Suvarılan torpaq sahələrinin genişləndirilməsi məqsədilə layihələş-
dirilən su bəndinin tikintisində Azaçayın qum-çınqıl çöküntülərindən
istifadə etmək üçün çayın hövzəsində və terraslarda 1983-1984-cü illərdə
O.İ.İsmayılov tərəfindən kəşfiyyat işləri aparılmışdır.
Qum-çınqıl çöküntülərinin geoloji quruluşu çox sadədir. Stratiqra-
fik cəhətdən burada Üst Dördüncü və Müasir dövr yaşlı çöküntülər işti-
rak edir. Dördüncü dövr çöküntüləri qayma-çaqıl-qumla, Müasir dövr
çöküntüləri isə allüvial və delüvial-prolüvial çöküntülərlə - qumca, gilcə,
qum və müxtəlif süxurların qırıntıları ilə təmsil olunurlar.
Azaçayın çaqıl-qum çöküntüləri makroskopik cəhətdən çox möh-
kən, iri və müxtəlif ölçülü süxurlardan ibarətdir. Onların ölçüləri bir neçə
millimetrdən 1,0 m-dək dəyişir. Qranulometrik tərkibində qayma (70
mm-dən yuxarı) -9,3-14,6%, çaqıl və çınqıl -49,8-57,4% və müxtəlif-
dənəli qum -33,1-37,0% iştirak edir. Rəngi açıq-bozdan qarayadək
220
dəyişir və bütövlükdə tünd-boz rəngdədir. 5 m dərinliyədək qayma-çaqıl-
çınqıl kütləsi əsasən yaxşı yuvarlaqlaşmış, yumru formalı intruziv
süxurlardan təşkil olunmuşdur. Onlar 40%-dək andezitlərdən, 30%-dək
andezit-dasitlərdən, 20%-dək dasitlərdən, 10%-dək dioritlərdən, 10%-
dən çox olmamaqla əhəngdaşlarından və kvarslı qumdaşlarından təşkil
olunmuşdur. Yastı və hamar formalara demək olar ki, rast gəlinmir.
Faydalı qazıntıda rast gəlinən qum öz tərkibinə görə dayanıqlı olmayıb,
50%-dən yuxarı 0,63 mm hissəciklərdən təşkil olunmuşdur. Müsbət amil
ondan ibarətdir ki, qumlarda xırda (lilşəkilli) hissəciklərin miqdarı azdır.
Təbii nəmlik 6,1%-dən 6,9%-dək, orta hesabla 6,6% təşkil edir.
Qum-çınqıl qarışığının sıxlığı 2,62-2,70 q/sm
3
olub, yataq üzrə orta
göstərici 2,65 q/sm
3
-dir.
Həll olmuş duzlar az miqdarda olub, 0,09-0,15%, orta hesabla
0,12% təşkil edir. Qum-çınqıl qarışığında üzvi qarışıqlar müşahidə
olunmur.
Filtrasiya əmsalı 4,1-5,4 arasında dəyişərək orta hesabla 4,7,
sürüşmə bucağı isə 0,70-0,76 arasında dəyişərək orta hesabla 0,72 təşkil
edir. Gil, lil və tozvari hissəciklərin miqdarı 0,5%-dir. Sürtünmə “S-20”,
xırdalanma “X-8”, şaxtayadavamlılığı “Şax-25” markasına uyğun gəlir.
Qum-çınqıl qarışığının həcm kütləsi 2,0 t/m
3
, boşalma əmsalı isə
yataq üzrə orta hesabla 1,31 təşkil edir. İrilik moduluna görə qumlar
iridənəli tipə aid olub, irilik modulu 2,68-3,08-ə bərabərdir. Qumun
tökmə həcm kütləsi 1,56-1,61 q/sm
3
, sıxlığı isə 2,60-2,70 q/sm
3
-dir. СО
3
-
ün miqdarı 0,15-0,3% arasında dəyişir.
Yatağın B+C
1
kateqoriyaları üzrə ehtiyatları 4374,9 min m
3
təşkil edir.
4.8.5. Əlincəçay yatağı
Yataq Culfa rayonu ərazisində Əlincəçay hövzəsində yerləşərək,
26,5 km uzunluğunda 250-300 m enində ərazini əhatə edir.
Yataq 1978-1979-cu illərdə T.M.Seyidov, İ.Ə.Məmmədov və
O.İ.İsmayılov tərəfindən öyrənilmiş, 1980-ci ildə isə O.İ.İsmayılov
tərəfindən yataqda kəşfiyyat işləri aparılmışdır.
Yataq 7 m-dən 12 m-dək qalınlığında allüvial-delüvial mənşəli
qayma, çaqıl, qum çöküntüləri ilə mürəkkəbləşərək, müxtəlif tərkibli
effuziv və intruziv süxurlardan təşkil olunmuşdur.
70 mm-dən yuxarı hissəciklərin miqdarı 3-12%, 5-70 mm 30-58%,
5 mm-dən kiçik hissəciklərin miqdarı isə 35-56% təşkil edir. Tökmə
221
həcm kütləsi 1610-1700 kq/m
3
, gilli, lilli və tozvari hissəciklərin miqdarı
isə 1,8-3,6% təşkil edir. Üzvi qalıqlar müşahidə olunmur. Yastı və
iynəvari hissəciklərin miqdarı 7,0-11,3% arasında dəyişir.
Çınqıllar sürtünmə üzrə “S-1”, xırdalanmasına görə “X-8” marka-
sına uyğun gəlir.
Əlincəçay yatağının çınqılları yuyulduqdan sonra bütün növ tikinti
işlərində və avtomobil yollarının tikintisində istifadə oluna bilər.
Yataq üzrə qumun orta miqdarı bütün kütlənin 42,7%-ni təşkil edir.
Qumun tökmə həcm kütləsi 1440-1590 kq/m
3
, məsaməlilik 42-44%-dir.
İrilik modulu 2,55-3,38 arasında dəyişərək iri qumlara aiddir. Gilli-lilli
və tozvari hissəciklərin miqdarı yataq üzrə orta hesabla 3% təşkil edir və
istifadədən əvvəl qumların yuyulması tələb olunur.
Yatağın B+C
1
kateqoriyaları üzrə ehtiyatları 18845,0 min m
3
təşkil edir.
4.8.6. Naxçıvan I yatağı
Yataq Babək rayonu ərazisində Naxçıvan şəhərindən 1,5-2,0 km
cənubda, Naxçıvançay hövzəsində yerləşir.
1968-ci ildə M.S.İsmayılov tərəfindən yataqda kəşfiyyat işləri
aparılmışdır.
Yatağın geoloji quruluşunda Naxçıvançayın allüvial çöküntüləri -
qayma, çaqıl, çınqıl, qumlu və lilli çöküntülərlə təmsil olunan Müasir
dövr çöküntüləri iştirak edir.
Yatağın kəşf olunan dərinliyi 15 m-ə qədərdir.
Qayma və çınqıllar andezit-dasitdən, dioritdən, pelitomorf əhəng-
daşlarından, qumdaşlarından və c. süxurlardan təşkil olunmuşdur.
Dənəvərlik tərkibinə görə çınqıllar iriqırıntılı tipə aid olub, 20 mm-
dən böyük ölçülü hissəciklərin miqdarı ümumi süxur kütləsinin 70-90%-
ni, o cümlədən 40-60 mm hissəciklər 54%-ni, qaymalar isə 13,8%-ni
təşkil edir.
Çınqılların tökmə həcm kütləsi orta hesabla 1375 kq/m
3
, məsa-
məlilik 5%-ə qədər, boşluqlar 43% təşkil edir.
Yastı və iynəvari hissəciklərin miqdarı 12,0-35,0% arasında dəyişir.
Gilli, lilli və tozvari hissəciklərin miqdarı 1-2% arasında dəyişir.
Çınqıllar sürtünmə üzrə “S-I” və “S-II”, xırdalanmasına görə isə
“X-12” və “X-16” markasına uyğun gəlir. Çınqıllar şaxtayadavamlı
(Şax.-150) olub, suudma qabiliyyəti 2,37%, nəmliyi 1%-ə qədərdir.
222
Çaqıldan alınmış çınqıllar sürtünmə üzrə “S-I” və “S-II” markaya,
xırdalanmasına görə isə “X-12”markasına uyğun gəlir. Çınqılların tökmə
həcm kütləsi 1330 kq/m
3
-dir. Gilli, lilli və tozvari hissəciklərin miqdarı
0,15%, yastı və iynəvari hissəciklərin miqdarı isə 12,6% arasında dəyişir.
Qumlar polimikt olub, irilik modulu 2,8-ə bərabərdir. Tökmə həcm
kütləsi orta hesabla 1477 kq/m
3
, nəmlilik 1%-ə qədər, boşluqlar 43,5%
təşkil edir. Qum-çınqıl qarışığında qumun miqdarı 26%-dir. Yüngül
fraksiya əsasən karbonatlardan, kvars və xloritdən ibarətdir. Yuyulduq-
dan sonra çınqıl və qumdan “300” markalı beton istehsalında istifadə
etmək olar. Bunun üçün qayma və çınqıllardan xırdalanma yolu ilə
alınmış 20 mm-dən böyük çınqıllardan istifadə etmək olar.
Yatağın B+C
1
kateqoriyaları üzrə ehtiyatları 28,7 mln. m
3
təşkil edir.
4.8.7. Naxçıvan II yatağı
Yataq Babək rayonu ərazisində Naxçıvan şəhərindən 10,0-12,0 km
şimal-şərqdə yerləşir.
Yataq 1977-ci ildə T.M.Seyidov tərəfindən öyrənilmiş, 1978-1979-
cu illərdə yataqda O.İ.İsmayılov və V.N.Nağıyev tərəfindən kəşfiyyat
işləri aparılmışdır.
Yatağın kəşf olunmuş hissəsinin uzunluğu 6,3 km, eni isə 150 m-
dir. Faydalı qatın kəşf olunmuş qalınlığı 6,0 m-ə çatır.
Yataq 3 böyük geoloji strukturun - Naxçıvan törəmə muldası,
Şərur-Culfa antiklinoriumu və Ordubad sinklinoriumunun kəsişmə hissə-
sində yerləşir.
Geofiziki və hidrogeoloji məlumatlara görə Dördüncü dövr çökün-
tülərinin qalınlığı 50 m-dən çoxdur. Yataq ərazisində Dördüncü dövr
çöküntüləri geniş inkişaf taparaq iki şöbə ilə - Üst və Müasir şöbələrlə
təmsil olunur.
Üst şöbə allüvial, allüvial-prolüvial və delüvial çöküntülərlə təmsil
olunur və yataqda birincilər üstünlük təşkil edirlər. Bu çöküntülər
Naxçıvançay hövzəsində I çaybasardan yuxarıda olan terrası əmələ gə-
tirir və çaybasar çöküntülərinin altında yatır. I çaybasardan hündürdə
olan terras üçün tez-tez pazlaşma müşahidə olunur. Burada qayma-çaqıl
çöküntüləri üstünlük təşkil edir və qum, gil və qumca ilə növbələşirlər.
Öz xarakterinə görə onlar tipik akkumulyativ allüvial-prolüvial-
delüvial əmələgəlmələrə aid edilir.
223
Yataq Müasir dövrün allüvial-prolüvial çöküntülərindən təşkil
olunmuşdur. Qayma-çaqıl-çınqıl fraksiyasının petroqrafik tərkibi Nax-
çıvançay hövzəsini və onun yuxarı axım hissəsini təşkil edən köklü
süxurlarla sıx əlaqədardır. Çöküntülər əsasən andezit, andezit-dasit və
dioritdən (40%-ə qədər), tufqumdaşları, tuf və tuffitdən (50%-ə qədər) və
əhəngdaşlarından (20%-ə qədər) ibarətdir. Dənəvərlik tərkibinə görə
çınqıl xırdaqırıntılı olub, 5-20 mm-lik hissəciklər ümumi çınqıl kütləsinin
60%-dən çoxunu, 5-40 mm-lik hissəciklər isə 88-95,5%-ni təşkil edir.
Çınqılların tökmə həcm kütləsi 1,5-1,6 t/m
3
, xüsusi çəkisi 2,53-2,56
q/sm
3
, boşluqlar 27-37 %, qayma fraksiyasının yataq üzrə orta miqdarı
8,02%, çaqıl-çınqıl 47,55%, qum 44,42% təşkil edir.
Gilli, lilli və tozvari hissəciklərin miqdarı 1,5-3,0%-dir.
Çınqılda yastı və iynəvari hissəciklərin miqdarı Dövlət standartında
nəzərdə tutulan hədd daxilində (15%-dən az) olub, ümumi kütlənin 7-
12%-ni, zəif və aşınmış süxur dənələrinin miqdarı isə 1-4%-ni təşkil edir.
Üzvi qalıqlar müşahidə olunmur. SО
3
-ün miqdarı nümunələr üzrə
0,01-0,1% arasında dəyişir.
Çınqıllar sürtünmə üzrə “S-1”, xırdalanmasına görə “X-12”, zər-
bəyə qarşı tədqiqatların nəticələrinə görə “Z-50”, şaxtayadavamlılığına
görə isə “Şax.-200” markasına uyğun gəlir.
Naxçıvan II yatağının çınqıllarından adi, ağır və hidrotexniki be-
tonların istehsalında istifadə etmək tövsiyə olunur.
Qumun tökmə həcm kütləsi 1,45-1,6 q/sm
3
, xüsusi çəkisi 2,59-2,64
q/sm
3
, boşluqlar 29-40% təşkil edir. Dənəvərlik tərkibi: 2,5 mm ələkdə qalıq
-10-18%, 1,25 mm ələkdə- 25-33%, 0,63 mm ələkdə 51-68% təşkil edir.
İrilik modulu 2,57-2,79, gil və lil hissəciklərinin miqdarı 4,5-4,8%-dir.
8736-85 saylı Dövlət Standartının tələblərinə görə tədqiq olunan
qumlar iridənəli qrupa aid edilir.
Naxçıvan II yatağının qumları yuyulduqdan sonra xırda doldurucu
kimi “250” markalı adi və hidrotexniki beton istehsalında istifadə oluna
bilər. Üzvi qalıqların yalnız izlərinə rast gəlinir. СО
3
-ün miqdarı
nümunələr üzrə 0,16-0,17% arasında dəyişir.
Yatağın 3,0-3,5 m dərinliyində məcraaltı sulara rast gəlinir, sulu
horizontun orta qalınlığı 15 m olub, aparılan hesablamalara görə gələcək-
də karxanaya xüsusi suaxımı 1 pm perimetrə 14 m
3
/gün təşkil edəcəkdir.
Su axımı karxanada ciddi mürəkkəbləşməyə səbəb olmayacaqdır.
Qum-çınqıl qarışığının B+C
1
kateqoriyaları üzrə ehtiyatları 11103
min m
3
, C
2
kateqoriyası üzrə isə 11097,5 min m
3
təşkil edir.
224
4.8.8. Cəhriçay yatağı
Bilavasitə Cəhri və Payız kəndlərinin yaxınlığında, Cəhriçay höv-
zəsində yerləşır.
Yataq 1982-ci ildə T.M.Seyidov tərəfindən öyrənilmiş, 1985-ci ildə
Cəhriçayında layihələndirilən bənd tikintisi məqsədilə “Azərhidro-su-
təsərrüfatı”nın sifarişinə uyğun olaraq H.M.Ramazanov və B.M.Kərimov
tərəfindən kəşfiyyat işləri aparılmışdır.
Yataq Müasir dövrün allüvial çöküntüləri ilə mürəkkəbləşərək
müxtəlif çökmə (karbonat), effuziv və vulkanogen süxurlardan təşkil
olunmuş qayma, çaqıl, çınqıl və qumdan ibarətdir.
Yataq ərazisində iri fraksiyalar petroqrafik tərkibinə görə əsasən
əhəngdaşlarından, mergellərdən və bəzi hallarda porfirit, tufqumdaşı və
tufbrekçiyalardan təşkil olunmuşdur.
Laboratoriya tədqiqatlarının nəticələrinə görə Cəhriçay yatağının
çaqıl və çınqılları fraksiyalar üzrə aşağıdakı kimidir: 120-80 mm - 1,9%;
80-60 mm - 3,8%; 60-40 mm -11,9%; 40-20 mm-18,4%; 20-10 mm-
18,4%; 10-5 mm-20,1%; 5-2 mm - 3,9%; 2-1 mm -2,7%; 1-0,5 mm -
2,6%; 0,5-0,25 mm- 4,0%; 0,25-0,01 mm - 5,4%; <0,01 mm -4,1%.
Həcm kütləsi ota hesabla 1,88 t/m
3
, xüsusi çəkisi 2,58 t/m
3
,
boşluqlar 37,35%, təbii nəmlik 6,43%, optimal nəmlik 1,22% təşkil edir.
Üzvi qalıqların yalnız izlərinə rast gəlinir.
Su analizinin nəticələrinə görə həll olmuş kimyəvi duzların miqdarı
orta hesabla 0,11%, filtrasiya əmsalı orta hesabla 4,61 m/gün təşkil edir.
Daxili sürtünmə bucağının tangesi 0,70-0,76 arasında dəyişərək, orta
hesabla 0,72-yə bərabərdir.
Gilli, lilli və tozvari hissəciklərin ümumi miqdarı 5,7%-dən 7,3%-
dək dəyişərək orta hesabla 5,55% təşkil edir. Çınqıllar “Şax.-50” tsikl
şaxtaya davam gətirir. Çınqılda SО
3
-ün miqdarı 0,2-0,5%-dir.
Çınqılda yastı və iynəvari hissəciklərin miqdarı 29,9-32,0%, zəif
süxur dənələrinin miqdarı 29,9-32,0% olub, çınqılın xırdalanması “X-12”,
sürtünmə üzrə “S-II”, şaxtaya davamlılığına görə isə “Şax.-50” markasına
uyğun gəlir. Texnoloji tədqiqatların nəticələri göstərir ki, Cəhriçay
yatağının çınqıl və qumlarından ilkin yumadan sonra 10-20, 5-10 mm
fraksiyalardan müvafiq olaraq 30 və 70% miqdarında istifadə etməklə
“150” markadan aşağı olmayan beton istehsalında istifadə etmək olar.
Cəhriçay yatağının qumları iridənəli qumlara aid olub, irilik mo-
dulu 2,55-2,87 arasında dəyişir. Adi və texnoloji sınaqlarda aparılmış
225
tədqiqatların nəticələri göstərir ki, Cəhriçay yatağının çaqıl, çınqıl və
qum qarışığı əsas parametrlər üzrə bənd tikintisi üçün nəzərdə tutulan
tələbatlara cavab verir. Yataq sənaye istismarına hazırlanmışdır.
Çaqıl-çınqıl çöküntülərinin C
1
kateqoriyası üzrə ehtiyatları 10 mln.
m
3
təşkil edir.
4.8.9. Arpaçay yatağı
Şərur rayonunun Dizə kəndindən 400-500 m cənubda, Şərqi Arpa-
çayın hövzəsində yerləşir.
1971-1972-ci illərdə T.M.Seyidov və M.S.İsmayılov tərəfindən
yataqda kəşfiyyat işləri aparılmışdır. Cənub tərəfdən yataq Ordubad-
Sədərək dəmir yolu ilə sərhədlənir. Yatağın relyefi düzənlikdən ibarət
olub, çayın axımı istiqamətində cənuba azca meyllidir.
Yatağın geoloji quruluşunda Müasir və Dördüncü dövr çöküntüləri
iştirak edir və qayma-çaqıl-çınqıl və qumlarla təmsil olunmuşdur.
Qaymaların ölçüləri eninə kəsilişdə 0,5 m olub, qum-çınqıl çöküntülə-
rinin ümumi kütləsinin 8-17%-ni təşkil edir.
Faydalı qat 5 m dərinliyədək öyrənilmişdir. Tərkibində dolomitləş-
miş, kristallaşmış əhəngdaşları, qabbro-diabazlar və əsasi tərkibli digər
süxurlar üstünlük təşkil edir.
Çınqılların tökmə həcm kütləsi 1550-1680 kq/m
3
olub, boşluqlar
25-30 % təşkil edir. Gilli, lilli və tozvari hissəciklərin miqdarı 1,5-2,5%,
çınqılda yastı və iynəvari hissəciklərin miqdarı 2-7% təşkil edir. Zəif və
aşınmış süxur dənələrinin miqdarı 2,0-3,5%-dir. Çınqıl və qumda üzvi
qalıqlar müşahidə olunmur.
Çınqıllar sürtünmə üzrə “S-I”, xırdalanmasına görə isə “X-8”
markasına uyğun gəlir. Zərbəyə qarşı davamlılığına görə çınqıllar “Z-
75” markasına uygundur.
Arpaçay yatağının çınqılları yuyulduqdan sonra “400” markalı
sementdən istifadə etməklə, “225” və “300” markalı beton istehsalında
istifadə oluna bilər.
Qumun həcm kütləsi 1400-1600 kq/m
3
, irilik modulu 1,17-2,74,
gilli, lilli və tozvari hissəciklərin miqdarı 2,5-10% təşkil edir.
Çınqıl və qum yuyulduqdan sonra hidrotexniki beton istehsalına
yararlıdır.
Qayma-çaqıl-qum çöküntülərinin В+С
1
kateqoriyaları üzrə ehtiyat-
ları 10409 min m
3
təşkil edir.
226
4.8.10. Pircüvardüzü qum yatağı
Yataq Babək rayonu ərazisində Naxçıvan şəhərindən 7 km cənub-
şərqdə yerləşir.
Yataq 1979-1983-cü illərdə T.M.Seyidov, O.İ.İsmayılov və
İ.Ə.Məmmədov tərəfindən kompleks tikinti materialları üçün aparılan
axtarış işləri nəticəsində aşkar edilmişdir.
1984-85-ci illərdə T.M.Seyidov və İ.Ə.Məmmədov tərəfindən
yataqda kəşfiyyat işləri aparılmışdır.
Faydalı qat Orta və Üst Dördüncü dövr yaşlı, əsasən xırda və orta
dənəli delüvial-prolüvial qumlardan təşkil olunmuşdur. Yatağın cənub-
şərq və şərq hissələrində müxtəlif formalı təpələr uzanır və onun quru-
luşunda orta Dördüncü dövr yaşlı yaşılımtıl-boz rəngli incə və xırdadə-
nəli qumdaşları iştirak edir. Qumdaşı layları şimal-qərb və qərb istiqa-
mətində 5-8
0
, bəzən isə 10
0
bucaq altında yatırlar. Yatağın şimal-qərb
hissəsində ölçüləri 70 mm-dən böyük olan çoxsaylı çaqıllar və nadir
qaymalar müşahidə olunur.
Faydalı qat morfoloji cəhətdən dəyişkən quruluşa və keyfiyyətə ma-
lik layşəkilli formada olub, qranulometrik tərkibinə görə 2 qata bölünür:
1.Üst Dördüncü dövr yaşlı xırda və orta dənəli qum.
2. Üst Dördüncü dövr yaşlı incə və xırda dənəli, zəif sementlənmiş,
yaşılımtıl –boz rəngli qumdaşı.
Quyular üzrə yuxarıdan aşağıya yatağın litoloji kəsilişi aşağıdakı
kimidir:
1. Torpaq-bitki qatı,
bitki kökləri rast gəlinən boz rəngli, kəsəkli
gilcə, qalınlığı 0,15-0,3 m.
2. Yüngül, bəzən ağır, möhkəmlənmiş, bəzi yerlərdə tozşəkilli açıq-
boz rəngli gilcə və qumca, qalınlığı 0,5-6,0 m.
3. Xırda-orta və iri dənəli qum. Onların yatımında müəyyən qanu-
nauyğunluq müşahidə edilmir, qumlarda qalınlıq üzrə tez-tez müxtəlif
dənəli qumların laylanması müşahidə olunur. Faydalı qum qatının yatımı
üfqi olub, qalınlığı 23,0 m təşkil edir.
4. Zəif sementlənmiş, xırdadənəli, yaşılımtıl-boz rəngli qumdaşı,
qalınlığı 3,0-16,0 m.
5. Yataqda rast gəlinən süxurların altında yatan qırmızımtıl-boz
rəngli gil, qalınlığı 8,0 m.
Mikroskop altında qumlar özlərini orta və iridənəli süxur kimi gös-
tərir. Dənələr yarımyuvarlaq və yuvarlaq andezit və dasit qırıntılarından
227
ibarətdir. Həmçinin tək-tək yuvarlaqlaşmış pelitomorf alevritli - incədə-
nəli struktura malik əhəngdaşı qırıntıları da rast gəlinir.
Pircüvardüzü yatağının qumları aşağıda qeyd olunan fiziki-mexa-
niki xüsusiyyətlərə malikdir:
1. Tökmə həcm kütləsi - 1,56-1,62 t/m
3
.
2. Sıxlığı (xüsusi çəkisi)- 2,57-2,62 q/sm
3
.
3. İrilik modulu –1,94-2,40.
4. Gil, lil və tozvari hissəciklərin miqdarı -3,5-10,8%.
5. 5 mm-dən böyük dənələrin miqdarı – 0,1-15,4%.
6. Boşluqlar- 30-43%.
7. Üzvi qalıqlar və kükürdlü birləşmələr rast gəlinmir.
Bəzi sınaqlar üzrə 5 mm-dən yuxarı dənələrin miqdarının yüksək
olduğunu və tək-tək sınaqlarda isə 10-15 mm-lik çınqıllara rast gəlin-
diyini nəzərə alaraq istifadədən əvvəl qumların ələnməsi tələb olunur.
Gil, lil və tozvari hissəciklərin miqdarı normadan yüksək olduğuna
görə istifadədən əvvəl qumların yuyulması vacibdir.
Qumların ağır beton istehsalına yararlılığını öyrənmək məqsədilə
Ümumittifaq Qeyri-filiz Elmi Tədqiqat İnstitutunun metodikasına uyğun
olaraq beton qarışığı hazırlanmışdır. İri əlavə kimi möhkəmlik həddi
900 - 950 kqgüc/sm
2
-ə çatan Qaradaş yatağının teşenitlərindən xırdalan-
mış 40-100 mm fraksiyalı çınqıllardan və Qaradağ Sement Zavodunun
istehsalı olan “400” markalı sementdən istifadə edilmişdir. Tədqiqatın
nəticələri aşağıdakı cədvəldə verilir.
Cədvəl 30
Qumdan beton hazırlanması üçün tədqiqatın nəticələri
№
Material sərfi 24
gündən sonra orta
möhkəmlik həddi,
kqgüc/sm
2
sement,
kq
qum,
kq
çınqıl, kq
Su, l
1 3 4
5
6
7
1. 28,5 76,3 68,7
19,0
117,3
2. 36,0 66,7 71,5
18,0
166,9
3. 42,5 58,8 74,7
17,0
225,5
Cədvəldən göründüyü kimi, Pircüvardüzü yatağının qumlarından
ilkin yuyulmadan sonra “200” markadan aşağı olmayan beton istehsa-
lında istifadə etmək olar.
228
10-20 mm-lik çınqıl fraksiyasından istifadə olunarsa, daha yüksək
markalı beton almaq mümkündür.
Kimyəvi analizlərin nəticəsində müəyyən olunmuşdur ki, SiO
2
-nin
miqdarı 5,00 - 62,5%, Al
2
O
3
-14,00-16,25%, Fe
2
O
3
-6,14-7,76%, CaO-
5,18 - 8,92%, MgO-1,37 - 4,75%, y.z.i.-4,45 - 10,25%-dir.
Alınmış nəticələr göstərir ki, Pircüvardüzü yatağının qumları kim-
yəvi tərkibinə görə adi və ağır beton istehsalına yararlıdır.
Yataq susuzdur və istismar zamanı hidrogeoloji cəhətdən heç bir
mürəkkəbləşmə gözlənilmir.
Qumlar radiasiya təhlükəsizliyi normalarına tamamilə cavab verir
və heç bir məhdudiyyət qoyulmadan bütün növ tikinti işlərində istifadə
edilə bilər.
Yatağın B+C
1
kateqoriyaları üzrə ehtiyatları 12366 min m
3
təşkil edir.
4.9. Tikinti daşı
Azərbaycan Respublikası tikinti daşları ilə son dərəcə zəngin olub,
əsasən ölkənin cənub-qərb hissəsində Kiçik Qafqaz ərazisində çox geniş
yayılmışdır. Onların keyfiyyəti və sənayedə istifadə sahələri eyni deyildir.
Ən vacib tikinti daşları sırasına Kiçik Qafqaz, Abşeron yarımadası
və Böyük Qafqazın cənub yamaclarında geniş yayılmış əhəngdaşları
daxildir.
Onlara Devon dövründən başlayaraq Dördüncü dövr də daxil ol-
maqla bütün yaşlarda rast gəlinir. Paleozoy yaşlı əhəngdaşlarına
Naxçıvan MR-in qərb hissəsində, Mezozoy yaşlı əhəngdaşları isə
Abşeron yarımadası istisna olmaqla, Azərbaycanın bütün regionlarında
rast gəlinir.
Respublikada püskürmə süxurlardan ibarət az sayda tikinti daşı
yataqları aşkar edilmişdir. Onlar geniş yayılmaları və böyük qalınlığa
malik olmaları ilə fərqlənirlər. Əksər püskürmə və metamorfik süxurlar
yüksək fiziki-mexaniki xüsusiyyətlərinə görə karbonatlı süxurları üstələ-
yir və buna görə də çox ciddi tikinti və qurğularda onlardan istifadə
olunması məsləhət görülür. Çınqıllardan isə yüksək markalı beton isteh-
salında və yol tikintisində istifadə oluna bilər.
Püskürmə süxurlarından tikinti daşı yataqları aşkar etmək üçün ən
perspektivli sahə Naxçıvan MR-in intruziv süxurları hesab olunur. Belə
ki, Mehri-Ordubad plutonunda əlverişli geoloji-iqtisadi şəraitə və yüksək
229
möhkəmliyə malik intruziv süxurların arasında tikinti daşı yataqları aşkar
etmək mümkündür.
Çınqılda yastı və iynəvari hissəciklərin miqdarı ümumi kütlənin
35%-dən, tozvari, gil və lil hissəciklərinin miqdarı 3%-dən, gil topalarının
miqdarı 0,25%-dən, zəif süxurların miqdarı 10%-dən (200 və 300 markalı
çınqıllarda zəif süxurların miqdarı 15%-ə qədər) çox olmamalıdır.
Naxçıvan Muxtar Respublikası ərazisində yalnız bir tikinti daşı
yatağı aşkar edilmiş və öyrənilmişdir.
4.9.1. Ordubad əhəngdaşı yatağı
Ordubad şəhərindən 5-6 km qərbdə, Ordubad dəmiryol stansiyasın-
dan isə 4-5 km şimal-qərbdə yerləşir.
Yataqda 1977-ci ildə T.M.Seyidov və O.İ.İsmayılov tərəfindən
kəşfiyyat işləri aparılmışdır. Yatağın uzunluğu 600 m, eni 260-300 m
olmaqla sahəsi 0,15-0,20 kv.km-dir.
Yatağın geoloji quruluşunda Dat-Paleosen seriyasının böyük qalın-
lığa malik bölünməyən karbonat-terrigen süxurları iştirak edir. Litoloji
cəhətdən ritmik növbələşən əhəngdaşlarından və ayrı-ayrı az qalınlıqlı
(0,3-2,8 m) qara argillit laycıqları ilə təmsil olunan qumdaşlarından təş-
kil olunmuşdur. Süxurlar 255-265
0
qərb və cənub-qərb istiqamətə 15-20
0
bucaq altında yatırlar.
Yataq şimal-qərb istiqamətli üstəgəlmə tipli qırılma pozulmaları
və həmçinin çoxsaylı çatlarla doğranmışdır.
Cənub yamacdakı uçurum üzrə layın qalınlığı 170-210 m-ə çatır.
Faydalı qatın üst hissəsi qalınlığı 1,0-2,5 m olan qırıntı elüvial-delüvial
çöküntülərlə örtülmüşdür. Qərb hissədə fayqalı qat Alt Eosenin vulkano-
gen süxurlarının altına gömülür.
Bozumtul, açıq-sarı və qızılgül rəngli əhəngdaşları laylı, incəlaylı
olub, möhkəm, silisləşmiş, pelitomorf və xırdadənəlidir. Əhəngli qum-
daşları xırda-incədənəli və möhkəm olub, silisləşmişdir. Argillitlər çınqıl
istehsalına yararlı olmayıb, aralıq örtük süxurlara aid edilmişdir.
Fiziki-mexaniki tədqiqatların nəticələrinə görə süxurların havada
quru halda möhkəmlik həddi 490-647 kqgüc/sm
2
, su hopdurulmuş halda
isə 456-619 kqgüc/sm
2
təşkil edir.
Əhəngdaşından alınmış çınqıl ancaq ikilaylı örtüyə malik asfaltbe-
tonun alt qatı üçün yararlıdır.
230
Silindirdə xırdalanmasına görə çınqıl “800” markaya aid edilir və
ikilaylı örtüyə malik asfaltbetonun alt qatı üçün yararlıdır.
Şaxtaya davamlılıq birbaşa dondurma yolu ilə təyin edilmiş və təd-
qiqatların nəticələrinə görə “Şax.-25” markasına, natrium xlorda isə
“Şax.-15” markaya uyğun gəlir.
Texnoloji tədqiqatların nəticələri göstərir ki, əhəngdaşları asfaltbe-
tonun hazırlanmasında çınqıla nəcibləşdirici əlavə kimi yararlıdır. Yata-
ğın ehtiyatları A+C
1
kateqoriyaları üzrə 1752,9 min m
3
təşkil edir.
|