Qazintilari



Yüklə 2.85 Kb.
PDF просмотр
səhifə17/22
tarix28.04.2017
ölçüsü2.85 Kb.
1   ...   14   15   16   17   18   19   20   21   22

Süxurun kimyəvi tərkibinin 21-78-88 saylı sahə standartının 
tələbləri ilə müqayisəsi 
 
№№ Komponentlərin adı  
Göstəricilərin həddi,  % 
Şahbuz yatağı 21-78-88 
saylı sahə 
standartının tələbatı 
1 2 


1. 
SiО

55,0-58,0 < 
85 
2. 
Аl
2
О

14,08-14,60 > 

3. 
CаО+МgО 
6,33-8,14 < 
20 
4. 


0,12-0,20 < 

5. 

2
О
3
+FеО 
5,65-6,21 < 
14 
6. 
К
2
О+Nа
2
О 
3,68-4,24 < 

Cədvəldən göründüyü kimi gil süxurları kimyəvi tərkibinə görə 
sənayenin tələblərinə tam cavab verir. Alüminium oksidinin miqdarına 
görə gil yarımturş  (Аl
2
О
3
>14%), rəngləyici oksidlərin (Fе
2
О
3
+ТiО
2

miqdarına görə yüksək miqdarda rəngləyici oksidlər (Fе
2
О
3
>3%,    
ТiО
2
<1%) saxlayan qrupa aid edilir. 
Aşağıda adi və keramiki sınaqlar üzrə faydalı qazıntının plastikliyi 
və  qranulometrik tərkibi  21-78-88 saylı sahə standartının tələbləri ilə 
müqayisəli şəkildə verilir. 
Cədvəl 17 
 
Faydalı qatın plastiklik ədədi və qranulometrik tərkibi 
 
Təyinatın keyfiyyəti 
Plastiklik 
ədədi 
Qranulometrik tərkib, % 
Qumlu 
alevrit 
hissəcikləri 
(>0,01mm) 
Gil 
hissəcikləri 
(<0,01 mm)
O cümlədən 
məxsusi gil 
(<0,001 mm)
21-78-88 saylı sahə 
standartının tələbatı 
>7 Reqlament 
olunmur 
> 30 
>15 
Adi sınaqlar üzrə 11,0-24,0 
26,93-52,58 
33,52-74,79
16,2- 
29,45 
Laborator–texnoloji 
sınaqlar üzrə 
(keramiki) 
10,4-24,0 Təyin olunmur 
Yarımzavod  
sınaqları üzrə 
13,5-15,3 18,6 
0,1 
Təyin 
olunmur 

 
178
Göründüyü kimi, faydalı qatın dənəvərlik tərkibi qeyd olunan əra-
zinin gil süxurları üçün səciyyəvi olan dəyişkən tərkibə malik olsa da, 
21-78-88 saylı sahə standartının tələblərini ödəyir. 
İncədispers hissəciklərin miqdarına görə gilcələr kobud dispers 
qrupuna aiddir (<0,001 mm hissəciklərin miqdarı <40%). Struktur tipinə 
görə gillər qumlu-alevritli tipə aid edilir. Plastiklik ədədi üzrə gil süxur-
larının  əsas kütləsi orta və  aşağı plastikli gil qrupuna aiddir. Faydalı 
qatın texnoloji xüsusiyyətləri laborator-texnoloji sınaqlar üzrə öyrənil-
mişdir. Tədqiqatların nəticələrinə görə gilin keramiki göstəriciləri aşağı-
dakı kimidir:  
Bişirməyə qədər: 
1. İşçi xəmirin su tutumu - 17,8 - 24,0%. 
2. Havada qısalma - 17,8 - 24,0%. 
3. Ərimə temperaturu - 1170-1190
0
С. 
Ərimə temperaturuna görə gillər asanəriyəndir və təbii quruma za-
manı nümunələrdə heç bir qüsur  müşahidə edilməmişdir. 
980
0
С temperaturda bişirildikdən sonra:  
1.Ümumi qısalma - 6 - 9%. 
2.Suudma qabiliyyəti - 14,2 - 17,8%. 
3. Sıxılma zamanı möhkəmlik həddi - 104,1 - 271,2 kqgüc/sm
2

Qeyd olunan məlumatlardan göründüyü kimi, Şahbuz yatağının 
gilləri normal  istidən  qısalma və suudma qabiliyyətinə malikdir. Mexa-
niki möhkəmliyi 100-dən yuxarıdır (530-80 saylı Dövlət standartına görə 
“75”-dən az olmamalıdır).  
Bakı Tikinti Materialları Kombinatında aparılan yarımzavod tədqi-
qatları göstərir ki, Şahbuz yatağının gillərindən alınan kərpiclərin möh-
kəmliyi 530-80 saylı “Keramiki kərpic və daşlar” Dövlət standartının 
tələblərinə görə “100” markaya uyğun gəlir. 
Yatagın süxurları bütövlükdə  aşağı radioaktivliyə (16 Mkr/saat-a 
qədər) malik olub, ondan hazırlanan kərpicdən bütün növ tikintilərdə 
məhdudiyyətsiz istifadə oluna bilər. 
Yatağın hidrogeoloji və dağ-texniki şəraiti əlverişlidir. 
Bütün keyfiyyət göstəricilərinə görə Şahbuz yatağının gilləri 21-78-
88 saylı sahə  və 530-80 saylı Dövlət Standartının tələblərini tamamilə 
ödəyir və  həmin gillərdən “100” markalı  kərpic istehsalında istifadə 
etmək olar.  
Yatagın В+С
1
 kateqoriyaları üzrə ehtiyatları 973540 m

təşkil edir. 
 

 
179
4.3.1.2. Naxçıvan yatağı 
 
Yataq Naxçıvan  şəhərindən 2,5 km şərqdə, Ordubad-Naxçıvan 
yolunun yaxınlığında, Naxçıvançayın sol sahilində yerləşir. 
Yataqda 1957-1958-ci illərdə T.M.Seyidov tərəfindən geoloji-kəş-
fiyyat işləri aparılmış və nəticədə kərpic istehsalı üçün A+B+C
1
 kateqo-
riyaları üzrə 3133 min m
3
 gil ehtiyatı hesablanmışdır. 1969-cu  ildə gilin 
balans ehtiyatlarının tükənməsi ilə  əlaqədar D.A.İsmayılov tərəfindən 
yataqda əlavə kəşfiyyat işləri aparılmışdır. Əlavə kəşfiyyat işləri nəticə-
sində 1793 min m
3   
həcmində gil ehtiyatı hesablanmışdır. 
Yatağın geoloji quruluşunda tünd-boz, çəhrayımtıl-boz rəngli gilcə, 
gil və qumlarla  təmsil olunan Müasir dövr çöküntüləri iştirak edir. 
Yataqda faydalı qat horizontal yatım təşkil edən  və biri-birindən 2 
m-lik gilli-qum və çaqıl-çınqıl qatı ilə ayrılan iki horizontla təmsil olunur. 
Faydalı qatın birinci horizont üzrə qalınlığı 1,8-2,0 m-dir. Faydalı 
qatın ümumi orta qalınlığı 4,0 m, örtük süxurların qalınlığı isə 0,2 m 
təşkil edir.  
CаCО
3
-ün miqdarı 18,8-22,2% arasında dəyişir və süxurda incədispers 
vəziyyətdə olduğundan bişirilmə zamanı kərpicdə “dudik”lərin (şişmiş əhəng-
daşı qalıqlarının)  əmələ gəlmə ehtimalı yoxdur. 
Gillərin qumluluğu 3,1-17,2% təşkil edir. 
Keramiki tədqiqatların nəticələri göstərir ki, bişirilmədən əvvəl  gil-
lər plastiklik əmsalına görə II sinfə, qurutma zamanı həssaslıq əmsalına 
görə azhəssaslı  qrupa aid edilir. Havada qısalma 6,5-8,5% təşkil edir. 
Bişirilmədən sonra nümunələrin keramiki tədqiqatları göstərir ki, 
sıxılma zamanı möhkəmlik həddi 77,4 kqgüc/sm
2
,  əyilmə zamanı 16,3 
kqgüc/sm
2
, suudma qabiliyyəti 17,85% təşkil edir.  
Yarımzavod tədqiqatlarının nəticələri göstərir ki, gil bütün göstə-
ricilərinə görə 21-78-88 saylı sahə və 530-80 saylı Dövlət Standartlarının 
tələblərini tamamilə ödəyir və  həmin gillərdən “75” markalı  kərpic 
istehsalında istifadə etmək olar.  
Yatağın 01.01.2009-cu ilə qalıq ehtiyatları А+В+С
1
 kateqoriyaları 
üzrə 1513 min m
3
-dir.  
 
4.3.1.3. Babək yatağı 
 
Babək rayonu ərazisində, Naxçıvan şəhərindən 3 km şimal-qərbdə 
yerləşir.  

 
180
Yataq 1989-cu ildə M.M.Məmmədov tərəfindən aşkar edilmiş  və 
1990-1993-cü illərdə  kərpic istehsalına yararlı xammal kimi yataqda 
kəşfiyyat işləri  aparılmışdır. 
Yatağın geoloji quruluşunda Orta Miosenin alt yarım mərtəbəsinin 
qumdaşları, gil, qravelit, nadir konqlomerat laylı alevrolit və  gil linzaları 
və laycıqları saxlayan mergellərin növbələşməsindən ibarət olan  çökün-
tülər iştirak edir. 
Tektonik cəhətcə yataq Duzdaq sinklinalının cənub-qərb qanadında 
yerləşiir. 
Faydalı qat morfoloji cəhətdən layşəkilli olub, uzanma və düşmə 
istiqamətində dəyişməz qalınlığa, quruluşa və keyfiyyətə malikdir. 
Petroqrafik cəhətcə süxur alevrit, zəif alevritli gil və gillərlə təmsil 
olunur. Gil pelit struktura, sıx tekstura malikdir. Süxur müəyyən qədər 
əhəngli material qarışığı olan incədispers (pelit) kütlədən ibarətdir. Li-
toloji analizin nəticələrinə görə, gildə  aşağıdakı minerallar iştirak edir: 
yüngül fraksiya-kvars, plagioklaz, karbonatlı  və silisli qırıntılar və gil 
mineralları (38-52%) və  ağır fraksiya - nadir xlorit dənələri, biotit, 
hornblend, maqnetit, sirkon və avgit.  
Gilin kimyəvi tərkibi aşağıdakı kimidir: SiО
2
 - 40-48,0%,  Аl
2
О

-
11,3-14,6%, Fе
2
О

-3,82-5,83%,  ТiО
2
 -0,7-0,9%,  CаО -5,79-14,05%, 
МgО-0,20-7,50%, SО

- 0,10-0,37%, Nа
2
О+К
2
О-2,94-4,0%.  
Göründüyü kimi,  gil süxurları kimyəvi tərkibinə görə  sənayenin 
tələblərinə tam cavab verir. Alüminium oksidinin miqdarına görə gil turş  
(Аl
2
О
3
<14%), rəngləyici oksidlərin (Fе
2
О
3
+ТiО
2
) miqdarına görə yüksək 
miqdarda rəngləyici oksidlər (Fе
2
О
3
>3%, ТiО
2
<1%) saxlayan qrupa aid 
edilir. 
Gilin fiziki-mexaniki xüsusiyyətləri aşağıdakı göstəricilərlə  səciy-
yələnir: plastiklik ədədi 10-21,4, qranulometrik tərkibi: qumlu-alevrit 
hissəcikləri (>0,01 mm) 13,36-74,08%, gil hissəcikləri (<0,01 mm)  
25,92 - 86,64%, o cümlədən məxsusi gillər (<0,001 mm)  3,16 - 26,66%. 
Göründüyü kimi, faydalı qatın  qranulometrik tərkibi qeyd olunan əra-
zinin gil süxurları üçün səciyyəvi olan dəyişkən tərkibə malik olsa da, orta 
göstəricilərin miqdarı 21-78-88 saylı sahə standartının tələblərini ödəyir. 
Plastiklik  ədədi üzrə gil süxurlarının  əsas kütləsi aşağı plastikli, 
bəzi sınaqlar üzrə isə orta plastikli gil qrupuna aiddir. 
Faydalı qatın texnoloji xüsusiyyətləri laborator-texnoloji sınaqlar 
üzrə öyrənilmişdir. Tədqiqatların nəticələrinə görə, gilin keramiki göstə-
riciləri belədir:  

 
181
Bişirməyə qədər: 
1. İşçi xəmirin su tutumu - 17,5 - 23,0%. 
2. Havada qısalma - 4,0 - 8,0%. 
3. Ərimə temperaturu - 1170-1180
0
С. 
Tədqiqatın nəticələrinə görə gillər asanəriyəndir və  təbii quruma 
zamanı nümunələrdə heç bir qüsur müşahidə edilməmişdir. 
980
0
С temperaturda bişirildikdən sonra:  
1.Ümumi qısalma - 5 - 9%. 
2.Suudma qabiliyyəti - 10,7 - 20,4%. 
3. Sıxılma zamanı möhkəmlik həddi - 81,1 - 175,5 kqgüc/sm
2

Qeyd olunan məlumatlardan göründüyü kimi, Babək yatağının 
gilləri normal istidən
 
qısalma və suudma qabiliyyətinə malik olub, mexa-
niki möhkəmliyi 100-dən yuxarıdır (530-80 saylı Dövlət Standartına 
görə “75”-dən az olmamalıdır).  
Babək yatağının gillərinin keyfiyyət göstəriciləri  Şahbuz yatağına 
çox yaxındır. Buna görə də bu yatagın xammalının bazası əsasında zavod 
şəraitində  “100” markalı kərpic istehsalı mümkündür.   
Yatagın A+В+С
1
 kateqoriyaları üzrə ehtiyatları 1150352  m

təşkil edir. 
 
4.3.1.4. Yaycı yatağı 
 
Yataq Culfa rayonunun Yaycı kəndindən 4,0-4,5 km şimalda yerləşir. 
1988-91-ci illərdə Kosmik Tədqiqatlar Elmi-İstehsalat Birliyi ilə 
bağlanmış müqaviləyə uyğun olaraq F.A.Mustafayev tərəfindən yataqda 
geoloji-kəşfiyyat işləri aparılmışdır. 
Yatağın geoloji quruluşunda Dördüncü dövrün prolüvial, prolüvial-
delüvial çöküntüləri iştirak edir. Morfoloji cəhətdən faydalı qazıntı 
layşəkilli yataq əmələ gətirir. Gil süxurları 2-3
0
 bucaq altında yatır.  
Faydalı qat orta qalınlığı 4,6 m olan qumlu  gillərdən ibarətdir. Fay-
dalı qat həm qalınlığı (4,4 m-dən 4,8 m-dək) üzrə, həm də keyfiyyətinə 
görə çox dayanıqlıdır. Petroqrafik tədqiqatların nəticəsi göstərir ki, qum-
lu gillər iridənəli və alevrit struktura malikdir. Süxur qumlu-alevritli və 
gil hissəciklərindən ibarətdir. Gillər dispers olub, qum və alevrit hissə-
cikləri sementləşmişdir. Bəzən çatlar üzrə, bəzən isə sahəvi dəmir hidro-
oksidi müşahidə olunur.  
Gilin kimyəvi tərkibi aşağıdakı kimidir: SiО

-42,0-49,0%, Аl
2
О

-
11,67-16,17%, Fе
2
О

-4,61-11,34%, CаО+МgО -13,54-14,45%, SО

-
0,05-0,2%, Nа
2
О+К
2
О -3,4-4,38%. Kimyəvi analizin nəticələrinə görə 

 
182
Yaycı yatağının gilləri sənayenin tələblərinə tam cavab verir. Alüminium 
oksidinin miqdarına görə gil
 
 turş  (Аl
2
О
3
<14%), rəngləyici oksidlərin 
(Fе
2
О
3
+ТiО
2
) miqdarına görə yüksək miqdarda rəngləyici oksidlər 
(Fе
2
О
3
>3%) saxlayan qrupa aid edilir. 
Gillərin plastiklik ədədi 6-9 arasında olub, ərimə temperaturuna 
görə asanəriyən gillər qrupuna daxildir. 
Gil  fraksiyasının miqdarı 31,5-60,3%, alevrit fraksiyasının miqdarı 
32,7 - 58,2%, qum fraksiyası 6,8 -10,7% təşkil edir.  
Tədqiqatların nəticələrinə görə, gilin keramiki göstəriciləri aşağı-
dakı kimidir:  
Bişirməyə qədər: 
1. İşçi xəmirin su tutumu - 17,0-26,0%. 
2. Havada qısalma - 5,0 - 7,0%. 
3. Ərimə temperaturu - 1170-1185
0
С. 
Gillər asanəriyən olub, təbii quruma zamanı nümunələrdə heç bir 
qüsur  müşahidə edilməmişdir. 
980
0
С temperaturda bişirildikdən sonra:  
1.Ümumi qısalma - 6 - 9%. 
2.Suudma qabiliyyəti - 2,3 - 4,8%. 
3. Sıxılma zamanı möhkəmlik həddi - 102,5 - 172,0 kqgüc/sm
2

Yaycı yatağının gilləri normal istidən qısalma və suudma qabiliy-
yətinə  malik olub, mexaniki möhkəmliyi “100”-dən yuxarıdır. 
Bütün keyfiyyət göstəricilərinə görə Yaycı yatağının gilləri 21-78-
88 saylı sahə və 530-80 saylı Dövlət Standartlarının tələblərini tamamilə 
ödəyir və  həmin gillərdən “100” markadan yuxarı  kərpic istehsalında 
istifadə etmək olar.  
Yatağın A+В+С
1
 kateqoriyaları üzrə ehtiyatları 1,5 mln. m

təşkil edir. 
 
 
4.3.1.5. Dəstə yatağı 
 
Yataq Ordubad rayonunun Dəstə kəndindən 1,5 km qərbdə yerləşir. 
Yataq 1988-ci ildə  İ.Ə.Məmmədov və  Ə.Ə.Əsgərov tərəfindən 
aşkar edilmişdir. 1990-1993-cü illərdə onlar tərəfindən yataqda kəşfiyyat 
işləri  aparılmışdır. 
Yatağın geoloji quruluşunda Üst Dördüncü dövr yaşlı allüvial-
prolüvial çöküntülər iştirak edir. Çöküntülər qırmızımtıl-boz və  bəzən 
qırmızı rəngli gil və gilcələrdən təşkil olunmuşdur. Faydalı qat üfqi yatan 

 
183
layşəkilli gil və gilcə süxurlarından təşkil olunmuşdur. Relyefdə gil-gilcə 
süxurları maili yatımla (2-3
0
) Araz çayının terrasını əmələ gətirir.  
Qırıntı materialların tərkibinə görə gillər dəmirləşmiş əhəngli-qum-
daşlı, dəmirləşmiş əhəngli-qumlu, dəmirləşmiş əhəngli-alevritli-qumdaş-
lı və dəmirləşmiş əhəngli-alevritli-qumlu növlərə bölünür. 
Mikroskop altında alevropelit, psammopelit, zəif incəpulcuqlu 
 
struktura təyin edilir. Süxur içərisində səpinti şəklində karbonat dənələri 
saxlayan gil materiallarından ibarətdir.  Əsas gil hissəciklərindən  əlavə 
süxurda digər qırıntı qarışıqlar da iştirak edir. Qırıntı qarışıqların içə-
risində yuvarlaqmamış, nadir hallarda yuvarlaqlaşmış plagioklaz dənə-
ləri, kvars, piroksen, hornblend və xlorit müşahidə olunur.  Termoqramın 
nəticələrinə görə gil əsasən hidroslyuda və montmorillonit mineral-
larından  ibarətdir.  
Gilin kimyəvi tərkibi aşağıdakı kimidir: SiО

-43,0-49,0%,  Аl
2
О
3
-
14,72-17,17%, Fе
2
О
3
-5,24-7,16%, CаО+МgО-11,53-15,98%, SО
3
-0,07-
0,2%, Nа
2
О+К
2
О- 4,0-4,70%. Kimyəvi analizin nəticələrinə görə Dəstə 
yatagının gilləri sənayenin tələblərinə tam cavab verir.  
Alüminium oksidinin miqdarına görə gil yarımturş (Аl
2
О
3
 >14%), 
rəngləyici oksidlərin (Fе
2
О
3
+ТiО
2
) miqdarına görə yüksək miqdarda 
rəngləyici oksidlər (Fе
2
О
3
>3%, ТiО
2
<1%) saxlayan qrupa aid edilir. 
Gilin fiziki-mexaniki xüsusiyyətləri aşağıdakı göstəricilərlə  səciy-
yələnir: plastiklik ədədi 8-16, qranulometrik tərkibi: qumlu-alevrit hissə-
ciklər (>0,01 mm) 34,5-60,7%, gil hissəcikləri (<0,01 mm)  33,2-65,5%, 
o cümlədən məxsusi gillər (<0,001 mm)  15,4-29,2% təşkil edir. 
Göründüyü kimi, faydalı qat qranulometrik tərkibinə görə 21-78-88 
saylı sahə standartlarının tələblərini ödəyir. Dispers hissəciklərin miq-
darına görə gilcələr kobuddispers, struktur tipinə görə isə qumlu-alevrit 
tipinə aiddir. Plastiklik ədədi üzrə gil süxurlarının  əsas kütləsi aşağı 
plastikli gil qrupuna aiddir. Faydalı qatın texnoloji xüsusiyyətləri labora-
tor-texnoloji sınaqlar üzrə öyrənilmişdir. Tədqiqatların nəticələrinə görə 
gilin keramiki göstəriciləri aşağıdakı kimidir:  
Bişirməyə qədər: 
1. İşçi xəmirin su tutumu - 19,5 - 22,5%. 
2. Havada qısalma - 5,0 - 7,0%. 
3. Ərimə temperaturu -1175-1185
0
С. 
Ərimə temperaturuna görə gillər asanəriyəndir və  təbii quruma 
zamanı nümunələrdə heç bir qüsur müşahidə edilməmişdir. 
980
0
С temperaturda bişirildikdən sonra:  

 
184
1.Ümumi qısalma - 6 - 8%. 
2.Suudma qabiliyyəti -16,2-20,1%. 
3. Sıxılma zamanı möhkəmlik həddi - 101,1-160,1 kqgüc/sm
2

Qeyd olunan məlumatlardan göründüyü kimi Dəstə yatağının gilləri 
normal istidən qısalma və suudma qabiliyyətinə malikdir. Mexaniki 
möhkəmliyinə görə markası 100-dən yuxarıdır (530-80 saylı Dövlət 
Standartına görə “75”-dən az olmamalıdır).  
Yatağın süxurları bütövlükdə  aşağı radioaktivliyə (16 Mkr/saat-a 
qədər) malik gil süxurlarından ibarət olub, ondan hazırlanan kərpicdən 
bütün növ tikintilərdə məhdudiyyətsiz istifadə oluna bilər. 
Keyfiyyət göstəricilərinə görə Dəstə yatağının gilləri 21-78-88 saylı 
sahə və 530-80 saylı Dövlət Standartının tələblərini tamamilə ödəyir və 
həmin gillərdən “100” markalı kərpic istehsalında istifadə etmək olar.  
Yatağın A+В+С
1
 kateqoriyaları üzrə ehtiyatları 906405 m

təşkil edir. 
 
4.3.2.  Aqloporit istehsalı üçün gillər 
 
Aqloporit istehsalına zəif bitişmə intervalı (50
0
-dən aşağı) ilə səciy-
yələnən və  böyük miqdarda üzvi qarışıqlar saxlayan, şişməyən və  zəif 
şişən gil süxurlarının müxtəlif növləri (asanəriyən gillər, gilcə, qumca, 
kömürləşmiş  şistlər, alevrolit, argillit və s.)
 
yararlıdır. Aqloporit isteh-
salına yararlı süxurlarda gil hissəciklərinin miqdarı 22%-dən yüksək 
olmamalıdır.  
 
4.3.2.1. Çeşməbasar yatağı 
 
Naxçıvan  şəhərindən 12-13 km cənub-şərqdə, köhnə  kərpic zavo-
dundan 8-9 km məsafədə, Çeşməbasar kəndinin yaxınlığında  yerləşir. 
1980-ci ildə T.M.Seyidov və  İ.Ə.Məmmədov  tərəfindən aparılan 
axtarış  işləri nəticəsində  kərpic, kirəmit və aqloporit çınqılı istehsalına 
yararlı  xammal kimi aşkar edilmişdir. 
1981-ci illərdə M.K.Əliyev tərəfindən aqloporit çıngılı istehsalı 
üçün öyrənilmiş, 1982-83-cü illərdə M.K.Əliyev və R.M.Ağayev 
tərəfindən yataqda dəqiq kəşfiyyat işləri aparılmışdır. 
Yatağın geoloji quruluşunda  Orta Miosenin Karaqan horizontunun 
dəniz çöküntüləri iştirak edir. Naxçıvan düzənliyində Karaqan horizon-
tunun süxurları üçün səciyyəvi olan xüsusiyyət onların hər yerdə qırmı-
zımtıl-boz rəngdə olmasıdır.  

 
185
Çeşməbasar yatağında faydalı qat Karaqan horizontunun üst hissə-
sində yerləşərək zəif dislokasiya olunmuş (ŞŞ 20-25
0
, yatım bucağı 5-8
0

layla təmsil olunaraq nadir qumdaşı laycıqları olan incə-orta dənəli gil və  
alevrolitdən təşkil olunmuşdur.  
Karaqan horizontunun gilləri yaxşı çökdürülmüş hesab olunur. 
Qranulometrik analizin nəticələrinə görə gilin fraksiyalar üzrə miqdarı 
aşağıdakı kimidir: 0,5-0,25 mm-0,0-3,42%; 0,25-0,05mm-3,27-28,18%;  
0,05-0,01 mm-1,84-43,40%; 0,01-0,005 mm-0,12-24,57% və  <0,005 
mm - 44,25-59,08%. Nəticələrdən göründüyü kimi tozvari fraksiyanın 
miqdarı üstünlük təşkil edir və bu da onu göstərir ki, süxurda gil frak-
siyasının miqdarı  yüksəkdir. Gillər qranulometrik tərkibinə görə orta və 
aşağı dispersli olub, möhkəm, çətin həll olan və mülayim plastikliyə 
malikdir.  
Bu gillərin mineraloji tərkibində ağır fraksiyalı  mineralların nisbəti 
aşağıdakı kimidir: əhəmiyyətli dərəcədə üstünlük təşkil edən dəmir 
hidrooksidi və maqnetit 67%, bazaltik hornblend 9%, biotit 6,5%, epidot 
3,5%, adi hornblend 3% və xlorit 2,5% iştirak edir. Qalan mineralların 
(qranit, sirkon, apatit, muskovit, diopsid, barit və dolomit) miqdarı 1,5%-
dən aşağıdır. Terrigen hissəciklərin miqdarı 20%-dən yuxarı qalxmır.  
Gilin tərkibində aşağıdakı minerallar: montmorillonit, hidroslyuda, 
kaolinit, kvars, kalsit, bəzən isə 
 
kristobolit iştirak edir. 
Gilin kimyəvi tərkibi aşağıdakı kimidir:  SiО
2
-43,54-52,38%,  
Аl
2
О
3
-9,17-12,14%, Fе
2
О
3
-5,83-8,62%, CаО-10,41-12,38%, МgО-3,88-
8,12%, SО
3
-0,07-0,59%, Nа
2
О+К
2
О-3,38-3,78%, y.z.i.-11,98-14,74%.  
Gilin kimyəvi tərkibi bütünlüklə aqloporitin alınması üçün tələb 
olunan  tələbatlara tam cavab verir.  
Gilin həcm kütləsi 1840-2050 kq/m
3
, sıxlığı isə 2,48-2,57 kq/sm
3
-dir. 
Adi sınaqların laborator-texnoloji tədqiqatlarının kafi nəticələri  
nəzərə alınaraq, yataqdan 2,5 ton ağırlığında texnoloji sınaq götürülmüş-
dür.  
Yarımsənaye tədqiqatlarının nəticəsində xammalın yapışma (bitiş-
mə) və fiziki-mexaniki xüsusiyyətləri  aşağıdakı  kimi olmuşdur: 
- şaquli yapışma
 
sürəti                                     - 10 mm/dəq; 
- aqloporit çıxımı                                             - 70,0%; 
- şərti məhsuldarlıq                                          - 0,42 m
3
/m
2
saat; 
- tökmə sıxlıq: 
- çınqıl                                                             - 460,0-572,0 kq/m
3

- qum                                                               - 755,0 kq/m
3


 
186
- çınqılın möhkəmliyi                                      - 9,6-12,0 kqgüc/sm
2

- 24 saatdan sonra suudma                              - 28,0%; 
- dənələrarası məsamələrin həcmi                   - 50,0%; 
- silikatlara qarşı dağılmaya müqavimət         - 0,8%; 
- dəmirə qarşı dağılmaya müqavimət              - 0,8%; 
- sıxlıq                                                              - 2,4 q/sm
3

Yarımsənaye tədqiqatlarının nəticələri göstərir ki, Çeşməbasar ya-
tağının gilləri yapışma prosesinin və fiziki-mexaniki xüsusiyyətlərin bü-
tün göstəricilərinə görə 11991-76 saylı “Aqloporit çınqılı  və qumu” 
Dövlət Standartının tələblərinə cavab verir və yataqdan aqloporit isteh-
salı üçün istifadə oluna bilər.  
Yüngül betonun alınması məqsədilə müxtəlif miqdarda sement qa-
rışdırmaqla bir neçə eksperiment aparılmışdır. Tədqiqatların nəticəsinə 
görə aşağıdakı fiziki-mexaniki xüsusiyyətlərə malik aqloporit-beton alın-
mışdır. 
Cədvəl 18 
1   ...   14   15   16   17   18   19   20   21   22


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə