Dünyanın quraqlıq regionlarında otlaqların gücdən düşməsi
nəticəsində ev heyvanlarının məhsuldarlığının azalması ilə əlaqədar iqtisadi itki
Kontinentlər
Məhsuldarlığın azalmasından itkinin
miqdarı (mlrd. doll)
1 2
Afrika 7,0
Asiya 8,3
Avstraliya 2,5
Avropa 0,6
Şimali Amerika
2,9
Cənubi Amerika
2,1
Cəmi 23,2
19.3 saylı cədvəldən göründüyü kimi otlaqların deqradasiyası nəticəsində heyvandarlığın məhsuldarlığının
aşağı düşməsi ilə əlaqədar Afrikada illik itki 7,0 mlrd dollar təşkil edir. Otlaqların hədsiz otarılması ilə əlaqədar
Afrika və Asiyaya birlikdə dəyən ziyan bütün dünya iqtisadi itkisinin üçdə ikisini təşkil edir.
Şəkil 19.1. 1950-2000-ci illərdə dünyada adambaşına düşən
mal ətinin istehsalı
292
1968-ci ildə Kaliforniya (Santa-Barbara) Universitetinin əməkdaşı Qarrett Xardin (Garrett Hardin) Science
məcmuəsində «Otlaqların faciəsi» («The Tragedy of the Commons») adlı məqalə dərc etdirir. Xardın ictimai
otlaqları misal gətirərək göstərir ki, yerli maldarlar otlaqdan istədiyi kimi istifadə edir. Hər bir maldar digərləri
ilə razılaşmadan sürüsünü artıraraq öz güzaranını yaxşılaşdırmağa çalışır. Beləliklə, o, sürüsünün sayını çoxal-
daraq əlavə gəlir əldə edir, otlağın gücdən düşməsi isə ona az təsir göstərir. Lakin müəyyən vaxt keçdikdən so-
nra ictimai otlaqlarda heyvan sürülərinin artması və hədsiz otarma otlağı gücdən salır, dağıdır və bu zaman
maldarları fəlakət «yaxalayır».
Otarma nəticəsində çəmən və bozqır qruplaşmalarının dəyişməsi otlaq diqressiyası (deqradasiyası)
adlanır. Heyvanın növündən, sayından, otarma müddətindən asılı olaraq otlağa müxtəlif təsir göstərir.
Otarma iki cür təsir göstərir: bilavasitə ot örtüyünə – bitkinin yeyilməsi və dırnaqları ilə qırılması; torpaq
rejiminin dəyişməsi vasitəsilə. Otarma zamanı adətən torpaq bərkiyir, cənub rayonlarında bu zaman kapilyarlar
vasitəsilə suyun səthə çıxaraq buxarlanması nəticəsində torpağın düzlaşması baş verir. Qumlu torpaqlarda çim
örtüyünün dağılması nəticəsində külək eroziyası güclənir. Dağ yamaclarında torpağın bərkiməsi və ot örtüyünün
dağılması nəticəsində səthi və yarğan eroziyası baş verir. Bütün bu neqativ proseslər otlaqlarda mal-qaranın sis-
temsiz və həddən artıq otarılması ilə əlaqədardır.
19.2.1. Azərbaycanda otlaqlardan istifadənin ekoloji problemləri
Respublikanın təbii yem bitkiləri yayılan əraziləri mövsümi istifadə edilən yay-qış otlaqlarından,
biçənəklərdən və ilboyu istifadə edilən kəndətrafı örüşlərdən ibarətdir. Bu kateqoriyadan olan torpaqlar öz
hüquqi rejiminə görə bir qədər fərqli cəhətlərə malikdir. Belə ki, yay və qış otlaqları dövlət mülkiyyətində
saxlanılmaqla fiziki və hüquqi şəxslərə qısa və uzunmüddətli istifadəyə verilir. Biçənək və kəndətrafı örüşlər isə
ümumi istifadəyə verilməklə bələdiyyə mülkiyyətində saxlanılmışdır.
Təbii yem sahələri 3396,4 min hektar olub, respublika ərazisinin 39,3%-ni təşkil edir. Bundan 113,4 min
hektarı biçənəklər, 1460 min hektarı qış otlaqları, 589,5 hektarı yay otlaqları, 1233,4 min hektarı isə kəndətrafı
örüşlərdən ibarətdir. Bu bölgü təbii-iqtisadi rayonlar üzrə 19.4 saylı cədvəldə verilmişdir.
Azərbaycan ərazisində yay və qış otlaqlarının ümumi sahəsi 2049,5 min hektar olub, bu təbii yem sahəsi
bitki formasiyalarının təbii strukturuna ziyan yetirmədən və özünün bərpa olunma imkanını saxlamaqla optimal
ölçülərdə 2 milyon baş heyvanı yem ilə təmin etmək imkanındadır. Otlaqlarımızın bir qismi erməni
işğalçılarının müvəqqəti olaraq nəzarəti altında olması və respublikamızda 8 milyona yaxın iri və kiçik buynuzlu
heyvanın mövcudluğu yay və qış otlaqlarının həddən artıq yüklənməsinə səbəb olmuşdur. Təbii yem sahələrində
hədsiz otarma ilə əlaqədar yükün artması, ekoloji baxımdan kənar müdaxilələrə daha həssas olan Azərbaycanın
alp və subalp çəmən və çəmən-bozqırlarında daha ağır vəziyyət yaratmışdır.
Torpağın eroziyası və bitki örtüyünün deqradasiyası bəzi regionlarda son onillikdə daha da sürətlənmiş və
otlaqlardan istifadənin ekoloji problemləri yaranmışdır.
Alp və subalp çəmənlərindən ibarət olan yay otlaqları respublikada heyvandarlığın inkişaf etməsində yem
bazası olmaqla yanaşı, həm də böyük sutənzimedici və torpaqqoruyucu funksiya daşıyır. Azərbaycanın yay
otlaqları, əsasən dəniz səviyyəsindən 1600-3000 m (3200) yüksəklikdə olan dağlıq ərazilərdə yerləşmişdir. Yay-
laqlar öz coğrafi mövqeyinə görə meşənin yuxarı sərhədi ilə birləşir. Lakin meşənin yuxarı sərhədinin aşağı
salınması ilə əlaqədar geniş ərazilərdə meşənin yerində yaranan törəmə subalp çəmən və bozqırları da bura dax-
ildir.
Cədvəl 19.4
Azərbaycanda təbii yem sahələrinin təbii-iqtisadi
rayonlar üzrə paylanması
(min ha)
Təbii-
iqtisadi
rayonlar
Qış
otlaqları
Yay
otlaqları
Kəndətafı
örüşlər
Biçənəklər
Zonalar
üzrə
cəmi
Gəncə-
Qazax
272,9 86,1 223,2 30,6 612,8
Şirvan
218,8
58,9
209,6
7,9
495,2
293
Muğan-
Salyan
233,8 - 99,4 0,8 334,0
Mil-
Qarabağ
336,5 164,5 249,2 16,0 766,2
Quba-
Xaçmaz
14,3 76,3 108,1 29,8 228,5
Şəki-
Zaqatala
69,0 104,9 103,2 4,1 281,2
Lənkəran
10,6
21,1
72,6
16,1
120,4
Abşeron
230,5
10,0
58,5
1,0
300,0
Dağlıq
Qarabağ
2,4 31,1 69,2 4,6 107,3
Naxçıvan
71,2 36,6 40,5 2,5 150,8
Cəmi
1460
589,5
1233,5
113,4
3396,4
Subalp çəmənliklərindən yalnız otlaq kimi deyil, həmçinin süni biçənək kimi də istifadə olunur. Subalp
çəmənliklərində bitki örtüyünün botaniki tərkibinin əsasını taxıl fəsiləsinə aid olan çoxillik bitkilər və qarışıq
tərkibli müxtəlif çəmən otları təşkil edir.
Subalp çəmənliklərinin bitki örtüyü alp çəmənliklərinə nisbətən daha zəngin olub bitki qruplaşmalarının
tərkibində 100-ə yaxın bitki növü iştirak edir. Burada ala tonqalotu, qoyun topalı, yerəyatıq topal, bənövşəyi
tonqalotu, acar tonqalotu, çəmən tonqalotu, yumşaq süpürgə, qırtıc, müxtəlif növ paxlalı bitkilər və başqa ot
növlərinin qarışığı yayılmışdır. Dağlıq zonalarda yayılmış paxlalı bitkilərin əksəriyyəti çoxilliklərdir. Birillik və
ikiillik növlərə az rast gəlinir. Yay otlaqlarının əsasını təşkil edən subalp və alp çəmənliklərinin bitki örtüyünün
tərkibində təxminən 50-yə qədər paxlalı bitki növü vardır. Onların 95%-ni çoxillik, az hissəsini isə birillik
bitkilər təşkil edir.
Paxlalılar fəsiləsindən olan bəzi bitki növlərinin kök sistemi güclü inkişaf etdiyinə görə dağlıq zonada
eroziya prosesinin qarşısını alır.
Respublikamızın yüksək dağlıq zonalarındakı otlaqların bitki örtüyünü təşkil edən subalp və alp
çəmənliklərinin, bozqırlarının tərkibində qırmızı çəmən yoncası, ağ çəmən yoncası, çəhrayı çəmən yoncası,
aralıq çəmən yoncası, bulaq çəmən yoncası, çöl çəmən yoncası, əvəzotu, iyli paxladən və s. paxlalı bitki növləri
geniş yayılmışdır. Həmin bitki növlərinin bəzilərinin yemlik əhəmiyyəti orta dərəcədədir.
Yay otlaqlarında mal-qaranın vaxtından əvvəl və otlaq dövründə sistemsiz və hədsiz otarılması, eyni yol ilə
aparılması yamaclarda çim və torpaq qatının pozulmasına, eroziya prosesinin güclənməsinə və sel axınları
mənbələrinin yaranmasına səbəb olur.
Cədvəl 19.5
Azərbaycanın təbii-iqtisadi rayonlarında alp və subalp zonası torpaqlarının eroziyaya məruz qalması
(min ha ilə)
Təbii
iqtisadi
rayonlar
Ümumi
sahə, min
ha
Yuyulma dərəcəsi
Digər
torpaq-
lar
Yuyulm
uş
torpaq-
ların
sahəsi
Yuyul-
mamış
I
kateqoriy
a
Zəif
yuyulmuş
II
kateqoriya
Orta
yuyulmuş III
kateqoriya
Şiddətli
yuyulmuş
IV
kateqoriya
1 2 3 4 5 6 7 8
Gəncə-
Qazax
116,6 13,6 34,2 21,6
45,3
1,9 101,1
Şirvan
71,6
11,0
12,4
17,6
20,6
10,0
50,6
Mil-
Qarabağ
248,8 81,3 58,0 43,5
46,2
19,9 147,6
Quba-
Xaçmaz
124,8 43,9 14,5 21,2
38,6
6,5 74,4
294
Şəki-
Zaqatala
9,4 11,5
41,2 20,3 34,1 2,3 95,6
Lənkəran 66,8
9,0
11,0
15,2
22,9
8,7
49,1
Abşeron
16,5
3,7
3,5
5,0
3,5
0,8
12,0
Dağlıq
Qarabağ
40,6 9,8 8,0 8,4
9,9
4,4 26,4
Naxçıvan
MR
96,6 12,2 21,6 23,2
29,2 10,4 74,0
Cəmi
891,7
196,0
204,4
380,4
250,3
64,9
630,8
Qeyd etmək lazımdır ki, hazırda alp və subalp zonasının əksər yerlərində mal-qaranın sistemsiz otarılması
nəticəsində yay otlaqları başdan-başa eroziya prosesinə məruz qalaraq maldarlığı lazımi səviyyədə yemlə təmin
etmir və tamamilə istifadədən çıxaraq daşlı və ya bitkisiz sahəyə çevrilmişdir. Belə yerlərin ümumi sahəsi 257,1
min hektar olub, yay otlaqlarının 43,6%-ni təşkil edir.
Alp və subalp çəmən və çəmən-bozqır zonasında torpaqların eroziya prosesinə məruz qalma dərəcəsi təbii-
iqtisadi rayonlar üzrə 19.5 saylı cədvəldə verilir.
Cədvəldən göründüyü kimi, Azərbaycanın alp və subalp zonası torpaqlarının (yay otlaqları kateqoriyasına
aid edilən və ondan kənarda qalmış sahələrlə birlikdə) 70,7%-i (630,8 min hektar) eroziya prosesinə məruz
qalmışdır. Bunun 22,9% (204,4 min ha) zəif, 42,7%-i (380,4 min ha) orta, 28,1%-i (250,3 min ha) şiddətli
dərəcədə yuyulmuş torpaqlardır.
Azərbaycanın qış otlaqları da təbii-coğrafi şəraitinə və bitki örtüyünə görə çox rəngarəngdir. Bu, hər şeydən
əvvəl respublikamızın iqlim-torpaq şəraitinin müxtəlifliyi ilə əlaqədardır. Respublikamızın qış otlaqları əsasən
Kür-Araz ovalığı (Mil, Muğan, Şirvan, Qarabağ, Salyan düzləri və cənubi-Şirvan), Qobustan, Ceyrançöl,
Ağyazı, Acınohur, Bozdağ, Xocaşen, Daşüz silsilələrində, cənubi Qarabağda (Gəyən, Çaxmaq bozqırları),
Naxçıvan MR-da isə Böyükdüzdə, dağ ətəklərində, Qarğabazarı və Arazətrafı çökəkliklərdə yerləşir.
Qış otlaqlarında nisbətən geniş yayılmış faydalı bitkilər birillik taxıl otlarıdır. Taxıllar fəsiləsinə mənsub olan
bitkilər həmişə erkən yazda yaxşı inkişaf edib, yaşıl yem kütləsi əmələ gətirir. Dağətəyi zonalarda yerləşən qış
otlaqlarında yazda əmələ gələn yaşıl ot örtüyünün tərkibində birillik taxıl otları nisbətən az olur. Onların əvəzində
taxıllara aid olmayan bəzi birillik ot bitkiləri çoxluq təşkil edir və qiymətli yem hesab olunur. Birillik taxıl
otlarından bərk quramit, cənub quramiti, İran quramiti, şərq bozağı, düzəkli bozaq, üçdüyməli buğdayıot, yapon
tonqalotu, sürüpgəvari tonqalotu, irisünbüllü tonqalotu, tüklü vələmir, boş vələmir, iriçiçək vələmir və s. qış
otlaqlarında daha geniş yayılmışdır. Birilliklərdən başqa gövdələrinin əsas hissəsi soğanaqlı olan çoxillik taxıl
otlarının da qış otlaqlarının ot örtüyünün yaranmasında böyük əhəmiyyəti vardır. Məsələn, sıx qırtıc, sinay qırtıcı,
soğanaqlı qırtıc və s. bu cür ot bitkilərindəndir.
Yovşanlı otlaqlar üçün xarakterik olan müxtəlif yovşan formaları da qış otlaqlarının ot örtüyünün əmələ
gəlməsində böyük əhəmiyyət kəsb edir. Paxlalılar fəsiləsindən olan yonca və xaşanın bir neçə növ və
növmüxtəliflikləri də, bəzi otlaq sahələrində çox geniş yayılmış faydalı bitki hesab olunur.
Səhra bitki qrupu əsasən Kür-Araz ovalığının qış otlaqlarında inkişaf etmişdir. Bu otlaqların bitki örtüyü
olduqca kasıb olub, botaniki tərkibi əsasən kolluq, yarımkolluq və vegetasiya dövrü qısa olan birillik ot
bitkilərindən ibarətdir.
Şoran səhralarda qarışıq örtük əmələ gətirən şoran, xəzər şahsevdisi, sarıbaş kolları, çərən, öldürgən və s.
kolluqlar və efemer bitkiləri inkişaf edir. Bitki örtüyünün əsasını qarağan kolları, gəngiz, gəvrik, şahsevdi təşkil
edən qış otlaqları da geniş yayılmışdır.
Respublikamızın qış otlaqlarında səhra tipli bitki örtüyünə nisbətən yarımsəhra tipli bitki örtüyü daha geniş
yer tutur. Onlar inkişaf tərzinə, həyat şəraitinə, botaniki quruluşuna, kimyəvi tərkibinə, bioloji və təsərrüfat
xüsusiyyətlərinə görə səhra tipli bitki qruplarından fərqləndikləri üçün yemlik keyfiyyəti də müxtəlif olur. Bir
qayda olaraq yarımsəhra tipli otlaqların əsas yem fondu efemerlər sayılır. Onlar yaxşı inkişaf edib otlaqlarda sıx
bitki örtüyü əmələ gətirir, torpağın səthinin 80-90%-ə qədəri bitki ilə örtülür. Bu cür sahələrdən təkcə otlaq, örüş
kimi deyil, həmçinin təbii biçənək kimi də istifadə edilir. Yovşanlı, göyüllü-yovşanlı, qaratikanlı-yovşanlı
yarımsəhralar qış otlaqlarında daha geniş yer tutur. Bunların arasında yovşanlı yarımsəhralar daha geniş
yayılmışdır. Respublikamızın qış otlaqlarında quru bozqır sahələrin bitki örtüyü də mühüm əhəmiyyət kəsb edir.
Belə otlaqlar yarımsəhra ot örtüyündən çoxillik taxıl otlarının nisbətən yaxşı inkişaf etməsi ilə fərqlənir.
Məsələn, ağot, ayrıq, şiyav, topalotu və s. bitkilərin əmələ gətirdikləri çimliklər bəzən o qədər sıx və çox olur ki,
295
sahələr başdan-başa ağımtıl, quru bozqır şəklini alır. Belə bozqır sahələr qış otlaqlarının yem balansında mühüm
rol oynayır.
Naxçıvan, Qobustan və Bozqır yaylasında, Dağlıq Qarabağın dağətəyi hissəsində və digər yerlərdə yerləşən
quru bozqır otlaq sahələrində inkişaf etmiş bitkilərin ən mühüm nümayəndələri daşdayan, dovşantopalı,
tonqalotu, daraqotu, nazikbaldır, tüklüayrıq, qırtıc, buğdayıot, quramit və s. ot növləridir. Onlar yüksək yemlik
əhəmiyyətinə malik olub, bozqır otlaq sahələrindəki ot örtüyünün əsasını təşkil edirlər. Yazda və yayın
əvvəllərində sürətlə böyüyüb inkişaf edən bu bitkilər otlaqların yemlik keyfiyyətinə və ümumi məhsuldarlığına
müsbət təsir göstərir.
Quru bozqır bitki örtüyünə malik olan otlaqlar yovşanlı-ağot, yovşanlı-ayrıq, yovşanlı-şiyav, yovşanlı-
topalotu tiplərinə ayrılır.
Azərbaycanın qış otlaqlarındakı səhra, yarımsəhra və bozqır bitki qruplarından başqa bəzi yerlərdə ayrı-ayrı
talalar şəklində bataqlıq, çala və çəmən bitki qruplarına da rast gəlinir.
Araşdırmalar göstərir ki, respublikamızın qış otlaqlarında (Qobustan, Ceyrançöl, Bozdağ, Acınohur) və
biçənək sahələrində eroziya prosesləri ilə yanaşı, şorlaşma, bataqlaşma, subasmalar kimi hallar onların
deqradasiyasını sürətləndirmişdir. Təqribən 201 min hektar və ya 15% yem sahəsi şorlaşma, bataqlaşma və
subasmaya məruz qalmış, minlərlə hektar sahə qanunsuz olaraq şumlanmış və yaşayış yerlərinə çevrilmişdir.
Bütövlükdə yem sahələrinin 978 min hektarının əsaslı yaxşılaşdırma, meliorasiya və digər tədbirlərə ehtiyacı
vardır. Bununla yanaşı, yem sahələrinin, yay və qış otlaqlarının, biçənəklərin aşağıdakı ekoloji problemlərinə
daha geniş aspektdə baxılması tələb olunur:
1. Yem sahələri təyinatı üzrə istifadə edilməli, quzuları və boğaz heyvanları yaşıl yemlə təmin etmək
məqsədilə qış otlağının ümumi sahəsinin 3 faizdən çox olmayan hissəsində yaşıl yem üçün olan əkini çıxmaqla,
qalan ərazilərdə hər hansı əkinçilik fəaliyyətinə yol verilməməlidir;
2. Köç yolları və mal-qara düşərgələri təyinatı üzrə istifadə edilməli, yataqlar və otlaqlararası xüsusi
yollardan istifadəyə lazımsız yol və cığırların salınmasına və otlaqlarda iribuynuzlu mal-qaranın sürü halında
otarılmasına yol verilməməlidir. Otarılma norması hər hektara 5-6 baş heyvanla məhdudlaşmalıdır;
3. Yay və qış otlaqlarında ərazinin relyef, iqlim, bitki örtüyünün vəziyyətini, ilin əlverişli (yağıntılı) və ya
əlverişsiz (quraq) olmasını nəzərə almaqla otarma normalarına ciddi əməl olunmalı, eroziya prosesinin güclü
getdiyi və yarğanəmələgəlmə təhlükəsinin mövcud olduğu sahələrdə otarma məhdudlaşdırılmalı və ya qadağan
olunmalıdır;
4. Yay və qış otlaq sahələrində ot örtüyünün keyfiyyətini yüksəltmək və botaniki tərkibini qiymətli yem
bitkiləri hesabına 1 hektarın məhsuldarlığını 5-6 sentnerə çatdırmaq məqsədilə eroziyaya məruz qalmış (663 min
ha) və meliorasiya tədbirlərinin həyata keçiriləcəyi şorlaşmış, bataqlaşmış və su altında qalan (201 min ha)
ərazinin 744 min hektarında səthi və 234 min hektarında isə əsaslı yaxşılaşdırma tədbirləri aparılmalıdır;
5. Otlaq və biçənəklərin bioloji məhsuldarlığını yüksəltmək məqsədilə ot örtüyünün botaniki tərkibi,
torpağın fiziki-kimyəvi xüsusiyyətləri nəzərə alınmaqla gübrələmə işlərinin aparılması vacibdir. Üzvi gübrələrin
5 ildən bir (hər hektara orta hesabla 20 ton qurumuş peyin), mineral gübrələrin isə 2-3 ildən bir (hər hektara
fiziki çəkidə orta hesabla 1-2 sentner ammonium şorası, 2-2,5 sentner superfosfat, 1-15 sentner kalium-xlorid)
verilməsi məsləhədir;
6. Otlaqlarda səthi və kökündən yaxşılaşdırma tədbirləri görülməli, səthi yaxşılaşdırma zamanı otlaqların
hər hektarına 40-60 kq xaşa toxumu, 8-10 kq yonca toxumu, 18-30 kq isə taxıl fəsiləsinə mənsub olan ot növləri
toxumlarının səpilməsi həyata keçirilməlidir;
7. Respublikanın regionlarında əkmə (mədəni) otlaqların yaradılması və mövcud olanların
intensivləşdirilməsi və genişləndirilməsi istiqamətində tədbirlər görülməli, bu zaman müasir texnologiyalara
üstünlük verilməlidir;
8. Son illər otlaq və biçənək sahələrində baş vermiş dəyişiklikləri nəzərə alaraq yem sahələrinin torpaq
örtüyü, geobotaniki tərkibi, yem vahidi və otarma (optimal) norması göstərilməklə onların iri miqyaslı
xəritələşdirilməsi həyata keçirilməli, ilk növbədə otlağın məhsuldarlığı, keyfiyyəti və baş hesabı ilə yükü nəzərə
alınmaqla yem vahidi xəritələri tərtib edilməlidir.
19.3. BİOLOJİ MÜXTƏLİFLİK
Dünyanın bioloji müxtəlifliyi (BM) və ya canlı orqanizmlərin müxtəlifliyi ekoloji, genetik, sosial, iqtisadi,
elmi, tədris, mədəni, rekreasiya və estetik baxımdan böyük əhəmiyyət kəsb edir. BM biosferin təkamül
həyatiliyinin təmin olunması sisteminin saxlanması üçün mühüm hesab edilir. BM-in saxlanması və dayanıqlı
istifadəsi Yer əhalisinin daima artan bir sıra tələbatının (ərzaq, dərman vasitələri və s.) təmin edilməsi üçün
296
xüsusilə vacib sayılır.
BM ətraf mühitin vəziyyətini və ekosistemin dayanlıqlığını qiymətləndirən ən obyektiv amillərdən biridir.
BM planetimizdəki bütün həyat formalarının birliyi olub, bununla da onu Günəş sisteminin digər planetlərindən
fərqləndirir. BM özündə heyvan, bitki və orqanizm növlərini, ekosistemləri, landşaftları və onlarda gedən
prosesləri cəmləşdirir. BM-də üç iyerarxik kateqoriya (səviyyə) ayrılır: 1) növ müxtəlifliyi; 2) genetik
müxtəliflik; 3) ekosistemin müxtəlifliyi, yəni yaşayış yerinin, biotik qruplaşmaların və biosferdə
gedən ekoloji proseslərin müxtəlifliyi.
Növ müxtəlifliyi – konkret ərazidə növlərin sayı və onların fərdlərinin ratslaşma dərəcəsini əks etdirir. Alfa,
beta və qamma müxtəliflik ayrılır.
Alfa müxtəliflik – müəyyən biotada (ekosistemdə) növlərin sayı, beta müxtəliflik – müəyyən vilayətin
bütün biotalarında növlərin sayı, qamma müxtəliflik alfa və beta müxtəlifliklərini birləşdirən göstəricidir.
Növmüxtəlifliyinin göstəricisi növlərin sayı ilə onların xüsusi qiyməti (miqdar, biokütlə, məhsuldarlıq)
arasında olan nisbət və ya növlərin sayının vahid sahəyə nisbəti hesab olunur. Növlər növün arealının bir
hissəsini tutan yarımnövlərə bölünür. Bir-birinə yaxın növlər cinslərdə, cinslər fəsilələrdə, fəsilələr dəstələrdə
(heyvanlar üçün) və ya sıralarda (bitkilər üçün), dəstələr və ya sıralar siniflərdə, siniflər isə tiplərdə (şöbələr)
birləşir.
Növlərin saxlanmasının başlıca vəzifəsi onların inventarizasiyası (siyahıya alınması), ikinci vəzifəsi isə
əhəmiyyətinə görə bərpası və saxlanmasıdır.
Yer üzərində növ müxtəlifliyinin sayı hələ indiyə qədər ayrı-ayrı tədqiqatçılar tərəfindən müxtəlif göstərilir.
Bitki və xordalı heyvan növlərinin 80-90%-i, digər qalan taksonların isə yarıdan da az növləri təsvir
olunmuşdur. Müxtəlif müəlliflər tərəfindən növlərin ümumi sayı 3,6 və 112 mln arasında olduğu göstərilir. Bu
qədər böyük fərqin olması əsasən həşərat növlərinin sayının 2-dən 100 mln arasında qiymətləndirilməsidir.
BM-ə daha etibarlı qiymət 1500 mütəxəssisin iştirakı ilə 1995-ci ildə YUNEP tərəfindən verilməsidir. Bu
qiymətə əsasən növlərin ən ehtimal sayı 13-15 mln təşkil edir, onun yalnız 1,75 mln növ, yəni 13%-dən azı
təsvir edilmişdir.
Genetik müxtəliflik olduqca böyük olub növlər arasında genlərin variasiyaları deməkdir. Genetik
baxımdan növün dəyəri (əhəmiyyəti) onun digər növlərdən nə dərəcədə seçilməsi ilə təyin olunur (əsasən
taksonomik xüsusiyyətlərinə görə).
Hər hansı bir növün populyasiyası öz arealı daxilində qalmaqla yanaşı, ona həm də yeni yaşama şəraitində
rast gəlinir və müxtəlif ekoloji sığınacaqlara yiyələnərək çoxalması üçün müxtəlif yerlərdən istifadə edir. Bu
zaman ekoloji müxtəliflik baş verir. Belə halda, məsələn, bitkilərdə çiçəkləmə, heyvanlarda isə cütləşmə vaxtı
uyğun gəlmir. Seçilmə nəticəsində populyasiyanın genetik tərkibi dəyişir, bir neçə nəsildən sonra belə
dəyişkənlik yeni növlərin əmələ gəlməsinə səbəb ola bilər.
Növlərin müəyyən qədər dar diapazonda fəaliyyət göstərməyə uyğunlaşmasına baxmayaraq növün
populyasiyası çox vaxt subpopulyasiya və ya ekotiplərə (çox vaxt bir sıra fasiləsiz iqlim, edafik, senotik
dəyişmələr daxilində bitki və heyvanların ekoloji irqlər və növdəyişkənliyi) bölünür. Ekotiplərin populyasiya
strukturunun daha müfəssəl (dəqiq) analizinə keçməsi, kiçik lokal populyasiyalar daxilində dəyişiklik ayırmağa
imkan yaradır. Belə dəyişkənlik polimorfizm adlanır. Polimorfizm bir növ daxilində xarici görünüşünə görə
kəskin fərqlənən və keçid formaları olmayan fərdlərdir. Belə formalar ikidirsə, bu hadisə dimorfizm adlanır. Bir
və ya müxtəlif populyasiyadan olan fərdlərin xarici görünüşündəki fərdlər də polimorfizmə daxildir. Eyni
yaşama şəraitində iki və daha müxtəlif növ formalarının mövcudluğu genetik polimorfizmdir. Populyasiya
daxili polimorfizm çox hallarda təbii seçmə ilə saxlanılır.
- Bioloji müxtəlifliyin ən yüksək iyerarxik səviyyəsi ekosistem və ya landşaft biomüxtəlifliyi saylıır.
Dünyanın və kontinentlərin kiçik miqyaslı zonal landşaft tipləri xəritəsi bioloji müxtəlifliyin yüksək iyerarxik
səviyyəsini əks etdirir. Aşağıdakı landşaftlar ən yüksək növ müxtəlifliyi ilə fərqlənir (azalan cərgə üzrə):
mülayim qurşağın rütubətli ekvator meşələri, karollov rifləri, quru tropik meşələr, mülayim qurşağın rütubətli
meşələri, okean adaları, Aralıq dənizi iqlimi landşaftları, meşəsiz landşaftlar (savanna, bozqır). Rütubətli
ekvator meşələri daha zəngindir: məsələn, İndoneziyada 200 ha meşədə ağac növlərinin sayı Şimali Amerikanın
bütün tropikdən kənar ərazisində bitən ağac növlərinin sayı qədərdir. Karollov rifləri də yüksək növmüxtəlifliyi
ilə seçilir.
1996-cı ildə Bonn Universitetində (Almaniya) «Qlobal biomüxtəliflik» xəritəsi tərtib olunmuşdur. Bu
xəritəyə əsasən fitomüxtəliflik ekosferdə fundamental rol oynayıb quru ekosistemlərinin bioloji müxtəlifliyini
müəyyənləşdirir. Dünyada ali bitkilərin ümumi sayı 400 min olub bioməhsuldarlıq və biomüxtəliflik baxımından
dominantlıq edir. Onlardan 20 min növü konsument və redusent orqanizmlər olub üzvi maddələrin sərf edilməsini
297
və parçalanmasını təmin edir. Orta hesabla bir borulu bitki növü təxminən 66 heyvan, göbələk və bakteriya
növünün həyatını təmin edir.
«Qlobal biomüxtəliflik» xəritəsi BM-in 2 əsas qlobal qanunauyğunluğunu əks etdirir:
Dostları ilə paylaş: |