Qazintilari



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə3/22
tarix28.04.2017
ölçüsü2,85 Kb.
#15841
1   2   3   4   5   6   7   8   9   ...   22

Mineral assosiasiyası. Yataqda aşağıdakı mineral assosiasiyalar 
müəyyən edilmişdir: 1) kvars-molibdenitli; 2) kvars-molibdenit-xalko-
piritli; 3) kvars-pirit-xalkopirit; 4) kvars-çoxsulfidli; 5) karbonatlı. 
Birinci assosiasiyada molibden, ikincidə molibden, ücüncüdə mis, 
dördüncüdə isə qızıl məhsuldardır.  
Mineral əmələgəlmənin ardıcıllığı. V.N.Nağıyevin tədqiqatlarına 
görə, Parağaçay yatağında üç filizəmələgəlmə  mərhələsi məlumdur. 
Birinci mərhələyə mislə birlikdə damar-molibden mərhələsi, ikinci 
mərhələyə damarcıq-möhtəvi tipli filiz əmələgətirən mis-molibden-porfir 
mərhələsi, üçüncü mərhələyə isə şimal-şərq istiqamətli çat zonasında gec 
formalaşmış qızıl sulfid mərhələsi aiddir. 
Z.M.Məmmədovun (1966) məlumatlarına görə,  damar-molubden 
mərhələsində yataqda minerallaşmanın altı ardıcıl mərhələsi müəyyən 
edilmişdir: kvars-maqnetit, kvars-pirit, kvars-molibdenit, kvars-molib-
denit-xalkopirit, xalkopirit və karbonatlı.  
Birinci-kvars-maqnetit mərhələsində kvarsla birlikdə cüzi miqdar-
da serisit, maqnetit, rutil, ilmenit, titanomaqnetit və nadir hallarda pirit 
ayrılır. 
Kvars-pirit mərhələsində filiz minerallarından piritlə birlikdə cüzi
 
miqdarda  maqnetit, rutil, ilmenit, pirrotin və arsenopirit əmələ  gəlir. 
Filizin tərkibində həmçinin molibdenin və xalkopiritin çox xırda yığım-
larına da rast gəlinir. 

 
25
Kvars-molibdenit mərhələsində molibdenit (əsasən xallı), az miq-
darda xalkopirit, pirit və digər ikinci dərəcəli mineralların nadir qarışıq-
ları ayrılır. 
Kvars-molibdenit-xalkopirit mərhələsi çox müxtəlif mineraloji tər-
kibə malik filizlərin olması ilə fərqlənir və üçüncü, kvars-molibden mər-
hələsi ilə birlikdə yatağın  əsas sənaye  əhəmiyyətini təyin edir. Tədqi-
qatların nəticələri göstərir ki, onun formalaşması prosesində molibdenit 
və xalkopiritin əsas kütləsi çökür. Axırıncılardan  əlavə, bu mərhələdə 
pirit, sfalerit, qalenit, tutqun filizlər və mineral qarışıqların  əsas hissəsi 
ayrılır.  
Xalkopirit mərhələsi yataqda damarcıq və möhtəvi xalkopirit 
filizinin  əmələ  gəlməsinə uyğun olub, kvars-filiz damarının  şimal-qərb 
cinahında daha yaxşı müşahidə olunur. Dəqiq mineraloji tədqiqatlar 
göstərir ki, filizin tərkibində xalkopiritdən  əlavə pirit, sfalerit, qalenit, 
bornit və molibdenit qarışıqları iştirak edir.  
Yatağın formalaşma prosesi filiz damarlarını müxtəlif istiqamət-
lərdə kəsən çoxsaylı karbonat damarlarının əmələ gəlməsi ilə başa çatır. 
Filizin srukturu. Filiz minerallarının yerləşmə  şəraitinə görə iki 
tip ayrılır: polimineral (çoxminerallı) və monomineral (təkminerallı). 
Filizin polimineral sahələri üçün korroziya strukturu  səciyyəvi olub, 
xalkopiritli pirit və molibdenit, sfalerit, tutqun filizlər, qalenit və daha 
gec mərhələnin kvars və müxtəlif formalı pozulmuş  piritləri müşahidə 
olunur. Korroziya strukturu arasında aşağıdakı morfoloji tiplər qeyd 
olunur: qrafik, subqrafiq, şəbəkəli, zonal, qalıq və sklet.
 
Monomineral 
filizlər üçün idiomorfdənəli və allotriomorfdənəli struktur səciyyəvidir. 
Kvarslı və piritli sahələrdə əzilmiş (parçalanmış) strukturlar geniş yayıl-
mışdır. Tez-tez onun xırdadənəli yığımları arasında iri pirit kristallarının 
porfir görünüşlü ayrılmaları ilə  səciyyələnən  porfiroblastik strukturu  
rast gəlinir. 
Filiz möhtəvi, ləkəli, damarcıq, zolaqlı, druza və brekçiyavarı  tekstur-
larla səciyyələnir. 
Parağaçay yatağında yanaşı elementlərə misdən  əlavə, yataqda 
əsas element kimi hesab olunan qızılı da aid etmək olar. O, qızıl-sulfid 
filizlərinə aid edilmiş və konsentrasiyası  sənaye miqdarından yüksəkdir. 
Qızıl  şimal-şərq istiqamətli zonalarda öyrənilmişdir. Bu barədə “Qızıl” 
bölməsində ətraflı məlumat verilir.  

 
26
Parağaçay yatağında əsas element qarışığına renium da aid edilir. 
N.A.Xreşevə (1960) görə, Parağaçay yatağının molibdenitləri yüksək 
miqdarda renium saxlayır və miqdarı orta hesabla 0,044%-ə bərabərdir.  
Z.M.Məmmədovun (1966) apardığı tədqiqatların nəticələrinə görə, 
renium minerallaşmanın bir çox mərhələlərində iştirak edir. Filiz yüksək 
miqdarda renium saxlaması ilə  səciyyələnir. Lakin reniumun əsas daşı-
yıcısı molibdenit hesab olunur və miqdarı 1,08-10
-2
 %-dən 8,82.10
-2
 %-
dək arada dəyişir. Müəyyən olunmuşdur ki, reniumun əsas kütləsi 
minerallaşmanın kvars-molibdenit və kvars-molibdenit-xalkopirit mərhə-
ləsində toplanmışdır. Qalan minerallar və onların assosiasiyaları re-
niumun yüksək miqdarına görə əhəmiyyətli dərəcədə maraq kəsb etmir.  
Parağaçay yatağının genezisi birmənalı  şəkildə plutonogen-hid-
rotermal kimi qəbul olunmuşdur. Bunu bölmənin əvvəlində verilmiş çox-
saylı geoloji faktlar da təsdiqləyir. Ən təsdiqedici fakt plutonogen-intru-
ziv mühit, damar və damarcıq-möhtəvi-ştokverk tip filizləşmə, kaliumlu 
metasomatitlər və digərləri sayılır. Filizləşmənin şaquli istiqamətdə təsiri 
1000 metrə çatır.  
 
 
1.3.1.2. Qapıcıq yatağı 
 
Qapıcıq molibden yatağı Parağaçay – Urumus filiz sahəsinin  şi-
mal-qərb blokuna aid olub, filiz cisminin miqdarına və molibdenin ehti-
yatlarına görə ikinci yataq hesab olunur. Yataq Zəngəzur silsiləsinin 
suayırıcı hissəsində, Parağaçayın yuxarı axımında, 2800-3450 m yüksək-
likdə yerləşir.  
Qapıcıq sahəsində molibden filizləşməsi K.İ.Şilenko (1934, 1935), 
Q.A. Tvalçrelidze (1942) və başqaları  tərəfindən müəyyən edilmişdir. 
1961-1964-cü illərdə Qapıcıq yatağı M.A.Ağasıyev və  Ş.Q. Dəmirov 
tərəfindən öyrənilmiş, nəticədə bir-birinə yaxın 16 kvars-molibden da-
marı və brekçiyalaşmış, kvarslaşmış mis saxlayan 5 molibdenli zona aş-
kar edilmişdir. Yataq 2,5 kv.km sahəni əhatə edir.  
 
 
 
 

 
27
Şəkil  2. Qapıcıq damar və ştokverk tipli molibden təzahürünün  sxematik 
geoloji xəritəsi. 
 1–allüvial, elüvial-delüvial çöküntülər; 2–qranodiorit-porfir; 3–kvarslı sienit-
diorit; 4–qabbro-diorit, diorit; 5–törəmə kvarsitlər, buynuzdaşları; 6 –kvars da-
marları; 7 –molibdenin damarcıq-möhtəvi filizləşməsi; 8 –qırılma pozulmaları.
 
 
Geoloji quruluşu. Yataq Ordubad plutonunun endotəmas zona-
sına aid edilir. Yatağın geoloji quruluşunda ortadənəli kvarslı monso-
dioritlər və orta–iridənəli leykokrat kvarslı monsonitlər iştirak edir. 
Onların arasında dioritləşmiş andezitlərlə mürəkkəbləşmiş, həmçinin 
qeyri-düzgün formalı  çıxışlar  şəklində  kvarslı diorit və diorit qalıqları 
müşahidə olunur. Monsodioritlər  tez-tez diorit, andezit  və digər süxur-
ların ksenolitlərini saxlayır. Yataq ərazisində  yuxarıda sadalanan bütün 
süxur tiplərindən  əlavə qalınlığı 1 m-ə  qədər olan narındənəli porfirgö-
rünüşlü monsonit daykaları, həmçinin xırdadənəli qranit və qranitaplit 
daykaları rast gəlinir. Həmçinin, petroqrafik tərkibinə görə bir-birinə 
yaxın iki generasiyalı diorit-porfir daykaları geniş inkişaf tapmışdır. 
Onlar biotitlə  bərabər, hornblend saxlayaraq daykanın uzanma istiqa-
mətində aydın istiqamətlənmiş möhtəvilərə malikdir. Bundan əlavə,  
daha böyük daykalar və qeyri-düzgün formalı qranodiorit-porfir cisimləri 
müşahidə olunur. Axırıncılar yataq ərazisində daha cavan maqmatik 
əmələgəlmələr hesab olunur. Yatağın cənub-şərq hissəsində, artiq filiz 

 
28
sahəsindən kənarda, kəskin porfir görünüşlü, iridənəli qranodioritlər 
inkişaf etmişdir. Onlar aydın  şəkildə iridənəli leykokrat monsonitləri 
yarır və sonuncularda gözlə seçilən dəyişikliklər yaratmır. 
Filiz cisminin morfologiyası  və kimyəvi tərkibi. Yataq ərazi-
sində 16 kvars-molibden damarı  və  şimal-qərb istiqamətli brekçiyalaş-
mış, kvarslaşmış 5 mis-molibden  minerallaşma zonası aşkar edilmişdir. 
Kvars-molibden damarının qalınlığı adətən 0,2 m-dən 1,5 m-dək dəyişir. 
Onlar tez-tez bir neçə santimetrə  qədər daralır və ya 1,5-2,0 m-ə  qədər 
genişlənir. Damarların uzunluğu onlarca metrdən başlayaraq 500 m-ə 
qədər çatır və misin miqdarı 0,1-6,75%, molibden isə 0,01-1,17% təşkil 
edir. Daha yaxşı öyrənilmiş  və maraq kəsb edən damar 7 №-li və 
“Qapıcıq” damarlarıdır. Onlar yer səthində 450 və 350 m, dərinliyə isə 
260 m və 160 m izlənilmişdir. 01.01.1965-ci il tarixə 7 №-li damar üzrə 
C
2
 kateqoriyası üzrə hesablanmış ehtiyatlar:  orta miqdarı 0,63% olmaqla 
molibden -678 t, orta miqdarı 1,24% olmaqla mis 1335 t  təşkil edir. 
Filiz cisminin orta qalınlığı 0,92 m-dir.  
Filiz cismində molibden və mislə bərabər orta miqdarı 0,4-1,2 q/t  
olan qızıl, 0,04% renium (molibdenitdə) və s. aşkar edilmişdir.  
Filizin mineral tərkibi. Qapıcıq yatağı Parağaçay yatağına oxşar 
yataqdır. Əsas filiz əmələ gətirən  minerallar pirit, xalkopirit, molibdenit 
və süd-ağ rəngli iridənəli kvars damarları hesab olunur. 
Perspektivliyi və proqnoz. Qapıcıq yatağı Parağaçay yatağı ilə 
oxşar olduğuna görə, burada da kvarsla birlikdə  molibdenin  damar və 
damar zonaları, qızıl-sulfid zonaları inkişaf etmişdir. Bu obyektdə mis-
porfir filizləşməsi öyrənilməmişdir. Materialları analiz edərkən V.N.Na-
ğıyev belə bir nəticəyə gəlmişdir ki, Qapıcıq yatağının alt horizontunun 
mis-molibden-porfir filizinə keçmə ehtimalı qaçılmazdır. Qapıcıq yatağı 
şimal-qərb istiqamətdə uzanan suayırıcıdan keçən iri qırılmanın mər-
kəzində yerləşir ki, buraya Misdağ, Qapıcıq və Göygöl yataqları aid 
edilir. Qapıcıq yatağı  həmçinin  şimal-şərq istiqamətli qırılma ilə bir 
xətdə yerləşir. Beləliklə, Qapıcıq yatağı mis-molibden saxlayan iki  
qırılmanın kəsişməsində yerləşir ki, bu da onun müsbət mənada pers-
pektivli olduğunu göstərir. 
M.A.Ağasıyev  (1977) tərəfindən  damar tipli Qapıcıq yatağında 
molibdenin proqnoz ehtiyatları 1,5-2,0 min ton miqdarında qiymətlən-
dirilmişdir. V.N.Nağıyevin nöqteyi-nəzərincə,  mis-porfir tipli filizləşmə 
də nəzərə alınarsa, bu obyekt çox yüksək qiymətlən-dirilməlidir. Hazırda 
damar tipli Qapıcıq yatağı Parağaçay mədəni üçün əlavə xammal bazası 

 
29
ola bilər. Yatağın dağ-texniki şəraiti əlverişli olub, filizin bir neçə hori-
zontda horizontal dağ qazmaları ilə açılmasına və istismar olunmasına 
imkan yaradır.  
 
1.3.1.3. Mədəndərəsi təzahürü  
 
Mədəndərəsi (Toxlugədik) damar-molibden təzahürü Parağaçay-
Urumus filiz sahəsinin cənubunu  əhatə edərək,  Şordərə çayının yuxarı 
axım hissəsində 2 kv.km-ə yaxın sahəyə malikdir. Yatağın mütləq yük-
səkliyi 2300-2700 m-dir. K.N.Şilenkonun (1935), R.X.Rəfibəylinin 
(1946), M.A.Mustafabəylinin (1951), İ.Q.Həsənovun (1957) və başqa-
larının işlərinə görə, Ordubad plutonunun endotımas zonasında 21 kvars-
molibden damarı aşkar edilmişdir. Sonradan M.A.Ağasıyev (1963) tərə-
findən aparılan axtarış  işləri nəticəsində bu damarlara daha 10 damar 
əlavə olunmuşdur. Təzahürün öyrənilməsi Ə.H.Babayev (1970), R.Y.Hə-
sənov (1978), Z.İ.Mirzəyev,  Ə.H.Babayev (1989) tərəfindən davam et-
dirilmiş və nəticədə aşkar olunmuş kvars-molibden damarlarının miqdarı 
30-a qədər yüksəlmişdir. Təzahürün dağ-texniki və hidrogeoloji şəraiti 
əlverişlidir. Relyef güclü doğranmışdır. 
Geoloji quruluşu.  Sahədə intruziv süxurlar kompleksi qabbro-
dioritlə, qranodioritlə, kvarslı sienit-dioritlə, qranodiorit-porfir daykası 
ilə, diorit-porfirlə, lamprofirlə və aplitlə təmsil olunur. İntruziv kompleks 
Eosenin vulkanitlərini yarır. Sonuncular plutonla təmasda güclü dəyişil-
miş  və törəmə kvarsitlərə çevrilmişdir. Törəmə kvarsitlər zolağının eni 
300-320 m-dən 800 m-ə  qədər olmaqla şimal-qərb istiqamətdə uzanır,  
sonra da Parağaçay yaxınlığındakı dar dərədə  kəskin  şəkildə öz istiqa-
mətini 0-20
0
 bucaq altında şimal və şimal-şərqə tərəf dəyişir. Təzahürün 
daxilində  en istiqamətinə yaxın, bəzən  şimal-şərq istiqamətli  qopuq 
çatlar geniş inkişaf etmişdir.  
Filiz cisminin morfologiyası  və kimyəvi tərkibi. Filizləşmə 
damar tiplidir. Mədəndərəsi təzahüründə mis-molibden filizləşməsi mü-
şahidə olunan 30-a yaxın kvars damarları  məlumdur. Damarların uzan-
ması bir-birinə paralel olub, Parağaçay damarının ümumi istiqamətinə 
uyğun gəlir. Onlar cənub və  cənub–şərqə dogru dik bucaq altında (70-
90
0
) yatırlar. Onların qalınlığı 0,1 m-dən 0,7 m-dək dəyişərək orta 
hesabla 0,3 m, uzunluqları isə 100-300 m-dən 500 m-dək çatır. Onlar 
qabbro-diorit, diorit və qranodioritlərin arasında yatırlar. Dəyişmiş yan 
süxurlar (damardan 0,5-1,5 m aralı) kalium çöl şpatları ilə,   serisitləş-

 
30
miş, kvarslaşmış süxurlarla təmsil olunaraq onlar tez-tez misin törəmə 
mineralları ilə  zənginləşmişdir. Filiz minerallaşması (pirit, xalkopirit, 
molibdenit) damarlarda qeyri-bərabər paylanaraq, incə mötəvilərlə və iri 
yığımlarla təmsil olunur. Misin miqdarı 0,05%-dən 7%-dək, molibden 
isə 0,0015-dən 1,0%-dək təşkil edir.   
Aşağıda yer səthindəki sınaqlaşdırmanın nəticələrinə görə  damar-
ların əsas parametrləri verilir.  
   
Cədvəl 2 
 
Yer səthindəki sınaqlaşdırmanın nəticələrinə görə  damarların 
əsas parametrləri 
 
Damarların 
nömrəsi 
Uzunluğu, 
m-lə 
Orta 
qalınlığı, 
m-lə 
Orta miqdarı 
molibden, % mis, %  qızıl, q/t
Damar № 1 
300 
0,30 
0,002 
0,60 
iz. 
 « »  №2 
450 
0,50 
0,003 
0,70 
iz - 0,7 
« »  №3 
430 
0,35 
0,008 
0,60 
iz 
« »  №4 
300 
0,30 
0,001 

1,1 
« »  №5 
350 
0,25 
0,013 

iz 
« »  №6 
180 
0,40 
0,005 
0,06 
iz 
« »  №7 
140 
0,45 
0,100 
0,10 
yox 
Zona № 8 
150 
0,34 
0,013 
0,30 

« »    №9 
120 
0,25 
0,001 

1,2 
 
Eroziya kəsilişində,  əsasən  mis filizləşməsinin üstünlük təşkil et-
diyi  şimal-qərb hissədə damarlar örtülüdür. Damarların uzanma istiqa-
mətində keçilmiş  qısametrajlı mağara da mis filizləşməsinin üstünlük 
təşkil etdiyi hissədə keçilmişdir.  
Parağaçay yatağının (2450 m horizontda) üst sənaye horizontun-
dan 150-200 m yuxarıda, damarların daha çox yaxınlaşdığı 400 m-lik 
zolaqda yerləşən və eroziya kəsilişində az dərinlikdə müşahidə olunan 
damarlar damar tipli yatağın perspektivliyinin müsbət qiymət-ləndiril-
məsinə imkan verir. Damarın qalınlığının və molibdenin miqda-rının, 
xüsusilə damarın cənub-şərq cinahında, açılmayan hissədə dərinliyə doğ-
ru artmasını gözləmək olar ki, bu hal Parağaçay yatağında da müşahidə 
olunur.  

 
31
Filizin mineral tərkibi Parağaçay filizləri ilə oxşardır. 
Qabbro-dioritlər bu və ya digər dərəcədə porfir tipli damarcıq-
möhtəvi mis-molibden filizləşməsi daşıyır. Qabbro-diorit və digər 
süxurların zəif çatlı  və  zəif filizləşmə sahələri fonunda mis-molibden 
filizləşməsi ilə müşayiət olunan çox xırdalanmış,  əzilmiş, kvarslaşmış, 
serisitləşmiş,  piritləşmiş süxurların daha aydın nəzərə çarpan zonaları 
vardır. Bəzən onlar içərisində  xırdalanmış kvars saxlayan yumşaq  
oxralanmış gil kütləsi ilə dolur. Orada filizləşmə misin törəmə 
mineralları ilə, dəmir oksidi və adətən xalkopiritlə təmsil olunur. Bunlara 
sahənin  şimal-qərb hissəsində suben istiqamətli,  bir-birinə yaxın 15 
subparalel zonalar aiddir. Bu zonalar biri-birindən 10 m-dən 20-30 m-
dək məsafədə yerləşirlər. Onların qalınlığı 1-2 m-dən 4-5 m-dək olub, 
cənub-qərbə 70-80
0
 bucaq altında yatırlar. Zonanın uzunluğu 100 m-dən 
300 m-dək dəyişir. 
Sahənin cənub-qərbində uzun məsafədə izlənilən mis və molibden 
filizləşməsi saxlayan şimal-şərq istiqamətli xırdalanmış, hidrotermal-
dəyişmiş süxur zonaları vardır. Onların qalınlığı 3-10 m-dən 50 m-dək 
çatır. Onlar 1 km-dən yuxarı məsafədə izlənilir.  
Bu zonalarda misin miqdarı 0,11-0,22%-dən 0,68%-dək, molib-
denin miqdarı isə  0,01-dən 0,014%-dək dəyişir.  
Mədəndərəsi mis-molibden-porfir filzləşməsi təzahüründə  yerüstü  
işlər istisna olmaqla, nə qiymətləndirmə, nə  də  kəşfiyyat işləri aparıl-
mamışdır. Buna baxmayaraq, mis-molibden-porfir tipli ştokverk filizləş-
məsi haqqında məlumatlar  əldə olunmuşdur (Z.M.Mirzəyev,  Ə.H.Ba-
bayev, 1988). Həmin məlumatlar Parağaçay-Urumus filiz sahəsinin yük-
sək perspektivliyini bir daha təsdiqləyir.   
 
1.3.2. Molibden-porfir yataqları  
 
Molibden-porfir yataqları Ordubad filiz rayonunun Kilit-Kotam 
filiz sahəsinə aid edilir. Kilit-Kotam filiz sahəsi Ordubad qranitoid pluto-
nunun endo və ekzotəmas zolağına aid olub, Araz çayı hövzəsində Ki-
litçay, Kotamçay və  Gənzəçay çaylarının aşağı axım hissələrini  əhatə 
edir. Filiz sahəsi cənubda İran Azərbaycanının ərazisinə keçir. 
Ordubad plutonunun kənar hissəsi filiz sahəsinin hüdudlarında Üst 
Təbaşirin  əhəngli-terrigen süxurlarından təşkil olunaraq, monsonit və 
qranodiorit sırası intruzivlərlə  kəsilmişdir. Monsonitlər, monsodioritlər, 

 
32
dioritlər mikrodioritlər, qabbro-dioritlər ştok, sill və daykaya oxşar for-
malar əmələ gətirir. 
Qranodiorit intruzivi mikropeqmatitli qranodioritlərdən və onların 
porfir görünüşlü müxtəlif növlərindən, leykokrat qranitlərdən və qranit 
aplitdən təşkil olunmuşdur. Cənub-şərqdən şimal-qərbə intruzivin tərkibi 
qranitdən qranodioritədək, kvarslı  və kvarssız dioritlərədək dəyişir. 
Qranodiorit intruzivinin satellitləri dayka və sill şəklində massivin 
özündən keçərək Kilitçay, Kotamçay və  Gənzəçay çaylarının hövzələ-
rində Araz çayına qədər izlənilir. 
Ordubad plutonunun təmas zolağında  filiz sahəsinin hüdudlarında, 
Üst Təbaşirin  əhəngli-terrigen süxurları intensiv metamorfizmə  və hid-
rotermal  metasomatoza məruz qalmışdır.  Əhəngdaşlarının  tufogen və 
mergelli-argillit qatı ilə növbələşməsi nəticəsində müxtəlif tərkibli kon-
takt-metamorfik və hidrotermal-metasomatik fasiyalar: mərmər, buynuz-
daşı, qranat və qranat-epidot skarnlar və epidozitlər  əmələ  gəlmişdir. 
Eosenin vilkanitləri ilə təmasda törəmə kvarsitlər geniş inkişaf etmişdir. 
İntruzivin turş  tərkibli derivatlarının inkişaf etdiyi endotəmas hissədə, 
əsasən qreyzenləşmə və aplitləşmə  qeyd olunur.  
Kilit-Kotam filiz sahəsindəki skarnların mineral tərkibi C.A.Azadəli-
yev və N.A.Qurbanova (1991) görə  aşağıdakı qaydada təmsil olunur: 1) 
məxsusi skarnlar - piroksen, qranat, epidot, kalsit; 2) skarn ətrafı - piroksen, 
qranat, epidot, albit, anortit, ortoklaz; 3) epidozitlər - epidot, klinosiozit, 
kvars, kalsit, xlorit; 4) singenetik filizlər- qranat, epidot, xlorit və digərləri. 
Fasial xüsusiyyətlərinə görə ayrılır: piroksen-qranat, qranat, kalsit-qranat, 
epidot-qranat, qranat-epidot, skarn fasiyaları; piroksen-çöl şpatı, plagiok-
laz-piroksen-qranat, kalsit-qranat və epidot-qranat fasiyalar. Qranatlar 
əsas kütlənin 70-90, bəzən 100%-ə qədərini təşkil edir. Qalan minerallar 
tabe şəkildə inkişaf edir. 
 
Ekzoskarnlar daha geniş inkişaf edərək sfen, apatit və digər akses-
sor mineralların  iştirak etməmələri ilə fərqlənirlər.  
Kilit-Kələki qırılması sahədə qalınlığı 1 m-dən 20-30 m-dək dəyi-
şən daykalarla və parçalanmalarla təmsil olunur və Kotam antiklinalının 
nüvəsində eni 2 km-ə yaxın olan zolağı əhatə edir. Nəhəng dayka zolağı 
en istiqamətinə yaxın uzanır. Burada şimal-şərq istiqamətli daykalar da 
mövcuddur. Filiz sahəsi tamamilə müxtəlif dərinlikli qırılma pozul-
maları, çat sistemləri ilə doğranaraq ştokverk şəbəkəsi əmələ gətirir. Filiz 
sahəsinin strukturu  həmçinin təmas hissədə  həm maqmatik cisimlər, 

 
33
həm də karbonatlı-terrigen çöküntülərin ayrı-ayrı layları ilə mürəkkəb-
ləşmişdir. 
Kilit-Kotam filiz sahəsinin hüdudlarında kontakt-metasomatik tipli 
mis-kobalt, hidrotermal-damar tipli kvars-volfromit, hidrotermal-ştokverk 
- damarcıq tipli molibden-porfir yataqları cəmləşmişdir. Bütün bu yataq-
lar genetik və  məkanca Ordubad qranitoid plutonunun postmaqmatik 
məhlulları ilə əlaqədardır. Bizim fikrimizcə, daha ilkin mis-kobalt filiz-
ləşməsi əsasi tərkibli diferensial maqma ilə əlaqədar olub, intruziv kom-
pleksin qabbro-monsonit-diorit formasiyası ilə  təmsil olunur. Qalay-
molibden-volfram filizləri oksigenli mühitdə  əmələ gələrək,  yüksək və 
orta temperaturlu kvars-filiz damarları  şəklində  təmsil olunurlar. Bu 
filizlərə  sənaye  əhəmiyyəti daşımayan nisbətən gec mərhələnin qur-
ğuşun-sink filizləşməsi nüfuz etmişdir. Qızılçınqıl yatağının  ştokverk-
möhtəvi molibden-mis-porfir filizləşməsi böyük maraq kəsb edir. Həm 
qalay-molibden-volfram, həm də molibden-mis-porfir filizləri genetik 
olaraq nisbətən gec (Oliqosen-Miosen) mərhələnin  orta tərkibli maqması  
ilə əladədar olub, intruziv kompleksin qranodiorit-porfir formasiyası ilə 
təmsil olunmuşdur (3 №-li cədvələ bax).  
 
1.3.2.1. Qızılçınqıl yatağı 
 
Qızılçınqıl yatağı Kilit kəndinin yaxınlığında,  ondan cənubda 
Araz çayı hövzəsində yerləşir. Yataq iki sahədən ibarətdir: şərq və qərb. 
Şərq sahə Kilit kvars-volfram yatağına (“Volfram və qalay” bölməsinə 
bax) uyğun gəlir və dərində ştokverk tipli molibden-mis porfir  filizlərinə 
keçir. Qərb sahə  ştokverk tipli molibden-mis porfir  damarcıq-möhtəvi 
filizlərlə  təmsil olunur. Yatağın perspektivli sahəsi 2,5 kv.km ərazini 
əhatə etməklə uzunluğu 2,5 km, eni isə  1,0 km-dir. Yataq cənubdan İran 
ərazisinə keçir və Araz çayı ilə sərhədlənir. 
Yataqda 1943-1945-ci illərdə A.Q.Şilenko, 1971-1972-ci illərdə 
Ə.H.Babayev və 1973-1974-cü illərdə Ş.Q.Hacıyev tərəfindən  axtarış və 
kəşfiyyat işləri aparılmışdır.  
1943-1945-ci illərdə aparılan axtarış-kəşfiyyat işləri Araz çayının 
səviyyəsinə  qədər (sıfırıncı horizonta qədər) keçilmiş  xəndək,  şurf və 
qısametrajlı mağaraların sınaqlaşdırılmasından ibarət olmuşdur. 
Götürülmüş 874 şırım sınağı üzrə  molibdenin orta çəki miqdarı 
0,023%, ayrılıqda sıfırıncı horizont üzrə isə 0,104% olmuşdur. Keçilmiş 
dağ qazmalarının  şəbəkəsi hər 60 m-dən bir olmuşdur. Mərkəzi sahədə 

 
34
350x320 m sahədə  molibden üzrə hesablanmış ehtiyatlar molibdenin 
orta çəki miqdarı 0,023%, həcm kütləsi 2,73 t/m
3
 olmaqla    B+C
1
+C
2
 
kateqoriyaları üzrə 5584 ton  təşkil edir. 
Yataq 1971-1974-cü illərdə  Ə.H.Babayev və  Ş.Q.Hacıyev 
tərəfindən 6 buruq quyusunun (№ 2 - 630 m, № 3 - 602 m, № 4 - 230 m, 
№ 5 - 294 m, № 6 - 320 m, № 7 - 508 m) qazılması ilə  dərinliyə 
öyrənilmişdir. 4, 2, 6 və 7 №-li buruq quyuları    şimal-qərbdən cənub-
şərqə doğru buruq quyuları arasındakı məsafə 300-400 m olmaqla 1 km 
məsafədə bir xətt üzərində qazılmışdır. 3 və 5 №-li  buruq quyuları  
birincidən 300 m uzaqlıqda yerləşən  şimal profildə qazılmışdır. Buruq 
quyuları 400x300 m şəbəkədə qazılmışdır.  Əvvəllər molibdenə  aparıl-
mış axtarış  işləri və eləcə  də    qazılmış buruq quyuları  sahənin cənub-
qərbini əhatə etmişdir.  Şimal-şərqdə (şərq sahə) yerləşən və Kilit kvars-
volfram yatağı adlanan yataq dərinlikdə molibden-mis-porfir filizləşməsi 
nöqteyi-nəzərincə  zəif öyrənilmişdir. 2 №-li buruq quyusunda 591 m 
dərinlikdə Alt Turon çöküntülərinin altında basdırılmış mövcud intruziv 
massivin kəsilməsi yatağın perspektivliyini daha da artırır.
 
Bütövlükdə,  
Qızılçınqıl yatağının perspektivliyi yüksək qiymətləndirilir.  
Yataqdakı əhəngdaşı və tuffit laycıqlı qumlu-mergelli-argillitli qat 
çöküntüləri Ş.Ə.Əzizbəyov, Ə.H.Babayev və Ş.Q.Hacıyev tərəfindən Alt 
Turona aid edilmişdir. Bu çöküntülər Kilit kəndindən başlayaraq Kilit-
çayın  səviyyəsinə qədər monsonit intruzivinin təmasında izlənilir. Daha 
sonra Alt Turon çöküntüləri Araz çayının sağ sahilində  İran  ərazisində 
müşahidə olunur. 
Ekzotəmas zonada toplanmış süxurlar buynuzdaşlarına, epidotqra-
natlı skarnlara və nadir hallarda mərmərləşmiş  əhəngdaşlarına çevril-
mişdir.  
Köndələn Kilit strukturunun hüdudlarından kənarda qumlu-argillit 
çöküntüləri nisbətən zəif dəyişilmişdir. 
Pəzməri və Nüvədi ərazilərində kembriyəqədər çöküntülərin ayrıca 
çıxışları vardır. 2, 3, 6, 7 №-li buruq quyuları vasitəsilə açılmış Alt 
Turon yaşlı buynuzdaşlarının alt hissəsi  fundamentin vəziyyəti nəzərə 
alınmaqla çox böyük ehtimalla  kristallik fundamentin metamorfikləşmiş 
süxurlarına aid edilməlidir. Sonradan bu süxurlar təkrarən kontakt və 
hidrotermal metamorfizmə  məruz qalmışdır. Bu təklif V.N.Nağıyev 
tərərindən  irəli sürülmüş və bu gün öz təsdiqini tələb edir. 

Cədvəl  3 
Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin