Dialektik fəlsəfənin kateqoriyaları. Zərurət və təsadüf
Məlum olduğu kimi, gerçəkliyin hansı sahəsini öyrənib öyrənməməsindən asılı olmayaraq hər bir elm təkcə qanunlardan deyil, həm də müəyyən kateqoriyalar– yəni ümumi anlayışlar sistemindən istifadə edilir.
Determinizmin müxtəlif konsepsiyalarında mərkəzi yerlərdən birini zərurət və təsadüf kateqoriyası tutur. Fəlsəfi determinizm obyektiv zərurətin mövcudluğu fikrini irəli sürür. Zərurət səbəb– nəticə əlaqələrindən, qanun və qanunauyğunluq anlayışlarından ifadə olunan səbəbiyyət münasibətlərində müəyyənedici xarakteristika kimi çıxış edir. Eyni zamanda determinizmin hər bir konsepsiyasında təsadüflər dünyasında mövcudluğa onun münasibətinin aydınlaşdırılması da tələb olunur. Zərurət– müəyyən şərait olduqda hökmən baş verən hadisədir. Təbiətdə və insan cəmiyyətində baş verən çox müxtəlif hadisələr içərisində elələri də vardır ki, bunlar müəyyən şeyin və ya baş verə bilən, amma baş verməyə də bilən, bu və ya digər bir şəkildə baş verə bilən müəyyən hadisələr silsiləsinin qanunauyğun inkişafından heç də zəruri olaraq irəli gəlmir. Bunlara təsadüfi hadisələr deyilir.
Fəlsəfi determinizmin mühüm məsələlərindən biri təsadüf kateqoriyasının obyektiv idrakı statusudur. Təsadüf və zərurət bir– birindən təcrid olunmuş halda, «saf» şəkildə mövcud deyildir. Zərurət bu və ya başqa prosesdə inkişafın başlıca istiqaməti, meyli kimi meydana çıxır, lakin bu meyl özünə çoxlu təsadüflər arasında yol açır. Təsadüf zərurəti tamamlayır, onun təzahür formasıdır. Çoxlu təsadüf arxasında həmişə obyektiv zərurət, qanunauyğunluq gizlənir.
Zərurəti və təsadüfi düzgün başa düşmək üçün nəinki bunların arasındakı fərqləri, həmçinin bunların arasındakı əlaqəni də görə bilmək lazımdır. Zərurət və təsadüfün dialektikası bundan ibarətdir ki, təsadüf zərurətin təzahür formasıdır. Deməli, zəruri proses daxilində də təsadüflər olur. Bundan əlavə təsadüflər zəruri prosesin inkişafı gedişinə təsir göstərir, bunlar həmin prosesi ya surətləndirər, ya da yavaşıda bilər. Çox vaxt inkişafın gedişində təsadüflər zəruri prosesə o dərəcədə qarışır ki, özləri zərurətə çevrilir. Bu, o deməkdir ki, zərurət ilə təsadüf arasında heç də keçilməz bir uçurum yoxdur, inkişaf prosesində bunlar bir– birinə təsir göstərir, bir– birinə keçir.
Təsadüf ilə zərurət arasındakı əlaqədən belə bir nəticə çıxır ki, təsadüfi hadisələr də müəyyən qanunauyğunluqlara tabedir və həmin qanunauyğunluqlar öyrənilib dərk edilə bilər. Həm zərurət, həm də təsadüf səbəbiyyət əlaqələrində mühüm olduqlarından onları qarşı– qarşıya qoymaq düz deyildir.
İnsanın iradə azadlığının sadələşdirilmiş materialist anlamı onu yalnız dərk edilmiş zərurətlə əlaqələndirdiyinə görə faktiki olaraq insanı bu azadlıqdan məhrum edir. Fransız filosofu P.Holbax qeyd edirdi ki, insan özünün bütün hərəkətlərində zərurətə tabe olur. Onun iradə azadlığı xülyadır. Buxnerə görə, azadlıq– qolu bağlı insanın azadlığıdır, quşun qəfəsdəki azadlığıdır.
Doğrudanda da hər şey zəruridisə, əgər təsadüf, imkan yoxdursa, əgər insan yalnız robot kimi hərəkət edirsə, o zaman azadlıq üçün yer qalmır. Əgər insan bu və ya digər zərurəti dərəketsə də bu dərketmənin özü də vəziyyəti dəişdirmir. cinayətkar həbsxanada qalmağının zərurətini «dərk etməklə» azad ola bilmir.
Lakin azadlığın başqa traktovkası da mövcuddur. Həmin traktovkaya görə, azadlıq necə istəyirsən elə hərəkət etmək imkanıdır. Azadlıq– iradə azadlığıdır. İradə– öz mahiyyətinə görə həmişə azad iradədir.
Bəzi filosoflar mütləq azadlıqdan danışırlar ki, bu da ağlabatan deyildir.
Bir fransız əfsanəsində qolunu yelləməklə təsadüfən yoldan ötənin burnunu sındıran insanın məhkəməsindən söhbət gedir. Günahkara ona görə bəraət verirlər ki, heç kim ona öz qolunun yelləməyi qadağan edə bilməz. Lakin bu hadisə ilə əlaqədar məhkəməni qərarında deyilirdi: müttəhim müqəssirdir, çünki bir adamın qolunu yelləməyin hüdudu digər adamın burnunun yaxınlığında qurtarır.
Göründüyü kimi, azadlıq həm hüdudsuz, həm də hüdudlu ola bilər. Azadlıq çox vaxt həyatın elementar normaları ilə münaqişəyə girir. G.Dmitrov bir zaman demişdi ki, faşizm və hüquq sistemi tamamilə bir– birinin əksi olan şeyərdir. Faşizm– öz mahiyyətinə görə iri kapital bandasının özbaşınalığıdır. Bu, hakim cinayətkarlar rejimidir. «Azadlıq» və «özbaşınalıq» hakim cinayətkarlar üçün hər şeyə icazə verilməsi, xalqa qarşı terror və özbaşınalıqdır.
Dostları ilə paylaş: |