16.6.1. Buzların (buzlaqların) əriməsi
Buzların əriməsi qlobal istiləşmənin nəticələrinin ən çox nəzərə çarpan təzahürüdür. Bəzən bu, qeyri adi
hadisələrlə üzləşir. Belə ki, 1991-ci ilin sonunda cənub-qərbi Alpa səyahət edən turistlər Avstriya-İtaliya sərhədi
rayonunda buzun altında zədələnməyə məruz qalmış kişi cəsədi aşkar etmişlər. Ehtimal ki, bu insanı 5000 il
əvvəl bu ərazidə qar tufanı yaxalamış, onun bədəni tez bir vaxtda qar və buzla örtülmüş, ona görə də bizim
dövrümüzə qədər qalmışdır. 1999-cu ildə Kanadanın qərb hissəsində əriyən Yukone buzlağında bir insan
cəsədinə rast gəlinmişdir (Laster P. Braun. Ekoekonomika, M., 2003, səh. 61).
Şimal Buzlu Okeanında hazırda buzlar sürətlə əriyir. Hələ 1960-cı ildə buzun qalınlığı 2 metrə çatırdı, indi
isə 1 metrə yaxındır. Son dörd onilliklərdə buz lövhəsinin qalınlığı 42% qısalmış, onun sahəsi 6% azalmışdır.
Bunun nəticəsində Şimal Buzlu Okeanında buzun kütləsi bütövlükdə təxminən yarıya qədər azalmışdır.
Buzların belə əriməsi gələcəkdə də gözlənilir. Norveç alimlərinin apardığı tədqiqatlara əsasən güman etmək olar
ki, 50 ildən sonra Şimal Buzlu Okeanının səthi yay dövründə buzdan azad olacaqdır.
2000-ci ildə dörd Amerika alimi «Sayenz» jurnalında nəşr etdikləri məqalədə göstərir ki, Qrenlandiyada
geniş buz lövhəsi (sipəri) əriməyə başlayır. Qrenlandiyada qütb dairəsinin arxasında yerləşən böyük ərazi şimal
yüksəkliklərdə buz artmaqda davam edir, lakin ondan aşağıda yerləşən buzlağın daha böyük hissəsi, xüsusilə
cənub və şərq sahlillərində itir.
Antarktida yarımadası (və ya Qreyama torpağı – Antarktidanın ərazisində olub, şimala, cənubi Amerikaya
doğru 1200 km uzanır) da buzlarını itirir. Şimal Buzlu Okeanını örtən şimal qütbündən fərqli olaraq cənub
qütbü materikdə yerləşərək sahəsi ABŞ-ın sahəsinə yaxındır. Antarktikanın buz lövhəsinin qalınlığı 2,3 km olub
nisbətən sabitdir (möhkəmdir). Lakin şelf buzlaqları, sərbəst olaraq yanındakı dənizə düşərək, hazırda sürətlə
yoxa çıxır.
1999-cu ildə Britaniya və Amerika alimlərindən bir qrupu Antraktida yarımadasının hər tərəfindən şelf
buzlaqlarının geri çəkilməsi haqqında məlumat vermişlər. 1950-ci ildən 1997-ci ilə kimi buzlaqların sahəsi
7000 kv.km azalmışdır. Şelfdən ayrılıb qopan Amerikanın Delaver Ştatı ölçüsündə olan aysberqlər bu rayonda
gəmiçilik üçün böyük təhlükə yaradır. Tədqiqatçılar buzların əriməsi səbəbini yerli temperaturun 1940-cı ilə
nisbətən 2,5
0
yüksəlməsində görürlər.
Buzların əriməsi haqda bu misallar azdır. «Worldwatch» İnstitutundan Layza Mastni bu mövzu üzrə yerinə
yetirdiyi 30 tədqiqat işini təhlil edərək, məlumat verir ki, dağlarda buzlaqlar hər yerdə getdikcə artan sürətlə
əriyir (cədvəl 16.1). Dünyanın iri dağ sistemlərinin əksəriyyətində qarın və buzların kütləsi getdikcə azalır. Bun-
lardan Qayalı dağları, And, Alp və Himalayı göstərmək olar.
Cədvəl 16.1
Yerdə buzların əriməsi üzrə bəzi misallar
Adı Yerləşdiyi məkan
İtkinin ölçüsü
1 2
3
Şimal Buzlu Okeanı
buzu
Şimal Buzlu Okeanı
1978-ci ilə nisbətən sahəsi 6%
azalmış, həm də daha qalın
daimi buzun sahəsi 14%
235
1 2
3
azalmışdır. 30 il ərzində buz
40% nazilmişdir
Qrenlandiyanın buz
lövhəsi (layı)
Qrenlandiya
1993-cü ildən etibarən cənub
və şərq sahillərində buzun
qalınlığı ildə 1 m-dən çox
nazilir
«Qleyşer» Milli parkı ABŞ-ın Qayalı dağları
1850-ci ildə buzlaqların sayı
150 idi, indi isə 50-dən azdır.
Qalan buzlaqlar isə 30 ilə ki-
mi yox ola bilər
Larsen şelf buzlağı Antarktida
yarımadası
1998-ci ildə ümumi kütləsi
300 kv. km olan aysberq
qopmuşdur. 1998-1999-cu
illər ərzində 1714 kv.km,
1999-2000-ci ildə isə 300 kv.
km buz itirilmişdir
Dokriani-Bamak
buzlağı
Himalay, Hindistan
1998-ci ildə 20 m, əvvəlki 5
ildə isə 16,5 m geri
çəkilmişdir
Tyan-Şan dağları
Mərkəzi Asiya
Son 40 ildə buzlaqların 22%-i
azalmışdır
Qafqaz dağları Rusiya
XX əsrdə buzlaqların həcmi
50% azalmışdır
Alp dağları
Qərbi Avropa
1850-ci ilə nisbətən buzlaqlar
50%-dən çox azalmışdır.
Yaxın 10 illiklərdə onların
indiki kütləsinin kiçik hissəsi
qalacaq
Kilimancaro Tanzaniya
Buzlağın təpə hissəsi 1989-cu
ildən 2000-ci ilə qədər 33%
azalmışdır. 2015-ci ildə
buzlaq tamamilə yoxa çıxa
bilər
Kvelkqaya And,
Peru
İlk vaxtlar ildə 3 m, 90-cı
illərdə isə ildə 30 m sürətlə
geri çəkilmişdir. Odur ki,
buzlaq 2020-ci ilə tamamilə
itəcəkdir
Mənbə: Liza Mastnu (updated), «Melting of Earth
′ s İse Cover Reaches New High» Worldwaten Brief
(Waşhington. DC Worldwatch İnstitute 6 March, 2000).
Montana ştatında yerləşən ABŞ-ın «Qleyşer» Milli parkında 1850-ci ildə 150 buzlaq olmuşdur, indi isə
onların sayı 50-dən də azdır. ABŞ-ın Milli geoloji xidmətinin proqnozuna görə orada qalan buzlaqlar da yaxın
30 ildə yoxa çıxacaqdır.
Tədqiqatçıların əldə etdiyi nəticəyə görə, dağ rayonlarında temperaturun orta hesabla 1-2
0
C qalxması orada
yağıntıların miqdarına mənfi təsir göstərə bilər: yağışların miqdarı artar, qarınkı isə azalacaqdır. Bu isə yağışlar dövründə
daşqınların baş verməsinə, qar və ya buzun kültəsinin azalmasına, quraqlıq dövründə çayları qidalandıran əriyən qarın az
olmasına səbəb olacaqdır.
Dağlarda qar içməli su «rezervuarı» olub yayda istifadə etmək üçün təbiətin yaratdığı ehtiyatdır. Onlar
qədim zamanlardan mövcud olub yerli əhalini su ilə təmin edir. İndi isə yaxın illərdə bu ehtiyat gözlənilmədən
azalmağa başladı və tezliklə onun bir hissəsi yox ola bilər, bu isə tarlaların suvarılması və şəhərlərin su ilə təmin
olunması üçün suyun kəskin azalmasına səbəb olacaqdır.
236
Dünyada Antarktida və Qrenlandiya buzlaqlarından sonra böyüklüyünə görə üçüncü olan Himalaydakı
massiv şəklində qar-buz örtüyü əritməkdə davam edir, bu isə Asiyanın böyük hissəsinin su ilə təmin olunmasına
təsir göstərir. Çünki bu regionun ən iri çayları olan İnd, Qanq, Mekonq, Lantzı və Xuanxe mənbələrini Hima-
laydan götürür. Himalayda buzlaqların yox olması bir sıra Asiya ölkələrinin – Pakistan, Hindistan, Banqladeş,
Tayland, Vyetnam və Çin daxil olmaqla hidroloji vəziyyətinə mənfi təsir göstərir. Yayda quraq dövründə qar
ərintisinin azalması çayların qidalanmasını məhdudlaşdırır və onsuz da sudan əziyyət çəkən bu regionun su
qıtlığını bir qədər də ağırlaşdıracaq.
16.6.2. Dünya okeanı vilayətində dəyişikliklər
Dəniz səviyyəsi qlobal istiləşmənin həssas indikatorudur, belə ki, temperatarun yüksəlməsi və quruda yerləşən
buzlaqların əriməsi ona neqativ təsir göstərir. Bu proseslərin dənizin səviyyəsinə təsiri təxminən eynidir.
XX əsrdə dənizin (okeanın) səviyyəsi 10-20 sm qalxmışdır. Bu son 2000 ildəkinə nisbətən 50% çoxdur.
Yer səthində temperatur artmaqda davam edərsə, bu prosesin sonrakı sürətlənməsi gözlənilir.
Dənizin səviyyəsinin qalxmasına ilk növbədə temperaturun yüksəlməsi təsir göstərir.
Okeanın səviyyəsinin dəyişməsi öncə hidrometeoroloji faktorlardan asılıdır, belə ki, onlar atmosfer
yağıntılarına və buxarlanmaya birbaşa təsir göstərir. Bu proses, həmçinin, buzlaqların əriməsi zamanı əmələ
gələn əlavə su axınından və kontinental ərazidən axan sulardan asılıdır. Hidrometeoroloji faktorlardan başqa
Dünya okeanının səviyyəsinə okeanın yatağının forma və həcmini təyin edən tektonik faktorlar və ekzofaktorlar,
qismən geomorfoloji proseslər (çayların mənsəblərində, estuarilərdə, limanlarda və körfəzlərdə gətirmələrin
toplanması və sahillərin eroziyası) təsir göstərir. Son yüz ilin müşahidələrinə əsasən okeanın səviyyəsi 25 sm
qalxmışdır. Hidrometeoroloji rol aparıcı olmaqla bu göstərilən üç faktorun nəticəsidir. İqlimin dəyişməsi üzrə
Dövlətlərarası Komissiyanın (İntergovernmental Panel on Climate Change - İPCC) 2001-ci ildəki məlumatına
əsasən, XXI əsr ərzində dənizin səviyyəsi 1 m qalxacaqdır.
Dənizin (okeanın) səviyyəsinin qalxması bir sıra neqativ nəticələrə gətirib çıxaracaqdır. Onlardan ən çox
bəlli olanı daşqınlar sayılır, belə ki, okean kontinentin hesabına genişlənir. Digər nəticə – duzlu suyun sahili
basmasıdır. Dənizin səviyyəsi qalxdıqda duzlu su sahilyanı şirinsulu horizontlara keçir. Bu haldan İsrail, Pakis-
tan, Hindistan və Çin ziyan çəkə bilər. Üçüncü neqativ hal sahil eroziyasıdır, dalğalar quruya doğru basılarkən,
onlar sahilin torpaqlarını yuyur.
Merilend ştatı Universitetinin ətraf mühiti öyrənmək üzrə Mərkəzindən Donald Beşin verdiyi qiymətə görə,
dənizin səviyyəsi 1 mm qalxarsa, sahil xətti quruya doğru orta hesabla 1,5 m geri çəkilir. Deməli, dənizin
səviyyəsi 1 m qalxdıqda sahil xətti 1500 m geri çəkiləcəkdir.
Qeyd etmək lazımdır ki, sahilyanı zonada bəşəriyyətin yarıdan çoxu yaşayır. Odur ki, iqlimin dəyişməsilə
baş verən təzadlar, nəticələr bu zonada insanlar üçün faciəli problemlərlə qarşılaşa bilər. Dəniz və okeanların
səviyyəsinin sonrakı qalxması suyun hündür olmayan əraziləri basmasına, orada olan qurğuların, yaşayış
məntəqələrinin dağılması və bir sıra başqa təzadlı nəticələr baş verəcəkdir. Bu zaman ən çox aşağı səviyyədə
yerləşən adaları və alçaq sahillərdə yerləşən iri şəhərləri su basacaq, burada yaşayan əhalinin miqrasiyasına və
onunla əlaqədar ciddi iqtisadi və siyasi nəticələrə gətirib çıxaracaqdır.
Okeanın səviyyəsi bir neçə metr qalxarsa, Nyu-York, London, Sankt-Peterburq, Amsterdam, Şanxay, Tokio
və sıx əhali yaşayan sahilyanı ərazi su altında qalacaqdır. Hazırda burada Yer kürəsi əhalisinin 30…….50%-ə
qədəri yaşayır (Xotunsev, 2003, səh. 160).
Dənizin səviyyəsi 1 m qalxdıqda Şanxayın ərazisinin üçdə bir hissəsi su altında qalacaqdır. Çində 70 mln.-
dan artıq əhali su basılmasından zərər çəkəcəkdir. Asiya çaylarının deltasındakı çəltik tarlalarına daha böyük
ziyan dəyəcəkdir. Ümumdünya bankının apardığı təhlilə əsasən ən böyük zərbə Banqladeşə dəyəcəkdir (şəkil
16.10). Banqladeş dəniz səviyyəsindən 7 m hündürlükdə yerləşir. Burada dənizin səviyyəsi 1 m qalxarsa
ərazinin 17,5%-ni su basaraq, 70 milyon əhalinin yaşadıqdarı ərazi su altında qalacaqdır. Su basmasından
Banqladeş əhalisi çəltik məhsulunun yarısından məhrum olacaqdır. Bu isə 140 mln. əhalinin əsas qida məhsulu
hesab olunur. Hazırkı qiymətə görə bu itki ölkəyə 3,2 mlrd. dollara başa gələcəkdir. Asiya çaylarının vadilərində
sıx yaşayan əhali onsuz da sıx əhalisi olan daxili rayonlara keçməyə məcbur olacaqdır. Dənizin qalxması mi-
lyonlarla «iqlim» qaçqınlarının Banqladeş, Çin, Hindistan, İndoneziya, Filippin və Vyetnamda
məskunlaşmasına səbəb olacaqdır.
237
Şəkil 16.10. Dəniz səviyyəsinin 1 m qalxması
Banqladeşdə çəltik istehsalını yarıya qədər azaldır
Marşal yarımadalarının üçdə ikisi və Kiribati su altında qalacaqdır. ABŞ-da 36000 kv. km quru sahəsi su ilə
basılacaqdır. Bu zaman Atlantik okeanının orta hissəsində və Meksika körfəzi yanında yerləşən ştatlar daha
böyük itkilər verəcəkdir. Nyu-Yorkda cənubi Manxettenini və Vaşinqtonda Kapitoli ekslanadasının böyük
hissəsini 50 ildən sonra su basacaqdır. Suyun səviyyəsi 1 m qalxarsa, Yaponiyada ölkənin 2340 kv. km-i su
altında qalacaqdır. Bu zaman 40 mln. yapon əhalisi ziyan çəkəcək, onların bir hissəsi öz evlərini atıb köçməyə
məcbur olacaqdır.
Dənizin səviyyəsi yarım metr qalxarsa, ABŞ-da əhali 20-dən 150 milyard dollara qədər ziyan çəkəcəkdir.
Sahilyanı rayonlarda olan atom elektrik stansiyaları kimi daşınmaz əmlaklar tədricən sığorta oluna bilməyən
obyektlərə çevriləcəkdir.
Planetimizdə buzların 90%-i Antarktika buz laylarının payına düşür və qeyd edildiyi kimi,öz böyük ölçüsü
sayəsində nisbətən sabitdir. Qalan 10%-i Qrenlandiya və dağ buzlaqları olub iqlimin dəyişməsinə qarşı daha
zəifdir (davamsızdır). Qrenlandiyada buzun qalınlığı bəzi yerdə 2 km-ə çatır. «Sayenz» jurnalındakı məqalədə
NASA-nın alimlərinin hesablamalarına görə əgər Qrenlandiya buz örtüyü tam əriyərsə, Dünya okeanının
səviyyəsi sarsıdıcı hündürlükdə – 7 m qalxacaqdır.
Sivilizasiyanın bütün tarixi boyu dənizin səviyyəsi zəmanəmizdə olduğu kimi, ölçülməsi mümkün olacaq
sürətlə qalxmamışdır. Bu vəziyyət davam edərsə, səviyyənin belə qalxma dinamikası davam edəcəkdir. Bu isə
bəşəriyyətin indiyə qədər rastlaşdığı hadisəyə qarşı gələcək nəsil qarşısında ciddi məsuliyyət daşımaq məsələsini
qoyur.
16.6.3. Dağıdıcı tufanlar və qasırğalar
Temperatur artımı ilə tufanların gücü birbaşa bir-birilə bağlıdır. Okean səthinin temperaturu, xüsusilə tropik
və subtropiklərdə artdıqda istilik şüalanması atmosferə daxil olaraq dağıdıcı fırtınaların baş verməsinə səbəb
olur. Daha yüksək temperaturda su səthindən daha çox rütubət buxarlanır. Yuxarı qalxan su yenidən Yerə
qayıtmalıdır, lakin onun harada tökülməsi məlum deyil.
Qasırğa və ya tayfun qurşaqları ölkələrində hava kataklizmləri, xüsusilə təşviş doğurur. Çin, Yaponiya,
Filippin, Hindistan, Banqladeş, həmçinin ABŞ-ın Atlantik okeanı sahilləri, Mərkəzi Amerika və Qəribi hövzəsi
238
ölkələri fırtına intensivliyinin atrmasından əzab-əziyyət çəkirlər.
«Muich Re» son 50 ildə bütün yer kürəsində təbii kataklizmlərin (əsasən fırtına, tufan, daşqın və zəlzələ)
dəqiq uçotunu aparır. Bu kompaniya hadisəni «böyük təbii fəlakət» adlandırır və zərər çəkən region bu
hadisənin öhdəsindən sərbəst gələ bilmir, odur ki, kömək üçün dünya birliyinə müraciət etmək
məcburiyyətindədir. 1960-cı illərdə irimiqyaslı belə fəlakətlərdən iqtisadi itki 69 mlrd. dollar təşkil etdiyi halda,
1990-cı illərdə bu rəqəm 936 mlrd. dollara çatmışdır, bu isə təxminən səkkiz dəfə çox deməkdir.
Son illər bir sıra qeyri-adi dağıdıcı gücə malik olan tropik fırtınalar baş vermişdir. Onların arasında
«Endryu» qasırğası 1992-ci ildə Floridada tuğyan etmişdir. Fırtınanın olacağı qabaqcadan xəbərdarlıq
edildiyindən o vaxt cəmi 65 adam həlak olmuşdur. Lakin «Endryu» qasırğası 60000 evi və digər tikintiləri
dağıtmış, təxminən 30 mlrd. dollar ziyan vermişdir.
Altı ildən sonra (1996-cı il) küləyin gücü saatda 200 mil sürətilə olan «Corc» qasırğası yüksək təzyiq
sisteminin köməyilə şimal istiqamətində getməyin qarşısını almaqla Mərkəzi Amerikanın sahillərində
dayandırıldı. Qasırğa Salvador və Nikaraqauada 4000 adamın həyatına son qoyaraq, 10 mlrd. dollar ziyan
vurdu. Bunun nəticəsində bu ölkələrin iqtisadiyyatı bir neçə on illər geriyə düşdü. 1999-cu il dekabrın
ortalarında baş verən fırtına Venesuelada nəhəng daşqına və sürüşmələrə səbəb olaraq, 20000 insanın həyatına
son qoydu, iqtisadi ziyanın dəyəri 15 mlrd. dollar müəyyən edildi.
1999-cu ilin sentyabrında «Barf»
tayfunu Yaponiyanın sıx əhalisi olan Kyusyu adasında üz verdi, bunun nəticəsində 26 adam həlak oldu, ölkəyə
5 mlrd. dollar ziyan dəydi. Çin, Yaponiya və Fillipin, xüsusilə bu baxımdan təhlükəli regionda yerləşmişdir.
Sakit okeanın tropika rayonlarında yetişən və güc toplayan fırtına və qasırğaların bütün gücü bu regionlara
düşür.
Şimal yarımkürəsində qış fırtınaları da olduqca dağıdıcı gücə malik olur. Stiven Lambert «Yournal of
Geophysical Research» yurnalında dərc etdiyi məqalədə XX əsrdə bu yarımkürədə güclü qış fırtınalarının baş
vermə tezliyini təhlil etmişdir. 1920-ci ildən 1970-ci ilə qədər olan dövrdə 40-a qədər fırtına baş vermişdir.
Sonralar temperaturun artması ilə fırtınaların tezliyi də artmışdır. 1985-ci ildən başlayaraq şimal yarımkürəsində
fırtınaların baş vermə tezliyi iki dəfə artaraq ildə 80-ə yaxın olmuşdur. Son onilliklərdə Qərbi Avropada çoxlu
saylı qeyri adi, misli görünməmiş, dağıdıcı gücə malik olan fırtınalar üz vermişdir. 1987-ci ildə Böyük Britaniya
və Fransaya qış fırtınası basqın edərək 17 insanı özü ilə aparmış, 3,7 mlrd. dollar maddi ziyan vermişdir. 1999-
cu ilin qışında Qərbi Avropaya «Anatol», «Martin» və «Lotar» adlı üç qeyri adi güclü fırtına üz vermişdir. On-
lar 150 adamın həyatına son qoymuş və 10,3 mlrd. dollar maddi ziyan vermişdir. «Lotar» fırtınası 26 dekabrda
(1999) baş verərək Fransa, Almaniya və İsveçrəyə 7,5 mlrd. dollar maddi ziyan vurmuşdur.
Əhalinin sıxlığı, böyük yaşayış binalarının sayı çoxaldıqca fırtınalardan, qasırğalardan dəyən ziyanın da
miqdarı artır. Deməli, həm qasırğaların sayı, həm də onların vurduğu ziyanlar getdikcə artır. Fırtınalar nə qədər
güclü olarsa, onların vurduğu zərər də çox olar.
Bu gün XXI əsrdə hadisələrin nə dərəcədə genişlənməsini dəqiq heç kim bilmir. Lakin biz təsərrüfatçılığı
əvvəlki üsullarla davam etdirsək, CO
2
-nin səviyyəsi də getdikcə yüksələcək və fəlakətlərin bugünkü dağıdıcı
gücü yaxın keçmişdəki gücündən çox olduğu kimi, gələcəkdə də bugünkünü xeyli ötüb keçəcəkdir.
16.6.4. İqlimin istiləşməsinin kənd təsərrüfatına və
bitki örtüyünə təsiri
İqlimin dəiyşməsi aqroekosistemlərə ciddi təsir göstərəcəkdir. Bu kənd təsərrüfatının yeni şəraitə
uyğunlaşdırılması üzrə təcili tədbirlərin görülməsini tələb edir.
İqlim şəraitinin aqrosistemlərə təsiri olduqca mürəkkəb və müxtəlif olacaqdır. Nisbətən soyuq və rütubətli
iqlimə malik olan əkinçilik istiliklə limitlənən rayonlarda (Kanada, Rusiya) aqroiqlim şəraitinin kənd təsərrüfatı
və meyvə bitkilərinin yetişdirilməsi üçün yumşalması baş verəcək, vegetasiya dövrünün uzanması və kifayət
qədər rütubətlə təmin olunmuş şəraitdə aktiv temperatur cəminin artması ilə əlaqədar məhsuldarlıq da xeyli
yüksək və sabit olacaqdır. Aqroiqlim şəraitinin belə dəyişməsi əkinçiliyin intensiv texnologiyasını şimala doğru
xeyli irəli çəkməyə, kənd təsərrüfatı bitkilərinin daha istisevər və məhsuldar çeşidləri ilə əvəz edilməsinə imkan
yaradacaqdır.
Yuxarıda göstərilən müsbət dəyişilmələrlə yanaşı, Rusiyanın qeyri-sabit rütubət rejimli mərkəzi və cənub
rayonlarında istiləşmə nəticəsində iqlim şəraitində mənfi dəyişilmələr də baş verəcəkdir. Yağıntıların miqdarının
azalması, səpinlərin rütubətlə az təmin olunmasına, quraqlıqların, quru küləklərin tez-tez təkrar baş verməsinə,
daxili su hövzələrinin və qrunt sularının səviyyəsinin aşağı düşməsinə səbəb olacaq, şirin suyun ümumi balansı
pisləşəcəkdir. Bütün bunlar kənd təsərrüfatı istehsalının məhsuldarlığına və bununla yanaşı, iqtisadiyyatın digər
239
sahələrinə mənfi təsir göstərəcəkdir.
Suvarma üçün suya olan tələbat, su resurslarının digər istehlakçıları (sənaye və kommunal təsərrüfatı)
arasında güclü rəqabət yaranacaqdır. Yüksək temperatur torpağın üzvi maddələrinin təbii parçalanmasına şərait
yaradacaqdır. Bitkilərin zərərvericiləri və xəstəliklərinin çoxalması ehtimalı artacaqdır.
Qeyd edək ki, karbon qazının ilkin fiksasiyası mexanizminin biokimyəvi müxtəlifliyinə uyğun olaraq foto-
sintezin xarakterinə görə bitkilər 3 qrupa bölünür (C
3
, C
4
və CAM). CAM qrupuna aid olan yeganə bitki – ana-
nas CO
2
-nin artmasına nəzərə çarpacaq reaksiya göstərmir. Yerüstü bitkilərin 95%-i C
3
qrupuna aid edilir, bura
kənd təsərrüfatı bitkilərinin əksəriyyəti daxildir. CO
2
-nin konsentrasiyasının ətraf mühitdə ikiqat artması
əksəriyyət ərzaq və lifli bitkilərin böyüməsi və məhsuldarlığına müsbət təsir göstərir. C
3
qrupu bitkilərinin
məhsuldarlığının yüksəlməsi 10-50%, C
4
qrupu bitkilərininki (qarğıdalı, sorqo, şəkər qamışı, darı) isə 0-10%
təşkil edir. Yüksək en dairəsində təbii meşələrin hamısı və qismən boreal meşələr gələcəkdə temperaturun
dəyişməsinə daha həssasdır. İsti şərait yəqin ki, boreal meşələrin azalmasına və onların sərhədlərinin şimala
doğru uzanmasına səbəb olacaqdır.
Tropik və subtropik zonaların meşələri ehtimal ki, temperaturun dəyişməsindən yağıntıların dəyişməsinə
daha çox həssaslıq göstərəcəkdir. Havanın yüksək temperaturu torpağın üzvi maddələrinin təbii parçalanmasını
gücləndirməklə, torpağın münbitliyi aşağı düşəcək, ziyanvericilər və xəstəliklərin baş vermə ehtimalı artacaqdır.
İnsanların sağlamlığı, energetika, nəqliyyat, sənaye və digər aspektlərin problemlərinə aid böyük
dəyişikliklərin baş verməsi gözlənilir.
16.6.5. Ehtimal olunan iqlim dəyişməsinin ssenarisi
İqlimin qlobal dəyişməsi problemi olduqca mürəkkəb və bəşəriyyət birliyi üçün əhəmiyyətli olduğundan
onun tədqiqi ilə bir sıra ölkələrdə böyük elmi kollektivlər, beynəlxalq təşkilatlar və xüsusi təşkil olunmuş qrup-
lar məşğul olur. Belə ki, 1988-ci ildə Ümumdünya Meteoroloji Təşkilatı (ÜMT) və BMT-nin ətraf mühit üzrə
Proqramı (YUNEP) tərəfindən iqlimin dəyişməsi üzrə Beynəlxalq ekspert qrupu (İD BEQ) təsis edildi, işçi qru-
punun birinə Rusiya Elmlər Akademiyasının akademiki Y.A.İzrael başçılıq edir. Qrupun tərkibinə bir çox
ölkələrin aparıcı alimləri (o cümlədən Rusiyadan professor O.D.Sirotenko və b.) daxil edildi.
Dünya alimləri tərəfindən antropogen faktorlar – insanın artan təsərrüfat fəaliyyəti, həmçinin müxtəlif
miqyaslı hərbi münaqişələrin təsiri ilə yerin iqliminin dəyişməsi ehtimalı üzrə onlarla müxtəlif ssenarilər işlənib
hazırlandı. Yuxarıda qeyd olunduğu kimi, geoloji epoxalarda Yerin iqlimi təbii səbəblərin təsirindən dəfələrlə
dəyişmişdir. Keçmiş epoxaların paleoiqlimini öyrənərkən Rusiya alimləri göstərdi ki, gələcəkdə yerdə müşahidə
olunacaq iqlim şəraitinin formalaşması bəzi keçmiş epoxaların iqliminə uyğun olacağı ehtimal edilir. Bu hipote-
zin əsasını ayrı-ayrı geoloji epoxalarda atmosferin qaz vəziyyətinin qiymətləndirilməsi və yaxın 100 ildə CO
2
,
metan və digər qazların konsentrasiyasının gözlənilən dəyişməsi durur. Belə yanaşma paleoiqlim ssenarisi
adlandırılır.
İqlim nəzəriyyəsinin bir çox digər ssenariləri iqlim modelləri üzrə hazırlanmış hesablamalara əsaslanır, bu-
rada atmosferə atılacaq CO
2
, metan, inert qazlar, freonlar və s.-nin müəyyən vaxtlarda miqdarı nəzərə alınır.
Misal üçün 2030-cu ilə iqlim şəraitinin (havanın temperaturu, yağıntıların miqdarı) üç ssenari üzrə gözlənilən
dəyişmə fraqmentini göstərək. Onlardan ikisi – ABŞ (GFDL) və Kanada (CCC) – arid, Rusiyanın ssenarisi –
Dostları ilə paylaş: |