V.2.Suxurların gərginlikli vəziyyətinə təsir edən amillər
Neft və qaz laylarının işlənməsi və istismarı prosesində suxurun gərginlikli vəziyyətinə bir çox amillərin təsiri olur. Layı quyu vasitəsilə açdıqdan sonra bu zonada suxurların başlanğıc gərginlikli vəziyyəti dəyişir. Belə ki, əgər layın quyudibindən daha uzaq nöqtələrindən daha uzaq nöqtələrində suxurlar hərtərəfli sıxılma gərginlikli vəziyyətindədirsə, quyudibinə yaxınlaşdıqca onlar bir ox boyunca sıxılma vəziyyətinə məruz qalırş. Ona görə də plastik xassəli suxurların quyudibinə axması və yer üzərinə çıxarılması nəticəsində dağ təzyiqinin quyudibi zonasında qismən azalması baş verir. Beləliklə də, layın quyularla açılması, onun təbii gərginlikli vəziyyətində anomal zonaların yaranmasına səbəb olur. Müəyyən edilmişdir ki, anomal zonaların ölçüləri quyunun diametrindən bir neçə dəfə böyük olur. Belə zonaların yaranması, layın məhsuldarlıq göstəricilərinə təsir edir. Ən sadə halda, quyudibi zonaya qalın divarlı bircins və elastik slindrik cism kimi baxa bilərik. Onda bu cisimdə gərginliklərin paylanması məsələsi Ləme məsələsinə gətirilir (müstəvi deformasiya məsələsi şəkil V.2).
Dostları ilə paylaş: |