Biosubstratlarda yol verilən miqdarı. Kadmiumun əhalinin sağlamlıq vəziyyətinə təsirini təyin etmək
üçün biomonitorinqdən geniş istifadə olunur. Əsas diaqnostik mühit sidik sayılır, ondan kadmiumun orqanizmə
ifrazatı gedir. Sidikdə kadmiumun yolverilən səviyyə miqdarı 1970-ci ildə ilk dəfə Yaponiyanın Səhiyyə
Nazirliyi tərəfindən müəyyən edilmişdir (9 mkq/l). Sonralar ABŞ-ın əmək gigiyenası Assosiasiyası daha aşağı
göstərici – 5 mkq/q kreatinin (7 mkq/l sidikdə) və qanda – 5 mkq/l təklif etmişdir.
Kadmiumun sağlamlığa təsiri. Orqanizmdə kadmiumun saxlanmasına insanın yaşı təsir göstərir. Uşaq və
yeniyetmələrdə onun sorulma dərəcəsi böyüklərdə olduğundan 5 dəfə yüksəkdir. Kadmium ağciyər və mədə-
bağırsaq traktından absorbsiya olunaraq bir neçə dəqiqədən sonra qanda müəyyən edilir, lakin onun səviyyəsi
ilk sutkalar ərzində tez azalır. O, kanserogen (2A qrupu), qonadotrop, embriotrop, mutagen və nefrotoksiki
təsirə malikdir. Hətta aşağı səviyyə çirklənmədə kadmiumun əhali üçün əlverişsiz təsirinin real təhlükə
yaratması bu metalın yüksək bioloji kumulyasiyası (toplanması) ilə əlaqədardır. İşçi zonasında yüksək
konsentrasiyalı kadmiumla qısa kontaktda olduqda yüngül fibroza, ağciyər və qaraciyərin funksiyasının davamlı
pozulmasına səbəb olur.
Orqanizmə inhalyasiya (nəfəsalma) yolu ilə daxil olan kadmiumun 50%-ə qədəri ağciyərlərdə çökür.
Kadmiumun ağciyərlərdə udulma dərəcəsi birləşmələrin həll olma dərəcəsindən, onun dispersliyindən və
tənəffüs orqanlarının funksional vəziyyətindən asılıdır. Mədə-bağırsaq yolunda (traktında) kadmium orta hesab-
la 5% absorbsiya olunur, odur ki, qida ilə orqanizmin toxumalarına az miqdarda kadmium daxil olur.
Kadmiumun hədəf orqanları qaraciyər, böyrəklər, ilik, sperma, boruvari sümüklər və qismən dalaq hesab
olunur. Kadmium əsasən qaraciyərdə toplanır, onun orqanizmdə olan ümumi miqdarının 30%-ni təşkil edir.
Kadmiumla xroniki zəhərlənmənin ən ağır forması İtay-İtay xəstəliyi sayılır. Bu xəstəlik ilk dəfə Yapo-
niyada aşkar olunmuşdur. Uzun illərdən bəri əhali mədəndən kadmium düşən çayın suyu ilə suvarılan tarlada
becərilən düyü ilə qidalanırdı. Burada becərilən düyünün tərkibində kadmiumun miqdarı 1 mkq/q-a çataraq,
orqanizmdə 300 mkq-ı keçir. Vitaminin və kalsiumun çatışmazlığı, həmçinin hamiləlik dövründə zəifləməsi ilə
əlaqədar yaşı 45-i keçmiş qadınlarda bu xəstəliyin əmələ gəlməsinə patogenetik faktor səbəb olmuşdur. İtay-itay
xəstəliyi skeletin deformasiyası ilə boyun qısalması, beldə və ayaq əzələlərində ağrılar, xəstələrdə «ördək
yerişi» ilə xarakterizə olunur.
Kadmiumun kanserogen effekti bu metalın istehsalı ilə məşğul olan fəhlələrdə xərçəng xəstəliyinin əmələ
gəlməsində təzahür olunur.
12.1.4. Arsen (As)
Bu metal şərti olaraq esensial mikroelementi sayılır. Təbii halda onun bioloji transformasiyasının nəticəsi
metilləşmiş birləşmələri halında mövcuddur. Arsen ətraf mühitə atıntılar, çirkab suları və metallurgiya istehsalı
tullantıları (xüsusilə mis və qızıl ərintilərindən), dəri və azot gübrələri zavodlarından, həmçinin arsentərkibli
kömürün yandırılmasından, insektofunqisidlərin istehsalı və istifadəsi zamanı atılır. Müəyyən şəraitlərdə o, dib
çöküntülərindən maye fazaya miqrasiya edərək, səthi su mənbələrini çirkləndirir.
Rusiyada arsenin ortasutkalıq YVK havada 0,3 mkq/m
3
, su mənbələri sularında 10 mkq (səhiyyə-
toksikoloji göstərici), qumlu və qumluca torpaqda 2 mq/kq, turş torpaqda 5 mq/kq, neytral torpaqda 10 mq/kq
təşkil edir. Qida məhsulları üçün ortasutkalıq YVK mq/kq hesabı ilə aşağıdakı kimidir: taxıl, qrupa, un – 0,2-03;
tərəvəz və meyvələr – 02; ət və balıq – 0,1; şirinsu balığı – 1,0; dəniz balığı -5,0; uşaq qida məhsulları – 0,05-
0,5. ÜST-in tövsiyəsinə görə içməli suda arsenin miqdarı 50 mkq/l; arsenin qeyri-üzvi birləşmələrinin yol
verilən dozası 2 mkq/kq kütlə göstərilir.
Arsenin ətraf mühitdə miqdarı. Atmosfer havasında arsenin miqdarı kənd rayonlarında 0,001-0,01
mkq/m
-3
, şəhərlərdə 0,003-0,01 mkq/m
-3
-ə çatır. Yüksək konsentrasiyalı arsen tərkibli kömürün yandırılması
zamanı atmosferdə onun miqdarı xeyli yüksəkdir. Rusiya şəhərlərinin hava hövzəsinə hər il 1,0-1,5 min ton ar-
sen daxil olur. Burada əsas tullantı mənbələri Krasnouralski, Kirovqrad, Revde, Karabaşdakı misəridən zavodlar
və Novosibirsk, Çelyabinsk, Yuxarı Uraldakı metallurgiya zavodlarıdır.
Əksər su hövzələrinin suyunda arsenin konsentrasiyası YVK-nin səviyyəsindən çox olmur, lakin bəzi
regionların yeraltı sularında o, xeyli artıq ola bilər. Bu, suların arsen ilə zəngin təbii xam mədənlərdən keçməsi
ilə əlaqədardır. Məsələn, Dağıstanın bəzi rayonlarının ərazisində yeraltı artezian quyularındakı içməli suda arse-
nin miqdarı 500 mkq/l-ə çatır, yəni YVK-dan 50 dəfə artıqdır. ABŞ-ın bəzi rayonları, Alyaska, Çili, Argentina,
174
Hindistan, Rumıniya, Macarıstan, Tayvan adası və b. ərazilərdə yeraltı sularda arsenin təbii miqdarı xeyli çox-
dur. İçməli suda arsenin konsentrasiyasının yüksək olması su hövzələrinin sənaye çirkab suları ilə çirklənməsi
nəticəsində və ya arsentərkibli reagent qarışıqlı (məs. ammonium-sulfat) pestisidlərdən istifadə edilməsilə də
bağlıdır. Arsen üç və beşvalentli halda, həmçinin üzvi formada ola bilər. Üçvalentli birləşmələri adətən
beşvalentlilərdən daha toksik olur.
Rusiyanın sənaye rayonlarının torpağında arsenin orta konsentrasiyası 1.1-dən 37 mq/kq arasında tərəddüd
edir, lakin onun ən yüksək miqdarı Karabaşda və Plastada (Çelyabinsk vilayəti) misəridən zavodun
yaxınlığındakı torpaqda aşkar edilmişdir.
Arsenin sağlamlığa təsiri. Arsen birləşmələrinin toksikliyi, onun orqanizmdən ayrılması sürəti və orqan və
toxumalarda toplanma dərəcəsindən asılıdır. İşçilərdə xroniki arsen intoksasiyası aşağıdakı simptomların
kombinasiyası ilə səciyyələnir: əsəb, mədə-bağırsaq, kardiovaskulyar və respirator pozuntuları, hemolit
kənarlaşma, dəri zədələnməsi, qaraciyər və böyrəklərin funksional pozulması.
Arsen birinci, ən təhlükəli kanserogen maddələr qrupuna aiddir. Arsenin 10-100 mkq/m
-3
dərəcəsində xroniki
təsiri (1 ildən artıq) ağciyərdə xərçəng xəstəliyinin baş vermə tezliyini artırır. Bu hala metallurgiya zavodları və
arsentərkibli pestisidlər istehsal edən müəssisələrin işçilərində daha çox rast gəlinir. Siqaretçəkmə arsenin kanse-
rogen effektini dərinləşdirir.
Su ilə daxil olan konsentrasiyalı arsenin mövcudluğu şəraitində əhalinin ümumi qrupunun sağlamlıq
vəziyyətinin dəyişməsi bir sıra ölkələrin tədqiqatçıları tərəfindən qeyd edilmişdir. Məsələn, dəridə xərçəng
xəstəliyinin baş verməsi bununla izah edilir. Belə ki, Tayvan adasında dəridə xərçəng xəstəliyinin yayılması ilə
quyu suyunda arsenin miqdarında müəyyən asılılıq aşkar edilmişdir. Məhz, bu adanın sakinlərində «qara ayaq»
və ya «qara daban» xəstəliyi peyda olmuşdur. Bu, 400-600 mkq/l səviyyəsində olan sudan istifadə olunması ilə
bağlıdır. Qanq körfəzində (Hindistan) dərin olmayan artezian quyularından çıxan tərkibində yüksək
konsentrasiyalı arsen olan içməli sudan istifadə edən əhalidə qaraciyər və dalağın böyüməsi, dərinin
hiperpiqmentasiyası aşkar edilmişdir, bu arsenlə zəhərlənmə üçün səciyyəvidir.
Müəyyən edilmişdir ki, bu xəstəliyin yayılması insanın yaşı artdıqca çoxalır və uzun müddət arsenlə
çirklənmiş sudan istifadə olunması ilə müəyyənləşdirilir. «Qara ayaq» xəstəliyi içməli suda arsenin miqdarı 600
mq/l olan Şimali Çilidə qeydə alınmışdır. Əhali bu sudan 15 ildir ki, istifadə edirdi. Hazırda dünyanın müxtəlif
ölkələrində (Hindistan, Banqladeş, Çili, Argentina, Rumıniya) orqanizmə içməli su ilə daxil olan müxtəlif doza-
larda arsenin əhalinin sağlamlığına təsirinin qiymətləndirilməsi üzrə ekoloji-epidemioloji tədqiqatlar yerinə yeti-
rilir. Belə ki, Banqladeşdə tərkibində 10000 mkq/l olan içməli sudan istifadə olunması ilə əlaqədar daxili
səbəblərdən törəyən abortların, ölü doğulmuş uşaqların və qadınlar arasında vaxtından qabaq doğumla bağlı
ölkələrin sayı artmışdır.
Sidikdə və saçlarda arsenin konsentrasiyasının öyrənilməsi diaqnostik əhəmiyyətə malikdir. Orqanizmə
daxil olan arsen saçın strukturuna daxil olur, onun yüksək dərəcədə toplanmasını saçlarda olan keratinin
miqdarının çox olması təsdiq edir. Çex tədqiqatçıları tərəfindən (V.Bencho, 1977), tərkibində yüksək miqdarda
arsen olan yerli kömürlə uşaqlarda eşitmənin pozulması aşkar edilmişdir. Saçlarda arsenin yol verilən miqdarı 1
mkq/q olması tövsiyə olunmuşdur. Rusiyada uşaqların saçlarında arsenin miqdarı 01-03 mkq/q-ı keçmir.
Tərkibində arsenin miqdarı yüksək (220 mkq/l) olan sudan istifadə etdikdə onun saçlarda konsentrasiyasının çox
olması (Alyaska, Ferbensk şəhəri) aşkar olunmuşdur. Beləliklə, saçlarda və suda arsenin miqdarı ilə sıx korre-
lyasiya mövcuddur. Saçlarda arsenin toplanması içməli suyun tərkibində arsenin miqdarı 10 mkq/l (yəni YVK
səviyyəsində) olduqda başlayır. Tərkibində 500 mkq/l arsen olan (50 YVK) içməli sudan istifadə edən adamlar-
da dərinin spesifik zədələnməsi (arsenli melanoz və keratoz) baş verir.
Arsenin təsirinin effektinin təyin edilməsində bu elementin sidikdə analizindən də istifadə olunur. İstehsalat
şəraitində arsenin təsirinə məruz qalmayan şəxslərin sidiyində onun miqdarı 10-50 mkq/l arasında olmalıdır.
ABŞ əmək gigiyenstlər Assosiasiyası tərəfindən sidikdə arsenin miqdarının normativ səviyyəsi 70 mkq/l tövsiyə
olunur; arsenin miqdarı iş həftəsinin sonunda ölçülür.
12.1.5. Nikel (lat. niccolum, Ni)
Nikel atmosfer havasına metallurgiya zavodlarının, mədənçıxarma müəssisələrinin, daş kömür və mazutla
işləyən energetik qurğuları tullantıları ilə daxil olur. Rusiyada nikel zavodundan (Monçeqorsk, Norilsk, Orsk,
Yuxarı Ufaley, Nikel, Zapolyarnıy) hava hövzəsinə hər il 3,5-4,0 min ton nikel daxil olur. Norilskdə 1,0-2,5
mkq/m
-3
konsentrasiyalı nikelə 200 min, Ural və Kola yarımadasının metallurgiya zavodları yerləşən beş
şəhərində isə 0,4 mln-a qədər adam məruz qalır.
Torpaqda nikelin ən yüksək miqdarı (orta – 350 mq/kq, maksimum 1000 mq/kq-a qədər) əridici istehsalı
yerləşən Rey şəhərində qeydə alınmışdır. Monçeqorskda (Kola yarımadası) nikel metallurgiya zavodunun
175
ərazisindəki torpaqda nikelin orta konsentrasiyası 170 mq/kq, maksimal isə 5200 mq/kq təşkil edir. Bu göstərici
Kamensk-Uralsk, Zlatous, Alapayevsk, Polevsk şəhərləri ərazisində nikelin konsentrasiyası yüksəkdir.
Normalaşdırmanın mövcud nəzarət metodlarına uyğun olaraq, atmosfer havasında nikel metalının miqdarı
təyin edilir. Onun YVK-sı 1 mkq/m
-3
təşkil edir. Nikel kanserogen maddə (I qrup) sayılır. ÜST-nin Avropa
Bürosunun tövsiyəsinə uyğun olaraq nikelin ömürlük kanserogen riski 3,8
⋅10
-4
-ə bərabərdir. Nikelin və onun
birləşmələrinin suda YVK-ı 100 mkq/l; torpaqda təxmini yol verilən konsentrasiyası (TYK) torpağın tipindən
asılı olaraq 20-60 mq/kq arasında dəyişir.
Nikelin insan sağlamlığına təsiri. Orqanizmdə nikel zəruri elementlərdən biridir. Bitkilərdə miqdarı (yaş
halda çəkisinə görə hesablandıqda) 5
⋅10
-5
%, heyvandarlıqda 1,0
⋅10
-6
%-dir. Heyvanların qaraciyəri, dərisi və en-
dokrin vəzilərində olur. Müəyyən edilmişdir ki, o, arginaza fermentlərini aktivləşdirir və oksidləşdirmə
proseslərinə müsbət təsir göstərir. Lakin normadan artıq olduqda insanda müxtəlfi xəstəliklərə səbəb olur.
Nikelə xroniki intoksikasiya burun-udlaq və ağciyər peşə xəstəliklərinin baş verməsinə səbəb olur,
bədxassəli yeni törəmələrin əmələ gəlməsinə risk yaranır, dərinin allergiya zədələnməsi (dermatit və ekzema)
müşahidə edilir. İşçilərin ağciyər xərçəngindən ölüm riskinin artması havada nikelin konsentrasiyası 500-1000
mkq/m
-3
olduqda başlayır. Rusiyada – Norilskidə nikel istehsalı ilə məşğul olan işçilərdə ağciyər xərçəngi
xəstəliklərinin və onunla əlaqədar ölüm hallarının olması hələ 30 il əvvəl (1970-ci illər) müəyyən edilmişdir.
Həm də nikel istehsalı işçilərində ağciyərin xərçəngi xəstəlikləri tez-tez baş verməklə, eyni zamanda cavan
yaşlarından başlayır. Hazırda Şimali Qafqaz gigiyena və cəmiyyətin sağlamlığı Elmi Mərkəzinin əməkdaşları,
işçilərin və dünyada ən iri metallurgiya kombinatı «Severonikel» yerləşən Kola yarımadası əhalisinin
sağlamlığına nikelin təsirinin müəyyənləşdirilməsi üzrə dəqiq tədqiqatlar aparır.
1996-cı ildə yerinə yetirilən tədqiqatların nəticəsi göstərir ki, Nikel qəsəbəsində (əhalisi 17 min nəfər) və
Zapolyarnı şəhərində (əhalisi 19 min nəfər) kükürd 2 oksidinin atmosferdə konsentrasiyası YVK-dan 12-20 dəfə
çoxdur. SO
2
-nin və nikelin həllolunmayan birləşmələrinin miqdarı küləksiz havada daha yüksək olur; belə ki,
kükürd dioksidinin konsentrasiyası 1500 mkq/m
3
-ə çata bilər, bu isə YVK-dan 30 dəfə artıqdır. Kombinatı əhatə
edən ərazi mis, nikel və kobaltla intensiv çirklənmişdir. A.V.Yevseyenin (1996) məlumatına görə ərazidə nike-
lin torpaqda miqdarı 1500-4000 mq/kq təşkil edir, TYK isə müxtəlif torpaq tipləri üçün 20-80 mq/kq-dır; mis –
3000-4000 mq/kq (TYK – 33-132 mq/kq); kobalt– 200 mq/kq təşkil edir. Metallar göbələk və giləmeyvələrdə (-
mərcangilə, cır mərsin, sarı böyürtkən) toplanır, onlar isə yerli əhali tərəfindən yığılıb istifadə edilir.
Kola yarımadası əhalisində sidikdə nikelin miqdar səviyyəsi ora yaxın yerləşən Norveçin əhalisindəkindən
yüksəkdir. Rusiya – Norveç layihəsinin (T.Smith-Siversten et al., 1998) nəticələrinə görə nikelin ən yüksək
konsentrasiyası Nikel qəsəbəsi əhalisinin sidiyində aşkar edilmişdir (3,4 mkq/l), bu, atmosfer havasının nikellə
çirklənməsinin lokal effektini təsdiq edir, sonrakı yerləri Umba (2,7), Zapolyarnı (2,0) və Apatıtı (1,9) tutur.
12.2. Davamlı üzvi çirkləndiricilər (düç) və onların
insanın sağlamlığına təsiri
Davamlı üzvi çirkləndiricilər (persistent organic pollutants) xlor üzvi birləşmələr sinfinə daxildir. Onun
əsas xüsusiyyəti ətraf mühitdə on və yüz illərlə dəyişilmədən qalması qabiliyyətidir. Onların bəziləri canlı
orqanizmlərin toxumalarında toplanır, həm də onların konsentrasiyası qida zənciri ilə hərəkət etdikcə artır. Son
zamanlar xlor üzvi çirkləndiricilərin öyrənilməsinə diqqətin artması, onun hətta sənaye istehsalı və insan
fəaliyyətinin təsiri olmayan ərazilərdə (məsələn Arktikada) aşkar olunmasıdır. Dünyada ən təhlükəli DÜÇ-in
siyahısına aşağıdakı 12 birləşmə daxildir: arzu olunmayan əlavə üzvi məhsullar – polixlordibenzodioksinlər
(PXDD) və polixlordibenzofuranlar (PXDF), sənaye məhsulları polixlorbifenillər (PXB) və heksaxlorbenzol
(HXB), həmçinin 8 pestisidlər (DDT, aldrin, dieldrin, endrin, xlordan, mikers, toksafen və heptaxlor).
2002-ci ildə dünyanın bir çox ölkələri DÜÇ üzrə Stokholm konvensiyasını təsdiq etdilər. Konvensiyanın
tərəfləri müəyyən məqsədlə DÜÇ-nin istehsalı və istifadəsi nəticəsində əmələ gələn tullantıların azaldılması və
ya ləğv edilməsi, bu istiqamətdə tədqiqatların aparılması, bu məsələlər ilə cəmiyyəti məlumatlandırmaq və
xəbərdarlıq etmək üzrə əsas fəaliyyətlərin (işlərin) yerinə yetirilməsi haqqında sazişə gəldilər.
DÜÇ-lərin əksəriyyəti kanserogen maddələrdir (cədvəl 12.5). Onlardan ən toksikləri dioksin 2, 3, 7, 8,
TXDD (tetraxlordibenzo-n dioksin) MAİR I qrup maddələrə aid edilib, onun bədxassəli yeni törəmələr əmələ
gətirməsi tam təsdiqini tapmışdır. Ekoloji-epidemioloji tədqiqatlar göstərir ki, DÜÇ politrop təsirə malikdir,
aqrar rayonlarda o, pestisidlərin təsiri ilə, sənaye mərkəzlərində və tikinti yerlərində isə – dioksinlər və PXB-in
tullantıları ilə əlaqədardır.
Cədvəl 12.5
176
Dioksinlər və PXB problemlərinin xronologiyası
İllər Hadisə
1 2
1936
Dausiddən istifadə etməklə oduncağın konservasiyası ilə
məşğul olan fəhlələr arasında (ABŞ-ın Missisipi ştatı) kütləvi
xəstəliklərin əmələ gəlməsi
1949
Qərbi Vircininin (ABŞ) Monsanto firmasının zavodunda 288
fəhlənin dioksinlərlə zədələnməsi
1957
ABŞ-ın cənubunda yemin pentaxlorfenolla çirklənməsi
nəticəsində milyondan artıq cücənin məhv olması
1968
Yaponiyanın YU-ŞO kəndində 1786 adamın «yağ»
xəstəliyinə tutulması (düyünün PXB ilə çirklənməsi ilə
əlaqədar)
1974 Vyetnam
qadınlarının südündə TXDD-nin aşkar olunması
1976
Sevezoda (İtaliyada) «Hoffman - LaRoche» firmasının trix-
lorfenol istehsalı zavodunda faciə
1979
Tayvan adasında Yu-Çenq vilayətində düyünün PXB ilə
çirklənməsi ilə əlaqədar 2600 adamın zədələnməsi
2001
Stokholmda BMT-nin DÜÇ üzrə konfransı; «Rusiyada
dioksinlər» monoqrafiyasının nəşri
Cədvəl 12.6
DÜÇ-üçn insanın sağlamlığına və ekosistemin vəziyyətinə təsiri
Maddə
Təsir
1 2
DDT
Yaşıl yosunların sintezinin boğulması;
Heyvanların reproduktiv funksiyasının pozulması;
İnsan üçün kanserogen ehtimalı (MAİR-2V- qrupu);
Süd vəzilərində xərçəngin inkişafında mümkün ola bilən
faktor. Yüksək dozada sinir sisteminə təsiri (konvulsin,
tremor, əzələ zəifliyi).
Endrin, dieldrin,
eldrin
Heyvanlarda immun sisteminin pozulması;
Sinir sisteminin pozulması, yüksək səviyyədə qaraciyərin
funksiyasına təsir göstərir;
Reproduktiv funksiya və davranışa təsir (dieldrin).
Xlordan
İnsan üçün kanserogen ehtimalı (2V MAİR); yüksək
konsentrasiyada süd vəzilərində şişin əmələ gəlməsinə
səbəb olur.
Heptaxlor
Sinir sisteminin və qaraciyərin funksiyasının pozulması
QXB (HXB)
İnsan üçün kanserogen ehtimalı (MAİR – 2V - qrupu).
İstehsalatda görünən şəraitdə ağ qan hüceyrələrinin
funksiyasının dəiyşməsi;
Yüksək dozada görünən şəraitdə qaraciyərdə metabolik
xəstəliyi aşkar edilir;
Qalxanvari vəzinin böyüməsi.
Mirkers
İnsan üçün kanserogen ehtimalı (2V MAİR qrupu);
İmmun sisteminin boğulması
Toksafen
Məməlilərdə reproduktiv funksiyanın pozulması;
İnsan üçün kanserogen ehtimalı (2V MAİR)
177
1 2
PXDD və PXDF
TXDD – insan üçün kanserogen ehtimalı (1 MAİR qrupu);
Süd vəziləri, ağciyər, mədə, qaraciyər və öd yollarında
xərçəng riski faktoru, nevroloji effektlər (görmə
qabiliyyətinin pozulması, nevropatiya və b.); reproduktiv
sağlamlığa təsiri, endokrin və immun sisteminə, endometri-
oza; az çəkili uşaqların doğulması, hormonal statusun
pozulması, tibbi-genetik pozuntular (xromoson
aberrasiyaların (kənarlaşma) sayının yüksəlməsi)
PXB
Heyvanlarda (su samuru, qartal, çay qaranquşu, suiti və b.)
reproduktiv funksiyanın pozulması;
İnsan üçün kanserogen (2A MAİR qrupu) ehtimalı,
reproduktiv sağlamlığın pozulması, uşaqların əsəb-psixi
inkişafına təsiri;
12.2.1. Dioksinlər
Atmosfer havasına dioksinlər/furanlar yanma prosesləri, metalların işlənməsi zamanı, məsələn,
aqlomerasiya və əridilmə, qurutma, piroliz, krekinq və digər texnoloji proseslərin gedişində daxil olur.
Dioksinlərin atmosfer havasına daxil olmasına aşağıdakı dörd şəraitin birləşməsi (uyğunluğu) səbəb olur:
yüksək dərəcəli (200
0
C-dən artıq) proseslər və (və ya) tam yanmaması, üzvi karbonun, xlorun və dioksin/füran
tərkibli məhsulların mövcudluğu.
Dioksinlər suya əsasən xlordan istifadə olunan sellüloz-kağız və kimya sənayesinin, dioksinlərlə çirklənmiş
qoruyucu hopduruculardan istifadə olunan müəssisələrin, xlorfenol herbisidlərdən toxuculuqda, dəri, oduncaq
və digər məhsulların örtükləri və rənglənməsində, yaxud hopdurulmasında istifadə edən müəssisələrin
tullantılarından daxil olur.
Torpağın dioksinlərlə/furanlarla çirklənməsi bəzi pestisidlərdən və kanalizasiya lilindən istifadə edilməsi
nəticəsində baş verir. Bir sıra istehsalatın, o cümlədən tibbi tullantılar, lil, kimya istehsalının tullantıları,
pestisidlərin tullantıları, işlənmiş transformator yağları və bir çox başqalarının tullantılarının tərkibində
dioksinlər olur. Bu maddələrin təbii mənbələri meşə və bozqır (step) yanğınları və vulkan fəaliyyəti hesab
olunur. Dioksin və furanların əsas mənbələri 12.7 saylı cədvəldə verilir.
Cədvəl 12.7
Dioksin və furanların əsas mənbələri
Sahə
Mənbə və emissiyalar
(beyəlxalq vahidlərlə TE), nq/kq
1 2
Bərk tullantıların
yandırılması
Məişət zibillərinin – 38,2 və tibbi tullantıların- 589
yandırılması
Mineral yanacağın
yandırılması
Daş kömürün kommunal təsərrüfatda – 0,079 və İES-də
– 0,6 yandırılması
Kimya sənayesi
Xlorüzvi sintezin bəzi prosesləri – 0,95
Sellülov-kağız
sənayesi
Sellülozun ağardılmasında liqninlərin xlorlanması
Əlvan metallurgiya
Misin istehsalı – 0,3
Qırıntıların əridilməsi:
mis qırıntıları – 21,1
qurğuşun qırıntıları – 0,05-8,3
Qara metallurgiya
Əritmə istehsalı, şlam tullantıları – 0,55-4,10 (1 kq
aqlomerata)
Xlor və brom üzvi Dizel yanacağı yandırdıqda dioksinlərin emissiyası
178
1 2
maddələr qatılan
yanacaqla işləyən
avtonəqliyyat
maksimum olur (175 pq/km gedişdə)
Tikinti materialları
Sement, əhəng, kərpic, şüşə, asfalt istehsalı
Digər istehsallar
Asfalt-beton zavodları, ağac emalı
sənayesi,
kondensator və onların hazırlanması istehsalı
Dioksinlərin toksikliyi və sağlamlığa təsiri. «Dioksinlər» termini işlətdikdə kimyəvi birləşmələr qrupu
başa düşülür, bura – polixlorla dibenzo-n-dioksidlər (PXDD) və dibenzofuranlar (PXDF) daxildir. Hətta çox
kiçik konsentrasiyalarda kəskin toksikliyini, ətraf mühitin bütün obyektlərdə və qida məhsullarında rast
gəlinməsi, xarici təbii faktorların (oksidləşmə, hidroliz, qələvi turuşuların təsiri və s.) təsirinə qarşı davamlılığı
nəzərə alınaraq dioksinlər supertoksikantlara aid edilir. Bu, onları qida zənciri ilə yüksək toplanmasına və
miqrasiyasına səbəb olur. Orqanizmə daxil olarkən dioksinlər biotada öz konsentrasiyasını suya nisbətən 10
4
-10
8
dəfədən artıq böyüdür. Onlar maddələr mübadiləsini pozaraq toxuma tənəffüsünü, kalsiumun və xolestrinin
mübadiləsini, qaraciyərdə metabolizmi pozur.
Dioksinlər sənayedə, təbii mühitdə və orqanizmdə bir qayda olaraq mürəkkəb qarışıq halında olur, ayrı-
ayrılıqda komponentlər hərəsi öz təsir xüsusiyyətinə malikdir. Dioksinlərin/furanların izomerlərinin əksəriyyəti
fiziki-kimyəvi xassələrinə görə fərqlənir. Bu izomerlər ətraf mühitdə onlara müxtəlif qarışıqlar və müxtəlif
konsentrasiyalı halında rast gəlinir, bu isə onların təhlükəlik dərəcəsini qiymətləndirməyi çətinləşdirir. Bu
baxımdan, dioksin və furanların toksiklik dərəcəsini qiymətləndirmək üçün ekvivalent toksikliyin beynəlxalq
Dostları ilə paylaş: |