Qazların qurudulması


Təbii qazların hidrogen-sulfid və karbon qazından təmizlənməsi



Yüklə 0,62 Mb.
səhifə2/6
tarix30.12.2021
ölçüsü0,62 Mb.
#49160
1   2   3   4   5   6
Qazların qurudulması

Təbii qazların hidrogen-sulfid və karbon qazından təmizlənməsi. Qazların sənaye miqyasında hidrogen-sulfid və karbon qazından təmizlənməsi üçün bir çox üsullar təklif edilir. Bu üsullardan ən əhəmiyyətlisi etanolaminlərlə təmizləmə üsuludur. Etanolamin üsulunda qazların tərkibində olan H2S, CO2 və H2O eyni zamanda təmizlənir.

Bundan başqa, qazları su ilə yuyub, qələvi məhlulu ilə təmizləmə üsulu da vardır.

Qazların H2S və CO2-dən təmizlənməsi üsulu 1930-cu ildə təklif olunmuşdur. Qazların I üsulla təmizlənməsində monoetanolaminin 15-20%-li sulu məhlulundan istifadə edilir. Monoetanolamin ucuz başa gəlməklə bərabər, həm də yüksək dərəcədə reaksiyaya girir və asan regenerə olunur. Odur ki, sənayedə bu üsuldan daha çox istifadə edilir. Monoetanolamin 170°C-də qaynayır və suda yaxşı həll olur. Bu üsulla təmizləmədə əsasən aşağıdakı reaksiyalar gedir:

2HOCH2CH2NH2 + CO2 +H2O (HOCH2CH2NH3)2CO3; (2.1)

2HOCH2CH2NH2 + CO2 + H2S (HOCH2CH2NH3)2S. (2.2)

Bu reaksiyalar 25-40°C temperaturda və yüksək təzyiqdə gedir. Monoetanolaminin regenerasiyası nisbətən alçaq təzyiq­də və 105·C-dən yüksək temperaturda gedir.

H2S və CO2 qarışığını qazlardan təmizlədikdə etanolamin ilə etilenqlikolun qarışığından istifadə etmək daha səmərəlidir, çünki bu zaman həm xammal tamamilə susuzlaşır, həm də uducuların regenerasiyasına sərf olunan su buxarının miqdarı azalır.

Qazların etanolamin və etilenqlikol qarışığında H2S, CO2 və H2O-dan təmizlənmə qurğusu absorber, desorber və kömək­çi avadanlıqlardan ibarətdir (şəkil 2.3).





Şəkil 2.3. Qazların etanolamin və etilenqlikol məhlulları ilə təmizlənməsi:

1 - absorber; 2 - desorber; 3,4 - qaynadıcılar; I - ilk qaz; II - təmizlənmiş qaz; III - etanolamin məhlulu; IV - etilenqlikol məhlulu; V - su; VI - qazlar (H23S və CO2)

Buradakı absorber və desorberin quruluşu qazların qlikollarla qurudul­ması qurğuşun­da olduğu kimidir. Absorberin aşağı hissəsindən təbii qaz, yuxarı hissəsindən isə etanolaminlə etilenqlikol qarışığı verilir.

Bunlar əks axın prinsipi ilə görüşdükdə təmizləmə prosesi gedir. Absorberin yuxarısından təmizlənən qaz, aşağısından isə absorbentdə absorbsiya olunmuş H2S və CO2 qazları xaric olur. Bu məhlul istilikdəyişdiricidən və buxar qızdırıcısından keçərək bir qədər qızıdırıldıqdan sonra desorberin orta hissəsinə vurulur. Sonra isə desorbsiya prosesi gedir. Desorberin yuxarısından H2S və CO2 xaric edilir, aşağısından isə regenerə olunmuş absorbentin bir hissəsi temperatur rejimini saxlamaq məqsədilə qızdırılıb yenidən desorberin aşağısına, qalan hissəsi isə istilikdəyişdirici və soyuducudan keçməklə absorberə qaytarılır.


Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin