QƏRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
Pdf görüntüsü
səhifə45/64
tarix21.04.2017
ölçüsü4,26 Mb.
#15061
1   ...   41   42   43   44   45   46   47   48   ...   64

Zəif səhralaşma – bitki örtüyünün və torpağın zəif pozulması. Məhsuldarlığın 10%-dən az aşağı 

düşməsi ilə ifadə olunur.  

Orta dərəcə səhralaşma – mal-qaranın otarılması üçün qeyri-əlverişli şərait yaranır, torpağın eroziyası 

inkişaf edir, məhsuldarlıq 10-50% aşağı düşür.  

yüksək dərəcə səhralaşma (güclü səhralaşma) – yem bitkiləri az qiymətli ot növləri və kollarla əvəz olu-

nur, eroziya nəticəsində torpağın münbit qatı dağılır, məhsuldarlıq 50%-dən çox aşağı düşür. Səhralaşmanın bu 

mərhələsində pozulmuş ərazinin bərpası yavaş gedir, yüksək kapital qoyuluşu tələb olunur.  

Çox yüksək dərəcə səhralaşma (çox güclü) – bərpa olunmaz proses olub torpağın bərpası mümkün deyil.  

Göstərilən təsnifata əsasən səhralaşmanın təhlükəlik dərəcəsi xəritəsi tərtib edilmişdir (Vinokurova, 1998) 

və bu qlobal problemə qarşı beynəlxalq proqram təşkil edilir (yaradılır).  

Alimlərin fikrincə güclü və çox güclü səhralaşmaya məruz qalan rayonlarda hazırda 78 mln. əhali yaşayır 

və onların böyük hissəsi (50 mln-a qədər) səhralaşmanın əlverişsiz təsirinin bilavasitə acısını çəkir.  

Hesablamalara görə səhralaşmaya məruz qalan torpaqlardan tam alına bilməyən (əksik) ümumi məhsulun 

illik məbləği 16 mlrd. dollara yaxın təşkil edir.  

Uzun illərdən bəri hədsiz antropogen təzyiqin  əlverişsiz hava şəraiti ilə qarşılıqlı  təsirinin nəticələri 


 

282


səhralaşma prosesinin güclənməsinə səbəb olmuşdur. Buna görə də bu prosesdə insanın və təbiətin iştirakının nə 

dərəcə olmasını ayırd etmək çətindir.  

Səhralaşmanın  ən  əsas səbəbi fasiləsiz olaraq meşə sahələrinin azalması  nəticəsində kontinental su 

dövriyyəsi intensivliyinin aşağı düşməsi sayılır. Məhz qurunun biotası kontinentlərə suyun dövriyyəsinin 70-

75%-ni təmin edir. Təbii meşələrdə Günəş radiasiyasının 90%-i yarpaqlar tərəfindən udulur və transpirasiyaya 

sərf olunur, meşənin yerində insan tərəfindən yaradılan aqrosenozlarda Günəş radiasiyasının yalnız 40%-i trans-

pirasiyaya sərf olunur.  

Səhralaşma prosesində hədisz mal-qara otarılması da mühüm faktor sayılır. Məlum olduğu kimi, quraqlıq 

ərazilərin çox hissəsi əkinçilik üçün az yararlı olduğundan maldarlıqda istifadə edilir. Bitki örtüyü davamlı ol-

mayan belə sahələrdə mal-qaranın həddindən artıq toplanması  nəticəsində  əvvəlcə  tədricən otlağın vəziyyəti 

pisləşir və məhsuldarlığı aşağı düşür. Bitki örtüyünün biokütləsi mal-qaranın tələbatını ödəmədikdə bitki örtüyü 

pozulur, torpaq dağılır və bu zaman səhralaşma prosesinə zəmin yaranır.  



Torpaqdan düzgün istifadə edilmədikdə (nəzarətsiz) də arid iqlimli rayonlarda səhralaşma prosesi baş 

verir. Bu rayonlarda səhralaşma əsasən suvarma ilə əlaqədardır. Dünyada suvarılan torpaqların 30%-ə qədəri 

şoranlaşmaya və şorakətləşməyə məruz qalmışdır. Dünyada hər il suvarılan torpaqların 1,5 mln. ha-ı şorlaşaraq 

sıradan çıxır. Şimali Amerikada deqradasiyaya uğrayan suvarılan torpaqlar 28%, Avropada 16%, Avstraliyada 

13% təşkil edir. Rusiyada deqradasiyaya uğrayan suvarılan torpaqların sahəsi inkişaf etmiş ölkələrdən çox olub 

35%-ə çatır.  



Quraqlıq  səhralaşma prosesində daha mühüm rol oynayır. Məsələn, 1968-ci ildə Caxeldə 20 il sürən 

quraqlıq nəticəsində tarlaların və otlaqların məhsuldarlığı aşağı düşmüş, su quyuları qurumuş, çayda su axınları 

azalmış, Çad gölünün səviyyəsi aşağı enmişdir. Quraqlığın ilk dalğası zamanı (1968-1973-cü illər) 250 mindən 

artıq yerli əhali acından ölmüş, mal-qaranın 40%-i məhv olmuşdur. Malidə və Mavritaniyada mal-qaranın 90%-i 

qırılmışdır. 1980-ci ilin ortalarında Saxaradan cənubda quraqlıq nəticəsində 3 mln-a yaxın adam ölmüşdür.  

Səhralaşmaya qarşı mübarizə  

1977-ci ildə Keniyanın paytaxtı Nayrobi şəhərində BMT-nin keçirdiyi Beynəlxalq konfransda 

«Səhralaşmaya qarşı mübarizə planı» qəbul olundu. Bu plan əsasən ilk öncə inkişaf etməkdə olan ölkələrə aid 

olub 26 təklif irəli sürürdü. Ekspertlərin fikrincə onların yerinə yetirilməsi heç olmasa bu təhlükəli prosesin 

genişlənməsinin qarşısını ala bilərdi. Lakin vəsaitin çatışmazlığı üzündən bu təkliflərin qismən bir hissəsi həyata 

keçirilə bildi. Nəzərdə tutulurdu ki, bu planın həyata keçirilməsi üçün 90 mlrd. dollar (20 il ərzində 4,5 mlrd. 

dollar) tələb olunur. Bu məbləği tam axtarıb tapmaq mümkün olmadığından planın yerinə yetirilməsi 2015-ci ilə 

qədər uzadıldı. Planın həyata keçirilməsinin ilk növbədə vəzifəsi səhralaşmanın mümkün olan yerdə qlobal mi-

qyasda qarşısının alınması, səmərəli istifalə etmək üçün səhralaşmış  ərazilərin bərpası olmuşdur. Planın son 

məqsədi ekoloji imkan çərçivəsində ərazinin məhsuldarlığını saxlamaq və inkişaf etdirməkdir.  



Rio-de-Janeyroda (1992) keçirilən Beynəlxalq konfransda gündəliyə  «21-ci  əsrdə  səhralaşmaya və 

quraqlığa qarşı mübarizə» məsələsi salınaraq bütün bəşəriyyətin mühüm məsələsi müəyyən edildi.  

Konfransın yekun sənədində qeyd edildi ki, səhralaşmaya qarşı  əsas üsullardan biri  suyu saxlamağa və 

torpağın keyfiyyətini yüksəltməyə qadir olan ağac və bitki örtüyü yaratmaqdan ibarət olmalıdır. Səhralaşmaya 

qarşı hökumət aşağıdakıları etməlidir: 

1) Torpaqdan səmərəli istifadə haqqında milli plan qəbul etməli; 

2) Quraqlığa davamlı tez böyüyən yerli və digər ağac cinslərindən istifadə edərək meşə əkini proqramının 

həyata keçirilməsini tezləşdirmək; 

3) Oduncaqdan yanacaq kimi istifadə olunmasını məhdudlaşdırmaq; 

Problem üzrə monitorinq proqramını gücləndirmək. 

 

 

18.7.1. Azərbaycanda səhralaşma problemi  

Azərbaycanda səhralaşma prosesi əsasən dağətəyi, düzənlik və ovalıq ərazilərdə təbii, xüsusən antropogen 

amillərin təsiri nəticəsində baş verir. Bu ərazilərdə yağıntıların orta illik miqdarı 150-400 mm arasında tərəddüd 

edir, səthi buxarlanma yağıntının miqdarından 3-4 dəfə artıqdır.  İqlim yarımsəhra və quru bozqır yarımtipinə 

aiddir.  

Səhralaşma prosesi Kür-Araz ovalığı üçün daha səciyyəvidir. Burada son illər  əhalinin artması,  ərazidə 

qaçqın və köçkünlərin məskunlaşması, kənd təsərrüfatı, o cümlədən heyvandarlığa olan tələbatın çoxalması, 

həmçinin təbii qaz və elektrik enerjisinin çatışmaması ilə əlaqədar torpaq və bitki örtüyünün ekstensiv istifadəsi 

nəticəsində antropogen səhralaşma prosesi güclənmişdir.  

Kür-Araz ovalığında səhralaşma prosesi Şirvan düzündə daha güclü gedir. Burada apardığımız tədqiqatlar 



 

283


göstərir ki, bitki və torpaq örtüyünün səhralaşmasının (və ya deqradasiyası) istiqasməti və intensivliyini yaradan 

səbəblər  ərazinin ekoloji şəraiti (relyefi, bitki örtüyü, torpağı) və antropogen amillərin müxtəlifliyi ilə 

əlaqədardir. Bu baxımdan ərazini aşağıdakı sahələrə bölmək olar:  

1. Kür çayı boyu tuqay meşələrinin deqradasiyası prosesi, orada olan meşələrin məhv edilməsi, hədsiz mal-

qara otarılması  və meşə torpaqlarından kənd təsərrüfatında istifadə edilməsi ilə  əlaqədar baş vermişdir. Bu 

ərazidə səhralaşma quraqlaşma, bataqlaşma və bəzən şor(an)laşma istiqəmətində gedir.  

2. Regionun ovalıq hissəsində suvarılan ərazilərdə səhralaşma prosesini yaradan əsas səbəblər orada drenaj-

kollektor  şəbəkəsinin yaradılması  və suvarma işləri ilə  əlaqədardır. Bu ərazidə  səhralaşma prosesi torpağın 

şorlaşması, şorakətləşməsi və bataqlaşması istiqamətində gedir.  

3. Regionun dağətəyi hissəsində səhralaşma prosesi bitki örtüyünün pozulması, məhv edilməsi, hədsiz mal-

qara otarılması, aqrotexniki qaydalara riayət olunmaması ilə  əlaqədardır. Bu ərazidə  səhralaşma prosesi bitki 

örtüyünün deqradasiyası, səthi və yarğan eroziyası, suvarma aparılan sahələrdə isə irriqasiya eroziyası, bəzən 

şorlaşma və sürüşmə hadisəsinin yaranması istiqamətində gedir.  

Səhralaşma əsasən Abşeron yarımadasında torpağın neft və neft tullantıları ilə çirklənməsi ilə əlaqədar da 

baş verir. Neft məhsullarının və çoxlu miqdarda buruq sularının səthə axıdılması, həm də qrunt sularının 

səviyyəsinin qalxmasına və torpağın təkrar şorlaşmasına səbəb olur. Abşeronda neft yataqlarının düzgün istifadə 

edilməməsi, 10 illər ərzində ətraf mühitin mühafizəsi üzrə elementar qaydalara riayət etmədən neft çıxarılması, 

neft, qaz, kimyəvi maddələr, güclü minerallaşmış və radioaktiv çirkli suların yerin səthinə axıdılması Abşeron 

yarımadasının ayrı-ayrı təbii və antropogen landşaft sahələrinin çirklənməsinə və pozulmasına səbəb olmuşdur.  

Mövcud məlumatlara görə (Maqribi, 1998) 1995-ci il üçün Abşeron yarımadasında 7000 neft quyusu 

mövcuddur, onun demək olar ki, 5000-i fəaliyyət göstərir, qalanları isə fəaliyyətdə deyildir. Abşeron yarımadası 

daxilində neft istehsalı sənayesi 20 min ha ərazidə yerləşir, onun 10 min ha-ı çirklənmiş və ya lay suları və neft 

axıdılmışdır, onun 8000 ha-ı çirklənmiş torpaqlar, qalanı isə su hövzələridir.        

 

18.8. Həyatın təkamülündə və yer üzərində bioloji müxtəlifliyin qorun masında torpağın əhəmiyyəti  

Yer üzərində  həyatın mənşəyi və  təkamülü haqqında məsələ ilə bir sıra düşünən insanlar çoxdan məşğul 

olmuşlar. Görünür, bu təbiətşünaslığın ən mürəkkəb və dolaşıq problemlərindən biridir. 

Yer üzərində  həyatın yaranması ilkin okeanın kompleks koaservatlar – həyatın rüşeymi sayılan  dayaz 



sahil sularında baş verməsi nəzəriyyəsi daha geniş və hərtərəfli əsaslandırılmışdır.  

Bəzi tədqiqatçılar Yer üzərində həyatın dəniz mühitində deyil, quruda yaranmasının mümkünlüyünü eh-

timal edirlər. Belə bir fikri V.R.Vilyams (1951) özünün «İlkin torpaqəmələgəlmə prosesinin inkişafı» əsərində 

irəli sürmüşdür. Onun zənnincə, günəşin ultrabənövşəyi radiasiyası keçdiyi üçün okeanın şəffaf suyunda həyat 

törəyə bilməz. Uzaq geoloji zamanlarda oksigen əmələ  gətirən yaşıl bitkilər olmadığından qoruyucu ozon 

təbəqəsi də yox idi. Buna görə də V.R.Vilyams belə hesab edir ki, xemotrof litofil mikroorqanizmlərin əmələ 

gəlməsi üçün daha yaxşı  şərait aşınan süxurların çatlarında və  kavernində (dəlmə-deşiklərində) – atmosfer 

rütubətliyi toplanan yerlərdə yarana bilər. Həyatın təkamülü gedişində xemofroflardan sonra eutotrof bakteriya-

lar, yosunlar, göbələklər, mamırlar, daha sonra isə ali yaşıl bitkilər  əmələ  gələrək, dağ süxurlarının 

horizontlarında tədricən üzvi maddələr toplanır və ilkin primitiv torpaq yaranır.  



B.B.Polınov (1945, 1948) həyatın mənşəyi  şəraiti üzrə «Qayalıq hipotezi» fikrini irəli sürmüşdür. O, 

ədəbiyyat materiallarını  və  şəxsi müşahidələrinin nəticələrini yekunlaşdıraraq ilkin mərhələlərində  həyatın 

əmələ  gəlməsi və inkişafında həyat təkamülünün ümumi sxemini göstərərək aşağıdakı konsepsiyanı  təklif 

etmişdir.  

Massiv halında olan kristallik qaya süxurlarının səthinin ilkin sakinləri prototrof (xemoliqotrof) 

bakteriyaları – ammonyakı nitrit və nitratlara oksidləşdirən nitrofikatorlar, həmçinin üzvi maddələri sintez 

edərək atmosferə oksigen ayıran mikroskopik göy-yaşıl yosunlar (sianobakteriyalar) hesab olunur. Onlar 

göbələk, sonra isə şibyə və mamırlar daxil olmaqla daha müxtəlif mikrofloranın məskunlaşması və inkişafı üçün 

(əsas) təməl hazırlayırlar. Bütün bu orqanizmlər birlikdə qaya süxurunun səthinə  həm kimyəvi, həm də fiziki 

təsir göstərərək onun üzərində üzvi-mineral substrat yaradır. Belə substrat ali bitkilərin və ona münasib faunanın 

məskunlaşması üçün əlverişli şərait yaradır, yəni primitiv, ilk torpaq əmələ gətirir.  

Həyatın ilk dəfə okeanda deyil, quruda əmələ  gəlməsi fikrini məşhur mikrobioloq N.Q.Xolodnıy da 

göstərmişdir. Mikrobioloji nöqteyi-nəzərincə o, belə bir nəticəyə gəlir ki, «su deyil, səthi nazik lillə örtülmüş və 

bilavasitə atmosferlə təmasda olan dağ süxurlarının səthi Yer üzərində həyatın «beşiyi» ola bilər…..».  



M.A.Qlazovskayanın Mərkəzi Tyanşanın nival qurşağında apardığı müşahidələrlə müəyyən edilmişdir ki, 

massiv püskürmə süxurları qayalıqlarının səthinin pioner sakinləri – göy-yaşıl və diatom yosunları, xüsusilə si-



 

284


likat bakteriyalarıdır. Nisbətən az sərt olan şəraitdə qayalıqların səthində yalnız mikroorqanizmlər deyil, 

həmçinin müxtəlif litofil şibyə və mamır florası da məskunlaşır.  

Hazırkı dövrdə Yer üzərində həyatın peyda olması və inkişafının ən qədim izlərinin öyrənilməsi, həmçinin 

həyatın müasir primitiv formalarının tədqiqi nəticəsində həyatın ilk dəfə yalnız su mühitində əmələ gəlməsi və 

xeyli sonralar quruya çıxması fikri ilə əlbət ki, razılaşmaq mümkün deyil. Ehtimal etmək olar ki, mikroskopik 

həyat formaları həm okeanda, həm də quruda, xüsusilə üç məskunlaşma mühitinin (bərk, maye və qazşəkilli) 

bilavasitə  təmasda olduğu ekoloji sığınacaqlarda eyni vaxtda yaranmışlar. Belə  sığınacaqlarda nazik üzvi-

mineral qabıq, yəni primitiv torpaq qatı əmələ gələ bilər və burada xırda torpaq hissəcikləri, üzvi maddələr və 

biofil qida elementləri toplanır və quruda böyük bioloji dövranın əsası qoyulur.  

Bununla belə, botanik, paleobotanik, paleocooğraf və geoloqların əksəriyyəti kembriyə qədər, kembridə və 

ordovik dövründə qurunu səhra kimi görür və orada bitki örtüyünün olmadığını təsdiq edirlər. O cümlədən quru 

üzərində bakteriya-yosun örtüyü, göbələklər və  şibyələr üstünlük təşkil edirdi. Lakin onların biogeokimyəvi 

fəaliyyəti görünür olduqca aktiv olmuşdur, bunu qədim kontinental aşınma qabığının mövcudluğu təsdiq edir. 

Bəzi tədqiqatçılar qədim aşınma qabığını torpaq relikti hesab edir.  

Silurda və devonun başlanğıcında (430-400 min il əvvəl) quruda ilk ali bitkilər peyda olur. Onlar 

psilofitlərdən (rionifitlərdən) – köksüz borulu və yarpaqları rüşeym halında olan bitkilərdən ibarət olub, əsasən 

dəniz sahili dayaz laqunlarda və bataqlıqlarda məskən salmışlar. Devon dövründə Yerdə quru sahələri 

genişlənir. Bu sahələr plaunlar, qıjılar, inkişaf etmiş kök sistemi olan kol və ağaclarla örtülür.  

Quruda «həqiqi» torpaqlar formalaşmağa, üzvi maddələrin torf və kömür qalaqları halında toplanmağa 

başlayır. Karbon dövründə daha rütubətli iqlim başlandığından bu proses güclənir. Bitki aləmində ilk 

çılpaqtoxumlular – iynəyarpaqlı  ağaclar peyda olur, quruya heyvanat aləminin bir sıra növləri, o cümlədən 

həşəratlar, hörümçəklər, gənələr və b. çıxır. Ümumiyyətlə, paleozoyun sonu (karbon və perm dövrləri) qurunun 

müxtəlif bitki orqanizmləri qruplaşmaları və heyvanat aləmi ilə geniş istila olunması ilə əlamətdardır. Bu zaman 

qurunun böyük hissəsində tropik və subtropik rütubətli iqlim intensiv torpaqəmələgəlmə prosesləri üstünlük 

təşkil edirdi. Bu landşaft tipləri perm dövrünün ortalarına qədər dominantlıq etmişdir.  

M.M.Kamşilovun (1974) qeyd etdiyi kimi, bitki və heyvanların su mühitindən quruya çıxması təkamülün 

tərəqqisinə geniş perspektivlər açdı və quruda həyatın təkamülü sürətlə inkişaf etməyə başladı, canlı maddələrin 

ümumi bioloji kütləsi kəskin artmağa başladı. Bu, Yerdə həyatın inkişafında dönüş dövrü olmuşdur.  

Hazırda müəyyən edilmişdir ki, okeanın canlı maddəsi qurunun canlı maddəsindən 700-1000 dəfə azdır.  



N.İ.Bazilyeviçin və b. (1960) məlumatına görə Yerdə canlı maddənin kütləsi hazırda aşağıdakı kimi 

paylanır (cədvəl 18.5). 



 

Cədvəl 18.5 

 

 

Kontinent Okean 

Yaşıl bitkilər 2,4x10

12

0,0002x10



12

 

Heyvanlar və mikroorqanizmlər 0,02x110



12

 0,003x10

12

 

Cəmi 



2,42x10

12

 

0,0032x10

12

 

 

Cədvəlin rəqəmlərindən göründüyü kimi, quruda canlı orqanizmlər olduqca sıx yerləşmişlər, burada canlı 



orqanizmlərin əsas məskunlaşma mühiti torpaq sayılır.  

Yerin torpaq örtüyü məskunlaşma mühitinə görə yalnız orada yaşayan orqanizmlərin biokütləsinin ümumi 

ölçüsünə görə deyil, həmçinin onların növ müxtəlifliyinə görə okeandan zəngindir. M.M.Kamşilovun (1974) 

hesablamalarına əsasən quruda yaşayan heyvan növləri ümumi növlərin 93%-ni, suda yaşayanlar isə cəmi 7%-ni 

təşkil edir. Bunu bitki aləmi üçün də demək olar, belə ki, qurudakı bitki növləri ümumi bitki növlərinin 92%-ni, 

sudakı bitkilərin isə cəmi 8%-ni təşkil edir.  



M.S.Qilyarov (1949, 1985) məskunlaşma mühiti kimi torpağın əsas xüsusiyyətini orada eyni zamanda bir-

birilə sıx təmasda olan substratın üç faza halında (bərk, maye, qaz) olması ilə izah edir. Bu fazalar minimum 

rütubət itkisi zamanı hava tənəffüsünü, həmçinin avtotrof və heterotrof orqanizmlərin həyatı üçün zəruri olan 

mineral və üzvi maddələrin mövcudluğunu təmin edir.  

Torpağın özünəməxsus üçfazalı sistem olaraq ekoloji şəraitin müxtəlifliyi ilə səciyyələndiyi mikrobioloqlar 

tərəfindən də göstərilir. Onlar qeyd edirlər ki, hər torpaq tipi mikroorqanizmlər üçün bir deyil, bir sıra 

məskunlaşma mühiti sayılır və torpaq mikrobiotasının növ və fəaliyyət müxtəlifliyinin zənginliyini təmin edir.  


 

285


Pliosenin və əsasən dördüncü dövrün (antropogenin) torpaqları pleystosenin löslü və örtülü çöküntülərinin 

gömülmüş qatları  şəklində nisbətən yaxşı qalmışlar.  Şübhəsiz ki, onlar müəyyən dəyişikliklərə  uğramışlar, 

bununla belə, onların quruluşunun, tərkibinin və xassələrinin öyrənilməsi, formalaşdıqları  təbii  şəraitin 

xüsusiyyətləri haqqında fikir söyləmək üçün çox şey xəbər verir. Bu tədqiqatların materialları yeni xüsusi fənnin 



paleotorpaqşünaslığın inkişafının  əsası olmuşdur. Bu elmin yaranmasında  K.D.Qlinka, V.İ.Krokos, 

M.F.Vekliç, İ.P.Gerasimovun və b. əsərləri böyük əhəmiyyət kəsb etmişdir.  

Pliosen, pleystosen və holosenin qazıntı torpaqlarındakı bitki və heyvan qalıqlarının çoxsaylı  tədqiqatları 

onların bir-birilə sıx qarşılıqlı əlaqəsini, iqlim və digər təbii şəraitlərin dəyişməsinə uyğun olaraq təkamülünün 

balğılığını təsdiq edir.  

Torpaqda nadir və  səpələnən kimyəvi elementlərin paylanması qanunauyğunluqlarını  təhlil edərək 

A.P.Vinoqradov belə bir nəticəyə gəlir ki, «həyatın əsas mühiti sayılan torpağın geokimyəvi öyrənilməsi uzaq 

keçmişin flora və faunasının təkamülünü daha dərindən dərk edilməsinə yollar açır».  

Hazırda torpaq, bitki və heyvanlar arasında ekoloji təkamülün əlaqələrinin öyrənilməsi Yer üzərində bioloji 

müxtəlifliyin qorunub saxlanması kimi kəskinləşən problem ilə əlaqədar olduqca aktual əhəmiyyət kəsb edir.  

1992-ci ildə Rio-de-Janeyroda Birləşmiş Millətlər Təşkilatının «Ətraf mühit və inkişaf» Konfransında 

xüsusi «Bioloji müxtəliflik haqqında Konvensiya» qəbul edildi. Bəşəriyyət ilk dəfə olaraq ildə 10-15 min bioloji 

orqanizmlərin müxtəlifliklərinin yoxa çıxması  məsuliyyətini tamamilə  dərk etdi. Əgər bu dağıdıcı prosesin 

qarşısı alınmazsa, bir neçə oniliiklərdə, milyon illər ərzində təkamül nəticəsində yaranan ümumi bioloji növlərin 

yarısı Yer planetinin üzərindən silinə bilər. Bu vəziyyəti nəzərə alaraq Konvensiyada deyilir: «bioloji 

müxtəlifliyin qorunub saxlanması bütün bəşəriyyətin ümumi vəzifəsidir».  

Torpaqşünaslıq baxımından qeyd etmək vacibdir ki, torpaq yerüstü orqanizmlərin məskunlaşma mühitinin 

əsası sayılır və ekosistemə onun ayrılmaz komponenti kimi daxil olur, odur ki, torpağın müxtəlifliyinin qorunub 

saxlanması bioloji müxtəlifliyin saxlanma konsepsiyasının həyata keçirilməsinin mühüm şəraitindən biri 

olmalıdır.  

Torpaqşünaslar və bioloqların topladıqları geniş materiallar torpağın müxtəlifliyi ilə ona xarakterik 

biosenoz, ayrı-ayrı bitki növləri, heyvan və mikroorqanizmlər arasında sıx əlaqə mövcud olduğunu təsdiq edir.  

Qeyd edək ki, bu əlaqələrin sıxlığı Dokuçayevin genetik torpaqşünaslığının başlıca nəzəri prinsipinə əsasən 

torpaq, torpaqəmələgətirən faktorların qarşılıqlı  təsirinin nəticəsidir, bu faktorlar arasında bitki, heyvan və 

mikroorqanizməlrin rolu əvəzolunmazdır. Beləliklə, Yer üzərində torpağın müxtəlifliyi canlı orqanizməlrin 

növ müxtəlifliyi ilə yüksək dərəcədə  təyin olunur, canlı orqanizmlərin müxtəlifliyi isə torpağın 

müxtəlifliyi ilə bağlıdır.  

Meksikada (1994-cü il) torpaqşünasların 15-ci Beynəlxalq konfransında «Torpaq və bioloji müxtəliflik» 

üzrə xüsusi simpoziumu keçirildi. Burada torpaq bioloji müxtəlifliyin generatoru və qoruyucusu kimi xüsusi 

tədqiqat proqramının hazırlanması haqqında təklif əsaslandırıldı.  

Bioloji müxtəlifliyin saxlanması nöqteyi-nəzərindən qədim və relikt torpaqların öyrənilməsi xüsusi maraq 

doğurur. Onlardan bəziləri tamamilə yox olmaq təhlükəsi (eroziya, tikinti və s.) altındadır, halbuki, bu 

torpaqlarda keçmiş tarixi epoxaların spesifik orqanizmləri və ya onların qalıqları mövcuddur.  

Yuxarıda qeyd olunduğu kimi, yalnız biokütlənin ölçüsünə görə deyil, həmçinin növ müxtəlifliyinə görə 

torpaq və torpaq örtüyü biosferdə  məskunlaşma mühiti kimi xüsusi yer tutur. Təsadüfi deyildir ki, 

V.İ.Vernadski torpağı orada məskunlaşan fauna və florası ilə birlikdə qurunun vahid canlı  təbəqəsi 

adlandırmışdır. B.B.Polınov Yerin torpaq örtüyünü «həyatın  ən sıx olduğu təbəqə»  adlandırmış, 

M.S.Tilyarov və onun davamçısı D.A.Krivolutski isə torpağa «canlı orqanizmlərin tükənməz mənbəyi, 

planetimizdə  həyatın genetik müxtəlifliyinin  əsas anbarı (saxlanıldığı yer), biosferin sipəri» kimi baxır. 

Görkəmli alimlərin torpağın biosferdə rolu və əhəmiyyətinə baxışları belədir. 

Bütün bunlar göstərir ki, torpağın müxtəlifliyini qoruyub saxlamadan Yer planetinin bioloji 

müxtəlifliyini saxlamaq qeyri mümkündür. 


 

286


XIX FƏSİL 

 

BİTKİ ÖRTÜYÜNÜN ƏTRAF MÜHİTDƏ VƏ  

İNSAN HƏYATINDA ROLU 

 

Bitki aləmi fotosintez xassəsinə görə  həyatın ilkin mənbəyi olub, Yer üzərində onun çiçəklənməsində  və 

inkiaşfında mühüm rol oynayır.  

Fotosintez prosesi praktiki olaraq planetimizin hər yerində getdiyindən onun cəm effekti olduqca böyükdür. 

Fotosintez prosesində yaşıl bitkilər karbon qazından və sudan üzvi maddələr, o cümlədən qiymətli qida 

məhsulları (taxıl, tərəvəz, meyvə və s.), sənaye və tikintinin xammalını yaradır.  

Beləliklə, bitki örtüyü biosferin üzvi maddə yaratmaq qabiliyyəti olan yeganə komponenti sayılır, yəni Yer 

kürəsində  məskunlaşan bütün canlıların, o cümlədən insanın həyatını  təmin edən faktiki başlıca mənbədir. 

Biosferin ekoloji tarazlığı, heyvanat aləminin mövcudluğu, xalq təsərrüfatının bir çox sahələrinin məhsuldarlığı, 

insanların fiziki və mənəvi sağlamlığı məhz bitki örtüyünün vəziyyətindən asılıdır.  

Məlum olduğu kimi, atmosfer havasının qaz tərkibinin formalaşması bilavasitə bitkidən asılıdır. Belə ki, 

yaşıl bitkilər fotosintez prosesində il ərzində 5·10

11

 ton sərbəst oksigen ayırır. Bir hektar qarğıdalı sahəsindən 



ildə 15 ton oksigen ayrılır, bu isə 30 adamın tənəffüsü üçün kifayətdir. Beləliklə, bitki örtüyü fotosintez 

nəticəsində atmosferi oksigenlə zənginləşdirir və havanı izafi karbon qazından təmizləyir.  

1928-ci ildə rus bioloqu Boris Petroviç Tokin elmdə maraqlı və mühüm bir bioloji sirr açıb ilk dəfə olaraq 

bitkilərin havaya buraxdığı xüsusi kimyəvi maddələri kəşf etdi. Uçucu xassəyə malik olan bu maddələri o, 



Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin