Bioloji
Çirklən-mə
Bakterioloji
Mikrobioloji
TBO tullantısı
Kənd təsərrüfatı
Əhalinin və heyvanların
271
1 2
3
4
5
Bioloji
fermaları, anlbarları
Silos quyuları
Kanalizasiya
zəhərlənməsi və yoluxması,
infeksiya mənbələrinin
inkişafı
Təmizləmə Sterilləşdirmə
Təmizləmə obyektləri Ekoloji
şəraitin yaxşılaşması
Dağ süxurlarının dinamik, istilik və elektrik təsirləri ətraf təbii mühitin fiziki çirklənməsinə səbəb olur.
Dağ süxurları massivləri. Dağ süxurları massivləri, ilk növbədə onların üst qatları, mühəndis-təsərrüfatı
mənimsənilməsi gedişində güclü antropogen təsirlərə (təzyiqlərə) məruz qalır. Bu zaman sürüşmə, kurst, altdan
rütubətlənmə, çökmə prosesləri və s. təhlükə törədən proseslər inkişaf edir. Daim donuşluq süxur massivləri
istilik antropogen təsirlərə həssas olduğundan təhlükəli proseslərə daha asanlıqla məruz qalır.
Sürüşmələr. Dağ süxurlarının, qruntun öz çəkisinin və yükün – filtrasiya, seysmik və vibrasiyanın təsiri ilə
yamac boyu sürüşməsi – sürüşmə hadisəsi adlanır. Sürüşmələr dağ dərələri yamaclarında, yarğanlarda,
qobularda, dəniz sahillərində, süni yaradılan çuxurlarda tez-tez baş verən hadisədir. Sürüşmələr Qara dənizin
Qafqaz, Krım sahillərində, bir sıra dağ çayları yamaclarında hər il təbii mühitə böyük zərər yetirir.
Sürüşmələr dağ süxuru massivlərinin davamlılığını azaldır, ətraf təbii mühitin bir çox digər
komponentlərini, səth axımını pozur, yeraltı su resurslarını azaldır, bataqlıq yaradır, torpaq örtüyünün
pozulmasına səbəb olur, ağacları (meşə sahələrini) məhv edir və s. Faciəli xarakterli sürüşmə hadisələri də baş
verir, bu zaman çoxlu sayda insan həyatına son qoyulur.
Sürüşmə haqqında ətraflı məlumat müvafiq fəsildə verilir.
Altdan subasma (rütubətlənmə). Altdan rütubətlənmə prosesi təbii mühitin antropogen faktorlarının
təsirinə qarşı cavab reaksiyasına parlaq misaldır. İlk dəfə bu proses sü anbarı yaradılarkən onun sahili boyu
qrunt suyunun səviyyəsinin qalxması ilə diqqəti cəlb etmişdir.
Hazırda altdan (aşağıdan) subasma dedikdə, qrunt suyunun müəyyən səbəblərdən kritik həddə (Yer
səthindən 1-2 metrə qədər) qədər qalxması başa düşülür.
Ərazinin altdan subasması təbii mühitə olduqca neqativ təsir göstərir. Dağ süxuru massivləri həddindən
artıq rütubətlənir və bataqlaşır. Sürüşmə zamanı karts və başqa əlverişsiz proseslər aktivləşir. Löslü gilli
qruntlarda çökmə, gillərdə isə qabarma baş verir. Löslü qruntlarda çökmə bina və qurğuların kəskin qeyri-
bərabər yatmasına (çökməsinə), gillərdə qabarma isə qeyri-bərabər qalxmasına səbəb olur. Bunun nəticəsində
qurğular deformasiyaya məruz qalır, bəzən tamamilə istismara yararsız hala düşür. Bu, yaşayış və istehsalat
binalarında ekoloji vəziyyəti pisləşdirir, əmək məhsuldarlığını aşağı salır, bəzən adamların yaralanmasına və
xəstələnməsinə səbəb olur.
Yeraltı suların qalxması səbəbləri müxtəlifdir və praktiki olaraq insan fəaliyyəti ilə bağlıdır. Bura yeraltı
sudaşıyan kommunikasiyalardan suyun sızması, asfalt döşəmə və ərazidə tikinti aparmaq, küçə, bağ, bağça,
yaşıllıqların səmərəsiz suvarılması, su anbarlarından suyun sızması (filtrasiyası) və s. aiddir.
Hazırda dünyanın bir çox şəhərlərində yeraltı suların qalxması kütləvi xarakter almışdır. Məsələn, Rusiyada
700-dən artıq şəhər və şəhər tipli qəsəbələrdə, o cümlədən Moskva, Sankt-Peterburq, Nijniy Novqorod, Rostov-
na-Donu, Volqaqrad, Novosibirsk, Saratov və bir çox digərlərində altdan rütubətlənmə müşahidə olunur.
Respublikamızda Lənkəran ovalığında, Kür-Araz ovalığında, Abşeron yarımadasında, Samur-Dəvəçi
ovalığında yeraltı suların qalxması, əsasən suvarma qaydalarına düzgün riayət olunmaması ilə əlaqədardır.
Kürün aşağı hövzəsi rayonlarında (Sabirabad, Salyan, Neftçala) altdan rütubətlənmə prosesində Kür çayında
suyun səviyyəsinin qalxması mühüm rol oynayır. Bununla əlaqədar yaşayış evləri, əkin sahələri dövri olaraq
suyun altında qalır. Xəzər ətrafı ərazilərdə isə bu proses dənizin səviyyəsinin qalxması ilə də əlaqədardır.
Daimi donuşluq. Yer kürəsinin ayrı-ayrı rayonlarında (Avropanın şimalı, Asiyanın şimalı və şərqi) yer
qabığının üst qatları donuşluq vəziyyətindədir. Onların temperaturu həmişə 0
0
C-dən aşağı olur. Belə süxurlar
daima donuş və ya çoxillik donuş süxurlar, ərazi isə daimi donuşluq vilayəti adlanır. Daimi donuşluğu dördüncü
dövr buzlaşması ilə əlaqələndirirlər.
Son onilliklərdə daimi donuşluq rayonlarında (Qərbi Sibirin şimal hissəsi, arktik dənizlərinin şelfi və bir
çox digərləri) tikinti altında mənimsənilir.
Şimalın «kövrək» təbii ekosistemlərində insanların məskunlaşması nəticəsində torpaq-bitki qatı dağılır,
relyef, qar örtüyü rejimi dəyişir, ekosistemlərin qarşılıqlı əlaqələri pozulur.
Daimi donuşluq vilayətinin ekosistemlərinin «kövrəkliyi» onların aşağıdakı xüsusiyyətləri (şəkil 18.7) ilə
bağlıdır: ilk növbədə orqanizmlərin növ müxtəlifliyi burada olduqca azdır, belə ki, ayrı-ayrı növlərin yalnız
azsaylı qrupları «daimi donuşluq» şəraitinə uyğunlaşıb qala bilir. Maşınların, traktorların və digər nəqliyyat
272
növlərinin hərəkəti (xüsusən tırtıllı) mamır, şibyə örtüyünü dağıdır və ekosistemlərin davamlığını xeyli aşağı
salır. Şibyələrin kütləvi məhv olması havanı bir qədər kükürd 2-oksidi ilə çirkləndirir.
Endogen geodinamik proseslər. Zəlzələ və vulkanizm yer qabığında dağ süxurlarında olduqca böyük
qarışmalar baş verir, heyvan və bitki aləmini məhv edir, çoxlu, bəzən faciəli insan tələfatına və digər ağır ekoloji
nəticələrə səbəb olur (bu proseslər haqqında XXIII fəsildə geniş məlumat verilir).
18.4. Torpaq örtüyünə antropogen təsir
Torpaq insanı əhatə edən təbii mühitin bir hissəsidir. O, dağ (ana) süxurların üst horizontlarına orqanizmlərin,
bitki örtüyünün, atmosferin, hidrosferin uzunmüddətli mürəkkəb qarşılıqlı təsiri nəticəsində əmələ gəlmişdir.
Torpağı dağ süxurlarından fərqləndirən başlıca cəhət onun münbitliyidir. Bütün digər planetlərdən Yer,
üzərində torpağın olması ilə fərqlənir.
Şəkil 18.7. Şimalın təbii ekosistemlərinin əsas xüsusiyyətləri
Torpağı hər şeydən dəyərli hesab edən torpaq haqqında elmin banisi, görkəmli rus alimi V.V.Dokuçayev
rus qara torpaqları haqqında yazırdı ki, o, daş kömürdən, neftdən, qızıldan da qiymətlidir. Belə ki, bəşəriyyət
273
qızılsız da keçinə bilər, lakin torpaqsız yaşaya bilməz.
Torpaq, Yer kürəsinin quru hissəsində bitkilərin məhsuldarlığını təmin etmək qabiliyyətinə malik olan üst
kövrək münbit qatıdır.
Torpaq – kənd təsərrüfat bitkilərindən məhsul almaq üçün əsas vasitə olub, bizim mövcudluğumuz ondan
asılıdır. Torpaq, bitki və heyvanat aləmi tükənən, lakin bərpa olunan təbii resurslara aid edilir. Lakin bu
baxımdan torpağı bitki örtüyü ilə praktiki olaraq eyni qrupa aid etmək düzgün olmazdı. Belə ki, qırılmış meşə
sahəsinin bərpa olunması üçün on illər, torpaq örtüyünün bərpası üçün isə yüz illər, min illər tələb olunur. Odur
ki, torpaq mahiyyət etibarilə bərpa olunmayan təbii resurs hesab edilməlidir. Eroziya prosesi nəticəsində üst
münbit qatı qismən və ya tamamilə yuyulmuş torpaqda müəyyən meliorativ tədbirdər həyata keçirərək,
bitkilərin məhsuldarlığını artırmaq olar, lakin təbii ilkin torpağı bərpa etmək qeyri mümkündür, çünki o, minillər
ərzində, artıq təkrar olunmayan şəraitdə formalaşmışdır. Bununla belə, torpağın digər bərpa olunmayan təbii
resurslardan (neft, daş kömür və yer təkinin digər sərvətlərindən) ayıran mühüm fərqi, ondan düzgün istifadə
edildikdə gücdən düşməməsi, dağılmaması, hətta yaxşılaşması, münbitliyinin yüksəlməsidir. Beləliklə, torpaq
xüsusi təbii resurs olub, bərpa olunmayan, eyni zamanda düzgün istifadə edildikdə tükənməyən resurs
sayılır.
Qeyd edildiyi kimi, torpağın mühüm göstəricisi onun münbitliyidir. Tarladan əsas (taxıl, kökümeyvəlilər,
tərəvəz və s.) və əlavə (saman, yarpaq, gövdə, tağ və s.) məhsul götürdükdə insan, maddələrin bioloji dövranını
qismən və tamamilə ayırır, torpağın öüzününizamlama qabiliyyətini pozur, münbitliyini aşağı salır. Humusun
qismən itirilməsi torpağın münbitliyini aşağı salır, onun ekoloji funksiyalarını tam yerinə yetirməyə imkan
vermir və deqradasiyaya uğramağa, yəni fiziki-kimyəvi xassələri pisləşməyə başlayır.
Torpağın deqradasiyaya uğrama səbəbləri, əksər halda antropogen xarakteri daşıyır.
Aqrosistemlərin torpağı daha yüksək dərəcədə deqradasiyaya məruz qalır. Aqrosistemlərin azdavamlı
vəziyyətinin səbəbi, optimal öüzününizamlamayan, strukturu və məhsuldarlığı sabit olmayan sadələşmiş
(bəsitləşmiş) fitosenozunun olması ilə izah olunur. Təbii ekosistemlərdə bioloji məhsuldarlıq təbiətin təbii
qanunlarının təsiri ilə təmin olunursa, aqrosistemlərdə ilkin məhsul subyektiv faktor sayılan insandan, onun
aqronomluq bilik səviyyəsindən, texniki təchizatından, sosial iqtisadi şəraitdən və s.-dən asılı olduğu üçün sabit
qalmır. Məsələn, insan monokultur (buğda, çuğundur, qarğıdalı və s.) yaratdıqda, aqrosistemlərdə bitki
qruplaşmalarının növ müxtəlifliyi pozulur. Aqrosistem sadələşir, birləşir, davamsız olur, abiotik və biotik
ekoloji stresə qarşı davam gətirə bilmək qabiliyyətinə malik olmur.
Aqrosenozun monodominant olması ilə əlaqədar əlverişsiz faktorlar bütün bitki örtüyündə özünü göstərir.
Bunun nəticəsində məhsulun miqdarı təbii ekosisteminkindən aşağı olur.
Xam bozqırların tam həqiqi (əsl) məhsulu səpin sahəsindəkindən 2 dəfədən də artıq olur. Bu,
bozqır bitki örtüyünün vegetasiya dövründən daha bərabər istifadə etməsi ilə əlaqədardır. Bozqır bitki örtüyü
daha çox yerüstü və yeraltı töküntü əmələ gətirərək torpağın münbitliyini yüksəldir, onun fiziki-kimyəvi
xassələrini yaxşılaşdırır.
Təbii ekosistemlərdə heyvanat aləminin əsas kütləsi torpağın ən üst qatında yerləşir (20-30 sm-ə qədər).
Aqrosenozda isə onlar torpaq qatının altında (20-30 sm-dən dərin) toplaşır.
N.Q.Satoxinanın məlumatına görə təbii ekosistemlərin yeraltı sferində aqrosenozdan 3,2 dəfə artıq bitki
maddələri toplaşır. Burada canlı köklər ümumi fitokütlə ehtiyatının 50%-ə yaxın, aqrosenozda isə cəmi 14%-ni
təşkil edir. Təbii ekosistemdə ölü üzvi maddələrin ehtiyatı yaşıl kütlənin ehtiyatından 1,5-2,0 dəfə çoxdur.
Aqrosenozda bitki maddələri yalnız mövsümün sonunda ölür, onun ehtiyatı kiçikdir, uzun müddət torpaq çılpaq
qalır.
Çəmən-bozqırın ümumi məhsulu, aqrosenozunkindən 2-3 dəfə artıq olur. Təbii ekosistemdə məhsulun
80%-i yeraltı sferdə, aqrosenozda isə yerüstü sferdə əmələ gəlir.
Torpaq uzun müddət səpin altında istifadə edildikdə, humusun ehtiyatı 60%-ə qədər azala bilər. Bu, illik
dövriyyəyə daxil olan üzvi maddələrin miqdarının azalması, həm də eroziya prosesinin güclənməsi ilə
əlaqədardır.
Torpağa antropogen təsirin əsas növləri aşağıdakılardır:
1.
Torpağın eroziyası;
2.
Torpağın çirklənməsi;
- Pestisidlərdən istifadənin nəticələri;
- Aqrokimyəvi maddələrin istifadəsinin ətraf mühitə təsiri;
- Torpağın radionuklidlərlə çirklənməsi;
- Torpağın təkrar şorlaşması və bataqlaşması;
274
- Səhralaşma;
- Sənaye və kommunal tikinti üçün torpaq sahəsinin ayrılması.
18.4.1. Torpaq eroziyası
1992-ci ildə Rio-de Janeyroda BMT-nin ətraf mühit və inkişaf üzrə keçirdiyi konfransın materiallarında
yerin torpaq örtüyünün deqradasiyası haqqında aşağıdakı rəqəmlər gətirilir: həddindən çox dərəcəli deqradasiya
– 1%, güclü deqradasiya – 15%, orta – 46%, zəif – 38%.
Bu materiallarda torpağın ən çox deqradasiya növlərinin nisbəti də göstərilir: su eroziyası – 56%; külək
eroziyası – 28%, kimyəvi deqradasiya -12%; fiziki deqradasiya – 12%.
Torpağın bütün digər deqradasiya növlərinə nisbətən ən zərərlisi torpaq eroziyasıdır. İ.A.Krupenikovun
bədii ifadəsinə görə «Torpağa münasibətdə eroziya, gilotin (daşkəsən alət) rolunu oynayır» o, həqiqi
mənada torpağı fəaliyyətsiz edir: torpağı münbitliyi olan üst humus horizontundan məhrum edir. Turş torpağı
neytarllaşdırmaq, şoran torpağı - duzsuzlaşdırmaq, şorakəti- şorakətsizləşdirmək, bərk torpağı yumşaltmaq olar.
Lakin eroziyaya uğramış torpağı bərpa edib eroziyaya uğramamış torpağa çevirmək qeyri-mümkündür.
Eroziya prosesinin əmələ gəlməsinin və inkişafının əsas səbəbi kənd təsərrüfatı hesab olunur. İnsanın
təsərrüfat fəaliyyəti ilə əlaqədar olaraq yamacların kənd təsərrüfatı bitkiləri altında istifadə olunması, otlaq və
örüşlərin intensiv otarılması, meşələrin məhv edilməsi, torpağın yamac boyu şumlanması eroziya prosesinin
güclənməsinə səbəb olur.
Eroziya prosesi dedikdə torpağın üst münbit qatının yağış və qar suları vasitəsilə yuyulub aparılması,
həmçinin külək tərəfindən sovrulub dağılması başa düşülür. Deməli, torpaq eroziyasının əsas iki tipi ayrılır – su
və külək eroziyası. Su eroziyası da öz növbəsində səthi və xətti (yarğan) eroziyasına bölünür.
Yamaclarda səthi eroziya prosesinin inkişafı nəticəsində torpağın münbitliyi aşağı düşür, kənd təsərrüfatı
bitkilərinin məhsuldarlığı azalır. Məhsulun keyfiyyəti aşağı düşür. Eroziya prosesi zamanı bəzən torpağın şum
qatı tamamilə yuyulub aparılır.
Torpaq eroziyası zamanı torpaqda azot, fosfor və kaliumun mənimsənilən formaları, bir çox
mikroelementlər (yod, mis, sink, kobalt, marqans, nikel, molibden) də azalır.
Eroziya zamanı yağmurların çox hissəsi yamaclardan axıb getdiyindən, həm də eroziyaya uğramış
torpaqların fiziki xassələri pisləşdiyindən, torpaq səthindən buxarlanmaya və transpirasiyaya çox su sərf olunur,
bununla da torpaqda quraqlıq yaranır. Çox vaxt eroziya gedən rayonlarda baş verən quraqlığı «eroziya
quraqlığı» adlandırırlar.
Eroziya prosesi intensiv getdikdə şırımlar, yarğanlar əmələ gələrək kənd təsərrüfatı sahələrini əlverişsiz
hala salır, torpağa qulluq işləri çətinləşir.
ABŞ-da son 200 il ərzində torpaq örtüyünün 1/3 hissəsi yuyularaq təbii məhsuldarlıq 10-15% aşağı
düşmüşdür. ABŞ-da əkin sahələrinin yarısının eroziyaya qarşı tədbirlərə ehtiyacı vardır.
Ədəbiyyat məlumatlarına görə hər il tarlalardan 90 milyon torpaq yuyulub aparılır. Müqayisə üçün qeyd
edək ki, dünyanın çaylarının sülb axını ildə 22 milyard ton təşkil edir. Hazırkı dövrdə torpağın eroziyası
əkinçilikdən qabaqkı vaxta nisbətən təxminən 5 dəfə intensiv gedir. Yuyulmuş torpaqlarda olan fosforun
miqdarı dünyada il ərzində istehsal olunan fosfor gübrəsindən çoxluq təşkil edir.
Rütubətli ekvator zonasında əkinçilik dövrünə nisbətən eroziya prosesi 8 dəfə artmışdır. Meşələrin yox
edilməsi və əkin sahələrinin artırılması ilə əlaqədar burada eroziyanın intensivliyi artmaqda davam edir.
Eroziya torpağın münbitliyini aşağı salır. Orta və zəif yuyulmuş torpaqlarda məhsuldarlıq 10-20%, orta
yuyulmuşda – 40-60%, güclü yuyulmuşda 80% və daha çox aşağı düşür. Müxtəlif bitkilərdə bu proses eyni
getmir. Belə ki, eroziya nəticəsində dənli-paxlalı bitkilərdən 10%, qarğıdalıdan 60%, şəkər çuğundurundan
80%-ə qədər az məhsul götürülür.
Torpaq eroziyasından yalnız kənd təsərrüfatı ziyan çəkmir. Tarlalardan yuyulan torpaq nohurlarda,
göllərdə, su anbarlarında, çaylarda toplanaraq onları dayazlaşdırır və ya tamamilə lilləndirir. Tarlalarda axan su
və yuyulan torpaq verilən gübrə və pestisidlərin 10 … 30%-i bir daha geri qaytarılmayaraq itirilir. Bu, həm də
ərazinin ekoloji vəziyyətinə, ən çox isə suyun keyfiyyətinə neqativ təsir göstərir. Belə ki, radioaktiv izotoplar,
məsələn, C
S
– 137 torpağa hoparaq ona qarışır. Torpağın yuyulması və küləklə sovrulması zamanı
radionuklidlər yerini dəyişir və beləliklə, onların düşdüyü yerdə yeni radionuklid mənbələrr əmələ gəlir.
Cədvəl 18.3
Ayrı-ayrı ölkələrin və dünyanın əkin sahələrində torpağın
275
üst qatında eroziyanın qiymətləndirilməsi
(L.Braun və b., 1989, A.D.Potapovun əlavəsi ilə, 2004)
Ölkə
Əkin torpaqlarının
ümumi sahəsi, mln. akrla
Torpağın istifadə
edilməyən itkiləri,
mln. ton
ABŞ 440 1600
Keçmiş SSRİ 601
2700
Hindistan 370 4800
Çin 260 3500
Cəmi 1672 12600
Qalan ölkələr 1605
11800
Yekunu 3278 24400
Eroziya prosesinin ən çox inkişafı kifayət qədər yağmurlar düşən mülayim qurşaqda müşahidə olunur.
Burada əkinçilik dövrünün başlanğıcına nisbətən torpaq eroziyası 33 dəfə artmışdır.
Alimlərin hesablamalarına görə 1 sm qalınlığında münbit torpağın yaranması üçün 300 il tələb olunur.
Eroziya prosesi nəticəsində bəşəriyyət min illərlə yaranan neçə santimetrlərlə münbit torpaq qatını qısa bir
müddət ərzində itirir.
Bütün dünyada torpağın eroziyası böyük bədbəxt hadisə hesab olunur. Onun qarşısının alınması üçün
müxtəlif tədbirlər həyata keçirilsə də istənilən nəticə əldə edilmir. Lakin eroziya prosesinin qabaqcadan
qarşısının alınması onunla mübarizə aparmaqdan və törətdiyi nəticələri aradan qaldırmaqdan asandır.
18.4.2. Azərbaycanda eroziyaya uğramış torpaqların ekoloji problemləri
Respublikamızın bütün təbii zonalarında torpaq eroziyasının yayılması və intensivliyinin öyrənilməsi üzrə
geniş tədqiqat işləri K.Ə.Ələkbərov (1961), X.M.Mustafayev (1975) və bir çox başqaları tərəfindən
aparılmışdır. K.Ə.Ələkbərov torpaq eroziyası üzrə aparılmış tədqiqatların nəticələrini cəmləşdirərək Azərbaycan
Respublikasının torpaq eroziyası xəritəsini tərtib etmişdir.
Azərbaycanda eroziya prosesinin əmələ gəlməsinə və inkiaşfına təbii-tarixi amillərdən – relyef, iqlim,
ərazinin geoloji-geomorfoloji quruluşu, torpaqəmələgətirən süxurların kimyəvi tərkibi, torpaq-bitki örtüyü də
ciddi təsir göstərir.
Eroziya prosesinin əmələ gəlməsi yağıntılarla sıx əlaqədardır. Belə ki, torpağı dağıdıb özü ilə aparan suyun
miqdarı düşən yağıntıların miqdarı və formasından asılıdır. Respublikanın dağlıq hissəsində müşahidə edilən
leysan yağışlarının intensivliyi, ümumiyyətlə, çox (dəqiqədə 10 mm-dən artıq) olur və bunun da nəticəsində sel
hadisələri baş verir. Azərbaycanda şiddətli leysanlar Lənkəran zonasında və Böyük Qafqazın cənub yamacında
müşahidə edilir. Ə.C.Əyyubovun (1962) məlumatına görə Böyük Qafqazın cənub yamacında bir gündə 50-60
mm miqdarda düşən leysanlar hər il və 80-100 mm miqdarda düşən leysanlar isə 20 ildə bir dəfə müşahidə
edilir. Bu leysanlar çılpaq yamaclarda eroziya prosesinin şiddətli getməsinə və sel hadisələrinin baş verməsinə
səbəb olur.
Azərbaycanın elmi-tədqiqat institutları və layihə təşkilatlarının məlumatlarına əsasən Respublika ərazisinin
36,4%-i müxtəlif dərəcədə eroziya prosesinə məruz qalıb. Onun 14,1%-i zəif, 10,7%-i orta və 11,6%-i şiddətli
dərəcədə yuyulmuş torpaqlardır.
Cədvəl 18.4
Azərbaycanın kənd təsərrüfatı torpaqlarının eroziyaya uğrama dərəcəsi (Q.Ş.Məmmədov, 2002)
№
Kənd
təsərrüfatı
yerləri
Sahə,
hektarla
Eroziyaya
uğramamış
Eroziyaya uğrama dərəcəsi,
hektarla
zəif orta şiddətli
1
Əkin
1613147
1606049
4033
2258
807
2 Çoxillik
58752
46961
5664
4594 1533
3
Dincə
qoyulmuş
172294 166746 3584 1447 517
276
4 Biçənək
107919
82785
11385
7781
5968
5 Örüş və otlaq 2562361
1913571
244449
280066
124275
6
Kənd
təsərrüfatı
yerlərinin
cəmi
4514473 3816112 269115 296146 133100
7
Sair torpaqlar 4127033
Respublika üzrə
cəmi
8641506
Respublikanın ayrı-ayrı rayonlarında təbii şəraitdən və insanın təsərrüfat fəaliyyətindən asılı olaraq eroziya
prosesi müxtəlif formada və müxtəlif dərəcədə inkişaf edib. Belə ki, Mil-Qarabağ zonasında ərazinin 30,8%-i,
Quba-Xaçmaz zonasında 48,2%-i, Abşeronda 40,3%-i, Naxçıvan MR-də 70,7%-i. DQMV-də 59,3%-i, Şirvanda
27,7%-i, Şəki-Zaqatala zonasında 55,7%-i eroziyaya məruz qalıb. Düzən rayonlarında isə eroziya prosesi
olduqca zəif gedir.
Qeyd edildiyi kimi, eroziya hadisəsi su eroziyası və külək eroziyası şəklində baş verir. Dağlıq şəraitində
yamaclarda əsasən su eroziyası daha geniş yayılıb. Burada eroziya prosesinin güclü getməsinin əsas səbəbləri
dik yamaclarda meşələrin qırılması və eroziyaya qarşı aqrotexniki tədbirləri həyata keçirmədən yamacların
şumlanması, dağ-çəmən zonasında isə çim qatının dağıdılmasıdır. Belə sahələrdə yağmur suları torpağa hopa
bilmədiyindən səthi su axımı əmələ gətirir və torpağı yuyub aparır, bir çox hallarda isə qobu və yarğanların
əmələ gəlməsinə səbəb olur. Bu isə çay hövzələrində su rejiminin pozulması və sellərin baş verməsinə gətirib
çıxarır. Bu cür arzu olunmayan hala demək olar ki, ölkənin dağ rayonlarında rastlaşırıq. Böyük Qafqaz
dağlarının şərq qurtaracağında axan çayların hövzələrində meşələrin yaxşı mühafizə olunmaması ilə əlaqədar
olaraq eroziya prosesi daha intensiv gedir. Məsələn, Şamaxı rayonunda Qozluçay hövzəsində dağlar alçaq olub
alp və subalp çəmənləri olmadığından hər il qoyun fermaları və qaramal meşə zonasında yerləşdirilir. Mal-qara
burada otla birlikdə meşəaltı kolları və meşənin gələcək nəsli sayılan cavan ağacları və cücərtiləri tələf edir
Bununla da meşənin şərq sərhədində onun son qalıqları get-gedə sıradan çıxır. Bunun nəticəsində torpaq qatı
dağılır, yarğanlar əmələ gəlir, çox yerdə sürüşmələr baş verir. Odur ki, son illər Qozluçay hövzəsində yağışlar
zamanı dəhşətli sellər axır. Meşəsi az olan Şin, Kiş, Girdiman və Pirsaat çaylarında da dağıdıcı sellər müşahidə
olunur. Qatex, Mazım və Balakən çaylarının hövzələrinin çox hissəsi Zaqatala dövlət qoruğunda yerləşdiyi üçün
orada meşələr və subalp, alp çəmənləri yaxşı mühafizə olunur. Buna görə də bu ərazidə eroziya prosesi zəif
gedir, sel hadisələri az olur. Bu çayların su rejimi normal olur, suları isə həmişə şəffaf axır. Digər bir misal, Qax
rayonu Sarıbaş kəndinin əhalisi meşənin əhəmiyyətini yaxşı başa düşərək kəndə bitişik ərazidə olan qocaman
palıd ağaclığını göz bəbəyi kimi qoruyur. Bunun nəticəsində kənd sel hadisəsindən mühafizə edilir və meşə
bərpa olunaraq öz keçmiş sərhədinə doğru irəliləyir.
Respublikanın bir çox subalp və alp yay otlaqlarında mal-qaranın sistemsiz və normadan artıq otarılması
nəticəsində dağ-çəmən torpaqları başdan-başa eroziyaya məruz qalıb, ərazinin çoxu daşlı-qayalı sahələrə
çevrilib. Bununla əlaqədar olaraq çəmənlərin məhsuldarlığı aşağı düşüb və ya otlaqlar tamamilə sıradan çıxıb.
Belə sahələrə Qəbələ, İsmayıllı, Şamaxı, Quba, Gədəbəy, Daşkəsən, Kəlbəcər və Laçın dağlarında daha çox rast
gəlmək olar.
Respublikamızın torpaq örtüyünə külək eroziyası da böyük ziyan vurur. Bu növ eroziya prosesi əsasən
Abşeron yarımadasında, Qobustanda, Xaçmaz-Dəvəçi, Giləzi-Qaradağ-Ələt dəniz sahillərində, Ceyrançöl,
Muğan və Mil çöllərində geniş yayılıb. Bu ərazilərdə külək eroziyası təsərrüfat sahələrinə hər il külli miqdarda
zərər yetirir. Nəticədə torpaq qatı qida maddələrindən məhrum olub münbitliyini itirir, məhsuldarlığı dəfələrlə
aşağı düşür və ya tamamilə istifadədən çıxır. Alimlərin hesablamaları göstərir ki, 2,5 sm qalınlığında sovrulmuş
torpaq qatı ilə hər hektardan 1,5 tona qədər çürüntü, 450-1000 kq azot, 100-200 kq fosfor, 3,5 tona yaxın kalium
aparılır. Bununla yanaşı, külək eroziyası nəticəsində bağlar, bostanlar, arxlar, şose və dəmir yolları, tikintilər
qum basqınlarından çox ziyan çəkir.
Bütövlükdə Azərbaycan ərazisini eroziya proseslərinin xarakterinə, növünə və intensivliyinə görə 9 coğrafi
ərazi tipinə bölmək mümkündür (X.M.Mustafayev, 1974):
Dostları ilə paylaş: |