Qazli bə neftli SÜxurlarin fiZİKİ xassəLƏRİ


II.2. Lay flüidlərinin radial filtrasiyası



Yüklə 471,14 Kb.
səhifə6/34
tarix22.05.2023
ölçüsü471,14 Kb.
#119340
1   2   3   4   5   6   7   8   9   ...   34
Qazli b neftli S xurlarin fiZ K xass L R

II.2. Lay flüidlərinin radial filtrasiyası
(II.1-II.3) geyd olunan düsturlar xətti (yastı-paralel) axınlı Darsi qanununa uyğun gəlir. Quyu şəraitində quyuya təbii axını ifadə təsvir etmək üçün süxurların keçiriciliyini mayenin və qazın radial filtrasiyası zamanı təyin edirlər. Bu vəziyyətdə süxur nümunələri ox boyunca dəliyi olan “quyu” silendrik formada götürülür (şəkil II.2).
Burada, mayenin və qazın filtrasiyası radial istiqamətdə baş verir xarici səthdən daxili səthə.
Mayenin filtrasiyası zamanı:
(II.6)


Quyu



Lay

Şəkil II.2. Flüidlərin radial filtrasiyası
Qazın filtrasiyası zamanı:
(II.7)


II.3.Keçiriciliyin məsaməlilik əmsalından və məsamələrin ölçüsündən asılılığı.
Dağ süxurlarının keçiriciliyi ilə məsaməliliyi arasında bilavasitə asılılıq yoxdur. Məsələn, çatlı karbonatlı süxurlarda məsaməliliyin az olmasına baxmayaraq, adətən, keçiricilik böyük olur. Gillər isə əksinə, böyük məsaməliliyə malik olmaqla qaz və mayeyə göre, demek olar ki, keçirici deyildir. Lakin orta statistik məlumatlara görə, böyük keçiricilikli süxurlar, adətən, böyük məsaməliliyə də malik olur.
Süxurun keçiriciliyi əsas etibarilə məsaməli mühiti təşkil edən kanalların ölçülərindən asılıdır.
İdeal süxur modeli üçün Darsi və Puazeyl ifadələrini tətbiq etməklə keçiriciliklə məsaməliyin ölçüləri arasında olan əlaqə ifadəsini almaq olar. Puazeyl qanuna görə belə məsaməli mühitdən keçən maye sərfi aşağıdakı ifadə ilə tapılır:

burada -süzülmənin vahid sahəsinə düşən kapillyarların sayı; –kapillyarların radiusu, yaxud məsaməli mühitin orta radiusudur. Bildiyimiz kimi məsaməlik əmsalı

(II.8) və (II.9) ifadəsindən

alınır. (II.10) düsturundan aşağıdakı ifadə alınır:

(II.11) ilə tapılan -in qiyməti məsaməlilik əmsalı m, keçiriciliyi k olan ideal məsaməli mühitin radiusu ifadə edir. Həqiqi məsaməli mühit üçün isə şərti məna kəsb edir. Həqiqi məsaməli mühitin məsamələrinin orta radiusu üçün bəzi ifadələr verilmişdir. Məsələn, F.İ. Kotyaxova görə aşağıdakı empirik ifadənin tətbiqi məqsədəuyğun sayılır:

burada - məsaməli mühitin daxili quruluşunu xarakterizə edən əmsaldır. əmsalının qiymətini süxurun elektrik müqavimətini ölçməklə tapmaq olar. Məsələn, məsaməli keramik mühit üçün məsaməliliyin 0,39-dan 0,28-dək dəyişməsində təcrübə nəticəsində tapılan -nın qiyməti 1,7÷2,6 – ya kimi dəyişir. Dənəciklərdən təşkil olunmuş süxurlar üçün əmsalı aşağıdakı empirik ifadədən tapıla bilər:


Yüklə 471,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin