2.3. Yanar faydalı qazıntılar
2.3.1. Torf
Torf üzvi süxurlara aid olub, tərkibində 52,0-60,0% miqdarında
karbon saxlayan yanar faydalı qazıntılar (kaustobiolitlər) qrupuna aiddir.
Xarici görünüşünə görə, torf lifli və ya plastik kütlə şəklindədir.
Torf yüksək miqdarda nəmiyi olan və lazımi miqdarda havanın
daxil olmaması nəticəsində bataqlıq bitkilərinin parçalanmasından əmə-
lə gəlir. Torfəmələgəlmə prosesi hər il anaerob mühit şəraitində üzvi
kütlənin quruması və tam parçalanmaması nəticəsində torf qatının üzə-
rində toplanması nəticəsində əmələ gəlir.
Hər il 1 ha sahədə 2,5 t canlı üzvi kütlənin hesabına artım alınır ki,
bu da yatağa ildə 1,5 t quru kütlənin əlavə olunması deməkdir.
Torf xammalının keyfiyyəti çürümə dərəcəsindən, nəmlikdən, həcm
kütləsindən və küllülükdən asılıdır. Küllülüyün miqdarı torfun mineral
tərkibindən asılı olub, 50%-ə qədər çatır. Çox yüksək miqdarda mineral
maddələr iştirak edən torflar mineral torpaqlara aid edilir.
Torfun istifadə sahələri müxtəlifdir. O, energetika sənayesində
yanacaq kimi (yaşayış binalarının, stasionar qurğuların və həmçinin
136
parovozların qızdırılmasında), torf koksunun, yanar qazların və kimya
sənayesində maye yanacağın alınmasında, fenol, mum, sirkə turşusu,
ammiak, kənd təsərrüfatında torpaqların gübrələnməsində, soyuducu
sənayesində torfizolyasiya materiallarının hazırlanmasında istifadə oluur.
Tibbidə torf palçıq müalicəsi kimi istifadə olunur.
Yanacaq kimi istifadə olunan torfun küllülüyü 35%-dən, nəmliliyi
əl ilə çıxarılan
torfda 40%-dən və torf çıxaran maşınla çıxarılan torfda
46%-dən yuxarı olmamalıdır.
Az çürümüş yumşaq
torf heyvandarlıq fermalarında döşəmə mate-
ialı kimi yararlıdır.
Torf yataqları az qalınlıqlı torpaq qatının altında yatdığına görə,
istismar işləri açıq üsulla aparılır.
Sənaye əhəmiyyətli torf laylarının qalınlığı quru olmayan sahələrdə
0,7 m-dən, quru sahələrdə isə 0,5 m-dən az olmamalıdır.
Naxçıvan MR-də yeganə torf yatağı Şahbuz rayonunun ərazisində
məlumdur.
2.3.1.1. Biçənək (Batabat) torf yatağı
Yataq Naxçıvan şəhərindən 50 km şimalda, Batabat ərazisində,
Biçənək kəndindən şose yolu ilə 6-7 km şimal-şərqdə yerləşir.
Yataq 1945-ci ildə Y.M.Musayelov tərəfindən aşkar edilmiş və
kəşfiyyat işləri aparılmışdır.
Torfun əmələ gəldiyi ərazidə Üst Ücüncü dövr yaşlı vulkonogen
süxurlar müşahidə olunur.
Torfun yayıldığı ərazi yastı
dağətəyi vadidən ibarət olub, təbiətin
özü burada torfun əmələgəlməsi üçün əlverişli şərait yaratmışdır. Burada
ot (qumotu, cil) basmış bir sıra kiçik bataqlıqlar mövcud olmuşdur ki,
hazırda
əhali həmin yerlərdən biçənək kimi istifadə edir.
Torf əsasən bir sıra yarıqurumuş uçqun mənşəli göllərdə əmələ gəlmiş
və
qalınlığı 10-30 sm təşkil edir. Burada torf əsasən torpağa qarışmış
çürümüş bitki köklərindən ibarətdir. Torf eynicinsli olmayıb, yumşaqdır.
Kəşfiyyat işləri aparılmış 15 ha bataqlıq sahəsində torf qatının orta
qalınlığı 6 m-ə çatır.
Torf sarı, boz, tünd-qəhvəyi rənglərdə olub, çəkisi çox yüngül və
nəmlidir. Qeyd olunan torf müasir dövrə aid olduğundan zəif dərəcədə
çürümüş şəkildə səciyyələnir. Torfun daxili quruluşuna nəzər yetirdikdə,
hətta, çoxlu miqdarda bitki köklərinə, bəzən isə tamamilə çürüməmiş
yaşıl bitki qalıqlarına rast gəlinir.
137
Fiziki-kimyəvi tədqiqatların nəticələrinə görə Biçənək yatağının
torfu yanacaq kimi yararlıdır. Onun nəmliyi 31,3-45,0% arasında dəyişir.
Əgər hiqroskopik nəmliyi də (20%) nəzərə alsaq, ümumi nəmlik 60-
65%-ə bərabər olacaqdır. Qurudulmuş torfun istilikvermə qabiliyyəti
3800-4380 kkal/kq olub, orta hesabla 4170 kkal/kq təşkil edir. Havada
qurudulmuş halda torfun işçi istilikvermə qabiliyyəti 3400-3930 kkal/kq,
orta hesabla 3650 kkal/kq-dır. Torfun küllülüyü 8,5-22,6% olub, orta
hesabla 15% təşkil edir. Biçənək yatağının torfu keyfiyyət baxımından
küllülüyü 17,8%-ə çatan Ukrayna Respublikasının torflarına uyğun gəlir.
Torfun möhkəmliyi onun çürümə dərəcəsindən asılıdır. Çürümə
nəticəsində torf kütləsində humus maddəsi əmələ gəlir ki, bu da sement
materialı rolunu oynayır və bütün kütləni möhkəmləndirir.
Yanar kütlə əsasən karbondan (C
2
-50-54%), oksigendən (О
2
-37-
42%), hidrogendən (H
2
- 5-6%) və azotdan (N
2
-2-3%) ibarətdir.
Külün tərkibində yüksək miqdarda CaO (50,2-54,2%), Fe
2
O
3
(18,8-19,9%) və SiO
2
(13,9-14,02%), həmçinin MgO (5,19-5,9%), Al
2
O
3
(1,01-2,3%) və P
2
O
5
(2,9-3,04%) iştirak edir.
Torfun əmələgəlmə prosesi aşağıda qeyd olunan ardıcıllıqla baş
vermişdir: ilk növbədə buzlağın fəaliyyəti nəticəsində göllər əmələ gəliş,
sonra cil və qumotu kimi bataqlıq bitkilərinin güclü inkişafı nəticəsində
göllərdə bataqlaşma prosesi başlamışdır. Bataqlaşmış göllərdə bitki kök-
lərinin çürüməsi nəticəsində torfabənzər kütlənin toplanması prosesi hər
il davam etmiş və göldə suyun quruması nəticəsində payız fəslində
torfabənzər kütlənin formalaşma prosesi baş vermişdir.
Buruq quyularının məlumatlarına görə, torf qatının qalınlığı yataq
ərazisində 5-6 m-ə çatır.
Ehtiyatının az olmasına baxmayaraq, istismar işləri yaxşı təşkil
olunarsa Biçənək yatağının torfundan yerli əhali müvəffəqiyyətlə yanacaq
kimi istifadə edə bilər. Bundan əlavə, torfdan palçıq müalicəsi kimi isti-
fadə etmək tövsiyə olunur. Quru distillə nəticəsində torfdan
koksdan əlavə
qaz, sulu və qatranlı məhsullar almaq mümkündür. Qazdan isitmə sistem-
lərində, sulu
məhsullardan
gübrə kimi maraq doğuran ammiak duzlarının
alınmasında istifadə etmək olar. Qatranlı
hissədən qiymətli yanacaqla
yanaşı, məlum işlənmədən sonra təkər mazı, kreozot yağı, parafin və bir
sıra yüngül sürtkü
yağı kimi istifadə etmək olar. Bundan əlavə torf qazın-
dan daxili yanma mühərriklərində istifadə etmək mümkündür.
1 m
3
torfun çəkisi 300 kq olmaqla, yatağın C
1
kateqoriyası üzrə
ehtiyatı 157632 ton təşkil edir.
138
2.4. Mineral piqmentlər (təbii mineral boya xammalı)
Təbii mineral piqmentlərə ilkin kimyəvi emal olunmadan təbii şəkildə
boyayıcı maddə kimi istifadə olunan bir sıra minerallar və süxurlar aiddir.
Təbii mineral boya xammalı kimi müxtəlif genezisə və mineral
tərkibə malik süxur və minerallardan (ağ və rəngli)- təbaşir, kaolin,
anhidrit, qlaukonit, təbii duda (his), qrafit, şunqit, vivianit, pirolüzit,
lazurit, malaxit, kinovar, qarnierit və s. istifadə olunur. Təbii mineral
piqmentlər suda, yağda və spirtdə həll olmur, işığa, atmosfer amillərinin
təsirinə və qələvilərə qarşı davamlıdır.
B.V.Zalesski və Y.A.Rozanov (1946) tərəfindən mineral piqmentlər
maddi tərkiblərinə görə 7 tipə ayrılır: dəmir oksidli, manqanlı-dəmir
oksidli, gilli, karbonatlı, kömürlü, silisli və sulfatlı. Geniş yayılmasına
və parlaq rəng qammalarına görə əsasən dəmir oksidli piqmentlər səna-
ye əhəmiyyəti kəsb edir. Dəmir oksidli piqmentlər insanlar tərəfindən lap
qədim zamanlardan istifadə olunan təbii boya xammalı olub, əsasən
təbiətdə sulu və susuz dəmir oksidi yığımları şəklində rast gəlinir.
Bunlar bəzən manqan oksidi, gil və s. qarışıqlar saxlayaraq əsasən sarı və
yaşıl çalarlı qırmızımtıl-qəhvəyi rənglərdə müşahidə olunurlar. Rəngin-
dən asılı olaraq oxra-sarı, sarımtıl-qırmızı, dəmir sülügəni-qırmızı,
umbra-qırmızımtıl-boz, tünd-boz, mars-açıq və tünd qəhvəyi, siena-boz,
tünd-boz və qəhvəyi-sarı, mumiya-qırmızı, qırmızımtıl-boz rənglərdə
rast gəlinir. Dəmir oksidli təbii boyalar süni boyalardan ucuz olmaqla
bərabər atmosfer, dəniz və çay sularına, qələvilərə və işığa qarşı davamlı
olub, antikoppoziya xüsusiyyətlərinə malikdirlər. Bundan əlavə təbii
boyalar şəffaf olmayan möhkəm örtüklər əmələ gətirir.
Dəmir oksidli və gilli piqment (oxra) yataqları əsasən laterit aşınma
qabığında əmələ gəlir. Dəmir oksidli tip öz növbəsində mumiya (Fe
2
O
3
-
ün miqdarı 35-70%), siena (Fe
2
O
3
-ün miqdarı 40-60%) və dəmir sülü-
gəni (Fe
2
O
3
-ün miqdarı 75-90%) növlərinə ayrılır. Beləliklə, bu tip
xammallarda dəmir oksidinin miqdarı 35-90% arasında dəyişir. Gilli
oxra isə oxra, umbra (Fe
2
O
3
-48%-dən yuxarı, tərkibində 6-16% MnO
2
saxlayır) və ağ gil növlərinə bölünür. Gilli oxrada dəmir oksidinin miq-
darı 11-18% arasında dəyişir və tərkibində iştirak edən Fe
2
O
3
-ün
miqdarından asılı olaraq sarı, sarımtıl-qırmızı, kərpici qırmızı rənglərdə
rast gəlinir. Dəmir oksidinin miqdarı artdıqca oxranın rəngi tündləşir.
Oxralar yüksək intensivliyə və örtmə qabiliyyətinə malikdirlər. Qeyd
etmək lazımdır ki, indiyədək təbii mineral piqmentlərin keyfiyyət göstəri-
139
cilərini tənzimləyən Dövlət standartları hazırlanmamışdır. Yalnız hazır
məhsullara Dövlət standartları mövcuddur. 8019-56 saylı “Quru oxra”
Dövlət standartının tələblərinə görə gilli oxralarda Fe
2
O
3
-ün miqdarı 11%-
dən, 8135-56 saylı “Dəmir sülügəni” Dövlət standartının tələblərinə görə
isə dəmir sülügənində Fe
2
O
3
-ün miqdarı 75%-dən az olmamalıdır.
Təbii şəraitdə dəmir filizi, manqan, kolçedan, qurğuşun-sink və
polimetal yataqlarının oksidləşmə zonalarında “dəmir papaqları” tipli
piqment yataqları əmələ gəlir. Dəmirli filizlərin aşınması nəticəsində
tərkibində Fe
2
O
3
-ün miqdarı 50%-dən 75%-dək olan yumşaq gilli
süxurlar və tərkibində Fe
2
O
3
-ün miqdarı 10%-dən 45%-ə qədər olan
yumşaq gilli və silisli süxurlar əmələ gəlir.
Gilli və dəmir oksidli oxralardan sənayenin bütün sahələrində-lak-
boya, sement, rezin, kağız, plastmas və s. sahələrdə geniş istifadə olunur.
Təbii mineral piqmentlər rəssamlıqda böyük rol oynayır və onlardan
rəssamlıqda istifadə olunan bütün növ boyaları almaq mümkündür.
Azərbaycan Respublikası ərazisində təbii mineral boya xammalların-
dan oxra, mumiya, umbra, dəmir sülügəni, kobalt filizi (göy boya), xromit,
malaxit (yaşıl boya), sink filizi (sinkli belila), titansaxlayan dəmir filizi,
barit (baritli belila) gips, kaolin və müxtəlif gillər (ultramarin) rast gəlinir.
1970-1990-cı illərdə T.M.Seyidov, İ.Ə.Məmmədov və digərləri
tərəfindən Naxçıvan MR-də qeyri-filiz və tikinti materiallarına aparılan
axtarış işlərində yanaşı olaraq intensiv limonitləşmiş, hematitləşmiş sa-
hələrdən sınaqlar götürülmüş və onların təbii boyaq xammalı kimi yarar-
lılığını müəyyən etmək üçün dəmir oksidinin miqdarı təyin edilmişdir.
Aparılan tədqiqatlar nəticəsində təbii mineral boyaq xammalı kimi maraq
doğuran 16 sahə aşkar edilmişdir. Götürülmüş sınaqlar üzrə Fe
2
O
3
-ün
miqdarı 7-31% arasında olmuşdur. Dəmir oksidinin miqdarına görə Çeş-
məbasar-Çənnəb sahəsi daha perspektivli olduğundan bu sahədə 1999-
2003-cü illərdə təbii mineral boyaq xammalına axtarış işləri aparılmışdır.
Axtarış işləri nəticəsində Gülüstan təbii mineral boya xammalı (oxra)
yatağı aşkar edilmiş və qiymətləndirilmişdir.
2.4.1. Gülüstan oxra yatağı
Yataq eyni adlı kənddən 0,5 km şimal-qərbdə yerləşir və şərqdən
Əlincəçay, cənubdan Araz çayı, şimal-qərbdən Xəzərdərə dağı ilə hüdudlanır.
Yataq 1999-2003-cü illərdə R.H.Zeynalov tərəfindən aşkar olun-
muş və qiymətləndirilmişdir.
140
Yatağın geoloji quruluşunda Alt-Orta Eosen yaşlı vulkanogen-çökmə
və çökmə mənşəli tufqumdaşı, tufqravelit, tufkonqlomerat, qumdaşı, əhəng-
daşı və s. iştirak edir. Yataq sahəsində tərkibində Fe
2
O
3
-ün miqdarı 11%-dən
yuxarı olan 5 oxralaşmış zona aşkar olunmuş və hüdudlandırılmışdır.
I zona Əlincəçayın sağ sahilində, mütləq hündürlüyü 973,1 m olan
yüksəkliyin şərq-şimal-şərq yamacında yerləşir və 2,1 km məsafədə
izlənilir. Zona əsasən, ilkin tərkibini itirmiş, aşınmış, ovulmuş, intensiv
limonitləşmiş, hematitləşmiş süxurlardan ibarətdir. Zonanın qalınlığı 50-
200 m arasında dəyişir. Zona aralarındakı məsafə 200 m olmaqla yerüstü
dağ qazmaları vasitəsilə öyrənilmişdir.
Zona üzrə Fe
2
O
3
-ün miqdarı 11,08-23,80% arasında dəyişir və orta
göstərici 13,51% təşkil edir. I zonada hüdudlandırılmış sahənin uzunluğu
1200 m, eni 45 m-dir.
II zona I zonanın şimal-qərb qurtaracağından 250 m qərbdən
başlayaraq şimal, şimal-qərb istiqamətdə 1600 m məsafədə izlənilir.
Zona üzrə Fe
2
O
3
-ün miqdarı 11,65-20,74% arasında dəyişir və orta
miqdarı 13,65% təşkil edir. II zonada hüdudlandırılmış sahənin uzunluğu
600 m, eni isə 50 m-dir.
III zona Araz çayının sol sahilində, mütləq hündürlüyü 1283,4 m
olan yüksəkliyin şərq yamacında yerləşərək şimal-şimal-qərb istiqamətdə
Alt Eosen yaşlı tufqumdaşları və Orta Eosen yaşlı tufkonqlomeratların
təmas xətti boyunca 2,5 km məsafədə izlənilir. Faydalı qat intensiv
aşınmış, ovulmuş, limonitləşmiş, hematitləşmiş, bəzi yerlərdə kaolinləş-
miş süxurlardan ibarətdir. Zona üzrə Fe
2
O
3
-ün miqdarı 11,08-23,80%
arasında dəyişir və orta miqdarı 13,08% təşkil edir. Kimyəvi analizin
nəticələrinə əsasən III zonanın daxilində 3 №-li filiz cismi hüdudlan-
dırılmışdır. 3 №-li filiz cisminin uzunluğu 1200 m, eni 35 m-dir.
IV zona Gülüstan kəndindən 200 m şimal-qərbdən başlayaraq
şimal-şərq istiqamətdə 2,6 km məsafədə izlənilir. Zona Alt və Orta
Eosen yaşlı çöküntülərin təması boyunca yerləşərək, intensiv aşınmış,
ovulmuş, hematitləşmiş, dəmirləşmiş tufqumdaşları və tufkonqlome-
ratlardan ibarətdir. Zona üzrə Fe
2
O
3
-ün miqdarı 12,01-19,31% arasında
dəyişir və orta miqdarı 16,17% təşkil edir. IV zonada hüdudlandırılmış
sahənin uzunluğu 1200 m, eni 30 m-dir.
V zona yatağın şimal hissəsində, IV zonadan şimal-qərb istiqamət-
də yerləşərək, Orta Eosen və Alt Miosen yaşlı süxurların təması boyunca
şimal-qərb istiqamətdə 1,4 km məsafədə izlənilmişdir. Götürülmüş
sınaqların hamısında Fe
2
O
3
-ün miqdarı 11%-dən aşağı olmuşdur.
141
Təbii boyaq xammalının keyfiyyətinə təsir edən amillər sırasına onun
kimyəvi tərkibindən əlavə rəngi, atmosfer təsirlərinə davamlılığı, suburax-
mamaq qabiliyyəti, rəngin intensivliyi, səthi örtmə qabiliyyəti, disperstliliyi,
yağ tutumu və s. kimi xüsusiyyətlər də daxildir. Yataq üzrə bu xüsusiyyətlər
5 sınağın birləşməsindən alınan bir qrup sınağı üzrə təyin edilmişdir.
Piqmentin rəngini vizual olaraq təyin etmək üçün 10 qram piqment 5%-
li yapışqanda həll olunmuş və kağıza çəkilərək qurudulmuşdur. Quruduqdan
sonra piqment sarımtıl-qırmızı və kərpici-qırmızı rəngdə olmuşdur.
Piqmentin işığa davamlılığını öyrənmək üçün hazırlanmış boya
dəmir lövhəyə sürtülmüş və dəmir lövhənin yarı hissəsi 2 ay günəş şüa-
ları altında saxlanılmışdır. İki aydan sonra rənglər müqayisə olunarkən
aralarında heç bir dəyişiklik müşahidə olunmamışdır.
Piqmentin intensivliyi onun disperstliliyindən asılıdır. Piqmentin dis-
perstlilik dərəcəsi nə qədər yüksək olarsa, intensivliyi də bir o qədər yüksək
olur. Ümumiyyətlə, intensivlik ağardıcı materiala piqment əlavə olunduq-
dan sonra həmin ağardıcıya öz rəngini vermə xüsusiyyəti nəzərdə tutulur.
Boyaq xammalının dispersliliyindən asılı olaraq onun örtmə qabi-
liyyəti dəyişir. Piqmentin narınlığı, disperslik dərəcəsi artdıqca, piqmen-
tin örtmə qabiliyyəti, yağ tutumu və intensivliyi nəzərə çarpacaq dərə-
cədə yaxşılığa doğru dəyişir.
Gülüstan yatağı üçün piqmentin örtmə qabiliyyəti 85 q/m
2
olmuş-
dur ki, bu da standartın tələblərinə (65-90 q/m
2
) tam uyğundur.
Gülüstan yatağının xammalından alınan piqmentin yağ tutumu 30-
35% olmaqla, normaya (29-37%) uyğundur.
Bütün bu qeyd olunanlardan belə bir nəticəyə gəlmək olar ki,
Gülüstan yatağını təşkil edən süxurlardan rəng sənayesində təbii mineral
boya xammalı kimi istifadə etmək olar.
Yatağın C
2
kateqoriyası üzrə ehtiyatları 706,4 min ton, P
1
kateqo-
riyası üzrə isə 193,5 min ton təşkil edir.
Yataqda daha dəqiq geoloji-kəşfiyyat işlərinin aparılması tövsiyə
olunur.
Bundan əlavə axtarış işləri nəticəsində Xalxal kəndindən 1,5 km
şimal-qərbdə daha bir təbii mineral piqment təzahürü aşkar olunmuşdur.
Faydalı qatın qalınlığı 25-35 m olmaqla 2 km məsafədə izlənilmişdir.
Təzahür üzrə Fe
2
O
3
-ün miqdarı 13,78%-19,28% təşkil edir. Təzahürdə
axtarış işlərinin davam etdirilməsi məqsədəuyğun hesab olunur.
142
BÖLMƏ 3. BƏZƏK DAŞLARI
Bəzək daşları lap qədim zamanlardan insanları özünə cəlb etmiş və
onlardan bəzək əşyalarının hazırlanmasında istifadə olunmuşdur. Məişətdə
və sənayedə əsasən xalsedonun daha zəngin növlərindən geniş istifadə edil-
mişdir. Hər il bəzəkli və rəngli daşların texnikada və tətbiqi sahələrdə, əsa-
sən dekorativ incəsənətdə əhəmiyyəti artır. Əqiq və yaşma zərgərlik işlərin-
də, dəqiq aparatlarda, laboratoriyalarda (“əqiq” həvəngdəstə), sənayedə diyir-
cəkli yastıq, dayaq və cilalayıcı daşların və s. hazırlanmasında istifadə olunur.
Daha qədim (daş və bürünc) dövrlərdən başlayaraq Azərbaycan
ərazisində bəzək daşlarından bəzək əşyalarının hazırlanmasında geniş
istifadə edilmişdir. Qədim və ilkin orta əsr qəbirlərindən daş boyun-
bağılar, muncuqlar, üzüklər, möhürlər və s. tapılmışdır. Qeyd olunan
əşyalar müxtəlif daşlardan – yəşəm, əqiq, xalsedon, serdolik, kaolinit,
heliotrop və s. hazırlanmışdır.
Naxçıvan MR bəzək daşları ilə zəngindir; onun yəşəmi, araqoniti
(mərmər “oniksi”), dağ bülluru, alevroəqiqi, rəngli mərmərləri, xalsedonu,
buynuzdaşları, qranatları və s. öz tətbiq sahələrini gözləyir.
Son dərəcə
gözəl və qiymətli dekorativ bəzək materialı araqonit və
ya mərmər “oniksi” hesab olunur. Naxçıvan MR ərazisində onun bir neçə
yatağı bəllidur və onlar genetik olaraq mineral bulaqlarla əlaqədardır.
3.1. Sirab araqonit (mərmər oniksi) yatağı
Yataq Naxçıvan şəhərindən 15 km, Sirab kəndindən isə 3 km
şimal-şərqdə yerləşir.
Yataq 1969-cu ildə F.M.Mahmudov tərəfindən aşkar edilmişdir.
1971-ci ildə S.A.Rüstəmov tərəfindən yataqda axtarış işləri, 1972-
ci ildə M.D.Bayramov tərəfindən ilkin kəşfiyyat işləri, 1978-ci ildə isə
S.A.Rüstəmov tərəfindən axtarış-qiymətləndirmə işləri aparılmışdır.
Yatağın geoloji quruluşunda Eosen yaşlı mergellər və əhəngli
qumdaşları, Dördüncü dövrün travertinləri və allüvial-delüvial çökün-
tülər iştirak edir.
Araqonit əsasən süxurların çatlarını və həmçinin layarası boşluqları
dolduran laycıqlar və laylar şəklində əhəngli qumdaşlarının içərisində
öyrənilmişdir. Onların qalınlığı 2-5 sm-dən 30 sm-dək dəyişir.
Struktur cəhətdən yataq Vənənd-Sirab antiklinalının tərkibinə daxil
olan ikinci dərəcəli Nəhəcir antiklinalının cənub-qərb qanadında yerləşir.
Antiklinalın cənub-qərb qanadı 60-70
0
bucaq altında dik yatır.
143
Yataq 0,5 kv. km sahəni əhatə edir. Bir çox yerlərdə onlar qədim
travertinlərin qalıqları ilə örtülmüşdür. Hazırda travertinlər Sirab mineral
su mənbəyinin yaxınlığında da əmələ gəlir və onun qalınlığı çox azdır.
Sirab yatağında travertinlərin arasında araqonit minerallaşması lay-
cıqlar şəklində rast gəlinir. Onun qalınlığı 1,5 sm-dən 5,0 sm-dək dəyişir.
Araqonit laycıqları 1-2 m-dən 5 m-dək məsafədə izlənilir və əsasən
araqonitin şüavari növü ilə təmsil olunur.
Təcrübi olaraq 10-30 sm qalınlığında olan araqonit laycıqları maraq
kəsb edir.
Əsas araqonit minerallaşması Orta Eosenin əhəngli və gilli qum-
daşları arasında rast gəlinir. Burada 10 araqonit laycığı qeydə alınmışdır.
Sirab mineral su mənbəyinin çıxışında araqonit laycıqlarının əmələ
gəlməsi çox intensiv getmiş və nisbətən böyük ərazini əhatə etmişdir.
Araqonit şüavari olub, mavi, çəhrayımtıl-ağ, ağ, əsasən bozumtul-
sarı, tutqun-yaşıl (dəniz suyu rəngində) və qonuru-boz rənglərdə rast
gəlinir. Bəzən böyük miqdarda dəmirli birləşmələr saxlayan ayrı-ayrı
nazik oxralı laycıqlar müşahidə olunur. Dəmir hidrooksidinin araqonitdə
iştirak etməsi onun dekorativ keyfiyyətini aşağı salmır, əksinə daha
təzadlı şəkillər əmələ gətirərək keyfiyyətini yaxşılaşdırır.
Mikroskop altında araqonit səciyyəvi dispers effektinə malik olub,
paralel yerləşən uzanmış kristallar şəklindədir. Bəzi yerlərdə qeyri-
düzgün paylanmış dəmir hidrooksidi müşahidə olunur.
Sərtliyi 3-5, parıltısı – tutqun, sınıqları qeyri-bərabərdir. Cilalan-
ması yüksək dərəcəli şüşə parıltısına malikdir. Asanlıqla 0,5 sm qalın-
lığında lövhələr kəsmək mümkündür.
Araqonitin texniki göstəriciləri aşağıdakı kimidir: araqonitin çıxımı
0,10 m
3
-dən 2,27 m
3
-dək, ilkin zənginləşdirmədən sonra araqonit çıxımı
55,0 kq-dan 190 kq-dək dəyişir. Çeşidləndikdən sonra araqonit çıxımı: I
sort 7,4 kq-dan 21,0 kq-dək; II sort 3,0 kq-dan 96,0 kq-dək; xırda 32,0
kq-dan 141,0 kq-dək; tullantılar 6,0 kq-dan 33,0 kq-dək dəyişir.
Müsbət keyfiyyətlərini - xoşgəlimli, incə tonda və gözəl şəkillərdə
olmasını, həmçinin əla texnoloji xüsusiyyətlərini nəzərə alaraq Sirab
yatağının araqonitləri böyük ölçüdə olmayan məmulatların (külqabı,
vaza, mücrü) və zərgərlik-bəzək məmulatlarının ( sərgi üçün sırğalar,
kulonlar, broşkalar), həmçinin işıqlandırma armaturlarının, o cümlədən
vitraj və mozaikaların hazırlanmasında istifadə edilir.
Araqonitin C
2
kateqoriyası üzrə ehtiyatları 236,4 ton təşkil edir.
144
3.2. Biləv mərmər oniksi təzahürü
Dostları ilə paylaş: |