Qərbi Kaspi Universiteti SƏRBƏst iŞ Fənn: Mülki müdafiə Fakültə: siyasi və ictimai elmlər İxtisas: Fəlsəfə Qrup: 131F



Yüklə 475,02 Kb.
səhifə4/5
tarix03.12.2022
ölçüsü475,02 Kb.
#72162
1   2   3   4   5
Adi və kütləvi qırğın sliahlar

Yandırıcı silahlar – adi qırğın vasitələri içərisində xüsusi yer tutur. Bu silahların əsasında yandırıcı vasitələrin istifadəsi du­rur və bu zaman ayrılan yüksək hərarətin insanlara, texnikaya, bi­na­lara, qurğulara, meşələrə, kənd təsərrüfatına birbaşa yandırıcı tə­si­rinə əsaslanır. Amerika klassifikasiyasına əsasən yandırıcı si­lahlar kütləvi qırğın silahlarına aiddir və bu silahların istifadəsi güc­lü psixoloji təsir yaradır. Yandırıcı silahların əsasını təşkil edən yandırıcı maddələr 3 qrupa bölünür:
- neft məhsulları əsaslı yandırıcı maddələr;
- metallar əlavə edilmiş yandırıcı maddələr;
- termit və termit əsaslı yandırıcı maddələr.

4.Kütləvi qırğın silahlarının ehtimal olunan yeni növləri
Kütləvi qırğın silahlarının yeni növlərinə yeni fiziki-kimyəvi proseslərə, xassələrə, texniki prinsiplərə əsaslanan silahlar aid edi­lir. Hərbi mütəxəssislər müasir müharibələrdə prinsipial yeni növ si­lahların işlədilməsinə çox böyük əhəmiyyət verirlər. Bu si­lan­la­rın təsirindən düşmənin canlı qüvvələri neytrallaşdırılır, aktiv hər­bi əməliyyatlar aparmaq qabiliyyətini itirir, maddi sərvətlərə heç bir ziyan dəymir. Bu silahlara: lazer, elektromaqnit impuls, me­te­o­ro­loji, geofiziki, infrasəs, biotexnoloji, yeni nəsil kimyəvi silahlar, informasiya mübarizəsi vasitələri, psixotrop, yeni nəsil bioloji si­lah­lar aid edilir .

Şəkil . Həcmli elektromaqnit impuls silahları


Hərbi mübarizənin yeni vasitələri düşmənin vacib iqtisa­di obyektlə­rini, infrastrukturunu zədələmək, informasiya və ener­ge­ti­ka sahələrini dağıtmaq, əhalinin psixi vəziyyətini pozmaqla aktıv mübarizə aparmaq qabiliyyətini məhv edir.
Geofiziki silahlardan – atmosferdə, hidrosferdə, yerin lito­s­fer qatında gedən prosesləri süni surətdə dəyişərək təbii dağıdıcı qüv­və yaradıb hərbi məqsədlərlə istifadə olunur. Bu silahlar içə­ri­sin­də ən əhəmiyyətlisi meteoroloji və iqlim silahlarıdır.
Meteoroloji silah – atmosfer enerjisinin lokal balansını də­yi­şərək təbii atmosfer proseslərinə makrofiziki proseslərlə təsir etməsidir. Müəyyən kimyəvi maddələri “isti(su damcıla­rından iba­rət olan) və soyuq (buz dənəciklərindən ibarət) buludlarda par­çalayaraq, onları ya dağıtmaq, ya da süni yağış əmələ gətirmək müm­kündür. Yağıntıların miqdarını süni şəkildə azaltmaq olar ki, bu da aran rayonları üçün böyük təhlükə yaradar. Belə silah ilk də­fə Amerika-Vyetnam mühari­bəsi zamanı amerikanlar tərəfin­dən istifadə olunmuşdur. Yağı­şın miqdarı artırılmış və nəticədə bən­­d­lə­rin uçması və kənd təsərrüfatı sahələrinin su ilə dolmasına səbəb olmuşdur. Şim­şək­li buludları yodlu gümüşlə doyduraraq və ya bu­lud­lara xırda metallik iynəciklər ataraq, ildırım boşalmaları əmələ gətirmək mümkündür. İqlimə təsir edən silahlar planetin təbii iqli­mi­nə təsir edərək müəyyən ərazilərdə hava rejiminin xa­rak­terik də­yişilməsinə səbəb olur. İqlimin cüzi dəyişilməsi belə bö­yük re­gio­nlarda iqtisadiyyata ciddi təsir göstərir kənd tə­sər­rü­fatında məhsuldarlığı aşağı salır, əhalinin xəstələnmə səviy­yə­si­ni kəskin artırır.

Yüklə 475,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin