Qərbi Kaspi Universiteti Sərbəst iş Kafedra: İqtisadiyyat



Yüklə 74,62 Kb.
səhifə6/8
tarix02.01.2022
ölçüsü74,62 Kb.
#41290
1   2   3   4   5   6   7   8
9 (2)

Texnoloji inhisarçılıq – inhisarın obyekti bu və ya digər məhsulun hazırlanması üsulu olduğu halda yaranan inhisarçılıq texnoloji inhisarçılıqdır. Texnoloji inhisarçı kimi ETT – nin müəyyən istiqamətində liderliyi ələ keçirmiş müəssisələr çıxış edirlər. Texnologiyada liderlik edənlər son nəticədə öz məhsullarının rəqabətliyini təmin edirlər. Buna görə də müəyyən texnoloji yeniliyə sahib olan müəssisələr ondan maksimum faydalanmaq üçün inhisarçılıq davranışına yol verirlər. Inhisarçılığın bu forması müvəqqəti xarakter daşıyır.

İstehlakçı inhiçarlı və ya monopsoniya – bu halda bazarda bir alıcı çoxlu sayda satıcı olur. Istehlakçı inhisarçılığı da digər inhisarçılıq növləri kimi mənfi nəticələrə səbəb olur. Belə ki, bu halda iri istehlakçı tərəfindən satın alınan məhsulların qiymətlərinin süni sürətdə aşağı salınması nəticəsində yüksək mənfəət götürmək, müqabil tərəfə əlveriş müqavilə şərtlərini qəbul etdirmək üçün əlverişli şərait yaranır. Bununla əlaqədar olaraq iqtisadiyyatda monopsoniyaya qarşı da mübarizə tədbirləri də işlənib hazırlanır.

Təşkilati inhisarçılıq. İnhisarçılığın bu forması istehlakçı birliklərinin formalaşdırılması yolu ilə meydana gəlir. Ishehlakçıların müxtəlif sahə, sahələrarası və yaxud da ki, regional təşkilat sturukturlarını yaratmaqla inhisarçı meyllərinin miqyaslarını əhəmiyyətli dərəcədə genişləndirmək mümkündür. Bu isə bütövlükdə iqtisadiyyatın inhisarlaşma dərəcəsinin artmasına, texnoloji – texniki tərəqqinin sahə və ölkə miqyasında ləngiməsinə səbəb olur.

Yüklə 74,62 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin