ərimə temperaturu
1350
0
C-yə qədər) istifadə edilir.
Keramika sənayesi üçün yararlı gillərin kimyəvi tərkibində SiО
2
-
53-81%, Аl
2
О
3
- 7-23%, Fе
2
О
3
- 2,5-8% və CаО 15%-ə qədər olmalıdır.
Gilin tərkibində iri ölçülü kalsium karbonatın olması arzuolunmaz hal
sayılır. Həmçinin 2,0%-ə qədər SО
3
, 4-5%-ə qədər suda həllolan qələvi
duzların və 2%-ə qədər qələvitorpaq metalların olması zərərli sayılır.
Gilin tərkibində 10%-ə qədər qum hissəciklərinin olması normal hal
sayılır. Gil hissəciklərinin miqdarı 30%-dən az olmamalıdır. İri süxur
qırıntılarının, o cümlədən 3 mm-dən iri əhəng və gips hissəciklərinin
olması zərərli sayılır.
Aqloporit istehsalı üçün əsas xammal gil və qumlu-gil süxurları
(gil, gilcə, gil şisti, argillit, alevrolit) hesab olunur. Xammalın kimyəvi
tərkibinə ciddi limit qoyulmur, lakin aqloporit istehsalında istifadə olu-
nan xammalların tərkibindəki komponentlərin miqdarı aşağıdakı həddə
olmalıdır: SiО
2
-55-85%; Аl
2
О
3
-8-20%; Fе
2
О
3
- 8%-ə qədər; CаО+МgО
-20%-ə qədər. İridənəli hissəciklərin və karbonat möhtəvilərinin miqdarı
kütlədə 3%-dən, 2-3 mm ölçülü dənələrin miqdarı isə 1%-dən çox olma-
malıdır. 3 mm-dən böyük karbonat möhtəviləri olan gillər istifadəyə
yaramır. 0,001 mm-dən kiçik gil hissəciklərinin miqdarı xammalda 10-
35% arasında, xammalın plastiklik ədədi isə 2-18 arasında olmalıdır.
Muxtar respublika ərazisində tikinti keramikası (kərpic) məqsədilə 4,
aqloporit istehsalı üçün 2, bənd tikinti işləri üçün 1 yataq öyrənilmişdir.
Həmin yataqların ümumi balans ehtiyatları 12064 min m
3
təşkil edir.
4.3.1. Tikinti keramikası istehsalı üçün gillər
Bu məmulatlara kərpic (adi gil, boşluqlu, yarımquru preslənmiş,
içiboş ventilyasiya və s.), kirəmit, keramiki daşlar, keramik fasad plitə-
ləri və s. aiddir. Qeyd olunan məmulatların istehsalında asanəriyən gillər
və gilcələr, arabir gil şistlərinin bəzi növləri istifadə olunur.
176
4.3.1.1. Şahbuz yatağı
Yataq Şahbuz şəhərindən 2 km şimal-şərqdə, Qarababa kəndinin
yaxınlığında yerləşir.
Yataq 1988-ci ildə İ.Ə.Məmmədov və Ə.Ə.Əsgərov tərəfindən
aşkar edilmiş, 1988-1991-ci illərdə isə İ.Ə.Məmmədov və Ə.Ə.Əsgərov
tərəfindən yataqda kəşfiyyat işləri aparılmışdır.
Yataq rayonu oroqrafik cəhətdən Dərələyəz silsiləsinin yüksək dağ-
lıq hissəsinin cənub yamacında, Zəngəzur silsiləsinin cənub-qərb yama-
cında yerləşərək, Naxçıvançayın yuxarı axım hövzəsini əhatə edir.
Yatağın geoloji quruluşunda Üst Dördüncü dövr yaşlı allüvial-
prolüvial çöküntülər iştirak edir. Çöküntülər bozumtul və tünd-boz rəngli
gil və gilcələrdən təşkil olunmuşdur. Təmas süxurlar Orta Eosenin
Buarus mərtəbəsinə aid nadir qumdaşı və argillit laycıqları saxlayan
tufqravellit, tufkonqlomerat, tufbrekçiya ilə təmsil olunurlar.
Tektonik cəhətcə rayon Araz tektonik zonasının şimal və şimal-
şərq hissəsində yerləşir. Şahbuz gil yatağı isə bilavasitə gec Eosen-
Oliqosenə qədər formalaşmış Nursu-Tirkeş çökəkliyində yerləşir.
Faydalı qat üfqi yatan layşəkilli gil-gilcə süxurlarından təşkil
olunmuşdur. Relyefdə gil-gilcə süxurları maili yatımla Naxçıvançayın
terrasını əmələ gətirir. Onlar köklü süxurların mexaniki aşınması və
hövzənin yamacı boyu həmin materialların hissə-hissə yerdəyişməsi
nəticəsində əmələ gəlmişdir.
Mikroskop altında təyin olunmuşdur ki, gil alevrolit növünə aiddir.
Teksturası məsaməli, strukturası isə alevrit-psamit-pelitdir. Süxur incə-
dispers (pelit) gil kütləsi ilə əhəngli materialın qarışığından ibarətdir.
Süxurda müşahidə olunan terrigen qırıntıların içərisində yuvarlaq, yarı-
yuvarlaq kvars dənələri, plagioklaz, piroksen, xlorit təbəqələri və filiz
mineralları (maqnetit) təyin edilmişdir.
Mineral qırıntılar xırda ölçüdə olub, böyük hissəsi alevrit hissə-
ciklərinə aiddir. Əsas kütlə qialopelit, pilotaksitdir.
Termoqramın nəticələrinə görə qeyd olunan gil materialı hid-
roslyuda və montmorillonit minerallarının qarışığından ibarətdir.
Aşağıda süxurun kimyəvi tərkibi 21-78-88 saylı “Keramiki kərpic
və daşların istehsalı üçün gil xammalı” sahə standartının tələbləri ilə
müqayisəli şəkildə verilir.
177
Cədvəl 16
Dostları ilə paylaş: |