37) Plebeylərlə patrisilərin mübarizəsinin kəskinləşməsi E.ə 5 əsrdə Qədim Romanın iki əsas zümrəsi arasında baş verən mübarizə. Bu plebsin iqtisadi, ədliyyə və siyasi haqları uğrunda mübarizəsi idi. Patrisiat bu vəziyətdə öz haqlarını bölüşməmək məqsədi güdürdü, lakin o müəyyən kompromislərin qaçılmaz olmasını anlayırdı, çünki plebs romalı qoşunun əsas hissəsini təşkil edirdi. Beləliklə bu həm Romanın daxili həm də xarici siyasətinin gələcəyini müəyyən edən çox vacib bir məsələ idi
Plebslə patrisiatın mübarizəsi hələ çar dövründən başlayıb, ama xüsusi ilə erkən respublika dövründə kəskinləşdi. Mübarizə üç əsas maddə ətrafında inkişaf edirdi: aqrar məsələ, borc məsləsi və siyasi hüquqlar. Əhalinin mütləq əksəriyəti üçün torpaq yaşamaq üçün yeganə vasitə idi. Xüsusi paylardan (adətən iki yuqer) başqa, torpaq vətəndaş kollektivinə məxsus idi və ayrı-ayrı vətəndaşlar tərəfindən icarə olunurdu. İçtimai torpağın aslan payı(ager publicus)patrisiat tərəfindən icarə olunurdu, və plebey kütləsi üçün torpaq əsasən əlçatmaz idi. Torpaq çatışmazlığı plebey hərəkatının və romalı ekspansiyanın əsas səbəbləri idi. Başqa vacib məsələ plebeylərin kütləvi borclanması və sərt borc hüququ idi. XII cədvəl qanunlarına görə, icarədar uğursuz borclunu edam etdirə bilərdi, lakin çox vaxt sonuncuları kölə kimi xaricə satırdılar ya da borcu qaytarmaq üçün onu qul kimi işlədirdilər. Siyasi hakimiyət də gerçək olaraq patrisiatın əlində idi. Xalq yığıncağı, formal olaraq ali hakimiyət orqanı idi,əslində isə olduqca məhdud imkanlara malik idi. Bundan başqa, komiçiyaların bir növündə (senturial)vətəndaşların varlı kəsimi mütləq əksəriyətdə idi, ikinci növü isə (kurial)ancaq patrisilərdən ibarət idi. Real hakimiyət patrisial senatın və maqistratın əlində idi. İdarəçiliyin başında iki konsul dururdu, hansı ki senturial komiçiyalar tərəfindən seçilirdi, və məhzinə görə, çar imperialına malik idilər. Konsullardan başqa, ancaq onların köməkçiləri-kvestorlar-dəqiq müəyyən olunublar; əvvəllərdə onlar konsulların məhkəmə işlərində köməkçiləri idilər, sonra isə dövlət xəzinəsinin qorunması ilə məşğul olurdular. Məhz bu vəziyət plebsin əsas tələblərini müəyyən edirdi. Birincisi, bu auxilium idi, yəni patrisiat hakimiyətin özbaşınalığından elementar hüquqi müdafiə, və patrisiatın cəza hakimiyətini məhdud edən öz maqistratların və hüququnun olması. İkinicisi, neçə ki plebs xalq yığıncaqlarında çoxluq təşkil edirdi, o sonuncunun real hüquqlarının genişləndirilməsini və komiçiyalarda səsvermənin prinsiplərinin daha demokratik olmasını tələb edirdi. Nəhayət, plebs öz nümayəndələrinin ali vəzifələrdə və senatda təmsil olunmasını istəyirdi. Bundan başqa vacib məsələ kimi plebeylərin romalı vətəndaşlıqa nail olmaq qaldırılırdı