QƏRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
Pdf görüntüsü
səhifə46/64
tarix21.04.2017
ölçüsü4,26 Mb.
#15061
1   ...   42   43   44   45   46   47   48   49   ...   64

fitonsid adlandırdı. Fitonsid iki söz birləşməsindən ibarət olub «fiton» yunanca «bitki», «sedere» isə latınca 

«öldürücü» deməkdir. Müəyyən edilmişdir ki, fitonsid adlanan bu maddələr antibiotik xassəsi daşıyıb havadakı 

bir çox zərərli və xəstəlik törədən mikrobları, virusları məhv edir, bununla da havanı saflaşdırır.  

Hazırda fitonsid maddələri üzrə hərtərəfli elmi tədqiqat işləri aparılır. Aydın olmuşdur ki, təbiətdə fitonsid hadisəsi 

geniş yayılmışdır. Bakteriyalardan tutmuş ali bitkilərə qədər bütün bitki aləmi fitonsid xassəsinə malikdir. Çay, dəniz və 

göllərin suyunda da fitonsidli bitkilərə rast gəlinir.  

Ağaclar daha güclü fitonsid xassələri daşıyır. Bu məsələ haqqında aşağıda geniş məlumat veriləcəkdir.  

K.A.Timiryazev qeyd etmişdir ki, «Bitki-Günəşlə Yer arasında vasitəçidir.  O, həqiqi mənada odu 

səmadan oğurlamış  Prometeydir (qədim yunan mifologiyasında odu allahlardan oğurlayıb insanlara gətirmiş 

titan). Bitki tərəfindən «oğurlanan» günəş  şüaları böyük buxar maşınının nəhəng nizam çarxını, rəssamın 

fırçasını, şairin qələmini də hərəkətə gətirir».  

Seleksiya işlərinə  cəlb olunan yabanı bitki növləri olduqca qiymətli kənd təsərrüfatı bitki sortlarının 

yaradılmasında ilkin material vəzifəsini görmüş və hazırda da görməkdə davam edir.  

Bitkilər üzərində daim müşahidə aparan insan üçün hələ ən qədim zamanlardan bəri, bitki kompas rolunu 

oynayaraq, yerdə (ərazidə) ona səmtin (oriyentrin) və vaxtın göstəricisi olmuşdur. Bəzi bitkilər vaxtın kifayət 

qədər düzgün göstəricisi olmuşlar. Digər bitkilər barometr və hiqrometr funksiyasını yerinə yetirmiş,  şirin və 

duzlu suyun indiqatoru olmuşdur. Hazırda geoloqlar, hidroloqlar, yer quruluşu işçiləri, torpaqşünaslar, 

iqlimşünaslar, meşəçilər, arxeoloqlar və b. öz tədqiqatlarında və praktiki fəaliyyətlərində indiqator-bitiklərdən 

istifadə edirlər. Məsələn, bitkinin köməyilə almazı gizlədən kimberlit borusu aşkar edilir. Bitki torpağın 

münbitliyini göstərən indiqator vəzifəsini görə bilir.  

Faydalı  əhəmiyyəti ilə müqayisədə bitki örtüyünün mənfi cəhətləri olduqca azdır. Məsələn, bəzi yabanı 

bitkilər  şum sahələrində  və otlaqlarda alaq kimi bitir. Bəzi yerlərdə su hövzələrini və suvarma kanallarını örtən 

bitkilərlə mübarizə aparmaq lazım gəlir. Bəzən suyun kütləvi olaraq bitkilərlə örtülməsi göllərdə yay dövründə 

balıqların qırğınına səbəb olur. Bitkinin insana digər zərərli təsirləri də məlumdur, məsələn, zəhərlənmə, göbələk 

xəstəliyi, gəmilərin altlığını, yolları ot örtüyü basması və s.  

Lakin zərərli sayılan bitkilərin gələcəkdə insan üçün əhəmiyyətli olacağını qabaqcadan bilmək çətindir. Bu 

gün faydasız və zərərli hesab olunan bitki növlərinin çox vaxt sonralar əhəmiyyətli olması aşkar edilir. Belə ki, 

zəhərli pas göbələkləri bəşəriyyətə antibiotiklər bəxş etdi, faydasız sayılan bir çox bakteriyalar isə bəzi faydalı 

qazıntıların texnologiyasında bəşəriyyətə xidmət edir və s. 

Hazırda mövcud olan orqanizmlərin genetik fondu təkamülün çox qiymətli hədiyyəsidir və elmi-texniki 

tərəqqinin istiqaməti bu genefondun düzgün istiqamətindən asılıdır.  



 

19.1. Meşə örtüyünün ətraf mühitə təsiri 

Meşə ətraf təbii mühitin tərkib hissəsi olub onun inkişafında və mühafizəsində mühüm rol oynayır. Ekoloji 



 

287


sistem kimi meşə müxtəlif funksiya daşımaqla yanaşı, həm də  əvəzedilməz təbii resurs hesab olunur. Dünya 

alimlərinin tədqiqatları ilə  təsdiq edilimşdir ki, təbii mühitdə ekoloji tarazlığın saxlanmasında meşə olduqca 

böyük əhəmiyyətə malikdir. Mütəxəssislərin fikrincə, meşənin mühitqoruyucu funksiyası, yəni flora və faunanın 

qorunub saxlanması xammal kimi iqtisadi əhəmiyyətindən də qat-qat yüksəkdir.  

Meşənin ətraf təbii mühitə təsiri olduqca müxtəlif olub, qismən aşağıdakılardan ibarətdir: 

 



planetdə oksigenin əsas «tədarükçüsü» hesab olunur; 

 



öz tutduğu yerin və ətraf ərazilərin su rejiminə bilavasitə təsir göstərir və su balansını nizama salır; 

 



iqlimi mülayimləşdirir və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəlməsinə səbəb olur; 

 



quraqlıq və quru küləklərin mənfi təsirini azaldır, sovrulan qumların hərəkətini saxlayır; 

 



atmosferin kimyəvi çirkləndiricilərinin bir hissəsini udur və dəyişdirir; 

 



torpağı su və külək eroziyasından qoruyur, sel, sürüşmə, sahillərin uçması  və digər  əlverişsiz təbiət 

proseslərinin qarşısını alır; 

 

normal səhiyyə-gigiyena  şəraiti yaradır, insanın  əhvali-ruhiyyəsinə xeyirli təsir göstərir, böyük 



rekreasiya əhəmiyyəti daşıyır.  

Meşəçilərin Beynəlxalq konfransının şüarında (çağırışında) (Hindistanda) meşənin pozitiv ekoloji rolu belə 

səslənir: 

«Meşə – sudur, su – məhsuldur, məhsul - həyatdır».  

XX  əsrin  əvvəlində Yer üzərində meşənin sahəsi təxminən 5 mlrd. ha təşkil etmişdir. H.F.Reymersin 

məlumatına əsasən 1990-cı ildə meşənin ümumi sahəsi 2435 mln. ha təşkil etmişdir. Onun 105 mln. ha (48,4%) 

tropik qurşağın, 1233 mln. ha (51,6%) isə mülayim qurşağın payına düşür.  

Meşə bitkiləri fotosintez prosesində karbon qazını parçalayır, ondan həyat fəaliyyəti prosesləri üçün lazım 

olan karbonu alır və atmosferə oksigen ayırır. Beləliklə, ağaclar işlənmiş (istifadə edilmiş) havanın həyatverici 

gücünü bərpa edir. Bu proses ağaclığın məhsuldarlığından asılıdır, meşə yaxşı inkişaf edirsə, oksigeni çox ayırır 

və karbon qazını tez udur. Məsələn, 1 ha ən yaxşı meşə sahəsi hər il 4,6-6,5 ton karbon qazı udur və bu zaman 

3,5-5,0 ton oksigen ayırır. Bu proses meşənin tərkibindən də asılıdır. Əgər 1 ha küknar meşəsinin karbon qazını 

udma qabiliyyətini 100% qəbul etsək, onda yarpaqlı meşə üçün bu göstərici 120%, şam meşəsi üçün 160%, 

cökə meşəsi üçün 250%, palıdlıq üçün 450, süni qovaq meşəsi üçün 700% olar.  

Planetar miqyasda atmosferin oksigen balansını stabilləşdirmədə şimal yarımkürəsinin boreal iynəyarpaqlı 

(şam, küknar, ağşam, qaraşam), tropik və subtropik həmişəyaşıl yarpaqlı meşələri  ən böyük rola malikdir. 

Meşələr Yer üzərində  ən iri ekosistemlər  əmələ  gətirir. Burada planetin üzvi maddələrinin böyük hissəsi 

toplanır, sonralar onlar bəşəriyyət tərəfindən  şəxsi ehtiyacları ödəmək üçün və insanın təsərrüfat fəaliyyəti 

prosesində biosferin itirilmiş komponentlərinin bərpasında istifadə olunur.  



Akademik H.Ə.Əliyev «Həyəcan təbili» (2002) kitabında meşəni Yer kürəsinin «kəməri» kimi 

təsəvvür edir və yazır ki, «bu yaşıl kəmərsiz bəşəriyyət yoxdur». 

Meşələr atmosferin kimyəvi, xüsusilə qazşəkilli çirklənməsini dəyişdirir, iynəyarpaqlılar daha çox 

oksidləşmə qabiliyyətinə malikdir. Bununla yanaşı, meşə  sənaye çirklənməsinin bəzi komponentlərini udma 

qabiliyyətinə malikdir. Bəzi bitkilər atmosferin çirklənməsinin indiqatorları hesab olunur.  

Fotosintez prosesində bir çox ağac, kol və ot bitkiləri böyük aktivliyə malik olan xüsusi kimyəvi 

birləşmələr ayırır. Alimlər təbii meşələrin havasında 300-dən artıq müxtəlif adlı kimyəvi maddələr, müxtəlif 

ətirli birləşmələr, efir yağları aşkar etmişlər. 1 ha yarpaqlı meşə 2 kq, iynəyarpaq meşə isə 5 kq maddə ayırır.  

Yuxarıda qeyd edildiyi kimi. ağaclar daha güclü fitonsid xassələri daşıyır. Odur ki, meşələr insanların 

əvəzedilməz sağlamlıq mənbəyidir. Müəyyən edilmişdir ki, şam, ardıc, qovaq, palıd, cökə, tozağac meşələri 

xəstəlik törədən virusları, mikrobları aloye, sarımsaq, soğan və istiotdan da tez məhv edir. Ona görə  də 



yaşıllıqları havanın «sanitarı», fitonsidləri isə havanın «vitamini» adlandırırlar.  

Fitonsid buraxan 40-a qədər ağac və kol növü aşkar edilmişdir. Hər bir bitki fitonsidinin özünəməxsus 

təsiredici xassəsi vardır. Şam ağacının fitonsidləri vərəm xəstəliklərinin sağalmasına kömək edir. Ağ şamın fi-

tonsidi difteriya mikroblarını  qırır, qovağın və palıdın fitonsidləri isə qanlı ishal çöplərini məhv edir. Ardıc 

ağacının fitonsidləri difteriya, göyöskürək, qarınyatalağı çöplərinə və milçəklərə öldürücü təsir göstərir. Bir hek-

tar ardıc meşəsi sutkada 30 kiloqram fitonsidli efir yağı buraxır. Bu orta böyüklükdə olan bir şəhərdə havanın 

xəstəlik törədici mikroblardan təmizlənməsi üçün kifayətdir. Müəyyən edilib ki, şəhər havasının bir 

kubmetrində mikrobların sayı həmin həcmdə meşə havasından 150-200 dəfə çox olur. Ardıc, şam, sidr və palıd 

meşələrində mikrob yox dərəcəsindədir.  

Ağcaqayın, qovaq, tozağacı, sərv fitonsidləri 20-25, şam, ardıc və  dəfnə  ağacınınkı 15, qoz 18, vələs və 



 

288


saqqız 7-8, palıd və qaraçöhrənin fitonsidləri isə 5-6 dəqiqə ərzində bakteriyaları məhv etməyə qadirdir.  

İynəyarpaqlı  ağaclar bütün il boyu, enliyarpaqlı  ağaclar isə yalnız yarpağı olan dövrdə havaya fitonsid 

ayırır. Bitkilərin iyulda havaya buraxdığı fitonsidlərin miqdarı oktyabra nisbətən 60-70 faiz çox olur.  

Bitkinin mikroböldürücü təsirinə aid maraqlı bir misalı çəkmək yerinə düşərdi: 

1535-ci ildə Jak Kartenin Nyufaundlend adasına (Kanada) səfəri zamanı ekspedisiyanın 110 üzvündən 100 

nəfəri  sinqa  xəstəliyinə tutulur və onlardan 26 nəfəri dərhal ölür. Qalanları isə çox pis vəziyyətə düşürlər. 

Əlacsız qalan xəstələr allaha dua edib nicat diləyirlər. Nəhayət onlar şəfanı şam ağacının iynələrində tapırlar:  

hindlilərin məsləhətinə  əsasən xəstələr şam ağacının iynələrinin suyunu içəndən bir neçə gün sonra tamamilə 

sağalırlar. Bu hadisədən sonra Jak Karte şam ağacını «həyat ağacı» adlandırmışlar.  

Mütəxəssislər təyin etmişlər ki, günün ayrı-ayrı saatlarında da bitkilər havaya müxtəlif miqdarda fitonsid 

ayırır. Belə ki, səhər 8-ə kimi bitkilərin havaya buraxdığı fitonsidlərin miqdarı gündüz saatlarına nisbətən 3,5 

dəfə az olur. Saat 11-16 radələrində fitonsidlərin miqdarı daha da çoxalır və həmin müddət ərzində demək olar 

ki, dəyişmir. Axşamçağı saat 19-dan sonra fitonsidlərin miqdarı gündüzə nisbətən 7 dəfə azdır.  

Bitkilərin buraxdığı «vitaminlər»in miqdarı iqlim amillərindən asılı olaraq da dəyişir. Havanın temperaturu 

20-25

0

C-yə  qədər yüksəldikdə fitonsidlərin sıxlığı 1,8 dəfə çoxalır. Havada nəmlik 15%-ə  qədər artdıqda isə 



fitonsidlərin miqdarı 1,2 dəfə azalır.  

Bundan belə nəticəyə gəlmək olar ki, meşəyə, parka yay aylarında günorta saatlarında və günəşli günlərdə 

gəzişməyə çıxmaq sağlamlıq üçün daha çox faydalıdır.  

Alimlərin fikrincə bitkilərin fitonsid xassələrindən yalnız təbii  şəraitdə deyil, həm də bütün yaşayış 

yerlərində istifadə etmək olar. Yaşayış binalarında yaşıl bitkilər ətraf mühitin mikroiqlimini saflaşdırır. Otaqlar-

da becərilən bitkilər havanı mikroorqanizmlərdən təmizləyir, oksigenlə  zənginləşdirərək sağlamlaşdırır, infek-

siyaya qarşı orqanizmin möhkəmliyini artırır. Bu istiqamətdə təcrübə aparan tədqiqatçılar bir çox bitki növlərini 

otaq şəraitində becərmək üçün məsləhət görür. Bunlardan beqoniya, novruzgülü, ətirli pelarqoniya, eyxaris, qip-

peastrum, fikus, filodendron, bəzi qıjı növləri, ağacşəkilli aloye, südləyən kandelyarum fitonsid təsirinə görə ən 

fəal bitki növləridir. Bu təcrübələr istehsalat və digər binalarda daxili yaşıllaşdırma işlərinə geniş perspektiv 

açır. Belə bitkilər becərilən otaqlarda qış fəslində də yazın, yayın ətri duyulur. 

Hazırda istehsalat müəssisələrinin örtülü otaqlarında, sexlərdə, zavod və fabriklərin  ərazilərində gözəl bağlar, 

güllüklər yaradılır. Bu baxımdan, Bakı  məişət kondisionerləri zavodunun işi diqqətəlayiqdir. Zavodun ərazisini 12 

mindən artıq müxtəlif ağac növü, 18 min ədəd dekorativ kol, 20 min gül, çiçək bəzəyir. Yaşıl ağacların sahəsi 20 hektara 

çatır. Bütün bunlar həm sexləri, həm də zavodun ərazisini bəzəyərək əlverişli bioiqlim yaradır, səs-küyü azaldır, hər bir 

adamda xoş  əhvali-ruhiyyə, sevinc, gümrahlıq oyadır, əmək məhsuldarlığının yüksəlməsinə kömək edir. Məhz buna 

görə  də 1980-ci ildə Tolyattidə keçirilən sənaye müəssisələrinin yaşıllaşdırılması üzrə  təcrübə mübadiləsinə  həsr 

olunmuş ümumxalq müşavirəsində respublikamızı Bakı məişət kondisionerləri zavodu təmsil etmişdir.  

Həkimlər ürək-damar xəstəliklərinə palıd və digər meşələrin faydalı  təsirini çoxdan müşahidə etmişlər. 

Palıd meşələri təsir göstərdikləri şəraitdə xəstələrin müalicəsində ümumi dərman preparatları daha effektli nəticə 

vermişdir. Ağır xəstələr üçün isə otaqlarda xüsusi «meşə komfortu» yaradılır. Bu məqsəd üçün «Aerofit» cihazı 

köməyə  gəlir. Bitkilərin hissələri bu cihazda qarışdırılır, ondan alınan fitonsidlər otağa dolur. Hipertoniya 

xəstəliyinin bütün mərhələlərində palıd yarpaqlarından istifadə etmək olar.  

İstehsalat müəssisələrinin otaqlarında da mikrobları məhv etmək üçün «Aerofit» cihazını işlətdikdə yaxşı nəticə 

alınır. Gigiyena və profilaktika məqsədilə iynəyarpaqlı ağacların iynələrindən istifadə etdikdə daha effektli olur.  

Müəyyən edilmişdir ki, bitkilərin yalnız uçucu xassəli maddələri deyil, onların gövdəsinin, meyvə  və 

giləmeyvələrinin  şirələri də güclü antimikrob, yəni fitonsid xassələrinə malikdir. Odur ki, bitki şirələri də 

qiymətli sağlamlıq mənbəyi sayılır. Son zamanlar aydın olmuşdur ki, tünd rəngli meyvə  və giləmeyvələrin 

şirələri daha çox antimikrob xassəsi daşıyır. Bu istiqamətdə aparılan təcrübələr göstərmişdir ki, qırmızı və qara 

üzüm sortları ağ üzümə nisbətən qırmızı çuğundur isə ağ çuğundura nisbətən mikrobları daha tez məhv edir. Bu 

cəhətdən qaragilə və qara qarağat giləmeyvələrinin şirəsi daha üstün yer tutur.  

Yeyinti sənayesində ərzaqları uzun müddət xarab olmaqdan qorumaq üçün də fitonsidlərdən istifadə olunur. «Fi-

tonsidli» kağızlara bükülmüş alma, armud, limon, mandarin və s. meyvələr 1,5-2,5 dəfə az xəstəliyə tutulur.  

Məşhur torpaqşünas V.V.Dokuçayev apardığı  tədqiqatlarının nəticələrindən belə  qənaətə  gəlir ki, meşə 

rütubətin etibarlı toplayıcısı, qoruyucusu və  ədalətli paylayıcısıdır (bölüşdürücüsüdür). Yağış suları  əvvəlcə 

ağacların budaqlarına düşür, sonra onlardan yavaş-yavaş meşə döşənəyinin səthinə axır, oradan da tədricən 

torpağa keçir və onun dərin qatları ilə çaylara daxil olur. Bu zaman meşədə səthi axım əmələ gəlmir. Hətta güclü 

leysanlar zamanı meşəyə düşən yağışın ancaq 10-15%-i səthi axım yarada bilər. Açıq çəməndə isə yağışın 

yarıdan çoxu səthlə axıb gedir.  


 

289


Dağlarda və dərə-təpəli relyef şəraitində su axımının nizama salınmasında meşə xüsusilə böyük rol oynayır.  

Qoruyucu meşə zolaqları axını, hidroloji rejimi nizamlayır, mikroiqlimi yaxşılaşdırır, bitişik  əraziləri 

ziyanlı quru küləklərdən, quraqlıqdan və tozlu tufanlardan mühafizə edir.  

H.Ə.Əliyev «Həyəcan təbili» kitabında yazır: «Meşə, su, var-dövlət, bolluq deməkdir. Ərazisinin 25-

30%-i meşə ilə örtülü olan bir ölkədə heç vaxt quraqlıq təhlükəsi yaranmaz, tarlalardan daim sabit və 

yüksək məhsul götürülür. Elə buna görə də respublikamızda meşələrin sahəsini genişləndirməyə böyük 

ehtiyac var» (səh. 25). Meşə planetin biosferində  və onun atmosferinin tərkibində gedən təbii proseslərin 

nizamlanmasında sabitləşdirici funksiyanı yerinə yetirir.  



Cədvəl 19.1  

 

Kontinentlər üzrə meşə sahələrinin azalması və səbəbləri 

(FAO və digər mənbələrə əsasən) 

 

Kontinent 

(materik) 

Meşə ilə örtülü 

sahə 

mln. ha 

Azalma sürəti, 

il ərzində 

Əsas səbəbi 

 

1 2 3 4 

Asiya 600 

2-4 


mln 

Qırma, otarma 

Afrika 730 2-4 

mln 


Qırma, otarma 

Latın Amerikası 990 

5-10 

mln  Qırma 



Şimali Amerika 

580 


40 min 

Çirklənmə 

Avropa 150 12 

min 


Çirklənmə 

 

Hərtərəfli  əhəmiyyətinə baxmayaraq bütün dünyada meşələr məhv edilərək kənd təsərrüfatı bitkiləri və 

otlaq sahələrinə çevrilir, geniş  ərazilərdə yanğınlara məruz qalır. Hazırda planetimizdə qlobal miqyasda 

meşəsizləşdirmə baş verir (cədvəl 19.1). Meşələrin məhv edilməsi lokal, regional və qlobal səviyyələrdə iqlimin 

dəyişməsinə, bitki örtüyünün və heyvanat aləminin bioloji müxtəlifliyinə neqativ təsir göstərir.  

Meşəsizləşdirmə karbon qazının udulma kanallarının itməsinə, enerji, su, qlobal bioloji tsiklin biogen 

elementlərinin dövranının dəyişməsinə səbəb olur, atmosferin kimyəvi tərkibinə təsir göstərir.  

Meşəsizləşdirmə biosferin davamlığını  aşağı salır, daşqınların, sellərin, su eroziyasının, tozlu tufanların, 

quraqlıq və quru küləklərin dağıdıcı gücünü artırır, səhralaşma prosesini tezləşdirir. 

Meşənin, ekosferin sabitləşməsində ümumdünya rolu onun qorunmasına qlobal  yanaşmağı  tələb edir. 

Meşəni dayanıqlı  vəziyyətdə saxlamaq və yaxşılaşdırmaq məqsədilə bu sahədə beynəlxalq  əməkdaşlığın  əsas 

prinsiplərini və mexanizmini təyin edən Beynəlxalq konvensiya hazırlayıb qəbul etmək lazımdır.    

  

19.2. Təbii otlaqların vəziyyəti  

Quru səthinin onda bir hissəsini əkin sahələri tutur, lakin təbii otlaqların ərazisi əkin sahələrindən iki dəfə 

artıqdır. Otlaqlar əsasən ya quru əraziləri, ya çox dik yamacları, yaxud da əkinçilik üçün yararsız, münbit 

olmayan  əraziləri tutur. Yer səthinin beşdə bir hissəsini tutan bu otlaq sahələrində 3,3 mlrd. baş iri buynuzlu 

mal-qara, qoyun və keçi otarılır (cədvəl 19.2). Bu gövşəyən heyvanlar mürəkkəb həzm sisteminə malik olub, 

kobud yemləri ətə və südə çevirməyə imkan yaradır.  

Mövcud məlumatlara əsasən planetimizdə 180 mln adam öz ev təsərrüfatında yaşayışını təmin etmək üçün 

mal-qara saxlayır. Bir sıra Afrika ölkələrinin iqtisadiyyatı maldarlıqdan olduqca asılı olub, əhalisini həm 

ərzaqla, həm də işlə təmin edir. Yaxın Şərq, Mərkəzi Asiya (Monqolustan daxil olmaqla), şimal-qərbi Çin və 

Hindistanın bir çox rayonlarının  əhalisi də dünyada daha çoxlu miqdarda gövşəyən heyvanlar saxlayaraq, 

onlardan süd, ət və yanacaq almaqla yanaşı, həm də çəkici iş qüvvəsi kimi istifadə edirlər.  

Dünyanın digər hissələrində otlaqlardan iribuynuzlu mal-qara təsərrüfatları altında istifadə olunur. 

Avstraliyada torpaqların əksər hissəsi otlaqlar altında olub, qoyunların miqdarı 117 mln təşkil edir. Bu, dünyada 

ən böyük sürü hesab olunub, hər sakinə altı baş qoyun düşür. Argentina, Braziliya, Meksika və Uruqvayın 

iqtisadiyyatı  əsasən iribuynuzlu mal-qara saxlamaq istiqamətində inkişaf edir, bunun üçün də  əsas rasion ot 

sayılır.  Şimali Amerikanın Böyük düzlərində taxıl üçün yararsız sahələr də iri buynuzlu mal-qara üçün otlaq 

kimi istifadə olunur. 


 

290


Gövşəyən heyvanlar, insanlar üçün ət və süd verməklə yanaşı, həm də dəri və yun mənbəyidir. Dəri və yun 

məmulatlarının istehsalı milyonlarla insanların yaşaması üçün gəlir mənbəyi sayılır. Lakin bu sahələr də onlara 

xammal verən otlaqlardan asılıdır. 

 

Cədvəl 19.2  

Ölkələr üzrə gövşəyən ev heyvanlarının miqdarı  

(2000-ci il üçün), mln. baş 

 

Ölkə 

İri buynuzlu mal-qara və 

kəl 

Qoyun və keçilər 

 

1 2 



Avstraliya 26  117 

Argentina 55  17 

Banqladeş 24  35 

Braziliya 169  31 

Böyük Britaniya 

11 

45 


Hindistan 313  181 

Çin 127 


279 

Meksika 30  16 

Nigeriya 20  45 

Pakistan 45  72 

Rusiya 28 16 

ABŞ 98 9 

Fransa 20 11 

Efiopiya 35  39 

Qalanlar 509  868 

Cəmi 1510 

1780 

 

Mənbə: FAO, FAOSTAT Statistics Databuse, 



 updated 2 may 2001 

Planetar miqyasda demək olar ki, otlaqların yarısı bu və ya digər dərəcədə deqradasiyaya məruz qalmışdır. 

ABŞ-ın Daxili İşlər Nazirliyinin dövlət torpaq idarəsi üzrə Bürosu 2000-ci ildə dövlət otlaq torpaqlarının 

təftişini həyata keçirdi. Təftişin nəticələri göstərdi ki, təbii otlaqların yalnız 36%-i yaxşı vəziyyətdədir, qalanları 

isə orta və ya pis vəziyyətdədir.  

Digər regionların otlaqlarının vəziyyətinin pisləşməsi haqqında məlumat az olsa da, Afrikanın misalından 

aydın olur ki, mal-qaranın miqdarı ilə  əhalinin sayının nisbəti uyğun gəlir. 1950-ci ildə 238 mln Afrika 

əhalisinin 273 mln baş ev mal-qarası olmuşdur. 2000-ci ildə isə burada 794 mln əhali 680 mln ev mal-qarasına 

malikdir. Bu kontinentdə daima taxılın çatışmazlığı hiss olunur, odur ki, burada olan 230 mln baş iribuynuzlu 

mal-qara, 241 mln qoyun və 209 mln keçi seyrək otları didməklə yarpaq və zoğlarla qidalanır, mövcud ot örtüyü 

onların yemlənməsi üçün iki dəfə azlıq edir.  

İran Yaxın Şərqin ən sıx əhalili ölkəsi olub, 70 mln əhali yaşayır və burada otlaqlar hədsiz yüklənir. Burada 

iri buynuzlu mal-qaranın sayı 8 mln baş, qoyun və keçilərin sayı isə 81 mln baş hesablanır və onlar əfsanəvi 

xalça toxuculuğunun mənbəyi (xammalı) hesab olunur. Lakin ölkədə qoyun və keçilərin miqdarı insanın sayını 

keçdiyindən (insanlar əsasən qoyun əti ilə qidalanır) otlaqlar mal-qaranı yemlə  təmin edə bilmir və deqrada-

siyaya  uğrayır. 

Çində  də belə problem mövcuddur, ölkənin  şimal-qərbində 1978-ci ilin iqtisadi reformasından sonra ev 

mal-qarasının miqdarı xeyli artmışdır və hazırda onlar üçün otlaq çatışmır. Məsələn, Qonq vilayətində yerli ot-

laqlar hesablamaya görə 3,7 mln qoyunu yemlə təmin etməyə qadirdir, lakin 1998-ci ilin sonunda onların sayı 

5,5 mln-a çatmışdır, bu isə otlaqların imkanından xeyli çoxdur. Bunun nəticəsində ot örtüyü kasatlaşır, seyrəlir, 

nəticədə otlaqlar səhraya çevrilir.  

Hazırda bütün inkişaf etməkdə olan ölkələrdə mal-qaranın yemə olan tələbatı mövcud otlaqların dayanıqlı 

ehtiyatından yüksəkdir. Hindistanda 2000-ci il üçün lazım olan yemin miqdarı 700 mln ton olduğu halda, 

mövcud otlaqlar yalnız 540 mln ton yem verməyə qadirdir. Hindistanın torpaqdan istifadə Milli şurası  xəbər 



 

291


verir ki, Radcastan və Karnataka ştatlarında yüksək dərəcədə pozulmuş  kənd təsərrüfatı sahələrində 

heyvandarlığın yemə olan tələbatı yalnız 50-60% ödənilir, bu isə mal-qaranın məhsuldarlığını aşağı salır.  

Otlaqlardan hədsiz istifadə edilməsi ilə əlaqədar torpağın gücdən düşməsi iqtisadiyyata böyük ziyan vurur. 

Otlaqların deqradasiyasının (tapdanmasının) ilk mərhələlərində torpağın məhsuldarlığının artırılmasına xərclər 

çoxalır. Deqradasiya prosesləri davam etdirildikdə bitki örtüyü dağılır, bu isə torpağın eroziyasına səbəb olaraq 

tam yararsız hala salır. Yerin quraqlıq regionlarının BMT tərəfindən qiymətləndirilməsi göstərdi ki, otlaqların 

deqradasiyası ilə əlaqədar mal-qaranın məhsuldarlığının aşağı düşməsi nəticəsində 1990-cı ildə ümumi itkinin 

miqdarı 23 mlrd dolları keçmişdir (cədvəl 19.3). 



Cədvəl 19.3  

 

Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin