Termokostyumlar \ Kimyəvi izolə edici kostyum KİX-4T (yeni! (2005)
Təyinatı: İzolə edici kostym KİX-4T qəza-xilastetmə işləri zamanı maye və qaz halında olan ammonyak, xlor, azot oksidləri, hidrazin törəmələri və həmçini digər qatı mineral turşulardan (kükürd, azot) mühafizə üçün nəzərdə tutulmuşdur. Texniki təsviri: Kostyum baş örtüyü olan kombnzondur, üz hissəsinə geniş mənzərəni seyr edə bilmək üçün şüşə bərkidilmişdir. Kombinzon geyinə bilmək üçün şaquli dəliyi vardır və hermatik molniya ilə bağlanır. Arxa tərəfinin iç divarına çiyin çantası bərkidilmişdir, ona tənəffüs sitemi üçün bolon yerləşdirilir. Kombinzonun qolları daxili sərt həlqəli rezin manjetlərlə bitir, onlara da rezin əlcəklər bərkidilir. Əlcəklər əlavə olaraq elastik rezin həlqələrlə fiksə edilir. Kombinzonun şalvarının aşağı hissəsinə sıx corablar tikilmişdir, onların üzərinə uzun boğazlı çəkmə geyinilir. Kostyumun quruluşu onun rahat geyinilməsi və təhlükəsizliyini təmin edir, istifadə edən asanlıqla özü geyinib-soyuna bilir. Kostyum güclü təsirli zəhərləyici maddələrə qarşı davamlı, sarı, boz, narıncı rəngli prorezin materialdan hazırlanıb. Texniki xarakteristikası: kostyumun kütləsi (1-ci ölçü üçün) tənəffüs aparatı olmadan-4 kq, 44 ölçülü çəkmənin kütləsi-2,3 kq. Paltar hermetikdir. Hermetikliyi xüsusi metodla yoxlanır. Mühafizə kofisiyenti 1000-dir. altarın və tikişlərinin yüksək konsentrasiya olunmuş qaz halında xlora olan mühafizə dayanıqlılığı-60 dəqiqədir. Paltarın xidmət müddəli-2 ildir, güclü təsirli zəhərli maddələrə qarşı-5dəfədən artıq istifadə etmək olmaz.
Kimyəvi izolə edici kostyum KİX-5T
Təyinatı: İzolə edici kostym KİX-5T qəza-xilastetmə işləri zamanı maye və qaz halında olan ammonyak və xlordan və digər aqressiv kimyəvi maddələrdən mühafizə üçün nəzərdə tutulmuşdur. Texniki təsviri: Kostyum baş örtüyü olan kombnzondur, üz hissəsinə geniş mənzərəni seyr edə bilmək üçün şüşə bərkidilmişdir, üç barmaqlı əlcəyi vardır. Kombinzonun şalvarının aşağı hissəsinə prorezin materialdan ibarət olan bərkidici tikilmişdir. Kostyumun arxasında geyinə bilmək üçün vertikal dəliyi vardır və hermetik molniya ilə bağlanır. Kostyum xlor və ammonyaka davamlı prorezin materialdan hazırlanıb. Komplektə pambıqparçadan hazırlanmış əlcək daxildir. Kostyumu İP-4M (İP-4MK, İP-4MK-TK) izolə edici əleyhiqazı ilə birlikdə istifadə edilir. Əleyhiqaz kostyumun altından geyinilir. Kostymun konstruksiyası imkan verir ki, bərpa edici patronun iş müddəti bitdikdə onu asanlıqla dəyişmək mümkündür.
İstifadə Olunmuş Mənbələr
1 Feyzullayeva T.Ə., Ələkbərova S.Ə., Məmmədova F.Ə. Mülki müdafiə və tibbi biliklərin əsasları. Dərslik. Bakı, 2006.
2 Mülki müdafiə (Mühazirələr)
3 Ocaqov H.O. Fövqəladə hallarda təhlükəsizlik (Defensiologiya) (Ali məktəblər üçün dərslik). Bakı, 2012,
4 Musayev A.H. Mülkü müdafiə tibbi xidmətinin təşkili. Dərslik.Bakı, “Təbib” nəşriyyatı, 2011,
5 Əzizov A. Əməyin mühafizəsi. Bakı, 2008.
6 Ocaqov H.O., Danyalov Ş.D. Həyat fəaliyyətinin təhlükəsizliyinin nəzəri əsasları. Dərs vəsaiti. Bakı, 2008,
Dostları ilə paylaş: |