Qədim türk xalqlarının dinləri


I Dünya müharibəsi illərində Rusiya ordusunda “Vəhşi diviziya və Türkmən tekin süvari alayları”



Yüklə 105,45 Kb.
səhifə4/30
tarix17.05.2022
ölçüsü105,45 Kb.
#58338
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   30
Türk xalqları tarixi

I Dünya müharibəsi illərində Rusiya ordusunda “Vəhşi diviziya və Türkmən tekin süvari alayları”

"Vəhşi diviziya" dövründə Qafqazın müsəlman əhalisindən təşkil edilmiş süvari diviziya. Çar Rusiyasında müsəlman əhali, o cümlədən Qafqaz müsəlmanları kütləvi şəkildə hərbi xidmətə cəlb olunmurdular. Lakin müharibənin gedişində cəbhənin möhkəmləndirilməsi üçün Qafqaz müsəlmanlarının süvari qoşunda döyüşmək bacarıqlarını nəzərə alaraq, onlardan ibarət yeni atlı diviziyanın yaradılması qərara alındı.

3-cü süvari korpusun tərkibində olan "Dikaya diviziya" 6 kiçik tərkibli alaydan Dağıstan, Kabarda, Tatar, Çeçen, İnquş və Çərkəz alaylarından ibarət idi.

Diviziyanın tabeliyinə, həmçinin, Osetin piyada briqadası və 8-ci Don topçu divizionu verilmişdi. "Dikaya diviziya"nın komandiri general D.P.Baqration idi.

Diviziyanın zabit heyətini, əsasən, rus qvardiya zabitləri, həmçinin, yerli zadəgan nümayəndələri təşkil edirdi. "Dikaya diviziya"nın ümumi sayı 1350 süvaridən ibarət idi. Xüsusi hərbi hazırlıq görmədiyinə və könüllülük əsasında yaradıldığına görə, diviziyanın şəxsi heyətinə müəyyən güzəştlər verilmişdi. Onların hər biri ayda 25 rubl məvacib alırdılar.

Rusiyada çar hakimiyyəti devrildikdən və Müvəqqəti hökumət yaradıldıqdan sonra korpusun siyasiləşdirilməsinə cəhd göstərilməsi, bir tərəfdən, bolşeviklərin, digər tərəfdən, Müvəqqəti hökumətin ondan öz siyasi maraqları üçün istifadə etməyə çalışması bu hərbi qurumun dağılmasına səbəb oldu. Nəticədə 1917-ci ilin sonlarında "Qafqazın yerli əhalisindən təşkil edilmiş atlı korpus" ləğv olundu.

"Dikaya diviziya"ın Azərbaycanla bağlayan onun tərkibindəki "Tatar süvari alayı" idi. Alayın əsgərləri, əsasən, Qarabağ və Gəncəbasar bölgələrindən toplanmışdı. Korpusun ləğvindən sonra alayın atlıları vətənə döndülər. Müsəlman korpusunun formalaşdırılmasına başlananda, tatar alayında xidmət etmiş süvarilərin böyük hissəsi könüllü şəkildə Gəncəyə toplaşdılar. Həmin süvarilərin əsasında yenidən "Tatar süvari alayı" təşkil olundu və Müsəlman korpusunun süvari briqadasının tərkibində müəyyən dəyişikliklərlə Cümhuriyyətin süqutuna qədər öz mövcudluğunu qoruyub saxladı.




  1. Yüklə 105,45 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin