Mülkü əleyhiqaz QP-7
QP-7 əleyhiqazı yaşlı əhalinin, mülki müdafiə qüvvələrinin hərbiləşdirilməmiş dəstələrinin şəxsi heyətinin tənəffüs üzvlərini, sifətini və gözlərini ətraf mühitdəki müxtəlif zəhərli qatışıqlardan-zəhərli maddələrdən, radioaktiv tozdan, bakterial aerozollardan mühafizə etmək üçündür. Tərkibi. Üz hissədən, tərləməyən şüşələrdən, filtrasiya edici-uducu qutudan və çantadan ibarətdir. Üz hissə-gözlər üçün geniş şüşələrdən ibarət maskadır, qulaqları örtmür. Əleyhiqazda danışıq üçün qurğu var, bu da ünsiyyət etməyi asanlaşdırır. Hər hansı fiziki gərginlik zamanı şüşələr tərləməməsi üçün xüsusi plyonkalardan istifadə edilir. Bu əleyhiqazın baş hissəsinin xüsusi təsbit edicisi olduğu üçün yaşlı adamlar, ağ ciyər və ürək-damar xəstəlikləri olan insanlar üçün daha əlverişlidir. QP-7 əleyhiqazı əhali üçün son və təkmilləşdirilmiş əleyhiqazlardan biridir. O, ümumi təsirli, dəri-zədələyici, sinir-iflic edici və digər zəhərli maddələrdən tam mühafizəni təmin edir. Onun uyğunluğu başın vertikal və üfüqi ölçülərini ölçməklə müəyyən edilir. Üz hissəsi 3 ölçüdə zahırlanır: 1, 2, 3. Əleyhiqaz aşağıdakı markalı üz hissəsi ilə komplektləşdirilir: ŞMP, MQP (MQP-B), MQP-BM Super, PPM-88. MQP-B və MQP-BM Super maskalarında su içmək üçün qurğu var və həmin qurğu yoluxmuş zonada işləyərkən flyaqadan (su qabı) su içməyə imkan verir. MQP (MQP-B), MQP-BM Super və PPM-88 maskalarının danişıq aparmaq üçün xüsusi qurğuları var. Tərləməyən örtüklərin istifadəsi əleyhiqazda fiziki iş zamanı şüşələrin şəffaflığını təmin edir. QP-7B
Filtrasiya edici UZS (universal müdafiə vasitəsi) BK (hazırlanma tarixi 9.05.95)
Təyinatı. Filtrasiya edici əleyhiqaz UZS BK, fövqəladə hallarda, qəza hallarında, təbii və texnogen xarakterli FH nəticələrinin aradan qaldırılmasında xilasedicilərin, FHN dəstələrinin üzvlərinin, Mülki müdafiə qeyri-ştat qəza-xilasetmə dəstələrinin, həmçinin əhalinin və istehsalatda çalışanların tənəffüs üzvlərini, sifətini və gözlərini mühafizə edən fərdi mühafizə vasitələri kompleksinə aiddir. Tərkibi. UZS BK əleyhiqazı üz hissədən (MQP, MQP-B və ya MQP-BM Super maskaları), filtrasiya edici-uducu sistemdən (FPS):BK 320 və ya BK 600 filtrlərindən, birləşdirici borudan, əleyhiqazın saxlanması və daşınması üçün çantadan ibarətdir. Tətbiqi. Əleyhiqaz havada oksigenin miqdarı 17%-dən az olduqda, zəhərli maddələrin miqdarının cəmi 0,1%-dən çox olduqda 1-ci sinif müdafiə vasitəsi BK 320 filtri ilə, 0,5%-dən çox olduqda 2-ci sinif müdafiə vasitəsi BK 600 filtri ilə istifadə edilir. UZS BK əleyhiqazı mülki əleyhiqaz QP-7 və onun modifikasiyalarının alternatividir. Müdafiə xüsusiyyətləri. UZS BK əleyhiqazı qaynama tempraturası 65 dərəcədən yüksək olan üzvü turşu buxarlarından, ammonyak və onun üzvü törəmələrindən, zəhərli kimyəvi maddələrdən (sian-xlorid, zarin, zoman, fosgen və s.) radioaktiv maddələrdən, aerozollardan, həmçinin bioloji vasitələrdən mühafizə edir. Üçüncü tip fərdi mühafizə vasitəsi kimi xilasediciləri ammonyak, asetonitril, hidrogen florid, hidrogen xlorid, kükükrd dioksid, hidrogen sulfid, fosgen, xlor, xlorpikrindən BK 320 filtri ilə 240 dəqiqə, BK 600 filtri ilə 360 dəqiqədən az olmayaraq mühafizə edir.
Dostları ilə paylaş: |