QƏRİb məMMƏdov, mahmud xəLİlov


Kükürd tərkibli birləşmələr. Hidrogen-sulfid (H



Yüklə 4,26 Mb.
Pdf görüntüsü
səhifə25/64
tarix21.04.2017
ölçüsü4,26 Mb.
#15061
1   ...   21   22   23   24   25   26   27   28   ...   64

 

Kükürd tərkibli birləşmələr. Hidrogen-sulfid (H

2

S) – rəngsiz qaz olub, xarakterik iyə malikdir. O, vul-

kan qazlarında, həmçinin bitki və heyvan zülallarının parçalanma prosesində bakteriyaların təsirindən  əmələ 

gəlir. Hidrogen-sulfid kükürd tərkibli kömürün kokslaşdırılması, təmizlənməmiş kükürdtərkibli yağların 

rafinadlaşdırılması proseslərinin, karbon-sulfid, viskoz ipəyi istehsalının  əlavə  məhsulu hesab olunur. Rusiya 

şəhərlərinin hava hövzəsinə hidrogen-sulfid sellüloz-kağız, koks-kimya, metallurgiya, neft və qaz emalı, neft-

kimya, həmçinin sintetik lif zavodlarından daxil olur.  

Hidrogen-sulfid kəskin, xoşagəlməz lax yumurta iyinə malikdir. Maksimal birdəfəlik YVK iybilmə hüdudu 

ilə təyin olunub 8 mkq/m

3

-dur. ÜST tərəfindən hidrogen-sulfidin miqdar normativi 30 dəq.-də 7 mkq/m



3

 tövsiyə 

edilir. Lakin bir qədər uzun vaxt təsiri – 24 saat ərzində daha mülayim normativ – 24 saat ərzində 150 mkq/m

3

 



tövsiyə olunur.  

Atmosfer havasında hidrogen-sulfidin insanın sağlamlığına təsiri müxtləif olub – xoşagəlməz hissiyyatdan 

ağır zədələnməyə  qədər müşahidə oluna bilər. Belə bir faciəli hadisə Meksikanın Posa-Rika şəhərində baş 

vermişdir. Burada 1950-ci ildə kükürdün bərpası zavodunda çıxan qazın yandırılması sistemində baş verən qəza 

nəticəsində atmosferə külli miqdarda hidrogen-sulfid atılmışdır. Yanmayan qaz atmosfer inversiyası şəraitində 

yaşayış  qəsəbəsinin  ərazisinə çatmış  və 3 saat ərzində  xəstəxanaya yerləşdirilən 320 adamdan 22-si həyatını 



 

163


dəyişmişdir.  Ən çox zədələnmə simptomu iybilmə duyğusunun itirilməsi olmuşdur. Qəsəbədə atmosfer 

havasında olan hidrogen-sulfidin miqdarı haqqında məlumat yoxdur. Lakin ÜST-nin ekspertlərinin fikrinə görə, 

çoxlu ölüm hadisəsi göstərir ki, hidrogen-sulfidin konsentrasiyasının 1 mln. mkq/m

3

 olması ehtimal edilir.  



Hidrogen-sulfidin gözün yaş toxumalarına bilavasitə qıcıqlandırıcı təsiri nəticəsində «qazlı göz» adlı məlum 

olan keratokonyuktivit xəstəliyi inkişaf edir. Hidrogen-sulfidin inhalyasiyası (nəfəs alma) zamanı yuxarı 

tənəffüs yolları  qıcıqlanır və daha dərində yerləşən strukturları  zədələyir. Hidrogen-sulfidin çox yüksək 

konsentrasiyası (450 mkq/m

3

-a qədər) zamanı  əhali xoşagəlməz iy, ürək bulanması, yuxunun pozulması, 



gözlərin yanması, öskürək, baş  ağrısı  və  iştahanın pozulmasından  şikayətlənirdi. Hidrogen-sulfidin yüksək 

konsentrasiyasının təsiri ağciyərlərin şişməsi inkişafına səbəb ola bilər.  



Karbon-sulfid (CS

2

). Bu qazın atmosfer havasına atılma mənbələri süni lif instehsalı müəssisələri (Rusiya-

da 26 belə müəssisə vardır) və koks-kimya zavodları hesab olunur.  

Karbon-sulfid dəriyə  və selikli qişaya güclü qıcıqlandırıcı  təsirə malikdir, ferment sisteminə, vitamin 

mübadiləsinə, lipidlərə, endokrin və reproduktiv sistemlərə  də  təsir göstərir.  İyinin (qoxusunun) hüdudu 200 

mkq/m

3

 təşkil edir, yəni o, birdəfəlik maksimal YVK-nı (30 mkq/m



3

) 7 dəfə ötdükdə hiss olunur.  

Karbon-sulfidin istehsalat şəraitində uzun müddətli təsiri damarlı aterosklerotik dəyişkənliyə  səbəb olur. 

Karbon-sulfidin yüksək konsentrasiyasının təsirinə 10 ildən artıq müddətdə məruz qalan fəhlələr arasında ölüm 

hadisəsinin artması aşkar edilmişdir.  

Karbon-sulfidin təsir indikatoru onun sidikdə olan miqdarı sayılır. Süni (kimyəvi) lif müəssisələri (və koks-

kimya zavodu) yaxınlığında yaşayan uşaqların sidiyində karbon-sulfidin yüksək miqdarda toplanması müəyyən 

olunmuşdur.  



 

Digər maddələr. Stirol (vinilbenzol) – Atmosfer havasına plastmass, sintetik kauçuk, texniki rezin 

məmulatı tullantıları, həmçinin avtomobil nəqliyyatının atıntıları, otağın havasına isə polimer materiallarının 

destruksiyası zamanı daxil olur. Stirolun şəhərlərin atmosfer havası ilə daxil olması 6 mkq; sitirol tullantıları 

mövcud olan şəhərlərin havası ilə – 400 mkq; otağın havası ilə – 6-1000 mkq; içməli su ilə – 2 mkq; 20 siqaretin 

çəkilməsi ilə – 400-600 mkq təşkil edir.  

Atmosfer havasında stirolun aşağıdakı normativləri müəyyən edilmişdir: orta sutkalıq YVK 2 mkq/m

3



maksimal birdəfəlik YVK 40 mkq/m



3

; ÜST Avropa Bürosunun tövsiyəsi ilə 30 dəqiqəyə 70 mkq/m

3

.  


İri kimya istehsalı olan şəhərlərin havasında stirolun ortaillik konsentrasiyası normativ ölçüsünü keçir. 

Rusiyanın  ərazisində atmosfer havasında stirolun yüksək miqdarına 2 mln. adam, o cümlədən 2-3 mkq/m

3

 

konsentrasiyalı havaya 0,6 mln., 4-5 mkq/m



3

 konsentrasiyaya 1,1 mln.,                6-7 mkq/m

3

-a 0,2 mln., 10 



mkq/m

3

-dan yüksək konsentrasiyaya isə 0,1 mln. adam məruz qalır (Reviç və b, 2004).      



Stirol ümumi toksik təsirli zəhərdir, o, qıcıqlandırıcı mutagen və konserogen effektə malik olub, çox 

xoşagəlməz qoxusu vardır (iybilmə hissiyyatı hüdudu – 70 mkq/m

3

). Xroniki intoksikasiyası zamanı fəhlələrdə 



mərkəzi və periferik sinir sistemi, qanəmələgətirən sistem, həzm traktı zədələnir, azot-zülal, xolestrin və lipid 

mübadiləsi, qadınlarda reproduktiv funksiya pozulur. Stirol orqanizmə  əsasən inhalyasiya yolu ilə daxil olur. 

Burun, göz və udlağa stirolun buxarı və aerozolu düşdükdə onları qıcıqlandırır.  

Hidrogen xlorid (HCl). Ətraf mühitə xlortərkibli bitki tullantıları, o cümlədən xlortərkibli bitki mühafizəsi 

vasitələri, sellüloz-kağız kombinatları, kondensator istehsalı, kimya-metallurgiya və zibilyandıran zavodların 

tullantıları ilə daxil olur.  

Hidrogen-xloridin yüksək konsentrasiyasının təsiri zamanı  aşındırıcı qoxu peyda olur, göz və yuxarı 

tənəffüs yollarının qıcıqlanması hiss olunur, yüksək konsentrasiyalı qazşəkilli HCl və xlor suyu, bəzi halda ek-

zemaya keçən kəskin dermatit yarada bilər.  

Hidrogen-xloridin uzun müddətli təsiri yuxarı  tənəffüs yollarının katarına, dişlərdə  qəhvəyi ləkələrin və 

eroziyanın, burunun selikli qişasının izharına, bəzən deşilməsinə səbəb olur. HCl-un 15 mq/m

3

 konsentrasiyası 



yuxarı tənəffüs yollarının və gözlərin selikli qişasını zədələyir.  

Ammonyak (NH

3

). Bu qaz spesifik çirkləndirici maddələr qrupunda liderlik edir. Amonyak havaya metal-

lurgiya müəssisələrinin, mineral gübrələr və digər kimyəvi istehsalın tullantıları ilə daxil olur. Onun ortasutkalıq 

YVK-sı 40 mkq/m

3

  və maksimum birdəfəlik YVK 200 mkq/m



3

  təşkil edir. Ammonyakın daha yüksək 

konsentrasiyası mineral gübrələr istehsal olunan müəssisələr yerləşən şəhərlərin havasında aşkar edilmişdir. Ru-

siya  şəhərlərinin havasının kimya istehsalı ilə çirklənmə  səviyyəsi digər ölkələrlə müqayisədə yüksəkdir. Ru-

siyada yüksək konsentrasiyalı ammonyaklı çirklənmiş hava şəraitində 1,3 mln., o cümlədən 50-80 mkq/m

3

 kon-



sentrasiyada 0,8 mln., 90-120 mkq/m

3

-da 2,6 mln., 180-200 mkq/m



3

 NH


3

 konsentrasiyasında 0,3 mln. adam 

yaşayır.  


 

164


Ammonyakın göstərilən istehsalatların fəhlələrinə uzun müddətli təsiri zamanı onlarda xroniki bronxit 

inkişaf edir.  



Metilmerkaptan.  Bu maddə  başlıca olaraq sellüloz-kağız sənayesi müəssisələri tullantılarında olur. Bu 

müəssisələr yerləşən yaşayış  məntəqələrində metilmerkaptan uşaqların sağlamlığına neqativ təsir göstərməsi 

aşkar edilmişdir. Uşaqlarda əsasən tənəffüs orqanları, dəri xəstəlikləri və otit müşahidə olunur. Bəzi şəhərlərdə 

bəzən qadınlarda reproduktiv funksiyanın pozulması qeydə alınır. Göstərilən müəssisələrin çirklənmə zonasında 

yaşayan, lakin orada işləməyənlərdə toksikozların sayı kontrol qrupa nisbətən 2 dəfə çoxdur.  

Fenol (C

6

H

5

OH). Fenolun ətraf mühitə düşməsinin əsas mənbələri metallurgiya və koks-kimya zavodları, 

fenolformaldehid qətranı, kley, müxtəlif plastiklər, dəri və mebel sənayesi hesab olunur. Atmosfer havası ilə 

fenolun orqanizmə daxil olması havada onun konsentrasiyası 200 mkq/m

3

 olduqda 4 mq/sut., hisdə qurudulmuş 



qida ilə – 2 mq/sut. və içməli su ilə (300 mkq/l kensentrasiyada) – 0,6 mkq/sut. təşkil edir. Çəkisi 70 kq olan 

adam üçün fenolun orta sutkalıq dozası 100 mkq/kq bədəninin kütləsi qədər təşkil edir.  

Fenol sinir sistemini zədələyir, ağız, burun-udlaq, yuxarı tənəffüs yollarının selikli qişasına, mədə-bağırsaq 

traktına qıcıqlandırıcı  təsir göstərir, qusma, baş  ağrıları, başgicəllənməsi, tərləmək, yuxunun pozulması, ürək 

döyüntüsü əmələ gətirir. Fenol dəriyə, tənəffüs yolları və  mədə-bağırsaq traktı tərəfindən tez hopur, sonra isə 

böyrəklərdə və qaraciyərdə toplanır.  

ABŞ-ın Gigiyena Əmək Assosiasiyasının tövsiyəsinə  əsasən fəhlələrin sidiyində fenolun miqdarı  iş 

gününün sonunda 250 mq/q kreatini keçməməlidir.  

Fenol içməli suya çirkab suların mənbəyindən daxil olur və  ya  su  kəməri sistemində  işlədilən polimer 

materiallarından miqrasiya edir.  



Formaldehid, qarışqa aldehidi (CH

2

O) – kəskin iyli rəngsiz qazdır. Formaldehidin emissiya mənbələri 

kimyəvi və metallurgiya zavodları, tikinti materialları  və polimerlər istehsalı, mebel fabrikləri, avtomobil 

nəqliyyatının işlənmiş qazları hesab olunur.  

Yeni tikilmiş mənzillərdə formaldehidin miqdarı 160-240 mkq/m

3

-a çatır və yüksək konsentrasiya bir neçə 



il ərzində qalır. Daima siqaret çəkilən mənzillərdə formaldehidin miqdarı 100 mkq/m

3

-a çatır.  



Formaldehidin insan orqanizminə sutkalıq daxil olması atmosfer havası ilə – 0,02; yaşayış  və ictimai 

binalarından – 0,5-2,0; su ilə 0,2; qida ilə – 1,5-14; 20 ədəd çəkilən siqaretlə – 1,0 mq təşkil edir. Formaldehid 

ümumi toksik təsirli olub, qıcıqlandırıcı, allergik, mutagen və konserogen (2A qrupu) təsirə malikdir. O, digər 

kimyəvi konserogenlərin, qismən benz(a)pirenin əmələ gətirdiyi konserogenezi gücləndirir.  



Vinilxlorid (CH

2

=CHCl). Zəif xloroform iyli rəngsiz qazdır, keyidici narkotik maddədir. Havada az miq-

darda olduqda insanın başı gicəllənir, çox olduqda isə insan şüurunu tamam itirir, çəng olur və  dərin yuxuya 

gedir.  

Vinilxlorid mühitə üzvi sintez müəssisələri, polimer materialların istehsalı, tullantıları ilə daxil olur. 

Dünyada vinilxloridin tullantıları təxminən ildə 3000 tona çatır.  

Vinilxlorid orqanizmə toksik-immun təsir göstərərək mərkəzi sinir sisteminin pozulması, damarların 

patologiyası, sümük sisteminin zədələnməsi, birləşdirici toxumaların sistemli zədələnməsi, immun dəyişməsi, 

şişlərin inkişafı şəklində təzahür olunur. O, yalnız kanserogen deyil, həm də mutagen, embriotoksik və teratogen 

təsirə malikdir. Fəhlərlərdə qaraciyərdə angiosarkom və hemanqiosarkomun inkişafı, beyində neftroblastom, 

neyroblastom və digər bədxassəli yeni törəmələr, ağciyərdə alveolyar şişlər, mədədə adenokarsinom, süd 

vəzilərində karsinoma, birləşdirici toxumalarda müxtəlif  şiş növləri qeydə alınmışdır. Yüksək konsentrasiyalı 

vinilxloridin uzun müddətli təsiri ilə əlaqədar sənaye fəhlələrinin ömrünün kəskin qısalması qeydə alınmışdır.  



Ftalatlar. Son illər bu toksik maddələrdən geniş istifadə olunduğundan onlara diqqət artmışdır. Ftalatlar 

sintetik polimerlərdən müxtəlif qab-qacaqlar, oyuncaqlar, tibb avadanlıqlarının (qanın köçürülmə sistemi) 

hazırlanmasında plastifikator kimi, həmçinin lak, parfyumeriya, həşəratlara qarşı repellentlər istehsalında 

istifadə edilir. Bu maddələr həm bilavasitə daxil olduqda, həm də hava və  dəri vasitəsilə düşdükdə insanın 

bağırsağında asan absorbsiya olunur. Ftalatların təsir indikatoru kimi onun sidikdə miqdar göstəricisindən 

istifadə olunur. Ftalatlar ətraf mühitin çirklənməsinin və əhalinin sağlamlığına təsirinin qiymətləndirilməsi üzrə 

ABŞ-ın Milli Proqramına daxil edilmişdir. Bu tədqiqatların məlumatına görə, aşağı  gəlirli və  təhsili aşağı 

səviyyədə olan şəxslərin sidiklərində ftalatların sintetik materiallardan hazırlanan qablardan daha çox istifadə 

etməsi ehtimalı ilə aydınlaşdırılır.  

Radon (Ra) -  Radonun başlıca mənbəyi torpaq, tikinti materialları və yeraltı mənbədən olan sular hesab 

olunur. Quruda onun fon konsentrasiyası 10 Bk/m

3

  təşkil edir. Bk – bekkerel – radioaktivlik ölçüsü olub, 1 



dəqiqə ərzində radioaktiv parçalanmanın sayıdır, 1 Bk 1 saniyə ərzində bir radioaktiv parçalanmaya uyğun gəlir. 

Radonun mənzilə  əsas daxil olma yolu – binanın özülünün (bünövrəsinin) altından onun infiltrasiya 



 

165


olunmasıdır, o, özüldə olan çat və yarıqlarla, həmçinin zirzəmi və divarlardan sızılaraq keçir. Mənzilin daxilində 

radonun konsentrasiyası adətən açıq sahədəkindən yüksək olur, odur ki, insan orqanizminə onun əsas hissəsi, 

havası yaxşı təmizlənməyən mənzillərdə daxil olur. Radon mənzillərdə tikinti materiallarından, dağ süxuru və 

qruntdan hazırlanmış döşəmə, divar və tavandan, həmçinin mənzildəki materiallarından, sudan və yandırılan 

yanacaqdan toplanır. Radonun miqdarı tikinti materiallarının xassəsindən və  ərazinin geoloji xüsusiyyətindən 

asılıdır. Radonun konsentrasiyası, xüsusən havası yaxşı  dəyişilməyən evlərin birinci mərtəbəsində kürsülü və 

zirzəmi mənzillərdə yüksək olur. Rütubətlik radonun ayrılmasını artırır. Belə şəraitdə yaşayan insanların başlıca 

olaraq ağciyərlərinin şüalanma dozası yüksək olur. BMT-nin atom radiasiyasının təsiri üzrə Elmi Komitəsinin 

məlumatına  əsasən çoxmənzilli beton binalarda, ayrıca tikilmiş beton evlərdə, kərpic və taxtadan tikilmiş 

çoxmənzilli və tək binalarda radonun konsentrasiyası orta hesabla 50, 130, 20, 30 və 10-30 Bk/m

3

-a çatır, bu isə 



fon göstəricidən (10 Bk/m

3

) xeyli artıqdır. Əhalinin radonla və onun törəmə məhsulları ilə inhalyasiya hesabına 



şüalanma dozası əksər hallarda digər təbii və süni mənbələrdən ümumi şüalanma dozasının 50%-ni təşkil edir. 

Təbiətdə radona başlıca olaraq iki əsas izotop – radon – 222 (uran – 238-in parçalanma məhsulunun  əmələ 

gətirdiyi radioaktiv sırasının üzvü) və radon – 220 (torium – 232-nin parçalanma məhsulu) şəklində rast gəlinir. 

Radon – 222, radon 220 ilə müqayisədə 20 dəfə artıq şüalanma dozasında iştirak edir.  

Açıq havada radonun miqdarının sutkalıq tərəddüdü 1-dən 100 Bk/m

3

 arasında olur, həm də yüksək 



təzyiqdə və açıq (buludsuz) havada, xüsusilə gecə və səhər saatlarında onun konsentrasiyası maksimuma çatır. 

Atmosfer havası hesabına radon 13%-ə qədər daxil ola bilər.  

Mənzil daxilində radonun miqdar səviyyəsi binanın altındakı qruntun növündən, evin və tikinti materialının 

tipindən, mərtəbədən, ventilyasiyanın mövcudluğundan, mənzildə döşəmənin hündürlüyündən və s. asılıdır.  



Radonun əhalinin sağlamlığına təsiri. MAİR-in verdiyi qiymətə əsasən radon I qrup kanserogenə aiddir. 

Əsas kanserogen təsir 

α - aktiv törəmə palonium 

214


Po və polonium 

218


Po-dən baş verir. Bu parçalanma 

məhsulları çox xırda bərk hissəciklərdə möhkəmlənə  və beləliklə, ağciyərlərdə çöküntü verə bilər.  İstehsalat 

şəraitində radonun təsiri nəticəsində ağciyərlərdə xərçəngin inkişafı riski Çexoslovakiya, ABŞ, Kanada, İsveç, 

Fransa, Böyük Britaniya, Norveç, Çin və Avstraliyada müxtəlif  əhali qrupları arasında aparılan tədqiqatlarla 

təsdiq edilmişdir. Habelə 68000 nəfər dağ-mədən işçiləri arasında ağciyər xərçəngindən 2700 ölüm hadisəsi 

qeydə alınmışdır. Ağciyər xərçəngi xəstəliyinin çox olması ilk dəfə Almaniya və Çexiyada havada radonun 

yüksək miqdarı  şəraitində  işləyən mədən  şaxtaçıları arasında qeydə alınmışdır. Ölüm hadisələrinin 50%-dən 

çoxunun (60-80%) səbəbi ağciyər xərçəngi olmuşdur. Bu xəstəlik faktiki olaraq, gözləniləndən 30-50 dəfə artıq 

olmuşdur. Ağciyər xərçəngindən ölənlərin yaşı əsasən 50-55-i keçmir, çoxları isə daha cavan yaşlarında – 40 

yaşında dünyasını dəyişmişdir.   

Radonla  şüalanmanın insan sağlamlığına təsiri üzrə  tədqiqatlar Rusiyada S.P.Vereyko (1998) tərəfindən 

əvvəllər uran müəssisələri yerləşən Lermontov şəhərində (Stavropol ölkəsi) və O.A.Makarov (2000) tərəfindən 

uranmolibden yataqlarının mədəni üzərində tikilmiş Çita vilayətinin Oktyabrsk qəsəbəsində aparılmışdır. Ler-

montovda yüksək səviyyəli təbii  şüalanmadan başqa, insanın sağlamlığına, həm də  əvvəllər uran emalı 

müəssisələrin də peşə  fəaliyyəti təsir göstərir. 1970-ci ildə burada şəhər salarkən, yüksək radioaktivli tikinti 

materiallarından, o cümlədən uran istehsalı müəssisələrinin tullantılarından istifadə olunmasının,  şüalanmanın 

cəm dozasının yüksəlməsində iştirakı da istisna edilmir. Lermontovda yerin səthində radon axınının sıxlığı orta 

dünya qiymətindən təxminən 15 dəfə yüksəkdir. Radonun ən yüksək konsentrasiyası  əsasən yerli tikinti 

materialından tikilən xüsusi evlərdə aşkar edilmişdir (qazşəkilli radonun orta konsentrasiyası 1082 Bk/m

3

 təşkil 



etmişdir). Beləliklə, şəhər əhalisinin şüalanma dozası müəyyən olunmuş normativi xeyli keçir.  

1958-ci ildən 1998-ci il daxil olmaqla Lermontov şəhərində ölüm əmsalı 3 dəfə yüksəlmşdir. Kişilər 

arasında ölüm göstəricisi qadınlara nisbətən xeyli yüksəkdir, həm də  ağciyər və  mədə  xərçəngindən ölüm 

hadisəsinin çox olması müəyyən edilmişdir. Lermontovda ağciyər xərçəngindən ölüm hadisəsinin Stavropol 

ölkəsinin ümumi əhalisindən 2 dəfə artıq olması statistik təsdiq edilmişdir. Burada qadınlar arasında süd vəzi 

xərçəngindən, kişilərdə isə prostat vəzi xərçəngindən ölüm əmsalı yüksəkdir.  

Digər radontəhlükəli yaşayış məntəqəsi – Çita vilayətinin Oktyabr qəsəbəsində radonun konsentrasiyası 400 

Bk/m


3

-dan yüksək olan mənzillərin sakinlərində tənəffüs orqanları (xroniki bronxit), ürək-damar sistemi (hiper-

toniya xəstəliyi, ateroskleroz), sinir sistemi, sümük-əzələ sistemi (artrit, artroz, osteoxondroz) xəstəlikləri, re-

produktiv sağlamlığın pozulması, uşaqların inkişafının morfogenetik variantlarına 2 dəfə çox rast gəlinir.  

Əhalinin radonun təsirindən mühafizə olunması  zəruriliyi onun vurduğu iqtisadi ziyanı qabaqcadan 

müəyyənləşdirmək və həyata keçirməyi qiymətləndirməklə təyin olunur. ABŞ-da yaşayış mənzillərini radondan 

mühafizə etmək tədbirləri 20 milrd. dollar təşkil edir. V.F.Demininin (1998) hesablamalarına görə Ruisya şəraiti 

üçün radonun 1 Zv səviyyəsində adambaşına təsiri 20 min dollar qiymətləndirilir (Zv – zivert- şüalanma 



 

166


dozasını səciyyələndirir). Bu ədədə əsaslanaraq şüalanmadan əhaliyə dəyən ziyan Rusiyada ildə 15 mld. dollara 

çatır.  


Ən çox ziyan yaşayış mənzillərində radonun mövcudluğu və insanların tibbi müayinə zamanı aldığı doza ilə 

əlaqədardır. Əhalinin radiasiya mühafizəsini optimallaşdırmaq üçün məhz bu mənbələr mühüm obyektlər hesab 

edilməlidir. 


 

167


XII FƏSİL 

 

KİMYƏVİ MADDƏLƏRLƏ ÇİRKLƏNMƏ VƏ ONUN ƏHALİNİN SAĞLAMLIĞINA TƏSİRİ 

 

Kimyəvi maddələrin canlı orqanizmlərə zərərli təsir göstərmə qabiliyyəti zəhərlilik adlanır. Hələ XVI əsrdə 

Parasels qeyd etmişdir ki, bütün maddələr zəhərlidr, onların zəhərliliyini yalnız  doza (konsentrasiya)  təyin 

edir. Bunu orqanizm üçün həyati zəruri hesab edilən mikroelementlərin (dəmir, mis, sink, kobalt, selen və b.) 

misalında aydın görmək olar. Bu göstərilən maddələrin orqanizmə kifayət qədər daxil olmaması anemiya, kar-

diomiopatiya və digər xəstəliklərin inkişafına səbəb ola bilər. Lakin onların izafi dərəcədə daxil olması toksiki 

(zəhərlilik) effekt yaradır.  

Davamlı toksik birləşmələrin siyahısı  hələlik tam müəyyənləşdirilməyib.  İlkin varianta 64 maddə, o 

cümlədən  12 davamlı üzvi çirkləndiricilər (DÜÇ) aid edilib dövlətlərarası Stokholm Konvensiyasına daxil 

edilmişdir. Bu konvensiyada bir sıra kimyəvi maddələrin (bəzi pestisidlər, PXB (polixlorbifenil) də daxil olmaq-

la) istehsalı və istifadəsinin ləğv edilməsi (qadağan olunması) üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutu-

lur.  


Təklif olunan davamlı toksik birləşmələrinin (DTB) siyahısına aşağıdakılar aiddir:  

 



Pestisidlər: aldrin, xlordan, DDT, dieldrin, eldrin, heptaxlor, mireks, toksafen, heksaxlorsikloheksan 

(lindan); 

 

Sənaye maddələri: heksaxlorbenzol, PXB; pentaxlorfenol, ftalatlar – dietilheksilftalat, dibutilftalat, 



bisftalat, heptaxlor, xlorbenzollar, sianidlər;  

 



Metallar: qurğuşun, civə, kadmium, arsen, nikel, xrom, berillium, civənin, qruğuşunun, qalayın üzvi 

birləşmələri; 

 

Əlavə (yardımçı) məhsullar; dioksinlər, furanlar, politsiklik aromatik karbohidrogenlər (PAK); 



 

Suyun dezinfeksiya məhsulları: xloroform, 1,1 – dixloretan, 1, 1, 1- trixloretan; 

 

Digər maddələr. 



Dünyanın bir sıra ölkələrində (ABŞ, Kanada, Meksika) ətraf mühitin DDT, xlordan, lindan, PXB və civə ilə 

çirklənməsinin azaldılması üzrə Milli fəaliyyət Planı (MFP) hazırlanmış və həyata keçirilir.  

Son onilliklərdə Avropada bir çox ağır metalların və davamlı üzvi birləşmələrin (DÜB) tullantıları 

azaldılmışdır. ABŞ  və digər bəzi ölkələrdə etilləşdirilmiş benzindən istifadənin qadağan edilməsi nəticəsində 

uşaqların qanunda qurğuşunun və İsveçdə ana südündə heksaxlorbenzol funqisidin miqdarı azalmışdır.  

Spesifik təsir xarakterinə malik olan kimyəvi maddələr haqqında aşağıda ətraflı məlumat verilir.  

 

12.1 Ağır metallarla çirklənmə və onun insan sağlamlığına təsiri 

Təbii mühitin çirklənməsinə həsr olunan ədəbiyyatlarda vanadium, nikel, dəmir, marqans, civə, kadmium, 

kobalt, mis, qurğuşun, arsen, qalay, sürmə, selen, xrom və sink şərti olaraq ağır metallar adlanır, hərçənd 

kimyaçıların nöqteyi nəzərincə bu elementlərin hamısı həqiqi metal sayılmır.  

Təbiətdə ağır metalların əksəriyyəti yalnız çox az konsentrasiyada bitkilər və bakteriyalar üçün əlverişlidir. 

Dəmir, mis, sink, selen, marqans, molibden və  bəzi digər elementlər mikrodozalarda canlı orqanizmlər üçün 

zəruridir. Onlar yalnız böyük, izafi dozalarda təhlükəlidir. Qurğuşun, kadmium, arsen, civə və onun birləşmələri 

istənilən konsentrasiyada əksər ali bitkilər və bir çox digər bitkilər üçün zəhərlidir. Lakin son tədqiqatlar 

göstərdi ki, hətta civə kimi toksik element mikroorqanizmlərdə leykositlərin aktivliyini və maddələr 

mübadiləsini, həmçinin canlı orqanizmlərin dezintoksikasiyasını stimullaşdırır.  



Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin