Bioloji ritmlərin pozulması hər şeydən əvvəl gündüz işığının müddətini uzadan və ümumi həyat ritmini
dəyişən süni işıqlandırma saylıır. Çox vaxt ritmlər asinxron olub xəstəliklərin əmələ gəlməsinə səbəb olur.
Həyat tempinin artması, informasiyanın çoxluğu, arasıkəsilməz streslər yuxunun pozulmasının tez-tez baş
verməsinə səbəb oldu. Yuxunun pozulmasında ən çox yuxusuzluğa rast gəlinir. Belə pozğunluq çətin yuxuya
getmə, tez-tez oyanma və ya yuxunun qısa müddət olmasıdır. Bunun əksinə xarakterli əziyyət narkolepsiyaya
məruz qalan xəstələrdə müşaidə olunur. Narkolepsiya qarşısıalınmaz yuxu tutmaları ilə təzahür edən xəstəlikdir.
İnfeksion xəstəliklərdən (malyariya, epidemik ensefalit və b.) sonra kəllə-beyin travmalarında, habelə beyin
şişlərində təsadüf edilir. Tutmalar hər cür şəraitdə (küçədə, söhbət zamanı, yemək yedikdə, gəzdikdə, xüsusilə
sakit şəraitdə) gözlənilmədən baş verir. 1-30 dəq. davam edir, xəstə özü, yaxud yüngül təsirdən ayılır. Gediş
əsasən xronikidir. Yuxunun digər pozuntusundan gecə apnoesini göstərmək olar. Bu nəfəsalmanın müvəqqəti
dayanması olub, dilin kök hissəsinin və boğazın əzələlərinin zəifləməsi nəticəsində ayılma və səciyyəvi xorultu
ilə müşayiət olunur. Bu xəstəliyin səbəblərindən biri çox vaxt köklük hesab olunur.
Bütün canlı varlıqlar kimi insan da Günəşdən asılıdır. Günəş şüası görmə analizatoru vasitəsilə insanı məkanda
istiqamətləndirir, mərkəzi sinir sisteminin vəziyyətinə təsir göstərir. İşıq orqanizmdə fotokimyəvi proseslərə, həyatın
sutkalıq ritminə, maddələr mübadiləsinə və s. təsir göstərir.
Ultrabənövşəyi şüalar dəriyə təsir göstərərək, yerli və ümumi reaksiyaya səbəb olur: dəri qızarır, endokrin
vəzilərin fəaliyyəti güclənir, orqanizmin reaktivliyi dəyişir. Günəş işığının təsiri ilə orqanizmdə «D» vitamini
yaranır.
Günəş radiasiyasının çoxluğu və azlığı sağlamlığa mənfi təsir göstərir. İşıq çatışmazlığının uzun müddət
davam etməsi bir sıra xəstəliklərin baş verməsinə səbəb olur, vərəm və ürək-damar xəstəliklərinin müalicəsini
çətinləşdirir. Günəş radiasiyasının izafiliyi zamanı immunitet zəifləyir, bədxassəli şişlərin yaranması təhlükəsi
artır.
İstilik, rütubətlik və işığın əmələ gətirdiyi müxtəlif birləşmələr hava kütlələrinin axınına, atmosfer
təzyiqinə, elektrik hadisələrinə, yəni iqlim yaradaraq, hava amilləri vasitəsilə canlı orqanizmə təsir göstərir
(Məmmədov, Suravegina, 2000).
İnsan üçün ən əlverişli şərait 40-60% rütubətlik, havanın 18-20
0
temperaturudur. Təmiz hava kifayət qədər
143
oksigenə malik olduğundan insanda şən əhvali-ruhiyyə, fəal iş qabiliyyəti yaradır.
Hava insana həm hərtərəfli, həm də ayrı-ayrı komponentləri vasitəsilə təsir göstərir. Barometrik təzyiqin
tərəddüdü qanın oksigenlə doymasını aşağı salır və sinir çıxıntılarını mexaniki şəkildə qıcıqlandırır.
Külək dəri reseptorlarını qıcıqlandırmaqla sinir sistemini həyəcanlandırır, xəstə adamlarda qanaxma
çətinliklə dayanır.
Müəyyən edilmişdir ki, havanın kəskin dəyişməsi havadakı ionların və müəyyən yükə malik olan
molekulların nisbətini dəyişir. Mənfi ionlar sağlamlığa müsbət, müsbət ionlar isə neqativ təsir göstərir. Mənfi
ionlarla zəngin olan mühitdə, məsələn sürətli su axını olan yerin yaxınlığında tənəffüs etdikdə havanın
rahatlayıcı, sakitləşdirici təsiri hiss olunur.
Elektrik cihazları ilə dolu olan müsbət ionlarla zəngin mühitdə isə nəfəs aldıqda adam özünü pis hiss edir,
baş gicəllənməsi, yuxululuq, beyində tormozlanma hiss olunur.
Əhalinin allergiyaya tutulması insanın immunitet sisteminin zəifləməsi (orqanizmin davamlığının aşağı
düşməsi) və təsirinə hələ adaptasiya olunmamış süni çirkləndiricilərin təsiri ilə əlaqədardır. Bunun nəticəsində
insanda bronxial-astma, dərman allergiyası, örə xəstəliyi, revmatizm, qurdeşənəyi (dəri vərəmi) və b. inkişaf
edir.
Allergiya – orqanizmin allergen adlanan hər hansı bir maddəyə qarşı həddən artıq həssaslığı və ya
reaksiyası ilə müəyyən edilir.Orqanizmə görə allergenlər xarici (ekzoallergenlər) və daxili (autoallergenlər)
olur. Ekzoallergenlər infeksion (xəstəliktörədən və xəstəlik törətməyən mikroblar, viruslar və s.) və qeyri
infeksion (mənzil tozu, heyvanların tükü, yunu, bitkinin tozcuğu, dərman preparatları, digər kimyəvi maddələr –
benzin, xloramin və b. həmçinin qida məhsulları – ət, tərəvəz, meyvə, giləmeyvə, süd və b.) olur.
Parça qırıqları, yanıq zamanı, şüanın təsiri, donuşluq və digər təsirlər autallergen ola bilər. Son zamanlar
ətraf mühitin çirklənməsi ilə əlaqədar allergiya genişlənib.
Onkoloji xəstəliklərin artımı. Onkoloji xəstəliklər şişlərin əmələ gəlməsi ilə baş verir. Şişlər
yenitörəmələr olub, toxumaların izafi patoloji inkişaf edərək artmasıdır. Onlar xoş xassəli olub ətrafdakı
toxumalara sıxlaşdırıcı təsir göstərir və bəd xassəli olub (xərçəng kimi) cücərərək ətrafdakı toxumalara keçir və
onları dağıdır. Damarları dağıdaraq onlar qana keçir və bütün orqanizmə yayılır, bu metastaz adlanır.
Onkoloji xəstəliklər insan orqanizminə konserogen maddələrin, şişəmələgətirən viruslar və ya güclü
şüalanmanın (ultrabənövşəyi, rentgen, qamma-şüalanma) təsiri nəticəsində baş verir. Konserogenlər kimyəvi
birləşmələr olub orqanizmdə ona təsir göstərərkən xoş və bəd xassəli yenitörəmələr əmələ gətirmək
qabiliyyətinə malikdir. Təsir xarakterinə görə onlar üç qrupa bölünür: 1) yerli təsir edən; 2) orqanotrop, yəni
ayrı-ayrı orqanı zədələyən; 3) çoxlu təsir, şişləri müxtəlif orqanlarda əmələ gətirir. Konserogen maddələrə bir
sıra tsiklik karbohidrogenlər, azotlu rəngləyicilər və s. aiddir. Onlar sənaye tullantıları ilə çirklənmiş havada,
tütün tüstüsündə, daş kömür qatranı və qurumunun tərkibində olur. Bir çox konserogen maddələr orqanizmə
mutagen təsir göstərir. İqtisadi cəhətdən inkiaşf etmiş ölkələrdə xərçəng xəstəliyindən ölüm halları ürək-damar
xəstəliklərindən sonra ikinci yerdə durur.
İzafi çəkili (kök) adamların sayının artması çox yeməklə, qidanın rasionu və ritmi və aşağı fiziki
aktivliklə əlaqədardır. Bununla yanaşı, populyasiyada əksinə olaraq astenik tiplər (arıq, zəif) də artır, belə
tendensiyaya az rast gəlinir. Hər iki hal bir sıra patogen nəticələrə səbəb olur.
Vaxtından qabaq doğulmuş (fiziki yetişməmiş) uşaqların artması genetik aparatda baş verən
pozuntularla və dəyişən mühitə adaptasiya ilə əlaqədardır. Fizioloji yetişməzlik, güclü transformasiyaya məruz
qalan mühitlə kəskin disbalansın nəticəsindədir. Bunlar digər nəticələrə də, o cümlədən akselerasiya və insanda
boyun artmasında digər dəyişkənliyə də səbəb ola bilər.
Akselerasiya – bədənin ölçülərinin artması və daha erkən yaşlarında cinsi yetişkənliyin olması deməkdir.
Bunun əsas səbəbi həyat şəraitinin yaxşılaşması, ilk növbədə yaxşı qidalanmaqdır.
Akselerasiya uşaqların psixi və fiziki inkişafının tezləşməsində təzahür olunur. Bizim dövrümüzdə yaşlı bir
adam 100 il əvvəlkinə nisbətən 10 sm hündürdür. Cinsi yetişmə tempində də tezləşmə müşahidə olunur.
Akselerasiya sosial şəraitin və qidalanma xarakterinin dəyişməsi, əhalinin miqrasiyası, irqlərin və millətlərin
qarışma imkanlarının artması ilə bağlıdır. Aşağıdakı fiziki faktorların təsiri də ehtimal olunur: günəş aktivliyinin
dəyişməsi; radiasiya fonunun yüksəlməsi; radio və televiziya şəbəkəsinin artması ilə əlaqədar atmosferin
elektromaqnit tərəddüdü ilə doyması.
İnfeksiya (yoluxucu) xəstəliklər – Malyariya, hepatit, BUÇ və bir sıra digər xəstəliklərə tutulan adamların
sayı böyük rəqəmlərlə hesablanır. Bir çox tibb mütəxəssisləri bu xəstəliklərə qarşı mübarizədə «qalib» gəlmək
deyil, yalnız müvəqqəti uğurlar qazanır. İnfeksiya xəstəliklərinə qarşı mübarizənin tarixi olduqca qısadır, ətraf
mühitdə baş verə biləcək dəyişikliklər (xüsusən şəhər mühitində) xəstəliklərə qarşı əldə edilən uğurları heçə
144
çıxara bilər. Elə buna görə də infeksiya səbəblərinin «qayıtması» viruslar arasında qeydə alınır. Bir çox viruslar
təbii əsasdan «qoparaq» yeni mərhələyə keçir və insan məskunlaşdığı mühitdə yaşamaq qabiliyyətinə malik olur
– qrip, xərçəngin virus formaları və digər xəstəliklərin törədicisinə çevrilir. BUÇ də belə formada ola bilər.
Abioloji meyl dedikdə insanın aşağıdakı həyat tərzi xüsusiyyətləri başa düşülür: hipodinamiya, siqaret
çəkmə, alkoqolizm, narkomaniya və b. bir çox xəstəliklərin (köklük, xərçəng, ürək xəstəlikləri və s.) baş
verməsinə səbəb olur.
Beləliklə, insanın sağlamlığı və xoşbəxtliyi bir sıra problemlərin (ekoloji, tibb, iqtisadi, sosial və b.), hər
şeydən öncə isə, dünyada və ayrı-ayrı regionlarda əhalinin sıxlığı, şəhər və kənd yerlərində yaşayış mühitinin
pisləşməsi problemlərinin həllindən asılıdır.
10.5. Genetik faktorlar və onların insan sağlamlığına təsiri
Ətraf mühitin rolu nə qədər çox olsa da, insanın sağlamlığı üçün irsiyyətin insan sağlamlığında əhəmiyyəti
təyinedicidir. Başqa risk faktorlarından insan qaçına bilər, irsiyyət isə onun taleyi, qədir-qiymətidir.
Genotip insanın morfofunksional quruluşunu, bu və ya digər əsəb və psixi proseslərin üstünlüyünü, bu və
ya başqa xəstəliklərə meyilli olmasını və s.-ni determinasiya edir. İnsanın irsiyyətində həm də «həyatilik» olub,
özündə fərdlərin nəsilvermə və uzunömürlülük qabiliyyətini əks etdirir. Məhz bu xassəyə görə necə deyərlər
«uzunömürlülük paradoksu» aydınlaşdırılır, belə ki, hətta üzvlərində və toxumalarında bir çox patomorfoloji
pozuntuların olmasına baxmayaraq, bəzi adamlar uzun ömür sürür və yüksək iş qabiliyyətinə malik olur.
İnsanın quruluşu ən çox onun üstünlük təşkil etdiyi tələbatı, yaşayış tərzi, qabiliyyəti, arzusu, alkoqol və
digər zərərli vərdişlərə meyilliyi və s. ilə determinasiya olunmuşdur.
Valideyn (ata-ana, baba) tərəfindən uşağa irsi keçən genotip bir çox nəsilləri həyatı boyu formalaşdırır.
Onlara çoxlu saylı mühit faktorları (fiziki, kimyəvi, bioloji, sosial və b.) təsir göstərir. Təsir obyektinə görə
onları üç qrupa bölmək olar:
1. Bir sıra sonrakı nəsillərə təsir. Bu halda ətraf mühitin vəziyyəti, coğrafi faktorlar, milli, dini, etnik və
ailə adətləri, ənənələr və s. böyük əhəmyyət daşıyır.
2. Gələcək nəsillərin (valideynlərin) xromosomlarına təsir. Gələcək nəsillərin həyat tərzi başlıca
əhəmyyət daşıyır, belə ki, məhz həyat tərzi cinsi toxumaların xromosomlarına və rüşeymə (embriona) yaxşı və
mənfi təsir bağışlayır.
3. Daxili bətn inkişaf dövründə rüşeymin (embrion) xromosomlarına təsir. Gen aparatı xüsusən erkən
embrion inkişafı mərhələsində tez təsirə məruz qalır, bu vaxt genetik proqram orqanizmin əsas fəaliyyət
sisteminin təməli qoyulma şəklində həyata keçirilir.
Neqativ faktorların sayının və intensivliyi təsirinin artması irsi xəstəliklərin çoxalmasına səbəb olur. İrsi
pozuntular çox vaxt gələcək valideynlərin, hamilə qadının həyat tərzindən asılı olur. Qadın hamiləlik dövründə
çox vaxt bir sıra neqativ təsirlərə məruz qalır, bu isə dölün normal inkişafını pozur. Bura aşağıdakılar aiddir:
hərəkət aktivliyinin kifayət qədər olmaması, həddindən artıq yemək, sosial, peşəkarlıq və məişət xarakterli psixi
yüklənmə, zərərli vərdişlər və s.
Genetik faktorlardan asılı olan bütün xəstəlikləri, şərti olaraq üç qrupa bölmək olar.
1. Birbaşa təsirli irsi xəstəliklər (o cümlədən anadangəlmə), bu zaman uşaq pozuntu əlamətləri ilə
(hemofiliya, daltonizm, fenilketonuriya, daun xəstəliyi və b.) doğulur.
2. Xarici faktorların təsiri vasitəsilə olan irsi xəstəliklər: maddələr mübadiləsinin pozulmasının bəzi
növləri (məs., şəkər diabetinin bəzi növləri), psixi pozuntular və s.
3. İrsi meyilliklərlə bağlı xəstəliklər: ateroskleroz, hepertoniya xəstəliyi, ürəyin işemiya xəstəliyi,
bronxial astma və b.
İrsi patologiyanın strukturunda 2-ci və 3-cü qrupa aid olan xəstəliklər, yəni həyat tərzi, gələcək
valideynlərin sağlamlığı və anaların hamiləlik dövrü ilə bağlı olan xəstəliklər üstünlük təşkil edir.
Beləliklə, insanların sağlamlığının təmin olunmasında irsi faktorların böyük rolu şübhə doğurmur. Bununla
belə, ağıllı-şüurlu həyat tərzi onların insan sağlamlığına neqativ təsir riskini azalda bilər.
10.6. Ətraf mühitin vəziyyəti və onun insanın sağlamlığına təsiri
Ümumdünya Səhiyyə Təşkilatına görə insan sağlamlığı – yalnız xəstəlik və fiziki çatışmazlığın olması
deyil, o insanın tam fiziki, mənəvi və sosial rifahı ilə təyin olunur.
Tibbi-bioloji tədqiqatlarda sağlamlığın qiymətləndirilməsində fiziki inkişaf göstəricilərdən istifadə edilir.
Orqanizmin funksiyası əqli (zehni) və fiziki iş qabiliyyəti göstəriciləri ilə, adaptasiya ehtiyatları isə
145
biokimyəvi, hermonal immunitet statusları göstəriciləri ilə qiymətləndirilir. Xəstəlik göstəricisi xəstəliklərin
yayılmasını əks etdirir. Bu, il ərzində xəstəliklərin sayını 1000-ə vuraraq əhalinin orta sayına nisbəti ilə
müəyyən olunur.
Məlum olduğu kimi, «ətraf təbii mühit» anlayışı təbii və antropogen faktorların məcmusunu təşkil edir.
Təbii faktorlar – ərazinin iqlim, geoloji və bioloji xüsusiyyətlərinin insana təsirini səciyyələndirir.
V.P.Protosova (2000) görə məişət-mənzil şəraiti, geyim, qidalanma, su ilə təmin olunma, xidmət sferi
strukturunun inkişaf dərəcəsi, istirahətlə təmin olunma və ondan istifadə etmək vasitəsilə insana təsir göstərir.
Sosial-iqtisadi sistem (tərz) insana sosial-hüquq vəziyyəti, maddi təmin olunma, mədəniyyət və təhsilin
səviyyəsi vasitəsilə təsir göstərir.
Antropogen faktorlar və insanın təsərrüfat fəaliyyəti çox vaxt insanın özünə, onun həyat şəraitinə və
sağlamlığına neqativ təsir göstərir.
BMT-nin 1972-ci ildə Stokholmdakı konfransında qəbul etdiyi deklarasiyasında deyilir ki, insan eyni
zamanda öz mühitinin məhsulu və yaradıcısı olub, ona həyatı üçün fiziki əsas, ruhən əqli, mənəvi, ictimai
inkişafına imkanlar yaradır. Beləliklə, bəşəriyyətin rifahı-firavanlığı və insanların əsas hüququnu həyata
keçirmək (o cümlədən yaşamaq hüququ) üçün iki aspekt təbii mühit və insanın özü yaratdığı mühit mühüm
əhəmiyyət kəsb edir.
İnsan həyata qədəm qoyduğu vaxtdan daima həyat uğrunda, təbiətin əlverişsiz şəraiti ilə, təbii fəlakətli
faktorlara qarşı mübarizə aparmaq ehtiyacı ilə qarşılaşmışlar.
Əmək alətlərinin hazırlanması mədəniyyətinə yiyələnməklə, qida ərzaq istehsal etməklə, yurd salmaqla
insan özünü mühitin əlverişsiz faktorlarından xeyli dərəcədə təcrid edə bildi. Bu zaman insanın tələbatı getdikcə
artaraq istehsalın genişləndirilməsi və intensivləşdirilməsi tələb olunurdu. İnsan özünün əzələ enerjisindən
getdikcə az istifadə etməklə təbii materiallardan və enerji mənbələrindən daha çox istifadə etməyə başlayır. Belə
vəziyyət, bir tərəfdən insanı xeyli dərəcədə bir çox risk faktorlarından uzaqlaşdırsa da, digər tərəfdən yenilərini
törədir.
Ətraf mühit fiziki, kimyəvi, iqlim, bioloji və digər parametrləri ilə bioloji növlərin təkamülü baxımından
nisbətən mühafizəkardır. Onun dəyişmə sürəti insan yaranana qədər canlı orqanizmlərin yeni mühitə (şəraitə)
uyğunlaşmasına macal tapırdı. İnsan peyda olduqdan sonra isə vəziyyət dəyişirdi. İnsan təbiətə uyğunlaşmaqdan
daha çox özü onu dəyişdirməyə başladı. Bununla belə, bu cür dəyişdirilmənin sürəti ilbəil artmaqda davam edir.
İnsan fəaliyyətinin ona müsbət effektləri olsa da, mənfi nəticələri daha çox aydın görünməyə başlayır. Bu
neqativ nəticələr təbii resursların tükənməsi, təbii komponentlərin çirklənməsi (su, hava, torpaq, biotanın),
ozon təbəqəsinin dağılması, iqlimin qlobal istiləşməsi və s. kimi təzahür olunur.
Təbiəti dəyişdirmək istiqamətində insan fəaliyyəti onun üçün nisbətən yeni həyat şəraitinin yaranmasına
səbəb oldu: yeni «ikinci təbiət» - insan tərəfindən süni yaradılan və onun köməyi ilə saxlanılan süni su
hövzələri, əkin sahələri, meşə əkinləri və s. və insan tərəfindən yaradılan təbii həyatla analoqu olmayan süni
dünya – şəhərlər, binalar, asfalt, beton, sintetika və s. meydana gəldi.
Bunun nəticəsində insanı əhatə edən təbii və süni mühit o qədər tez dəyişməyə başladı ki, insan orqanizmi
bu dəyişilmələrin çoxuna adaptasiya olunmağa belə macal tapa bilmir. Bu isə xəstələnmənin strukturunda
dəyişmənin yaranmasına və kütləvi şəkildə yeni xəstəlikləin əmələ gəlməsinə səbəb oldu.
Bu vəziyyətdən çıxmaq üçün insan və təbiət arasında birgə təkamül yaratmaq, yəni insan fəaliyyətinin ətraf
mühiti dəyişdirmə sürəti və miqyasını elə nizamlamaq lazımdır ki, insan (və digər orqanizmlər) məskunlaşdığı
yerin dəyişməsinə uyğunlaşmağa macal tapsın.
XX əsrin 70-ci illərində Ümumittifaq Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə müxtəlif ölkələrdə
qarışıq kontinentlərdə insanın vəziyyəti 50-60%-i iqtisadi təminolunma və həyat tərzindən, 18-20%-i ətraf
mühitin vəziyyətindən, 20-30%-i isə tibbi xidmətin səviyyəsindən asılıdır.
L.Q.Melnik və N.S.Vladimirova (1991) xəstəliklərə görə iş yerinin itirilməsi üzrə mövcud statistik
materialların təhlili əsasında bu nəticəyə gəlirlər ki, əhalinin sağlamlığının pisləşməsinin 43-45%-nə havanın
çirklənməsi səbəbkardır.
A.N.Sısin adına RAMN Elmi-Tədqiqat insan və ətraf mühitin gigiyenası İnstitutunun məlumatına görə,
Rusiyada şəhər əhalisinin yalnız 15%-i atmosferin yol verilən səviyyədə çirkləndiyi ərazidə yaşayır. Digər
faktorlarla yanaşı, bu hal orqanizmin oksigenlə təmin olunma defisitliyinə gətirib çıxarır (ən çox uşaqlarda), bu
isə orqanizmin bütün sisteminin, xüsusilə immunitet sisteminin fəaliyyətinə təsir göstərən kəskin və xroniki
xəstəliklərin səviyyəsini təyin edir.
146
Şəkil 10.1. Yaşayış mühitinin dəyişməsi və insanın sağlamlıq vəziyyəti
Sənaye mərkəzlərinin əhalisinin ümumi xəstəliklərinin 20-30%-i atmosferin çirklənməsi ilə bağlıdır.
Əsas sənaye müəssisələrinin ətraf mühitə əlverişsiz təsiri əhalinin sağlamlıq vəziyyətini əks etdirir.
Cədvəl 10.2
Sənaye müəssisələri tərəfindən ətraf mühitin çirklənməsi və insanın sağlamlığının pozulması
(İ.P.Gerasimova görə, 1979)
Çirkləndiricilər
İnsanın sağlamlığının pozulması
1 2
İstilik elektrik stansiyaları
Tərkibində
sərbəst
silisium-oksidi və
praktiki olaraq bütün
metalları, o cümlədəən
arsen, vanadium,
civə, qurğuşun olan
toz, kül
Ağciyərlərin havanın təmizlənmə qabiliyyəti və həcmi
azalır, göz və yuxarı nəfəs yollarının selikli qişasını
zədələyir. Orqanizmdə silisium-dioksidin toplanması,
silikoz. Ağciyər və bağırsaq xərçəngindən ölüm
hallarının çoxalması.
Dərinin qıcıqlanması və zədələnməsi. Zəhərlənmə.
Mədə-bağırsaq yolunda, ağciyərlərdə və dəridə arsen
duzlarının adsorbsiyası. Yuxarı nəfəs yollarının selikli
qişasının qıcıqlanması. Tonzillit, farinqit, rinit
xəstəliklərinin çoxalması. Hemoqlobinin azalması.
Dəri örtüyünün qıcıqlanması. Saclarda arsenin
miqdarının artması
Qurum tərkibində
Ağ ciyər xərçəngi xəstəliklərini artırır
Атмосфер
щавасынын
чирклянмя-
си (кимйя-
ви, биоло-
жи)
Ичмяли
суйун вя
рекреасийа
тяйинатлы
суйун чирк-
лянмяси
(кимйяви,
Селитеб
яразидя
торпаьын
чирклянмя-
си (кимйя-
ви, биоло-
жи, радио-
Ионлашма
шцаланма-
сы
Инсан саьламлыьынын вя-
зиййятиня тящлцкя вя йа онун
писляшмяси
147
1 2
qətran maddələri, o
cümlədən benza-pirin
olur
Kükürd anhidridi,
kükürd oksidi
Orqanizmdə ümumi zəhərlənmə baş verir: qanın
tərkibi dəyişir, nəfəs orqanlarının zədələnməsinə səbəb
olur, infeksiyaya meyillik artır, maddələr mübadiləsi
pozulur, uşaqlarda arterial təzyiq yüksəlir, paranqit,
bronxit, bronxopnevmaniya, rinit, rinofarangit,
emfizema, astma, allergiya reaksiyası, yuxarı nəfəs
yollarının və qan dövranı sisteminin kəskin
xəstələnməsi.
Qısamüddətli çirklənmə zamanı – gözün selikli
qişasının qıcıqlanması, yaşaxma, nəfəsalmanın
çətinləşməsi, baş ağrıları, ürəkbulanma, qusma.
Ümumi xəstələnmənin və ölüm hadisəsinin artması.
Yorğunluq, əzələ gücünün zəifləməsi, huşsuzluğun
artması, ürəyin fəaliyyət qabiliyyətinin azalması
Azot oksidləri
Ağciyər və nəfəs yollarının kəskin qıcıqlanması,
onlarda iltihab proseslərinin, metemoqlobinin əmələ
gəlməsi, qan təzyiqinin aşağı düşməsi
Atom elektrik stansiyaları
Stronsium-89 və 90.
Sezium-134, yod-129,
kobalt-60, marqans-54
və 56, tretium, maqne-
zium, natrium-24,
xrom, mis-64, sili-
sium-31, fosfor-32,
barium, skandium, ar-
sen-76. Termal
çirklənmə (suda )
Genetik cəhətdən qeyri-spesifik bədxassəli yeni
törəmələrin yaranma xəstəliklərinin artması. Xroniki
təsir zamanı – əsəb fəaliyyətinin, cinsi vəzilərin
funksiyasının, mədə-bağırsaq yollarının, nəfəs
orqanlarının, ürək-damar sistemi fəaliyyətinin
pozulması
Qara metallurgiya kombinatları
Karbon oksidi, kükürd
anhidridi, toz, azot
oksidləri, hidrogen-
sulfid, ammonyak
Uşaqlarda yuxarı
nəfəs yollarının kataraktı,
ağciyərlərin iltihabı, bronxit, konyunktivit, larinqit,
tonziblit, rinit, fiziki inkişafın və sağlamlığın ümumi
vəziyyətinin pisləşməsi, xəstəliyin artması
Karbohidrogenlər, o
cümlədən benz (a) pi-
ren
Ağciyər xərçəngi xəstəliyinin və ondan ölüm hallarının
artması
Piridin, benzol,
naftalen, fenol
Qan sisteminə və mərkəzi əsəb sisteminə güclü
qıcıqlandırıcı və ümumi zəhərləndirici təsirin təzahürü,
yuxarı nəfəs yollarının, gözün selikli qişasının, dəri
örtüyünün qıcıqlanması
Marqans aerozolu
Əsəb sisteminin pozulması, pnevmaniya xəstəliyinin
artması. Beyin qabığında, subtalamik sahədə və palli-
dar sistemdə morfoloji dəyişikliklər. Pnevmaniya,
respirator xəstəlikləri
Xrom oksidi aerozolu
Ağciyər xərçəngi xəstəliyi və ondan ölüm halları, nəfəs
yollarının xroniki iltihabı, traxeit, xroniki bronxit
xəstəliyinin çoxalması. Qan sisteminə təsiri. Ürək-
damar sisteminin fəaliyyətinin pozulması
|