3. Dəniz ekosistem tipləri
- Açıq okean (pelagik) ekosistemi
- Kontinental şelfin suları (sahilyanı sular)
- Apvelinq rayonu (məhsuldar balıqçılığı olan münbit rayonlar)
- Estuarı ekosistemi (sahilyanı buxtalar-kiçik körfəzlər, boğazlar, çayların mənsəbi, duzlu marşlar və b.)
Biomların yayılma sərhədləri materiklərin landşaft komponentləri ilə təyin olunur, adı isə üstünlük təşkil
edən bitki ilə (meşə, kol və b.) ifadə olunur. Su ekosistemlərində bitki orqanizmləri dominantlıq etmir, odur ki,
mühitin fiziki əlamətləri («durğun», «axar» sular, açıq okean və b.) əsas götürülür.
Yuxarıda deyilənlər göstərir ki, biom sərhədləri regional səviyyədə landşaftın sərhədlərinə uyğun gələn
ekosistemdir. Onun komponentləri landşaftın komponentlərindən ibarətdir, lakin onun əsas komponenti biota
sayılır, burada üzvi maddələr yaradan proseslərə və maddələrin biokimyəvi dövranına əsas diqqət yetirilir.
7.1. Yerüstü biomlar (ekosistemlər)
Stabil ekosistem canlı orqanizmlərlə ətraf fiziki mühitin tarazlıq (müvazinət) vəziyyəti ilə səciyyələnir. Belə
sistemin ümumi homeostazı onun təzyiqlərə qarşı müqavimətinə imkan yaradır.
Məlum olduğu kimi Yer üçün iqlim zonallığı, bununla da yerüstü ekosistemlərin iqlim zonallığı xarakterik-
dir.
Bütün Yer kürəsi üçün üfiqi iqlim zonallığından başqa dağ sistemlərində, həmçinin, şaquli və ya yüksəklik
qurşaqlığı müşahidə olunur. Dağ sisteminin ətəyində iqlim ümumi coğrafi zonallığa uyğun gəlir, yuxarıya
qalxdıqca və cənubdan şimala hərəkət etdikcə qurşaqlar dəyişir.
7.1.1. Tundra
Əsasən şimal yarımkürəsində, Arktika və Subarktika qurşaqlarında yayılmışdır. Cənub yarımkürəsində An-
tarktida yaxınlığındakı adalarda kiçik sahələri əhatə edir. Şimal yarımkürəsində Arktika səhraları zonası ilə (şm-
da), meşə-tundra zonası (c-da) arasında yerləşir. Eni 300-500 km-ə çatan zolaq şəklində Avrasiyanın və Şimali
Amerikanın şimal sahilləri boyu uzanır.
Tundra zonalarının yerləşdiyi enliklərdə illik radiasiya balansı aşağıdır (8-20 kkal/sm
2
), oktyabrdan aprelədək
mənfidir. Qış 8-9 ay (bunun 60-80 günü qütb gecəsidir) davam edir. Orta temperatur yanvarda -5-dən -40
0
C-yə
qədər, iyulda 5-10
0
C-dir. İllik yağıntı 200-500 mm, bəzən 750 mm-ə çatır. Yay havanın nisbi rütubətliyinin
yüksəkliyi, tez-tez duman və çiskin yağışın olması ilə səciyyələnir. Daimi donuşluq inkişaf etmişdir. Çoxlu göl və
bataqlıq var. Torpaqları, əsasən qleyli, tundra tiplidir. Bitki örtüyündə şibyə, mamır, alçaqboylu otlar, kolcuqlar və
kolluqlar üstündür. Bitkilərdən mərcangilə, dəstərək, karlik tozağac, qaragiləni göstərmək olar.
Tundra faunasının səciyyəvi xüsusiyyətləri həyat şəraitinin sərtliyi ilə əlaqədar həddindən artıq yoxsulluğu,
bəzən müstəqil cinslərə məxsus olan endemlərin olması, həmçinin yekcinslik və bir çox heyvanların dənizlərlə
əlaqədar olması (quş «bazarlarında» yaşayan quşlar, ağ ayı və b.) və s.-dir. Onurğalı heyvanların əksəriyyəti qışda
tundranı tərk edir; yalnız bir qismi, məsələn, lemminqlər qar altında yaşayaraq sağ qalırlar. Tundra faunasının
tərkibinə adi və dırnaqlı lemminqlərin endem növləri, əsasən, tundranın cənub hissəsində yaşayan bəzi tarla
siçanları, ağ dovşan, tundra tülküsü və gəlincik daxildir; tülküyə, cavanara, ağ və qonur ayıya təsadüf olunur, şimal
maralı xarakterikdir. Quşlardan ağ kəklik, tundra kəkliyi, ağ qaz, ağ bayquş, şimal sərçəsi, laplandiya yol torağayı
endem sayılır. Sürünənlər azdır, bəzi qurbağalara təsadüf olunur; qızılbalıqkimilər çoxdur.
110
Øÿêil 6.12. Òÿáèè åêîñèñòåìëÿðèí òÿñíèôàòû
7.1.2. Boreal (şimal) iynəyarpaqlı meşələr – mülayim iqlim zonasının şimal hissəsində yayılmışdır. Bu
iynəyarpaqlı meşələr tayqa adlanır (türk dillərində tayqa meşəli dağ deməkdir). Tayqada qış soyuq, qar örtüyü
uzunmüddətli, çox şaxtasız dövr nisbətən qısa (orta temperatur iyulda 10-18
0
C), yağıntı buxarlanmadan çox
olur. Tayqa meşələri Şimali Avrasiyada və Şimali Amerikada çox geniş sahə tutur. Tayqa meşə qruplaşmaları
tündiynəyarpaqlı ağac cinslərindən (küknar, ağşam) Sibir sidr şamı (Sibir sidr ağacı) və açıqiynəli ağac
cinslərindən (qaraşam və şam – əsasən qumlu torpaqlarda) təşkil olunmuşdur. Tündiynəli meşələrin quruluşu
sadə olub bir-iki-üç ağac yaruslu, mamır yarusu, bəzən ot və ya ot-kol yarusundan ibarət olur. Çox gövdəli olur.
Tündiynəyarpaqlı meşələr xüsusi mikromühitə malik olub küləksiz, açıq sahəyə nisbətən temperatur yüksək
qalın qar örtüyü sərt qış dövründə heyvanat aləminin sağ qalmasına şərait yaradır.
Tökülən iynələr yavaş parçalanır, odur ki, torpaq podzol profilli olur. Torpaqda kifayət qədər çoxlu xırda
orqanizmlərin populyasiyaları yaşayır, yarpağı tökülən meşələrə, çəmən və bozqırlara nisbətən bir qədər iri
torpaq orqanizmlərinə az rast gəlinir. Tayqada iri heyvanlardan ayı, canavar, otyeyənlərdən sığını göstərmək
olar. Bu meşələrin faunası üçün toxum fondunun və iynələrin böyük əhəmiyyəti var: toxumlarla quşlar, dələlər,
burunduq və digər gəmiricilər, iynələrlə isə həşəratlar qidalanır. Quşlardan Sibir xoruzu, bonazi tetrası, sidr
111
quşu, ağacdələn, tüklüayaq yapalaqları qeyd etmək olar. İnsan fəaliyyəti nəticəsində (meşələrin qırılması,
yanğınlar) tayqa faunası əsaslı surətdə dəyişmişdir, bir növ artmış, digəri azalmış, yeni növlər peyda olmuşdur.
7.1.3. Mülayim zonanın yarpağı tökülən meşələri (enliyarpaq meşələr). Tayqa meşələrindən cənubda
yerləşir. Bu meşələr mülayim iqlim şəriatində bitir, illik yağıntıların miqdarı 700-dən 1500 mm qədər təşkil
edir. Mülayim temperatura və aydın seçilən mövsümlərə malikdir. İlk vaxtlar enliyarpaqlı meşələr şimali
Amerika, bütün Avropa, Yaponiyanın bir hissəsi, Avstraliya və Cənubi Amerikanın cənub hissəsində geniş
ərazilər tuturdu. Beləliklə, bu meşəlik bir-birindən yüksək dərəcədə təcrid olunduğundan növ tərkibi tundraya
nisbətən zəngindir. ABŞ-ın mərkəzi rayonlarının şimal hissəsində fıstıq-ağcaqayın meşələri, Viskonsin və
Minnosetdə ağcaqayın-cökə meşələri, ABŞ-ın qərb və cənub ştatlarında palıd və gikori meşələri, Appalaç
dağlarında palıd-şabalıd meşələri yayılmışdır. Avropa, Asiya, o cümlədən Cənubi Qafqaz regionlarında bu
meşələrdə fıstıq, palıd növləri, vələs, cökə, şabalıd, qovaq və s. ağac cinsləri üstünlük təşkil edir.
Enliyarpaq meşələrin yarus quruluşu iynəyarpaqlı meşələrə nisbətən xeyli mürəkkəb olub üçə qədər ağac
yarusu, kol və ot yaruslarından təşkil olunmuşdur. Şimali Amerikanın ilkin meşələrində məskunlaşan
heyvanlardan maral, boz və qara dələlər, sığın, boz tülkü, Amerika vaşağına rast gəlinir. Ornitofauna müxtəlif
və zəngindir.
Enliyarpaq meşələr zonasında iynəyarpaqlılardan şam meşələrinə də rast gəlinir. İnsan sivilizasiyasının olduqca
inkişaf etməsilə əlaqədar olaraq enliyarpaq meşələrin pozulmamış sahələrinə təsadüf etmək çətindir. Onların əksər
hissəsi mədəni (kənd təsərrüfatı) qruplaşmaları ilə əvəz olunmuşdur.
7.1.4. Həmişəyaşıl enliyarpaq subtropik meşələr
Yüksək rütubətlik və yay-qış temperaturlarında az fərq olan ərazilərdə yarpağını tökən meşələr yerini
enliyarpaq həmişəyaşıl meşələrə verir. Belə meşələr Mərkəzi və Cənubi Yaponiyada, Floridada, Meksika
körfəzi boyu, Atlantikanın cənub sahillərində bitir. Bu meşələrdə palıd növləri, maqnoliya, dəfnə, əncir
dominantlıq edir, palmaya da çox rast gəlinir. Lianlar və epifitlərlə zəngindir. Çoxlu ayıdöşəyi, səhləb çiçəyi,
ananas növləri bitir.
7.1.5. Mülayim zonanın bozqırları (çölləri)
Meşə və səhra zonaları arasında geniş açıq sahələri tutur, illik atmosfer yağıntılarının miqdarı 250-dən 750
mm-ə qədər təşkil edir. Bozqırlar Avropa, Şimali Amerika (prerilər), Cənubi Amerikanın cənubunda
(pampaslar), Avstraliya, Yeni Zenlandiya (tussoklar) geniş əraziləri tutur. Bozqır bitki örtüyü əsasən kserofil
xarakter daşıyır. Çəmənəmələgətirən taxıl otları üstünlük təşkil edir. Bozqırlarda efemerlər çoxdur. Nəhayət
bozqırlar üçün kol bitkiləri də səciyyəvidir.
Bozqırlarda heyvanlar cüt və koloniya həyat tərzi keçirirlər. Cüt yaşayan heyvanlar (marmot, sünbülqıran,
çöl siçanı) çoxluq təşkil edir. Cüt yaşamayan heyvanlar sürü əmələ gətirir. Bozqır biosenozunda dırnaqlılar
(sayqaklar, əvvəllər vəhşi at - tarpan) əsas rol oynayır. Bozqırlarda hədsiz mal-qara otarılması nəticəsində bozqır
bitki örtüyü deqradasiyaya uğrayır, praktiki olaraq bütün çoxillik bitkilər sıradan çıxır, səhralaşma prosesi baş
verir, pis yeyilən yovşan və digər kserofil bitkilər peyda olur.
Bozqır ekosistemlərin torpağı meşə torpağından, əsasən yüksək humusluğu ilə kəskin seçilir. Ot (taxıl)
bitkiləri ağaclara nisbətən az ömürlü olub torpağa humus şəklində çoxlu miqdarda üzvi birləşmələr daxil olur və
humusəmələgəlmə sürətlə, minerallaşma isə yavaş gedir. Ən məhsuldar torpaq sayılan – qaratorpaq belə yaranır.
Rusiyanın çəmən-bozqırlarında biokütlə 2500 sent/ha, quru bozqırlarda 1000 sent/ha təşkil edir. Kserofil
qruplaşmaların məhsuldarlığı 100-200 sent//ha, aridlik çoxaldıqda isə 50-100 sent//ha-ya enir (Voronov, 1988).
Hazırda bozqır ərazilərin böyük hissəsi taxıl bitkiləri, mədəni otlaqlar və ya süni ağaclıqlar altındadır.
Azərbaycan Respublikasında bozqır ekosistemlərə Böyük Qafqazda – bozqır yaylada və Kiçik Qafqazın
orta və aşağı dağ zonasında rast gəlinir. Burada yarımsəhra bozqır bitkiləri yayılmışdır. Ağac və kol növlərindən
qaratikan, ardıc, topulqa, dağdağan, iydəyarpaq armud, iberiya ağcaqayınına rast gəlinir. Qəhvəyi bozqırlaşmış
boz-qəhvəyi və şabalıdı torpaq tipləri yayılmışdır. Tədqiqatçıların fikrincə Cənubi Qafqazda, o cümlədən
Azərbaycanda ilkin bozqır yoxdur və müasir bozqır ekosistemlərinin mövcudluğu meşə örtüyünün yox edilməsi
ilə əlaqədardır.
7.1.6. Səhra ekosistemləri – mülayim, subtropik və tropik qurşaqlarda yayılmışdır. Asiya, Afrika,
Avstraliya, Şimali və Cənubi Amerikada geniş əraziləri tutur. Torpaq və qruntun xarakterindən asılı olaraq
qumlu, çaqıl daşlı və qumlu çaqıl daşlı, çınqıllı, gipsləşmiş, daşlı, gillicəli, löslü, gilli-takırlı, gilli bedlendli və
112
şoranlı səhralar ayrılır. Xüsusi Arktika (buz səhrası) səhrası da var. Səhralarda yayın temperaturu yüksək və
sutkalıq ampliutuda böyük olur. Ən isti ayda orta temperatur Orta Asiya (Qaraqum, Qızılqum) və Şimali
Amerika səhralarında 30-40
0
C-yə çatır. Maksimum temperatur Orta Asiya səhralarında 50
0
C, Ölüm dərəsində
(ABŞ) 56,7
0
C, Liviya səhrasında və Ərəbistan yarımadası səhralarında 58
0
C-dir. Havanın, xüsusilə torpağın
temperaturunun sutkalıq amplitudası çox vaxt 50
0
C-dən artıq olur. Qum örtüyü gündüzlər 90
0
C-dək qızır. İllik
yağıntı səhraların çoxunda 100-200 mm, bəzi yerlərdə 50-100 mm və daha azdır (Təklə-Məkan səhrasında 9
mm), ayrı-ayrı rayonlarda bəzən bir neçə il yağış yağmır. Səhralar çox yerdə bitkisizdir. Bitki örtüyündə
efemerlər, efemeroidlər, sukkulentlər, halofitlər səciyyəvidir.
Ayrı-ayrı səhra biotoplarının faunası tərkibinə və zənginliyinə görə fərqlənir. Bitki örtüyü seyrək
olduğundan otyeyən heyvanlar kiçik qruplarla, cüt-cüt və tək gəzirlər. Yeni ot yemi axtarıb tapa bilən heyvanlar
(antiloplar, bəzi quşlar) sürü əmələ gətirir.. Səhra heyvanlarının bir qismi gecə həyatı keçirir, bəziləri qış və yay
yuxusuna gedirlər. Əkinçilik yalnız suvarma şəraitində mümkündür.
Azərbaycanda səhra landşaft fraqmentləri Xəzəryanı hissədə (Abşeronda), Naxçıvan MR-in Arazboyu
düzənliklərində vardır.
7.1.7. Çaparral – yumşaq, mülayim iqlimi olan ərazilərdə yayılmışdır. İllik yağmurların miqdarı 500-700
mm olub isti qış dövründə düşür. Bol qış yağışları quraqlıq yayla əvəz olunur. Çaparral qruplaşmaları
ağaclardan (dəfnə, həmişəyaşıl palıd növləri) və qalın sarı rəngli həmişəyaşıl yarpaqlı kollardan ibarətdir.
Onlar Aralıq dənizi sahili rayonlarında, Avstraliyanın cənub sahilləri boyu, Kaliforniya və Meksikada geniş
yayılmışdır. Avstraliyanın meşələrində evkalipt ağacları və kolluqlar dominantlıq edir. Yanğınlar ağacların
məhv olması hesabına kolluqların üstünlük təşkil etməsində mühüm ekoloji faktor sayılır. Yayın sonunda baş
verən yanğınlar yamacları çılpaqlaşdırır. Yanğından sonra ilk yağışlar zamanı kollar tez və sürətlə sahəni tutaraq
15-20 il ərzində maksimum boya çatır. Yağışlı mövsüm noyabrdan başlayaraq mayın sonuna qədər davam edir.
Bu dövrdə çaparralda qaraquyruqlu maral və bir çox quşlar yaşayır. İsti quru yay dövrü başlayanda onlar şimala
dağ rayonlarına köçürlər. Alçaq boylu çaparral meşələrinin daimi sakinləri azdır: Bəhmən kiçik dovşanı, ağac
siçovulları, burunduklar, kərtənkələlər, xırda sərçələr daha xarakterikdir. Vegetasiya dövrünün sonunda çoxalan
quş və həşərat populyasiyalarının sıxlığı azalır; yayın sonunda bitkilər quruduqda da populyasiyaların sayı
azalır.
7.1.8. Tropik bozqırlar və savannalar
Mərkəzi və Şərqi Afrika, Cənubi Amerika və Avstraliyanın, isti vilayətlərində illik yağıntıların miqdarı 900
mm-dən 1500 mm-ə qədər olan ərazilərində yayılan ağac-kol bitki örtüyü tipidir. İlboyu ərzində temperatur
kifayət qədər yüksək olub, mövsümilik yalnız yağıntıların paylanması ilə təyin olunur (rütubətli – yağışlı
mövsümlər və quru (quraqlıq) mövsümlər). Bu fauna və floranın mövcudluğu üçün özünəməxsus şərait yaradır.
Ağaclar çox vaxt qalın qabıqlı olub güclü mantar qatına malikdir. Burada baobab növləri, akasiya, palmalar,
ağacşəkilli südləyənlər (kaktusların ekoloji ekvivalenti) və b. bitir. Ot örtüyü hündür və sıx, insan üçün keçilməz
olur (əsasən taxıl otları). Quraqlıq dövründə otların torpaqüstü hissəsi quruyur, ağacların yarpaqları tökülür.
Ağaclar quraqlıq mövsümünün sonunda çiçək açır, yağışlar başlayanda isə yarpaqlayır.
Savannaların, xüsusən Afrikada dırnaqlı heyvan populyasiyalarının (antilop, zebr, zürafə və b.) müxtəlifliyi
və sayına görə tayı-bərabəri yoxdur. Bu heyvanları şir, gepard (ov pələngi) kimi yırtıcılar ovlayır. Quşlar
olduqca müxtəlif olub, aralarında iri yırtıcılar (keçəl kərkəs), həmçinin ən irisi – Afrika dəvəquşu var. Burada
quraqlıq dövrdə daha aktiv olan çoxlu reptililər – ilan və kərtənkələlər, həmçinin yağışlı dövrdə daha çox olan
həşəratlar vardır. Həşəratlar arasında çoxlu qansoranlar, onlardan ən məşhuru sisi (yuxu xəstəliyinin törədicisi,
zəhərli) və b. göstərmək olar. Cənubi Afrikada ağır xəstəliklərin törədicilərini yayan həşəratlar mövcuddur,
onlar insan və heyvanların mərkəzi əsəb sistemini pozur, digər təhlükəli «tropik» xəstəlikləri törədir.
7.1.9. Yarımhəmişəyaşıl mövsümi (yarpağını tökən) tropika meşə ekosistemləri
İldə 800-1300 mm yağıntı düşən, uzunmüddətli quraqlıq dövrü (ildə altı ay) keçən vilayətlərdə yayılmışdır.
Bu meşələr Asiyanın və Mərkəzi Amerikanın tropika hissəsi üçün səciyyəvidir. Bu meşələrin üst yarusundakı
ağaclar qışda deyil, quraqlıq mövsümündə yarpağını tökür. Alt yarus həmişəyaşıl ağac və kollardan ibarətdir,
həmişəyaşıl ağaclardan palmanı göstərmək olar.
7.1.10. Cırtdan şam və ardıc biomu (ekosistemi)
113
Böyük Hövzədə, Kolorado ştatında Kolorado çayı boyu, Yuta, Arizon, Nyu-Mexiko, Nevada və Mərkəzi
Kaliforniyanın qərbində geniş əraziləri tutur. Burada rütubətlik limitləşdirici faktor sayılır, ildə 250-500 mm
yağıntının qeyri-bərabər paylanması cırtdan şam və ardıc meşələrinin park şəkilli olmasını təyin edir. Şamın
qozaları və ardıcın meyvələri heyvanlar üçün mühüm qida mənbəyidir. Zığ-zığ, böyük arıquşu və kol arıquşu
oturaq quşların daim xarakterik növləridir.
7.1.11. Həmişəyaşıl tropika «yağışlı» meşə ekosistemləri
Ekvator boyu yerləşir, illik yağıntıların miqdarı 2000-2500 mm olub aylar üzrə kifayət qədər bərabər
paylanır. İlboyu bir və ya bir neçə nisbətən «quru mövsüm» (ayda 125 mm) müşahidə olunur. Yağışlı meşələr
əsas üç vilayətdə yayılmışdır:
1) Amazonka hövzəsində və Cənubi Amerikada – Orinokada - başdan-başa böyük massiv şəklində; 2)
Afrikada Konqo. Nigera və Zambezi çayları hövzələrində və Madakaskar adasında; 3) Hindo-Malayskidə və
Borneo – Yeni Qvineya adalarında.
Bu vilayətlərdə tempetarun illik gedişi kifayət qədər bərabər paylanıb. Bitki və heyvanların çoxalması və digər
funksiyalarının mövsümi dəyişməsi əsasən yağıntıların miqdarının tərəddüdündən asılıdır və yaxud daxili ritmlərlə
tənzimlənir. Belə ki, Winteraceae fəsiləsinə aid olan bəzi ağacların böyüməsi fasiləsiz gedir, lakin həmin fəsiləyə aid
olan digər növlər üçün böyümədə dövrlük müşahidə olunur və oduncaqda həlqələr əmələ gəlir.
Yağışlı tropik meşələrdə ağaclar üç yarus əmələ gətirir: 1) Seyrək yerləşən ən hündür ağaclar üst yarusu
yaradır; 2) Başdan-başa həmişəyaşıl ağaclıq örtüyü, hündürlüyü 25-35 m; 3) Alt yarus – yalnız ümumi çətirdə
işıq düşən sahələrdə sıx ağaclıq şəklində olur. Ot örtüyü və kollar praktiki olaraq olmur. Lakin çoxlu lianlar və
epifitlər mövcuddur. Növ müxtəlifliyi olduqca yüksəkdir – bir neçə hektar sahədə rast gəlinən növlərin sayı
bütün Avropanın florasında olan növlərin sayı qədərdir (Y.Odum, 1986). Bu meşələrdə ağac növlərinin sayı
170-dən çox, ot növləri isə 20-dən azdır. Yaruslar arası bitki növlərinin (lianlar, epifitlər və b.) sayı otlarla
birlikdə 200-300 və daha çoxdur (Şəkil 6.13).
Rütubətli tropik meşələr kifayət qədər qədim klimaks ekosistemləri sayılır, burada qida maddələrinin
dövranı mükəmməllik dərəcəsinə çatmışdır, onlar az itirilir və mutalistik orqanizmlərlə və ağacların dərinə
getməyən (çox hissəsi havada yerləşən) güclü mikorizalı kök sistemi vasitəsilə tez bioloji dövrana qoşulur.
Məhz buna görə kasıb torpaqlarda sıx meşə örtüyü yaranır.
Tropikanın dağlıq rayonlarında dağ-yağışlı meşələri yerləşir, onlar düzənin yağışlı meşəsinin
növmüxtəlifliyi olub bəzi xarakterik əlamətlərinə görə fərqlənir. Dağ boyu yuxarı qalxdıqca meşə örtüyü alçaq-
boylu olur və epifitlər avtotrof biokütlənin böyük qismini təşkil edir.
Yağışlı meşələrin digər növ müxtəlifliyinə çay dərələrinin subasar sahələrində rast gəlinib «qalereya» və ya
sahil meşələri adlanır.
Mülayim qurşağın meşələrindən fərqli olaraq yağışlı meşələrdə heyvanların çox hissəsi bitki örtüyünün üst
yarusunda yerləşir. Belə ki, Qayananın 59 məməli heyvan növünün 31-i ağaclarda yaşayır. Ağacda yaşayan
məməlilərdən başqa yağışlı meşələrdə çoxlu buqələmun (xamelyon), iquana, hekkonlar, ağac ilanları,
qurbağalar və quşlara rast gəlinir.
Qarışqalar və düzqanadlılar, həmçinin gündüz kəpənəkləri və güvələr mühüm ekoloji rol oynayır.
114
Øÿêil 6.13. Bir neçə yaruslu Mərkəzi Amazon «Yağışlı meşə»
Belə ki, Barro-Kolorado rayonunun 15 km
2
sahəsində, 20000-dən artıq həşərat təsvir olunmuşdur, lakin
Avropanın bu qədər sahəsində onların sayı cəmi bir neçə yüzə çatır. Tropik meşələrin iri heyvanlarından ən
məşhurları meymunlar, yaquarlar, qarışqayeyənlər, ərincək, kaquar, insanabənzər meymunlar, kəl, Hindistan
fili, kondor, karol keçəl kərkəsi, tovuzquşu, tutuquşu və b. göstərmək olar. Heyvanların əsas qidası meyvə və
termitlərdir.
Yağışlı meşələr məhv edilən yerlərdə çox vaxt törəmə tipli ağaclıq yaranır, onların tərkibinə iynəyarpaqlı
cinslər (Afrikada – Musanga; Amerikada – Cecropia; Malaziyada - Macoranga) daxil olur. Törəmə tipli meşə
çox sıx olub ilkin meşəlikdən ekoloji və floristik baxımdan fərqlənir. «Klimaks» meşə örtüyü çox tədricən bərpa
olunur. «Klimaks» vəziyyətinə çatmaq üçün uzunmüddətli suksessiya tsiklləri tələb olunur. Bu prosesi
tezləşdirmək məqsədilə xüsusi meşəçilik tədbirləri həyata keçirmək lazımdır.
7.2. Şirinsulu ekosistemlər
115
Şirin sular kontinentin səthində çay, göl və bataqlıqlar əmələ gətirir. İnsan öz ehtiyacı üçün süni göllər və su
anbarları yaradır. Deməli, şirin sular axar və nisbi hərəkətsiz (durğun) vəziyyətdə ola bilər. Bəzi su hövzələri bir
vəziyyətdən digərinə keçə bilər. Bununla əlaqədar olaraq şirinsulu ekosistemlər aşağıdakılara bölünür:
- lentik (latınca: lentes - sakit) ekosistemlər. bura göllər, nohurlar, yəni durğun sular aiddir;
- lotik (latınca: Lotus – yuyucu, yuyulan) ekosistemlər. Bura çeşmələr, çaylar – axar sular daxildir;
- bataqlaşmış ərazilər, ilin mövsümləri üzrə səviyyəsi dəyişir. Bura marşlar və bataqlıqlar daxildir.
Şirinsulu ekosistemlər bütün ekosistemlərin olduqca kiçik hissəsini təşkil edərək aşağıdakı xüsusiyyətlərinə
görə insanlar üçün daim böyük əhəmiyyət kəsb edir:
1) Şirin sular praktiki olaraq məişət və sənaye ehtiyaclarını ödəmək üçün yeganə mənbə sayılır; 2) Şirinsulu
ekosistemlər tullantıları yenidən işləmək üçün ən əlverişli və ucuz sistem sayılır; 3) Suyun nadir termodinamik
xassəyə malik olaraq mühitin temperatur tərəddüdünü azaltmağa imkan verir.
Qeyd edildiyi kimi su mühitinin limitləşdirici faktorları, temperatur, şəffaflıq, axın, duzluluq və b. hesab
olunur. Suda yaşayan heyvanların əksəriyyəti stenoterm sayılır, ona görə də mühitin az da olsa, istilik
çirklənməsi onlar üçün təhlükəlidir. Su hövzələrində suyun şəffaflıq dərəcəsi həyat üçün çox vacib sayılır, bu
günəş işığının daxil olaraq fotosintez prosesinin mümkün olduğu dərinlik zonası ilə ölçülür. Şəffaflıq dərəcəsi
müxtəlif olub çox bulanlıq su hövzələrində bir neçə santimetr dərinlikdən, şəffaf dağ göllərində 30-40 metrə
çata bilər. Lotik ekosistemlərdə axım da mühüm limitləşdirici faktor olub orqanizmlərin yayılmasına, qaz və
duzların miqdarına təsir göstərir.
Su ekosistemlərində oksigenin konsentrasiyası da mühüm limitləşdirici faktor hesab olunur. Biogen duzlar-
dan nitratlar və fosfatlar da adətən limitləşdirici olur, bəzən kalsium və digər elementlərin çatışmazlığı hiss olu-
nur.
Ekoloji baxımdan və su hövzəsində tutduğu yerə görə su orqanizmlərini aşağıdakı təsnifata ayırmaq olar.
Dostları ilə paylaş: |