Qədim Yunanıstan tarixi üzrə mənbələr Qədim Yunanistan tarixi üzrə tarixşünaslıq 3 Qədim Yunanıstan təbii şəraiti



Yüklə 55,86 Kb.
səhifə12/28
tarix26.12.2023
ölçüsü55,86 Kb.
#197276
1   ...   8   9   10   11   12   13   14   15   ...   28
Antik tarix imtahan sualları

28) Makedoniyanın birləşdirilməsi
29) Ellinist dövlətləri
30) Ptolomeylər dövləti
31) Ellinizm mədəniyyəti
32) Roma tarixi üzrə mənbələr


33) Roma tarixşünaslığı
Yunanıstanın şöhrəti solmamışdan çox-çox əvvəl, bütövlükdə yunan mə- dəniyyətinə böyük təsir göstərdiyi digər bir sivilizasiya Tibr çayının sahillə- rində öz başlanğıcını götürdü və bir qədər sonra bütün Qərbi Avropanı öz əhatəsinə aldı. Romanın şəhər kimi meydana gəlməsini Troya müharibəsi- nin nəticəsi kimi oradan baş götürüb qərbə doğru üzmüş qaçqınların fərasəti ilə izah edirlərsə, Böyük Aleksandrin fəthləri dövründə artıq bu Apennin ya- rımadasında aparıcı qüvvəyə çevrilmiş bir dövlət idi. Roma m.ə. 2-ci əsrin ortalanında Karfageni məhv etmiş, Yunanıstanı tutmağa müvəffəq olmuşdu, m.ə. 1-ci əsrin sonunda ise Ellinistik dünyanın və Qərbi Avropanın əksər hissəsində öz hökmranlığını qurmuşdu. Bu dövrdə Roma Aralıq dənizini, onun bütöv hövzəsinə ağalıq etdiyinə görə “Roma gölü” adlandıra bilərdi. Bu işğalları aparmaqla yanaşı, məğlub etdiyi yunanlardan onun institutlarını və ideyalarını əxz edib, Aralıq dənizi dünyasının qərb yarısına götürməyi ba carmışdı. Şimalda Reyn və şərqdə Dunay çayı hövzələrinə atılaraq, Aralıq dənizi mədəniyyətini Dəmir dövründə batıb qalmış ərazilərə də aparmışdı. O vaxtlar Roma Şərqlə Qərb arasındakı böyük tarixi körpünün qurucusu idi.

Lakin Roma bu rolu oynaya bilməyə qadir deyildi. Bu iki müxtəlif mədə- ni baxış arasında gərginliklə əlaqədar idi. Bir tərəfdən romalılar öz tarixinin əsas hissəsi boyu konservatizmə meyl edirdi, onlar özlərinin kənd təsərrüfatı ənənələrinə üstünlük verirdilər və kobud döyüşkənlik yolunu tutmuşdular, həm də onlar qurucu olmağa çalışırdılar və yunan mədəniyyətinin cazibəsi- na müqavimət göstərə bilmirdilər. Bir neçə əsrlər ərzində onlar bu iki müx- təlif münasibətin sintezi üzərində öz böyüklüklərini qurdular: ənənəyə, qay- daya və hərbi igidliyə, dəlisovluğa hörmət edirdilər, həm də yunan urbani- zasiyasına və zəkanın inkişaf etdirilməsinə qayğı göstərirdilər. Bu sintez əbədi ola bilməzdi, buna baxmayaraq xeyli müddət Yunanıstan şərəfinin ye- rini Romanın böyüklüyü tutdu.



Yüklə 55,86 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin