Qazintilari


Cəhriçay mergel yatağı üzrə faydalı qazıntının kimyəvi  tərkibi



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə19/22
tarix28.04.2017
ölçüsü2,85 Kb.
#15841
1   ...   14   15   16   17   18   19   20   21   22

Cəhriçay mergel yatağı üzrə faydalı qazıntının kimyəvi  tərkibi  
 
Bu
ru
q quy
u-
lar
ın
ın 

-si
 
Komponentlər,  %-lə 
SiО
2
 
Аl
2
О
3
  Fе
2
О
3
 
CаО 
МgО  P
2
О
5
 
К
2
О 

2
О 
13 9,21 1,23
1,24
47,93
1,46
0,05
0,32
0,20
31 12,29 4,66
3,46
48,24
1,48
0,05
0,27
0,07
32 12,17 5,20
3,70
49,40
1,54
0.04
0,22
0,06
6 13,62 
5,18
3,03
48,14
1,56
0.04
0,30
0,14
34 13,64 4,71
3,33
42,31
1,23
0.04
0,39
0,21
30 14,48 5,11
3,67
46,99
1,24
0.04
0,4
0,22
35 13,78 5,32
4,17
46,66
1,29
0.04
0,42
0,21
33 15,11 5,83
4,10
47,17
1,33
0.04
0,34
0,17
Yekun 
104,3 
37,24 
26,7 381,84
11,13
0,34
2,68  1,07 
Orta 
göstərici 
13,04 4,65  3,34 47,73  1,39 0,04
0,33  0,13 
 
Zərərli qarışıqların miqdarı güclü mergelləşmiş  əhəngdaşlarında 
(CaO->45%) və gil süxurlarında (CaO-<15%) aşağıdakı  hədlərdən 
yükcək olmamalıdır: MgO-3,21(3,0)%, SO
3
-1,03(0,5), K
2
O+Na
2
O-
0,68(3,0), P
2
O
5
-0,30 (0,2), TiO
2
- məhdudiyyət qoyulmur. (Mötərizələrdə 
gil süxurlarındakı oksidlərin miqdarı göstərilir). 
Cədvəldən göründüyü kimi, mergellər kimyəvi tərkibinə görə mer-
gelli  əhəngdaşlarına uyğun gəlir. Zərərli qarışıqların miqdarına görə 
Cəhriçay yatağının mergelli əhəngdaşları Hidrosement (1970-ci il) tərə-
findən hazırlanmış texniki şərtin tələblərinə cavab verir.  
Doyma  əmsalı 0,85- 1,75 arasında dəyişərək, orta göstərici 1,05;  
silikat modulu 1,45- 3,73 arasında dəyişərək, orta göstərici 1,63 və 
alüminat modulu 0,99-1,71 arasında dəyişərək, orta göstərici 1,39 təşkil 
edir.  Doyma əmsalı, silikat və alüminat modullarının nəticələri göstərir 

 
198
ki, mergelli əhəngdaşları az miqdarda təhsisedici  əlavələr qatıldıqdan 
sonra sement istehsalında  istifadə edilə bilər.  
Yatağın hidrogeoloji və dağ-texniki şəraitləri əlverişlidir. 
B+C
1
 kateqoriyaları üzrə yatağın ehtiyatları 20 980 min m
3
  və ya 
45946,2 min ton, C
1
 kateqoriyası üzrə 1048934 min ton təşkil edir. 
 
4.5.2. Lizbirt yatağı 
 
Naxşıvan  şəhərindən 30 km şimal və  şimal-qərbdə, Lizbirtçayın 
orta axım hissəsində yerləşir. 
Yataq 1980-1981-ci illərdə T.M.Seyidov, İ.Ə.Məmmədov və 
Ş.M.Səlimov tərəfindən aşkar olunmuş və qiymətləndirilmişdir.  
Yatağın geoloji quruluşunda Üst Təbaşirin Kampan mərtəbəsinin 
çöküntüləri  iştirak edir. Bəzi sahələrdə bu süxurlar Üst Dördüncü 
dövrün Xəzər mərtəbəsinin  süxurları ilə örtülmüşdür. 
Tektonik cəhətdən burada şimal-qərb istiqamətli iki böyük olmayan 
qırışıqlıq  qeyd edilir. Sinklinalın  şimal-şərq qanadında yatan süxurlar 
10-20
0
, bəzən 35-40
0
 bucaq altında şimal-şərq istiqamətdə düşür. Santon 
yaşlı süxurlarla sərhəddə, sinklinalın cənub-qərb qanadında iri
  
pozulma 
qeyd olunur. Bunun təsirindən süxurlar daha dik 45-65
0
 bucaq altında 
yatırlar. Yatağın relyefi yaxşı açılışı ilə  səciyyələnir və ancaq bəzi 
yerlərdə qalınlığı 0,5-2,5 m olan örtük süxurlara rast gəlinir. 
Yataq ərazisində 3 tip mergellər ayrılır: mergel, əhəngli mergel və 
gilli mergel. 
Mergellər boz, çəhrayı-boz rəngdə olub, qalın və incəlaylı tekstura 
və pelitomorf struktura malikdir. Onlar incədispers gil və ya əhəngli-gilli 
kütlədən ibarətdir. Terrigen materiallar kvars və plagioklazla təmsil 
olunur və çox az miqdarda (<5%) rast gəlinir.  
Əhəngli mergellər boz və açıq-boz rəngdə olub, laylı tekstur və 
pelitomorf struktur ilə  səciyyələnir və kalsit, gilli-əhəngli kütlə  və 
yüksək dispersli kvarsla mürəkkəbləşmişdir.  
Gilli mergellər boz və tünd-boz rəngdə, incədənəli quruluşda rast 
gəlinir və əsasən əhəngli gildən və gilli-alevrolitli hissəciklərdən ibarət-
dir. Onlara yataqda 3-5 sm, bəzən 7-10 sm qalınlıqlı laycıqlar  şəklində 
rast gəlinir. 
Lizbirt yatağı üzrə mergellərin kimyəvi tərkibi  aşağıdakı kimidir. 
 
 

 
199
Cədvəl 22 
Lizbirt yatağı üzrə mergellərin kimyəvi tərkibi 
 
Miqdarı 
Komponentlər,   %-lə 
SiО
2
  Аl
2
О
3
 

2
О
3
  CаО 
МgО 


К
2
О 

2
О 
Dən 6,6 
0,69 
0,57 
43,8 
0,48 
0,07 
0,17 
0,01 
Dək 
3,82 2,97  1,86 50,2 1,93 0,35
0,63
0,32 
Yataq 
üzrə orta 
göstərici:  
9,71 1,83  1,21 47,0 1,20 0,21
0,40
0,16 
 
Zərərli qarışıqların miqdarına görə Lizbirt yatağını  təşkil edən   
mergellər Hidrosement (1970-ci il) tərəfindən hazırlanmış texniki şərtin 
tələblərinə cavab verir. 
Yataq üzrə silikat modulunun orta göstəricisi 3,19, alüminat modu-
lun  orta göstəricisi isə 1,51 təşkil edir. Silikat və alüminat modullarının 
nəticələri göstərir ki, mergellərə az miqdarda təhsisedici  əlavələr qatıl-
dıqdan sonra sement istehsalında  istifadə edilə bilər.  
Rusiya Federasiyasındakı sement zavodlarının istifadə etdiyi mer-
gellərin kimyəvi tərkibi ilə Lizbirt yatağının kimyəvi tərkibinin miqayi-
səsi aşağıdakı cədvəldə verilir. 
 
Cədvəl 23 
 
Rusiya Federasiyasındakı sement zavodlarının istifadə etdiyi 
 mergellərin kimyəvi tərkibi ilə  Lizbirt yatağının kimyəvi 
tərkibinin miqayisəsi 
 
№№
 
Zavodlar 
Komponentlər,  %-lə 
SiО
2
 
Аl
2
О
3
 

2
О
3
 
CаО 
МgО 


1 2  3 





1 Novorossiysk: 
 
 
 
1.1 
Mergel 
“yüksək” 
8,02 1,52 0,44 50,44 0,26  iz 
1.2 
Mergel  
“aşağı” 
21,32
4,14 1,64 39,32 0,75 
-

 
200
1 2  3 





2 Ambrosiyevsk 
15,44
2,73 1,29 44,02 0,64 0,47 
3 Podqorensk  12,47
3,59 1,82 44,70 1,21 0,33 
4 Alekseyevsk 10,31
2,55 1,84 46,83 0,90 0,36 

Lizbirt 
(Naxçıvan) 
9,71 1,83  1,21  47,0  1,20  0,21 
 
Lizbirt  yatağının kimyəvi tərkibinin Ambrosiyevsk, Novorossiysk 
və digər zavodların istifadə etdiyi mergellərlə müqayisəsi göstərir ki, 
onların arasında  əsaslı  fərq nəzərə çarpmır. Yalnız Lizbirt yatağında 
МgО-nin miqdarı bir qədər yüksəkdir (1,20%). Qeyd etmək lazımdır ki, 
sementin tərkibində МgО-nin miqdarı 3,20% təşkil edir. 
Yatağın dağ-texniki şəraiti əlverişlidir.  
Yatağın C
2
 kateqoriyası üzrə ehtiyatları 73646200 m
3
  və ya 
169386000 ton təşkil edir. 
 
4.5.3. Sələsüz gil yatağı 
 
Yataq Şahbuz rayonunun Sələsüz kəndindən 0,5 km şimal-qərbdə yerləşir. 
Yataq 1982-83-cü illərdə İ.Ə.Məmmədov və Ə.Ə.Əsgərov tərəfin-
dən kərpic istehsalı üçün öyrənilmiş, 1994-97-ci illərdə  Ş.M.Səlimov 
tərəfindən yataqda sement xammalı kimi kəşfiyyat işləri  aparılmışdır. 
Yataqda Üst Dördüncü dövrün boz, açıq-boz rəngli, zəif yağlı, 
bəzən qumlu gil və gilcələri  iştirak edir. Təmas süxurlarını Üst Eosenin 
Priabon mərtəbəsinin müxtəlif gil, argillit, qravellit və nadir qumdaşı 
laylarının növbələşməsindən ibarət süxurlar təşkil edir.  
Kimyəvi analizin nəticələri göstərir ki, gilin tərkibində SiО
2
 - 
48,00-49,00%,  Аl
2
О

-13,00-16,00%, Fе
2
О
3
-5,60-6,00%,  ТiО
2
-0,62-
0,68%,  CаО-8,05-9,020%,  МgО-1,40-2,70%, Nа
2
О-2,20-2,24%,  К
2
О-
2,0-2,52%, SО
3
- 0,09 -0,34% -dir.  
Kimyəvi analizin nəticələrinə görə Sələsüz yatağının gilləri fəaliy-
yətdə olan standartların tələblərini tamamilə ödəyir və gillərdən kərpic 
istehsalında istifadə etmək olar. Alüminium oksidinin miqdarına görə 
gillər yarımturş (Аl
2
О
3
 >14%), rəngləyici oksidlərin (Fе
2
О
3
+ТiО
2
) miq-
darına görə isə yüksək miqdarda rəngləyici oksidlər saxlayan  (Fе
2
О
3
>3%,  
ТiО
2
<1%) gillər qrupuna aid edilir. 

 
201
Gilin qranulometrik tərkibi aşağıdakı kimi səciyyələnir: >0,1 mm 
hissəciklərin miqdarı 5,4-11,5%; 0,1-0,01 mm hissəciklərin miqdarı 24,3 
-57,00%;  0,01-0,001 mm hissəciklərin miqdarı 28,1-48,7%;  <0,001 mm 
hissəciklərin miqdarı isə 6,5-15,5%, plastiklik ədədi 17,5-18,1-dir. 
Struktur tipinə görə gillər qumlu-alevritli tipə aid edilir. 
1994-1997-ci illərdə yatağı təşkil edən gillər sement xammalı kimi  
öyrənilmişdir. 
Sement istehsalında  əsasən asanəriyən gillərdən, gil şistlərindən və 
argillitdən istifadə edilir. Sement istehsalında istifadə olunan gil süxurla-
rına tələbat nəzərdə tutulmamışdır. Gil süxurlarında faydalı  və  zərərli 
komponentlərin buraxıla bilən həddi  şixtaya daxil olan əhəngdaşının  
miqdarı ilə tənzimlənir. 
Aşağıdakı cədvəldə Sələsüz gil yatağındakı zərərli komponentlərin 
miqdarı texniki şərtin tələbləri ilə müqayisəli şəkildə verilir.  
 
Cədvəl 24 
 
Cələsüz gil yatağındakı zərərli komponentlərin miqdarı ilə texniki şərtin 
tələblərinin  müqatyisəsi  
 
Normativ sənədin və 
yatağın adı 
Oksidlərin miqdarı, %-lə 
МgО 
СО
3
 

2
О+К
2
О 
P
2
О
5
 
ТiО
2
 
Texniki şərt üzrə 
tələbat (CаО 
 45%) 
 6,0 
 5,0 
 3,5-4,0 
 0,6 
 2,0 
Sələsüz gil yatağı üzrə
2,52 0,09-0,34
3,89 
0,11  0,62-0,68 
 
Adi portlandsement istehsalında silikat modulu (n) 2,0-4,0, alümi-
nat modulu (p)  1,0-3,0 arasında olan gillərdən istifadə edilir.  
Sələsüz gil yatağı üzrə silikat modulun orta göstəricisi 2,66, alümi-
nat modulun orta göstəricisi isə 2,64 olub, sement istehsalı üçün 
yararlıdır. 
Sələsüz gil yatağı üzrə SiО
2
-nin orta miqdarı 49,39%, Аl
2
О
3
-
13,47%, Fе
2
О
3
-5,09% təşkil edir. 
Sələsüz gil yatağının kimyəvi tərkibinin xarici ölkələrin sement 
zavodlarının istifadə etdiyi gil yataqlarının kimyəvi tərkibi ilə müqayi-
səsi aşağıdakı cədvəldə verilir. 

 
202
Cədvəl 25 
 
Sələsüz gil yatağının kimyəvi tərkibinin xarici ölkələrin sement 
zavodlarının istifadə etdiyi gil yataqlarının kimyəvi  
tərkibi ilə müqayisəsi 
 
№№ 
 
Zavodların 
adı 
Komponentlər, % 
SiО
2
 
Аl
2
О
3
 

2
О
3
CаО 
 
МgО  SО
3
 
y.z.i 
1. Kuybışev 50,38 
17,66 6,80 5,97 4,09 
1,71
19,19 
2. Kaspisk 
51,67 12,24  4,37  14,23 1,54 0,26
15,43 
3. Rustavi 
51,64 14,41  7,74  6,13  3,24 2,41
12,45 
4. Volkovsk  52,43 12,41  6,00  11,17 2,83 0,43
12,86 
5. Riqa 
50,04 14,37  5,50  9,40  3,70 2,58
12,46 
6. Qaradağ 53,32 
11,43 
4,65 
8,83 
2,76 
1,33
13,8 
7. Sələsüz 
(Naxçıvan) 
49,39 13,47  5,09  10,47  2,52  -  13,24 
 
Cədvəldən göründüyü kimi Sələsüz gil yatağının kimyəvi tərkibi ilə 
Riqa, Kaspisk və digər zavodların istifadə etdiyi gil yataqlarının kimyəvi 
tərkibi arasında əsaslı fərq nəzərə çarpmır. Buna görə də həmin yataqdan 
sement istehsalında istifadə etmək olar.  
Yatağın dağ-texniki və hidrogeoloji şəraiti əlverişlidir.  
Yatağın B+C
1
kateqoriyaları üzrə ehtiyatları 1067030 m
3
 təşkil edir. 
 
 
4.6. Büzücü materiallar istehsalı üçün mineral-xammallar 
 
4.6.1. Gips  və gəc 
 
Gips – sulfatlar qrupuna aid olub, sulfat turşusunun kalsiumlu sulu  
duzlarından biridir. Gipsin formulu CaSO
4
.2H
2
O (CaO-32,5%, SO
3
-
46,6%, H
2
O-20,9%)  şəklində olub, təbiətdə qalıntəbəqəli, prizmatik və 
sütunşəkilli formalarına, ikiləşmiş tiplərindən isə “qaranquş quyruğu” və 
digər aqreqat formalarına rast gəlinir. Gipsin digər modifikasiyası 
anhidrit – susuz kalsium sulfat - CaSO
4
 (CaO-41,2%, SO
3
-58,8%) 
təbiətdə adətən gipslə  birlikdə rast gəlinir. Lakin gips təbiətdə daha 
geniş yayılmışdır. Anhidritə gipsin içərisində ayrıca lay və ya sahələr 
şəklində, bəzən isə gipslə laylanma şəklində rast gəlinir. 

 
203
Bəzən  təbiətdə gipsin  iri kristallik, vərəqvari, ipəyəoxşar, incəlifli 
növü olan  selenitə, bəzən isə iri və ya xırda dənəli,   torpaqvari növünə - 
gəcə rast gəlmək mümkündür. 
Gipsin rəngi ağ, ayrı-ayrı kristalları isə su tək  şəffaf və  rəngsiz 
olub, bəzən kristallaşma zamanı tərkibindəki qarışıqların rəngindən asılı 
olaraq müxtəlif rənglərə boyanır. Gəc isə açıq-boz, bəzən sarımtıl və ya 
tutqun rənglərdə rast gəlinir. 
Gips qızdırılarkən tərkibindəki suyu itirməsi praktiki əhəmiyyət 
daşıyır. Bişirmə zamanı 750-1000
0
C temperatur intervalında gipsin yeni 
modifikasiyası– tərkibində müəyyən miqdarda sərbəst  əhəng saxlayan 
ekstrix-gips əmələ gəlir.  
Gəc təbii halda gips, gil, karbonatlı  və  bəzən silisli mineralların 
incədənəli qarışığından ibarətdir. Gəcin tərkibində gips-62,0-82,0%, CaO 
-19,0-26,0%, H
2
O -12,0-17,0% təşkil edir. 
Gips hələ eramızdan 2500-3000 il əvvəl məlum idi. Tədqiqatlar 
göstərir ki, eramızdan 2500 il əvvəl Misir piramidalarının tikintisində 
gips və əhəngdən istifadə edilmişdir. 
İlk nümunələri I əsrə aid olan gəctaraşlıq (gəc üzəruində  bədii 
oyma və gəcdən tökmə üsulu ilə memarlıq elementlərinin hazırlanması) 
işləri əsasən binaların daxili, xüsusi hallarda isə xarici səthlərində geniş 
tətbiq olunmuşdur. Orta əsrlərdə memarlıq və dekorativ bəzək işlərində 
gəc qiymətli tikinti materialı hesab olunmuşdur.  
XII-XIV əsrlərdə Azərbaycan şərqin başlıca gəctaraşlıq mərkəzi sayıl-
mış  və XII-XVIII əsrə aid memarlıq abidələrində dekorativ memarlıq ele-
mentlərinin yaradılması  məqsədilə gips və  gəcdən geniş istifadə olunmuş-
dur. Qəzvindəki Xumartaş Günbəzi (1106-1114-cü illər) və Heydəriyyə 
Məscidi (XII əsr), Naxçıvandakı Möminə Xatun Türbəsi və  Əlincəçay 
Xanagahı, Həmədandakı Ələvilər Məscidi (XII-XIV əsrlər), Sultaniyyədəki 
Ölcaytu Xudabəndə Türbəsi (XIV əsr), Urmiya (1277-ci il) və  Mərənd 
(1324-cü il) Cümə Məscidlərinin bəzək işləri gəctaraşlıq  sənətinin ən yaxşı 
nümunələrindəndir.  Şəki Xan Sarayının (XVIII əsr) rəngli divar bəzəkləri 
gəctaraşlıq sənətinin ən gözəl nümunələrindən sayılır.  
Zaman kecdikcə gips və gəcdən daha geniş  sahələrdə istifadə edil-
məyə başlanılmışdır.  
Gips sement sənayesində sementin tutma müddətini tənzimləmək 
üçün təbii vəziyyətdə, əzilmiş halda klinkerə əlavə edilir. Kimya sənaye-
sində sulfat turşusunun və ammonium sulfatın alınmasında, həmçinin 

 
204
kağız, plastmas və boya (aşqar kimi) istehsalında, kənd təsərrüfatında isə 
torpaqların gübrələnməsində istifadə edilir. 
Bişirilmiş gipsdən əsasən tikintidə gips tərkibli büzücü maddələrin 
və gipsolit məmulatların hazırlanmasında geniş istifadə edilir. 
Gipsdən avtoklavlarda (ağzı kip bağlanmış qazanlarda) yüksək 
buxar təzyiqi altında gips betonların hazırlanması üçün istifadə edilən  
yüksək növlü tikinti gipsi, tikinti məhlulları və divarların haşiyələnməsi 
üçün lövhələr (lepka), arakəsmələr və tavanlar  alınır. 
Təmiz kristallik gipsdən tibbdə istifadə olunur. 
Naxçıvan MR-də gips yataqları Miosen yaşlı duzlu qatda rast gəli-
nir. Gipsli laylar gil, alevrolit və qumdaşlarından təşkil olunmuş Karaqan 
çöküntülərinin alt kəsilişində öyrənilmişdir. Gips və anhidrit layları Nax-
çıvan çökəkliyinin  şərq hissəsində geniş inkişaf tapmışdır. Bu qrupa 
Ərəzin, Şahtaxtı, Qarğalıq və digər yataqlar daxildir. 
Azərbaycan Respublikasında gipsin 2 genetik tipi məlumdur: hidro-
termal və çökmə. 
Hidrotermal mənşəli gips yataqları yer qabığında az yayılmışdır və 
hələlik bu tipli  böyük yataqlar aşkar edilməmişdir. Gips bəzən kolçedan 
və polimetal yataqlarında sulfidli minerallarla assosiasiyada rast gəlinir. 
Çökmə mənşəli yataqlar isə geniş yayılaraq sənaye əhəmiyyətli ya-
taqlar əmələ gətirirlər. Çökmə yataqlar sulfatlı duzlarla zəngin su hövzə-
lərində, dənizin laqun hissələrində və duzlu göllərdə suyun buxarlanması 
və  quruması nəticəsində əmələ gəlir. Əmələgəlmə şəraitinə görə çökmə 
mənşəli gips yataqları 2 tipə ayrılır: singenetik və epigenetik.  
Singenetik gips yataqları bilavasitə tərkibində 2 molekul su saxla-
yan kalsium sulfatla zəngin məhlullarından çökmə yolla əmələ  gəlir. 
Epigenetik yataqlarda əvvəlcə susuz kalsium sulfat (anhidrit) əmələ gə-
lir, sonra isə qrunt sularının təsirindən hidratasiyaya uğrayaraq gips əmə-
lə gəlir. Bu tipə əsasən böyük gips yataqları, o cümlədən Goranboy rayo-
nunun ərazisində yerləşən Yuxarı Ağcakənd gips  yatağı da aiddir. 
Naxçıvan MR-dəki əksər gips yataqları Şahtaxtı və Qarğalıq stansi-
yaları arasındakı dəmiryolundan şimalda, dəmiryoluna paralel istiqamət-
də uzanan alçaq təpəliklərdə (100 m-ə qədər) yerləşir.  
Yüksəkliklərdə yer səthinə çıxan gips layları mergelli-gilli-qumlu-
duzlu laylarla (Miosen) növbələşərək ŞŞ 85
0
 azimutla 8-10
0
 bucaq altın-
da  təpənin dərinliyinə doğru yatırlar. 
Yer səthinə çıxan gips layları  müxtəlif vaxtlarda istismar edilmiş və 
mütəmadi olaraq axtarış işləri davam etdirilmişdir.  Buna baxmayaraq bu 

 
205
günə  qədər  Şahtaxtı  və Qarğalıq stansiyaları arası sahədə gipssaxlayan 
laylarda kəşfiyyat işləri aparılmamışdır. Yalnız ayrı-ayrı lokal sahələrdə 
D.İ.Tavadze və T.O.Çitaya tərəfindən qiymətləndirmə işləri aparılmışdır. 
Azərbaycanda gəc çox qədim zamanlardan məlumdur və uzun 
əsrlər  boyu yaşayış evlərinin və ümumi qurğuların tikintisində istifadə 
edilmişdir. Hazırda gəcdən 200-300
0
C bişirməklə  tikinti gəci adlanan 
büzücü maddələrin alınmasında istifadə olunur. Alınmış büzücü mate-
rialdan aşağı istilikkeçiriciliyi olan arakəsmə plitələr hazırlanır.  
Gəc yataqları və təzahürlərinə Azərbaycanın müxtəlif rayonlarında 
rast gəlinir və Dördüncü dövrün ən cavan çöküntüləri içərisində yerləşir. 
Gəcin əmələ gəlməsi çox müxtəlifdir. Gəc əsasən qapalı su hövzələrində 
əmələ  gəlir. Naxçıvan MR-də  gəcin digər genezisə malik yataq və 
təzahürlərinə Gülüstan və Qaraçuq kəndlərinin yaxınlığında Miosen yaşlı 
gipssaxlayan qatın inkişaf tapdığı sahələrdə rast gəlinir. 
Gəc çıxışlarına digər sahələrdə  də rast gəlinməsinə baxmayaraq, 
hələlik onlar öyrənilməmişdir.  
Naxçıvan MR-in gips və  gəc yataqları haqqında məlumatlara 
Q.K.Dementyevin, R.İ.Qrozdovskinin, M.D.Zairinin məqalələrində və N.N.Nəsi-
rovun, A.B.Kərimovun, T.M.Seyidovun, R.M.Ağayevin, A.M.İmanovun, 
Q.R.Rəhimovun və digərlərinin hesabatlarında rast gəlinir. 
Gəc yataqları M.Ə.Qaşqay, Z.A.Nasvalova və V.K.Pokidin tərəfin-
dən ətraflı və kompleks şəkildə öyrənilmişdir. 
Naxçıvan MR-də 3 gips və 1 gəc yatağı aşkar edilmişdir. 
Aşağıda gips və gəc yataqlarının qısa təsviri verilir. 
 
4.6.1.1. Ərəzin gips yatağı 
 
Yataq Naxçıvan şəhərindən 20 km CŞ-də, Culfa rayonunun Ərəzin 
kəndindən isə 3 km ŞmQ-də yerləşir. Yatağın ərazisi en dairəsi istiqamə-
tində çox da dərin olmayan dərələrlə bir-birindən 2,0-2,5 km məsafədə 
yerləşən 2 sahəyə ayrılmışdır. 
İlk dəfə 1957-ci ildə Ərəzin gips yatağında kəşfiyyat işləri aparılmış və 
nəticədə yatağın ehtiyatları 587364 ton miqdarında qiymətləndirilmişdir. 
1973-cü ildə Azərbaycan SSR Tikinti Materialları Nazirliyinin ekspe-
disiyası tərəfindən yataqda əlavə kəşfiyyat işləri aparılmış və yatağın ehtiyatları 
B+C
1
 kateqoriyaları üzrə 2103,2 min ton miqdarında hesablanmışdır. 
Ərəzin gips yatağında  ehtiyatı hesablanmış sahədən kənarda çoxlu 
sayda gips layları qalmışdır. 

 
206
Bunları  nəzərə alaraq 1986-1988-ci illərdə  Ərəzin gips yatağında 
ehtiyatdan kənarda qalan gips laylarının düşmə istiqamətində 10 m də-
rinliyə izlənilməsi məqsədilə əlavə kəşfiyyat işləri aparılmışdır. 
Yatağın geoloji quruluşunda Orta Miosenin Tarxan-Çokrak hori-
zontunun içərisində əhəngdaşı, gips linzaları və laycıqları saxlayan qum-
daşları, alevrolit və gilləri iştirak edir. Gipsə horizontun üst hissəsində 
rast gəlinir. Hövzədə duzluluq həddindən artıq yüksəldiyindən Karaqan 
dövründə də duzun çökməsi davam etmişdir.  
Yuxarıda qeyd edildiyi kimi, yatağın litoloji quruluşunda duzlu 
qatın süxurları  iştirak edir və üzəri elüvial-delüvial çöküntülərlə örtül-
müşdür. Ümumiləşdirilmiş  şəkildə yatağın səciyyəvi  kəsilişi aşağıdakı 
kimidir (yuxarıdan aşağıya): 
1.Torpaq-bitki qatı, orta qalınlığı 0,7 m, yatağın mərkəzinə doğru 
qalınlığın artması müşahidə olunur. 
2. Bəzən içərisində  çınqıl qırıntıları  iştirak edən açıq-sarımtıl-boz 
rəngli gilcə. Qalınlığı 0,10 m-dən başlayaraq yatağın  şimal hissəsində 
1,45 m-dək dəyişir. 
3. İçərisində adətən 10-20 sm qalınlığında sarı rəngli yağlı gil və incə 
(3 sm-ə  qədər) qumdaşı laycıqları saxlayan bozumtul-sarı, bəzən tutqun-
boz rəngli gips. Gips laylarının qalınlığı 3,5 m-dən 4,5 m-dək dəyişir. 
Qalınlıq cənuba doğru artır. Gips layları şimal-qərb istiqamətdə 5-6
0
 bucaq 
altında yatırlar.Yatağın şərq hissəsində yatım bucağı 10
0
-dək yüksəlir. 
4. 12-15 sm qalınlığında ağ  rəngli nadir gips laycıqları saxlayan 
göyümtül-sarımtıl-boz, bəzən qəhvəyi rəngli, yağlı gil qatı. Gilin açılmış 
(görünən) qalınlığı 0,3-3,5 м olub, orada gips layları pazlaşaraq yer 
səthinə çıxır və bilavasitə örtük süxurların altında yatır. 
5. Sarımtıl-boz rəngli, qumlu, xırda dənəli, möhkəm  əhəngdaşları. 
Görünən qalınlığı 0,35 m-dir. Şərq hissədə əhəngdaşları gillə pazlaşır və 
bilavasitə gips layının altında yatır.  
Gipssaxlayan laylar monoklinal yatım təşkil edərək 10-12
0
 bucaq altında 
ŞŞ istiqamətdə relyefə paralel şəkildə yatırlar. Gips sarımtıl-boz rəngdə olub, 
gil laycıqları saxlayır. Faydalı qatın qalınlığı 2,6-5,3 m-dir. Örtük süxurların 
qalınlığı 0,0-3,1 m, aralıq boş süxurların qalınlığı isə 0,5 m-dir. 
Gipsin kimyəvi tərkibində SiО

-7,98-16,30%, Аl
2
О

-2,33-5,55%, Fе
2
О
3

1,47-2,65%, CаО-29,53-32,79%, МgО-0,25-2,12%,  SО
3
-39,1-39,57%, H
2
О - 
17,52%, q.z.i.-2,06-9,38%, CаSО
4
.2H
2
О - 62,0-87,0% təşkil edir. 
Texnoloji tədqiqatların nəticələri göstərir ki, gipsin quru halda 
həcm kütləsi 2,1-2,32 t/m
3
, xüsusi çəkisi isə 2,2-2,45 t/m
3
-dir. 

 
207
Yandırıldıqdan sonra gips narın toz halına düşənə qədər parçalanır 
və bu zaman 900 deş./sm
2  
ələkdə qalıq 15%-dən çox olmur. Daha yük-
sək möhkəmliyə malik gips almaq üçün gipsə 0,1-0,2% natrium xlor əla-
və etmək lazımdır. Bu zaman gipsin əyilmədə möhkəmlik həddi 63 
kqgüc/sm
2
 -ə çatır. 
Əlavə kəşfiyyat mərhələsində (1986-88-ci illər) yatağın cinahların-
da qazılmış buruq quyularından 146 ədəd sınaq götürülmüş  və  tədqiq 
edilmişdir. Laboratoriya nəticələrinə görə yatağın cinahlarında CаSО
4
.2H
2
О-
nun miqdarı 73-77%, yatağın mərkəzində isə 73,74-87,38% təşkil edir. Bu 
göstərici 4013-82 saylı “Büzücü materialların istehsalı üçün gips və gips-
anhidrit daşı” Dövlət Standartının tələblərinə görə III növə uyğun gəlir. 

3
 miqdarı I növ gips üçün nəzərdə tutulan norma 44,18%, II növ 
gips üçün  41,85%, III növ gips üçün isə 37,2% -dir. SО
3
 miqdarı 34,32-
36,43% olub, III növ gips üçün nəzərdə tutulan normadan (37,2%) aşağı 
olduğundan gips IV növə uyğun gəlir.  
Ərəzin yatağının gips daşı keçmiş Azərbaycan SSR-nın 501-8 
saylı “Kənd təsərrüfatında şoranlaşmış torpaqların gipslənməsi  üşün 
nəzərdə tutulmuş döyülmüş  gəc xammalı” sahə standartlarının tələb-
lərini ödədiyinə görə ondan kənd təsərrüfatında  şoranlaşmış torpaq-
ların gipslənməsində istifadə etmək olar. 
Yatağın A+B+C
1
 kateqoriyaları üzrə ümumi ehtiyatları 2321 min 
ton olmuşdur. Yataq istismar olunur. 01.01.2009-cu ilə yatağın qalıq eh-
tiyatları 1323 min ton təşkil edir. 
 
4.6.1.2. Şahtaxtı yatağı 
 
Yataq Kəngərli rayonunda, Şahtaxtı dəmiryol stansiyasından 12-13 
km şərqdə, Xok kəndindən isə 4,5 km cənub-qərbdə yerləşir. 
Ərazinin relyefi dərələrlə doğranmış alçaq təpəliklərlə səciyyələnir 
və ərazidə ən hündür dağ Tazıuçandır ( 956 m). 
Yataq duzlu qatın mərkəzindən uzaqda yerləşən  hissəsini təşkil edir.  
Burada ikinci dərəcəli antiklinal müşahidə olunur ki, onun oxu en 
istiqamətində olub, Q-ŞmQ 270-280

azimutla düşür. Antiklinalın qərb qanadı 
8-12
0
, şərq qanadı isə daha maili yatır. Antiklinalın nüvəsi yuyulmuşdur. 
Qərb qanadda kiçik qalxmaların hesabına bir sıra mürəkkəbləşmə-
lər əmələ gəlmişdir.  
Gips layları mikrotektonik plikativ dislokasiyalara məruz qalmışdır 
ki, buna da süxurların plastikliyi səbəb olmuşdur. 

 
208
Geoloji-kəşfiyyat işləri nəticəsində 26 ha sahədə 7 gips layı  aşkar 
edilmişdir. Kəşfiyyat işləri aparılan sahədə gipsin aşağıda qeyd olunan 
növlərinə rast gəlinir:  
1. Layşəkilli, dənəli gips; 
2. Gips şpatı - iri kristallik gips, daha kiçik sahələrdə yayılaraq, 
bilavasitə gips laylarının altında yuva, bəzən isə möhtəvi (“qaranquş 
quyruğu”, “qızılgül” və s. şəklində iri kristallar) şəklində müşahidə olunur; 
3. Selenit - mergel və gilli mergellərin içərisində rast gəlinən çox 
incə lay və laycıqlı,  lifli, damarşəkilli gips.  
1, 2, 4, 5 və 6-cı laylar dəqiq öyrənilmiş, 3 və 7-ci laylar isə az 
qalınlığa malik olduğundan və sənaye əhəmiyyəti daşımadığından  yalnız 
yer səthində öyrənilmişdir. 
I lay (üst) - əsasən brekçiyalaşmış, bəzən kiçik gil mötəviləri və iri 
gips kristalları  caxlayan boz və çirkli-boz rəngli gips, qalınlığı -0,43-0,6 m.  
II lay (alt) - I laydan 3,1 m altda yataraq boz, çirkli-boz, bəzən isə 
çəhrayı rəngli gips. 
Üst hissə incəlaylı, alt hissə isə nisbətən massiv olub, bəzən çəhrayı 
rəngdə, dənəvari şəkildə rast gəlinir. Alt hissə  bəzən gips şpatına keçir. 
Layın qalınlığı 0,50 m-dən 0,75-0,80 m-dək dəyişir (orta 0,69 m). 
III lay II laydan 3,98 m altda yatır və qalınlığı 0,20 m-dir. 
IV lay - aşkar olunan laylardan ən yaxşısı olub, III laydan 3,35 m 
aşağıdadır. Gips çəhrayımtıl-boz, bozumtul-çəhrayı rəngdə olub, əsasən 
dənəvari formadadır. Qalınlığı 0,9-1,2 m-dir (orta 1,10 m).  
V lay - IV laydan 8 m aşağıda yerləşir, gips bozumtul-çəhrayı, 
çəhrayımtıl-boz rəngdə, dənəvari, bəzən yumşaq olub, 1-2 sm qalınlığın-
da gilli-mergel laycıqları saxlayır. Qalınlığı 0,45-0,62 m (orta 0,58 m). 
VI lay - V laydan 1,5 m aşağıda yerləşir. Gips açıq-çəhrayı  və 
çəhrayımtıl-boz rəngdə, dənəvari, kristallik, bəzən çox möhkəm olub, 1 
sm-dən 3-5 sm-dək qalınlığında gilli-mergel laycıqları saxlayır. Qalınlığı 
0,65-0,75 m (orta 0,67 m). 
VII lay-VI laydan 6 m aşağıda yerləşir. Qalınlığı 0,20 m. Lay 
sənaye əhəmiyyəti daşımır. 
Gips mikroskop altında keçən işıqda rəngsiz olub, içərisində 
bozumtul rəngli, xırdadənəli kalsit mötəviləri və laycıqları rast gəlinir. + 
nikolda incəlifli quruluş aydın müşahidə olunur. Qısa lifli gips müşahidə 
olunan sahələrdə qeyri-uyğun yerləşən kiçik iynəşəkilli gips və araları 
xırda dənəli gipslə dolmuş sahələr müşahidə olunur. + nikolda kalsit 
gipsin fonunda  boz interferensiya  rəngi ilə kəskin ayrılır.   
Aşağıdakı cədvəldə gipsin tam kimyəvi analizinin nəticələri verilir. 

 
209
Cədvəl 26 
Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin