Qərbi Kaspi Universiteti SƏRBƏst iŞ TƏLƏBƏ: Əlizadə Rəsul faküLTƏ: Sosial Siyasi elmlər İXTİsas: Sosial İş qrup: 132Si



Yüklə 68,68 Kb.
səhifə5/9
tarix14.12.2022
ölçüsü68,68 Kb.
#74606
1   2   3   4   5   6   7   8   9
resuk

Uşaq müdafiə kamerası

Uşaq müdafiə kamerası KZD-4 və KZD-6 ən kiçik yaşlı uşaqları-yaş yarımına qədər körpələri zəhərləyici maddələrdən, radioaktiv yod və tozdan, bakterial vasitələrdən qoruyur. Hər ikisi örtükdən, metal qəfəsdən, altlıqdan, sıxıcıdan və çiyin bağlarından ibarətdir.


KZD-6 tipi KZD-4 tipindən bir neçə fərqi var: 1-ci uşaqların onlarda qalma müddəti 6 saatdır (havanın tempraturu -100 S-dən +260 S-yə qədər); 2-si rahatlıq üçün uşaqla əlaqəni asanlaşdıran əlcəyin uzunluğu artırılmışdır; 3-sü uşaq qidasını saxlayıcı bərkidilmişdir, həmçinin, polietilen örtük əlavə edilmişdir. Həmin örtük yağış zamanı kameranın üzərinə örtülür və suyun tərkibində olan maddələrin hopmasının qarşısını alır. Uşaq kamerasını bağlar vasitəsilə çiyində yaxud da kolyaskada daşımaq olur. Kameranın mühafizə xüsusiyyəti ona əsaslanır ki, hazırlandığı material oksigen və karbon qazının diffuziya olunmasına kamera daxilində və xaricində olan təzyiq fərqinə əsasən imkan verir. Zəhərləyici maddələr isə bu material tərəfindən udulur və daxilə keçmir. Uşaqları kameraya yerləşdirərkən nəzərə almaq lazımdır ki, onun daxilində hərarət havadakından 3-4 dərəcə yuxarı olur. Buna görə də daima uşuğı nəzarətdə saxlamaq lazımdır.
Kamera uşuq olan otaqda və açıq vəziyyətdə saxlanmalıdır ki, havalandırılsın.
Uşaqları kameraya yerləşdirərkən başını pəncərə tərəfə, ayaqlarını isə çıxacaq hissəyə qoymaq lazımdır. Kameranın daxilinə həm də uşaq qidası ilə dolu şüşə qab, oyuncaq, 1-2 ehtiyat uşaq bezi qoyulur. Sonra hermetik bağlanır.
Filtrasiya edici əleyhiqaz PFMQ-96 (2007-ci il)

Təyinatı. PFMQ-96 əleyhiqazı insanın tənəffüs üzvlərini, gözlərini və üzünü iş zonasının havasında olan zəhərli qaz və buxar halında olan maddə və aerozollardan mühafizə edir.


Tətbiqi. Əleyhiqaz havada oksigenin miqdarı 17%-dən az olduqda, zəhərli maddələrin miqdarının cəmi 0,1%-dən çox olduqda 1-ci sinif müdafiə vasitəsi, 0,5%-dən çox olduqda 2-ci sinif müdafiə vasitəsi istifadə edilir (civə buxarları istisna olmaqla-havada miqdarı 0,0001%-dən çox olmamalıdır). Tərkibi. PFMQ-96 əleyhiqazı üz hissədən (MAQ maskası, PPM-88 maskası və ya Şlem-maska ŞMP), DOT və ya BK filtrindən və əleyhiqazı daşımaq üçün çantadan ibarətdir. Filtrlər uducunun həcmindən (220, 250, 320, 460sm3) və aerozol əleyhi filtrin olması və ya onun olmaması ilə fərqlənir. Filtrlərin tərkibi. Kombinə olunmuş filtrlər eyni zamanda qazlardan, toz, tüstü, duman halında olan buxarlardan; qaz əleyhilər isə-qazlardan və buxarlardan mühafizə edir. DOT və BK filtrləri yüksək effektivli uducularla təchiz olunmuşdur. Əleyhiqazın markası filtrin markasına uyğundur.



Yüklə 68,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin