QƏRİb məMMƏdov, mahmud xəLİlov


Mədənlərdən ağır metalların



Yüklə 4,26 Mb.
Pdf görüntüsü
səhifə26/64
tarix21.04.2017
ölçüsü4,26 Mb.
#15061
1   ...   22   23   24   25   26   27   28   29   ...   64

Mədənlərdən ağır metalların sənayedə çıxarılması prinsip etibarilə onların giokimyəvi tsiklini dəiyşdirdi 

və təbiətdə bir çox metalların konsentrasiyası on və yüz dəfə çoxalmışdır.  

Aşağıda ayrı-ayrı ağır metalların ətraf mühitə düşməsi mənbələri və insanın sağlamlığına təsiri verilir. 

 

12.1.1. Qurğuşun (Pb) 

Ən toksik metallardan biri olub bir sıra beynəlxalq təşkilatların, o cümlədən Ümumdünya Səhiyyə 

Təşkilatının (ÜST), BTM-nin, toksik maddələrə və xəstəliklər üzrə Amerika agentliyi və digər ölkələrin analoji 

dövlət təşkilatlarının prioritet çirkləndirici maddələrin siyahısına daxil edilmişdir. Qurğuşun  ətraf mühitə 

etilləşdirilmiş benzinlə işləyən avtomobillərin tullantıları ilə, metallurgiya müəssisələri, poliqrafiya müəssisələri, 

maşınqayırma istehsalı, akkumulyator istehsalı və digər qurğuşun tərkibli məhsullar istehsal edən müəssisələrin 

tullantıları ilə daxil olur. Etilləşdirilmiş benzindən bir çox ölkələrdə istifadə edilməsinin qadağan olunması ilə 


 

168


əlaqədar son illər atmosfer havasında qurğuşunun konsentrasiyası xeyli azalmışdır.  

Qurğuşunun yol verilən konsentrasiyası (YVK) atmosfer havasında                      0,3  mkq/m

3

,  su mənbələri 



suyunda 30 mk/m

3

 (ÜST-nin tövsiyəsinə  əsasən – 10 mk/l) müəyyən edilmişdir.  Torpaqda qurğuşunun 



təxmini YVK-sı aşağıdakı kimi təşkil edir: qumlu və qumluca torpaqlarda – 32, turş (gillicə və gilli) torpaqlarda 

– 65 və neytral turşuluğa yaxın torpaqlarda – 130 mq/kq.  



Ətraf mühitdə qurğuşunun miqdarı. Hazırda praktiki olaraq ətraf mühitin bütün komponentləri 

qurğuşunla çirklənməyə  məruz qalmışdır. Atmosfer havasından başqa qurğuşuna içməli sularda, torpaqda və 

qida məhsullarında da rast gəlinir. 

Qurğuşun  içməli suya polivinilxlorid məmulatlarından istifadə etməklə  əlaqədar daxil ola bilər, bura 

tərkibində iki və üç əsaslı qurğuşun-sulfat, ikiəsaslı qruğuşun-stearat və birəsaslı qurğuşun-karbonat olan 

stabilizatorlar aiddir. İzafi miqdarda qurğuşun içməli suya metallurgiya və digər istehsalatlara yaxın yerləşən 

yaşayış məntəqələrində daxil ola bilər.  

Əlvan metallar istehsal edən şəhərlərdə torpağın tərkibində qurğuşunun miqdarı 1000-2000 mq/kq-a çata 

bilər. Torpağın qurğuşunla yüksək səviyyədə çirklənməsi, xüsusilə, qurğuşun  əridilməsi və qurğuşuntərkibli 

akkumulyatorlar istehsal edən müəssisələr yerləşən  şəhərlərdə müşahidə olunur. Rusiyada belə  şəhərlərdən 

Vladiqafqaz (Şimali Osetiya), Krasnouralski, Çelyabinski, Novosibirski, Kursk, Sibirsk, Podolski (Moskva 

vilayəti), Sankt-Peterburq (akkumulyator istehsal edən yaşayış rayonunun yaxınlığında) və b. göstərmək olar.  

Torpağı yüksək səviyyədə qurğuşunla çirklənən  şəhərlərdə sahə  kənd təsərrüfatı  məhsulları üçün istifadə 

olunduqda təbii ki, qurğuşun qida məhsuluna keçir. Məsələn, Uralın Karabaş adlanan kiçik şəhərində 

(Çelyabinsk vilayəti) misəridən zavod 1910-cu ildən etibarən işləyir, qabaqlar qurğuşun tullantıları ildə 2 min 

tona çatırdı. Hazırda havanın çirklənməsi xeyli aşağı olsa da, torpağın çirklənmə səviyyəsi son dərəcə yüksək 

olub, 1500-2000 mq/kq-a çatır. Belə torpaqda becərilən tərəvəzin tərkibində qurğuşunun miqdarı 1,5-2,5 mq/kq 

təşkil edir (YVK isə 0,5 mq/kq-dır). Digər metallurgiya istehsalı yerləşən Belovo-Kemerovsk vilayətinin 

şəhərlərində kartof və tərəvəzin tərkibində YVK-dan 70-90% artıq qurğuşun müşahidə edilir.  



Qurğuşunun sağlamlığa təsiri. Qurğuşunun insanlara təsiri  ən qədim zamanlardan məlumdur. Qədim 

Romada qurğuşun bahalı qabların hazırlanmasında,  şərab istehsalında, su kəməri borularında istifadə edilirdi. 

Bunun nəticəsində romalılar qurğuşunla zəhərlənmədən  əziyyət çəkirdilər, bunu Roma zadəganlarının 

sümüklərində qurğuşunun yüksək səviyyədə olması  təsdiq edir. Qədim Romanın zəifləməsi (dağılması) 

səbəblərindən biri, Roma zadəganlarının qurğuşunla xroniki  zəhərlənməsi rəvayəti mövcuddur.  

İnsan orqanizminə qurğuşunun  əsas hissəsi (70-80%) qida ilə, 10%-dən çoxu su ilə, 2-25%-ə  qədəri isə 

atmosfer havasından daxil olur. Siqaret çəkənlər hər siqaret dənəsindən əlavə olaraq 1 mkq qurğuşun qəbul edir. 

ÜST insan orqanizminə həftə ərzində daxil olacaq normativ miqdarını onun bədəninin kütləsinin 0,05 mq/kq, 

FAO isə 3 mq/kq (04 mq/sutka) qədər müəyyənləşdirir.  

Qeyri-üzvi qurğuşun respirator (nəfəs) və mədə-bağırsaq traktından keçdikdə orqanizm tərəfindən sorulur.  

Qana daxil olan qurğuşunun hamısı eritrositlər tərəfindən absorbsiya olunur və sümüklərdə toplanır. 

Qurğuşunun sümüklərdən yarımtəmizlənməsi 27 il davam edir.  

Bir çox tədqiqatların məlumatına  əsasən müasir insanın orqanizmində qurğuşunun miqdarı bizim 

əcdadlarımızda olan «təbii» səviyyədən 100 dəfə artıqdır. Həm də hazırda dırnaqlarda toplanan qurğuşunun 

miqdarı bizim eradan əvvəlki insanlara nisbətən 7 dəfə, IV-XVIII əsrlərdə yaşayan insanlara nisbətən isə 2-5 

dəfə çoxdur. Qrenlandiya, Antarktida buz laylarındakı qurğuşunun miqdarının öyrənilməsi göstərdi ki, son 3 

min ildə atmosferdə onun konsentrasiyası 100 dəfə artmışdır.  

Qurğuşunun yüksək konsentrasiyası reproduktiv, əsəb (sinir), ürək-damar, immunitet və endokrin 

sistemlərinin dəyişməsinə  səbəb olur. Onun toksiki təsiri böyrəklərin funksional vəziyyətinin dəyişməsində, 

hemoqlabinin  əsası – hemanın sintezində, oksidləşmə metabolizmin proseslərində  və mübadilə enerjisində 

təzahür edir.  

Qurğuşunun psixi əsəb statusuna təsiri. Qurğuşunun təsirilə  fəhlələrdə  mərkəzi  əsəb sisteminin 

zədələnməsi astenik sindromla (kəskin zəiflik, yuxunun pozulması, baş  ağrıları, hafizənin və diqqətin aşağı 

düşməsi), qorxu hissinin, depressiyanın formalaşması ilə səciyyələnir, hərəkət pozuntuları ilə müşayiət olunur 

(iflicə qədər).  

Əsəbilik  əyilmə (kənara çıxma) kiçik uşaqlarda aşkar edilmişdir. Onlarda psixomotor reaksiyasını 

qurğuşunun orqanizmə daxil olmasını çirklənmiş torpaqla təmasda olmuş barmaqlarını, oyuncaqlarını yalamaqla 

əlaqələndirirlər.  

Qruğuşunun təsiri ilə böyrəklərin funksiyasının pozulması, hələ XIX əsrdə qurğuşunlu boyalarla işləyən 

rəssamların sağlamlığını yoxlayarkən qeydə alınmışdır.  


 

169


Qurğuşunun uzun müddət orqanizmə daxil olduqda əvvəlcə böyrək kanallarında öz vəziyyətinə qayıda 

bilmə  dəyişiklikləri baş verir. Sonralar isə daha kəskin ağırlaşmalar olur, bu isə xroniki, dönməyən 

nefropatiyanın inkişafı ilə  nəticələnə bilər və böyrək çatışmazlığına keçər. Qurğuşunla 10 ildən artıq təmasda 

olan adamlarda xroniki nefropatiyanın inkişaf risk dərəcəsi çoxalır, böyrək xəstəliklərindən ölənlərin sayının 

artması müşahidə olunur.  

Qurğuşunun təsirindən həm də xüsusilə çirklənmə rayonlarının yaxınlığında yaşayan uşaqların sidikayırma 

sistemi  əziyyət çəkir. Məsələn, Sankt-Peterburqda akkumulyator zavodunun yaxınlığında yaşayan uşaqların 

böyrəklərinin fəaliyyətinin pozulması  aşkar edilmişdir. Onların sidiklərində oksalatların miqdarının və sidiyin 

fiziki-kimyəvi xassələrinin dəyişməsi qeydə alınmışdır.  

Qurğuşunun ürək-damar sisteminə  təsiri. Qurğuşunun təsiri miokardada biokimyəvi pozuntularla 

nəticələnir, bu isə natrium-kalsium mübadiləsinin  inqibirobaniyası hesabına mitoxondrin zədələnməsi ilə 

əlaqədardır. Sankt-Peterburqda akkumulyator zavodunun yaxınlığında yaşayan uşaqların qanının tərkibində 

qurğuşunun miqdarı çox olduğundan (100 ml qanda 20 mkq-dan artıq) onlarda ürək-damar sistemində müəyyən 

dərəcədə funksional dəyişikliklər, qismən ürəyin yığılma funksiyasının aşağı düşməsi aşkar edilmişdir.  

İnsanın orqanizminə daxil olan qurğuşun sümüklərdə toplanır. Onun uzun müddətli təsiri  dayaq-hərəkət 



aparatına da təsir göstərərək,  asteoporozun  inkişafına səbəb ola bilər, bundan çox vaxt 50 yaşdan yuxarı 

qadınlar əziyyət çəkir.    



Biosubstratlarda qruğuşunun yol verilən miqdarı. Qurğuşunun əhalinin sağlamlıq vəziyyətinə təsirinin 

əsas göstəricilərindən biri onun qanun tərkibindəki miqdarı hesab olunur. 12.1 saylı  cədvəldə ABŞ-da 

xəstəliklərə  nəzarət Mərkəzi tərəfindən hazırlanmış, qurğuşunun qanda müxtəlif miqdarının sağlamlığın 

vəziyyətinə təsirinin sxemi verilmişdir. 100 ml qanda qurğuşunun miqdarı fəhlələrdə 50 mkq-dan, uşaqlarda isə 

20 mkq-dan artıq olduqda hemoqlobinin miqdarı azalır. ABŞ-da işçi personalı üçün qurğuşunun yol verilən 

konsentrasiyası 100 ml qanda 30 mkq müəyyən edilmişdir.  



Cədvəl 12.1 

 

Qurğuşunun uşaq və böyüklərin sağlamlıq vəziyyətinə təsiri (ABŞ-da xəstəliklərə nəzarət Mərkəzinin 

məlumatına əsasən, 1993) 

 

100 ml qanda 

qurğuşunun 

konsentrasiyası 

Uşaqlar Böyüklər 

 

1 2 



150 Ölümlə nəticələnir Qurğuşunla zəhərlənmə  

50-100 

Ensefalopatiya, nefropatiya, 



anemiya, kolik  

Enselopatiya, anemiya, öm-

rün qısalması, hemoqlobin 

sintezinin azalması  

40 

Hemoqlabin sintezinin azal-



ması   

Periferik nevropatiya, son-

suzluq (kişilərdə), nefro-

patiya 


30 Metabolizmin 

aşağı düşməsi  

Kişilərdə sisfolik təzyiqin 

yüksəlməsi, eşitmə qabiliy-

yətinin aşağı düşməsi  

20 


Əsəb vektoru keçiriciliyinin və 

protoporfirin eritrositinin 

yüksəlməsi  

Eritrosit protonorfirinin 

yüksəlməsi  

10 


İQ göstəricisinin, eşitmə 

qabiliyyətinin, böyümə 

sürətinin aşağı düşməsi   

Hipertenziya  



 

Saçlarda qurğuşunun miqdarı. Onun təsir göstəricisi olmasa da, bir sıra ölkələrdə ekoloji-epidemioloji 

tədqiqatlar apardıqda, uşaq və böyüklərin saçlarında qurğuşunun konsentrasiyasının təyini metodlarından 

istifadə olunur. Belə ki, işçi personalının saçlarında qurğuşunun miqdarı 70 mkq/q-dan (100 ml qanda 40 mkq 


 

170


konsentrasiyasına uyğun gəlir) artıq olmamalıdır. Uşanlarda yol verilən konsentrasiya 8-9 mkq/q tövsiyə 

olunmuşdur, hazırda isə onu uşaqlarda 3 mq/q-a, böyüklərdə isə 6 mk/q-a qədər azaltmaq fikri irəli sürülür.  



 

12.1.2. Civə (Hg) 

Ən toksik metallardan biri olub, ətraf mühitdə geniş yayılmışdır, trofik zəncirdə bioakkumlyasiya və 

hərəkət etmə qabiliyyətinə malikdir. Civənin qida zənciri üzrə hərəkətini sadə şəkildə aşağıdakı kimi göstərmək 

olar: su – dib çöküntüləri – biota (bentos, fito - zooplankton),  balıqla qidalanan balıqlar və quşlar. Biokimyəvi 

metilləşmə prosesləri nəticəsində su sistemlərində əmələ gələn qurğuşunun üzvi birləşmələri daha təhlükəlidir. 

Civə  ətraf mühitə civə  tərkibli filizlərin çıxarılması  və  əridilməsi, sulfid filizlərindən  əridib  əlvan metalların 

alınması, filizdən qızıl əldə edildiyi, sellülozun ağardılması, xlor, kaustik, vinilxlorid, elektrik avadanlıqlarının 

(lampa, müxtəlif cərəyan mənbələri), ölçü və  nəzarət cihazlarının (termometr, monometr), civətərkibli tibb 

preparatlarının, sementin istehsalı, civətərkibli pestisidlərin istifadəsi, daş kömür və mazutun yandırılması 

zamanı daxil olur. Tullantıların yandırılması zamanı da ətraf mühitə xeyli miqdarda civə daxil olur.  

Rusiyada sənaye müəssisələrindən atmosferə atılan civənin miqdarı təxminən ildə 10 ton təşkil edir (Revic, 

Avaliani, Tixonova, 2004). Bu sənaye cəhətdən inkişaf etmiş digər ölkələrin sənayesi tərəfindən atılan civənin 

miqdarına uyğun gəlir.  

Atmosfer havasında civənin YVK 0,3 mkq/m

3

, içməli suda 0,5 mkq/l, torpaqda isə 2,1 mq/kq təşkil edir.  



Ətraf mühitdə civənin miqdarı. Civə atmosfer havasında əksərən qazşəkilli formada olur.  

Civənin torpaqda toplanması üzvi karbon və kükürdün miqdar səviyyəsinə görə  təyin edilir. Civənin 

torpaqla ana süxurdan irsən keçmiş təbii halda miqdarı 0,02-dən 03 mq/kq arasında tərəddüd edir, orta hesabla 

0,06 mq/kq təşkil edib torpaq tipindən asılıdır.  Şəhərlərdə torpaqda civənin miqdarı çoxlu miqdarda müxtəlif 

tullantıların olması ilə əlaqədar bir qədər çox olur.  

Civə suda üzvi və qeyri-üzvi vəziyyətdə ola bilər.  İçməli suda civənin  əsas mənbəyi çirkab suları ilə 

çirklənmiş su mənbələri (məsələn, xlor-qələvi istehsalı), atmosfer və su hazırlığında istifadə edilən reagentlər 

hesab olunur. Quyu suları bilavasitə quyu nasosları vasitəsilə  də çirklənə bilər. Su mənbələrinin sularında 

civənin YVK səhiyyə-toksikoloji göstəricilərinə görə 0,5 mkq/l təşkil edir. Ətraf mühitdə qeyri-üzvi civə metal 

üzvi birləşmələrə, o cümlədən yüksək zəhərli metilləşmiş civəyə çevrilir. O, sü mühitində bioloji proseslər 

nəticəsində  əmələ  gəlir və trofik zəncirə daxil olaraq yırtıcı balıqların (akula, tuns, durnabalığı) və  dəniz 

məməlilərinin (suiti, balina) oraqizmində toplanır.  İnsan orqanizminə metil civənin daxil olması  əsasən bu 

məhsullardan isttifadə edildikdə baş verir.  

Toksiki maddələrin transsərhəd keçməsi, hətta Arktika regionu və digər sənaye mərkəzlərindən çox uzaqda 

yerləşən  ərazilərin sülarını civə ilə çirkləndirir. Arktikanın  ətraf mühitinin vəziyyətinə  nəzarət və 

qiymətləndirilən Beynəlxalq Proqamın məlumatına görə, bu regionda civənin konsentrasiyası artmaqda davam 

edir və şimal əhalisi uşaqlarının psixi-sinir sisteminə ziyan vurur.  

Civənin sağlamlığa təsiri. Civə tiol zəhəri sırasına aid olub, sulfohidrat qrupu zülal birləşmələrini təcrid 

edərək, orqanizmin zülal mübadiləsini və fermentasiya fəaliyyətini pozur. Ətraf mühitdən qeyri-üzvi civənin 

əsas daxil olma yolu inhalyasiya hesab olunur. Atmosfer havasından insan orta hesabla sutka ərzində təxminən 

1 mkq civə udur. Udulan civə buxarının 80%-ə qədəri ağciyərlərdə saxlanılır və qana daxil olaraq tez oksidləşir. 

Orqanizmə daxil olan civənin hamısı praktiki olaraq tez ionlaşır. İçməli su ilə və qida məhsulları ilə orqanizmə 

daxil olan civənin üzvi birləşmələri  daha təhlükəli hesab olunur. Sutkada qəbul edilən su ilə orqanizmə 0,4 

mkq-dan az civə daxil olur. İstehsalatda civə ilə  təmasda olmayan civənin  əsas mənbəyi qida, başlıca olaraq 

balıq və balıq məhsulları sayılır. Yüksək çirklənməyə məruz qalmış rayonlarda bu məhsullarda civənin sutkalıq 

qəbulu 300 mkq-a çata bilər, bu isə metil civə ilə zəhərlənməyə səbəb olur. Orqanizmə buxar halında daxil olan 

civə tez cift (plasent) vasitəsilə keçir. Civənin üzvi birləşmələri qeyri-üzvi birləşmələrə nisbətən orqanizmdə 

uzun müddət dəyişməz halda qalır və hamatoensefalik və cift maneəsindən gec keçir. Südverən anaların 

südündə civə birləşmələri toplana bilir, odur ki, balaca uşaqların qanında civə aşkar edilir. Qeyri-üzvi civənin 

yarımayrılması dövrü təxminən 80 sutka çəkir, daxil olan metilcivəninki isə 600 sutkadan artıq uzanır.  

Zəhərlənmə zamanı civənin paylanması birləşmələrinin xarakterindən və onların orqanizmə daxil olma 

üsulundan asılıdır, inhalyaisya (nəfəsalma) yolu civə buxarları daxil olduqda onun əsas «deposu» böyrəklər 

sayılır, bunun nəticəsində «süleymani böyrək» və böyrək çatışmazlığı inkişaf edir. Civə həm də iliyə daxil olur 

və sinir sistemini zədələyir. Bundan başqa, N.A.Pavlovskinin (2002) məlumatına görə civənin daima təsiri 

immunitet çatışmazlığının inkişafına aparır. Civə ilə  təmasda olan işçilərdə, klinikalarda peşə  xəstəliyi kimi 

nevrasteniya, aqressivlik, baş  ağrıları, yuxu və yaddaş pozğunluğu üstünlük təşkil edir. Bir qədər aşağı 

səviyyədə təsir nəticəsində motor funksiyasının, davranışın və əhvali-ruhiyyənin dəyişməsi, yüksək emosiyalıq 



 

171


müşahidə olunur.  

Qeyri-üzvi və üzvi civənin müxtəlif yolla daxil olmasından asılı olaraq insan sağlamlığına təsir effekti 12.2 

saylı cədvəldə verilir.  

Civənin substratlarda yol verilən miqdarı. Civənin insan orqanizminə təsirini öyrənərkən onun qan, sidik 

və saçlarda olan miqdarının təyini metodlarından istifadə edilir. Civənin 100 ml qanda miqdarı adətən 0,3-1,6 

mkq arasında olur, lakin çoxlu miqdarda dəniz məhsullarından istifadə edən adamlarda bu göstərici 12,7 mkq-a 

qədər çoxalır (cədvəl 12.2) Krevetlərdə (xırda dəniz xərçəngi) xüsusən çox civə toplanır.  



Cədvəl 12.2 

 

Metal civənin (X) və metilcivənin (XX) insanın sağlamlığına təsiri (Toxicological Profile for Mercury USA 

(ATSDR, 1999 –cu ilin  

məlumatı) 

 

Effekt 

Daxil olma yolu 

inqalyasiya perorol 

perkussiya 

Ölümlə nəticələnir  

X/XX 

-/XX 


Kəskin zəhərlənmə  

X/- 

-/XX 


X/- 

Xroniki zəhərlənmə  

X/XX 

-/XX 


X/XX 

İmmun sisteminin po-

zulması  

X/- - 


X/- 

Nefroloji pozuntu  

X/XX 

-/XX 


X/- 

Reproduktiv pozuntu  

X/- 





Zehni inkişafın 

azalması  

X/- 

-/XX - 


Genotokisiki effektlər  

X/- 


-/XX 

 



 

Cədvəl 12.3 

 

Qanda civənin miqdarı və onun insan sağlamlığına təsiri 

 

100 ml qanda 

civənin miqdarı, 

mkq 

Effekt 

24,0 Həssaslığın azalması  

2,0 Qadınlar üçün yol verilən səviyyə  

1,5 


İşçilər üçün iş həftəsinin sonunda yol verilən səviyyə  

0,2 Balıqdan istifadə etməyənlər üçün fon səviyyəsi  



 

İstehsalatda civə ilə  təmasda olmayan şəxslər üçün sidikdə civənin təbii (fon) miqdarı orta hesabla 5,6 

mkq/l təşkil edir. Civə ilə təmasda olan işçilərdə isə civə intoksikasiya simptomu sidikdə civənin miqdarı 50-70 

mkq/l olduqda müşahidə olunur. Odur ki, yol verilən səviyyənin 40-50 mkq/l-dən artıq olmaması tövsiyə edilir. 

Bu  əmək gigiyenaçılarının Amerika assosiasiyasının təklifləri ilə uyğun gəlir, ona əsasən iş zamanı sidikdə 

civənin miqdarı 50 mkq/l-i və iş gününün sonunda 15 mkq/l-i keçməməlidir.  

Epidemiologiyada həm də civənin saçlarda toplanmasının öyrənilməsi üzrə  tədqiqatlar aparılır. Civə 

bərabər surətdə udulduqda onun orqanizmdə, o cümlədən saçlarda miqdarı tez artır. Balıqla praktiki olaraq 

qidalanmayan insanların saçlarında metilcivənin miqdarı  təxminən onun orqanizmdəki miqdarının 20-25%-ni 

təşkil edir və bir qayda olaraq 1-4 mkq/q-ı keçmir. Dəniz məhsulları ilə bol olan rayonlarda yaşayan insanların 

hamısının saçında civə metilcivə şəklində olur. ÜST-nin tövsiyəsinə əsasən saçlarda civənin miqdarı 10 mkq/q-

dən artıq olmamalıdır.  



Civənin təsirindən baş verən xəstəliklər. 12.4 saylı  cədvəldə  bəzi ölkələrdə  tərkibində metilcivə olan 

məhsullarla zəhərlənmə nəticəsində əhalinin ölüm və xəstəlik hadisələrinin miqdarı verilir.  

Əhalinin metilcivə ilə ilk kütləvi xroniki zəhərlənməsi 1950-ci illərdə Yaponiyada qeydə alınmışdır. 


 

172


«Çisso» kompaniyasının tərkibində civə olan çirkab sularının Minamata buxtasına atılması civənin metilcivəyə 

transformasiyasına səbəb olmuş və bunun nəticəsində orada balıqla qidalanan yerli əhali zəhərlənmişdir.   

  

Cədvəl 12.4 

 

Metilcivə ilə zəhərlənmə hadisələri 

 

Ölkə (metilcivənin  

daxil olma mənbəyi) 

İl 

Say 

ölüm xəstəlik 

1 2 



Yaponiya, Minamata (dəniz məhsulları) 1956 76 2262 

İraq (civə 

tərkibli pestisidlərlə 

dərmanlanmış taxıl) 

1961 35  321 

Şərqi Pakistan (dərmanlanmış taxıl) 1963 

34 



Qvetemala (dərmanlanmış taxıl) 1966 

20 


45 

Yaponiya, Niqata (dəniz məhsulları) 1968 

690 


İraq (dərmanlanmış taxıl) 1972 

459 


6350 

 

1956-cı ildə əvvəl uşaqlar (mərkəzi sinir sisteminin), sonra isə böyüklər (hərəkət uyğunluğunun pozulması, 



eşitmə qabiliyyətinin pisləşməsi, həssaslığın itirilməsi) diaqnozdan keçirilmişdir. Görüş dairəsinin qısalması, 

əzələ riqidnostu, yüksək emosiyanın oyanması    aşkar edilmişdir. Zərərçəkmiş adamların hamısı Minamata 

körfəzində tutulmuş balıq və molyuskalarla qidalanmışdır. Hərəkət koordinasiyasının pozulması pişik və 

quşlarda da müşahidə olunmuşdur. Onlarla insan ölmüş, bir çoxları sinir sistemində ağır zədələr almışdır. 1955-

1959-cu illərdə Minamatada doğulan hər üç uşaqdan birində mərkəzi sinir sisteminin pozulması, fiziki və əqli 

inkiaşfın kənara çıxması müşahidə olunmuşdur. Bu faciənin nəticələri neçə-neçə illər davam etmişdir, 12 

mindən artıq adam körfəzə 200-dən 600 tona qədər civəni körfəzə atan kimya müəssisələrinə öz iddialarını 

bildirdilər.  

Bir neçə ildən sonra analoji vəziyyət Yaponiyanın digər  şəhəri – Niiqatada təkrar olundu. Belə  vəziyyət 

Kolumbiyada (Kartaxena körfəzi) baş vermişdir.  

İnsanların metilcivə ilə  zəhərlənməsi civətərkibli funqusidlərlə  dərmanlanmış (çirkləndirilmiş) taxıldan 

bişirilmiş çörəklə qidalanması ilə əlaqədar baş vermişdir (İraq, Qvatemala, Şərqi Pakistan) (cədvəl 12.4).  

Civə ilə çirklənmiş artmosfer havasının təsiri civətərkibli lampalar istehsal olunan Saranski şəhərinin 

yaxınlığında yaşayan uşaqlarda xəstəliklərin artmasına və civə istehsal olunan dünyada nəhəng sayılan Nikitov 

zavodunun (Ukrayna) yanında yaşayan qadınlarda reproduktiv sağlamlığın pozulmasına səbəb olmuşdur.  

 

12.1.3.Kadmium (Cd) 

Kadmiumun  ətraf mühitdə yayılması lokal xarakter daşıyır. O, ətraf mühitə metallurgiya istehsalının 

tullantıları ilə, qalvanik istehsalının çirkab suları ilə (kadmiumlamadan sonra), kadmium tərkibli stabilizatorlar, 

piqmentlər, boyalar istifadə olunan istehsal sahələrindən və  fosfat gübrələrindən istifadə edilməsi nəticəsində 

daxil olur. Bundan başqa, kadmium iri şəhərlərin havasında təkərlərin sürtülməsi, bəzi plastik məmulatların, 

boyaların və yapışdırıcı materialların eroziyası nəticəsində mövcuddur.  

Orqanizmə daxil olan əlavə kadmium mənbəyi siqaret çəkilməsi sayılır. Bir siqaretin tərkibində 1-2 mkq 

kadmium olur və onun 10%-ə qədəri tənəffüs orqanlarına daxil olur. Gün ərzində 30 ədəd siqaret çəkən adamın 

orqanizmində 40 il ərzində 13-52 mkq kadmium toplanır, bu qida ilə orqanizmə daxil olan miqdardan artıqdır. 

İçməli suya kadmium istehsalat tullantıları ilə çirklənmiş su mənbələrindən, suhazırlığı  mərhələsində 

reagentlərdən, həmçinin su kəməri konstruksiyalarının miqrasiyası nəticəsində daxil olur. Su ilə orqanizmə daxil 

olan kadmiumun payı ümumi sutkalıq dozanın 5-10%-i təşkil edir.  

Atmosfer havasında kadmiumun normativi 0,3 mkq/m

-3

, su mənbələri suyunda 0,001 mq/l, torpaqda – 



qumlu və qumluca turş və neytral torpaqlarda uyğun olaraq 0,5, 1,0 və 2 mq/kq təşkil edir.  

ÜST-nin tövsiyəsinə  əsasən kadmiumun YVS (yol verilən səviyyəsi) həftə  ərzində  bədən kütləsinin 7 

mkq/kq təşkil edir.  

Kadmiumla çirklənmə mənbələri yerləşən ərazilərdə, onun çirklənmiş sahələrdə becərilən kənd təsərrüfatı 

məhsullarından izafi daxil olma ehtimalını nəzərə almaq lazımdır. Məsələn, kadmiumun yol verilən səviyyəni 


 

173


keçməsi Belova şəhərində sinkəridən zavodun yaxınlığında becərilən tərəvəzdə qeydə alınmışdır. Kirovoqrad, 

Qornyak, Kamensk-Uralsk, Çelyabinsk, Vladiqafqaz şəhərlərinin və  mədənlərin yaxınlığında yerləşən yaşayış 

məntəqələri ərazisindəki torpaqlarda kadmiumun ən yüksək orta miqdarı aşkar edilmişdir.  


Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin