Qədim Yunanıstan tarixi üzrə mənbələr Qədim Yunanistan tarixi üzrə tarixşünaslıq 3 Qədim Yunanıstan təbii şəraiti



Yüklə 55,86 Kb.
səhifə15/28
tarix26.12.2023
ölçüsü55,86 Kb.
#197276
1   ...   11   12   13   14   15   16   17   18   ...   28
Antik tarix imtahan sualları

38) 1-ci Pun müharibəsi
1-ci Pun müharibəsi (e.ə. 264-241) Siciliya uğrunda aparılırdı. Romalılar dənizdə bir sıra qələbələr (e.ə. 260, 256, 251, 241) qazandılar. E.ə. 241 ildə Roma Siciliyanı (Sirakuza və ətrafından başqa) və bəzi adaları, sonra isə Sardiniya və Korsikanı ələ keçirdi. 2- ci Pun müharibəsi (e.ə. 218-201) Karfagenin qisas cəhdindən doğmuşdu. E.ə. 218 ildə Hannibalın ordusu Alpi keçirdi və Po dərəsinə daxil oldu. Trazimen gölü (e.ə. 217) və Kann (e.ə. 216) yaxınlığındakı vuruşmalarda Roma ordusu darmadağın edildi. E.ə. 212 ildən romalılar təşəbbüsü ələ keçirdilər. Metavr çayı yaxınlığında (e.ə. 207) qələbə qazanan romalılar Zama yaxınlığındakı həlledici vuruşmada Hannibalin ordusunu darmadağın etdilər (e.ə. 202). E.ə. 201 ildə bağlanmış müqaviləyə görə Karfagen Afrikadakı ərazisi ilə kifayətləndi, donanmadan məhrum oldu, böyük təzminat verməyə məcbur edildi. 3-cü Pun müharibəsində (e.ə. 149-146) Karfagen məğlub oldu və dağıdıldı (e.ə. 146), sakinləri isə kölə kimi satıldı. Pun müharibələr nəticəsində Roma Aralıq dənizinin ən güclü dövlətinə çevrildi.
39) 1 və 2 ci Pun müharibələri arasında Romanın daxili siyasəti
40) 2 ci Pun müharibəsi
E.ə 219-cu ildə Hannibal, Romanın müttəfiqi olan, İspaniya şəhəri Saquntu zəbt etdi, və bu İkinci Pun müharibəsinə bəhanə oldu(e.ə 218–201 illər) Romalılar Karfagenə kombinasiyalı zərbə endirmək niyyətində idilər. Konsul Publi Sçipionun komandanlığı altında ordulardan biri İspaniyaya göndərildi, ikincisi konsul Semproni Lonqun komandanlığı altında Afrikaya istiqamətləndi. Bu niyyət Hannibalın strateji planı ilə iflic edildi. Ən əvvəldən o müharibəni İtaliyaya köçürmək qərarına gəldi. Öz taktiki üstünlüyünə dayanaraq, Hannibal romalıları darmadağın edib və iflasa uğradaraq, italik ittifaqını dağıtmaq və Romanı kapitulyasiyaya məcbur etmək istəyirdi. Roma əleyhinə koalisiyaya qalların, Sirakuzun və Makedoniyanın qatılması əlavə amil oldu. Romalıların dənizdə ağalığına görə Hannibal quru yolla Qalliya və Alplar arasından getmək qərarına gəldi. E.ə 218-ci ilin mayın əvvəlində Hannibal Yeni Karfagendən çıxaraq şimala doğru hərəkət etdi. O Pireneyləri keçib tezliklə Rodana(müasir Rona) yaxınlaşdı, və burada İspaniyaya yollanan Sçipionla qarşılaşır. Toqquşmadan uğurla qaçaraq, Hannibal Alplara yaxınlaşır.
Polibinin dediklərinə görə Hannibalın ordusu 90 min piyada və 12 min atlıdan ibarət idi. Karfagenilərin fillərdən ibarət korpusu da vardı. Pireneylərdən İtaliyaya qədər yol, romalıların yerli müttəfiqləri ilə yaxud sadəcə yerli tayfalarla mübarizədə keçdi. Bu dağ silsiləsindən 15 günlük keçid yürüşün ən çətin mərhələsi olur, Hannibalın xəritələri yox idi, və o yerli bələdçilərə güvənməli idi. Çox guman ki karfagenlilər yolda ordunun yarısını və fillərin çoxusunu itirdilər. Ordunun yarısı çətin şəraitdə məhv olur, və ancaq senyabrın sonunda, 20 min piyada və 6 min atlısı olan kiçik ordu ilə Po çayı vadisinə daxil olur. Burada onun ordusuna romalılar tərəfindən bu yaxınlarda tabe edilən qallar qoşuldu. Hannibalın niyyəti tamamilə həyata keçir. Roma ordusu gecikdi və Hannibalın Rodan(Rona)çayı üzərindən keçməsinə əngəl ola bilmədi.
E.ə 218-ci ilin sonunda Hannibalın ordusu Pada(Po)çayının yuxarı axarında peyda oldu. Tisian yanında romalıların suvariləri, 218 ilin dekabrında isə Trebi yanında Sçipionun və Lonqun birləşmiş orduları Hannibal tərəfindən darmadağın edilir. O, Trebi yanındakı vuruşmada ilk dəfə, sonralar Kann vuruşmasında parlaq nəticə verən – cinahdan alma – taktikini istifadə edir. E.ə 217-ci ildə konsul Qay Flamininin komandanlığı altında romalı ordusu Etruriyadaki Arresi şəhəri yaxınlığında Karfagenlilərin cənuba yolunu kəsir. Bir neçə gün ərzində Hannibal Arno çayının bataqlıqlı vadisi ilə dolanaraq, romalıların arxalarında peyda olur. Flamini onları qovmağa başlayır. Hannibal Trazimen gölü yaxınlığında pusqu qurur. Burada e.ə 217-ci ilin 21 iyununda göl ilə ona yaxınlaşan dağların arasında romalıların 30 minlik ordusu məhv edilir. Flamininin özü də öldürülür. İkinci konsul da məğlub olur. Roma təşviş içində Hannibalın Romaya varmasını gözləyir, ancaq Hannibal İtaliyanın cənubuna doğru hərəkət edir. Romalılar komandanlığı diktator təyin olunan Kvint Fabiya verirlər. Fabi müharibənin üsulunu dəyişir. O romalı sərkərdələrdən, yeni üsul tətbiq edən ilk sərkərdə olur. Diktator Hannibalın ardınca yürüyürdü, onu kiçik toqquşmalarla narahat edərək həlledici vuruşmadan qaçırdı(buna görə o “Kunktator” yəni yavaşlayan, ayamasını almışdı). Fabinin strateqyası özünü doğruldan yeganə strateqiya idi, ama o müharibənin üzanmasına və kəndlilərin müflis olmasına aparırdı və buna görə də Romada narazılıqla qarşılanırdı. E.ə 216-cı ildə demokratların lideri və hucum taktikasının tərəfdarı Mark Terrensi Varron və aristokrat Emili Pavel konsul seçilirlər. Romalılar Hannibala həlledici döyüş verməyə qərara alırlar; e.ə 216-cı ilin avqustun 2 də ordular Apuliyada Kann yaxınlığındakı düzdə görüşürlər.
Kann döyüşü, Romalıların dəhşətli məğlubiyyəti ilə nəticələndi. Bu məğlubiyyət Romanı fəlakət həddinə gətirdi, və ancaq inanılmaz cəhdlər hesabına senat bu vəziyyətdən qurtula bildi. Hannibalın İtaliyadakı müttəfiqlərinin ondan uzaqlaşmasına səbəb olan Kapuyanın süqutu oldu. İtaliyada müharibə uzandı və romalılar Hannibalı Bruttiyə sıxışdırdılar. E.ə 207-ci ilin yazında Metavr çayında Karfagenlilər məğlub oldular, Qasdrubal isə döyüşdə həlak oldu.

Yüklə 55,86 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin