QƏRİb məMMƏdov, mahmud xəLİlov


partlayış» adlandırır. Tarixən belə «ekoloji partlayişlar» müşahidə olunmuşdur. XIX əsrdə  fitoftor



Yüklə 4,26 Mb.
Pdf görüntüsü
səhifə20/64
tarix21.04.2017
ölçüsü4,26 Mb.
#15061
1   ...   16   17   18   19   20   21   22   23   ...   64
partlayış» adlandırır. Tarixən belə «ekoloji partlayişlar» müşahidə olunmuşdur. XIX əsrdə  fitoftor göbələyi 

Fransada bütün kartof sahələrini məhv etmiş və aclığa səbəb olmuşdur. Kolorado böcəyi Amerikada Atlantik 

okeanına qədər yayılmış, XX əsrin başlanğıcında Qərbi Avropaya, 1940-cı illərdə isə Rusiyanın Avropa 

hissəsinə keçmişdir. Müharibənin sonrakı ağır illərində bu böcək Rusiyanın bütün tarlalarını «boşaltmışdır».  

  Bu  hadisənin qarşısını almaq üçün zərərvericilərin sayını süni yolla nizamlamaq tələb olunur. Lakin kənd 

təsərrüfatı praktikasında bu yol bəzən yaxşı nəticə vermir. Odur ki, insanı əhatə edən təbiətin sadələşdirilməsi 

ekoloji baxımdan təhlükəlidir. Bunu nəzərə alaraq bütün təbii landşaftları aqrotəsərrüfat landşaftına çevirmək 

olmaz, onun müxtəlifliyini qorumaq üçün toxunulmayan qoruq sahələri saxlanılmalıdır. Bu sahələr təbii 

qruplaşmaların suksessiya sıralarını bərpa etməkdə mühüm mənbə sayılır.    

 


 

133


Cədvəl 8.2 

 

Təbii və aqroekosistemlərin müqayisəli xarakteristikası 

 

Təbii ekosistemlər Aqroekosistemlər 

 

1 2 

Biosferin gedişində formalaşmış ilkin 

təbii elementar (sahə) vahidlər 

Biosferin insan tərəfindən transforma-

siyaya uğramış süni sadə vahidləri  

Populyasiyanın bir neçə növü üstünlük 

təşkil edən bir çox heyvan və bitki 

növlərindən ibarət mürəkkəb sistemlər  

Bir bitki və ya heyvan növünün 

üstünlük təşkil etdiyi sadələşmiş 

sistemlər. Onlar davamlı olmaqla 

biokütləsinin strukturu tezdəyişən 

(davamsız) olur 

Maddələr dövranında iştirak edən 

orqanizmlərin məhsuldarlığı onların 

uyğunlaşma xüsusiyyətləri ilə 

müəyyən edilir 

Məhsuldarlıq təsərrüfat fəaliyyətinin 

səviyyəsindən və iqtisadi, texniki 

imkanlardan asılı olaraq müəyyən edilir  

İlkin məhsul heyvanat tərəfindən 

istifadə olunur və maddələr 

dövranında iştirak edir. «istifadə», 

«istehsal»la eyni vaxtda baş verir 

Məhsul insanın tələbatını ödəmək üçün 

və mal-qaraya yem kimi toplanır. 

Müəyyən vaxt ərazidə canlı maddə sərf 

edilməyərək toplanır.  Ən yüksək 

məhsuldarlıq qısa vaxt ərzində inkişaf 

edir 

 

9.4. Sənaye-şəhər ekosistemləri (landşaftı) 



Şəhər və  sənaye müəssisələri ekosistemləri antropogen ekosistemə aiddir. Şəhərlərin yaranması  əsasən 

urbanizasiya ilə bağlıdır.  

Dünyada ilk şəhərlər Tibr çayı, sonralar isə Nil çayı boyu yaranmışdır. Bu şəhərlər birlikdə ticarətlə məşğul 

olmaq və düşməndən qorunmaq məqsədilə yaranmışdır. Tarixən ilk milyon nəfər  əhalisi olan şəhər Roma 

olmuşdur (Yuliya-Sezar dövründə, b.e.ə. 44-10 illər). Hazırda dünyanın ən böyük şəhəri Tokio sayılır (27 mln. 

nəfər).  

Şəhərlərin böyüməsi insanları get-gedə  təbiətdən uzaqlaşdırır. Orta əsrlərin  şəhər  əhalisi təbiətə yaxın 

olmuşdur. Müasir şəhərlərin landşaftı  dəyişdirilmiş – mədəni landşafta aid olub burada cəmiyyətin fəaliyyəti 

nəticəsində yaranan elementlər təbii landşafta nisbətən üstünlük təşkil edir. Şəhər landşaftı çox vaxt 

urbanizasiya landşaftı da adlandırılır.  

Abadlaşdırılmış şəhərlərdə daş, beton, asfalt üstünlük təşkil edir və daima təbii elementlərin nisbi azalması 

müşahidə olunur, bunun nəticəsində hava hövzəsinin vəziyyəti pisləşir.  

Şəhərlərdə aşağıdakı fəaliyyət göstərən zonalar ayrılır: yaşayış, sənaye, kommunal-anbar, xarici nəqliyyat, 

şəhərətrafı ərazi.  

Yaşayış zonası və ya seliteb zona – yaşayış rayonları, ictimai mərkəzlər (inzibati, elmi, tədris, tibbi, idman 

və s.) və ümumi istifadəli yaşıllıqlar üçün ayrılır. 

Yaşayış zonası küləkdöyən tərəfdən (üstünlük təşkil edən küləklər), həmçinin zərərli maddələrin mənbəyi 

olan sənaye və kənd təsərrüfatı sahələrindən çay axarı boyu (yuxarı) salınır.  

Şəhərlərin canlı zona ərazisinin  əsas struktur elementi mikrorayonlar sayılır. Mikrorayonların daxilində 

yaşayış binalarından başqa ilkin xidməti idarələr və müəssisələr də yerləşdirilir. Mikrorayonların ərazisi  magi-

stral yollar və yaşayış binaları ilə kəsişir.  

Böyük və çox böyük şəhərlərdə  əhalinin cəmləşməsi son illər çoxmərtəbəli evlərin tikilməsi və  əhalinin 

sıxlığının daha da artması ilə müşayiət olunur. Tikililərin sayının çoxalması xidməti müəssisələrin (o cümlədən 

məktəb və uşaq müəssisələrinin) ərazisinin, həmçinin yaşıl ağaclıqların sahəsinin azalmasına səbəb olur, yaşayış 

ərazilərinin düzgün fəaliyyətini pozur, bunun nəticəsində binaların yanında, yaşayış evlərində, mikrorayonların və 

kvartalların daxilində səs-küyün səviyyəsi yüksəlir.  

16 və daha yüksək mərtəbəli evlərdə yaşamaq xüsusilə böyük narahatlıq yaradır. Hazırda belə binalara Bakı 


 

134


şəhərinin bütün rayonlarında tez-tez rast gəlinir və onların sayı artmaqda davam edir.  

Yüksək binalar şəhərin nəqliyyat problemini daha da kəskinləşdirir. Belə ki, şəhərin mərkəzi hissəsində in-

zibati binaların sayı da artır, iş yerindən uzaqda yaşayan işçilərin iş yerinə gəlməsi də problem yaradır.  

Gigiyena mütəxəssisləri, inşaatçılar, iqtisadçılar, sosiologiya və estetika sahəsinin mütəxəssislərinin birgə 

səyi ilə  gələcəkdə hazırladığı layihələr  şəhərimizdə  həyat tərzinin pisləşməsinə deyil, yaxşılaşmasına zəmin 

yaratmalıdır.  



Sənaye zonası. Bu zonanın  ərazisində müxtəlif sahələrin sənaye obyektləri (metallurgiya, kimya, 

maşınqayırma, elektron və s.) və onlarla əlaqəli digər obyektlər yerləşir. Bu əraziətraf mühiti çirkləndirən əsas 

mənbə sayılır.  

Sanitar – mühafizə zonasının ölçüsü 3000 m tələb edən sənaye müəssisələri  şəhərdən və digər yaşayış 

məntəqələrindən kənarda yerləşdirilməlidir.  

Səhiyyə baxımından daha zərərli olan müəssisələr, partlayış  və yanğın qorxusu olan müəssisələr sənaye 

rayonunun yaşayış zonasından uzaqda və digər müəssisələrə nisbətən külək tutmayan ərazidə yerləşdirilməlidir.  

Sənaye rayonlarını rekonstruksiya etmək üçün aşağıdakılar nəzərə alınmalıdır: planlaşdırmanı qaydaya 

salmaq üçün və tikinti aparılan rayonda saxlanılan müəssisələr və yeni tikiləcək istehsalat obyektlərinin 

yerləşdirilməsi üçün ərazi ehtiyatlarının aşkar edilməsi; ərazi ehtiyatı olmayan kiçik və köhnəlmiş müəssisələr 

və obyektlərin, həmçinin yaşayış ərazisinə, qonşu müəssisələrə və ətraf mühitə mənfi təsir göstərən müəssisə və 

obyektlərin ləğv edilməsi; rayonda nəqliyyat  əlaqələrini qaydaya salmaq, az fəaliyyətdə olan əsas magistrala 

çıxan dəmir yollarının ləğv edilməsi; sənaye müəssisələrinin  ətraf  ərazisini abadlaşdırmaq və yaşıllaşdırmaq, 

ictimai və şəxsi nəqliyyat üçün dayanacaqlar təşkil etmək.  

Mühəndis kommunikasiyalarını iqtisadi baxımdan qənaətcil, faydalı  həll etmək, yük, təmir, energetik, 

nəqliyyat və digər təsərrüfat müəssisələrini ümumi qrup halında təşkil etmək məqsədilə hazırda sənaye 

müəssisələrini kompleksləşdirmək meyli müşahidə olunur. Texnoloji prosesləri, xammal bazalarını, məhsul və 

ya tullantıların qarşılıqlı utilizasiyasının birləşdirilməsi  əsasında müəssisələrin birləşdirilməsi daha 

məqsədəuyğun olardı. Sənaye müəssisələrinin ümumi ərazidə kompleks yerləşdirilməsi xüsusilə kimya 

sənayesində inkişaf etmişdir.  

Müəssisələrin qruplaşdırılmasında texnoloji əlamətlərlə yanaşı, bəzi səhiyyə göstəriciləri də  nəzərə 

alınmalıdır. Məsələn, bəzi kimyəvi müəssisələrin ərzaq (qida) məhsullarına təsiri nəzərə alınmalıdır. Aqressiv 

qaz və toz ayıran müəssisələr, fəhlələr və onların istehsal etdiyi məhsulları zərərli təsirlərdən mühafizə etmək 

üçün digər müəssisələrdən aralı olmalıdır.  

Atmosferə  zərərli maddələr ayıran sənaye kompleksləri və ayrı-ayrı müəssisələr elə yerləşdirilməlidir ki, 

hakim küləklər yaşayış zonasından sənaye komplekslərinə doğru yönəlsin.  

Səth sularını çirkləndirən sənaye rayonları (istehsal zonası) müəssisələri ilə birlikdə çayın axın 

istiqamətində yaşayış ərazilərindən və səhiyyə-kurort yerlərindən aşağıda yerləşdirilməlidir.  

Atmosferə ayrılan tullantıların yayılması (səpələnməsi) prosesini yaxşılaşdırmaq üçün müəssisələrin daha 

yüksək sahədə yerləşdirilməsi məqsədə uyğundur.  

Sənaye tərəfindən çirklənmiş meydançalara malik olan müəssisələr, çirkləndiricilərin leysan yağışları ilə 

yaşayış  ərazilərinə axmasının qarşısını almaq üçün yaşayış yerləri müəssisələrə nisbətən hündür sahələrdə 

salınmalıdır.  



Səhiyyə – qoruyucu zonası sənaye və nəqliyyat obyektlərinin ətraf yaşayış yerlərinə mənfi təsirini azalt-

maq üçün müəyyənləşdirilir.  

Səhiyyə-qoruyucu zonanın təşkili ətraf mühitin çirklənməsi ilə sanitar-texniki üsullarla mübarizəni istisna 

etmir və təmizləyici qurğularla təchiz olunmuş obyektlər yerləşən rayonlarda təşkil olunur.  

Səhiyyə-qoruyucu zonanın  ərazisində  və müəssisələr arasında mövcud yaşıllıqlar saxlanmalı  və onların 

sahəsi daha da artırılmalıdır. Səhiyyə-qoruyucu zonada və sənaye müəssisələri arasında qaza-toza dözümlü ağac 

cinslərindən istifadə olunmalıdır. Abşeron şəraiti üçün onlardan narıncı maklüra, daryarpaq iydə, xırdayarpaq 

qarağac, yapon saforası, yaşıl göyrüş, lələk, amerika ağcaqayını, kanada qovağı, şərq səlbi, oleandr, tobira pit-

tosporumu, yulğun və s. göstərmək olar.  

Sənaye obyektlərinin yaşıllıqlarındakı meyvə-giləmeyvə  ağac və kolların meyvə  və giləmeyvələrindən 

yalnız müəyyən təcrübələr apararaq ayrılan maddələrin bitkilərdə toplanmasını  təyin etdikdən sonra istifadə 

etmək olar. Belə ki, alüminium zavodunun tüstü atılan zonasında otarılan inəklərin südündə xeyli miqdarda 

flüor aşkar edilmişdir.  

Kommunal-anbarların yerləşdiyi zona – ticarət anbarlarının (ümumi, ixtisaslaşdırılmış  və s.), tərəvəz, 

kartof və meyvə anbarları; nəqliyyata xidmət edən (tramvay deposu, avtobus, trolleybus və taksimotor parkları, 



 

135


tədarük maşınları parkı); məişət xidməti müəssisələri (camaşır fabriki, kimyəvi təmizləmə fabriki); təkrar 

xammalın istifadəsi müəssisələri, maddi-texniki təchizat və s.  

Kommunal-anbar zonası yaşayış  ərazisindən aralı yerləşdirilir, imkan daxilində bu məqsədlə  sənaye 

müəssisələrinin səhiyyə-mühafizə ərazisindən istifadə olunur.  



Xarici nəqliyyat zonası. Bu zona nəqliyyat qurğularının yerləşdirilməsinə xidmət edir (sərnişin və yük 

stansiyaları, limanlar, gəmilərin yan alması üçün körpü və s.). 



Meşə-park və yaşıllıq zonası. Bu zona müasir şəhərlərdə yaşıl ağaclıqların başlıca sanitar-gigiyena, re-

kreasiya, quruluş-planlaşdırma, bədii dekorativ, estetik funksiyları daşıyır. 

Şəhər və digər yaşayış  məntəqələrində  ətraf mühitin mühafizəsi işində yaşıllıqların rolu əvəzedilməzdir. 

Yaşıllıqlar havanı nəqliyyat və sənaye müəssisələrinin buraxdığı zəhərli qazlardan və tozdan təmizləyir, havanın 

rütubətliyini artırır, küləyin sürətini zəiflədir, nəqliyyatın səs-küyünü azaldır, yayın qızğın vaxtlarında sərinlik 

yaradır. Bununla yanaşı, yaşıl xiyabanlar, bağlar, yolkənarı yaşıllıqlar, parklar, şəhər, qəsəbə və digər yaşayış 

məntəqələrinin abadlaşdırılması və memar-bədii tərtibatının mühüm elementlərindən biri sayılır.  

Yaşıl ağaclıqlar  şəhər  ərazisində mikroiqlimi yaxşılaşdırır, açıq havada istirahət üçün əlverişli  şərait 

yaradır, torpağın, binaların divarlarının, asfaltın hədsiz qızmasının qarşısını alır. Qızmar havada bağda 

kölgəlikdə açıq sahəyə nisbətən temperatur 7-8

0

C aşağı olur. Yay günü küçədə havanın temperaturu 30



0

C-dən 


yüksəkdirsə, mikrorayonun bağında termometr 22-24

0

C-ni göstərir. Belə bağda istirahət etmək nə qədər xoşdur.  



Ağaclar geniş çətirləri ilə, tratuar boyu salınan kollar küçələrin mikroiqlimini yaxşılaşdırır. Bir çox bitkilər 

fitonsid deyilən bioloji aktiv maddələr əmələ gətirir. Bu maddələr antibiotik xassəsi daşıyıb havadakı bir çox 

zərərli və  xəstəlik törədən mikrobları, virusları  məhv edir, bununla da havanı saflaşdırır.  Şam, ardıc, qovaq, 

cökə, tozağac, palıd, dəfnə, qaraçöhrə xəstəlik törədən virusları, mikrobları azvay (aloya), sarımsaq, soğan və 

istiotdan da tez məhv edir.  

Yaşıl yarpaqlar, çiçəkaçan bitkilərin gözəl ahəngdarlığı, onların  ətri, yarpaqların sakitləşdirici xışıltısı in-

sanda xoş sakitlik hissi yaradır, əsəb gərginliyini aradan qaldıraraq onun əhvali-ruhiyyəsini yaxşılaşdırır.  

1m

-2

 qazondan saatda 200 qrama qədər su buxarlanır. Bu havanı xeyli rütubətləndirir. Yayın qızmar 



günlərində qazonun yanındakı piyada yolda insanın boyu hündürlüyündəki havanın temperaturu asfalt 

örtüyündə  həmin hündürlükdəkinə nisbətən 2,5

0

C aşağı olur. Qazon külək tərəfindən gətirilən tozu özündə 



saxlayır.  

İsti yay günündə qızmış asfaltın və evlərin çardaqlarının dəmir örtüyündən isti havanın qalxan axını yaranır və 

xırda toz hissəciklərini yuxarı qaldıraraq havada uzun müddət qalır.  Şəhərin mərkəzində salınan köhnə parkın 

üzərində isə yarpaqların səthi asfalta və dəmir örtüklərə nisbətən xeyli sərin olduğu üçün havanın enən axını əmələ 

gəlir. Havanın enən axınını yarpaqlar özünə cəzb edir və toz yarpağın üstündə yığılır.  

Yaşıl ağaclar havadakı karbon qazını udmaqla yanaşı, həm də atmosferi dəm qazından təmizləyərək onun 

qatılığını təbii hala (0,00001%-ə) qədər endirir.  

Beləliklə, yaşıl ağaclıqlar mikroiqlimi yaxşılaşdırır, istilik rejimini dəyişir, havanı rütubətləndirir və 

təmizləyir, onu oksigenlə  zənginləşdirir və  xəstəlik törədici mikrobları  məhv edərək insanlara xoş  təsir 

bağışlayır.  

Keçmiş Sovetlər İttifaqının bir sıra şəhərlərində (Moskva, Minsk, Daşkənd, Donetsk, Novoçerkassk və b.) 

yaşıllaşdırma istiqamətində böyük işlər görülmüşdür. Bu yaşıllıqlarda əsas rolu təbii landşaftlar oynayaraq, süni 

yaşıllıqlarla gözəl ahəngdarlıq yaradılmışdır.  

Bakı  şəhərində, Abşeronda da gözəl tərtibatlı yaşıllıqlar salınmışdır. Onların demək olar ki, hamısı süni 

yaradılan yaşıllıqlardır. Aşağıda onların təsviri verilir.  

- Şəhər parkları. Bura aşağıdakılar daxildir:   

.. Nizami parkı 1880-1890-cı illərdə Bakının Qaraşəhər deyilən hissəsində salınıb. Hazırda parkda 30 

ədəddən artıq hələb  şamı qeydə aldıq. Onlar parkın  əsas sakinləri olub yaraşıqlı  və möhtəşəm gövdələri ilə 

seçilirlər. Boyları 18-20 m, diametrləri 40-48 sm təşkil edir. Diametrləri 60-84 sm olan tut ağacları da özlərini 

yaxşı hiss edir. Parkda olan lələk ağaclarının boyları 16-20 m, diametrləri isə 64-84 sm-dir. Yapon saforasının 

diametri 52 sm-dir. Bağda 1 ədəd at şabalıdı (h=13 m, d=42 sm), zeytun, birgöz, 1 ədəd yapon əzgili var.  



.. Zabitlər parkı 1930-cu ildə 3,1 ha sahədə salınıb. Əsas ağac cinsi daş palıddan ibarətdir.  

.. Dənizkənarı Milli park (bulvar) birinci hissəsi 1908-ci ildə Azneft meydanından Kukla teatrına kimi, II 

hissə 1931-32-ci illərdə Kukla teatrından Hökumət evi istiqamətində, III hissəsi isə 1938-ci ildə Azneft 

meydanından köhnə  «İnturist» mehmanxanasına qədər olan ərazidə salınaraq, zaman-zaman rekonstruksiya 

edilmiş, əsasən, ekzot ağac və kol cinslərindən istifadə edilmişdir.  



.. Dağüstü park, hazırkı Şəhidlər xiyabanı. 

 

136


.. Zığ parkı,  1930-cu ildə 50 ha sahədə salınıb. Zeytun, eldar şamı, nar, sərv,  əncir, püstə  ağaclarından 

istifadə edilmişdir.  



-  Şəhər bağları. Bura qubernator bağı (1850-1860-cı illər), Axundov bağı (1925), Malakan bağı (1900-

1910), dəmir yolu bağı (1880), Sabir, S.Vurğun, S.Qazıyeva, Montin, İliç, fontanlar və b. daxildir. Bu bağlar 

vaxtaşırı rekonstruksiya olunaraq, yeni ağac və kollar əlavə edilmişdir.  

- Səhiyyə-qoruyucu əhəmiyyətli meşə-parklar. Bu istiqamətdə işlər 1970-ci ildən sonra aparılmışdır. Bu-

ra Qaraşəhərlə 8-ci km arasında, Zığ zeytun plantasiyası, 8-ci km Bakıxanov qəsəbəsi – Qaraçuxur arasında 

salınan yaşıllıqları aid etmək olar.  

Bakı  şəhərinin  şimal hissəsində yerləşən Biləcəri yaşıllıqları, qanlı göl, badamdar, Şor göl və  Şıxov 

yaşıllıqları da meşə-park rolunu oynayır.  

- Şəhərətrafı meşə parkları. Bura Ceyranbatan gölü ətrafındakı və aeroport yanındakı meşə-parklar daxil-

dir.  


-Kurort meşə parkları. Bura Buzovna, Zaqulba və Bilgəhdə yerləşən 7 sağlamlıq ocaqları  ərazisində 

salınan yaşıllıqlar daxildir.  

Qeyd etmək lazımdır ki, Bakı şəhərində və Abşeron yarımadasındakı yaşıllıqlar qeyri-bərabər yerləşmişdir. 

Bu baxımdan şəhərin yaşıllıq salmaq mümkün olmayan, dar küçəli köhnə hissəsi daha kasatdır. Havaya çoxlu 

miqdarda toksik maddələr ayıran metallurgiya, kimya, neft-kimya və  sənayenin digər sahələrinin  ərazilərində 

yaşıllıq işlərinin aparılması daha çətindir. Belə müəssisələr Abşeronda,  əsasən, Qara şəhərdə, Sumqayıtda və 

Qaradağda yerləşir. Onların  ətrafında və  ərazilərində ilbəil salınan yaşıllıqlar demək olar ki, tamamilə  məhv 

olur. Belə ki, belə  şəraitdə  əkilən bitkilər havadan yerüstü orqanları ilə  və torpaqdan aldığı  zəhərli maddələr 

tərəfindən məhv edilir. Odur ki, yaşıllıqlar salarkən sənaye obyektlərinin yanındakı çirklənmiş sahələrin 

meşəbitmə şəraiti nəzərə alınmalı və əkindən qabaq müvafiq tədbirlər görülməlidir.  

Hazırda Abşeron və Bakıda salınan yaşıllıqlarla qısaca tanış olaq.  

- Zığ parkı – dənizə yönələn alçaq təpəli relyeflə  səciyyələnir və  Əhmədli yaylası  şimal tərəfdən  əsən 

küləkdən bu ərazini qoruyur. Burada salınan zeytun bağları çox gözəl nəticə verməsinə baxmayaraq, onlar hissə-

hissə məhv edilərək, yerində xüsusi tikintilər salınır.  

-  Şıxov parkı sahəsində  dənizə yönələn özünəməxsus amfiteatr yaranır və  şimal küləyindən qorunur. 

Dənizdən  əsən cənub küləyi zamanı hava yodla, mineral duzlarla zənginləşir ki, o da amfiteatrın  ərazisində 

(parkda) saxlanılır. Badamdar yaylası  şəhərdən gələn səsin və  şimal küləyinin qabağını alır, eyni zamanda 

şəhərdən gələn sənaye çirkləndiricilri, parka daxil olmasının qarşısını alır.  Ərazinin yaşıllaşdırılması başa 

çatdıqda  Şıxov parkı  Şıx yamacının Xəzərə baxan amfiteatrında «Dostluq» parkı  və Bayıl yamaclarının 

yaşıllıqları ilə birlikdə vahid cənub-qərb yaşıl qurşağını yaradacaq. Hazırda Xəzərin səviyyəsinin qalxması ilə 

əlaqədar dəniz kənarındakı yaşıllıqların bir hissəsi quruyur və yerində qamışlıqlar yaranır.  

Bayıl yamacları  və «Dostluq» parkı yaşıllıqlarında  əsasən eldar şamından, qismən həmişəyaşıl sərvdən 

istifadə edilmişdir. Bibi-heybət (Şıxov) qəsəbəsinə yönələn dik yamacın (35-45

0

) cənub cəhətində süxur 



qırıntıları, iri qayalıqlar arasındakı yaşı 100-dən artıq olan 5 ədəd püstə ağacı diqqəti cəlb edir. Ağacların boyu 

4-5 m, diametri 24-32 sm-dir. Ağaclar bol meyvə gətirir. Bu ağaclar yəqin ki, keçmişdə salınan püstə bağının 

yadigarlarıdır. Səhranı xatırladan bu yamacda tək-tək yovşana, qanqala, kəvərə  və efemerlərə  təsadüf olunur. 

Maraqlıdır, sahədə tək-tək püstə yeniyetmələrinə də təsadüf olunur. Lakin onlar qoyunlar tərəfindən məhv edilir. 

Yayın qızmarında qoyunlar bu ağacların altında kölgədə daldalanır. Bu isə torpaq qatının yuyulmasına və 

qayalığın səthə çıxmasına səbəb olmuşdur.  



-  Şəhriyar parkı (köhnə Dzerjinski) şəhərin sıx  əhali yerləşən massivində idman qurğuları kompleksi 

ərazisində salınmışdır. Əhalinin ən çox gəzinti və istirahət yeri hesab olunur. Parkda eldar şamı üstünlük təşkil 

edir. Böyük qruplarda zeytun ağacları yaxşı nəticə vermişdir, lakin onlar suvarılmadığı üçün bir qədər solğun, 

sıxıntılı görünür. Sərv və şam ağacları suvarılmasa da, alçaq boylu olmasına baxmayaraq, öz görkəmini saxlayır. 

Aylant və yapon saforası ağacları görkəmsiz olmaları ilə yanaşı, həm də qurumağa doğru gedir. Şam ağacları 

altında pittosporum kolları olduqda cazibədar görünür. Bağın aşağı girəcəyində fəvvarənin yanında yoğunluğu 

70 sm olan geniş çətirli daş palıd ağacı bağa yaraşıq verir. Onun yaxınlığında bağın mikroçökək hissəsində lələk 

və aylant ağacları quruyur, iydə və yulğun kolları isə yaraşıqlı görünür. Burada bir kökdən qoşa duran boyu 13-

14 m, diametrləri 24-28 sm olan ekvaliptlər öz gözəllikləri ilə seçilir. Stadiondan Çaparidze heykəlinə doğru 

Azadlıq prospektinə  qədər parkda yalançı sabun ağacı, lələk, qarağac üstünlük təşkil edir, tut və maklüra 

ağacları da çox əkilmişdir. Lakin bu ağacların heç biri özünü doğrultmur, onlar suvarılmadıqda solğun görünür, 

göbələk xəstəliyinə tutulduğundan ağacların qurumaqları müşahidə olunur. Sonralar sərv ağacları müdaxilə 

edildiyindən xiyabanın görkəmində canlanma görünür.      


 

137


Azadlıq prospektindən Semaşko xəstəxanasına doğru 50 m enində xiyaban eldar şamı, zeytun, sərv 

ağaclarından ibarət olub çox yaraşıqlı görünür. Xiyabanda tut, maklüra, lələk olan sahələrdə ağacların quruması 

və seyrəlməsi müşahidə olunur.  

Bütün bunlar göstərir ki, Şəhriyar parkında və ondan ayrılan xiyabanda tədricən rekonstruksiya işləri apara-

raq, əsasən həmişəyaşıl ağac növlərindən (şam, sərv, zeytun, daş palıd, evkalipt, yapon əzgili, sidr və s.) istifadə 

edilməlidir.  



- Ceyranbatan gölü ətrafında 1954-cü ildən başlayaraq 300 ha-dan artıq sahədə qoruyucu meşələr 

salınmışdır. Apardığımız tədqiqat işləri göstərdi ki, bu məqsədlə əsasən eldar şamı, yaşıl göyrüş, şabalıdyarpaq 

palıd və  sərvdən istifadə olunmuşdur. Həmçinin lələk, tut, gilənar, zeytun, ağcaqayın, mantar palıdı,  ərik, 

qarağac, badam, saqqızağac, qovaq, ağ akasiya, yulğun, birgöz, naz, nar, şaftalıdan istifadə edilmişdir. Qeyd 

edək ki, çox vaxt ağacların qarışdırılmasında onların bioloji xüsusiyyətləri nəzərə alınmamışdır. Son illər su-

varma aparılmadığından ağacların çoxunda quruma müşahidə olunur. Bu baxımdan eldar şamı, sərv, palıd, 

saqqız, naz daha dözümlüdür.  

- Qanlıgöl meşə parkı, gölün şimal və şimal-qərb hissəsində salınmışdır. Lakin hazırda bu yaşıllıqlar hissə-

hissə  qırılıb yerində tikinti işləri aparılır. Burada ilboyu yaşıllığın mal-qaraya otarılması  nəticəsində  ağaclar 

məhv olmağa doğru gedir.  

- Neftayırma zavodu (NBNZ) ilə 8-ci kilometr qəsəbəsi arasında yaşıllıq Əhmədli yaylasının yaşıllıqları 

ilə geniş massiv yaradır. Bu böyük yaşıllıq massivi böyük səhiyyə-gigiyena  əhəmiyyəti daşıyır. 8-ci kilometr 

yaşayış massivini, Qara şəhəri bir neçə neftayırma və neft-kimya zavodlarının zərərli təsirindən qoruyur.  

Hazırda bu böyük yaşıllıq massivi demək olar ki, başlı-başına buraxılıb, onun çox hissəsində suvarma 

aparılmadığından ağaclarda quruma müşahidə olunur. Suvarmanın aparılmaması nəticəsində ən çox qovaq, to-

pulqa, akasiya, ərkivan ağacları quruyub sıradan çıxır, göyrüş, itburnu, zeytun, qarağac, birgöz, oleandr da su-

suzluqdan solur, tədricən onlarda quruma müşahidə olunur. Safora və zeytun qurumasa da yarpaqları xırdalaşır, 

bürüşür və görkəmini itirir. Eldar şamı  və  sərv bütün ağac növlərindən daha dözümlü olduğunu göstərir və 

suvarılma dayandırıldıqda belə, öz həyatiliyini saxlayır. Qeyd edək ki, bu yaşıllıqlar da hissə-hissə məhv edilir 

və yerində müxtəlif tikintilər salınır.  

-  Qaraçuxur  qəsəbəsi rayonunda meşə-park 8-ci km qəsəbəsindəki yaşıllıqlarla birləşərək Bakı  şəhərinə 

geniş panorama yaradır. Lakin bu yaşıllıqlar da hissə-hissə məhv edilərək, yerində müxtəlif tikinti işləri aparılır 

və sahəsi get-gedə azalır.  


Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin