Qazintilari



Yüklə 2.85 Kb.
PDF просмотр
səhifə14/22
tarix28.04.2017
ölçüsü2.85 Kb.
1   ...   10   11   12   13   14   15   16   17   ...   22

 
Biləv kəndindən 1,5 km yuxarıda Əyriçayın hər iki dik yamacında 
yerləşir. 
Təzahür Dördüncü dövrün travertin örtüklərindən təşkil olunaraq
Əyriçayın dik uçurumlu yamaclarını  şleyflə
 
örtür və Orta Eosenin 
qumdaşları  və tufbreçiyaları ilə mürəkkəbləşir. Mərmər oniksi yer 
səthində bir-birinə paralel damar və damarcıqlar  şəklində 200 m məsa-
fədə izlənilir. Onlar 0,2-1,2 m qalınlıqda meridiana yaxın (uzanma 
azimutu ŞmQ 350
0
- ŞŞ 5-15
0
 ) istiqamətdə uzanır və maili yatımla 10-
20
0
 bucaq altında cənub-qərbə yatır. Uzanma istiqamətində damarlarda 
çoxsaylı   daralmalara, bəzi laylar arasında  isə tez-tez maksimal qalınlığı 
0,4 m-ə çatan  gilli travertin laycıqlarına rast gəlinir. 
Biləv təzahürünün mərmər onikslərinin rəngi əsasən süd ağ, sarımtıl, 
qəhvəyimtil-sarı, ipək çalarlı boz rəngdədir. Zolaqlıdır, zolaqların qalınlığı 
müxtəlifdir. Adətən,  ağ açıq zolaqların qalınlığı 5-6 sm, təzadlı zolaqların 
qalınlığı  2 sm-ə qədər olub,  radial aqreqatlarla mürəkkəbləşmişdir. Oniks, 
adətən, xırdadənəli, massiv teksturalı olub, laylı struktura malikdir. Xam-
mal  dekorativliyinə və blokluluğuna görə 41.117-76 saylı cahə standartları-
nın tələblərinə tam cavab verir. Araqonitdən 0,5 sm qalınlığında plastinka-
lar kəsmək mümkündür və cilalanma zamanı səthdə güzgü şəffaflığı alınır. 
Kondinsiyalı xammal əsasən Əyriçayın sol sahilində 15-20
0
 bucaq 
altında çayın hövzəsinə doğru yatan və müvafiq olaraq 150,  140 və 90 m 
uzunluğunda izlənilən 3 damarda yerləşir. Xammal çıxımı orta hesabla 
80%, kondisiyalı xammal çıxımı isə 70%  təşkil edir.  
Biləv təzahürünün proqnoz resursları 5 m dərinliyə qədər 2500 ton 
təşkil edir.  
 
3.3. “Seyidin mağarası” mərmər oniksi təzahürü 
 
Kilit kəndindən cənubda, dövlət sərhədindən 1,2 km aralı Araz 
çayının sol sahilində yerləşir. 
 Mağara Kotam antiklinal qırışıqlığının cənub-şərq qanadında yerlə-
şən Santon yaşlı  mərmərləşmiş  əhəngdaşlarının içərisində  əmələ  gəlmiş-
dir. Mağarada  şimal-qərb istiqamətli iri karst boşluğunda damcı (sızıntı) 
mənşəli karbonatlı çöküntülərə rast gəlinir. Mağaranın uzunluğu 300 m, 
eni 35 m, hündürlüyü isə 15-20 m olub, iki - xarici və daxili zaldan 
ibarətdir. Zallar bir-biri ilə ensiz yarıqdan ibarət koridorla birləşir. Mağara-

 
145
nın divarlarının, döşəmə  və tavanının böyük bir hissəsini karbonatlı 
damcılardan əmələ gəlmiş qeyri-adi formalı stalaktit və stalakmitlər tutur. 
Mağaranın dibində (döşəmədə) stalaqmitlər hündürlüyü 2 m, diametri 1 m 
olan tumba formalı sütunlar əmələ gətirir. Əsas sütunların hündürlüyü 3 m, 
diametri 30-40 sm-dir. Stalaktitlər nisbətən kiçik ölçülü – uzunliğu 1,5 m 
olmaqla tavandan buz lüləsi kimi asılı vəziyyətdə  durur.  
Mağarada rast gəlinən onikslər mozaik teksturalı, yarımşəffaf,  süd 
ağ  və  çəhrayımtıl rənglidir. Zolaqlarının qalınlığı 1 sm-dən 3-4 sm-ə 
çatır.  Bəzi hissələrdə zolaqlı olmayan oniksə rast gəlinir.  
Mağaranın ağzına  yaxın  ərazidə 1,5x2,5 m ölçülü mərmər oniksi 
çıxışı  aşkar edilmişdir. O, tünd-qəhvəyi, açıq-qəhvəyi, ballı-sarı  rəngdə 
olub, zolaqlarının eni 0,1 sm-dən 1,5 sm-ə çatır və  yarımşəffafdır.   
Oniks asanlıqla 0,5 sm qalınlığında lövhələr  şəklində  kəsilir, 
cilalandıqdan sonra güzgü səthi  əmələ  gətirir. Azərbaycan Respublika-
sındakı  mərmər onikslərinin arasında  ən yaxşısıdır. Proqnoz ehtiyatları 
on tonlarla ölçülür.  
 
3.4. Kilit buynuzdaşı yatağı 
 
Yataq Mehri-Ordubad plutonundan cənubda, Kilitçayın sol sahilin-
də yerləşir.  
Mərmərləşmiş  və yenidən kristallaşmış  əhəngdaşlarının sərhədində 
buynuzdaşları geniş zolaq şəklində yayılmışdır. Onların blokluluğu orta 
hesabla 100x150x100sm olub, 41.117-76 saylı cahə standartının tələblə-
rinə tam cavab  verir. Süxurun strukturu incədənəli, gizli kristallik, 
sınıqları qeyri-bərabər, şəffaflığı  tutqun, yağlı olub, sərtliyi 7-yə yaxındır.  
Eni 1 mm-dən 10 mm-dək dəyişən tünd və bozumtul-yaşıl rəngli, 
cizgiləri kəskin seçilən incəzolaqlı buynuzdaşları rast gəlinir. Bəzən iri 
ləkəli və zolaqlı buynuzdaşlarına rast gəlinir. Zolaqlar tez-tez kəsilir,
 
onlar çox aydın olmayıb, tünd, qəhvəyimtil-yaşıl zolaqlar üstünlük təşkil 
edir və eni 3-20 mm olan açıq, bozumtul-yaşıl zolaqlarla növbələşir.   
Süxurun tərkibinə çöl şpatı, epidot, xlorit, karbonat, kvars, ley-
koksen daxildir və buna görə də süxur xlorit-epidot-çöl şpatlı buynuzdaşı 
adlanır. Dekorativ keyfiyyəti üzrə bəzi buynuzdaşları ofiokalsitə, bəziləri 
isə zolaqlı azmuynaklı yaşmaya aid edilir. 
Buynuzdaşları güzgü səthinə yaxın cilalanır və 4-5 mm qalınlığında 
lövhələr şəklində kəsilir. Texnoloji xüsusiyyətlərinə görə Kilit təzahürünün 
buynuzdaşları daşkəsmə sənayesində bəzək daşı kimi istifadəyə yararlıdır.  

 
146
3.5. Parağaçay andaluzit-rutil təzahürü 
 
Kunqur-Alagöz silsiləsinin suayırıcı hissəsində Qapıcıq (3907 m) 
dağından cənubda, 3100-3500 m yüksəklikdə yerləşir. Ondan bir qədər 
aşağıda Parağaçay mis-molibden yatağının bazası  əsasında fəaliyyət 
göstərən mədən yerləşir. Yataq Q.V.Abix, Çulukidze, İ.N.Sitkovski, 
Ş.A.Əzizbəyov, N.E.Quxman tərəfindən öyrənilmişdir. Bilavasitə anda-
luzit-rutil təzahürünün öyrənilməsi ilə Q.İ.Bakıxanov və  İ.N.Sitkovski 
məşğul olmuşdur. 
Faydalı minerallaşma hidrotermal dəyişmiş kvarsitlərə aid olub,  
orada yuva, damarcıq və 1,5-2,0 m ölçülü linzalarda rutil-andaluzit-
muskovit-kvars minerallaşması  əmələ gəlmişdir. 
Andaluzit prizmatik və rombik formalı kristallik dənələr və ya buğda 
dənələri şəklində müşahidə olunur. Andaluzit kristalları tez-tez ləkələr və ya 
haşiyə
 
şəklində serisitlə əvəz olunur. Bir sıra kristal dənələrində yaşılımtıl-
yasəməni tona çalan qeyri-bərabər rənglər müşahidə edilir.  
Təzahürün şimal-şərq cinahında daha intensiv rutil minerallaşması  
sahəsi ayrılır. Rutil muskovitlə, dağ bülluru ilə assosiasiyada 20 sm 
ölçüyə  qədər olan unikal druzalar əmələ  gətirir ki, onlar da  kolleksiya 
materialı kimi maraq kəsb edir. Rutil kristalları prizmatik formalı olub,  
0,5 sm-dən 5 sm-dək ölçülərdə rast gəlinir. İkiləşmələrə, dağ bülluru ilə 
xaç  şəkilli birləşmələrə, möhkəm kütlədə  qızılı muskovitə, lövhəşəkilli 
serisitə rast gəlinir. Muskovitin artması ilə kiçik rutil kristallarının miq-
darı artır. Rutil üçün metallik şəffaflıq, ştrixlənmə, bəzən kristalların sət-
hində bənövşəyi rəng dəyişmə müşahidə olunur, mineralın rəngi qara və 
çəhrayımtıl-qara rəngdədir. Aparılan tədqiqatlar göstərir ki, 1 m
3
 süxur 
kütləsindən (törəmə kvarsit) üzərində 2 sm-ə qədər uzunluğunda 3-4 rutil 
kristalı olan 1,5-2,0 kq-lıq  kolleksiya nümunəsi əldə etmək olar.  
 
3.6. Salvartı opal təzahürü 
 
Naxçıvançayın yuxarı axım hissəsində, Gömür kəndindən 7-8 km 
şərqdə, Salvartı dağının (3168 m) ətəyində  Şahbuz rayonu ərazisində 
yerləşir. Təzahür 1933-cü ildə L.A.Florenski və E.K.Ustiyev tərəfindən 
ərazidə kükürdə  iş aparılarkən  aşkar edilmişdir. 1975 və 1979-1980-ci 
illərdə T.M.Seyidov tərəfindən burada axtarış işləri aparılmışdır.  
Gömür çayı boyunca en istiqamətinə yaxın iri pozulma xətti keçir ki, 
bu da çoxsaylı kükürdlü mineral bulaqlarla müşayiət olunur. Tədqiqatlar 

 
147
göstərir ki, bu tektonik pozulmalar opalsaxlayan hidrotermal məhlullar 
üçün  kanal rolunu oynamış  və  ətraf süxurları  dəyişmişdir. 0,1-0,3 m 
qalınlıqlı kəskin kaolinləşmiş süxur laycıqları saxlayan opalsaxlayan süxur 
qatı sarımtıl-ağ, yaşılımtıl-boz, göyümtül-boz rənglərdə olub, Gömürçay 
və Pustaçay çayları arasında müşahidə olunur. Faydalı qatın qalınlığı 
dəyişkən olub, qalınlığı 9 m-dən 30 m-dək dəyişir. Kəsilişdə opalsaxlayan 
süxurlar 3 məhsuldar qata bölünür: alt qatın qalınlığı 12-24 m, orta qatın 
qalınlığı 8-10 m, üst qatın qalınlığı 4-6 m-ə çatır. Opal əsasən andezit 
tərkibli intensiv dəyişmiş süxurlarda incə damarcıqlar, jelvak və 1-10 sm 
ölçülü yuvalar şəklində rast gəlinir. Yer səthinə yaxın sahələrdə opal 
çatlamış, çirklənmiş və dəmirləşmişdir. Opalın rəngi əsasən sarımtıl-ağdır. 
O, yarımşəffaf, sərt olub, sınıqları balıqqulağına bənzəyir. Çox nadir 
hallarda çat müstəvilərinin yaxınlığında opallaşma müşahidə olunur.  
Köklü süxurların geniş yayıldığı sahələrdəki yuvalarda, jelvaklarda 
rast gəlinən boz xalsedonlar xırda, çatlı  və zolaqlı olmadığına görə 
maraq kəsb etmir. Boşluqlarda yüksək miqdarda karbonat möhtəvilərinə 
rast gəlinir.  
Təmiz rəngli növlərinin çıxımı  və blokluluğu çox aşağıdır. 5x5x3 
sm-dən böyük ölçülü opalın miqdarı bütün opal kütləcinin  1%-dən azını 
təşkil edir. Dərinliyə doğru xammalın keyfiyyəti yaxşılaşır. 
 
3.7. Ağbulaq  xalsedon təzahürü 
 
Təzahür eyniadlı  kənddən yuxarıda, Ağbulaq dərəsində yerləşir. 
Təzahürün geoloji quruluşunda Eosenin vulkanogen süxurları  iştirak 
edir. Əqiq süxurların kəskin dəyişilmiş hissələrində çoxsaylı damarlarda 
müşahidə olunur. Xalsedon  silisiumla, analsimlə, qeylanditlə, kvarsla, 
ametistlə və kalsitlə assosiasiyada rast gəlinir. Çatlarda və əsasən boşluq-
larda nisbətən gec əmələ gəlmiş – kvars və ametist mineralları yerləşir. 
Bu minerallardan əlavə xalsedonun içərisində  pirit və boşluqlara da  rast 
gəlinir ki,  bu da mineralın keyfiyyətini aşağı salır.  
“Ametist dərəsi” sütunşəkilli ayrılmalarla səciyyələnən Eosenin 
vulkanogen süxurları ilə mürəkkəbləşmişdir.  Əqiq-xalsedon toplantıları  
çox da böyük olmayan və qalınlığı 0,1 m-ə qədər olan damarcıqlar şəbə-
kəsi  əmələ  gətirir. Ayrı-ayrı jeodaların çəkisi 3 kiloqrama çatır. Jeoda-
ların mərkəzi hissəsində ölçüsü 1 sm-ə  qədər olan hematit və ametist 
kristalları yerləşir.  
 

 
148
3.8. Nehrəm  alevroəqiq yatağı 
 
Nehrəm  alevroəqiq yatağı Əlincəçay körpüsündən 7-8 km cənub-
qərbdə, Nehrəm dolomit  yatağının yaxınlığında yerləşir. 
Yataq 1978-1979-cu illərdə T.M.Seyidov, İ.Ə.Məmmədov və 
O.İ.İsmayılov tərəfindən üzlük daşlarına aparılan axtarış işləri nəticəsin-
də  aşkar edilmişdir. Süxurların yüksək dekorativliyə malik olduğunu 
nəzərə alaraq 1980-1983-cü illərdə M.M.Məmmədov və B.M.Kərimov 
tərəfindən yataqda kəşfiyyat işləri aparılmışdır. Üzlük daşı  məqsədilə 
öyrənilən yatağın (Culfa konqlomerat yatağı) A+B+C
1
 kateqoriyaları 
üzrə ehtiyatları 2,1 mln.m
3
 təşkil edir.  
Yatağı təşkil edən süxurlar Orta Eosen yaşlı tufkonqlomeratlardan 
ibarətdir. Həmin tuflar alevroəqiqin tufogen-əhəngdaşı materialı ilə se-
mentləşmiş müxtəlif ölçülü konkresiyalarını saxlayır. Yataq daxilində 
tufkonqlomeratlar iki qatdan ibarətdir: 
1. Müxtəlif ölçülü və rəngli alevroəqiqlərin (qara, ağ, sarı) və yu-
varlaq əhəngdaşı parçalarının tuflarla sementləşməsi. Alevroəqiq konkre-
siyaları  qırmızımtıl-gilası  rəngli, incətəbəqəli olub, konsentrik dairəvi 
quruluş  əmələ  gətirir. Qırıntıların ölçüsü 0,5-2,0 sm-dən 5-6 sm-dək 
çatır, qalınlığı 30 m; 
2. Qara, ağ, sarı və boz rəngli əhəngdaşları ilə xırda və orta ölçülü 
konqlomeratların əhəngli-tuf materialı ilə sementləşməsi, qalınlığı 20 m 
olub üçərisində alevroəqiq rast gəlinmir.  
Süxurun əsas kütləsini təşkil edən alevroəqiq özünün qeyri-adiliyi 
ilə seçilir. Onun tərkibi gilli süxurlar qrupundan olan alevrolitə uyğun 
gəlir. Üzərindəki nəqşlər isə  əqiqlərin  ən gözəllərinin nəqşlərindən 
seçilmir. Buna görə də həmin daşı Naxçıvan MR-nın əməkdar mühəndisi 
Tofiq Seyidov alevroəqiq adlandırmışdır.  Bu  ad  hazırda geoloqlar ara-
sında vətəndaşlıq hüququ qazanmışdır.  
Alevroəqiq cilalandıqdan sonra çox nəcib görkəm alır və  qırmızı 
rəngə boyanmış  əqiqlərdən heç nə ilə  fərqlənmir. Alevroəqiqdən hazır-
lanmış  məmulatlar nəqşlərinin müxtəlifliyi, yüksək dekorativliyi və gö-
zəlliyi ilə nəzəri cəlb edir. Alevrolit konkresiyaları yüksək dekorativliyə 
malik olduğundan onlardan bəzək və  məmulat  əşyalarının (vazalar, 
stolüstü  əşyalar, bilərziklər, muncuqlar və s.) hazırlanmasında istifadə 
etmək olar. Digər tərəfdən alevroəqiq saxlayan süxur qatı əvəzsiz üzlük 
materialıdır.  
  

 
149
BÖLMƏ 4. TİKİNTİ MATERİALLARI 
 
4.1. Üzlük daşları 
 
Təbii daşlardan bina və qurğuların xarici səthlərinin örtülməsində, 
interyerlərin tərtibatında, arxitektor-tikinti detallarının (sütun, kapitel, 
pilistr, pillə  və s.) hazırlanmasında və heykəllərin yonulmasında  geniş 
istifadə olunur. 
1930-cu illərdən başlayaraq respublika ərazisində, əsasən Naxçıvan 
MR-də və Kiçik Qafqazın şimal-şərq hissəsində əlverişli geoloji şəraitdə 
yerləşən çökmə, metomorfik, maqmatik və piroklastik süxurların yayıldı-
ğı ərazilərdə sənaye əhəmiyyəti kəsb edən çoxsaylı üzlük daşı yataqları 
aşkar edilmişdir. 
 
Bu gün respublikada çoxsaylı üzlük daşı yataqlarınin  aşkar edilmə-
sinə baxmayaraq, bu yataqlar istismar edilmədiyinə görə  hazırda respub-
likanın  daxili tələbatı xarici ölkələrdən gətirilməklə ödənilir. 
Təbii üzlük materiallara kifayət qədər yüksək möhkəmliyə  və  
dekorativliyə malik, uzunmüddətli aşınma proseslərinə qarşı davamlı  
müxtəlif dağ süxurları aid edilir. Aşınmaya məruz qalmamış üzlük daşı 
kimi istifadə olunan əksər təmiz  dağ süxurları yüz, hətta min illərlə 
ölçülən uzunömürlülüyə malik olurlar. 
Üzlük daşların dekorativliyinə onun rəngi, üzərindəki rəsmlər, sü-
xurun struktur və tekstur xüsusiyyətləri təsir göstərir. Daşın rəngi müəy-
yən mənada onun dekorativ keyfiyyətini təyin edir. Üzlük daşı kimi 
əsasən açıq tonda (çəhrayı, qırmızı  və boz) olan qranit, sienit, qrano-
diorit, travertin və mərmərdən istifadə olunur. 
Üzlük daşları  və onlardan alınan bloklar 9479-84 saylı “Üzlük 
məmulatlar istehsalı üçün təbii daşlardan bloklar. Texniki şərt”, zavod 
şəraitində bloklardan mişarlama yolu ilə alınan üzlük plitələr  isə 9480-
84 saylı “Təbii daşlardan mişarlanan üzlük plitələr. Texniki şərt.” Dövlət 
Standartının tələblərinə cavab verməlidir. 
Azərbaycanın üzlük daşları genetik əlamətlərinə görə 3 əsas tipə 
ayrılır: 1) çökmə; 2) metamorfik; 3) maqmatik. Birinci tipə əsasən əhəng-
daşları  və travertin; ikinci tipə - mərmər və  mərmərləşmiş  əhəngdaşları; 
üçüncü tipə isə intruziv, effuziv və vulkanogen-qırıntı süxurlar aid edilir. 

 
150
Naxçıvan MR-in üzlük daşı yataqları  T.M.Seyidov, İ.Ə.Məmmədov, 
K.İ.Hacıyev, A.A.Cəfərov, K.İ.Sızranov, A.A.Nəcəfov, M.T.Səfərəliyev, 
O.İ.İsmayılov və başqaları tərəfindən öyrənilmişdir. 
01.01.2009-cu il tarixə olan vəziyyətə görə üzlük daşların ümumi 
balans ehtiyatları А+В+С
1
 kateqoriyaları üzrə 30324 min m
3
 təşkil edir. 
 
4.1.1. Travertin 
 
Travertin (əhəngli tuf) cavan vulkanizm rayonlarında karbon qazlı 
mineral su mənbələrindən çökən və böyük qalınlığa malik laylar əmələ 
gətirən müasir çöküntülərdir. Travertin incəməsaməli, bəzən  isə deşik-
deşik olan kalsit və araqonit minerallarından ibarətdir.  Əsasən alçaq 
temperaturlu hidrotermal məhlullardan ayrılır. Nadir hallarda iri yataqlar 
əmələ gətirir. Möhkəm növlərindən həm mişar, həm də üzlük daşı kimi 
istifadə olunur. Yumşaq növlərindən karbonatlı komponent kimi həm 
sement istehsalında, həm də  əhəngin bişirilməsində istifadə edilir. Bu 
süxurlar Naxçıvan MR-də geniş inkişaf tapmışdır. 
Ən qalın travertin laylarına Naxçıvan MR-in Babək və  Kəngərli 
rayonlarında rast gəlinir və bu ərazilərdə Buzqov, Şahtaxtı və Qarabağlar 
kimi sənaye əhəmiyyətli yataqlar aşkar edilmişdir. 
01.01.2009-cu il tarixə olan vəziyyətə görə travertinlərin  А+В+С
1
 
kateqoriyaları üzrə balans ehtiyatları 20481 min m
3
 təşkil edir. 
 
4.1.1.1. Buzqov travertin yatağı 
 
Naxçıvan  şəhərindən 39-40 km şimal-qərbdə, Aşağı Buzqov kən-
dindən isə 1,5-2,0 km şimalda yerləşir. 
Yataq 1964-1965-ci illərdə T.M.Seyidov və F.M.Dadaşov tərəfin-
dən mişar daşı kimi, 1979-1981-ci illərdə isə T.M.Seyidov, İ.Ə.Məmmə-
dov və O.İ.İsmayılov tərəfindən üzlük daşı kimi öyrənilmişdir.  
Faydalı qat orta Dördüncü dövrün üst şöbəsinə aid  travertinlərdən 
təşkil olunmuşdur.  
Travertin və travertinli konqlomerat-brekçiyalar Buzqov yatağının 
bütün ərazisini əhatə edir. Şimal-şərq və cənub-qərb tərəfdən travertinlər 
iri yarğanlarla əhatə olunur və cənub və cənub-şərq istiqamətdə Cəhriçay 
hövzəsinə doğru izlənilir. Travertin layları  şimal-qərbdən cənub-şərqə 
doğru maksimal eni 400-550 m olmaqla 1050 m uzunluğunda öyrənil-
mişdir.  

 
151
Buzqov travertin yatağı iri layşəkilli cisim əmələ gətirərək  əsasən 
3-5
0
, bəzən isə  7-10
0
 bucaq altında monoklinal yatımla cənub-şərqə 
yatır. 
Relyefdə travertin layları biri-birindən 20-25 m nisbi yüksəklikdə 
yerləşən 4 çox da böyük olmayan maili psevdoterraslar əmələ gətirir və 
bir terrasdan digərinə keçid  dik yamacla səciyyələnir.  
Kəşfiyyat işləri aparılan layın kəsilişi çox sadədir. Üst Təbaşir  
(Senoman, Turon və Konyak-Santon) çöküntülərinin yuyulmuş terras 
şəkilli səthində bütün yatağın sahəsi üzrə tutqun-boz, sarımtıl-boz rəngli, 
möhkəm travertinli konqlomerat-brekçiya  yatır. Onlar köklü süxurların 
bucaqlı, yarıyuvarlaqlaşmış xırda (bir neçə mm-dən 15-20 mm-ə qədər) 
qırıntılarından ibarət olub, əsasən travertinlə  sıx sementləşmiş Konyak-
Santon yaşlı açıq-çəhrayı  rəngli,  pelitomorf əhəngdaşlarından təşkil 
olunmuşdur. Travertinli konqlomerat-brekçiya layının qalınlığı dəyişkən 
olub, 43 №-li buruq quyusunda 46,0 m təşkil edir. Qalan buruq quyuları 
üzrə qalınlıq 6,2 m-dən 40,0 m-dək dəyişir. 
Konqlomerat-brekçiyaların üzərində isə təmiz 
 
travertinlər - faydalı 
qat yatır. Travertinlər çox iri layşəkilli yatım təşkil edərək 1 kv.km sahə-
ni əhatə edir. Travertinlər makroskopik görünüşünə görə ağ, sarımtıl-ağ, 
sarımtıl-boz, çox nadir hallarda boz  rəngdə olub, məsaməli, möhkəm  
süxur təsiri bağışlayır. Müxtəlif sahələrdə gözlə müşahidə olunan məsa-
mələrin miqdarı 5-6%-dən 15-20%-ə  qədər, bəzən isə daha çox təşkil 
edir. Məsamələrin forması dairəvi,  şaraoxşar, bəzən isə qeyri-düzgün 
olub, ölçüləri 1 mm-dən 2-3 mm-dək çatır. 
Süxurda arabir sarı araqonit kristalları ilə dolmuş kiçik yuvacıqlar 
müşahidə olunur. Qeyd olunan məsamələrin böyük əksəriyyəti xırda-orta 
dənəli  törəmə kalsitlə dolmuşdur. Xarici görünüşünə görə süxur özündə 
müasir bitki qalıqları saxlayan tipik əhəngdaşını xatırladır. Süxurun 
teksturu massiv olub, heç bir laylanma müşahidə olunmur. 
Mikroskop altında süxur incə-xırdadənəlidir. O, demək olar ki, ta-
mamilə incədənəli gizli kristallik kalsitdən ibarət olub, ümumi fonda 
kalsitin daha iri qlomeroblastik möhtəviləri müşahidə olunur. Ayrı-ayrı 
nümunələrdə kalsitlə yanaşı az miqdarda gil qarışığı  iştirak edir. Mak-
roskopik müşahidə olunan məsamələrdən əlavə mikroskop altında süxu-
run 10%-ni əhatə edən və demək olar ki, tamamilə şəffaf kalsit kristalları 
ilə dolmuş daha kiçik məsamələr də müşahidə olunur. 
Faydalı qazıntının qalınlığı 9,7 m-dən (Q-№ 21) 86,3 m-dək (Q-№ 
50) dəyişir. 

 
152
Travertinlər  əsasən iki struktur tiplə  səciyyələnir: 1) məsaməli – 
həm xırda, həm də orta dənəli struktura malik olub, bir-biri ilə  sıx 
birləşmiş izometrik kalsit dənələrindən ibarətdir; 2) möhkəm  travertin-
lər - əsas kütləsi tipik sıx kristallik strukturaya malik olub, süxur 
gizlikristallik  karbonat dənələrinin aqreqatından ibarətdir. Bundan əlavə 
Buzqov yatağının travertinləri üçün səciyyəvi olan və süxura qədimi 
ağaclara məxsus  struktur verən  müxtəlif ölçülü (kəsilişdə bəzən 30-40 
mm-ə qədər) boşluqlar daşa özünəməxsus gözəllik verərək onları bəzəyir 
və yüksək dərəcədə dekorativ edir. 
Buzqov yatağının travertinləri əhəngli tufların möhkəm növünə aid 
olub, isti və soyuq su mənbələrindən kalsium karbonatın çökməsi yolu 
ilə əmələ gəlmişdir. Kalsium karbonatın çökməsinə axım sürətinin dəyiş-
məsi, suyun temperaturu və s. təsir göstərir. Sözsüz ki, kalsium karbo-
natın təmiz halda çökməsi mümkün deyildir. Bu proseslə paralel konti-
nental  şəraitdə köklü süxurların aşınması  və böyük miqdarda qırıntı 
süxurların toplanması prosesi gedir. Təbii ki, qeyd olunan şərtlər Buzqov 
travertin yatağına da aid edilir. Onlar en dairəsinə yaxın istiqamətdə yer 
səthinə  çıxan yüksək temperaturlu isti bulaqlardan kalsium karbonatın 
çökməsi yolu ilə əmələ gəlmişdir. Suyun temperaturunun yüksək olma-
sını travertinlərdə ayrı-ayrı araqonit yuvalarının olması təsdiq edir. 
Kəşfiyyat işləri aparılan yataq ərazisində  aşağıdakı  çat sistemləri   
müşahidə olunur: eninə (ölçülən çatların ümumi miqdarının 48%-i), 
uzununa (40%), üfqi və ya maili (7%) və dioqanal (5%). 
Çatların öyrənilməsi (İ.Ə.Məmmədov, 1980) göstərir ki, yataqda 
həm uzanma, həm də düşmə istiqamətində aydın seçilən  I və II sistem 
çatlar üstünlük təşkil edir. I və II sistem çatların maksimumları arasında 
bucaq məsafəsi 60-70
0
  təşkil edir. Bucaqların yatımı müxtəlif tərəflərə  
istiqamətlənmişdir. I sistem çatlar ŞŞ 80
0
, II sistem çatlar isə ŞmQ 290
0
 
bucaq altında yatırlar. Əksər kəsişən iki sistem çatlar – şaquli və maili- 
əsasən əl üsulu ilə istismar zamanı blokların çıxarılmasına müsbət təsir 
göstərir. 
Fiziki-mexaniki tədqiqatların nəticələrinə görə Buzqov yatağının tra-
vertinləri aşağıdakı göstəricilərlə  səciyyələnir: həcm kütləsi 2210-2450 
kq/m
3
, xüsusi çəkisi 2,58-2,66 q/sm
3
, suudma qabiliyyəti 0,55-4,0%, 
məsaməliliyi 3,61-10%, möhkəmlik həddi: havada quru halda 225,0-547,0 
kqgüc/sm
2
, tək-tək  hallarda 609,0 kqgüc/sm
2
, su ilə doydurulduqdan sonra 
200,0-375,0 kqgüc/sm
2
, tək-tək hallarda 561,0 kqgüc/sm
2
, dondurulduqdan 

 
153
sonra 149,0-432,0 kqgüc/sm
2
,  əsasən 203,5-340,0 kqgüc/sm
2
, suyadavam-
lılıq əmsalı 0,73-0,97 və şaxtayadavamlılıq əmsalı 0,73-0,97 təşkil edir. 
Yuxarıda qeyd olunan nəticələrin analizi göstərir ki, Buzqov yata-
ğının travertinləri bütün göstəricilər üzrə 9479-84 saylı Dövlət Standar-
tının tələblərinə tam cavab verir,  tikinti və qurğuların xarici və daxili 
divarlarının üzlənməsi üçün istifadə edilə bilər.  
Buzqov travertin yatağının orta kimyəvi tərkibi aşağıdakı kimi sə-
ciyyələnir: SiО
2
 -2,59%,  Аl
2
О

-0,66%,  Fе
2
О

-0,39%, CаО -53,14%, 
МgО -0,51%, SО
3
 -0,18%, Nа
2
О -0,12%, К
2
О -0,13%, , y.z.i. - 41,59%.   
Bütün sınaqlar üzrə  CаCО
3
-ün miqdarı 83,3%-dən 97,8%-ə  qədər 
dəyişir, lakin əksər sınaqlar üzrə bu göstərici yüksək olub 90-96% təşkil 
edir. Yataq üzrə  МgCО
3
-ün miqdarı çox aşağı  hədd daxilində 0,49-
1,25% arasında dəyişir. Həll olmayan qalığın miqdarı 0,41-8,82%, tək 
bir halda 15,47% olmuşdur. 
Yuxarıda qeyd olunanlardan belə bir nəticəyə  gəlmək olar ki, tra-
vertinlərdən I növ əhəng, adi və dekorativ sement, soda istehsalında və 
digər sahələrdə istifadə etmək olar. 
Tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, 8267-75 saylı “Ti-
kinti işləri üçün təbii daşlardan çılnqıl” Dövlət Standartının tələblərinə 
uyğun olaraq Buzqov yatağının travertinlərindən möhkəmliyi “400” 
markaya uyğun gələn çınqıl kimi istifadə etmək olar. Travertinlərin 
barabanda sürtülməsi “S-IV” markasına, kopyorda zərbəyə qarşı müqa-
viməti “Z-40” markasına, şaxtayadavamlılığına görə “Şax.-25” markası-
na uyğundur. 
Buzqov yatağının travertinləri təmizliyinə, eynicinsliliyinə  və mo-
nolitliyinə görə fərqlənir. Onlar möhkəm, bərk, orta və xırda məsaməli, 
bəzən deşik-deşik və boşluqlardan ibarət sarımtıl-ağ, açıq-boz və ya 
açıq-sarı rəngdə olur. 
Yataqda keçilən təcrübi karxana üzrə travertinin blokluluğu təyin 
edilmişdir. Yataq üzrə orta blok çıxımı 42,48% təşkil edir. Beləliklə, 
Buzqov yatağının travertinləri yüksək blokluluğu ilə səciyyələnir və bu 
daşlardan istənilən ölçülü blokların alınması iqtisadi cəhətdən məqsədə-
uyğundur. 1 kub metr travertin blokundan orta hesabla 14,67 m
2   
kon-
disiyalı plitə alınır. 
Yatağın hidrogeoloji və mühəndis-geoloji şəraiti əlverişlidir. Yata-
ğın istismarının dağ-texniki şəraiti əlverişli olub, faydalı qazıntının kəşf 
olunmuş bütün qalınlığı boyu açıq karxana üsulu ilə istismarına  şərait 
yaradır. 

 
154
Yatağın  B+C
1
 kateqoriyaları üzrə ehtiyatları 8343000 m
3
, C
2
 
kateqoriyası üzrə isə 2209040 m
3
  təşkil edir. Kəşf edilmiş ehtiyatlar 
daşçıxarma və daş emalı sənayesində üzlük materialların istehsalı sahə-
sində iri xammal bazası ola bilər.   
 
4.1.1.2. Şahtaxtı yatağı 
 
Yataq Kəngərli rayonunun Şahtaxtı  kəndindən  şimal-şərqdə yer-
ləşir. 
Yataq 1968-1969-cu illərdə K.İ.Hacıyev tərəfindən üzlük daşı kimi 
öyrənilmişdir.   
Yataq 3 sahədən ibarətdir: I sahə Şahtaxtı kəndinin şimal-şərq his-
səsində, II sahə I sahədən 0,7 km şimal-şərqdə, III sahə II sahədən 1,0 
km şimal-şərqdə yerləşir. Həmin sahələr müvafiq olaraq 7,3 ha, 2,3 ha və 
50,9 ha-dır.  
Yatağın geoloji quruluşunda Dördüncü dövrün sarımtıl-ağ, boz və 
tutqun-boz rəngli, möhkəm, zəif çatlı travertinləri iştirak edir. Faydalı 
qatın qalınlığı 5,1 m-dən 22,7 m-dək dəyişir və orta hesabla 11,4 m təşkil 
edir. 
Kəsilişin üst hissəsində onlar örtük süxurlara aid edilən və qalınlığı 
0,0 m-dən 4,0 m-dək (orta hesabla 0,2 m) dəyişən boş, məsaməli 
travertinlərlə əvəz olunur. Travertinlərin üzəri içərisində travertin qırıntı-
ları rast gəlinən və qalınlığı 0,0 m-dən 8,6 m-dək (orta hesabla 1,8 m) 
dəyişən Dördüncü dövr yaşlı qumcalarla örtülmüşdür. Faydalı qat  tra-
vertinli konqlomeratların, bəzi yerlərdə isə Sarmat yaşlı gillərin üzərində 
yatır. 
Travertinlər  əsasən kalsit mineralından (90-93%) ibarətdir.  Əsas 
kütlədə kvars, çöl şpatı, xalsedon, bəzən isə bitki və fauna qalıqlarına 
rast gəlinir.  
CаО-nin miqdarı 34,5%-dən 54,7%-dək, orta hesabla 50,0 %,  SiО
2
 
0,18%-dən 22,3%-dək, orta hesabla 5% təşkil edir. 
Kimyəvi tərkibinə görə travertinlər II növ əhəng istehsalı üçün 
yararlıdır. 
Fiziki-mexaniki tədqiqatların nəticələrinə görə, travertinlər aşağıda-
kı  göstəricilərlə səciyyələnir: həcm kütləsi 2,17-2,49 t/m
3
, xüsusi çəkisi 
2,68-2,73 q/sm
3
, suudma qabiliyyəti 1,0-10,0%, məsaməliliyi 5,6-19,0%, 
möhkəmlik həddi: havada quru halda 200,0-600,0 kqgüc/sm
2
, su ilə 
doydurulduqdan sonra 180,0-500,0 kqgüc/sm
2
, dondurulduqdan sonra 

 
155
108,0-447,0 kqgüc/sm
2
, suyadavamlılıq əmsalı 0,7-1,0 və şaxtayadavam-
lılıq  əmsalı 0,75-0,99 təşkil edir və 9479-84 saylı Dövlət Standartının 
tələblərini tam ödəyir. 
0,2 m
3
-dən 1,0 m
3
-dək ölçülü blokların çıxımı 35%-dir. 1 m
3
 
blokdan 25 mm qalınlıqlı plitə çıxımı 13 m
2
  təşkil edir. 
Yüksək dekorativliyə malik olan Şahtaxtı yatağının travertinlərin-
dən üzlük materialı kimi bina və qurğularda xarici və daxili divarların 
üzlənməsində  üzlük materialı kimi istifadə etmək olar. Kiçik bloklardan 
divar daşı kimi, tullantılardan isə tikinti əhəngi istehsalında istifadə et-
.mək olar. 
Yatağın dağ-texniki şəraiti əlverişlidir.  
Yatağın  А+В+С
1
 kateqoriyaları üzrə ehtiyatları 8235 min m
3
, o 
cümlədən: I sahə üzrə 642 min m
3
, II sahə üzrə 165 min m
3
, III sahə üzrə 
7428 min m
3
  təşkil edir. Yatağın ehtiyat artımı  şimal-şərq istiqamətdə 
mümkündür. Örtük süxurların faydalı qata olan nisbəti 1:8 kimidir.  
I sahədə istismar işləri aparılmışdır. 01.01.2009-cu il tarixə qalıq 
ehtiyatlar 7844 min m
3
 təşkil edir. 
 
4.1.1.3. Qarabağlar yatağı 
1   ...   10   11   12   13   14   15   16   17   ...   22


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə