humid (paleoiqlim ssenarisi - EMİ) sayılır (cədvəl 16.2).
Cədvəl 16.2
Aylar
ΔT
0
C
ΔR, %
EMİ CCC GFDL EMİ CCC GFDL
yanvar
9,8
4,3
2,1
16
15
10
iyul 0,2 1,8 2,2 16 0
5
Cədvəldə verilən rəqəmlər göstərir ki, gələcək iqlimin təkamülü adı verilmiş ssenarilər üçün ümumi olub,
istiləşmə sayılır, lakin istiləşmə dərəcəsi və yağıntıların miqdarının dəyişməsi müxtəlifdir.
İqlim dəyişməsi kütləvi instrumental meteoroloji müşahidələrlə daha dəqiq qiymətləndirilir. Son 50 il
ərzində olan məlumatların elmi yekunlaşdırılması nəticəsində İDBEQ-nin alimləri tərəfindən orta qlobal real
iqlim istiləşməsi müəyyən edilmişdir; XX əsr ərzində Yer səthinin orta qlobal temperaturu 0,6
±0,2
0
C artmışdır.
XX əsrdə temperaturun belə artması son minillik ərzində ən yüksək hesab olunur. 1950-ci ildən 1993-cü il daxil
240
olmaqla yer səthindən havanın qış minimal temperaturu onilliklərdə 0,2
0
C, gündüz maksimal temperaturu isə
0,1
0
C artmışdır. Bu şaxtasız dövrün davamiyyətini artırmışdır. Peyklərin köməyi ilə əldə edilən şəkillərin
məlumatına əsasən 1960-cı ilin sonundan yerin qar örtüyünün sahəsi 10% azalmışdır, qeyri qütb rayonlarında
dağ buzlaqlarının da sahəsinin azalması müşahidə olunur.
XX əsr ərzində suyun istidən genişlənməsi və materik buzlarının əriməsi nəticəsində dünya okeanının orta
səviyyəsi 10 …. 20 sm qalxmışdır. XX əsrdə əsasən şimal yarımkürəsinin yüksək və orta en dairələrində atmosfer
yağıntılarının miqdarı orta hesabla 0,5 …… 1% artmışdır. Güclü quraqlıq və hədsiz rütubətlənmə dövrünün təkrar
olunması onilliklər üzrə tərəddüd etmişdir, lakin Aisya və Afrikanın bəzi rayonlarında quraqlığın təkrar olunması
və intensivliyi xeyli çoxalmışdır. Şimal yarımkürəsində ekstremal aşağı temperaturun təkrarlanması azalmış, ek-
stremal yüksək temperaturunku isə çoxalmışdır. Həm də cənub yarımkürəsinin bəzi rayonlarında və Antarktidada
da iqlimin istiləşməsi qeydə alınmamışdır.
Alimlər bütün iqlim dəyişmələrini parnik (istilik) qazlarının konsentrasiyasının antropogen dəyişilməsi ilə
əlaqələndirir. Belə ki, İDBEQ-nin (İzrael, Qruza, 2001) üçüncü hesabatının məlumatına görə, 1750-ci ildən
2000-ci il daxil olmaqla CO
2
-nin konsentrasiyası 31% çoxalmışdır. CO
2
-nin belə artması son 420 min ildə bu
səviyyəyə çatmamışdır. Son 20 il ərzində antropogen CO
2
-nin ¾ hissəsinin atmosferə daxil olmasını alimlər,
böyük miqdarda üzvi yanacaqların (neft, qaz, daş kömür) yandırılması ilə əlaqələndirir, qalan hissəsi isə
əkinçilik sistemindəki dəyişikliklər və meşə sahələrinin azalması hesabına olur.
XX əsrin yalnız 90-cı illərində CO
2
-nin konsentrasiyası ildə 0,2…0,8% çoxalır. Atmosferdə metanın (CH
4
)
konsentrasiyasının artması 1750-ci ildən başlayıb, bu günə kimi artım 151% təşkil edir və çoxalmaqda davam
edir. Yuxarıda qeyd olunduğu kimi atmosferdə metanın əsas artması mənbəyi üzvi tullantıların yandırılması,
heyvandarlıq təsərrüfatlarının tullantılarının çoxalması və s. hesab olunur. Son onilliklərdə atmosferdə azot
oksidlərinin konsentrasiyası da xeyli artmışdır, bu torpağın kənd təsərrüfatında becərilməsi və kimya
sənayesinin inkişafı ilə bağlıdır. Bunlardan başqa, atmosferə az miqdarda xlor, kükürd və s. qaz qarışıqları da
daxil olur. Bütün bu qazlar atmosferə fasiləsiz daxil olaraq antropogen aerozolları əmələ gətirir, bu isə radiasiya
şəraitini dəyişdirir. Belə ki, 1750-ci ildən başlayaraq, günəş radiasiyasının axını 0,3 Vt/m
2
yüksəlmişdir, həm də
bu dəyişikliklərin böyük hissəsi XX əsrin birinci yarısında olmuşdur.
Deyildiyi kimi, iqlimin dəyişməsi ssenarisi təbiətin əsas fiziki qanunlarını nəzərə alaraq riyazi modellərlə
işlənib hazırlanır. Ən mürəkkəb model – qlobal iqlim modelləri olub, bura bir-birilə qarşılıqlı əlaqələri olan
əsas komponentlərin – atmosfer, okean, qurunun üst qatları, krio- və biosfer modelləri aiddir. Belə modellər
müasir güclü hesablamalar əsasında yerinə yetirilir. Qlobal və subkontinental miqyasda belə modellər müşahidə
edilən əsas hidrometeoroloji kəmiyyətlərin ortaillik qiymətlərini və mövsümi gedişini kifayət qədər yenidən
öyrənməyə imkan verir.
2000-ci ildə yuxarıda göstərilən İDBEQ işçi qrupunun üzvü akademik Y.A.İzrael təbii mühitin və iqlimin
qlobal vəziyyəti haqqında xüsusi məruzə təqdim edərək, sosial-iqtisadi göstəricilər üzrə hesablamalar əlavə
etmişdir.
Cədvəl 16.3
1990-2100-cü illər dövründə təbii mühit və iqlimin gözlənilən
vəziyyəti və sosial-iqtisadi göstəriciləri
İl
Yer
əhalisi,
mlrd.
nəfər
Qlobal
milli
məhsul,
10
12
doll/il
Ozonun
yerüstü
konsentra-
siyası, şərti
vahidlə
CO
2
-nin
konsentra-
siyası, şərti
vahidlə
Qlobal
temperaturun
dəyişməsi,
0
C
1990 5,3
21
-
354
0
2000 6,1….. 6,2 25 ….. 28
40
367
0,2
2050
8,4
….11,3
59 … 187
60
463 …. 623
0,8 …. 2,6
2100
7,0 ….
15,1
197 ….
550
>70
478 ... 1099
1,4 ….. 5,8
241
Beləliklə, XXI əsrdə kənd təsərrüfatı fəaliyyəti təbii mühitin və iqlimin kifayət dərəcədə tez dəyişilməsi
şəraitində keçəcəkdir. Bu isə öz növbəsində aqroiqlim rayonlaşdırılmasını və kənd təsərrüfatı bitkilərinin
istiliklə və rütubətlə təmin olunması göstəricilərinin hesablanmasını, ümumi bioloji potensiala yeni yanaşmalar
və metodların işlənib hazırlanmasını tələb edir.
16.6.6. Qlobal istiləşmənin aqroiqlim resurslarına və kənd təsərrüfatı istehsalının məhsuldarlığına
təsiri
Ümumrusiya elmi-tədqiqat kənd təsərrüfatı meteorologiyası institutunun (ÜETKTM) alimləri yaxın
onilliklərdə Rusiyanın ərzaq təhlükəsizliyinin, iqlimin qlobal istiləşmə prosesinin sürətindən və istiqamətindən
asılı olmasını göstərir. 1970-ci ildən 1990-cı il daxil olmaqla Rusiyanın Avropa hissəsində iyulda torpağın bir
metrlik qatında məhsuldar rütubətliyinin ehtiyatı orta hesabla 26% artmışdır. Bu isti dövrdə yağıntıların 20%
çoxalması və buxarlanmanın 4% azalması hesabına olmuşdur. Bunun nəticəsində 20 illik dövr ərzində taxılın
iqlimlə şərtlənən məhsuldarlığı 14% artmışdır (Sirotenko, Abaşina, 1994).
ÜETKTM-in alimləri qlobal istilik (parnik) effektinin kənd təsərrüfatı istehsalına təsirinin nəticələri
problemini tədqiq edərək, belə qənaətə gəldilər ki, təmiz iqlim parametrlərinin təsirindən başqa, həm də fotosintez
prosesinə təsir göstərən atmosferdə CO
2
-nin konsentrasiyasının artması, həmçinin torpağın yüksəlməkdə olan
antropogen deqradasiyası və s. nəzərə alınmalıdır. Bir sıra aqrokimya işlərində göstərilir ki, Rusiyada şum qatında
humusun ehtiyatı hər il ümumi ehtiyatdan 0,3 …. 0,7% azalır.
Yuxarıda göstərilən üç ssenari üzrə (GFDL, CCC, EMİ) hesablamalara görə, Rusiyada iqlim resursları
2030-cu ilə kimi xeyli dəyişəcəkdir. İsti dövrün davamiyyəti (
>5
0
C-dən yüksək) ölkənin müxtəlif regionlarında
orta hesabla 15-38 gün artacaqdır; buxarlanma isə 10-25% yüksələcəkdir.
İstənilən ssenari üzrə istiliyin artması kənd təsərrüfatı bitkilərinin istiliklə təmin olunmasının çoxalması ilə
müşayiət olunacaqdır; 5
0
C-dən yuxarı temperatur cəmi həmin dövr ərzində 450 …..550
0
C yüksələcəkdir.
İqlimin quraqlıq (aridlik) dərəcəsinin mühüm indikatoru torpağın şum qatında olan məhsuldar rütubətliyin
miqdarıdır. Belə ki, arid ssenarilərində (GFDL və CCC) yazdan başlayaraq vegetasiya dövrünün sonuna qədər
torpağın metrlik qatında rütubətlik ehtiyatının hər yerdə azalması gözlənilir. Hesablamalara görə maksimum
quruma iyul ayına təsadüf edir, bu zaman torpağın nəmliyi indiki səviyyəyə nisbətən 20 … 23% azalacaqdır,
belə azalma xüsusilə mühüm kənd təsərrüfatı regionu hesab edilən Şimali Qafqazda olacaqdır, burada torpağın
nəmliyi 40% azalacaqdır (Qrinqof, 2004).
Humid (rütubətli) ssenari (EMİ) üzrə yaz-yay aylarında torpağın çox az quruması baş verəcəkdir. Qış
dövründə yağıntıların çoxalması yazın başlanğıc dövründə torpağın rütubətlənməsini yaxşılaşdıracaq. Bütün
bunlar biokütlənin intensiv artmasını təmin edəcək, yay dövründə isə bitkinin transpirasiyaya sərf etdiyi suyun
miqdarı çoxalacaq, bu isə torpağın kök sistemi yayılan horizontlarında su ehtiyatının azalmasına səbəb
olacaqdır.
Miqdar eksperimentləri, isti və rütubətli iqlim şəraitində CO
2
-nin konsentrasiyasının 20% artması taxıl
bitkilərinin məhsuldarlığının 20% artmasına imkan verməsini müəyyən edir. Bununla belə, troposfer ozonunun
(O
3
) konsentrasiyası 30% artması və torpaqda humusun miqdarının 20% azalması taxıl bitkilərinin
məhsuldarlığının 2 və 6% azalmasına səbəb olur. Daha quru iqlim (arid ssenari) şəraitində parnik (istilik)
qazlarının artması və göstərilən həddə torpağın münbitliyinin azalması taxıl bitkilərinin məhsuldarlığının aşağı
düşməsinə aparıb çıxarır.
Hesablamalar göstərir ki, orta illik temperaturun 1
0
C yüksəlməsi bitkiçiliyin sərhədinin dəyişməsinə səbəb
olacaq və şimal yarımkürəsinin orta en dairələrində sərhəd 150 … 200 km şimala doğru irəliləyəcək, dağlarda
şumlama əkinçiliyinin yuxarı sərhədi təxminən 150 …. 200 m qalxacaqdır.
16.6.7. İqlimin istiləşməsinin əhalinin sağlamlığına təsiri
XX əsrin ikinci yarısı müxtəlif ekstremal təbiət hadisələri ilə (daşqınlar, tayfunlar, gözlənilməz hava şəraiti)
xarakterizə olunur. İnsan isə istənilən qeyri müvazinətlik vəziyyətində (sosial, psixoloji, ekoloji və s.) özünü
rahat hiss etmir. Bu zaman onun adaptasiya – uyğunlaşma mexanizmi pozulur, onun uzunmüddətli kəskin
gərginliyi mənfi stres reaksiyalarına, orqanizmdə sərbəst radikalların miqdarının artmasına və nəticədə bu və ya
digər patoloji vəziyyətin əmələ gəlməsinə gətirib çıxarır.
İqlimin qlobal istiləşməsi əhalinin sağlamlığına neqativ təsir göstərir. ÜST-nin məruzəsində, BMT-nin ətraf
mühit üzrə Proqramında və Ümumdünya meteoroloji təşkilatının «İqlimin dəyişməsi və insan sağlamlığı:
təhlükə və tədbirlər» (2003) məruzəsində iqlimin dəyişməsinin insan sağlamlığının bir neçə göstəricilərinə artıq
təsir etməsi təsdiq olunur.
242
İqlimin dəyişməsi artıq dünyada 150000-ə qədər insanın ölümünə səbəb olmuşdur. ÜST-nin məruzəsinin
məlumatına əsasən, dünyada 2000-ci ildə iqlimin dəyişməsi ilə əlaqədar diareya (ishal) xəstəliyindən təxminən
2,4% hadisə baş vermişdir, gəlirləri orta həddən aşağı olan ölkələrdə bu göstərici 6%-ə qalxmışdır (World
Health Report, 2002). Hazırda iqlimin istiləşməsi faktoruna sağlamlıq üçün məlum olan digər risk faktorları
(siqaret çəkmə, alkoqoldan sui istifadə, həddindən artıq yemək, az fiziki aktivlik və s.) ilə bir səviyyədə baxılır.
Rusiyada iqlimin istiləşməsi yerli əhali üçün real hiss olunur. Uzun illər boyu aparılan müşahidələrin
məlumatına görə son 100 il ərzində ən yüksək ortaillik temperatur artımı (3,5
0
) Şərqi Sibirdə, Priamuryedə və
Primorsk ölkəsində baş vermişdir. XXI əsrdə Rusiyada iqlimin dəyişməsi XX əsrdəki kimi davam edərək, 2-4
dəfə yüksək olacaqdır. XXI əsrin ortalarına havanın orta illik temperaturunun Qərbi Sibirdə 3-4
0
C, Avropa
hissəsinin şimali-şərqində Yakutiyada Arktika sahillərində isə 2-3
0
yüksəlməsi gözlənilir.
İqlimin istiləşməsinin nəticələrini şərti olaraq birbaşa ( bilavasitə) və dolayı yolla baş verməsinə bölmək
olar. Bilavasitə nəticələrə daşqın, tayfun, fırtına, qasırğa ilə əlaqədar insanların ölümü sayılır. Bu səbəbdən
Rusiyada hər il minə qədər adam tələf olur. Təbii fəlakətlərdən son illər ən çox Yakutiya, Stavropol və Krasno-
dar ölkələri, Primorye ziyan çəkmişdir. Təbii kataklizmlər ərazini su basması nəticəsində ağcaqanad
populyasiyalarının artması, gənə və digər infeksiya daşıyıcılarının aktivləşməsi və onların potensial infeksiya
təhlükəsi dövrünün uzanması, su kəmərləri və kanalizasiya qurğularının pozulması kimi dolayı nəticələr yaradır.
Bununla əlaqədar bağırsaq infeksiya xəstəliklərinin çoxalması riski yüksəlir.
16.6.8. Atmosfer havasının yüksək temperaturunun əhalinin
sağlamlığına təsiri
Ekstremal isti hava şəraiti ürək-damar sistemi və ya tənəffüs orqanlarının xroniki xəstəlikləri olan yaşlı
adamların ölümünə səbəb olur. Belə ki, 2003-cü ildə Avropada uzun sürən çox isti hava şəraiti bir sıra ölüm
hadisələrinə səbəb oldu. Bu vaxt ərzində hərarətin təsirindən əlavə ölənlərin sayı ÜST-nin məlumatına görə
Fransada 14 min, İtaliyada 4 min, İspaniyada 6 min, Portuqaliyada 1 min nəfərdən artıq olmuşdur.
Rusiyanın şimal və cənub regionlarında iqlimin istiləşməsinin əhalinin sağlamlığına təsirinin nəticələri
müxtəlif ola bilər. ABŞ-ın və Kanadanın iki şəhərində, SSRİ-nin Asiya respublikaları en dairəsində yerləşən
cənubi Dallasda və Rusiyanın Stavropol, Krasnodar, Soçi, Tuapse, Mineralnıye Vodı şəhərlərinin cənubi analo-
qu ola bilən şimali Morealda baş verən ölüm hadisələrinin müqayisəsi bunu təsdiq edir. Monrealda əhalinin
ölüm hadisələri 29
0
C-dən, Dallasda isə 39
0
C-ni keçdikdən sonra başladı. London və Budapeşt kimi Avropa
şəhərlərində əhalinin ölüm hadisələrinin artması 20-23
0
C-ni keçdikdə başladı.
Ölüm hadisələrinin əsas səbəbləri ürəyin işemiyası (yerli qanazlığı), diabet, tənəffüs yolları orqanlarının
xəstəlikləri, özünə qəsd etmə, xəstəxanaya yerləşdirmənin səbəbləri – ürək-damar sistemi, tənəffüs yolları,
böyrək, sinir sistemi, epilepsiya xəstəlikləri hesab olunur. Bu onu göstərir ki, hərəkətli hava yalnız ürək-damar
sisteminin pozulmasına deyil, həm də insanın psixoloji vəziyyətinə təsir göstərir.
2002-ci ilin yayında Moskvada olan vəziyyətin təhlilinə əsaslanaraq, S.M.Novikov tərəfindən çox isti hava
və havanın çirklənmə səviyyəsi ilə əhalidə yüksək ölüm hadisəsi arasındakı əlaqə təsdiqini tapmışdır. Anomal
(normadan yüksək) yüksək temperatura meşə yanğınları və torfluğun yanması səbəb olmuşdur. Bunun
nəticəsində şəhərdə tipik smoq vəziyyəti və artmosfer havasının yüksək səviyyədə çirklənməsi baş vermişdir.
Tüstü ilə əlaqədar yollarda görünmə dərəcəsi aşağı olmuş, müvəqqəti olaraq şəhərin şərq hissəsində aeroportlar
işləməmiş. havada yanıq hiss olunmuş, yerli sakinlər gözlərində qıcıqlanma, tənəffüsün çətinləşməsi, baş
ağrılarından şikayət etmişlər. Hərəkətli çirklənmiş hava dövrü ərzində azot-2-oksidin təsirindən ümumi ölüm
hadisəsinə əlavə ölüm 104, ürək-damar xəstəliyindən 44, kəskin infarkdan 22 hadisə müəyyən edilmişdir. Dəm
qazından əlavə ölüm hadisəsi 107, miokard infarktından 20 hadisə müəyyən edilmişdir. Xırda dispers asılı
hissəciklərin (PM
2,5
) təsirindən əlavə ölüm hadisəsi 196 (asılı hissəciklərin konsentrasiyası 1,0-1,5 mq/m
3
təşkil
etmişdir) təyin edilmişdir. 2002-ci il 27 iyuldan 18 sentyabr daxil olmaqla ozonun təsirindən əlavə ölümün sayı
34, ürək-damar xəstəliklərindən isə 18 müəyyən edilmişdir.
Yüksək hərarət şəhərlilər üçün xüsusilə təhlükəlidir. Hətta «istilik adası» effekti qeydə alınmışdır, bu, bir
qayda olaraq meqapolisin mərkəzində yüksək inzibati binalar yerləşən, praktiki olaraq hər yeri asfalt örtülü, az
yaşıllığı olan ərazidə yerləşir. Beləliklə, yüksək hərarət yalnız əhalinin daha zəif qrupu (yaşlı adamlar,
aztəminatlılar, kiçik yaşlı uşaqlar) üçün, həm də şəhərin mərkəzində işləyən dövlət adamları üçün də risk fakto-
ru sayılır. Çox isti havada evdə kondisioneri olmayan yaşlı adamlar və yay dövründə şəhərdən kənara çıxa
bilməyən imkansız, şikəst adamlar son dərəcə risk faktoruna məruz qala bilirlər. Epidemioloji tədqiqatlar
göstərir ki, yüksək hərarət ən çox yaşı 80-i ötən şəxslər və kiçik yaşlı uşaqlar üçün daha qorxuludur. Uşaqlarda
hərarət ishal, yuxarı nəfəs yollarının xəstəlikləri, əsəb pozuntuları əmələ gətirə bilər.
243
İqlimin istiləşməsi yoluxucu xəstəliklərin inkişfında risk faktoru hesab olunur.
Məlum olduğu kimi, yoluxucu xəstəliklər üç əsas qrupa bölünür: əksər hallarda su resursları vasitəsilə,
qida məhsulları ilə, ağcaqanad və gənələrlə.
Əhalinin bağırsaq yoluxucu xəstəliklərinin səviyyəsi suyun keyfiyyətindən (həm su təchizatı
mənbələrindən, həm də su kəmərindən), həm də qida məhsullarının yoluxma dərəcəsindən çox asılıdır.
Avropanın müxtəlif ölkələrində iqlim şəraiti ilə salmonelloz xəstəlikləri hadisələrinin təhlili əsasında bu iki
faktor arasında əlaqə olması aşkar edilmişdir. Temperaturun yüksək olması salmonelloz xəstəliklərinin
inkişafının risk faktoru kimi 30%-ni təşkil edir (R.S.Kovats et al., 2003). Bu xəstəlik Rusiyada geniş
yayılmışdır. Burada 1992-2001-ci illər ərzində 53-dən 119 min salmonelloz xəstəliyi hadisəsi qeydə alınmışdır.
Bəzi şimal ərazilərdə ətraf mühitdə temperaturun yüksəlməsi əhəmiyyətli dərəcədə nəzərə çarpması ilə
əlaqədar A – virus hepatiti xəstəliyi xeyli çoxalmışdır.
Məlum olduğu kimi, qarın yatalağı bakteriyaları orqanizmə yoluxdurucu su və qida məhsulları ilə daxil
olur. Onun törədiciləri torpaqda və suda təxminən 1-5 ay qala bilir. Bu xəstəliyin «partlayışı», dövri olaraq
müxtəlif regionlarda baş verir və çox vaxt sü kəməri – kanalizasiya qurğularında yaranan qəzalar zamanı olur.
Şimal rayonlarında belə qəzalar iqlimin istiləşməsi ilə bağlı ola bilər.
XXI əsrdə şimalda geniş ərazilər daimi donuşluğun deqradasiyası altındadır. Geoloqların hesablamalarına
görə XXI əsrin ortalarına daimi donuşluğun sahəsi 12-15% azalacaq və onun sərhədi 160-200 km şimali-şərqə
doğru yerini dəyişəcəkdir. Moskva Dövlət Universitetinin mühəndis geoloji kafedrasının mütəxəssislərinin
məlumatına görə Yakutsk, Vorkuta və Tiksidə standart beşmərtəbəli yaşayış binalarının dörddə biri yaxın
onilliklərdə istismar üçün yararsız hala düşə bilər. Daimi donuşluğun deqradasiyasının ən yüksək riski Mur-
mansk, qismən Arxangelsk vilayəti, Komi Respublikası, Krasnoyarsk ölkəsi və Tümen vilayətinin şimalında
proqnozlaşdırılır. Bu o deməkdir ki, mühəndis kommunikasiyası, o cümlədən su kəməri – kanalizasiya qurğuları
suda «üzə» bilər. Qəza hadisələri isə əhalinin yoluxucu xəstəliklərə tutulmasına səbəb olar. Bu artıq indiki
dövrdə müşahidə olunur, belə ki, 2001-ci ildə Yakutiyada erkən yazda baş verən daşqın zamanı qarın yatalağı
«partlayışı» baş verdi.
Çirklənmiş sudan istifadə edilməsi bağırsaq infeksiyasının yaranması ilə yanaşı, hətta ərazi üçün xas ol-
mayan xəstəliklərin peyda olmasına səbəb olur. Buna törədici ibtidailər sayılan kriptosporidioz xəstəliyi misal
ola bilər.
Ağcaqanadlar vasitəsilə keçən infeksiya. İqlimin istiləşməsi nəticəsində atmosfer yağıntılarının miqdarı
arta bilər, bununla əlaqədar bataqlıq sahələri genişlənər və yaşayış məntəqələri su altında qala bilər. Artıq
hazırda şimal rayonlarında, o cümlədən Transsibir dəmir yolu magistralı keçən rayonda bataqlaşma və subasma
prosesləri qeydə alınır. Bununla əlaqədar ağcaqanad sürfələri məskunlaşan sahə daim artmaqda davam edir və
bu hal artıq 70% su hövzələrinə sirayət etmişdir. Bu isə «bataqlıq» xəstəliyi sayılan malyariyanın artması
təhlükəsi yaradır.
ÜST ekspertlərinin fikrinə görə temperaturun 2-3
0
C yüksəlməsi malyariyaya tutulan adamların sayını 3-5%
artıra bilər, bu zaman xəstəliyin davamiyyəti də uzana bilər. Rusiyada son 10 il ərzində malyariya hadisəsinin
yaranması 6 dəfə artmışdır, bu hal yalnız «gətirilmə» deyil, eyni zamanda «yerli yoluxan üçgünlük malya-
riya»ya aiddir.
1996-cı ildə Rumıniyada Qərbi Nilin lixoradka (qızdırma, isitmə) virusu ilə əmələ gələn meningit
xəstəliyinin böyük «partayışı» oldu və 400 adam xəstələndi. 2000-2001-ci illərdə bu epidemiya İsraildə baş ver-
di, yüzlərlə xəstə xəstəxanalara yerləşdirildi. Bu səbəbdən ölüm hadisəsi 10%-dən artıq oldu. 1999-cu ildə Qərbi
Nilin lixoradka virusu ilk dəfə cənub yarımkürəsinə gətirildi və Nyu-Yorkda 60 meningit-ensefalit hadisəsi
aşkar edildi. Bu virus ABŞ ərazisində sürətlə yayılır: 2002-ci ildə o, 45 ştatda aşkar olunub, 3389 adam
xəstəxanaya yerləşdirilib, onlardan 201-i ölmüşdür. Qərbi Nilin lixoradka virusunun tropikadan kənar zonada
aktivləşməsinin iqlimin istiləşməsi ilə bağlı olması istisna edilmir. Məlumdur ki, temperaturun yüksəlməsi ilə
ağcaqanadlarla virusun çoxalma sürəti də artır.
Gənələr vasitəsilə törədilən yoluxucu xəstəliklər. Havanın yüksək temperaturlu günlərinin sayının
artması gənələrin aktivləşməsinə və onlar tərəfindən gətirilən infeksiya xəstəliklərinin çoxalmasına səbəb olur.
Bir sıra Avropa ölkələrində (Çexiya, İsveç), artıq gənələrin şimal istiqamətində arealının dəyişməsi qeydə
alınmışdır.
Gənə ensefalit virusları əksəriyyət hallarda qansoran zamanı iksodo gənələri vasitəsilə keçir. Xəstəliklə
əsasən mərkəzi sinir sistemi zədələnir və tam sağalma, şikəst qalma və ölümlə nəticələnir.
1980-ci ildən etibarən ensefalitlə xəstələnmə hadisələrinin sayı artmağa başladı. 1996-1998-ci illərdə mak-
simum həddə çataraq hər 1000 adamdan 7-si ensefalitə yoluxur. Rusiyada il ərzində gənə ensefaliti ilə
244
xəstələnənlərin sayı 6 mindən 10 min nəfərə çatır.
Son illər şimali-qərb və Povoljski regionları hesabına ensefalitə yoluxma arealının genişlənməsi meyli
görünür. Gənə ensefaliti xəstəlikləri, vaxtilə bu xəstəlik qeydə alınmadığı Rusiyanın Avropa regionlarında pey-
da olur, həm də bu xəstəliyin ən yüksək göstəriciləri iqlimin istiləşməsi gedən ərazilər üçün səciyyəvidir.
Gənələrin sayının artması digər yoluxucu xəstəliklərin, məsələn, gənə borreliozasının (layın xəstəliyi)
çoxalmasına səbəb olur. Bu, xroniki təbii-mənbə xəstəliyi olub, müxtəlif orqan və sistemlərini (dəri, sinir siste-
mi, dayaq-hərəkət aparatı, ürək-damar sistemi, göz, qaraciyər, dalaq və s.) zədələyir.
Virus etiologiyası təbii-mənbə infeksiyası ilə törədilən Krım-Konqo hemoqrafik lixoradka xəstəliyi intensiv
artır. Əgər 1999-cu ildə bu xəstəliyə yalnız Stavropol ölkəsində və Rostov vilayətində rast gəlinirdisə, sonralar
o, Dağıstan, Kalmıkiya, Həştərxan və Volqoqrad vilayətləri, Krasnodar ölkəsində də yayılmışdır. 2001-ci ildə
bu xəstəliyə tutulan 59 adamdan 6-sı, 2002-ci ildə isə 97 adamdan 6-sı ölmüşdür.
Dostları ilə paylaş: |