Qazların qurudulması


Su ilə yuyulub karbonatla təmizlənmə



Yüklə 0,62 Mb.
səhifə3/6
tarix30.12.2021
ölçüsü0,62 Mb.
#49160
1   2   3   4   5   6
Qazların qurudulması

Su ilə yuyulub karbonatla təmizlənmə. Təbii qazların tərkibində H2S və CO2-nin mol miqdarı 2-2,5% nisbətində olduqda onları etanolaminlə təmizləmək lazımdır. 2,5 mol faizindən çox olduqda isə qazlar daha ucuz başa gələn su və karbonat məhlulu ilə yuyulub təmizlənir. Bu prosesin əsas məqsədi H2S və CO2-in mol faizini azaltmaqdır. Təmizləmə nəticəsində H2S və CO2-nin mol faizini 2,5-ə qədər azaldır və sonradan onu yenə də etanolaminlə təmizləyirlər.

Kükürd istehsalı. Qazlar təmizlənəndə çoxlu miqdarda hidrogen-sulfid alınır. Son zamanlaradək H2S təbii və neft qazlarında arzuolunmaz zəhərli komponent sayılırdı. İndi isə neft qazlarından ayrılan H2S-dən sənaye qurğularında sərbəst kükürd alınır. Bu üsulla kükürdün alınmasına Klaus prosesi deyilir. H2S natamam yandırıldıqda aşağıdakı reaksiyalar gedir:

H2S + 1,5O2 SO2 + H2O + 124 kkal/mol (2.3)

2H2S + SO2 3S + 2H2O + 25 kkal/mol (2.4)

Hidrogen-sulfid hava ilə qarışdırılaraq reaksiya sobasına vurulur. Sobada 450°C temperatur saxlanılır. Bu zaman yuxarıda göstərilən reaksiyalar gedir. Reaksiya məhsulları utilizator qazanını və soyuducunu keçdikdən sonra sərbəst kükürd ayrılır. Bu üsulla H2S-dən 90% çıxarla alınan sərbəst kükürdün təmizliyi 99,9%-ə çatır.




Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin