Dieldrin də aldrin, heptaxlor, xlordan və toksafen kimi politsiklik qeyri-aromatik birləşmələrə aiddir. On-
lardan bəziləri, məsələn, xlordan DDT-dən toksik sayılır. Dieldrin insektisid hesab olunur. O, DDT-dən də ef-
fektli və daha davamlıdır. Həşəratlarda DDT-yə qarşı davamlılıq yarandıqda, dieldrindən istifadə olunurdu.
1955-ci ildə ÜST malyariya yayan milçəklərə qarşı dieldrindən istifadə edərək xəstəliyin tam qarşısını ala bildi.
Lakin dieldrini təsirindən digər həşəratlar, kiçik kərtənkələlər və pişiklər də məhv olurdu. Bu isə siçovulların
çoxalmasına imkan yaradaraq taun xəstəliyinin əmələ gəlməsi təhlükəsi yarandı. Hazırda dieldrindən istifadə
olunması bütün dövlətlərdə qadağan edilmişdir. Lakin olduqca davamlı olduğu üçün o, əhalinin və
ekosistemlərin sağlamlığına neqativ təsir göstərə bilər.
Aldrin yüksək davamlılığı və toplanması ilə fərqlənir. Onu süddə, toxumalarda və insanların qanında aşkar
etmək olar. O, məməlilər, quşlar, balıqlar, xərçəngkimilər və molyusklar üçün tokisiki hesab olunur. 1972-ci
ildən onun SSRİ-də istifadəsi qadağan edilmişdir.
Heptaxlor – torpaqda yaşayan həşəratlarla mübarizədə istifadə edilirdi. Onunla həm də qarğıdalı və şəkər
çuğundurunun toxumları dərmanlanırdı. Digər xlor-üzvi birləşmələri kimi heptaxlor da məməlilər və digər canlı
orqanizmlər üçün toksikidir. Onun metaboliti, yəni parçalanma məhsulu ilkin maddədən daha toksik sayılır.
1986-cı ildə heptaxlorun istifadəsi qadağan olunub.
Toksafen (polixlorpinen, polixlorkamfen) – insektisid olub şəkər çuğunduru, noxudun ziyanvericiləri ilə və
kolarada böcəyinə qarşı istifadə olunmuşdur. O, 1960-1970-ci illərdə ABŞ-da, xüsusilə cənub ştatlarında
pambığın və soya bitkisinin səpinlərində geniş istifadə edilmişdir. Digər uçucu pestisidlər kimi toksafen havada
yayılma qabiliyyətinə malikdir. Ona görə də onu hətta əvvəllər istifadə edilmədiyi yerlərin havasında və
torpağında da aşkar etmək olar. İnsanın orqanizminə toksofen əsasən balıqla daxil olur. Balıqla qidalanan adam-
lar gün ərzində 1 kq kütləsinə 2,8-5,6 nq toksafen qəbul edə bilər. Son vaxtlar toksafen İsveç, Finlandiya, Nider-
land qadınlarının südündə (68 mq/kq yağda) aşkar olunmuşdur. SSRİ-də toksafendən istifadə qadağan
olunmuşdur, ildə onun 2000 tonundan istifadə edilirdi. 1986-cı ildən etibarən bütün dünyada toksafendən
istifadə olunması qadağandır.
Xlordan – Qarışqa və termitləri məhv etmək üçün istifadə olunmuşdur. Davamlı olduğundan və
bioakkumulyativliyinə görə istifadəsi qadağan olunmuşdur. O, müxtəlif ölkələrdə havada və torpaqda aşkar edi-
lir.
Heksaxlorbenzol (HXB) – insektisid və funqısiddir, davamlı çirkləndirici sayılır. Rusiyada ondan digər
preparatların qarışığı ilə buğda, çovdar, qarabaşaq, soya və digər taxıl bitkilərinin xəstəliklərinə qarşı onların
toxumlarının dərmanlanmasında istifadə olunmuşdur. Qida zənciri ilə hərəkət etdikcə onun konsentrasiyası sonun-
cu həlqələrdə kəskin artır. HXB ilə bilavasitə təmasda olduqda selikli qişada və dəridə qıcıqlanma baş verir.
Sağlamlığa təsiri. Xlor-üzvi pestisidlər anadangəlmə inkişaf qüsurlarının əmələ gəlmə riski faktorlarıdır.
Bu, ekoloji-epidemioloji tədqiqatların pestisidlərdən intensiv istifadə olunan rayonlarda «hadisə-nəzarət» meto-
du ilə müəyyən olunmuşdur. Belə risk faktorlarının qiyməti ananın pestisidlərlə peşə təmasında – (OP 1,7),
pestisidlərdən ev təsərrüfatında istifadə edildikdə (OP
>1,5), pestisiddən istifadə olunan sahənin 0,4 km-də aşkar
edilmişdir.
Xlor-üzvi pestisidlərdən geniş istifadə olunduqda uşaqların sağlamlığında ciddi nəticələrə səbəb olur.
Qadınların reproduktiv sağlamlığına təsiri Ataniyazova (1996) tərəfindən Aral regionunda müəyyən edilmişdir.
184
Qazaxıstanda pambıq tarlalarında xlor-üzvi pestisidlərdən (2, 3, 7, 8 -TXDD) istifadə edilməsi də qadınlarda
reproduktiv pozuntulara səbəb olmuşdur (K.Hooperetal, 1999).
Xlor-üzvi birləşmələrdən uzun müddət istifadə olunması nəticəsində Rusiyanın cənub regionlarında ətraf
mühit və qida məhsulları xeyli çirklənmişdir. Burada anaların südündə xlor-üzvi pestisidlərin konsentrasiyası
0,001 və 0,067 mq/l arasında tərəddüd edir.
12.2.5. Politsiklik aromatik karbohidrogenlər (PAK)
Benz(a)piren PAK-ın tipik nümayəndəsi sayılır. Kanserogen xassəsinə görə bu maddə 2A qrupuna aiddir.
Əhalinin ümumi qrupu üçün benz(a)pirenin insanın orqanizminə daxil olan orta sutkalıq miqdarı aşağıdakı ki-
midir: hava ilə 0,009-0,043 mkq, su ilə – 0,0011 mkq, qida məhsulları ilə – 0,16-1,60 mkq, bir qutu siqaret
çəkdikdə – 2-5 mkq. Benz(a)pirenin konserogen effekti mürəkkəb tərkibli digər kimyəvi məhsullarla (his,
qətran, yağlar) qiymətləndirilir.
Daş kömür qətranı və bir neçə mineral yağların peşə təsiri insanlarda müxtəlif xərçəng xəstəliklərini (dəri,
ağciyər, sidik kisəsi, bağırsaqda xərçəng xəstəliyi daxil olmaqla) məhdudlaşdırır. Bu məhsulların konserogen
təsiri banz(a)pirenin iştirakı ilə təzahür edilir.
Benz(a)pirenin mənbəyi energetik qurğular, nəqliyyat hesab olunur; o, praktiki olaraq bütün yanacaq
materiallarının yanması nəticəsində əmələ gəlir. Sənaye müəssisələri arasında benz(a)pirenin atılması üzrə bi-
rinci yeri alüminium zavodları və texniki karbonun istehsalı müəssisəsi tutur. Təxmini hesablamalara görə il
ərzində dünyada ətraf mühitə atılan benz(a)pirenin miqdarı 5000 ton təşkil edir, o cümlədən ABŞ-ın payına
1300 ton düşür. Avropa ölkələrində nəqliyyatın payına atılan ümumi benz(a)pirenin 9%-i düşür.
Rusiyanın əksəriyyət sənaye mərkəzlərində havada benz(a)pirenin konsentrasiyası orta sutkalıq YVK (1
nq/m
-
3) 2-3 dəfə, ayrı-ayrı aylarda (bir qayda olaraq qışda isitmə dövründə) 5-15 dəfə keçir. Bu maddənin
böyük miqdarı Krasnoyarsk, Bratsk və Novokuznetsk alüminium əritmə zavodlarından daxil olur. Rusiyada orta
hesabla 25 şəhərdə benz(a)pirenin atmosfer havasında miqdarı 3 nq/m
-3
səviyyəni keçir. ABŞ-ın ətraf mühitin
mühafizəsi Agentliyinin verdiyi qiymətə görə 7 nq/m
3
konsentrasiyalı benz(a)pirenin təsirilə 1 mln. əhali hesabı
ilə əlavə 9 ağciyər xəstəliyi baş verir. ABŞ-ın müxtəlif ştatlarında havada benz(a)pirenin illik normativi 0,3-
1,1nq/m
3
təşkil edir.
Rusiyada yüksək konsentrasiyalı benz(a)pirenin təsirinə 14 mln.-a qədər insan məruz qalır, o cümlədən 3
nq/m
-3
konsentrasiyalı uzun müddətli təsirə məruz qalanların 10 mln.-da ağciyər xəstəliyinin baş verməsi
ehtimalının tezliyi yüksəkdir.
Dünyanın müxtəlif ölkələrində aparılan ekoloji-epidemioloji tədqiqatlar bir sıra sənaye şəhərlərində ağciyər
xərçəngi xəstəliyindən ölənlərin sayı artır. İri poladəridən istehsalı yerləşən Rusiyanın Krivoy-Roq şəhərində
atmosfer havasında benz(a)pirenin konsentrasiyası 3 nq/m
-3
-dən artıq olduğundan ağciyərin xərçəngi
xəstəliyindən ölənlərin sayı xeyli yüksəkdir. Havada benz(a)pirenin konsentrasiyası yüksək olan sənaye
şəhərlərində həm kişilərdə, həm də qadınlarda tənəffüs yollarında bədxassəli şişlərin olması ilə əlaqədar ölümün
sayının yüksək olması aşkar edilmişdir. Bura alüminium və poladəridən zavodlar (Sverdlov vilayəti) və
neftayırma sənayesi (Ufa, Sterlitamak və İşim), nikel istehsalı (Yuxarı Ufaley, Rey, Norilsk və b.) zavodları
daxildir. Maqnitoqorskda hava hövzəsində benz(a)pirenin orta konsentrasiyası YVK-nı 9,4-12,1 dəfə (9,4-
12,1nq/m
3
)artıqdır. V.S.Koşkinanın (1998) məlumatına görə bu şəhərdə ağciyər xərçəngi xəstəliyinin göstəricisi
kişilərdə 1,5 dəfə yüksəkdir.
12/./3. /Uçucu üzvi birləşmələr (UÜB). UÜB-rə benzol, toluol və ksilol aiddir. Benzol ətraf mühitə çirkab
suları ilə və əsas üzvi sintez istehsalı, neft-kimya və kimya-farmasevtik istehsalından, plastmass, partlayıcı
maddələr, ionmübadilə qətranı, lak, boyalar və süni dəri istehsalı müəssisələrindən daxil olur. O, nəqliyyatın
buraxdığı qazların tərkibində də olur. Benzol su hövzələrindən havaya tez buxarlanır, o, torpaqdan bitkiyə trans-
formasiya edə bilir.
Atmosfer havasında benzolun miqdarı 3-160 mkq/m
-3
arasında dəyişir. Havada daha yüksək konsentrasiya
iri şəhərlərdə neftayırma zavodlarının yanında aşkar edilir.
Rusiyada atmosferdə benzolun yüksək konsentrasiyasına 2 mln., o cümlədən 50-70 mkq/m
-3
konsentrasiya
səviyyəsinə 0,5 mln., 25-30 mkq/m
-3
səviyyəsinə isə 1,3 mln. adam məruz qalır. ABŞ-da benzolun 32 mkq/m
-3
konsentrasiyasına 0,08 mln., 13-32 konsentrasiya səviyyəsinə isə 0,2 mln. adam məruz qalır.
Konserogen təsirilə yanaşı, benzol həmçinin mutagen, honadotoksik. embriotoksik, teratogen və allergik
təsirə malikdir. Xroniki benzol intoksikasiya müşahidə olunan işçilərdə ən çox qanın və qanəmələgətirən
orqanların, nisbətən az dərəcədə isə sinir sisteminin zədələnməsi baş verir. Sinir simptomatikası çox vaxt hema-
185
toloji dəyişkənliyin ağırlaşmasına (leykopeniya, trombositopeniya) səbəb olur Benzolun uzun müddətli yüksək
konsentrasiyada təsiri (0,6-40,0 mq/m
-3
) xromosom aberrasiyasının böyməsinə səbəb olur.
Bir sıra epidemioloji tədqiqatlarla benzolun işçilərə təsirilə müxtəlif tip leykozların əmələ gəlməsi arasında
səbəb əlaqəsi aşkar edilmişdir. Çində 233 istehsalatda benzolla təmasda olan 28460 fəhlədən 30-da leykoz (23-ü
kəskin, 7-i xroniki), lakin maşınqayırma sahəsində (83 istehsalat) benzolla peşəlik təmasında olmayan fəhlələrdə
isə (28257 nəfər) leykositlə xəstələnən cəmi 4 hadisə qeydə alınmışdır. Birinci qrupda il ərzində 100000 adam
hesabı ilə leykositdən ölənlərin sayı 14, ikincidə isə 2 nəfər olmuşdur.
Benzol içməli suya su təchizatı mənbəyinin çirkab suları ilə çirklənməsi nəticəsində, həmçinin suyu
təmizləmək üçün işlədilən kömür süzgəclərdən daxil ola bilər. İçməli suda benzolun YVK-sı (zərərliyin
səhiyyə-toksikoloji göstəricisi) 0,01 mq/l müəyyən olunmuşdur.
Səth sularında toluolun konsentrasiyası, bir qayda olaraq 10 mkq/l-dən artıq olmur. Toluol ümumi toksik
təsirli zəhər olub kəskin və xroniki zəhərlənməyə səbəb olur. Bəzi müəlliflərlə görə toluolla az dozada uzun
müddət təmasda olduqda qana təsir göstərə bilər. Onun qıcıqlandırıcı effekti benzoldan da güclüdür. Toluolun
zədələnməyən dəri ilə orqanizmə daxil olması təhlükə yaradır, belə ki, o, endokrin pozuntulara səbəb olur və iş
qabiliyyətini aşağı salır. Lipidlərdə və yağlarda yüksək dərəcədə həll olduğundan əksər hallarda mərkəzi sinir
sistemində toplanır.
Su mənbələrinin suyunda toluolun YVK 0,5 mq/l təşkil edir.
İçməli suya ksilollar əksər hallarda neftayırma müəssisələrinin çirkab suları ilə çirklənmiş su
mənbələrindən daxil olur. Səthi sularda ksilolun miqdarı 2-8 mkq/l, su kəmərlərində 3-8 mkq/l-ə çatır. Onlar
qrunt sularında uzun müddət qala bilir. Ksilollar qıcıqlandırıcı və embriotrop təsirə malikdir, reproduksiya
proseslərini pozur və dəridən keçdikdə təhlükə yaradır.
186
XIII FƏSİL
ATMOSFERDƏ RADİOAKTİVLİK VƏ
ƏHALİNİN SAĞLAMLIĞI
13.1. Yerin təbii radiasiya fonu torpaq, su və havadakı radionuklidlərin səpələnən şüalarının cəmindən
ibarət olub, yaşları planetimizin yaşına uyğun gəlir. Belə radionuklidlərə kalium – 40 (
40
K), uran – 238 (
238
U),
torium – 232 (
232
Th) və radon – 219-282 (
219-282
Rn) və radiumun – 226 (
226
Ra) parçalanma məhsulları aiddir.
Radiasiya fonunun formalaşmasında ikinci yeri kosmik şüalanma, üçüncü yeri isə azmüddət yaşayan
radionuklidlər tutur, onlar atmosferin yuxarı qatlarında stratosferin qazları ilə Kainatın müxtəlif sahələrindən
yüksək enerji nüvə hissəciklərinin qarşılıqlı təsiri sayəsində əmələ gəlir.
Əksər radionuklid fonunun ilkin geoloji mənbəyi litosferin yuxarı qatları (qranitlər, şistlər, qumdaşılar və
s.) olub daima torpağın, suyun, havanın saprofit mikroflorasının təsiri altında əmələ gəlir, temperaturun
dəiyşməsi şüaların torpağa, bitkiyə və heyvanat aləminə miqrasiya etməsinə zəmin yaradır.
Məlum olduğu kimi, bitki və heyvanların radioaktivliyini təyin edən aparıcı radionuklid fonu K-40 hesab
olunur, o, gümüşü-ağ metal olub oksigen və su ilə tez reaksiyaya girir. İzotopların təbii qarışıqlarında (
39
K,
40
K,
41
K) radioaktiv kaliumun miqdarı miqrasiya həlqəsindən asılı olmayaraq daimi olub, 0,0118 kütlə. % təşkil edir.
Yer qabığında, torpaqda ikinci geniş yayılan və radionuklid miqrasiyasının sonrakı həlqələrində əsas fon U-
239 sayılır (az miqdarda U-235 və U-234 qarışığı ilə), kalsiuma oxşar ağ-gümüşü metaldır, hava, su buxarı,
turşularla (qələvi ilə yox) reaksiyaya girir. Kalsium kimi mühitdə mineralların, ən çox uranit və kariotitlərin
tərkibində olur.
İnsan orqanizminə uranın sutkalıq daxil olması orta hesabla 1-dən 10 mkq qədər olub, 300 mkq-a qədər
çatır. Yerin normal radiasiyalı ərazilərində insanın yumşaq toxumalarında uranın miqdarı olduqca az olur.
Fon şüa yüklənməsinin formalaşmasında U-238-in parçalanma məhsulu olan radium urandan kimyəvi ak-
tivliyi və ona müvafiq olaraq mühitdə miqrasiya həlqələrində böyük mütəhərrikliyi ilə fərqlənir.
Radium (R) – parlaq gümüşü metaldır, hava (oksigen) və su ilə tez reaksiyaya girir. Həll olunan xloridlər,
bromidlər, sulfidlər, yodidlər, həmçinin həll olmayan birləşmələr (karbonatlar, oksalatlar) əmələ gətirir. Radi-
umun bütün izotopları radioaktivdir. Ən geniş yayılanı çoxyaşayan yarımparçalanma dövrü 1620 il olan izotop-
dur.
Radioaktiv torium (
237
T,
228
T,
232
T) – əvvəlkilər kimi
α - şüalandırıcı olub gümüşü metaldır, oksigen və su
buxarı ilə aktiv, turşularla isə pis qarşılıqlı təsirdə olur. Dağ süxurlarında (torianit, torit) geniş yayılmışdır, kristal-
lik şəbəkələrin təbii parçalanması nəticəsində torpaqda da yayılmışdır.
Radon (
222
Rn) və toran (
220
Tu) – rəngsiz, dadsız və iysiz qazlardır; radium və toriumun təbii radioaktiv
parçalanan qısaömürlü həlqələridir. Bu qazlar güclü
α - şüalandırıcılardır (5MeV), selikli gənzik (burun-udlaq),
nəfəs yolu, bronxlar, alveolların epitelilərində şüa yükü formalaşdırır.
Kosmik şüalanma – Atmosferin strukturunda milyon illərlə təşəkkül tapmış, şəkli dəyişmiş ilkin qalaktik
(93%) və yüksək enerjili günəş axınları hissəciklərindən ibarətdir. Qalaktik mənşəli hissəciklərin enerjisi
əksərən protonlardan ibarətdir, orta hesabla 100 MeV olub, 10
14
MeV-a yüksəlir, günəşinki isə 20 MeV təşkil
edir.
Kosmik şüalar Kainatdan Yer atmosferinə düşən böyük enerjili zərrəciklər (ilkin şüalanma) və onların
atmosferdəki atom nüvələri ilə toqquşması nəticəsində yaranan elementar zərrəciklər (ikinci şüalanma) selindən
ibarətdir.
Kosmosdan Yerə düşən kompleks (qarışıq) tərkibli ionlaşmış şüalanma (şüalar) yer səthi zonasında bərk
(əsasən mezonlar) və yumşaq (elektronlar, pozitronlar, elektromaqnit dalğaları) şüalanmadan ibarət olur. Kos-
mik radiasiya (şüalar) ətraf (kimyəvi) mühitin faktoru kimi orqanizmlər üçün mühüm əhəmiyyət kəsb edir.
Ümumiyyətlə, təbii radioaktivlik atmosferə xasdır. O, təbiətdə həmişə mövcuddur və insan fəaliyyətindən
asılı deyil. Canlı orqanizmlər belə radioaktivliyə uyğunlaşıb və heç bir zərərli nəticəyə səbəb olmur.
13.2. Antropogen radiasiya fonu
Təbii radiasiya fonunun tərkibinə antropogen müdaxilə aşağıdakılar sayılır:
•
Radionuklidlərin süni (qlobal) konsentrasiyası və təbii radionuklidlərin paylanması;
•
Mühitin nüvə-energetik mənşəli ekoloji yeni radioaktiv metabolitlərlə çirklənməsi;
•
Elm, tibb və sənayedə süni radionuklidlərin və digər ionlaşdırıcı şüalanma mənbələrinin istehsalı
187
və istifadəsi.
Yanacağın çıxarılması və yandırılması, filizlərin işlənməsi, tikinti materiallarının istehsalı və istifadə
edilməsi zamanı fon radionuklidlərin konsentrasiyası mühitin radioaktivliyinin fon geopopulyasiya
paylanmasını kəskin dəyişir. İstilik elektrik stansiyaları tərəfindən belə çirklənmə kaliumla (
40
K), uranla (
238
U),
toriumla (
232
Th) daha geniş sahəli olur – çoxküllü daş kömürün yandırılması atmosferə toplanmış halda
radionuklidlərin atılması ilə müşayiət olunur.
Maye (karbohidrogenli) yanacaqların daxili yanacaqlı mühərriklərdə yandırılması şəhərlərin havasının aerozol tərkibini
14C və 40K-la xeyli zənginləşdirir.
Fosfor gübrələrindən istifadə olunması da ekosistemin bütün həlqələrində əlavə şüalanma yükü yaradır. Bu-
rada ən çox radiasiya təcavüzü nitrofos, ammonium-fosfat, fosforit ununda müşahidə olunub 50 Bk/kq
-1
(Bk –
bekkarel=1parçalanma/s) keçir, dozanın formalaşmasında maksimum bioloji effektli radionuklidlərin
α -
şüalandırıcı maksimum iştirak edir.
Qlobal dəyişən radiasiya təsirlərdən başqa, əlavə ekosistem şüalanma yükü, praktiki olaraq bütün iri
şəhərlərdə yerləşən metallurgiya müəssisələri tərəfindən daxil edilir.
Xüsusi antropogen ekoloji yeni şüalandırıcılara nüvə-energetik mənşəli radionuklidlər aiddir. Nüvə
silahlarının sınaqdan keçirilməsi şimal yarımkürəsində radionuklidlərin nisbətən bərabər paylanmasına səbəb
olmuşdur. 1945-ci ildən 1991-ci ilə qədər planetimizdə nüvə partlayışlarının ümumi sayı 205, o cümlədən
atmosferdə 508 olmuşdur. Belə partlayışların ən çoxu ABŞ-da aparılmış uyğun olaraq 1085 və 205, ikinci yeri
Rusiya tutaraq (SSRİ) – 715 və 215 təşkil etmişdir. Fransa 182 partlayış (45-i atmosferdə) həyata keçirmişdir.
Böyük Britaniya və Çin – uyğun olaraq 42 və 31 (atmosferdə 21 və 22) partlayış yerinə yetirmişdir.
İkinci yeri energetik təyinatlı nüvə reaktorları (AES) (dünyanın elektrik enerjisinin 30%-ni istehsal edir) və
Şimali Amerika, Asiya və Avropa ölkələrində nisbətən bərabər paylanmış tədqiqat reaktorları tutur.
Nüvə-energetik mənşəli daha güclü radioaktiv çirklənmiş mühitin tərkibinə daxil olan mənbənin
müxtəlifliyindən asılı olmayaraq, əsas uzunömürlü radionuklidlər sezium (
137
Cs), stronsium (
90
Sr), az miqdarda
plutonium (
239
Pu və
240
Pu) hesab olunur. Bu radionuklidlərin parçalanma sürəti, onların mühitdə toplanma
sürətindən olduqca aşağı olduğundan, müasir mühafizə sistemi və mühitə atılan radionuklidlərin norması
şəraitində ekosistemlərdə şüalandırıcıların toplanmasına səbəb olur.
Sr – 90 və Cs – 137, m Kü/km
2
(Bk/m
-2
)-in şimal yarımkürəsində yağıntılar nəticəsində torpaqda toplanma
səviyyəsi aşağıdakı kimidir:
İl 1958
1963
1968
1973
9
0
Sr … 6,67 (250)
29,5 (1100) 37,2 (1400)
35,2 (1200)
137
Cs … 10,8 (396) 47,2 (1750)
56,3 (2100)
56,3 (2100)
1 Kü (küri) = 3,7·10
10
Bk (bekkarel)
Sezium (
137
Cs) – parlaq qızılı yumşaq metaldır, oksigen və su ilə gurultulu qarşılıqlı təsir yaradaraq partlayış
əmələ gətirir, kimyəvi xassələrinə görə kaliuma yaxındır. Sabit şəkildə Cs – 133 izotopunun mühitdə miqdarı olduqca
azdır (yer qabığında, insanın və heyvanın sümük toxumasında 10
6
%, dəniz suyunda - 3·10
-8
%). Nüvə energetikası
təşəkkül tapmamışdan əvvəl sezium izotopu tamamilə olmamışdır. Təbii bioloji funksiya daşımır.
137
Ss daha çox ekoloji-radiasiya əhəmiyyəti kəsb edir. 2000-ci ildə il ərzində dünyanın AES-lərinin atdığı
seziumun cəmi 22,2·10
19
Bk (6,0·10
9
Kü) təşkil edir. Çernobıl AES-nin qəzası zamanı bu izotop – 22,9·10
2
Kü
olmuşdur. Nüvə reaktorlarında uran, plutoniumun bölünməsi, nüvə partlayışı zamanı əmələ gəlir. Tibbdə, metal-
lurgiyada, kənd təsərrüfatında
α - şüalandırıcı kimi istifadə olunur. Hazırda az miqdarda xarici mühitin bütün
obyektlərində rast gəlinir.
Stronsium (
90
Sr) – gümüşü kalsiumabənzər metaldır, oksid qişası ilə örtülü olur, reaksiyaya pis girir. Mürəkkəb
Ca – Fe – Al – Sr kompleksləri formalaşdıqda ekosistemin metabolizminə qoşulur. Stabil izotopun torpaqda, sümük
toxumalarında və mühitdə 3,7·10
-2
%-ə, dəniz suyunda, əzələ toxumalarında isə 7,6·10
-4
%-ə çatır. Bioloji funksiyası
aşkar olunmayıb, zəhərli deyil, kalsiumu əvəz edə bilər. Mühitdə radioaktiv izotopu yoxdur.
Plutonium (
239(240)
Pu) – gümüşü ağ metaldır, bərk həll olunmayan oksidlər əmələ gətirir. Enerjinin yığcam
(kompakt) mənbəyi və nüvə yanacağı kimi, nüvə silahlarının istehsalında istifadə edilir. Plutonium mühitdə olan
nüvə mənşəli radionuklidlərin 1%-nə qədərini təşkil edir. Plutoniumun 10%-ə qədəri suda həll olan formaya
keçə bilir və sonrakı bioloji zəncirlərdə miqrasiya edir.
Yod (
131(129)
j) – Qara parıltılı rəngli qeyri metaldır. Asan sublimasiya olunur (buxara çevrilir). Son
məlumatlara əsasən
129
j litosferdə uranın öz-özünə bölünməsi ilə əmələ gəlir. Onun hesablama konsentrasiyası 1
q stabil
127
j-a 10
-14
q təşkil edir. Torpaqda onun miqdarı (stabil yoda görə) 0,14·10
-4
%, okeanda
isə 0,049·10
-4
188
təşkil edir.
Bioloji aktivdir, qalxanvari vəzin hormonlarının sintezi üçün vacib mikroelement sayılır. Əsas antropogen
izotop
131
j sayılır. O, nüvə partlayışı, AES-lərin istismarı (qəzası), reaktorların qəzası zamanı əmələ gəlir.
Miqrasiyanın ekoloji zəncirinə aktiv qoşulur. Beləliklə, planetimizin təbii mühitinə, o cümlədən insan
orqanizminə radiasiya yükünə, həm bir sıra təbii faktorlar, həm də insan populyasiyasının fəaliyyəti nəticəsində
həyat mühitinin antropogen dəyişməsi səbəb ola bilər.
Dostları ilə paylaş: |