Kükürd tərkibli birləşmələr. Hidrogen-sulfid (H
2
S) – rəngsiz qaz olub, xarakterik iyə malikdir. O, vul-
kan qazlarında, həmçinin bitki və heyvan zülallarının parçalanma prosesində bakteriyaların təsirindən əmələ
gəlir. Hidrogen-sulfid kükürd tərkibli kömürün kokslaşdırılması, təmizlənməmiş kükürdtərkibli yağların
rafinadlaşdırılması proseslərinin, karbon-sulfid, viskoz ipəyi istehsalının əlavə məhsulu hesab olunur. Rusiya
şəhərlərinin hava hövzəsinə hidrogen-sulfid sellüloz-kağız, koks-kimya, metallurgiya, neft və qaz emalı, neft-
kimya, həmçinin sintetik lif zavodlarından daxil olur.
Hidrogen-sulfid kəskin, xoşagəlməz lax yumurta iyinə malikdir. Maksimal birdəfəlik YVK iybilmə hüdudu
ilə təyin olunub 8 mkq/m
3
-dur. ÜST tərəfindən hidrogen-sulfidin miqdar normativi 30 dəq.-də 7 mkq/m
3
tövsiyə
edilir. Lakin bir qədər uzun vaxt təsiri – 24 saat ərzində daha mülayim normativ – 24 saat ərzində 150 mkq/m
3
tövsiyə olunur.
Atmosfer havasında hidrogen-sulfidin insanın sağlamlığına təsiri müxtləif olub – xoşagəlməz hissiyyatdan
ağır zədələnməyə qədər müşahidə oluna bilər. Belə bir faciəli hadisə Meksikanın Posa-Rika şəhərində baş
vermişdir. Burada 1950-ci ildə kükürdün bərpası zavodunda çıxan qazın yandırılması sistemində baş verən qəza
nəticəsində atmosferə külli miqdarda hidrogen-sulfid atılmışdır. Yanmayan qaz atmosfer inversiyası şəraitində
yaşayış qəsəbəsinin ərazisinə çatmış və 3 saat ərzində xəstəxanaya yerləşdirilən 320 adamdan 22-si həyatını
163
dəyişmişdir. Ən çox zədələnmə simptomu iybilmə duyğusunun itirilməsi olmuşdur. Qəsəbədə atmosfer
havasında olan hidrogen-sulfidin miqdarı haqqında məlumat yoxdur. Lakin ÜST-nin ekspertlərinin fikrinə görə,
çoxlu ölüm hadisəsi göstərir ki, hidrogen-sulfidin konsentrasiyasının 1 mln. mkq/m
3
olması ehtimal edilir.
Hidrogen-sulfidin gözün yaş toxumalarına bilavasitə qıcıqlandırıcı təsiri nəticəsində «qazlı göz» adlı məlum
olan keratokonyuktivit xəstəliyi inkişaf edir. Hidrogen-sulfidin inhalyasiyası (nəfəs alma) zamanı yuxarı
tənəffüs yolları qıcıqlanır və daha dərində yerləşən strukturları zədələyir. Hidrogen-sulfidin çox yüksək
konsentrasiyası (450 mkq/m
3
-a qədər) zamanı əhali xoşagəlməz iy, ürək bulanması, yuxunun pozulması,
gözlərin yanması, öskürək, baş ağrısı və iştahanın pozulmasından şikayətlənirdi. Hidrogen-sulfidin yüksək
konsentrasiyasının təsiri ağciyərlərin şişməsi inkişafına səbəb ola bilər.
Karbon-sulfid (CS
2
). Bu qazın atmosfer havasına atılma mənbələri süni lif instehsalı müəssisələri (Rusiya-
da 26 belə müəssisə vardır) və koks-kimya zavodları hesab olunur.
Karbon-sulfid dəriyə və selikli qişaya güclü qıcıqlandırıcı təsirə malikdir, ferment sisteminə, vitamin
mübadiləsinə, lipidlərə, endokrin və reproduktiv sistemlərə də təsir göstərir. İyinin (qoxusunun) hüdudu 200
mkq/m
3
təşkil edir, yəni o, birdəfəlik maksimal YVK-nı (30 mkq/m
3
) 7 dəfə ötdükdə hiss olunur.
Karbon-sulfidin istehsalat şəraitində uzun müddətli təsiri damarlı aterosklerotik dəyişkənliyə səbəb olur.
Karbon-sulfidin yüksək konsentrasiyasının təsirinə 10 ildən artıq müddətdə məruz qalan fəhlələr arasında ölüm
hadisəsinin artması aşkar edilmişdir.
Karbon-sulfidin təsir indikatoru onun sidikdə olan miqdarı sayılır. Süni (kimyəvi) lif müəssisələri (və koks-
kimya zavodu) yaxınlığında yaşayan uşaqların sidiyində karbon-sulfidin yüksək miqdarda toplanması müəyyən
olunmuşdur.
Digər maddələr. Stirol (vinilbenzol) – Atmosfer havasına plastmass, sintetik kauçuk, texniki rezin
məmulatı tullantıları, həmçinin avtomobil nəqliyyatının atıntıları, otağın havasına isə polimer materiallarının
destruksiyası zamanı daxil olur. Stirolun şəhərlərin atmosfer havası ilə daxil olması 6 mkq; sitirol tullantıları
mövcud olan şəhərlərin havası ilə – 400 mkq; otağın havası ilə – 6-1000 mkq; içməli su ilə – 2 mkq; 20 siqaretin
çəkilməsi ilə – 400-600 mkq təşkil edir.
Atmosfer havasında stirolun aşağıdakı normativləri müəyyən edilmişdir: orta sutkalıq YVK 2 mkq/m
3
,
maksimal birdəfəlik YVK 40 mkq/m
3
; ÜST Avropa Bürosunun tövsiyəsi ilə 30 dəqiqəyə 70 mkq/m
3
.
İri kimya istehsalı olan şəhərlərin havasında stirolun ortaillik konsentrasiyası normativ ölçüsünü keçir.
Rusiyanın ərazisində atmosfer havasında stirolun yüksək miqdarına 2 mln. adam, o cümlədən 2-3 mkq/m
3
konsentrasiyalı havaya 0,6 mln., 4-5 mkq/m
3
konsentrasiyaya 1,1 mln., 6-7 mkq/m
3
-a 0,2 mln., 10
mkq/m
3
-dan yüksək konsentrasiyaya isə 0,1 mln. adam məruz qalır (Reviç və b, 2004).
Stirol ümumi toksik təsirli zəhərdir, o, qıcıqlandırıcı mutagen və konserogen effektə malik olub, çox
xoşagəlməz qoxusu vardır (iybilmə hissiyyatı hüdudu – 70 mkq/m
3
). Xroniki intoksikasiyası zamanı fəhlələrdə
mərkəzi və periferik sinir sistemi, qanəmələgətirən sistem, həzm traktı zədələnir, azot-zülal, xolestrin və lipid
mübadiləsi, qadınlarda reproduktiv funksiya pozulur. Stirol orqanizmə əsasən inhalyasiya yolu ilə daxil olur.
Burun, göz və udlağa stirolun buxarı və aerozolu düşdükdə onları qıcıqlandırır.
Hidrogen xlorid (HCl). Ətraf mühitə xlortərkibli bitki tullantıları, o cümlədən xlortərkibli bitki mühafizəsi
vasitələri, sellüloz-kağız kombinatları, kondensator istehsalı, kimya-metallurgiya və zibilyandıran zavodların
tullantıları ilə daxil olur.
Hidrogen-xloridin yüksək konsentrasiyasının təsiri zamanı aşındırıcı qoxu peyda olur, göz və yuxarı
tənəffüs yollarının qıcıqlanması hiss olunur, yüksək konsentrasiyalı qazşəkilli HCl və xlor suyu, bəzi halda ek-
zemaya keçən kəskin dermatit yarada bilər.
Hidrogen-xloridin uzun müddətli təsiri yuxarı tənəffüs yollarının katarına, dişlərdə qəhvəyi ləkələrin və
eroziyanın, burunun selikli qişasının izharına, bəzən deşilməsinə səbəb olur. HCl-un 15 mq/m
3
konsentrasiyası
yuxarı tənəffüs yollarının və gözlərin selikli qişasını zədələyir.
Ammonyak (NH
3
). Bu qaz spesifik çirkləndirici maddələr qrupunda liderlik edir. Amonyak havaya metal-
lurgiya müəssisələrinin, mineral gübrələr və digər kimyəvi istehsalın tullantıları ilə daxil olur. Onun ortasutkalıq
YVK-sı 40 mkq/m
3
və maksimum birdəfəlik YVK 200 mkq/m
3
təşkil edir. Ammonyakın daha yüksək
konsentrasiyası mineral gübrələr istehsal olunan müəssisələr yerləşən şəhərlərin havasında aşkar edilmişdir. Ru-
siya şəhərlərinin havasının kimya istehsalı ilə çirklənmə səviyyəsi digər ölkələrlə müqayisədə yüksəkdir. Ru-
siyada yüksək konsentrasiyalı ammonyaklı çirklənmiş hava şəraitində 1,3 mln., o cümlədən 50-80 mkq/m
3
kon-
sentrasiyada 0,8 mln., 90-120 mkq/m
3
-da 2,6 mln., 180-200 mkq/m
3
NH
3
konsentrasiyasında 0,3 mln. adam
yaşayır.
164
Ammonyakın göstərilən istehsalatların fəhlələrinə uzun müddətli təsiri zamanı onlarda xroniki bronxit
inkişaf edir.
Metilmerkaptan. Bu maddə başlıca olaraq sellüloz-kağız sənayesi müəssisələri tullantılarında olur. Bu
müəssisələr yerləşən yaşayış məntəqələrində metilmerkaptan uşaqların sağlamlığına neqativ təsir göstərməsi
aşkar edilmişdir. Uşaqlarda əsasən tənəffüs orqanları, dəri xəstəlikləri və otit müşahidə olunur. Bəzi şəhərlərdə
bəzən qadınlarda reproduktiv funksiyanın pozulması qeydə alınır. Göstərilən müəssisələrin çirklənmə zonasında
yaşayan, lakin orada işləməyənlərdə toksikozların sayı kontrol qrupa nisbətən 2 dəfə çoxdur.
Fenol (C
6
H
5
OH). Fenolun ətraf mühitə düşməsinin əsas mənbələri metallurgiya və koks-kimya zavodları,
fenolformaldehid qətranı, kley, müxtəlif plastiklər, dəri və mebel sənayesi hesab olunur. Atmosfer havası ilə
fenolun orqanizmə daxil olması havada onun konsentrasiyası 200 mkq/m
3
olduqda 4 mq/sut., hisdə qurudulmuş
qida ilə – 2 mq/sut. və içməli su ilə (300 mkq/l kensentrasiyada) – 0,6 mkq/sut. təşkil edir. Çəkisi 70 kq olan
adam üçün fenolun orta sutkalıq dozası 100 mkq/kq bədəninin kütləsi qədər təşkil edir.
Fenol sinir sistemini zədələyir, ağız, burun-udlaq, yuxarı tənəffüs yollarının selikli qişasına, mədə-bağırsaq
traktına qıcıqlandırıcı təsir göstərir, qusma, baş ağrıları, başgicəllənməsi, tərləmək, yuxunun pozulması, ürək
döyüntüsü əmələ gətirir. Fenol dəriyə, tənəffüs yolları və mədə-bağırsaq traktı tərəfindən tez hopur, sonra isə
böyrəklərdə və qaraciyərdə toplanır.
ABŞ-ın Gigiyena Əmək Assosiasiyasının tövsiyəsinə əsasən fəhlələrin sidiyində fenolun miqdarı iş
gününün sonunda 250 mq/q kreatini keçməməlidir.
Fenol içməli suya çirkab suların mənbəyindən daxil olur və ya su kəməri sistemində işlədilən polimer
materiallarından miqrasiya edir.
Formaldehid, qarışqa aldehidi (CH
2
O) – kəskin iyli rəngsiz qazdır. Formaldehidin emissiya mənbələri
kimyəvi və metallurgiya zavodları, tikinti materialları və polimerlər istehsalı, mebel fabrikləri, avtomobil
nəqliyyatının işlənmiş qazları hesab olunur.
Yeni tikilmiş mənzillərdə formaldehidin miqdarı 160-240 mkq/m
3
-a çatır və yüksək konsentrasiya bir neçə
il ərzində qalır. Daima siqaret çəkilən mənzillərdə formaldehidin miqdarı 100 mkq/m
3
-a çatır.
Formaldehidin insan orqanizminə sutkalıq daxil olması atmosfer havası ilə – 0,02; yaşayış və ictimai
binalarından – 0,5-2,0; su ilə 0,2; qida ilə – 1,5-14; 20 ədəd çəkilən siqaretlə – 1,0 mq təşkil edir. Formaldehid
ümumi toksik təsirli olub, qıcıqlandırıcı, allergik, mutagen və konserogen (2A qrupu) təsirə malikdir. O, digər
kimyəvi konserogenlərin, qismən benz(a)pirenin əmələ gətirdiyi konserogenezi gücləndirir.
Vinilxlorid (CH
2
=CHCl). Zəif xloroform iyli rəngsiz qazdır, keyidici narkotik maddədir. Havada az miq-
darda olduqda insanın başı gicəllənir, çox olduqda isə insan şüurunu tamam itirir, çəng olur və dərin yuxuya
gedir.
Vinilxlorid mühitə üzvi sintez müəssisələri, polimer materialların istehsalı, tullantıları ilə daxil olur.
Dünyada vinilxloridin tullantıları təxminən ildə 3000 tona çatır.
Vinilxlorid orqanizmə toksik-immun təsir göstərərək mərkəzi sinir sisteminin pozulması, damarların
patologiyası, sümük sisteminin zədələnməsi, birləşdirici toxumaların sistemli zədələnməsi, immun dəyişməsi,
şişlərin inkişafı şəklində təzahür olunur. O, yalnız kanserogen deyil, həm də mutagen, embriotoksik və teratogen
təsirə malikdir. Fəhlərlərdə qaraciyərdə angiosarkom və hemanqiosarkomun inkişafı, beyində neftroblastom,
neyroblastom və digər bədxassəli yeni törəmələr, ağciyərdə alveolyar şişlər, mədədə adenokarsinom, süd
vəzilərində karsinoma, birləşdirici toxumalarda müxtəlif şiş növləri qeydə alınmışdır. Yüksək konsentrasiyalı
vinilxloridin uzun müddətli təsiri ilə əlaqədar sənaye fəhlələrinin ömrünün kəskin qısalması qeydə alınmışdır.
Ftalatlar. Son illər bu toksik maddələrdən geniş istifadə olunduğundan onlara diqqət artmışdır. Ftalatlar
sintetik polimerlərdən müxtəlif qab-qacaqlar, oyuncaqlar, tibb avadanlıqlarının (qanın köçürülmə sistemi)
hazırlanmasında plastifikator kimi, həmçinin lak, parfyumeriya, həşəratlara qarşı repellentlər istehsalında
istifadə edilir. Bu maddələr həm bilavasitə daxil olduqda, həm də hava və dəri vasitəsilə düşdükdə insanın
bağırsağında asan absorbsiya olunur. Ftalatların təsir indikatoru kimi onun sidikdə miqdar göstəricisindən
istifadə olunur. Ftalatlar ətraf mühitin çirklənməsinin və əhalinin sağlamlığına təsirinin qiymətləndirilməsi üzrə
ABŞ-ın Milli Proqramına daxil edilmişdir. Bu tədqiqatların məlumatına görə, aşağı gəlirli və təhsili aşağı
səviyyədə olan şəxslərin sidiklərində ftalatların sintetik materiallardan hazırlanan qablardan daha çox istifadə
etməsi ehtimalı ilə aydınlaşdırılır.
Radon (Ra) - Radonun başlıca mənbəyi torpaq, tikinti materialları və yeraltı mənbədən olan sular hesab
olunur. Quruda onun fon konsentrasiyası 10 Bk/m
3
təşkil edir. Bk – bekkerel – radioaktivlik ölçüsü olub, 1
dəqiqə ərzində radioaktiv parçalanmanın sayıdır, 1 Bk 1 saniyə ərzində bir radioaktiv parçalanmaya uyğun gəlir.
Radonun mənzilə əsas daxil olma yolu – binanın özülünün (bünövrəsinin) altından onun infiltrasiya
165
olunmasıdır, o, özüldə olan çat və yarıqlarla, həmçinin zirzəmi və divarlardan sızılaraq keçir. Mənzilin daxilində
radonun konsentrasiyası adətən açıq sahədəkindən yüksək olur, odur ki, insan orqanizminə onun əsas hissəsi,
havası yaxşı təmizlənməyən mənzillərdə daxil olur. Radon mənzillərdə tikinti materiallarından, dağ süxuru və
qruntdan hazırlanmış döşəmə, divar və tavandan, həmçinin mənzildəki materiallarından, sudan və yandırılan
yanacaqdan toplanır. Radonun miqdarı tikinti materiallarının xassəsindən və ərazinin geoloji xüsusiyyətindən
asılıdır. Radonun konsentrasiyası, xüsusən havası yaxşı dəyişilməyən evlərin birinci mərtəbəsində kürsülü və
zirzəmi mənzillərdə yüksək olur. Rütubətlik radonun ayrılmasını artırır. Belə şəraitdə yaşayan insanların başlıca
olaraq ağciyərlərinin şüalanma dozası yüksək olur. BMT-nin atom radiasiyasının təsiri üzrə Elmi Komitəsinin
məlumatına əsasən çoxmənzilli beton binalarda, ayrıca tikilmiş beton evlərdə, kərpic və taxtadan tikilmiş
çoxmənzilli və tək binalarda radonun konsentrasiyası orta hesabla 50, 130, 20, 30 və 10-30 Bk/m
3
-a çatır, bu isə
fon göstəricidən (10 Bk/m
3
) xeyli artıqdır. Əhalinin radonla və onun törəmə məhsulları ilə inhalyasiya hesabına
şüalanma dozası əksər hallarda digər təbii və süni mənbələrdən ümumi şüalanma dozasının 50%-ni təşkil edir.
Təbiətdə radona başlıca olaraq iki əsas izotop – radon – 222 (uran – 238-in parçalanma məhsulunun əmələ
gətirdiyi radioaktiv sırasının üzvü) və radon – 220 (torium – 232-nin parçalanma məhsulu) şəklində rast gəlinir.
Radon – 222, radon 220 ilə müqayisədə 20 dəfə artıq şüalanma dozasında iştirak edir.
Açıq havada radonun miqdarının sutkalıq tərəddüdü 1-dən 100 Bk/m
3
arasında olur, həm də yüksək
təzyiqdə və açıq (buludsuz) havada, xüsusilə gecə və səhər saatlarında onun konsentrasiyası maksimuma çatır.
Atmosfer havası hesabına radon 13%-ə qədər daxil ola bilər.
Mənzil daxilində radonun miqdar səviyyəsi binanın altındakı qruntun növündən, evin və tikinti materialının
tipindən, mərtəbədən, ventilyasiyanın mövcudluğundan, mənzildə döşəmənin hündürlüyündən və s. asılıdır.
Radonun əhalinin sağlamlığına təsiri. MAİR-in verdiyi qiymətə əsasən radon I qrup kanserogenə aiddir.
Əsas kanserogen təsir
α - aktiv törəmə palonium
214
Po və polonium
218
Po-dən baş verir. Bu parçalanma
məhsulları çox xırda bərk hissəciklərdə möhkəmlənə və beləliklə, ağciyərlərdə çöküntü verə bilər. İstehsalat
şəraitində radonun təsiri nəticəsində ağciyərlərdə xərçəngin inkişafı riski Çexoslovakiya, ABŞ, Kanada, İsveç,
Fransa, Böyük Britaniya, Norveç, Çin və Avstraliyada müxtəlif əhali qrupları arasında aparılan tədqiqatlarla
təsdiq edilmişdir. Habelə 68000 nəfər dağ-mədən işçiləri arasında ağciyər xərçəngindən 2700 ölüm hadisəsi
qeydə alınmışdır. Ağciyər xərçəngi xəstəliyinin çox olması ilk dəfə Almaniya və Çexiyada havada radonun
yüksək miqdarı şəraitində işləyən mədən şaxtaçıları arasında qeydə alınmışdır. Ölüm hadisələrinin 50%-dən
çoxunun (60-80%) səbəbi ağciyər xərçəngi olmuşdur. Bu xəstəlik faktiki olaraq, gözləniləndən 30-50 dəfə artıq
olmuşdur. Ağciyər xərçəngindən ölənlərin yaşı əsasən 50-55-i keçmir, çoxları isə daha cavan yaşlarında – 40
yaşında dünyasını dəyişmişdir.
Radonla şüalanmanın insan sağlamlığına təsiri üzrə tədqiqatlar Rusiyada S.P.Vereyko (1998) tərəfindən
əvvəllər uran müəssisələri yerləşən Lermontov şəhərində (Stavropol ölkəsi) və O.A.Makarov (2000) tərəfindən
uranmolibden yataqlarının mədəni üzərində tikilmiş Çita vilayətinin Oktyabrsk qəsəbəsində aparılmışdır. Ler-
montovda yüksək səviyyəli təbii şüalanmadan başqa, insanın sağlamlığına, həm də əvvəllər uran emalı
müəssisələrin də peşə fəaliyyəti təsir göstərir. 1970-ci ildə burada şəhər salarkən, yüksək radioaktivli tikinti
materiallarından, o cümlədən uran istehsalı müəssisələrinin tullantılarından istifadə olunmasının, şüalanmanın
cəm dozasının yüksəlməsində iştirakı da istisna edilmir. Lermontovda yerin səthində radon axınının sıxlığı orta
dünya qiymətindən təxminən 15 dəfə yüksəkdir. Radonun ən yüksək konsentrasiyası əsasən yerli tikinti
materialından tikilən xüsusi evlərdə aşkar edilmişdir (qazşəkilli radonun orta konsentrasiyası 1082 Bk/m
3
təşkil
etmişdir). Beləliklə, şəhər əhalisinin şüalanma dozası müəyyən olunmuş normativi xeyli keçir.
1958-ci ildən 1998-ci il daxil olmaqla Lermontov şəhərində ölüm əmsalı 3 dəfə yüksəlmşdir. Kişilər
arasında ölüm göstəricisi qadınlara nisbətən xeyli yüksəkdir, həm də ağciyər və mədə xərçəngindən ölüm
hadisəsinin çox olması müəyyən edilmişdir. Lermontovda ağciyər xərçəngindən ölüm hadisəsinin Stavropol
ölkəsinin ümumi əhalisindən 2 dəfə artıq olması statistik təsdiq edilmişdir. Burada qadınlar arasında süd vəzi
xərçəngindən, kişilərdə isə prostat vəzi xərçəngindən ölüm əmsalı yüksəkdir.
Digər radontəhlükəli yaşayış məntəqəsi – Çita vilayətinin Oktyabr qəsəbəsində radonun konsentrasiyası 400
Bk/m
3
-dan yüksək olan mənzillərin sakinlərində tənəffüs orqanları (xroniki bronxit), ürək-damar sistemi (hiper-
toniya xəstəliyi, ateroskleroz), sinir sistemi, sümük-əzələ sistemi (artrit, artroz, osteoxondroz) xəstəlikləri, re-
produktiv sağlamlığın pozulması, uşaqların inkişafının morfogenetik variantlarına 2 dəfə çox rast gəlinir.
Əhalinin radonun təsirindən mühafizə olunması zəruriliyi onun vurduğu iqtisadi ziyanı qabaqcadan
müəyyənləşdirmək və həyata keçirməyi qiymətləndirməklə təyin olunur. ABŞ-da yaşayış mənzillərini radondan
mühafizə etmək tədbirləri 20 milrd. dollar təşkil edir. V.F.Demininin (1998) hesablamalarına görə Ruisya şəraiti
üçün radonun 1 Zv səviyyəsində adambaşına təsiri 20 min dollar qiymətləndirilir (Zv – zivert- şüalanma
166
dozasını səciyyələndirir). Bu ədədə əsaslanaraq şüalanmadan əhaliyə dəyən ziyan Rusiyada ildə 15 mld. dollara
çatır.
Ən çox ziyan yaşayış mənzillərində radonun mövcudluğu və insanların tibbi müayinə zamanı aldığı doza ilə
əlaqədardır. Əhalinin radiasiya mühafizəsini optimallaşdırmaq üçün məhz bu mənbələr mühüm obyektlər hesab
edilməlidir.
167
XII FƏSİL
KİMYƏVİ MADDƏLƏRLƏ ÇİRKLƏNMƏ VƏ ONUN ƏHALİNİN SAĞLAMLIĞINA TƏSİRİ
Kimyəvi maddələrin canlı orqanizmlərə zərərli təsir göstərmə qabiliyyəti zəhərlilik adlanır. Hələ XVI əsrdə
Parasels qeyd etmişdir ki, bütün maddələr zəhərlidr, onların zəhərliliyini yalnız doza (konsentrasiya) təyin
edir. Bunu orqanizm üçün həyati zəruri hesab edilən mikroelementlərin (dəmir, mis, sink, kobalt, selen və b.)
misalında aydın görmək olar. Bu göstərilən maddələrin orqanizmə kifayət qədər daxil olmaması anemiya, kar-
diomiopatiya və digər xəstəliklərin inkişafına səbəb ola bilər. Lakin onların izafi dərəcədə daxil olması toksiki
(zəhərlilik) effekt yaradır.
Davamlı toksik birləşmələrin siyahısı hələlik tam müəyyənləşdirilməyib. İlkin varianta 64 maddə, o
cümlədən 12 davamlı üzvi çirkləndiricilər (DÜÇ) aid edilib dövlətlərarası Stokholm Konvensiyasına daxil
edilmişdir. Bu konvensiyada bir sıra kimyəvi maddələrin (bəzi pestisidlər, PXB (polixlorbifenil) də daxil olmaq-
la) istehsalı və istifadəsinin ləğv edilməsi (qadağan olunması) üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutu-
lur.
Təklif olunan davamlı toksik birləşmələrinin (DTB) siyahısına aşağıdakılar aiddir:
•
Pestisidlər: aldrin, xlordan, DDT, dieldrin, eldrin, heptaxlor, mireks, toksafen, heksaxlorsikloheksan
(lindan);
•
Sənaye maddələri: heksaxlorbenzol, PXB; pentaxlorfenol, ftalatlar – dietilheksilftalat, dibutilftalat,
bisftalat, heptaxlor, xlorbenzollar, sianidlər;
•
Metallar: qurğuşun, civə, kadmium, arsen, nikel, xrom, berillium, civənin, qruğuşunun, qalayın üzvi
birləşmələri;
•
Əlavə (yardımçı) məhsullar; dioksinlər, furanlar, politsiklik aromatik karbohidrogenlər (PAK);
•
Suyun dezinfeksiya məhsulları: xloroform, 1,1 – dixloretan, 1, 1, 1- trixloretan;
•
Digər maddələr.
Dünyanın bir sıra ölkələrində (ABŞ, Kanada, Meksika) ətraf mühitin DDT, xlordan, lindan, PXB və civə ilə
çirklənməsinin azaldılması üzrə Milli fəaliyyət Planı (MFP) hazırlanmış və həyata keçirilir.
Son onilliklərdə Avropada bir çox ağır metalların və davamlı üzvi birləşmələrin (DÜB) tullantıları
azaldılmışdır. ABŞ və digər bəzi ölkələrdə etilləşdirilmiş benzindən istifadənin qadağan edilməsi nəticəsində
uşaqların qanunda qurğuşunun və İsveçdə ana südündə heksaxlorbenzol funqisidin miqdarı azalmışdır.
Spesifik təsir xarakterinə malik olan kimyəvi maddələr haqqında aşağıda ətraflı məlumat verilir.
12.1 Ağır metallarla çirklənmə və onun insan sağlamlığına təsiri
Təbii mühitin çirklənməsinə həsr olunan ədəbiyyatlarda vanadium, nikel, dəmir, marqans, civə, kadmium,
kobalt, mis, qurğuşun, arsen, qalay, sürmə, selen, xrom və sink şərti olaraq ağır metallar adlanır, hərçənd
kimyaçıların nöqteyi nəzərincə bu elementlərin hamısı həqiqi metal sayılmır.
Təbiətdə ağır metalların əksəriyyəti yalnız çox az konsentrasiyada bitkilər və bakteriyalar üçün əlverişlidir.
Dəmir, mis, sink, selen, marqans, molibden və bəzi digər elementlər mikrodozalarda canlı orqanizmlər üçün
zəruridir. Onlar yalnız böyük, izafi dozalarda təhlükəlidir. Qurğuşun, kadmium, arsen, civə və onun birləşmələri
istənilən konsentrasiyada əksər ali bitkilər və bir çox digər bitkilər üçün zəhərlidir. Lakin son tədqiqatlar
göstərdi ki, hətta civə kimi toksik element mikroorqanizmlərdə leykositlərin aktivliyini və maddələr
mübadiləsini, həmçinin canlı orqanizmlərin dezintoksikasiyasını stimullaşdırır.
Dostları ilə paylaş: |